arxiv.reytingaz.info

Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
Ermənistanda nüvə elektrik stansiyası üçün kiçik reaktorların tikintisi, çox güman ki, kreditlə maliyyələşdiriləcək və bunun pulunu gələcək nəsillər ödəyəcək.

Reyting.az “RİA Novosti”-yə istinadla bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Qeyd edək ki, Rusiya tərəfi bu məsələyə elə də isti yanaşmır.

S. Şoyqunun sözlərinə görə, layihənin həyata keçirilməsinin Ermənistan iqtisadiyyatına investisiya qoyuluşu demək olacağına dair əsaslı şübhələr var:

“Çox ehtimal ki, bu, ölkənin illik ÜDM-nin üçdə birindən çoxunu təşkil edən alqı-satqı əməliyyatı olacaq. Və çox güman ki, yalnız indiki deyil, həm də respublikanın gələcək nəsilləri tərəfindən ödəniləcək kredit olacaq”.

Onu qeyd edək ki, Ermənistana səfərindən sonra ABŞ-nın vitse-prezidenti J.D. Vens nüvə enerjisi müqaviləsinin bir hissəsi olaraq, Amerikanın Ermənistana kiçik modul reaktorlar verəcəyini açıqlayıb.

V. QULİYEV

Prezident İlham Əliyev Almaniyada səfərdədir
Azərbaycan prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniyaya səfəri başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sabiq icra başçısının həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

Reyting.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi bu gün qərar verib.

Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sanki bir mələk…
Hacı Tahir Abbasov,

QMİ-nin Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgahının imamı

Bu qeydlər nəcib və xeyirxah ürəyə malik, zəngin poetik düşüncələri ilahi inanc ilə vəhdət təşkil edən xanımlar haqqındadır.

Müqəddəs kitabımız Qurani-Kərimdə qadın və kişi iki ulduza bənzədilir; hər birinin öz kainatında hərəkət etdiyi bildirilir: “Nə günəş aya çatar, nə də gecə gündüzü ötüb keçər. Onların hər biri müəyyən bir dairədə üzürlər” (Yasin surəsi, 40-cı ayə).

Çağdaş Azərbaycan cəmiyyətinin və dövlətinin hərtərəfli inkişafında kişilərlə yanaşı, xanımların da böyük xidmətləri var. Sirr deyil ki, ailə qayğıları, Vətənə layiqli övlad böyütmək kimi ağır və məsuliyyətli yük məhz xanımların üzərinə düşür. Bununla bərabər, elə xanımlarımız var ki, bu məsuliyyətli missiyanı şərəflə yerinə yetirməklə yanaşı, dövlət və cəmiyyət həyatında daim fəallıq göstərir, kimsəsizlərə, qocalara, şəhid ailələrinə, qazilərə, bir sözlə, ehtiyacı olanlara yardım əlini uzatmağı, yaralı könülləri sevindirməyi özlərinin məslək borcu bilirlər. Belə xanımların simasında sanki bir mələk, Uca Allahın sevimlisini görürük.

Bu günlərdə şahidi olduğum bir görüş məndə olduqca dərin və xoş təəssürat yaratdı. Bu hisləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Gəncə şəhərinə səfəri zamanı yaşadım. Alena Əliyeva ilə birlikdə şəhərimizə təşrif buyuran Leyla xanım gəlişi ilə həm kimsəsiz uşaqların, şəhid ailələrinin, həm də inanclı insanların qəlbində sanki irfan işığı yandırdı. Bu iki xanımın səmimiyyəti, qayğıkeşliyi, yüksək intellekt və mədəniyyəti tədbir iştirakçılarını heyran qoydu, sadə insanların qəlbində dövlətimizin rəhbərinə olan sevgi və inamı daha da gücləndirdi.

Leyla və Alena Əliyevalar kimsəsiz uşaqların yaşayıb təhsil aldığı məktəbi, şəhid Milli Qəhrəmanımızın ailəsini, şəhidlərimizin xatirəsinə ucaldılmış kompleksi, eləcə də bizim də iştirakımızla Şah Abbas məscidini ziyarət etdilər. Leyla xanımın məscidə daxil olarkən dini qaydalara yüksək səviyyədə əməl etməsi, qadınlara aid hissədə namaz qılıb dua etməsi, hədiyyə etdiyim Qurani-Kərimi böyük ehtiramla qəbul etməsi nəzərdən yayınmadı. Onun söhbət etdiyi insanlara mərhəmət və diqqətlə yanaşması tədbir iştirakçılarını həm sevindirdi, həm də qürurlandırırdı. Qayğıya ehtiyac duyan insanlarla bağlı ona müraciətimizi təkidlə xahiş etməsini isə ayrıca qeyd etmək istərdik.

Ziyarət zamanı Leyla xanım təkcə buradakı insanlarla deyil, məscidin həyətindəki qədim çinar ağacları ilə də maraqlandı. Mən bu ağacların təxminən 400 illik tarixə malik olduğunu, Gəncə qırğını zamanı şəhid qanları ilə suvarıldığını söyləyəndə, onun çöhrəsində yaranan təəssüf və kədəri sezməmək mümkün deyildi. Bu məqamda Leyla xanım həmin dövrün şəhidlərinin ruhları üçün dua etməyi unutmadı, çinar ağaclarına isə müqəddəs, canlı varlıqlar kimi yanaşdı.

Bu səhnələrə şahidlik etdiyimiz anlarda biz Leyla xanımın timsalında qəlbinin paklığı, mərhəməti, yüksək mədəniyyəti ilə seçilən ideal Azərbaycan xatununun obrazını görürdük. Hər iki xanımın şəhid övladlarına göstərdiyi xüsusi nəvaziş, sadə insanlarla təmaslarında ürək genişliyi ilə seçilən qayğıkeşliyi hamının hafizəsində dərin izlər buraxdı. Əlbəttə, bütün bunlara görə onların ailə başçılarına - Prezidentə və vitse-prezidentə - bu bölgənin sakinləri adından təşəkkürümüzü çatdırmağı özümüzə borc bilir və onlar üçün dualar edirik.

Müqəddəs Ramazan ayının yaxınlaşdığını xatırladarkən Leyla xanım, inşallah, bu müqəddəs ayda insanlarla gözəl süfrələr ətrafında görüşəcəyini bildirdi. Onu da xatırladım ki, Leyla xanım əvvəllər də iftar süfrələri təşkil edib. O, anası Mehriban xanımla birlikdə Gəncəyə səfəri zamanı ehsan vermiş, “İmamzadə” ziyarətgahında 600 nəfər üçün iftar süfrəsi açdırmışdı.

Bu qeydləri qələmə almaqda məqsədimiz əməli-saleh, inanclı insanların, soydaşlarına sevgi və qayğı ilə yanaşanların fəaliyyətini qeyd etmək və milli-mənəvi dəyərlərimizə verdikləri dəyəri nümunə kimi göstərməkdir. Bəli, valideyn himayəsindən məhrum uşaqları sevindirmək, imkansızlara əl tutmaq, xəstələrin şəfa tapmalarına yardımçı olmaq Leyla xanımın həyat amalı, Heydər Əliyev Fondunun isə əsas missiyasıdır.

İslam dininin tövsiyə etdiyi ən vacib əməllərdən biri yetim və kimsəsizlərə şəfqətlə yanaşmaq, onlara qayğı göstərməkdir. Uca Yaradan Qurani-Kərimdə bunu savab əməllərin sırasında sayır.

Allah belə insanları - ürəyi və əməlləri ilə savab qazananları qorusun!

Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
Kanadanın Toronto şəhərindən 59 sərnişin və 5 heyət üzvü ilə havaya qalxan “Porter Airlines” şirkətinə məxsus “Embraer E195-E2” sərnişin təyyarəsi Halifax Stanfield hava limanına endikdən sonra qarla örtülü uçuş-enmə zolağında sürüşüb.

Reyting.az xəbər verir ki, təyyarə uçuş-enmə zolağından çıxaraq qarda ilişib.

Sərnişinlər 2.5 saatlıq əməliyyatdan sonra təxliyə edilib və xəsarət alan olmayıb.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarəyə heç bir ziyan dəymədiyini və hadisə ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

V. QULİYEV

Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
Vətəndaşlar haqlarında mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər.

Reyting.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb.

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum Qərarında bu hüquqla bağlı yeni mövqelər sərgiləyib.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilə bilər. İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır.

Qeyd edək ki, unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur.

Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.

Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
Son günlərin hadisələri Rusiyanın sərhəd bölgələrində vəziyyətin dəyişdiyini göstərir.

Reyting.az-ın məlumatına görə, Rusiyanın “Nezavisimaya Gazeta”sı yazır ki, Rusiya ilə həmsərhəd ölkələrdə yeni prioritetlər və yeni strateji tərəfdaşlar yaranır.

Xatırlanır ki, fevralın 10-da Bakıda Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nın vitse-prezidenti J.D. Vens iki ölkə hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Sənəddə Cənubi Qafqazda sülhün ABŞ və Azərbaycanın ortaq maraqlarına uyğun olduğu vurğulanır. Beynəlxalq və regional təhlükəsizliyi gücləndirmək üçün tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, mövcud antiterror əməkdaşlığını dərinləşdirməyi, kibertəhlükəsizlik imkanlarını genişləndirməyi və vacib infrastrukturu qorumağı, maliyyə dəstəyi və texnologiya transferi yolu ilə humanitar minatəmizləmə potensialını qurmağı planlaşdırırlar.

Yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün Vaşinqton və Bakı iqtisadiyyat və ticarət, enerji, rabitə, süni intellekt və rəqəmsal inkişaf, eləcə də təhlükəsizlik və müdafiə kimi əməkdaşlıq sahələrində işçi qrupları yaradacaqlar.

Bu müqaviləni Azərbaycanla bağlamaqla ABŞ Cənubi Qafqazda möhkəm mövqe tutmuş və Xəzər dənizinə çıxış əldə etmişdir. Amerikalılar Ermənistanın Azərbaycanı Naxçıvan muxtar bölgəsi ilə birləşdirəcək və Ermənistan ərazisindən keçəcək “Tramp Yolu”nun tikintisinə razılıq veriblər. Yerevan inteqrasiyasının bütün sahələrində ABŞ-nın dəstəyini təmin edib.

Gürcüstan hökuməti ABŞ ilə münasibətləri yaxşılaşdırmağa hazırdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze bunu Tbilisidə ABŞ dövlət katibinin Mülki Təhlükəsizlik, Demokratiya və İnsan Hüquqları üzrə müavini Uzra Zeya ilə görüşdə bildirib.

Söhbət zamanı baş nazir Gürcüstanın qarşılıqlı addımlara və “praqmatik, rasional və ədalətli yanaşmalara” hazır olduğunu təsdiqləyib.

Beləliklə, Cənubi Qafqaz Rusiyanın təsir dairəsindən çıxır və ABŞ-nın təsir dairəsinə daxil olur. Qeyd olunur ki, NATO bununla Rusiyanın Qafqazdakı sərhədlərinə yaxınlaşır.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) Rusiya ilə əlaqəli olan başqa bir bölgədə aktivləşir. 11 fevralda Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın xarici işlər nazirləri ilə görüşüb. Gündəlikdə enerji və Rusiya əleyhinə sanksiyaların qarşısının alınması məsələləri yer alıb.

2022-ci ildən bəri Almaniyanın regiondakı bəzi ölkələrlə ticarəti əhəmiyyətli dərəcədə artıb və bu da təchizat zəncirlərinə diqqəti artırıb. Berlin eyni zamanda enerji şaxələndirilməsi və Qazaxıstandan gələn xammal da daxil olmaqla xammala çıxış axtarır.

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketi hazırlayır. İlk dəfə olaraq məhdudiyyətlər ayrı-ayrı Orta Asiya ölkələrinə, xüsusən də Qırğızıstana təsir göstərə bilər. Hesab olunur ki, bu ölkə Rusiyaya sanksiya tətbiq edilən mallar üçün əsas keçiddir.

Lakin, bu, Mərkəzi Asiya xarici işlər nazirlərinin Berlində toplaşmasının yeganə səbəbi deyil. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Mərkəzi Asiya ölkələri Almaniya üçün enerji, resurs təhlükəsizliyi, iqlim gündəliyi və sanksiyalardan yayınmaya qarşı mübarizədə getdikcə daha vacib tərəfdaşlara çevrilir. Berlin qaz, neft və nadir torpaq metallarının bol olduğu Orta Asiyada möhkəmlənməyə çalışır. Bundan əlavə, Almaniya və digər Aİ ölkələri regionu Rusiyanın təsirindən uzaqlaşdırmağa çalışırlar.

Rusiya ilə həmsərhəd olan Qazaxıstan təkcə avropalılar üçün deyil, həm də ABŞ üçün maraqlıdır. Astana Rusiyanın tərəfdaşı olaraq qalır, lakin Qərb ölkələrinə qarşı müstəqil siyasət yürüdür. Buna görə də, Rusiya sərhədləri hazırda yalnız Belarus və hələlik Qazaxıstan sərhədlərində təhlükəsizdir. Qeyd olunur ki, ABŞ-nın təmsil etdiyi NATO Rusiya Ukrayna və Cənubi Qafqazdan yaxınlaşır. Və bu ərazi artıq faktiki olaraq MDB-nin bir hissəsi deyil.

E. KAMAL

Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
2025-ci ilin yayında Meksikanın şimal-qərbindəki Çiapas əyalətində yerləşən El Xixonda qeydə alınan seysmik aktivlik 1982-ci ildə minlərlə insanın ölümünə səbəb olan fəlakəti yenidən gündəmə gətirib və bölgədə mümkün püskürmə ilə bağlı narahatlıqları artırıb.

Reyting.az xatırladır ki, 1982-ci ildə El Xixon vulkanının “sivilizasiyaların sonu” kimi təsvir edilən şiddətli püskürməsi təxminən 2000 insanın həyatına son qoyub, çoxsaylı yaşayış məntəqələrini tamamilə məhv edib və on minlərlə insanı didərgin salıb.

Səkkiz kilometrlik əraziyə yayılan lava 40 santimetrə çatan kül təbəqəsi yaradıb, kənd təsərrüfatı sahələrinə və heyvandarlığa ciddi ziyan vurub. Eyni zamanda püskürmə təxminən bir kilometr enində krater yaradıb və turşulu bir göl əmələ gətirib.

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) püskürmə zamanı stratosferə çoxlu miqdarda materialın çatdığını və bunun qlobal temperaturun təxminən 0,5 dərəcə Selsi azalmasına səbəb olduğunu açıqlamışdı.

Vulkanı izləyən alimlər 2025-ci ilin iyun-avqust ayları arasında seysmik aktivliyin artdığını aşkar ediblər. Aktivlik başqa bir püskürmə ehtimalını da artırır. Belə püskürmələr 20-30 kilometr hündürlüyə çata bilən qaz və kül sütunları ilə xarakterizə olunur.

Digər tərəfdən, yerin qeyri-sabitliyi, yüksək temperatur, başgicəllənmə və tənəffüs problemləri yarada biləcək güclü qaz emissiyaları kraterin içinə enişi çətinləşdirir.

Geologiya, seysmologiya, geokimya və geodeziya sahələrindən olan mütəxəssislər bölgədə araşdırmalar aparırlar.

Mütəxəssislər bu mərhələdə təzə maqmanın səthə qalxdığına dair heç bir dəlil olmadığını və 1982-ci ildəki kimi böyük miqyaslı püskürmə ehtimalının aşağı olduğunu bildirirlər.

V. QULİYEV

Yeni vergi güzəştləri tətbiq ediləcək
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək.

Reyting.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.

Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

• qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

• qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

• müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Reyting.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək:

"Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək".