15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
Tarix: 15-09-2025 15:27 | Bölmə: Gündəm

Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
Reyting.az xəbər verir ki, görüşdə çıxış edən dövlət başçısı İlham Əliyev deyib:
- İlk növbədə, sizi ürəkdən təbrik edirəm, doğma Qarabağ torpağına qayıtmısınız. Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik.
Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq.
Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.
Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın.
Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq.
Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq.
Sakin: Hörmətli cənab Prezident, xocalılılar adından, keçmiş məcburi köçkünlər adından Sizi salamlayıram, "Xoş gəlmisiniz!" deyirəm. Biz Sizin dediyiniz kimi, uzun müddət ağır şəraitdə yaşamışıq. İndi Sizin başçılığınızla, Sizin qayğınızla gözəl evlərdə məskunlaşmışıq, yaşayırıq, buranın gözəl təbiəti var. Mənim ağlıma belə bir beyt gəldi:
"Yaxşı ki, dünyada yaxşılar varmış,
Yoxsa qərq olardıq yaman əlində".
Sağ olun, Siz dünyanın ən yaxşı Prezidentisiniz.
Digər kişi sakin: Hörmətli cənab Prezident, xoş gəlmisiniz. Mən də millətimiz adından, camaatımız adından Sizə "Xoş gəlmisiniz!" deyirik. Bu, Sizin daxili və xarici siyasətin bəhrəsidir ki, biz bu gün öz torpağımıza qayıtmışıq. Balaca bir ölkə Sizin siyasətiniz nəticəsində hegemon dövlətlərlə yanaşı gedir. Siz Amerika kimi, Çin kimi ölkələrlə bir yerdəsiniz, onların başçıları ilə bir yerdə oturub-durursunuz. Onların başçıları Sizin siyasətinizi bəyəndikləri üçün o sıralarda gedirsiniz. Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Gələcəkdə bundan da böyük nailiyyətlər arzu edirəm.
Qadın sakin: Möhtərəm cənab Prezident, bu gün mən qürur hissi duyuram. Bir şəhid nəvəsi olaraq, şəhid gəlini olaraq, veteran bacısı olaraq Sizin qarşınızda baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Siz Zəfər dastanını qızıl hərflərlə yazan böyük Liderimizsiniz. Dünyada tayı-bərabəri olan belə bir Müzəffər Ali Baş Komandan yoxdur.
Prezident İlham Əliyev: Sağ ol, qızım.
Qadın sakin: Bu Qələbənizlə dünya səviyyəsində bütün ilklərə imza atdınız. Allah-taala Sizə cansağlığı versin. Ulu Öndər Heydər Əliyev irsini davam etdirdiyinizə, ata vəsiyyətini layiqincə yerinə yetirdiyinizə görə Sizinlə fəxr edirik.
Kişi sakin: Cənab Prezident, biz hamımız bu gün çox sevinirik. Bu gün ata-babalarımızın, Ulu Öndərimizin ruhu şaddır. Həqiqətən də bu gün sevincimizin həddi-hüdudu yoxdur. Öz doğma torpaqlarımızdayıq. Buna görə də hər birimiz Sizə minnətdarıq, öz dərin hörmətimizi bildiririk.
Şair deyir:
Bütün dünya-aləm bunu bilirdi,
Bizim idi, bizim oldu Qarabağ.
Dost kövrəlib, düşmən bizə gülürdü,
Şükür Allaha, sona yetdi bu sınaq,
Bizim idi, bizim oldu Qarabağ.
Kamil oğlu, belə qeyrətli hanı?
44 günə şoka saldı dünyanı,
"Dəmir yumruq"la aldı Şuşanı,
Şuşamızda dalğalanır al bayraq,
Bizim idi, bizim oldu Qarabağ.
Digər kişi sakin: Cənab Ali Baş Komandan, Vətən müharibəsi iştirakçısı kiçik çavuş Quliyev, sağ ol.
Qadın sakin: Qardaşımdır.
Kişi sakin: Fəxr edirik Sizinlə, bəli, Sizinlə fəxr edirik.
Digər kişi sakin: Ali Baş Komandan, ehtiyatda olan zabit, baş leytenant Alıyev. Müharibə əlili, birinci qrup.
Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsində vuruşmusan?
Kişi sakin: Bəli, ön cəbhədə xidmət etmişəm.
Prezident İlham Əliyev: Sağ olun.
Digər kişi sakin: Sizinlə fəxr edirik. Həyat yoldaşımdır, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Təbriklər.
Qadın sakin: Sizinlə fəxr edirik. Allah bu günü bizə qismət etdi, həm vətənimizi, həm də Sizinlə görüşməyimizi.
Sakinlər: Çox şadıq. Hamı şaddır. Bu sevinci bizə bəxş etdiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Allah şəhidlərimizə rəhmət eləsin.
Qadın sakin: Hər iki valideynim, hər iki qardaşım burada şəhid olub.
Prezident İlham Əliyev: Onların qanı yerdə qalmadı.
Sakinlər: Qalmadı, qalmadı, alındı. Çox sağ olun, təşəkkür edirəm. Cənab Prezident, qarşınızda baş əyirik, Sizin sayənizdə bu gün biz bu torpaqlara gəldik.
Prezident İlham Əliyev: Sağ olun.
Digər qadın sakin: Cənab Prezident, xoş gəlmisiniz. Sizin siyasətiniz sayəsində artıq biz bu torpaqlardayıq. Atalarımızın, babalarımızın bizə nağıl kimi təsvir etdiyi bu torpaqları bizə realda yaşatdığınıza görə Sizə təşəkkür edirik, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun bir daha.
Qadın sakin: Mən bütün xalqımızı təbrik edirəm ki, Sizin kimi Prezidentimiz var.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Kişi sakin: Allah "dəmir yumruğ"unuzu həmişə güclü eləsin.
Prezident İlham Əliyev: Əgər lazım olsa, yerindədir, yerində.
Kişi sakin: Qoy yerində olsun ki, yenə lazım olsa, vaxtında ensin.
Qadın sakin: Allah Sizi Azərbaycanın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Özün yazmısan bu şeiri?
Kişi sakin: Cənab Prezident, Sizinlə qürur duyuruq.
Digər kişi sakin: Özü yazmasa da, gözəl şeirdir, çox gözəldir.
Prezident İlham Əliyev: Gözəl şeirdir. Sağ olun bir daha.
Kişi sakin: Cənab Prezident, çox sağ olun, çox səmimisiniz, təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun, burada, doğma Qarabağ torpağında xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun, cənab Prezident. Allah Sizə dəyməsin, Allah razı olsun.
Tələbə qız: Salam. Mən Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsiyəm. Burada təkcə Xocalı sakini kimi yox, həm də şəhid bacısı kimi iştirak edirəm. Qardaşım Sərvan Mehralıyev Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Tələbə qız: Sizin dəstəyinizi nəinki bir şəhid bacısı, həm bir tələbə, həm də bir keçmiş məcburi köçkün kimi daim hiss etmişəm və buna görə də böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ ol. Burada, Xankəndidə həyatın necə keçir, yaxşıdır?
Tələbə qız: Bəli, əla. Hamı razıdır, hamının ürəyincədir.
Prezident İlham Əliyev: Çox gözəl. Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ olun.
Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun. Çox sağ olun, cənab Prezident. Xoş gəlmisiniz Qarabağımıza. Allah Sizi ailənizin, bu millətin başı üstündən əskik etməsin. Yumruğunuz da Azərbaycana tərs baxanın başına dəysin. Çox xoşbəxtik, Allah sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun, sizə cansağlığı, xoşbəxtlik.
Kişi sakin: Bu gün bizimlə burada olmağınız bizim üçün şərəfdir. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Gəlin şəkil çəkdirək.
Sonra birgə şəkil çəkdirildi.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək