Siyasət - arxiv.reytingaz.info

Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Ötən gün sabiq deputat Gültəkin Hacıbəylinin Azərbaycana deport olunmasının ardınca bir açıqlama da yayıldı: onu Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb və “sərbəst şəkildə” evinə yola salınıb.

Reyting.az Bakupost.az-a istinadla xəbər verir ki, Gültəkin Hacıbəylinin Azərbaycanın sorğusu əsasında Türkiyədən deport olunduğu ehtimalı çox yüksəkdir. Çünki hələ bir müddət öncə Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsi planında “Dövlət Şurası” yaratdığı və orada 50 nəfərin adının keçdiyi haqda məlumat vardı. O 50 nəfərdən isə iki nəfərin adı açıqlanmışdı – AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli.

Gültəkin Hacıbəylinin Azərbaycana deport olunan kimi istintaqa cəlb ediləcəyi ehtimal edilirdi. Buna baxmayaraq, ona heç bir sorğu-sual olmayıb və artıq bir sutkadır ki, sabiq deputat öz evindədir.

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bir çox adlar üzə çıxdı. Hakimiyyətin zorla ələ keçirilməsi üçün fəaliyyət göstərənlər içərisində Ramiz Mehdiyevlə birgə Əli Kərimli, Məmməd İbrahim, baş nazirin sabiq müavini Abbas Abbasov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və Eldar Əmirovun (R.Mehdiyevin köməkçisi) adı keçir. Amma Gültəkin Hacıbəyli ilə bağlı hər hansı ittiham və barəsində hansısa qətimkan tədbirinin seçilməsi məsələsi yoxdur.

Qeyd edək ki, istintaqa şahid qismində MŞ sədri Cəmil Həsənli də cəlb edilib və onun barəsində yalnız ölkədən çıxma qadağası qoyulub.

Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
Bu gün Münxendə 62-ci Münhen Təhlükəsizlik Konfransı başlayır.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə forumun rəsmi saytındakı elanda və təşkilatçıların illik hesabatında deyilir.

Qeyd olunur ki, bu dəfə diqqət Ukraynaya dəstəkdən Avropadaxili və transatlantik məsələlərə yönəldiləcək.

Forumun təşkilatçıları müzakirələri ABŞ-nın dəyişən rolu və Vaşinqtonun Avropa ilə münasibətlərinə yönəldirlər. Konfransın sədri Volfqanq İşinqer hesabata giriş sözündə Amerikanın yeni siyasətinin qlobal sistemə təsirini vurğulayıb.

Bəzi mənbələr isə bildirirlər ki, konfrans iştirakçıları prezident Donald Trampdan ehtiyat edirlər.

E. KAMAL

WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
WUF13-ün yekunları üzrə mənzil və davamlı şəhər inkişafı məsələlərinə xüsusi diqqət göstərilməsini nəzərdə tutan "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının kommunikasiya üzrə direktoru Katerina Bezqaçina 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək davamlı urbanizasiya üzrə BMT-nin ən böyük qlobal konfransı olan WUF13-ə həsr olunmuş onlayn brifrinqdə bildirib.

"Forumun yekunu WUF13-də qəbul ediləcək "Baku Call to Action" - mənzil və dayanıqlı şəhər inkişafı məsələlərinə prioritet əhəmiyyət verilməsi çağırışı olan sənəd olacaq. Biz milli hökumətləri, şəhərləri, yerli hakimiyyət orqanlarını və digər maraqlı tərəfləri bu sənədə töhfə verməyə, həllər təqdim etməyə və mənzil təminatı sahəsində konkret addımları dəstəkləməyə çağırırıq," - o qeyd edib.

O əlavə etdi ki, WUF13 çərçivəsində yeni urbanistik gündəlik üzrə nazirlik görüşü keçiriləcək, burada tərəqqi nəzərdən keçiriləcək və sonrakı həyata keçirmənin prioritetləri müəyyən ediləcək, həmçinin 2026-cı ilin iyulunda Dayanıqlı İnkişaf Məqsədi 11 "Dayanıqlı şəhərlər və yaşayış məntəqələri"nin yerinə yetirilməsinə qiymət veriləcək.

Bezqaçina vurğulayıb ki, Dünya Urbanistik Forumunun maraqlı xüsusiyyətlərindən biri WUF13-də təqdim olunacaq "Urban Expo" - qlobal həllər platformasıdır.

"Bu, bütün dünyanın mənzil sahəsində müxtəlif modelləri və həlləri nümayiş etdirmək imkanıdır. İştirakçılar öz məhsullarını və ən yaxşı təcrübələrini təqdim edəcəklər," - o deyib.

Onun sözlərinə görə, hazırda "Urban Expo"da iştirak üçün müraciətlərin qəbulu davam edir və bu proses martın 31-də başa çatacaq.

Bezqaçina əlavə edib ki, hökumət nümayəndələri, sahə liderləri, startaplar və texnologiya şirkətləri ilə şəbəkə görüşləri planlaşdırılıb.

"Qeyd etmək lazımdır ki, Dünya Urbanistik Forumu COP-dan sonra BMT-nin miqyasına görə ikinci ən böyük tədbirdir," - o yekunlaşdırıb.(Report)

Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib. O eyni zamanda cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilib.

Reyting.az xəbər verir ki, Sabiq xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, istintaqın öz sübutları olacaq: "İstintaq gedir və istintaqın öz sübutları olacaq. Daha sonra məhkəmə prosesi keçiriləcək. Bundan sonra məsələ ilə bağlı danışmaq olar. Mən Ramiz Mehdiyevlə Prezident Administrasiyasından çıxdıqdan sonra heç bir təmasda olmamışam”.

E.Məmmədyarov deyib ki, 17 milyon böyük məbləğdir: "17 milyon az məbləğ deyil, böyük vəsaitdir. Məhkəmə qərar verməlidir ki, Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib”.

Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bu informasiya Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda yer alıb.

Reyting.az modern az-a istinadla DTX-nın yaydığı məlumatda qeyd olunan və Ramiz Mehdiyevin faktiki sahibi olduğu “Şərq-Qərb” ASC haqqında məlumatları təqdim edir:

Araşdırmalarımıza görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96 faizinin Teymur Mehdiyevə (Ramiz Mehdiyevin oğlu) məxsus olduğu bildirilir. Bundan əlavə, Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC ötən il dövlət qarşısında yaranmış vergi borcunu ödəyib.

Məlumata görə, şirkət tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat məbləğində yığılmış vergi borcunu ödənilib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Qeyd edək ki, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən dövlət müəssisəsi kimi 4 nömrəli Bakı Kitab Mətbəəsi adı ilə fəaliyyətə başlayıb. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilərək “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib.

Əsas fəaliyyət istiqaməti nəşr və çap işləri olan ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.

Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Reyting.az gununsesi.info-ya istinadla xəbər veirr ki, Saleh Rüstəmov bir neçə gün öncə Azərbaycanı tərk edərək Qazaxıstana yollanıb.

Qeyd edək ki, son aylar Qazaxıstanda yaşayan sabiq icra başçısı bacısı qızının hüzr məclisində iştirak etmək üçün Bakıya gəlsə də, sonradan geri qayıda bilməmişdi.

AXCP sədri Əli Kərimlinin həbsindən sonra DTX tərəfindən saxlanılan Saleh Rüstəmov istintaqa ifadə verdikdən sonra sərbəst buraxılıb.

Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yunanıstanın qonşu və müttəfiq kimi qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanan açıq dialoq kanallarını saxlamalı olduğuna qəti inandığını bildirib.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri bu barədə Ankarada Yunanıstanın baş naziri Kiriakos Miçotakislə danışıqların yekunlarına dair birgə mətbuat konfransında danışıb.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli ticarət dövriyyəsini 7 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəfləyir.

E. KAMAL

Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
Danışıqlar prosesini sürətləndirmək üçün Ukrayna nümayəndə heyətinin Rusiya lideri Vladimir Putinlə şəxsi danışıqlar aparmaq üçün Moskvaya göndərilməsi ehtimalı nəzərdən keçirilir.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovla əlaqəli “Telegram” kanalı “Ukraine Context” məlumat yayıb.

Bunun səbəbi, hazırkı Rusiya danışıqlar qrupunun Kremldə heç bir təsirinin və müharibənin tənzimlənməsi ilə bağlı vacib qərarlar qəbul etmək səlahiyyətinin olmamasıdır. Bu səbəbdən danışıqlar faktiki olaraq “dayanmış vəziyyətdədir”.

Məlumata görə, Əbu-Dabidə keçirilən son danışıqlarda nümayəndə heyətlərinin görüş yerinin dəyişdirilməsi təklifi irəli sürülüb. Hesab olunur ki, bu, danışıqlarda irəliləyiş əldə olunmasına kömək edə bilər.

Bundan əlavə, “Telegram” kanalı əlavə edib ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner “təhlükəsizlik zaminləri” ola bilərlər. Onların təyyarəsi ilə Ukrayna danışıqçılarının Moskvaya gətirilməsi və hər iki nümayəndə heyətinin Putinlə birbaşa danışıqlar aparması barədə təkliflər səslənirdi.

“Lakin buna baxmayaraq, Rusiya Federasiyasının 2023-cü ildə saxta ittihamlarla qiyabi olaraq “həbs etdiyi” Kirill Alekseyeviç Budanovun iştirakı sual altındadır”, - “Telegram” kanalı vurğulayıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirmişdi ki,Ukrayna nümayəndə heyətiMoskvaya gəlmək qərarı verərsə,onların təhlükəsizliyinə taminat veriləcək: “Moskva dəfələrlə Ukrayna tərəfini, xüsusən də Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlara dəvət edib”.

E. KAMAL

Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanın ərəb ölkələri və ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın Şərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti, İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Görüşdə Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zaman çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub. Fələstin məsələsi kontekstində Azərbaycan tərəfindən "iki dövlət" prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistan sülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək
“Prezident Ərdoğan, iki il əvvələ qədər 23 il kəşfiyyat agentliyinə rəhbərlik etmiş və hazırda xarici işlər naziri vəzifəsində çalışan xarici işlər naziri Hakan Fidan Ankaranın xarici siyasət istiqamətində həlledici mövqelər tuturlar”.

Reyting.az xəbər verir ki, bu barədə Netanyahunun Trampla görüşündən əvvəl İsraildə analitik Smadar Perrinin “Ynet”də dərc etdiyi təhlildə qeyd edilib.

Təhlildə Fidanın prezidentin ən etibarlı kadrlarından biri olduğu və Qərb dairələrində uzun müddətdir Ərdoğanın “beyni” kimi təsvir edildiyi bildirilir.

“Ynet” hesabatında həmçinin ABŞ prezidenti Trampın “xoşladığım sərt lider” kimi təriflədiyi prezident Ərdoğanın Yaxın Şərqdə daha geniş rol oynamağı hədəflədiyi qeyd olunur.

Məqalədə həmçinin regionun əsas ölkələrinə son səfərlərin və Ankaradakı diplomatik əlaqələrin Türkiyənin regional miqyasda yeni bir tarazlıq axtardığını göstərdiyinə diqqət çəkilir. İddiaya görə, Ərdoğan Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniya ilə əlaqələrini davam etdirir və Ankara yüksək vəzifəli Amerika nümayəndəsi ilə İran rəsmisini bir araya gətirə biləcək diplomatik platformaya ev sahibliyi etmək imkanını nəzərdən keçirir.

Smadar Perrinin sözlərinə görə, Ankaranın əsas narahatlıqlarından biri ABŞ-nın İrana qarşı mümkün hərbi müdaxiləsi halında Türkiyəyə yeni bir miqrasiya dalğasının gələcəyi ehtimalıdır.

Digər tərəfdən, Ankaranın İran məsələsi ilə bağlı ərəb ölkələri ilə əlaqələrini gücləndirdiyi iddia edilir. Təhlildə Türkiyənin Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi məhsullarının satışı ilə bağlı danışıqlar apardığı, Misirə investisiya planlarının gündəmdə olduğu və İordaniyaya iqtisadi dəstək variantlarının nəzərdən keçirildiyi bildirilirdi.

Təhlilin ən diqqətçəkən hissələrindən biri İsrail baş naziri Netanyahunun Vaşinqtonda Trampa “Türkiyə təhdidi” adlı sənəd təqdim etməyə hazırlaşmağı ilə bağlı iddiadır. Nəhayət, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Qətərin İranla diplomatik münasibətlər saxladığı, eyni zamanda Vaşinqtonla güclü əlaqələri olduğu, lakin İsraillə münasibətlərində ciddi fikir ayrılıqları qeyd edilib.

ELÇİN