Tarix: 01-06-2016 12:06 | Bölmə: Gündəm

Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi başlayıb.
Sərgilərin açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Bu il Xəzər neft-qaz sərgisində 30 ölkənin 240 şirkəti iştirak edir. Sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edirlər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edir. Hər il "Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir.
Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və "Petronas” şirkətləri, gümüş sponsorlar isə "Bos Shelf” şirkətləridir. Digər sponsorlar arasında "Azeri M-I Drilling”, "AZFEN J.V.”, "Caspian Marine Services”, "Global Energy”, "SOCAR Polymer”, "Tekfen Construction” şirkətləri var.
"Caspian Power-2016" sərgisi "Xəzər neft və qaz, neft emalı və neft-kimya” ("Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçirillir.
"Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.
Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edir. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.
Qeyd edək ki, iyunun 2-3-də ənənəvi beynəlxalq Xəzər Neft-Qaz konfransı da keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group” şirkətləri çıxış edir.







Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək