Tarix: 03-12-2025 20:49 | Bölmə: Gündəm

Dünən Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb, əvvəlki baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, baş konsul Zöhrabov dünən İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran məsələləri müzakirə ediblər.
Qeyd edək ki, 27 oktyabr 2025-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamına əsasən, sözügedən vəzifəyə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib/Qafqazinfo.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək