Tarix: 22-01-2026 19:57 | Bölmə: Gündəm

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı daimi nümayəndəliyi "X" hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Tərəflər həmçinin qeyd ediblər ki, 2025-ci ildə Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana ilk səfəri və Prezident İlham Əliyevlə görüşü NATO ilə tərəfdaşlıq tarixində əhəmiyyətli hadisədir.
NATO və Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın fəal və etibarlı tərəfdaş kimi Şimali Atlantika Alyansı rəhbərliyi altında həyata keçirilən sülhməramlı əməliyyatlara və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və digər məsələlər üzrə ətraflı müzakirə aparılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək