Tarix: 08-06-2016 18:42 | Bölmə: Gündəm

Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, professor Bədirxan Musayevin Azərbaycan prezidenti İlham Əliyevə və müxtəlif dövlət qurumlarına etdiyi müraciətə cavab verilib.

B.Musayev Reyting.az-a bildirib ki, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyevin qanunsuz əməllərindən, universitetdəki korrupsiya və rüşvətxorluqla bağlı ölkə rəhbərliyinə etdiyi şikayətə Prezident Administrasiyasından verilən cavabda bildirilib ki, müraciət araşdırılmaq üçün Baş Prokurorluğa göndərilib: "Ümid edirəm ki, Baş Prokurorluq bu dəfə vəzifəsinə sadiq qalaraq, müraciətimi araşdıracaq və Şəmsəddin Hacıyevi layiq olduğu şəkildə cəzalandıracaqlar".
Qeyd edək ki, Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev YAP-ın Səbail təşkilatına sədrlik edən sabiq rektor, deputat Ş.Hacıyevi onu saxta əmrlə, şantajla vəzifəsindən azad etdiyini, eləcə də rektor işlədiyi dövrdə korrupsiya və rüşvətxorluq hallarına yol verdiyini iddia edir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək