Tarix: 17-06-2016 13:21 | Bölmə: Gündəm

Bu gün Bakıda "Formula-1” yarışları çərçivəsində GP2 seriyası üzrə sərbəst yürüşlərə start verilib. Hazırda pilotlar Bakı trekini sınaqdan keçirirlər.
Qeyd edək ki, GP2 mərhələlərindən biri Bakıda keçirələcək Avropa Qran Prisinin dəstək yarışı qismində baş tutur. İlk baxışdan maşının görünüşü "Formula -1” bolidini xatırladır, ancaq detallı baxış keçirdikdən sonra böyük fərqin olduğu ortaya çıxır:
GP2 bolidləri kiçikdirlər, antiqanadlar və ümumi aerodinamik elementlər daha sadə görünürlər və s.
2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı "Formula -1” həftəsonu çərçivəsində keçirilir.
Mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi "Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq. Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.




Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək