15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
Tarix: 16-05-2024 20:18 | Bölmə: Gündəm

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yollanıb.
Reyting.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.
Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.
***
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
Reyting.az xəbər verir ki, Aleksandr Lukaşenkonu Bakıda baş nazirin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
***
Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təkbətək görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşüb.

****
Azərbaycan prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə mayın 16-da Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzalayıblar.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Sergey Aleynik “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun antiinhisar tənzimləmə və ticarət naziri Aleksey Boqdanov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun “Milli İnvestisiya və Özəlləşdirmə Mərkəzi” Dövlət Müəssisəsinin direktoru Dmitri Krasovski “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzalayıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az xəbər verir ki, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün biz Azərbaycana dövlət səfəri ilə gəlmiş əziz qonağı, böyük dostumuz Aleksandr Qriqoryeviç Lukaşenkonu qəbul edirik. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək.
Mən məktub göndərmişəm, lakin bu gün bir daha Aleksandr Qriqoryeviçi noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etmişəm. Həmin vaxta qədər müvafiq tapşırıqlar verilib, biz onların yerinə yetirilməsi üzrə məruzələri dinləyəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.
Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.
Bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Biz bu gün, həmçinin regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verdim. Təbii ki, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.
Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.
Aleksandr Qriqoryeviç, bir daha minnətdarlıq hissi ilə demək istəyirəm ki, Sizin səfərinizi dostluq və hörmət əlaməti kimi qəbul edirəm. Ötən illərdə biz bir neçə qarşılıqlı – rəsmi və işgüzar səfərlər etmişik. Amma dövlət səfəri həm forma, həm də məzmun etibarilə həmişə fərqlidir. Sizi salamlamağıma şadam. Sizə və dost, qardaş Belarus xalqına yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.
x x x
Sonra Belarus prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış edib.
Prezident Aleksandr Lukaşenkonun bəyanatı
- İlham Heydər oğlu, Belarus xalqının və mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Biz bunu qiymətləndiririk.
Geniş tərkibdə danışıqlarımızın əvvəlində söylədim ki, Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdir, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki bu, keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir.
Mən hələ müharibədən əvvəl İlham Heydər oğlu ilə bu problemi müzakirə etdiyimiz vaxtları xatırlatdım. Həmin vaxt o mənə deyirdi ki, qarşıda insanları qaytarmağın lazım olacağı çox ağır dövr durur. Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir. İlham Heydər oğlu, bu torpaqları dirçəltmək üçün hələ uşaqlar da çox iş görməli olacaqlar.
Mən bunu ona görə söylədim ki, biz sizə qardaş və çox dost ölkəyik, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Azərbaycan Prezidentinin əvvəldə söylədiyi sözlərə diqqət yetirmənizi xahiş edirəm. Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Bəzi məsələlər artıq köhnəlib, yeni problemlər meydana çıxır. Bütün bunlar həmin planda öz əksini tapacaq. Burada iqlim üzrə beynəlxalq konfrans keçirildikdə, çox güman ki, mən orada iştirak edəcəyəm, bunu planlaşdırıram. Biz İlham Heydər oğlu ilə daha məhdud tərkibdə və yenidən görüşəcəyik. Görüşdə Hökumətlərarası Komissiyamızın həmsədrləri bu xəritənin nədən ibarət olması, hansı işlərin görüldüyü barədə məruzə edəcəklər. Biz nazirlərin xəritəni tərtib etmələrini gözləməyəcəyik, bu işə yeni ildən başlayacağıq. Hansısa məsələlər üzrə belə də olacaq. Amma bir sıra məsələlər var ki, onları işləyib hazırlamaq deyil, sabahdan başlamaq lazımdır. Biz kompleks mineral gübrələrin birgə istehsalı üzrə razılaşdıq. Burada gecikməyin mənası yoxdur. Kompleks qarışıq gübrələr istehsal etmək və Azərbaycanın hər hansı gübrə ilə bağlı xahiş etməməsi üçün daxili bazardan başlamaq, onu burada istehsal etmək lazımdır. Bizim texnologiyalarımız var, bunu həyata keçirməyə və bütün regionu təmin etməyə hazırıq. Region isə çox böyükdür – İran, Pakistan, Hindistan. Onlar böyük miqdarda mineral gübrələr tələb edir. Biz onlara kompleks şəkildə gübrə təklif edəcəyik. Ona görə də məsələ bu cürdür – artıq həll etməyə başlamaq və noyabra qədər irəli getmək lazımdır. Qarşıya bu cür vəzifələr qoyulub.
Biz bütün məsələləri müzakirə etdik. Bağlı mövzular olmadı. Bu, təkcə texnika və MT3 deyil, MAZ texnikasının birgə istehsalı, yanğınsöndürən texnikasının birgə istehsalı, lift avadanlığının, xüsusən sovet binalarında dəyişdirilməli olan köhnə liftlərin hissələrinin birgə istehsalıdır. Biz azərbaycanlı dostlarımızla bu texnikanı birgə istehsal etməyə hazırıq. Prezident xahiş etdi ki, biz dəmir yolu hərəkət texnikasının – həm platformaların, həm də çənlərin istehsalına diqqət yetirək. Bizim yaxşı təcrübəmiz var. Bunları istehsal edən şirkətlərimiz, zavodlarımız mövcuddur. Bu texnikanın burada birgə istehsalını təşkil etməyə hazırıq. Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik. Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var. Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda sizin üçün, ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik. Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq. Belə ki, bu gün Prezidentə bizim böyük sərvətimizin – meşələrimizin olduğunu söylədim. Bizdə o qədər taxta-şalban var ki... Bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik.
Əczaçılığa, dərmanlara gəldikdə isə biz lap elə sabahdan sizin çox ehtiyac duyduğunuz dərmanları tədarük etməyə və burada Belarus texnologiyası əsasında dərman və preparatlar üçün birgə istehsalat qurmağa hazırıq. Bu da çox böyük proqramdır və Azərbaycanda heç kimə işləməyə mane olmur. Biz burada heç kimlə ziddiyyət yaratmırıq, hətta heç kimlə rəqabət də aparmırıq. Halbuki rəqabət olmalıdır.
Bir sözlə, çox iş görə bilərik. Həm humanitar sahədə, həm də idmanda. Siz ölkədə MDB Oyunlarını qəbul edəcəksiniz. Biz də qoşulacağıq, həm də axı bu Oyunları biz Sizinlə birgə xilas etmişik. Əgər Belarus və Azərbaycan olmasaydı, yəqin ki, bu Oyunlar artıq süquta uğrayardı. Biz onu xilas etdik. Ötən Oyunlar bizim ölkədə keçirildi, bu dəfə isə estafeti siz bizdən qəbul etdiniz. Bir vaxtlar Avropa Oyunlarının estafetini də biz sizdən qəbul etmişdik. Ona görə də, təcrübəmiz böyükdür. Sizinlə idman, səhiyyə, təhsil, o cümlədən, əvvəllər TPM adlandırdığımız texniki peşə məktəblərimizin təcrübəsi sahəsində əməkdaşlıq edəcəyik. Biz burada texniki peşə təhsili verən obyektlərin təşəkkül tapmasına və yeni əsaslarla yaradılmasına kömək etməyə hazırıq. Bizim bu sahədə təcrübəmiz böyükdür. Həm də biz onları Sovet vaxtından bəri qoruyub saxlamışıq. Bu gün isə peşə ixtisaslarına həm bizim ölkədə, həm Rusiyada, həm digər MBD ölkələrində, həm də Azərbaycanda böyük tələbat var. İlham Heydər oğlu bu işlə məşğul olmağımızı bizdən xahiş edib. Biz də sizin mütəxəssislərlə birlikdə bu işi mütləq birlikdə həyata keçirəcəyik.
Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.
Mən bizim regionda Ukraynadakı münaqişə ilə bağlı nə baş verdiyi barədə məlumat verdim. Həm də ətraflı şəkildə. Bununla bağlı qiymətləndirmələrimiz, baxış bucaqlarımız həm yaxındır, həm də üst-üstə düşür. Bizim mövqeyimizi Siz bilirsiniz. Bizə indi orada heç də asan deyil, ancaq biz orada sülh olması üçün əlimizdən gələni edəcəyik. Biz bu istiqamətdə hərəkət edəcəyik. Bu məsələdə Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir. Biz bir-birimizlə etimad əsasında söhbət edirik. Bizim nə şəxsi, nə də dövlətlərarası planda gizli sirrimiz yoxdur. Bu isə ölkələrimizin nazirlərinin də artıq bu notlar üzərində danışmağa başlamasına və danışmasına xidmət edir. Buna görə də, mən şəxsən burada səfərdə olan hökumət nümayəndələrimizdən bu ölkədən azərbaycanlı tərəfdaşları ilə quracaqları əməkdaşlıq proqramı ilə ayrılacaqlarını gözləyirəm. Xoşagələn hal odur ki, ticarət dövriyyəmiz 400 milyona yaxındır və bu gün artıq azərbaycanlı nazirlərin təşəbbüsü ilə bu rəqəmi 1 milyarda çatdırmaq niyyətindəyik. Bu, çox böyük addım olacaq. Ola bilsin ki, biz bunu iki mərhələdə həyata keçirəcəyik. Əvvəlcə ticarət dövriyyəmizin 500 milyona çatdırılmasına, il ərzində isə digər yarısını əldə etməyə müvəffəq olarıq. Müəyyən vaxtdan sonra biz bu rəqəmi 1 milyarda çatdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Əgər məsələn, Azərbaycanda da istehsal edilən məhsulu dost olmayan ölkələrdən satın alırıqsa biz heç nəyə baxmayaraq dərhal ondan imtina etməli və buradan almalıyıq. Eynilə, Azərbaycan da bizə qarşı bu cür addım atacaq. İlham Heydər oğlu, mən Sizi Belarusa dəvət edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Prezident Aleksandr Lukaşenko: Noyabrda Sizin ölkəyə gələcəyəm, müzakirə edərik, Siz də Belarusa səfər edəcəksiniz. Bir-birimizin ölkəsinə tez-tez səfər etməyimizə baxmayaraq, danışdığımız kimi, Sizin bizim ölkəyə səfərinizi hazırlayacaq Baş nazirinizi respublikamızda görməyə şad olacağıq. Ən başlıcası isə dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız. Sizə xoşbəxtlik və uğur arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək