Tarix: 08-12-2025 16:49 | Bölmə: Gündəm

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.
Reyting.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Elm və Təhsil Nazirliyinə tapşırılıb ki, “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək