Tarix: 30-05-2016 12:26 | Bölmə: Gündəm

"Bu gün Azərbaycan manatı artıq stabildir, amma qarşıdakı proseslərdə nə baş verəcəyini, əlbəttə bu sahəyə nəzarət edən insanlar proqnozlaşdırır və yəqin ki, idarə etməyə çalışırlar və idarə edəcəklər.
Reyting.az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.
Ə.Həsənovun sözlərinə görə, dünyanın bütün ölkələrində iqtisadi böhran yaşanarkən, milli valyuta devalvasiyaya məruz qalarkən, ölkənin əsas valyuta mənbələri azalarkən və yaxud onların qiyməti aşağı düşərkən, əlbəttə, yükün bir qismi əhalinin üzərinə düşür: "Azərbaycanda devalvasiya yaşanandan mühüm probləmlərdən biri məhz əhalinin banklara olduğu borcları məsələsidir. Bu məsələ ətrafında uzun müddət cəmiyyətdə müzakirələr keçir, düşünürük ki, bu da zaman-zaman aradan qalxacaq”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, bank sektoru həddindən artıq ciddi gərginlik qarşısında fəaliyyət göstərməyə məcbur olur. "Əhali də götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir və istər-istəməz məqsədli kredit siyasəti müəyyən qədər çətinliklə üzləşir.
Amma düşünürəm ki, Azərbaycan dövləti qadirdi, yavaş-yavaş bu problemləri aradan qaldıracaq. Əlbəttə, bunlarla bağlı ayrı-ayrı sahələr üzrə iş gedir, Prezidentin islahatlar üzrə xüsusi bir köməkçi xidməti yaradılıb və xidmət də bu fəaliyyətlə məşğuldur. Azərbaycanda bank, maliyyə sektoruna nəzarət üzrə xüsusi bir agentlik yaradılıb, o agentlik də bu fəaliyyətlə məşğuldur. Düşünürəm ki, stabilləşmə artıq mövcuddur”,- deyə Ə.Həsənov bildirib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək