Tarix: 10-12-2025 10:26 | Bölmə: Gündəm

Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.
Reyting.az xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq.
Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.
Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək