Tarix: 08-03-2016 12:58 | Bölmə: Fotoqalereya

Azərbaycanın "Eurovision -2016” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi ilə bağlı məlumatlar yayılıb.
Reyting.az saytı "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu il İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək müsabiqədə "Səs Azərbaycan”ın finalçısı Səmra Rəhimlinin təmsil edəcəyi iddia olunur.
Bununla bağlı sosial şəbəkələrdə də müğənninin dostları paylaşımlar ediblər, ona bu münasibətlə təbrik mesajları yazıblar.
Azərbaycanın "Eurovision” fan səhifəsi olan "İNFE Azerbaijan”da Səmranın ölkəmizi təmsil edəcəyi elan edilib.
Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı "Qafqazinfo”ya açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib:
"Azərbaycanı təmsil edəcək şəxsin kimliyi mart ayının 14-də açıqlanacaq. Bu barədə danışmaq istəmirəm. Milli seçim turlarının nəticələrini elan edəcəyik, İTV-nin rəsmi saytında yayımlayacağıq”.
Qeyd edək ki, Səmra Rəhimli "Səs Azərbaycan” musiqi yarışmasında 4-cü yerə çıxıb.
Xatırladaq ki, Səmra Rəhimli bir müddət əvvəl "O səs Türkiyə” verilişi ilə gündəmə gəlmişdi. Belə ki, azərbaycanlı iştirakçı müsabiqədə yarımfinalda məğlub olmuşdu.






Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək