Tarix: 14-01-2026 15:30 | Bölmə: Gündəm

"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 30 dekabr tarixli 337-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Maliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları qanunun icrasını təmin etmək məqsədilə dörd ay müddətində öz səlahiyyətləri daxilində normayaratma tədbirləri görməli, normativ hüquqi aktlarını və ya bu istiqamətdə təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Zərurət yarandıqda isə icra vəziyyəti barədə Nazirlər Kabinetinə məlumat verilməsi nəzərdə tutulur.
Sərəncamda həmçinin qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi və normativ xarakterli aktlarının qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək