Tarix: 29-01-2026 15:40 | Bölmə: Gündəm

Nazirlər Kabineti 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişiklik edib.
Reyting.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ciddi hesabat blankları (Azərbaycan Mərkəzi Bankının yaratdığı Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) strukturuna daxil olan "Azərbaycan Hava Yolları" QSC-nin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, "Azərpoçt" MMC-nin tətbiq etdiyi "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən, "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə çıxarışlarının uçotu qaydaları Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
Bu Qaydaların bəzi bəndlərinin müddəaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin strukturuna daxil olan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək