Müsahibə - arxiv.reytingaz.info
Deputat: Azərbaycan 15 regiona bölünməlidir
Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibə verib.
Reyting.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, həmkarınız Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı narahatlığını bölüşdü. Amma deputat Siyavuş Novruzov bildirdi ki, bu məsələ ümumxalq səsverməsi ilə həll olunmalıdır və müzakirələrə zərurət yoxdur. Sizin dəyişikliklərə münasibətiniz necədir?
- Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Konstitusiyada yazılıb ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir. Əslində orada yazılmalı idi ki, muxtar ərazidir. Moskva və Qars müqavilələrində də elə muxtar ərazi kimi qeyd olunub. Yəni həmin ərazi muxtar mahal da ola bilər, muxtar vilayət də, muxtar respublika da. Biz müstəqillik əldə edəndən, xüsusilə Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyi bərpa olunandan sonra heç muxtariyyətə ehtiyac da yoxdur. Ona görə də təşəbbüslə çıxış eləmişdim ki, Naxçıvanda muxtariyyət ləğv olunsun. Ümumiyyətlə, mənim yanaşmam belədir ki, Azərbaycan 15 regiona bölünməlidir, 15 regiondan biri də Naxçıvan olmalıdır. Hər regionun özünün məclisi olmalı və məclisdə regionun başçısı seçilməlidir. Üstəgəl, həmin region üzrə Prezidentin səlahiyyətli nümayəndəsi olmalıdır ki, konstitusiya və qanunların icrasına nəzarət eləsin. Bunun üçün də ölkədə konstitusion islahatlar həyata keçirilməli, inzibati ərazi quruluşu dəyişilməlidir. Yeni konstitusiyada parlamentin və məhkəmə hakimiyyətinin səlahiyyətləri genişləndirilmələdir.
- Yaxın zamanlarda Azərbaycanda referendum gözləniləndir, yoxsa bu, Ermənistandakı seçkilərdən sonra baş tuta bilər?
- Konstitusiya islahatlarına çox böyük ehtiyac var, amma bunun tezliklə baş tutacağı ehtimalı azdır. Gələcəkdə referendumun keçirilməsi qaçılmaz olacaq. Bu isə yalnız Prezidentin iradəsindən asılıdır.
- Paşinyan yenə də Azərbaycanı “işğal”da ittiham edib. Sizcə, nə baş verir?
- Məncə, Paşinyan fərqindədir ki, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla sıx əməkdaşlıqdan keçir. Ümumiyyətlə, bu dövlətin mövcudluğu bizimlə dostluqdan keçir.
- Parlamentdəki çıxışınızda bildirdiniz ki, əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, Azərbaycandan da Ermənistana Qazaxdan keçən, o cümlədən Sədərəkdən İrəvana gedən dəmir yolunu özümüz bərpa edə bilərik...
- Parlament iclasında dedim ki, əslində Ermənistandakı parlament seçkilərinədək yaxşı olar bu ölkə ilə sülh sazişini imzalayaq. Bu da Paşinyana, Ermənistanın dinc inkişafına əlavə bir dəstək olar. Biz indi Ermənistana yanacaq satırıq. Bu, imkan verib ki, Ermənistanda yanacağın qiyməti 15-20 faiz aşağı düşsün. Bu, Paşinyana çox böyük dəstəkdir. Ermənistana taxıl Azərbaycan üzərindən daşınır ki, bu da onun maya dəyərini aşağı salır, daşınma xərcləri İrəvan üçün xeyli azalır. Ermənistanla dərhal dəmiryolu xətlərini bərpa etməliyik. Bu ölkə bizim ərazidən özünə yük daşıyırsa, biz də Ermənistan üzərindən Naxçıvana yük daşıyaq. Biz Qazax-İcevan dəmir yolu xəttini qısa müddətdə bərpa edə bilərik. Eynilə də Sədərəkdən İrəvana gedən dəmir yolunu. Yüklər Qazaxdan Ermənistana, oradan da Sədərəkdən Naxçıvana daxil olacaq. Yəni dəmir yolu xətləri yüklərin daşınma xərclərini xeyli azaldır. Həmçinin bu, Naxçıvanın inkişafı üçün son dərəcə vacibdir. Əgər artıq ticarətə də başlamışıqsa, sülh sazişinin yubadılmasını məqsədəuyğun saymıram. Ona görə ki, sülh sazişi imzalanmadıqca, müharibənin yenidən alovlanması ehtimalı az da olsa, qalacaq. Başqa dövlətlərin regiona müdaxilə imkanları mövcud olacaq. Bax, o imkanları onların əlindən almaq üçün həm Azərbaycan, həm də Ermənistan iradə nümayiş etdirməlidir. Əgər Ermənistan gələcəkdə öz konstitusiyasına baxacağı barədə öhdəlik götürərsə, biz konstitusiyanın sülh müqaviləsinədək dəyişilməsi ilə bağlı tələbimizi kənara qoyub sülh sazişini imzalaya bilərik. Sülh sazişi imzalanmalı, sərhədlər delimitasiya olunmalı, ticarət əlaqələri, əməkdaşlıq genişləndirilməlidir.
- Qüdrət bəy, deputat həmkarınız Siyavuş Novruzov Naxçıvanın üç dövlətlə həmsərhəd olduğunu qeyd edərək, bu bölgənin təhlükəsizliyinin təmin olunmasının vacibliyindən də danışdı. Mövcud vəziyyət sizdə də narahatlıq yaradırmı?
- Naxçıvanın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Bilirsiniz ki, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamışıq. Düzdür, Şuşa Bəyannaməsində qeyd olunmayıb ki, bir dövlətə hücum digər dövlətə hücum kimi qəbul olunur. Ona görə də Türkiyə ilə qarşılıqlı hərbi yardımla bağlı məsələlər daha yüksək səviyyəyə qaldırılmalıdır. Mən komitə iclasında qeyd etmişdim ki, Türkiyə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış hərbi yardım haqqında sazişə qoşulmaq istəyir. Həmin sazişə görə, bir dövlətə hücum, tutaq ki, Səudiyyə Ərəbistanına hücum Pakistana hücum kimi qəbul olunacaq. Türkiyə də bura qoşulmaq istəyir. Ona görə demişdim ki, əgər Türkiyə qoşulsa, biz də həmin sazişə qoşulaq, kollektiv təhlükəsizlik müqaviləsi olsun. Amma hesab edirəm ki, təhlükəsizlik üçün ən doğru yol birinci, dövlətin içində xalqın birliyinin mövcudluğudur. Sözsüz ki, hakimiyyət və xalq arasında birlik olmalıdır. İkincisi, ölkənin güclü iqtisadiyyatı olmalıdır. Güclü ordunu yalnız güclü iqtisadiyyat təmin edə bilər. Ölkənin güclü müttəfiqlərinin olması ilə yanaşı, qonşularla dostluq və əməkdaşlıq siyasəti də yürüdülməlidir. Hazırda Azərbaycan bu siyasəti yürütməyə çalışır. Ona görə də hesab eləmirəm ki, Naxçıvan üçün böyük bir təhlükə var.
- İranda baş verənlər haqqında fikirləriniz necədir? Hadisələrin gedişi İrandakı azərbaycanlılara nə vəd edir?
- Mən həmişə demişəm ki, İran Azərbaycan türklərinin dövlətidir. Orada əhalinin böyük hissəsi Azərbaycan türkləridir. Hətta bildirmişdim ki, Türk Dövlətləri Təşkilatına İran da daxil edilsin. Cənubi Azərbaycandakı türklər İran dövlətini quran iki əsas xalqdan biridir. Biri farslar, ikincisi Azərbaycan türkləridir. Ona görə də Azərbaycan dili İranda rəsmi dövlət dili olmalı, İran federallaşmalıdır. İranın inkişafını yalnız bu formada təmin etmək mümkündür.
- Azərbaycan və İran prezidentlərinin son telefon danışığı da rəsmi Bakının qonşu ölkəyə münasibətini bir daha nümayiş etdirdi. Necə bilirsiniz, dövlətimizin sağlam və sülhü, təhlükəsizliyi özündə ehtiva edən mövqeyi gələcəkdə azərbaycanlıların milli haqlarının tanınmasına təkan verə bilərmi?
- İranda ciddi konstitusion islahatlara ehtiyac var. İranda real hakimiyyət xalqın seçdiyi şəxsə verilməlidir. İndi biz bilirik ki, ali dini lider xalq tərəfindən seçilmir və prezidentin də dövlət siyasətini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Məsələn, Laricaninin səlahiyyəti Pezeşkianın səlahiyyətindən on dəfə artıqdır. Hələ Xameneini demirəm. Bu baxımdan İranda prezident dövlət idarəetməsində elə bir ciddi rol oynamır, yalnız dini liderin müəyyən tapşırıqları ilə məşğul olur. Ona görə də prezident dəyişsə də, ölkədə yaxşılığa doğru nələrsə dəyişmir.
- Yəni vəziyyət elə bu şəkildə davam edəcək?
- İranda xalq dəyişiklik, normal yaşamaq istəyir. Farslar kimi, digər xalqlar da öz dilində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək istəyirlər. İran başqa dövlətləri hədələməyə son qoymalı, sanksiyaların aradan qaldırılması üçün ABŞ ilə danışıqlara başlamalı, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirməlidir. Bunlar olmasa, İranda inqilab baş versə, Türkiyə və Azərbaycan Cənubi Azərbaycan türklərinə ciddi şəkildə dəstək olmalıdır. Düzdür, Türkiyə İranın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Mətbuatda türk ekspertlərin fikirləri ilə tanış oluram; onlar narahatdırlar ki, birdən kürdlər öz muxtariyyətini əldə edərlər. Kürdlər onsuz da öz muxtariyyətlərini İraqda, Türkiyə ilə sərhəddə əldə ediblər. İranda onların muxtariyyətinin olması nəyi dəyişər? İkincisi, yaxşı, kürdlərə görə az qala ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin özlərinin heç olmasa milli-mədəni, siyasi muxtariyyəti olmamalıdır? Ona görə də bu yanaşmanı doğru saymıram. Odur ki, Türkiyə və Azərbaycan rəsmiləri ciddi işləməlidirlər. Azərbaycan iqtidarı ABŞ, Rusiya, Türkiyə və İsraillə danışıqlar aparmalıdır: İranda mərkəzi hakimiyyət çöksə, o zaman azərbaycanlıların taleyi necə olacaq... Əgər İran çökəcəksə və yaxud federallaşacaqsa, ilk növbədə Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edirəm ki, Cənubi Azərbaycanın okeanlara çıxışı olmalıdır. Yəni bu, son dərəcə önəmli bir məsələdir ki, Azərbaycan dövləti bu istiqamətdə gərək hər şeyə hazır ola. Mən hələ xeyli müddət öncə demişdim ki, biz ölkədə ərzaq ehtiyatını artırmalıyıq, Azərbaycan İrandakı proseslərin ən pis ssenari üzrə inkişafına hazır olmalıdır. Oradan ölkəmizə qaçqın axını da ola bilər...
- Yəni deyirsiniz sərhədlərin bağlı olmasına baxmayaraq, eləmi?
- Belə şəraitdə sərhədlərin bağlı olması əhəmiyyətsiz məsələyə çevrilə bilər. İnsanlar bura üz tutacaqsa, neyləyəcəyik, öz soydaşlarımızı sərhəddən buraxmayacağıq?
İkincisi, Azərbaycanın bununla bağlı beynəlxalq öhdəlikləri var, qaçqınlara kömək edilməlidir. Bu baxımdan, biz heç cür onların qarşısını ala bilmərik. Qarşısını alsaq da, bunu tarix bizə bağışlamaz və bu, bir qara ləkə kimi Azərbaycan dövlətinin tarixində qalar. Allah iraq eləsin, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları silahlandırmalı, yaxud da öz nizami ordusu ilə kömək etməlidir. Yəni onları taleyin ümidinə buraxmamalıyıq. Ona görə deyirəm ki, bu məsələlər böyük güclərlə danışılmalıdır.
- ABŞ vitse-prezidentinin səfəri zamanı bu məsələ də müzakirə mövzusu ola bilərmi?
- Ola bilsin ki, Vens gələnə qədər İranla bağlı məsələlər bitsin. Bəlkə də Vens həm də İrandakı gələcək prosesləri müzakirə etmək üçün Azərbaycana gəlir..
- Proqnozunuz nədir: Tramp İranı vuracaqmı?
- Bu ehtimal çox böyükdür. İrana qarşı güc tətbiq etmək Trampa həm də ABŞ daxilində gündəmi dəyişmək üçün lazımdır. İranın dini rəhbərliyi də hər hansı güzəştə getməyə hazır görünmür, real hakimiyyəti vermək, imtiyazlardan imtina etmək fikrindən uzaqdır. İran yenə də İslam respublikası kimi qala, dini lider Böyük Britaniyadakı kimi, kral səlahiyyətlərini qoruyub-saxlaya, hakimiyyəti varisinə ötürə, bu zaman siyasi partiyalarda da müəyyən təsirini saxlaya bilər. Amma imkan yaratmalıdır ki, icra hakimiyyətini parlament seçkilərində qalib gəlmiş siyasi partiyalar formalaşdırsın və onlar da dövlətin daxili və xarici siyasətinin müəyyənləşməsində, dövlətin idarə olunmasında azad və sərbəst olsunlar.
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
Amerika Birləşmiş Ştatları İran ətrafına hərbi qüvvələr toplayır. Bəzi ekspertlərin fikrincə, bu addım İrana yenidən zərbə endirmək məqsədi daşıya bilər.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Reytinq” qəzetinə müsahibəsində deyib ki, əslində ABŞ İrana hücum etmək istəmir:
- Ağ evdə bəzi qruplar İranın vurulmasının tərəfdarı olsa da, digər qüvvələr bunu dəstəkləmir. Prezident Tramp da İranın vurulması ideyasına müxalifdir, istəyir ki, özü məcbur olmadan hücum etməsin.
İndi Tramp regiona çoxlu sayda hərbi qüvvə toplayıb və bir növ İrana qarşı təzyiqi gücləndirməyə çalışır. Məncə, Tramp bütün imkanları ilə İrana “mən ciddiyəm, mənimlə barış”,- mesajını verir və ya bunu nümayiş etdirir. Tramp həm də deyir ki, “dediklərimi qəbul et”. Qısası, Tramp istəyir ki, məlum şərtlər qəbul olunsun, hücuma ehtiyac qalmasın, sanksiyalar aradan qaldırılsın və s.
Mənim fikrimcə, əgər İran Trampın dediklərini qəbul etsə, Amerika hücum etmək istəməz. Problem ondadır ki, Tramp “mənim dediklərimə, mənim şərtlərimə boyun əy, onları et”,- mesajını verir. Məsələn, uranın zənginləşdirilməsini ümumiyyətlə yığışdır, proksi qüvvələrdən imtina et, ballistik raket istehsalını dayandır və digər bu kimi şərtlər...
İnsan haqları məsələsinə gəldikdə, Amerika bundan alət kimi istifadə edir. Məsələn, Trampın “insanların hüququnu pozsan, vuraram”,- mesajı ciddi deyil və daha çox siyasi alət kimi istifadədir. Aydındır ki, Tramp üçün insan faktorunun əhəmiyyəti yoxdur və onun indiyə qədər gördüyü işlər göz qabağındadır.
- İranın mövqeyi necədir?
- İran açıq və ya dolayısı ilə mesaj verib ki, vursan, biz də vuracağıq.
- Sizcə, ABŞ və İranı bərabər qüvvə kimi qiymətləndirmək doğrudurmu?
- Aydındır ki, Amerika ilə İran bərabər qüvvə deyillər və bunu hər kəs bilir. Xüsusilə, burada İsrail faktoru da var. Amma İran bütün imkanları ilə təhlükəyə qarşı hazırlaşır. Deyir ki, regionda Amerikanın hərbi və iqtisadi nələri varsa, hamısını vuraram. Bütün bunlara baxmayaraq, arzuedilməz addım atılarsa, onun sonunun necə olacağını indidən demək çətindir. Əlbəttə, müəyyən proqnoz vermək mümkündür: nəticə etibarı ilə dünya, region, İran qarışar və arzuedilməyən proseslər başlayar.
Son zamanlar xəbər yayıldı ki, İran ordusu 10 min kilometrə çatan ballistik raketini sınaqdan keçirib. Hətta ona nüvə başlığı da qoymağın mümkün olduğu deyilir. Düzdür, İran bunu rəsmi şəkildə bildirməyib, amma həmin sınağın videosu yayılıb.
Hörmüz boğazını bağlamaq, minalamaq məsələsi də var.
Son xəbərlərə görə, İran da hərbi gəmi qüvvələrini göndərib və hazırlıq başlayıb. Yəni İran bütün imkanlarını səfərbər edir. Sözsüz ki, Amerika bunu izləyir və hansı qərar verəcəyi əhəmiyyətlidir.
Hesab etmirəm ki, Amerika genişmiqyaslı müharibəyə girmək niyyətindədir. Prezident Tramp elə fiqurdur ki, ona pul daha şirin gəlir, nəinki böyük maliyyə tələb edəcək müharibə. Üstəlik, nəzərə almaq lazımdır ki, ABŞ daxilində də müəyyən problemlər var və ola bilər. Digər tərəfdən, Hörmüz boğazı bağlansa, proses mürəkkəbləşsə, dünyada neft problemi yaranacaq. Bu baxımdan məsələ olduqca mürəkkəbdir, çoxlarının düşündüyü kimi “Amerika vurdu və getdi”,- məsələsi deyil.
Mənim qənaətim budur ki, Amerikanın müharibəyə başlaması, bunun bir neçə ay sürməsi kimi bir məsələ yoxdur.
Bəli, Amerika güclüdür və çox ziyan vura bilər. Özü də daxildə ziyan görməz, çünki okeanın digər tərəfindədir. Ancaq onun da regionda hərbi və iqtisadi strukturları var.
Sözsüz ki, region ölkələri müharibənin və hərbi gərginliyin olmasında maraqlı deyillər, onlar da ABŞ-a “İranı vurma!”,- deyirlər. Qısası, çox mürəkkəb vəziyyət yaranıb.
- Getdikcə hərbi münaqişə ehtimalı artır. Bundan çıxış yolu görürsünüzmü və əgər varsa, hansıdır?
- Məncə, çıxış yolu var. Bunun üçün İranla ABŞ anlaşmalıdır. Xüsusilə uranın zənginləşdirilməsi məsələsində.
Xatırlayırsınızsa, bundan əvvəl nüvə sazişi imzalanmışdı. Sonra Amerika bu sazişdən çıxdı və saziş pozuldu. Fikrimcə, indiki vəziyyətdə məsələ əvvəlki müqavilə həddinə qədər gedib çıxa bilsə, problem həllini tapar. Bunun üçün hər iki tərəf addım atmalıdır.
- İrana hücum ola bilərmi?
- Dediyim məsələlər olmasa, Amerika tərəfindən İrana hücumun olması mümkündür. Təbii ki, İran buna qarşı bacardığını edəcək. Həmçinin belə vəziyyətdə proksi qüvvələr də əllərindən gələni edəcəklər. Məsələn, Husilər elan ediblər ki, ABŞ gəmilərini hədəfə alacaq. Eləcə də Livan “Hizbullah”ı imkanı daxilində nəsə edəcək. İraqda da qüvvələr var və onlar da hücumu dəstəkləməyəcək, İranı müdafiə edəcəklər. Ən azından belə mövqelər ifadə edilib.
İsrail mənbələri bildirirlər ki, İran prezidenti Pezeşkian ABŞ prezidenti Trampa məktub göndərib və məsələnin həlli üçün danışıqların vacibliyini vurğulayıb. Hələlik İran tərəfi bu xəbəri təsdiqləməyib. İrəliləyən zamanlarda məsələlər aydınlaşacaq.
İndi onu deyə bilərəm ki, Trampın apardığı siyasət, eləcə də müəyyən fəaliyyət nəticə etibarı ilə İranın təklənməsinə gətirib çıxarıb. Bu günə qədər Rusiya və Çin hərbi imklanlarından heç də hər şeyi İrana verməyiblər. Daha doğrusu, satmayıblar. Mümkündür ki, indi bu məsələlərdə müəyyən irəliləyişlər var. Guya belə imkanlar indi açılıb və bunları İrana verirlər.
- Müharibə başlayarsa, Rusiya və Çin İranı müdafiə edəcəkmi?
- Belə bir ehtimal yoxdur. Yəni Rusiya və Çinin İranı dəstəkləyərək Amerikaya qarşı əməliyyat keçirəcəkləri illüziyası mövcud deyil. Bunu etməzlər. Üstəlik, İran məsələsi Rusiya üçün bir alətdir, o mənadakı Ukrayna məsələsi və digər danışıqlarda Kreml bundan istifadə edir və s.
Bir daha vurğulayım ki, ABŞ özü də üzdə İranı danışıqlara dəvət edir. Reallıqda isə deyir ki, “bu şərtlər var, gəl, bunun altından imza at və təslim ol”. Amma bunun adı danışıq, diplomatiya deyil. Buna qədər olan danışıqların altıncı raundunda İranı aldatdılar. Diplomatik danışıqları özləri pozub, İrana hücum etdilər. İndi də diplomatik həll yolu olmasa, İrana hücum məsələsi ciddidir, amma bu, genişmiqyaslı olmayacaq. Mümkündür ki, hansısa hədəflər vurulacaq və İranın da buna qarşılıq verəcəyinə şübhə yoxdur. Əlbəttə, Amerika çalışacaq ki, İranın hərbi qüvvələri o qədər də fəal olmasın. Bunun üçün kiberhücum, əsas hücumdan əvvəl digər imkan və vasitələri işə salacaqlar. Ancaq zərbə də görəcəklər. Ümumilikdə regionun qarışması, Hörmüz boğazının bağlanması halında neft problemi və digər məsələlər olduqca ciddidir. Bu, İranın özünə də ziyandır. Ancaq İran deyir ki, onun təslim edilməsi rahat bir məsələ deyil və əlindəki imkanlardan maksimum istifadə edəcək.
Nemət ORUCOV
Reyting.az
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov dünyanın ən məşhur idman nəşrlərindən biri olan “Kicker” jurnalına müsahibə verib. Almaniya nəşri üçün müsahibəni azərbaycanlı jurnalist Rasim Mövsümov götürüb.
Reyting.az müsahibəni təqdim edir:
- Cənab Qurbanov, siz vaxtilə almaniyalı məşqçilərin yanında təcrübə keçmisiniz. Alman futbol mədəniyyətindən nələri mənimsəmisiniz?
- 2010-cu ilin avqustunda Avropa Liqasının pley-off oyunları zamanı biz "Borussiya Dortmund" ilə yaxşı münasibətlər qurmuşduq və bunun nəticəsi olaraq, bir qədər sonra orada Yürgen Kloppun yanında təcrübə keçmək imkanım oldu. Bir neçə gün ərzində onun məşq prosesini izləmək və məşqçilik işinin peşəkar tərəfləri haqqında onunla müzakirələr aparmaq mənim üçün əvəzolunmaz təcrübə idi. Fürsətdən istifadə edib "Kicker" jurnalı vasitəsilə ona salamlarımı çatdırır və peşəkar inkişafıma mühüm töhfə verən bu qeyri-adi şansı mənə yaratdığı üçün dərin minnətdarlığımı bildirirəm.
- Alman futbolunun hansı aspektləri sizin üçün xüsusilə maraqlıdır?
- Alman futbolu hər zaman ciddi daxili intizam və hər oyuna yüksək konsentrasiyalı hazırlıqla seçilib. Bunlar Avropa futbolunun inkişafına təkan verən faktorlardır. Əsas güc isə hələ uşaq futbolundan aşılanan, sadə oyun, sürət və kollektiv nizama üstünlük verən mentalitetdir. Bu "dəmir intizam" alman futbolçularının rəqibdən və ya hesabdan asılı olmayaraq, final fitinə qədər məsuliyyəti üzərlərinə götürmələrini və diqqətli qalmalarını təmin edir. Bu sadəlik və dözümlülük prinsiplərini öz məşqçilik fəlsəfəmə daxil etməyim karyerama çox müsbət təsir göstərib.
- Futbolçu və ya məşqçi kimi nə vaxtsa Almaniya klublarından təklif almısınızmı?
- Xatırladığım qədər, 1997-ci ildə - oyunçu olduğum vaxt məni məşhur almaniyalı məşqçi Bernd Ştangeyə məsləhət görmüşdülər, lakin bundan bir nəticə çıxmadı.
- Əgər “Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?
- Bütün mövsüm boyu alman komandalarına qarşı oynamaq çətindir və avrokuboklarda onlarla bir-iki dəfə qarşılaşmaqdan tam fərqlidir. Hesab edirəm ki, biz rəqabət apara bilərdik, yəni autsayder olmazdıq, lakin ilk 10-luğa düşmək asan olmazdı.
- 2010-cu ildə Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzan “Qarabağ” artıq 2024-cü ildə "Bayer Leverkuzen"ə qarşı 2:2-lik nəticə əldə etdi. Bu müddət ərzində nə dəyişdi?
- O vaxt bizim avrokuboklarda ilk illərimiz idi, "Borussiya" isə özünün ən güclü dövrlərindən birini yaşayırdı - sonradan Almaniya çempionu da oldular. Klopp yüksək sürətlə oynayan çox maraqlı komanda formalaşdırmışdı.
"Bayer"ə qarşı isə biz artıq daha təcrübəli idik, lakin qrup mərhələsində onlara 1:5 hesabı ilə uduzduq və keyfiyyət fərqi aydın görünürdü. Amma onlarla yenidən qarşılaşdıqda, rəqibi daha yaxşı analiz etdik, səhvləri düzəltdik, daha özünəinamlı və diqqətli olduq. Yenə qalib gələ bilməsək də, bu oyunlar bizə böyük təcrübə və öz gücümüzə inam qazandırdı.
- İndi "Ayntraxt Frankfurt"a qarşı oynayacaqsınız. Gözləntiləriniz nədir?
- Dərk edirik ki, onlar bütün cəhətlərdə bizdən üstündürlər. Hazırda əsas məqsədimiz bütün oyunçuların sağlam olmasıdır ki, heyətdə rotasiyalar üçün daha çox seçimimiz olsun. Bakıda oynamağımızın üstünlüyündən də mümkün qədər yararlanmaq istəyirik. Avrokuboklardakı qələbələrimizdən sonra rəqiblər artıq bizi daha ciddi qəbul edirlər. Əminəm ki, "Ayntraxt" bizə qarşı çox ciddi hazırlaşacaq. Bu qarşılaşmada xallar hər iki komanda üçün vacibdir və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirmək üçün sona qədər mübarizə aparacağıq.
- 2013-cü ildə "Ayntraxt"a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?
- Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə uduzsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.
- Komandanız yeddi xalla 22-ci yerdədir. Pley-off mərhələsinə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?
- Real yanaşsaq, qalan iki oyundan birində qazanacağımız qələbə ilə də ilk 24 komanda arasında yerimizi təmin edə bilərik. Lakin bu, təkcə bizim çıxışımızdan deyil, həm də rəqiblərin nəticələrindən asılıdır. Buna görə də, qalan oyunların hər birində hətta bir xal belə bizim üçün həlledici ola bilər.
- "Qarabağ" ardıcıl 12-ci mövsümdür avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?
- Bütün uğurlarımızın təməlində "Qarabağ" adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu, bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.
- "Qarabağ"ı öz futbol fəlsəfəsinə görə "Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?
- Təbii ki, bunu yüksək qiymətləndiririk. "Barselona"nın fəlsəfəsi və bu oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz "Barselona"nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla sadəcə tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdırlar. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.
- Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırırlar. "Qarabağ" isə bu məsələdə daha təmkinli davranır. Bunun səbəbi nədir?
- Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10 faizini heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verirlər. Əvvəllər komandaya, əsasən, azad agent olan futbolçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün, onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.
- Son vaxtlar, əsasən, Portuqaliya ikinci liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?
- Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğundan diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır - biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.
- Komandanızda vaxtilə "İnqolştadt"da oynamış xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç də var. Nə üçün o, əsas qapıçı kimi özünü təsdiq edə bilmir?
- Qapıçı mövqeyindəki rəqabət daha böyük olur, çünki komandada bu mövqe üçün yalnız bir yer var. Amma mən Fabianın peşəkarlığından və nümunəvi xarakterindən çox razıyam. Onun hələ Çempionlar Liqasında oynamaq imkanı qazanmaması ondan narazı olmağım anlamına gəlməməlidir. O, çox çalışqan oyunçudur və əminəm ki, gələcəkdə komandaya kömək etmək üçün hələ çox şansı olacaq.
- Sizin haqqınızda deyirlər ki, məşq bazasına səhər hamıdan tez gəlir, axşam isə hamıdan gec çıxırsınız. Bu iş rejimi sizi yormur ki?
- Artıq 40 ildir futboldayam və bu idman növünə sevərək gəlmişəm. Əgər insan işini sevirsə, bezməkdən və tükənmişlikdən söhbət gedə bilməz. Əlbəttə ki, mövsüm ərzində eniş-yoxuşlar, fiziki yorğunluq və ya komandanın zəif çıxışı olur - amma bu, futbolun təbiətində var. Tarix göstərir ki, hətta ən böyük klublar belə daim zirvədə qala bilmirlər. Əsas məsələ öz təyin etdiyin çərçivədə sabitliyi və uğuru qoruyub saxlamaqdır. Mən bu işi həqiqətən sevirəm və bezdiyimi hiss etdiyim an futbolu tərk edəcəyəm.
- Siz hər zaman çox təmkinli görünürsünüz. Niyə oyunlar zamanı emosiyalarınızı, demək olar ki, büruzə vermirsiniz?
- Bu, ilk növbədə mənim xarakterimlə bağlıdır. Bütün tapşırıqlarımı, hisslərimi və düşüncələrimi oyundan əvvəl paltardəyişmə otağında və ya məşqdə oyunçulara ötürürəm. Əgər komanda tam hazırlıqlıdırsa və hər kəs meydanda nə etməli olduğunu dəqiq bilirsə, meydanın kənarından həddindən artıq müdaxiləyə və ya süni emosiya nümayişinə ehtiyac görmürəm. Oyunun gedişatından asılı olaraq, əlbəttə, hisslərimi cilovlaya bilmədiyim anlar olur. Lakin ümumilikdə təmkinli olmağa çalışıram.
- Futbolçu olduğunuz dövrdə tez-tez klub dəyişirdiniz. Amma məşqçi kimi belə deyil: 2008-ci ildən "Qarabağ"dasınız. Başqa bir komandada, bəlkə də başqa bir ölkədə çalımağı təsəvvür edirsinizmi?
- "Qarabağ"da qurduğumuz peşəkar sistemə və bu adın daşıdığı mənəvi məsuliyyətə görə, düzünü desəm, heç vaxt başqa komanda haqqında düşünməmişəm. Futbolçu olduğum vatlarda böyük klublarda oynamaq xəyallarım var idi. Lakin bura məşqçi təyin olunduğum gündən bütün diqqətimi və enerjimi yalnız bu komandaya həsr etmişəm. Həm ölkə çempionatında, həm də Avropa arenasında hiss etdiyim daimi məsuliyyət məni bu kluba elə sıx bağlayıb ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.
Rasim MÖVSÜMOV
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
İran İslam Respublikasında milli valyutanın devalvasiyası ilə başlayan kütləvi etiraz aksiyalarında artıq siyasi tələblər də səsləndirilir. Xalq mövcud rejimin dəyişdirilməsi tələbini irəli sürür. Bəzi siyasətçilər bu aksiyaların gec-tez İrandakı teokratik rejimin çökməsinə səbəb olacağını iddia edirlər. Hətta İranın parçalanma təhlükəsi ilə üzləşdiyini deyənlər də var.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun İranda baş verənlərlə bağlı “Reytinq” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər də maraq doğurur:
- Ceffersonun məşhur bir sözü var: hər bir insan nəsli bir inqilabı yaşamağa məhkumdur. Bunun mənası odur ki, istənilən cəmiyyətdə təxminən 50 ildən bir ciddi ictimai-siyasi hadisələrin baş verməsi vacib və ya gözləniləndir. Elmdə bunu bəzən nəsillərarası konflikt, bəzən də inkişafın dalğavari xarakteri ilə izah edirlər. Hətta tənəzzüllə tərəqqinin bir-birini əvəzləməsi kimi də şərh olunur. Bunu Allahın insan cəmiyyətinə müdaxiləsi sayanlar da var. Yəni alimlər Ceffersonun dediklərini müxtəlif aspektlərdən izah edirlər.
İranda baş verənlər, əslində, nəsillərarası konfliktin meydana çıxmasından qaynaqlanır. Artıq İslam İnqilabından sonra 47 ildir ki, İran eyni ideologiya, dəyərlər və prinsiplərlə idarə olunur. Bu gün İranda 50 yaşına qədər olan insanlar İslam İnqilabını yaşamayıblar. Başqa sözlə, ölkə əhalisinin təxminən 90 faizi bu inqilabı yalnız qəzet və kitablardan tanıyır, onun birbaşa iştirakçıları deyillər. İnqilabın əsas ideoloji daşıyıcıları artıq həyatda deyillər. Bu baxımdan yeni nəsil üçün İslam İnqilabının şüarları yad görünür. Əsas məsələ də məhz budur. Dərin təhlil etsək görərik ki, hazırda rəsmi şəkildə icra edilən ideoloji sistem və müdafiə olunan dəyərlər yeni nəsil üçün demək olar ki, yad xarakter daşıyır.
- Demək istəyirsiniz ki, indiki İran etirazları İslam İnqilabının dəyərlərinin yeni nəsil üçün yad olmasının göstəricisidir?
- Bəli. Bunun əlamətlərini aydın şəkildə görürük. Bundan əvvəl İranda insanlar hicaba qarşı etiraz edirdilər, onu taxmaq istəmirdilər. Halbuki şah dövründə şahın özü rəsmi şəkildə hicabı və çadranı qadağan etmişdi. Bu yeniliklər “Ağ inqilab” kontekstində qiymətləndirilirdi.
Bizdə də 1930-cu illərdə SSRİ mədəni inqilab çərçivəsində milli və dini geyimlərə qarşı mübarizə aparırdı. Türkiyədə də paltar qanunu cəmiyyətin zahirən dəyişdiyini göstərmək üçün qəbul olunmuşdu. Guya geyim insanları geriyə aparırdı. İndi isə əks proses müşahidə olunur: İranda insanlar bu cür geyinmək və bu formada yaşamaq istəmirlər.
Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə ideoloji cəmiyyətlərin böhrandan qaçması mümkün deyil. Əgər ideologiya dəyişmirsə, dünyada baş verən yeniliklər onunla təbii şəkildə ziddiyyət yaradır. Bu ziddiyyətlər isə inqilablara gətirib çıxarır. Məncə, İranda baş verənlərin əsas dərin səbəbləri nəsillərarası ziddiyyət, ideoloji cəmiyyətlərin islahatlara getməməsi və gedə bilməməsidir. Amma belə hallarda insanların küçələrə çıxması üçün konkret, müxtəlif səbəblər ortaya çıxır.
- İndiki halda İranda bunun əsas səbəbi nədir?
- Xuzistanda ərəblər son günlər su çatışmazlığına görə etiraz edirdilər. Bəlucistanda başqa səbəblər var idi. Bəzi bölgələrdə hicaba qarşı çıxışlar oldu. Hazırda isə ölkə üzrə rialın devalvasiyası və iqtisadi vəziyyətin pisləşməsi insanları küçələrə çıxarıb. Amma bunların hamısı formal səbəblərdir. Dərin səbəb İran cəmiyyətində dəyişikliklərin qarşısının süni şəkildə alınmasıdır.
Təbiətdə iki proses var: dəyişmə və təkrarlanma. Təkrarlanma ölümə, dəyişmə isə həyata xasdır. Dəyişməyən ölkələr “ölür”. Ölüm isə zorakılıq, çaxnaşma, üsyan, cinayətkarlıq deməkdir.
- İranda müxtəlif xalqların yaşaması bu proseslərə necə təsir göstərir?
- İran monomillət deyil, burada ciddi milli fərqlər var. Bu xalqların bir hissəsi qonşu ölkələrdə də yaşayır. Məsələn, bəlucların bir hissəsi Pakistanda, Xuzistandakı ərəblərin bir hissəsi İraqda yaşayır. Cənubi Azərbaycandakı azərbaycanlı türklərin bir hissəsi isə Şimali Azərbaycandadır. Bu amil xalqların milli hisslərini və birləşmək arzularını gücləndirir.
Digər mühüm məqam İran rejiminin dünya təhlükəsizliyinə təhdid yaratmasıdır. ABŞ və İsrailin İrana münasibətinin səbəbi də buradan qaynaqlanır. İran Rusiya və Çinlə ciddi əməkdaşlıq edir və bu dövlətlər qlobal siyasətdə ABŞ-ın əsas rəqibləridir. Bu baxımdan Çinə və Rusiyaya təsir göstərmək üçün ilk zərbə İrana vurulur.
Eyni zamanda, İran daxili çatışmazlıqları ört-basdır etmək və konservativ sistemi qorumaq üçün xaricdə təxribatçı addımlar atır. Vaxtilə SSRİ-nin etdiyi kimi. İran Yaxın Şərqdə - Yəməndə, Livanda, İraqda, Suriyada və digər ölkələrdə dəstəklədiyi qruplar vasitəsilə destabilizasiya yaradır. Husilər, HƏMAS kimi qüvvələr bu siyasətin nəticəsidir. Bu da dünya təhlükəsizliyi üçün ciddi problemdir.
- Bəs proseslər bundan sonra hansı istiqamətdə inkişaf edə bilər?
- Məncə, indiki hadisələr əvvəlki hicab etirazlarının davamıdır, sadəcə, həm miqyası, həm də şüarları dəyişib. Artıq rejimin tam dəyişməsi, minimum halda isə dini lider Seyid Əli Xamnəinin getməsi tələb olunur. İranda dəyişikliklərin tədricən daha radikal müstəviyə keçməsi müşahidə edilir.
Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması, ölkə daxilində yaşayan böyük xalqların dövlət qurmaq məsələsi gündəmə gələ bilər. Hələlik proseslərin taleyi xarici güclərin, xüsusən ABŞ-ın mövqeyindən, eləcə də Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə qədər önə çəkməsindən asılı olacaq.
Əgər etirazlar bu dəfə də qanla yatırılarsa, növbəti mərhələ İran rejiminin yaşamasına imkan verməyəcək. Vaxtilə Lenin feodal-burjua inqilabını Oktyabr inqilabının böyük məşqi adlandırırdı. Bu gün İranda baş verənlər də mövcud rejimin dağılmasının bir növ məşqidir. Buradan nəticələr çıxarılacaq və gələcək etirazlarda istifadə olunacaq. Proseslərin sürətlə məntiqi sonluğa çatmamasının əsas səbəblərindən biri təşkilatlanmanın olmaması və əhalinin siyasi şüur səviyyəsinin aşağı olmasıdır. Əgər rejimi əvəz edə biləcək real siyasi qüvvə ortaya çıxsaydı, məncə, bu dəyişiklik çoxdan baş vermişdi.
Nemət ORUCOV
Reyting.az
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Azərbaycanda yeni teatr yaranıb. Adı da “Klinik A”. Yaradıcısı gənc və istedadlı rejissor və aktyor Abdulladır.
Abdulla “Reytinq” qəzetinə müsahibəsində “Klinik A.”-nın məqsəd və məramından danışıb.
- Abdulla bəy, indiki zamanda özəl teatr yaratmaq zərurətini nədən hiss etdiniz?
- Əslində bu fikir məndə indi yaranmayıb. Hələ Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım illərdə belə bir fikirim var idi.
İkinci kursda oxuyanda universitetin teatrşünaslıq fakültəsinə bir oğlan qəbul oldu. Onunla müstəqil bir "teatrda" tanış olduq və tanış olmaq səbəbi də maraqlı idi. Öz-özümə dedim ki, bu adam özünə niyə Dağlar ləqəbini götürüb, hələ birinci kursda oxuyur. Gül kimi adın var da: Yusif... Sonra bildim ki, tələbənin adı Dağlar imiş. Yusifi isə soyad kimi götürüb. Bu gün teatrşünas kimi tanınan Dağlar Yusifdən gedir söhbət. Elə o vaxtdan bizim sənət münasibətimiz başladı.
Tələbəlik illərindən çox araşdırırdıq, çox oxuyurduq, yeni teatr axınlarını, dünyada köhnə, lakin Azərbaycan teatrı üçün hələ də təzə, tanış olmayan Lemanın "Postdramatik teatrı", Gratovskinin "Parateatrı", Arto, Bruk, Absurd teatr… Bu teatr ideyaları bizi özünə o qədər çəkmişdi ki, təsirindən çıxa bilmirdik.
Sonra bir əsər tərcümə etdim - Ejen İoneskonun "Daz saprano" və ya "Daz qadın müğənni". Dağlar bəyə dedim bunu işləyək. Universitetin ən fəal aktyor tələbələrini başımıza yığdıq, bir rəqs zalı tapdıq, hərəmizə bir dönər, bir ayran alıb getdik ora və ilk gündən başladıq artıq tamaşa üzərində işləməyə - naşıcasına, bilmədən, köntöy bir formada. Necə deyərlər, tamaşamız hazır oldu və Teatr Xadimləri İttifaqının o zamankı sədri rəhmətlik Azər Paşa Nemətovla Dağlar Yusif görüşdü və tamaşanın premyerasını İttifaqın səhnəsində oynamağa razılıq aldı. Bu, həmin dövr üçün uğurlu bir iş idi. O vaxtdan düşündük ki, bizim nə zamansa müstəqil teatrımız olacaq - heç bir ideyamız, özəlliyimiz, manifestimiz, filan yox idi. Amma xoş iddiamız var idi. "Mən", "eqo" olmayan iddia. Sadəcə, yenilik gətirmək istəyirdik.
Sonra böyüdük, universiteti bitirdik və müstəqil həyata başladıq. Mən ikinci təhsil üçün Moskvaya getdim, oxudum, bitirdim və qayıtdım Bakıya. Bu arada pandemiya, ardınca İkinci Qarabağ savaşı başladı, bu səbəbdən 2 il teatrlar bağlı qaldı. Həmin dövrdə düşünürdüm ki, teatrlar açılanda müstəqil olaraq nə qura bilərəm? Çexovun "Qağayı” pyesini hazırladım.
Günlərin birində mən, Dağlar Yusif və Tremlevi oynayacaq aktyorla “Qış Parkı”nda gəzirdik. Aktyora oynayacağı obraz haqqında danışırdım. Zehnimin bir küncündə Freydin "psixoanalizini" aktyor sənətinə tətbiq etməklə bağlı düşüncələrimdi. Sadəcə, aktyor fenomenini psixoanaliz vasitəsi ilə araşdırmaq və fəaliyyət göstərən "Zeroo" teatr studiyamda tələbələrim üzərində tətbiq etmək. Söhbət zamanı aktyor dedi ki, dayan, Abdulla, çox getdik, çox endin mənim təhtəlşüuruma. Mən diskomfort hiss edirəm artıq. Sanki siz geyimdəsiniz, mən sizin yanınızda lüt gəzirəm.
Dağlar Yusif dedi ki, sən ona fikir vermə, Abdullada aktyorla iş klinik dərəcədədir, artıq. Obrazı onu süuraltısına enib, çöküb qalmış travmalarından yapır.
Dağların bu sözündən sonra bir anlıq duruxdum. Eşitdiyimdən içimdə bir sevinc yarandı. "Deyəsən, tapdım axı, Abdulla", - deyib, yolumuza davam etdik və aktyordan əl çəkəsi oldum.
Klinik düşüncə, kliniki düşüncə, kliniki şüur, şüuraltı, insanın anatomiyası, psixikası və psixi qatları, travmaları - bunlar başlanğıcdır. Klinik durum. Başlanğıc .... və mən tapdım. Gələcək teatrın adını və eyni zamanda bütöv manifestini özündə ehtiva edəcək adı o görüşdə tapdım - "Klinik A". "A" - alfa, başlanğıc nöqtəsi. Və aradan uzun zaman keçdi - 3 ilə yaxın. Bu 3 ildə çox araşdırdım, çox yazıb-pozdum, tələbələrin və peşəkar aktyorların üzərində sınaqlar apardım - Lənkəran Dövlət Dram teatrında quruluş verdiyim "The müqəssir" tamaşasının məşq proseslərində istedadlı aktyor Saleh Əzimzadə ilə birgə çalşıdığım anlar yadıma düşdü. Məhz orda mən aktyorlarla başqa cür işləyirdim. Dominat diqqətim aktyorun psixikası və travmaları idi. Onun təhtəlsüuruna enirdim. Təhlükəli idi? Bəli, həm də çox.
"Psixoanalizlə" ancaq ixtisaslı psixoloqlar məşğul ola bilərlər. Çünki adamın - aktyorun şüuraltısını oyadıb söndürməyi bacarmamaq da olardı. Amma ehmalca, ehtiyatla, qorxa-qorxa bunu edirdim.
Uzun sözün qısası - ideya çoxdan yaranmışdı. Lakin hələ təsdiqini tapmamışdı - çünki əsaslı araşdırmalar etməmişdim. Teatrımın manifestinə zidd olsa da deyəcəm - formasını tapmamışdım. Tapdım və dedim ya Allah, yaradaq. Və artıq yanvar ayının 3-ü saat 15-də ilk senasımızdır.
- Niyə seans, tamaşa yox? Bildiyim qədəri ilə yeni teatrın manifestini də hazırlamısan...
- Ümumiyyətlə, bu laboratoriya - yəni "Klinik A" teatr logosunu inkar edir. Teatr yoxdur burada. Çünki burada oyun yoxdur. Oyun üçün dramaturji və ya yazılı material, aktyor və rejissor da yoxdur. Ümumiyyətlə, "akt" mövcud deyil. Bu, laboratoriyadır.
Manifestə gəlincə, bu laboratoriya ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, teatr formasının, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixoloji seansa gəlir və öz daxili dünyası ilə təmas qurur - travmalarından, dərinliklərdə gizlənib qalmış komplekslərindən və ruhi ağrılarından azad olmağa doğru yol alır.
Bu prosesdə açar rolunu aktyorun sənət texnikası, xüsusən K. Stanislavski sistemi, eləcə də Z. Freydin psixoanaliz yanaşması oynayır.
“Klinik A” üçün teatr tamaşa nümayiş etdirmək, dramaturji situasiyalarla və ya “heyrətləndirici aktyor oyunu” ilə tamaşaçını təsirləndirmək vasitəsi deyil. Burada teatr özünütanıma alətidir.
Bundan sonra teatr - "laboratoriya", tamaşaçı - "pasiyent", dramaturji və ya yazılı material pasiyentin öz hekayəsi - "resept", teatr səhnəsi - "palata", rejissor isə "aparıcı həkim" deyə yazılacaq və qeyd ediləcək.
Bu məkanda pasiyent - gördüyü səhnə ilə empatiya quraraq katarzis yaşamır. O, 30-40 dəqiqə, bəzən isə bir saat ərzində “burada və indi” prinsipinə əsaslanaraq özünü araşdırır, öz daxili proseslərini müşahidə edir və özünü daha dərindən tanımağa başlayır. Bəzən isə senaslarda sadəcə bir saat susur və düşünür, sükutda özü-özünə hesabat verir.
Ona görə bayaq qeyd etdim ki, biz ənənəvi teatr deyilik, bizim mərkəzimizdə aktyor və mətn yoxdur.
Bizim mərkəzimizdə rejissor, onun quruluşu, forma axtarışı, hökmü - bir sözlə, ənənəvi rejissor mövcud deyil.
Bizdə rejissor - aparıcı həkimdir.
Bu məkanda tamaşaçı yoxdur.
Bu məkanda pasiyent var.
Pasiyent buraya tamaşaya baxmağa yox, özünün içinə baxmağa gəlir.
Biz tamaşa göstərmirik, biz “rol” yaratmırıq, biz hekayə danışmırıq.
Biz təmas yaradırıq - "mənlə mənin təmasını".
Bu teatrda dramaturji material hazır mətndən ibarət deyil. Dramaturji material pasiyentin özüdür, onun yaddaşı, bədənidir. Onun qorxuları, susqunluqları və səsləndirməyə ömür boyu çəkindiyi və qorxduğu suallarıdır. Burada "dramaturji materiala" resept deyilir.
Resept yazılmır.
Resept oxunmur.
Resept - yaşanır.
Bu teatr empatiya doğurmaq üçün deyil.
Bu teatrın tamaşaçısı yerindən səhnədəki hadisəyə baxıb katarzis keçirmək üçün deyil.
Heç kimi heyrətləndirmək niyyətimiz də yoxdur.
Burada pasiyent ağlamaya da, gülməyə də, seans boyu etiraf etməyib susa da bilər.
Heç nə baş verməyə də bilər. Heç nə baş verməməsinin özü də bir aktdır, əsil "mənin tapılmasıdır."
“Klinik A” üçün teatr - özünütanıma vasitəsidir. Bədən, diqqət və hərəkət üzərindən "öz məninlə" dürüst dialoqdur.
Biz aktyor sənətinin texnikalarını inkar etmir, hətta bu texnikalardan bizə lazım olan elementləri götürüb senaslarda pasiyentlərin üzərində tətbiq edirik.
Xüsusən K. Stanislavski sistemini, M. Çexovun "Nurlanmış aktyora doğru" təlimini. Bunları fadəlilik və "aktyor oyunu" üçün yox - dərk üçün istifadə edirik.
Biz Freydin psixoanalizini “müalicə” kimi yox - şüurun açarı kimi qəbul edirik.
Burada pasiyent özgə talehlə empati qurmur. Özü özünə baxıb özünü tanıyır. O, “burada və indi” öz taleyinə baxır.
Seans 60 dəqiqədən artıq olmamalıdır.
Bir diqqət obyekti - "mən öz şüuaraltıma çöküb qalmış yaşantılarımda kiməm?"
Bu teatrda səhnə, parter (tamaşaçı zalı) və ən əsası, ənənəvi "teatr binası" anlayışı yoxdur. Seans ("tamaşa") sakitlik, qaranlıq və səssizlik olan hər bir məkanda baş verə bilər. Qaranlıq və bir az işıq közərtisi - özün özünlə tək qalmaq üçün. Yetər ki, iki və artıq pasiyent olsun.
Bu laboratoriya ("teatr") güzgüdür -
Əgər sən baxmağa yox,
görməyə hazırsansa -
qapı açıqdır.
- Sənin məntiqinlə yanaşsaq “Klinik A.”-nın ilk tamaşasında yox, seansında nələr olacaq?
- İlk senasımızın resepti var. Belə deyək - mövzusu. Səhnə ifadəsi, aktyor olmaq üçün deyil, özünü dərketmə aləti kimi aktyorluq praktika və sistemlərindən istifadə olunan psixoloji treninqdir.
Hərəkət, bədən və diqqət vasitəsilə iştirakçılar öz daxili “mən”lərini, emosional reaksiyalarını və özləri ilə təmas qurma yollarını araşdıracaqlar.
Treninq aktyorluq təcrübəsi olmayan, psixologiya, şəxsi inkişaf və canlı mövcudluqla maraqlanan insanlar üçündür. Bu istiqamət xüsusilə aşağıdakı insanlara uyğun gəlir: psixologiya ilə maraqlanan, lakin “müalicə”dən çəkinənlərə; emosiyalarla təhlükəsiz şəkildə təmas qurmaq istəyənlərə; bədən və hərəkət vasitəsilə fərqindəlik axtaranlara.
- Bu gün Azərbaycanda özəl teatrlar da fəaliyyət göstərir. Rəqabətə davam gətirə biləcəksiniz?
- Düşünürəm bu "teatrın" öz tamaşaçısı olacaq. Alternativi yoxdur. Var, müstəqil teatr, var, özəl. Biz özəlik. Özümüzə məxsusuq. Ona görə də tab gətirəcəyik. Ümumiyyətlə, rəqabət - mən bilmirəm bu necə olur. Heç kimlə rəqabət aparmaq niyyətində deyiləm. Allah hamımızın köməyi olsun! Əsas odur ki, nə istədiyimizi bilək. Əsas niyyətin saflığı və "tamaşaçı niyə 20 manat verib gəlib mənə baxmalıdır?" sualına dürüst, insaf və ağıl ilə cavab verməkdir.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Etibar Məmmədov: “Rusiyadakı ziddiyyətlər ölkədə böhran yaradacaq”
AMİP lideri deyir ki, Ukraynada baş verənlər anqlosaks-rus müharibəsi deyil, dünyanın faşist Rusiyası ilə müharibəsidir
Rusiya-Ukrayna savaşı artıq altıncı aya keçib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Reyting.az-a müsahibəsində hərb meydanında baş verən qarşıdurmanı qiymətləndirib:
- Ukrayna müharibəsində demək olar ki, hərbi balans yaranıb. Yəni, əvvəl Rusiyanın atəş üstünlüyü olsa da, indi resursları məhduddur. Üstəlik, itkilərinin yerini doldura bilmirlər. ABŞ və Qərb ölkələrinin Ukraynaya silah yardımı nəticəsində atəş gücündə balans yaranıb.
Bu yaxınlarda Ukraynaya aviasiya sahəsində də kömək etməlidirlər. Əgər bunu da etsələr, müharibədə üstünlük tamamilə Ukraynanın tərəfinə keçə, payızda əks-hücumların genişlənməsi baş verə bilər. Zənnimcə, Rusiyanın resursları tükənmək üzrədir. Əməliyyatları da davam etdirmək üçün qüvvələri yetərli deyil. Bu səbəbdəndir ki, ruslar vəhşi metodlardan istifadə edirlər. Məqsəd şəhərləri dağıtmaq, insanları ruhdan salmaq, dinc əhalini qırmaq və qorxutmaqla Ukraynanın güzəştə getməsinə nail olmaqdır.
- Qərb sona qədər Ukraynaya dəstəyini ifadə edəcəkmi, yoxsa hansısa məqamda rəsmi Kiyevə pressinq edərək Rusiya ilə masaya oturmasına nail olacaq?
- Qərbin pis tərəfi odur ki, təcavüzkar görəndə deyirlər, “onunla razılaşmaq lazımdır”. Onsuz da uzun illər Rusiyanın aqressiyası ilə razılaşmalı olublar. Bu baxımdan onlar Kiyevə təzyiq edə bilərlər ki, güzəştə getsin. Yaxşı hal odur ki, ABŞ və Britaniyanın mövqeyi qətidir və onlar güzəştə getməyə qarşıdır. Ehtimal edirəm ki, onlar təzyiqlər vasitəsilə Kiyevin güzəştə getməsində maraqlı olan dövlətlərin qarşısını alacaqlar.
- Bəzən deyirlər ki, bu, Rusiya-Ukrayna savaşı deyil, anqlosaks-rus müharibəsidir və Ukrayna böyük layihələrinin bir hissəsidir. Bu fikirləri doğru sayırsınızmı?
- Bu nə Rusiya-Ukrayna, nə də anqlosaks-Rusiya savaşıdır. Hesab edirəm ki, bu tip nəzəriyyələr lazımsız bir şeydir. Bu saat anqlosaks məsələsi yoxdur.
Rusiya təcavüzkar dövlətdir, onu özbaşına qoyanda Avropanı işğal edə bilər. Rusiya bütövlükdə dünyanı öz nəzarətinə almaq iddiasında olan dövlətdir. Yəni faşist dövlətidir, fikirləri - böyük rus şovinizmi hamıya məlumdur.
Rusiya təkcə Ukrayna deyil, digər hansısa dövlətə qarşı da iddialarını irəli sürür. Ona göz yumulanda iddialarını həyata keçirmək üçün hər şeyə getməyə hazırdır.
Rusların Ukrayna ilə bağlı ilk iddiaları Krımdan başladı, Donbasda davam etdi. Faktiki olaraq, Ukraynanın bir hissəsini qəsb edə bildi. Bundan o yana keçəndə artıq dünyanın müqaviməti ilə rastlaşıb. İndi dünyanın faşist Rusiyası ilə müharibəsi gedir. Yəni bu, anqlosaks-rus müharibəsi deyil, dünya ilə Rusiya arasında gedən müharibədir. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Dünya bilir ki, Rusiya işğalçıdır, təcavüzkardır və bütün davranışları faşist rejiminin addımları ilə eynidir.
- Etibar bəy, ruslar niyə Ukraynada məqsədlərinə çata bilmir? Bu, Qərbin Ukraynaya dəstəyinə görədir, yoxsa Rusiya hərbi-siyasi strukturlarının effektiv işləməməsi ilə əlaqəlidir?
- Burada bir neçə faktor var.
Birincisi, Ukraynada millətin formalaşması prosesi gedirdi, tam formalaşma mərhələsində idi. Bu müharibə də ona təkan verdi.
Rusiya düşünürdü ki, onun ordusunu Ukraynada gül-çiçəklə qarşılayacaqlar, insanlar Rusiyanın tərəfinə keçəcək. Amma əks-proses baş verdi. Rusiyanın vəhşiliyi, mülki insanlara qarşı hücumları, kütləvi qırğınlar törətməsi ukraynalıların millət kimi birləşməsinə gətirib çıxardı. Nəticədə Rusiya üçün əks-effekt yaşandı. Bu müharibə nəticəsində ukrayna xalqı millət kimi formalaşdı.
İkincisi, Rusiyanın Ukraynada uğursuzluğuna səbəb, bu ölkənin başdan-ayağa korrupsiyalaşmasıdır. Müharibə başlayandan sonra məlum olub ki, milyardlarla pul yeyilib, əvəzində istənilən rus ordusu yoxdur, hərbi texnika lazımi səviyyədə deyil.
Onların təriflədiyi hərbi texnikası müasir standartlara cavab vermir. Ancaq kütləvilik hesabına nəyəsə nail ola bilərlər. Bu da, XX əsrdə, SSRİ dövründə mümkün idi. Çünki insanları kütləvi səfərbərliyə alaraq müharibəyə göndərə bilirdilər. İndi isə əhalini kütləvi formada səfərbərliyə almaq mümkün deyil, əksinə, bu, Rusiya daxilində kütləvi narazılığa səbəb ola bilər. Odur ki, Rusiya rəhbərliyi kütləvi səfərbərliyə getməyə ehtiyatla yanaşır, digər resursları da yoxdur.
Ukraynanın müqaviməti davam edir və bu, Rusiyanın resurslarının zəifləməsinə səbəb olacaq.
Üçüncü səbəb bütün dünyanın Ukraynaya kömək etməsidir. İndiyə qədər Ukraynaya dəstək məhdud səviyyədə idi. Amma bir ay bundan əvvəl qəbul edilən qərarlar Ukraynaya hərbi yardımı yeni səviyyəyə çıxarır. Rusiyanın da bunun qarşısında dayanmaq imkanları məhdud olacaq. Mən, bunu deyərkən ABŞ və NATO-nun qərarlarını nəzərdə tuturam.
- Dünyada mövcud olan təbii sərvətlərin azı 40 faizi Rusiyadadır və bu səbəbdən rusları məğlub etməyin mümkünsüz olduğunu deyirlər. Bu yanaşmaya münasibətiniz necədir, ruslar qarşılarına qoyduqları məqsədlərə nail ola biləcəklərmi?
- Dövlətin ərazisinin böyük olması hələ onun güclü olması demək deyil. Raketlərinin sayı çoxdur, dünyanı nüvə silahı ilə şantaj edir. Amma bunu uzun müddət davam etdirə bilməz.
Resurslara gəldikdə, əgər əhalisi acından ölürsə, bu qədər resursun olmasının nə mənası var?
Yaşayış səviyyəsinə görə, Rusiya Avropadan çox geri qalır, eləcə də bir çox Asiya ölkələrindən. Onların resruslarının zəngin olması ancaq korrupsionerlərə xidmət edir. Eləcə də nüvə silahı və raketlərinin sayının artmasına səbəb olur. Bundan başqa qazancı yoxdur.
Rusiyanın özünə gəkdikdə, ərazinin böyük olması güc göstəricisi sayıla bilməz. Daxildə olan ziddiyyətlər və problemlər istənilən vaxt daxili böhran yarada bilər. Mən hesab edirəm ki, yaradacaq da. Rusiyanın problemləri, insanların narazılığı artıq dövlətin daxildən zəifləməsinə gətirib çıxaracaq. Ona görə də, Rusiyanın uzun müddət müqavimət göstərməsi məncə, mümkün olmayacaq.
- Hazırda Rusiya və Avropa arasında həm də qaz savaşı gedir. Avropa İttifaqı müxtəlif ölkələrə üz tutur, təbii qaz almaq niyyətini ifadə edir. Rusiya Avropaya verdiyi qazın həcmini faktiki olaraq 50 faiz azaldıb. Avropa ölkələri qışda daha pis durumla üzləşə bliləcəklərini indidən anons edirlər. Avropa qaza görə Ukrayna ilə bağlı mövqeyindən geri çəkilə bilərmi?
- Təhrik də, təzyiq də davam edəcək. İndi bunu gizli şəkildə edirlər. Avropa vahid deyil. Britaniyanın mövqeyi qətidir. Almaniya özünü Rusiyadan tam asılı vəziyyətdə hesab edir. Ümumi istiqamət budur ki, Avropanın Rusiyadan asılılığını aradan qaldırsınlar. Rusiya özü də Avropadan asılıdır. Çünki qazını satmalıdır ki, əvəzində pul əldə edərək ehtiyaclarını ödəyə bilsin. Məncə, bu sahədə müəyyən kompromisə gələ bilərlər. Yəni qazı verib, əvəzində pul alsınlar.
Amma Avropada ümumi qərar belədir ki, Rusiyadan alınan enerji daşıyıcılarının miqdarını azaltsınlar və asılılıqdan xilas olsunlar.
Avropa İttifaqı Azərbaycana da üz tutub və qaz nəqlinin artırılmasını istəyib. Azərbaycan da onlara söz verib və bunu həyata keçirəcək. Məncə, Azərbaycan bundan çox qazana bilər.
Perspektivdə Türkmənistan qazının nəqli Azərbaycan vasitəsilə ola bilər, İranın üzərindən sanksiyalar götürülərsə Azərbaycan vasitəsilə Qərbə nəqli mümkündür. Yəni bu proseslərdə Azərbaycanın mənafeləri kifayət qədər güclənəcək.
Deputat: “Məmur sahibkarlığından qaynaqlanan inhisarçılıq əhaliyə böyük ziyan vurur”
Əli Məsimli deyir ki, Azərbaycan əhalisinin xeyli hissəsi pis yaşayır, özünü gündəlik tələbat malları ilə lazımı səviyyədə təmin edə bilmir
“Hələ keçən ildən başlayaraq aidiyyatı orqanlar açıqlamalar verirlər ki, Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb. Deməli, yeni Rəqabət Məcəlləsi hazırdır... Buna baxmayaraq, Rəqabət Məcəlləsi yaz sessiyasında Milli Məclisə təqdim edilmədi. Keçən aydan başalayaraq biz dəfələrlə məsələ qaldırırıq ki, Rəqabət Məcəlləsi heç olmasa növbədənkənar sessiya zamanı Milli Məclisə təqdim edilsin. Görünən odur ki, Məcəllə növbədənkənar sessiyaya da təqdim edilməyəcək”.
Reyting.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Musavat.com-a müsahibəsində deyib.
Rəqabət Məcəlləsinin yaz sessiyasında hansı səbəblərə görə qəbul edilməməsi ilə bağlı suala cavabında Ə. Məsimli bunun səbəbinin məlum olmadığını bildirib:
- Rəqabət Məcəlləsinin yaz sessiyasında da qəbul edilməməsinin səbəbi məlum deyil. Əgər sənəd hazırdırsa, onda səbəb bəlkə də hansısa prosedur məsələləri ilə bağlı məqamlarla bağlı ola bilər. Əgər Rəqabət Məcəlləsinin qəbulu bundan sonra da gecikdirilməkdə davam etsə və payız sessiyasında da qəbul edilməsə, onda belə qənaətə gəlmək olacaq ki, deməli, bu Məcəllənin qəbulunu 16 il ləngidənlər bundan sonra da ləngitmək yolunu davam etdirmək istəyirlər.
- Belə olan təqdirdə ölkəmiz nələr itirir?
- Düşünək ki, əgər biz, Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirmək, miqyasını genişləndirmək, bu sahənin fəaliyyətinin səmərəliliyini artırmaq, eyni zamanda, daxili tələbatın ödənilməsində yerli məhsulların payını və ixrac potensialını əsaslı surətdə artırmaq istəyiriksə, mütləq ciddi rəqabət mühiti yaratmalıyıq. Yalnız azad rəqabət mühiti iqtisadiyyatımızın real inkişafı baxımından maksimum effekt doğura bilər.
- Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda inhisarçılığın aradan qaldırılması mümkün olacaqmı?
- Təbii ki, sözügedən Məcəllənin qəbul edilməsi ilə inhisarçılığın tamamilə aradan qaldırılması mümkün deyil. Bu istiqamətdə digər addımların atılması, islahatların dərinləşdirilməsi qaçılmazdır. Yəni institusional tədbirlərlə müşaiyət olunan geniş hüquqi baza yaradılmalıdır.
Lakin bu da rellıqdır ki, rəqabət olmayan yerdə yetərincə şaxələnmiş və dayanıqlı iqtisadiyyat yoxdur. Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bir sıra digər qanunların da qəbul olunmasına şərait yaranacaq. Rəqabət Məcəlləsinin qəbulu qanundan yüksəkdə durmaq və digər stereotipləri sındıracaq və inhisarçılıqla mübarizədə yeni mərhələnin başlanğıcına çevriləcək. Ona görə də Rəqabət Məcəlləsinin Milli Məclisə təqdim edilməsi işinin maksimum sürətləndirilməsini vacib hesab edirik.
- Sizcə, qlobal səviyyədə bahalığın və bəzi məhsullarla bağlı kasadlığın müşahidə olunduğu şəraitdə Azərbaycanda təcili şəkildə hansı addımlar atılmalıdır ki, ciddi fəsadlarla üz-üzə qalmayaq? İqtisadçı millət vəkili olaraq hökumətə konkret təklifləriniz varmı?
- Pandemiya və onun ətrafında gedən proseslərin doğurduğu fəsadların ardınca Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində baş verənlər, qlobal iqtisadiyyatın onilliklər boyu formalaşmış sistemini xeyli pozub. Qlobal iqtisadi artım templəri aşağı düşməyə başlayıb, ərzaq təhlükəsizliyi zəncirinin bütün həlqələrində ciddi problemlər yaşanır. Artıq bir sıra ölkələrdə qiymət artımları məhsul qıtlığı ilə müşayiət olunmağa başlayıb. Azərbaycan ərzaq taxılı istisna olmaqla, digər məhsulların bir hissəsini ərzaq təhlükəszliyinin maksimum səviyyəsində olmasa da, hər halda, istehsal edir. Amma bizim idxaldan asılılığımız xeyli dərcədə çoxdur. Ona görə də xaricdən də mal gətirilməsinə səylər artırılıb. Taxıl, eləcə də ərzaq balansının göstəricilərinə baxanda məlum olur ki, hər il müəyyən qədər ehtiyatlar da yaranır. Ona görə də qeyri-adi bir kataklizm baş verməsə, Azərbaycanda kəskin qıtlıq ehtimalı yoxdur. Azərbaycan indikindən 2-3 dəfə çox əhalinin tələbatını ödəməyə yetəcək qədər zəngin və böyük, lakin bir qrupun nəfsini doydurmağa yetməyəcək qədər kiçikdir. Ona görə də əhalimzin xeyli hissəsi pis yaşayır, özünü gündəlik tələbat malları ilə lazımı səviyyədə təmin edə bilmir. Kiçik bir qrupun nəfsinin doymaması məmur sahibkarlığından doğan inhisarın əməllərində özünü daha qabarıq şəkildə göstərir. Ona görə də Azərbaycan üçün qıtlıq yox, bahalaşma xarakterik olacaq, qiymət artımı davam edəcək. Azərbaycanda anti-inflyasiya tədbirləri görülməsi istqamətində müəyyən addımlar atılsa da, görünən budur ki, qiymətlər artmaqda davam edir. Bu sahədəki neqativ dalğalanmaların təsirini minimuma endirmək, ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısını almaq, ölkədə ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı və qida məhsulları istehsalı sektorunun dayanıqlılığını təmin etmək məqsədilə bu problemin həllinə köklü, həm də kompleks, yanaşılmasına, sistemli anti-inflyasiya tədbirlərinin görülməsinə böyük ehtiyac var. Hazırkı reallıqlar şəraitində qlobal idxal inflyasiyasının təsirini azaltmaq olar, amma qarşısını tam almaq mümkün deyil. Belə bir şəraitdə məmur sahibkarlığından qaynaqlanan inhisarçılığın törətdiyi qiymət manipulyasiyası Azərbaycan əhalisinə daha böyük miqyaslarda ziyan vurmaqda davam edir. Onlar qiymətləri davamlı olaraq xırda-xırda, maaş artımı xəbəri çıxan kimi isə daha yüksək səviyyədə artırmağa başlayırlar. Nəticədə inhisarçılar və onların əlaltıları qiymət manipulyasiyası vasitəsilə vətəndaşların artan maaş və pensiyalarını əllərindən alırlar. Bu cür qiymət manipulyasiyaları ucbatından vətəndaşlar sadəcə dövlətin onların güzəranını yaxşılaşdırmaq üçün ayırdığı milyard manatlarla vəsaiti inhisarçılara ötürən vasitəçiyə çevrilib.
- Bu, əhaliyə nə qədər ziyan vurur, təqribi də olsa, hesablama varmı?
- Məmur inhisarçılığının törətdiyi qiymət artımının hər faizinə görə il ərzində Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manatdan çox ziyan dəyir. Bu məbləğ Azərbaycan neftinin qiymətinin artmasının hər faizindən əldə edilən gəlirlərdən xeyli çoxdur. Məmur sahibkarlığının törətdiyi inhisarçılığın qiymət manipulyasiyaları vasitəsilə hər il əhaliyə milyard manatlarala ziyan vurulur. Bundan əlavə, məhsulları yerində alan inhisarçılar sonrakı mərhələdə onu 2-3 dəfə, bəzən isə ondan da daha yüksək qiymətə satırlar. İnhisarçılıqdan doğan bahalaşmanın qarşını almaqla qiymət artımının tempini 30-40 faiz aşağı salmaq olar. Ona görə də inhisarçılığa qarşı genişmiqyaslı mübarizəyə başlanılmalı, eləcə də daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət gücləndirilməlidir.
- Problem yalnız süni qiymət artımındadırmı? Yoxsa digər həlli vacib məsələlər də var?
- Sadalananlarla yanaşı, istehsal olunan məhsulların tarladan süfrəyədək olan yolundakı itkiləri, eləcə də israfçılıqları aradan qaldırmaqla xeyli əlavə məhsul əldə edə bilərik ki, bu da qiymətlərin artma sürətinə əks təsir göstərə blər.
Rusiya-Ukrayna müharibəsi səbəbindən xarici şərtlər xeyli dəyişib. Logistika və digər bu kimi sahələrdə ciddi problemlər yaranıb, qeyri-müəyyənliklər yüksəkdir. Belə sürətlə dəyişən situasiyada əsas məsələ çevik olmaq, tez reaksiya vermək və optimal qərarlar qəbul etmək lazımdır.
Hazırkı reallıqlar ərzaq təhlükəsizliyi məsələsində idxalın şaxələndirilməsinə də diqqətin artırılmasını tələb edir. Ərzaq buğdası və bir sıra digər mallar üzrə bir ölkədən - Rusiyadan asılılığı aradan qaldırmaqdan ötrü təsirli tədbirlər görülməlidir.
Belə bir şəraitdə həm də istehsalın əhəmiyyətli hissəsi daxili bazara işləməlidir. Daha çox emal, daha çox son məhsulun yaradılması məsələsi önə çıxmalıdır. İstehsalın daxili bazara yönəldilməsi, emal dərəcəsini artırmaq istiqamətdə səylər artırılmalıdır. Bundan əlavə, xaricdən gətirilən mal və məhsulların bir hissəsini Azərbaycanda istehsal etmək, mövcud olanların istehsalını genişləndirmək işində maksimum dərəcədə tələsməliyik.
- Bütün bunlar mühüm təkliflərdir... Bütün bunları sistemləşdirib hökumətə göndərmək də olar. Eləcə də media vasitəsilə...
- Orta müddətli perspektivdə həyata keçirilməsi zəruri olan təkliflərimiz də var: ərzaq buğdası ilə təchizatın yaxşılaşdırılması Azərbaycanın ərzaq təhlüksizliyi sahəsində genişmiqyaslı və etibarlı şəkildə həllini gözləyən ən mühüm məsələrdən biridir. Bu məsələyə bu il aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də geniş yer verilib. Prezident İlham Əliyev bildirib ki, bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaq buğdası ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin həyat keçirilməsi çox ciddi strateji yüklü məsələdir. Bu istiqamətdə qısa müddətdə böyük nəticələr verə bilən bütün zəruri işlər görülməli, o cümlədən ərzaq buğdasının istehsalını artırmaq məsələsinə kompleks və sistemli yanaşılmalıdır. Bununla bağlı 2023-2030-cu illər üçün ərzaq buğdası prioritet olan ərzaq təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı qəbul edilməli, qısa, orta və uzunmüddətli perspektivdə həyata keçirilmsi vacib olan yeni mexanizmlər hazırlanmalı və səmərəli şəkildə reallaşdırılmalıdır:
Birincisi, Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlıdır və zəruri tədbirlər görülməklə ondan istifadənin dairəsi genişləndirilməli və səmərəliliyi artırılmalııdr. Bununla belə, bütövlükdə torpaqların şoranlaşması, erroziyaya uğraması, çirklənməsinin və s. aradan qaldırılması, keyfiyyətinin yaxşılaşdırılmasına dair işlək mexanizmli kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir.
İkincisi, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin qısa müddətdə böyük nəticələr verə bilməsi üçün keyfiyyətli toxum probleminin əsaslı surətdə həll edilməsinə ehtiyac var. Buna nail olunsa, hər il ölkəmizdə orta hesabla istehsal olunan 1,8 milyon ton buğdanın 25-30 faizi yox, yarıdan çoxu ərzaq buğdası tələblərinə cavab verər. Bu, həm yerli istehsal hesabına ərzaq buğdası istehsalının əhəmiyyətli dərcədə artırılmasına, həm də bu sahədə idxaldan asılılığın xeyli dərəcədə azaldılmasına nail olmaq olar.
Üçüncüsü, ölkə üzrə 16-17 milyard manatlıq ümumi sərmayə qoyulunun cəmi 3 faizi kənd təsərrüfatına, 1,3 faizi isə qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin investisiya tələbatndan qat-qat aşağıdır. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan fermerin il ərzində yaratdığı yeni dəyər 2000 manat ətrafında, onun aylıq kəmiyyəti isə 170 manatdır. Ölkədə adambaşına ildə 900 manatın ətrafında, ayda isə 75-80 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunması göstərir ki, ərzaq təhlükəsizliyimizin etibarlıq dərəcəsini müasir çağırışlar səviyyəsinə çatdırmaqdan ötrü proqram xarakterli kompleks tədbirlər görülməliidr. Bu yöndə həlli vacib olan məsələrdən biri “təmiz sərmayə-yüksək nəticə” prinsipi əsasında kənd təsərrüfatına sərmayə qoyuluşunun və ondan istifadənin səmərəliliyinin artırılmasıdır. Bu il büdcə xətti ilə kənd təsərrüfatına 1 milyard manata yaxın vəsait yönəldilməsi nəzərdə tutulur. Onun 477 milyon manatı-kənd təsərrüfatı tədbirlərinə, 459 milyon manat isə meliorasiya tədbirlərinə yönəldiləcək. Əgər kənd təsərrüfatına ildə 500-600 milyon manat sərmayə qoyulub, ondan öz təyinatına görə səmərəli istifadə edilsə, orta perspektivdə 10-dan artıq əsas məhsul üzrə ildə orta hesabla 7-8 fazilik artım relsləri üzərinə çıxarmaq olar.
Bununla yanaşı sərmayə qoyuluşunun ağırlıq mərkəzini özəl təşəbbüslərə əsaslanan sərmayə qoyuluşu sferasına keçirmək prosesini sürətləndirmək lazımdır.
Dördüncüsü, ölkə üzrə 18 milyard manatlıq ümumi kredit qoyuluşunun çox kiçik bir hissəsi kənd təsərrüfatına yönəldilir. Aqrar-Sənaye Bankının yaradılması, kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahələrin aşağı faizli kreditlərlə təmin edilməsi, eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib.
Beşincisi, kənd təsərrüfatı istehsalının nəticəliliyinin artırılmasına xidmət edən və bu yöndə səmərəli fəaliyyət göstərən subsidiya mexanixminin yaradılması və tətbiqi sahəsində başlanan işlərin fermerlərin gözləntilərinə uyğun surətdə optimal variantda həyata keçirilməsi ərzaq təhlükəsizliyinə, xüsusən də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə gəlirlilik səviyyəsi çox aşağı olan buğda istehsalının artırılmasına ciddi dəstək kimi mühüm tələbata çevrilib.
Altıncısı, yerli istehsalın və kənd təsərrüfatı məhsullarınn ixracının genişləndirilməsinə rəvac verən sığorta mexanizminin həyata keçirilməsi istiqamətində başlanan işlər genişləndirilməliidr.
Yeddincisi, fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması istiqamətində real nəticəsi olan tədbirlər görülməliidr.
Səkkizinci, Azərbaycanda kənd təsrrüfatı məhsulu istehsalçılarının xeyli hissəsnin torpaq sahəsi 1-2 hektar, 70 faizdən çoxu - 3 hektara qədər - 17 fazininki isə 3-4,9 fazi arasındadır. Halbuki, fermer təsərrüfatlarının əmtəəlik məhsul istehsal edib, ayaq üstə qala bilməsi və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsindən ötrü, ilk növbədə azı 6 hektar torpağı olmalıdır. Ona görə də belə kiçik təsərrüfatların bir hissəsi çox asanlıqla sıradan çıxarılır, digər hissəsi isəistehsalı genişləndirmək və səmərəliliyini artırmaq üçün zəruri şərtlər olmadığından, özləri sıradan çıxır. Ona görə də ölkədə kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlərin, o cümlədən kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsinin kəndlilərin xeyrinə optimal surətdə həll edilməsi məsələsi sürətləndirilməlidir.
Sağlam və ədalətli kooperasiya münasibətləri vasitəsilə bu sahədə olan çatışmazlıqların xeyli hissəsini aradan qaldırmaq, maddi nemətlərin “tarladan süfrəyədək” olan yolundakı itkilərin də xeyli dərəcədə aradan qaldırılmasına nail olmaq olar.
Doqquzuncu, torpaqlarımızın işğaldan azad olunması ilə su ehtiyatlarmıza xeyli müsbət və ümidverici nüanslar əlavə olunub. Bununla belə xüsusən taxılçılıqda suvarma sahəsindəki problemlər məhsuldarlıın aşağı düşməsinə ciddi təsir göstərir. Ümumiyyətlə götürdükdə, Azərbaycanın məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatında sudan istifadənin ən müasir və qənaətli üsullarının tətbiq dairəsinin genişləndirilməsi ciddi problemimiz olan məhsuldarlıq məsələsinin müsbət yöndə həllində əhəmiyyətli rol oynaya bilər və son 30-35 ildə hər hektardan 25-27 sentner taxıl yığmını 30-33 sentnerə çatdırmağın çox uzun bir yolundan sonra,yaxın perspektivdə hər hektardan 40 sentner və daha çox taxıl istehsalına gedən yolumuzu xeyli qısaltmış olar.
Onuncusu, taxılçılıq infrastrukturunun müasirləşdirilməsi və inkişafı, innovativ texnologiyaların təşviqi və kənd təsərrüfatı xammalının emal potensialının genişləndirilməsi və inkişafı, tarladan insanların süfrəsinə qədər olan dəyər zəngiri boyu itkilərin, eləcə israfçılıq və digər bu kimi halların aradan qaldırıması istiqamətlərində işlər geniləndirilməlidir.
On birincisi, ərzaq buğdası özrə ehtiyat fondunun həcminin davamlı olaraq optimal səviyyədə olmasının təmin edilməsinin şaxələnmiş və səmərəli fəaliyyət göstərən mexanizminin qurulması və sair bu kimi istiqamtində proqram xarakterli kompleks tədbirlərin həyat keçirilməsi çox vacibdir.
Politoloq: “Rusiyada etirazlar artacaq”
Preobrajenski deyir ki, Rusiyada müharibəyə qarşı regional elitaların narazılığı səngiməyəcək və həmin elita Kremlin onları eşitməsini istəyir
Ukraynalı politoloq İvan Preobrajenski N.V radiosuna müsahibəsində müharibənin Rusiya daxilində yaradacağı etiraz dalğasından danışıb.
Reyting.az ukraynalı politoloqun müsahibəsinin maraqlı hissələrini təqdim edir.
- Rusiyadakı daxili müqavimətdən, bəlkə də müharibə əleyhinə hansısa hərəkatdan başlamaq istərdim. Qəfil personajlar Primorye kommunistləridir. Kommunist Partiyası fraksiyasının üzvü Leonid Vasyukeviç dörd həmkarı ilə birlikdə Putinə müraciət edərək qoşunların Ukraynadan çıxarılmasını xahiş edib. Onlar bundan sona fraksiyadan xaric ediliblər. Bu o deməkdirmi ki, Rusiyanın siyasi elitası arasında müharibə əleyhinə nəsə yaranır?
- Məncə, müharibə başlayandan bu proses yetişir. Qeyri-rəsmi məlumatlara görə, Kreml işğal olunmuş ərazilərin bərpasını regional büdcələrin, müvafiq olaraq, regional elitaların üzərinə yıxmağa çalışır. Biz başa düşməliyik ki, Uzaq Şərq bir sıra səbəblərə görə, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü kontekstində çox xüsusi regiondur.
Birincisi, Primorye və Xabarovsk diyarında əhalinin əhəmiyyətli hissəsini etnik ukraynalılar təşkil edir. Bunu unutmaq olmaz.
İkinci ondan ibarətdir ki, bunlar ənənəvi olaraq Moskvaya qarşı narazılığını ifadə edən üsyankar bölgələrdir. Bu bölgələrdə keçirilən seçkilər ənənəvi olaraq Putin və hakim partiya üçün ölkə üzrə orta göstəricidən aşağı nəticələr verib.
Rusiyada seçkilərin necə saxtalaşdırıldığını başa düşürük. Lakin 2018-ci ildə Primorye qubernatoru seçkisini inandırıcı şəkildə saxtalaşdırmaq mümkün olmayıb, yerli Kommunist Partiyasından olan namizədin bu seçkidə qalib gəlməsinin formal olaraq qarşısını almaq üçün onların nəticələrini ləğv edib, yeni seçkilər təyin etməli oldular.
Yerli kommunistlər yəqin ki, kifayət qədər sistemsiz qüvvədir. Onların bir çoxu yerli regional biznesə yönəlib ki, bu da öz növbəsində beynəlxalq ticarətlə bağlıdır və buna görə də müharibəni mümkün qədər tez bitirməkdə maraqlıdırlar.
Qeyd edim ki, rusiyalı müxalifətçi Aleksey Navalnı fəal şəkildə Sibir və Uzaq Şərq regionlarına səfər edib və orada onun hətta mərkəzi Rusiyadan qat-qat çox tərəfdarı olub. Rusiyada belə hərəkətlərin təkrarlanması üçün ilkin şərtlər var.
- Bu “azadlıq əraziləri”nin siyasi iradəsi varmı, Moskva bu cür demarşları yatırtmaq üçün nələr edə bilər?
- Mərkəzin alətləri var. Şübhəsiz ki, adi üsullarla səsini kəsir. Xabarovskdakı etirazları, saxlanılan qubernatorun istefasını qeyd edə bilərik, o da 2018-ci ildə Kremlin mövqeyinə qarşı seçilən, lakin regional elitaların dəstəklədiyi fiqur idi.
Sualın cavabı ondan ibarətdir ki, regional elitaların narazılığı səngiməyəcək. Əgər kiməsə işarə verilsə ki, özünü bu şəkildə ifadə edə bilər.
Siz dediyiniz həmin deputatlar fraksiyadan çıxarılıb, Rusiya hakimiyyəti tərəfindən onlara qarşı bəzi qeyri-rəsmi sanksiyalar tətbiq olunacaq, lakin bu cür etirazlar davam edəcək və güclənəcək. Çünki hamı başa düşür ki, bu, Moskvaya, Kremlə təzyiqdir.
Regional elitalar Kremlin onları eşitməsini istəyir. Onun regionlardan sadəcə, bütün mümkün resursları çıxarması əbədi davam edə bilməz, lakin o, heç kimə məhəl qoymur. Əvvəllər bu cür problemlər aktiv şəkildə pulla həll edilirdi. İndi bütün ekspertlər deyir ki, Putinin müharibəni daha bir-iki il davam etdirməyə kifayət qədər pulu var. Ancaq vəziyyət inkişaf etdikcə yeni nüanslar və reallıqlar da ortaya çıxır. Əgər regional elitalar Kremlə subsidiya verməyi dayandırsalar - çünki əvəzində heç nə almırlar, tamamilə yeni bir vəziyyət yaranardı. Regionlarda anlayır ki, verdikləri pullar əsasən müharibəyə gedir.
Hazırda Rusiyada 1990-cı illərin əvvəllərində baş verənlərə bənzər iğtişaşlar var. Həmin vaxt bir çox regionlar muxtariyyət, ayrılma haqqında düşünməkdə çox fəal idi. Ola bilsin ki, onlar Moskvadan əlavə pul almağa cəhd ediblər, lakin vəziyyətin sabitliyinin pozulması göz qabağında idi. Yenə belə hallar ortaya çıxır.
- Bir çox ekspertlər deyirlər ki, müharibənin davam etdiyi 100 gün ərzində Rusiyada iki şərti partiya yaranıb - müharibə və sülh. Güc blokunun nümayəndələri “müharibə partiyası”na mənsubdurlar. Sülh partiyası əsasən böyük biznes təmsilçilərindən, ən çox əziyyət çəkən oliqarxlardan ibarətdir. Onların həqiqətən var olduğunu deyə bilərikmi?
- Bir az fərqli deyərdim. Razıyam ki, iki əsas cərəyan var, amma onların heç birini Sülh partiyası adlandırmazdım. Təəssüf ki, Rusiya elitasında sülh partiyası yoxdur. Müharibədən dəyən ziyanı minimuma endirmək, mümkünsə, barışıq elan etmək və iqtisadiyyatı bərpa etmək üçün tərəf var, siyasətçilər - Rusiyanın bu müharibədə çətinlik çəkdiyini görənlər. Sanksiyalar isə əslində hələ başlamayıb və ən pisi ilin sonunda olacaq.
Buraya sistemli liberallar adlanan iqtisadçılar da daxildir. Aydındır ki, onlar liberal deyillər və heç vaxt olmayıblar, amma Rusiyada belə adlandırılıblar. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, hökumətin iqtisadi bloku, prezident administrasiyasının siyasi bloku əsasən oraya düşür.
Müharibəyə qarşı çıxan hərbçilərin çoxu rus ordusunun hazır olmamasının bir macəra olduğuna inanırdı. Yenə də onları Ukraynanın dostu adlandırmaq olmaz, onlar prinsipial olaraq müharibəyə qarşı çıxan insanlar deyil, Vladimir Putinin başladığı hazırlıqsız müharibəyə qarşı çıxanlardır. Digər tərəfdən, təhlükəsizlik işçiləri, Şoyqu kimi ordu rəhbəri, Ramzan Kadırov və Yevgeni Priqojin kimi qeyri-rəsmi silahlı birləşmələrə sahib olanlar. Və əslində daha çox ad çəkmək olar. Onlar indi külli miqdarda maliyyə alırlar və fürsətdən istifadə edərək, bəzi iş adamları ilə birlikdə yerdə qalan xarici biznesi ələ keçirirlər.
Həmçinin xüsusi xidmətlər. Bu müharibəyə hazırlığın qarşısını alan, indi məsuliyyəti kiminsə üzərinə atmağa hazır olan, ən əsası, səhvlərini necə etiraf edəcəyini bilməyən xüsusi xidmət orqanları. Onlar Putini bu müharibəni davam etdirməyə təşviq edirlər.
Açığı, şərti sülh tərəfində daha çox arqumentlər və resurslar var - sülh bağlamadan, ərazi mübadiləsi aparılmadan, qoşunları çıxarmadan ən azı müharibənin dondurulmasının (2014-cü ildəki kimi) tərəfdarı olanlar. Amma şəxsən Vladimir Putin daha çox müharibə tərəfidir. Səhvlərini qəbul etməyə hazır deyil və ya bacarmır.
- Siyasi elita deyilənlər arasında niyə müharibənin əleyhdarları yoxdur?
- İndi daha çox əleyhinə olanların sayının artması tendensiyası açıq-aşkar görünür.
İlk qığılcım çox sadə idi - sürətli qələbə ümidi. Eyni şey Rusiya rəhbərliyinə də aid idi. Bu müharibəyə başlamazdan əvvəl çox az adam Vladimir Putinlə məsləhətləşib, baxmayaraq ki, çoxları təxmin edirdi. Ancaq bu şəkildə başlayanda hamını qorxutdu.
Hər kəs bir neçə həftəyə başa çatacaq sürətli, həqiqətən xüsusi bir əməliyyat gözləyirdi. Bu gün isə görürük ki, bu, Putinin aylarla aparmağa hazır olduğu uzunmüddətli hərbi münaqişədir. Və bu insanların bir tərəfdən münaqişəni tez bir zamanda bitirmək arzusu var, digər tərəfdən isə hər hansı mənəvi-etik mövqedən tamamilə məhrumdurlar.
Rus elitasında heç bir bayağılıq hissi yoxdur. Bu, Vladimir Putin tərəfindən xüsusi xidmət orqanlarının dəstəyi ilə tədricən həyata keçirilən dövlət aparatında uzunmüddətli təmizləmələrin nəticəsidir. Aleksey Navalnıya dəstək aksiyalarını saymasaq, Moskvada keçirilən genişmiqyaslı etirazlardan sonra Rusiyada sonuncu genişmiqyaslı təmizləmə təxminən 2019-cu ilin payızında baş verdi. O zaman ən azı etirazçılarla danışmağa cəhd etməyin tərəfdarı olanların hamısı dövlət aparatından uzaqlaşdırıldı. Təmizləmə başa çatdıqdan sonra belə bir kontingent yarandı.
Eyni zamanda biz görürük ki, hətta bu vəziyyət Putini qane etmir. Göründüyü kimi, indi onun köməkçisi Dmitri Mironov yeni kadr komissiyasının sədri təyin edilib. Görünür, bu, yeni böyük təmizləmədir. İndi məqsəd Ukraynaya qarşı bu təcavüzün başlamasının zəruriliyinə şübhə edənlərin hamısını komandadan təmizləməkdir.
Keçmiş səfir: “Zaman Ukraynanın dostu, Kremlin düşmənidir”
Rusiya prezidentinin xəstə olduğunu deyən Con Herbst: “Rusiya elitasının və rus xalqının Ukraynaya qarşı təcavüzü dəstəkləməsi həqiqətə uyğun deyil”
2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş, hazırda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru vəzifəsində çalışan Con Herbst Rusiya-Ukrayna müharibəsi və onun nəticələrindən danışıb.
Reyting.az C. Herbstin müsahibəsini qısa ixtisarla təqdim edir.
- Biz çoxlu xəbərlər oxuyuruq. Orada yazılır ki, Ukrayna öz ərazilərindən imtina etməlidir, Putinə “özünü xilas etmək” lazımdır və s. Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerdən eşidir və “The New York Times” qəzetindən oxuyuruq. Sizcə, niyə ABŞ-dan belə mesajlar verilir?
- Keçmiş rəhbərlərimizin, yüksək səviyyəli siyasətçilərimizin sanki əsəbləri korlanıb. Onlar özlərini lider kimi aparmırlar, qorxaq kimi davranırlar. Onlar “Rusiya təhlükədir və biz qorxmalıyıq, ehtiyatlı olmalıyıq”,- düşüncəsindədirlər. Bu, sadəcə ayıbdır. Bu, bizim nə etməli olduğumuzu başa düşməyən keçmiş elitanın bəzilərini aiddir.
- Rusiya ilə genişmiqyaslı müharibə fonunda ABŞ prezidenti Co Bayden administrasiyası lazım olduğundan xeyli zəifləyib. Bunu necə izah edirsiniz?
- Məncə, Bayden Administrasiyası belədir. Onları qınayıram ki, lazım olan hər şeyi etmirlər. Ancaq onlar Ukrayna üçün, Amerikanın maraqlarını qorumaq üçün çox şey edirlər. Baydenin dəstəkləməsi və Konqresin hərbi yardımı da daxil olmaqla, irimiqyaslı yardım haqqında qanunun qəbul olunması, Ukraynaya çoxlu silah göndərilməsi yaxşı haldır.
Amma Bayden administrasiyasını qınayıram ki, hər şeyi göndərmirlər, bir az çəkinirlər. Buna görə onları tənqid etmək olar.
Amma ümumilikdə onların yanaşması yaxşıdır, sadəcə, ən güclü və ən yaxşısı deyil.
- Ukraynanın hazırda həqiqətən də silaha ehtiyacı olmasından danışsaq Bayden administrasiyası təcililiyi başa düşürmü? Bu gecikmə səbəbindən ölən insanlardan danışmaq olarmı?
- Düz deyirsiniz ki, təcili yardım lazımdır. Biz sizə çoxlu kömək göndəririk, lakin istədiyiniz qədər tez deyil. Bunu yaxşı hal saymıram. Bu fikirdə mən tək deyiləm. Bu ləngliyə görə rəhbərliyi çoxları tənqid edir.
- ABŞ prezidenti nədən qorxur?
- Administrasiyaya qarşı tənqidim ondan ibarətdir ki, biz Ukraynaya əvvəllər raket göndərməmişik, onları yüz il əvvəl göndərmək lazım idi.
Biz Ukraynaya gəmi əleyhinə raketləri yenicə göndərməyə başlayırıq. Bu, səhvdir. Üstəlik, ləng deyil, sürətli olmaq lazım olduğunu başa düşürlər, amma yenə də bəzən lazım olanı tez etmirlər.
- Ədalət naminə, təkcə Amerikada deyil, Fransa və Almaniyada da Ukraynanın Putinə güzəştə getməli olduğuna dair fikirlər eşidirik. Kollektiv Qərb niyə Putinlə ultimatumla danışmır?
- Fikrinizi tam bölüşmürəm. Bayden və onun müttəfiqləri payızda Kremlə açıq şəkildə bildirdilər ki, Ukraynaya hücuma, qoşun göndərməyə davam edərsə, sanksiyalar, Ukraynaya hərbi yardım və NATO-nun Şərqi Avropada güclənməsi baş verəcək. Ola bilsin ki, bu, ultimatum olmayıb, eskalasiyanın qiymətinin daha yüksək olacağını başa salıb. Və buna görə də hərəkət etdilər.
Amma siz haqlısınız ki, xüsusən də Avropada Kremlin təcavüzünə çox yumşaq yanaşan və Putinin təcavüzünün əvəzini Ukraynanın ödəməsini istəyən siyasətçilər var. Bu, sadəcə ayıbdır. Və mən Kissinceri də bu tənqidə daxil edirəm. Mən onu hörmətli adam hesab edirəm, amma indi çox zəifdir, sanki nə baş verdiyini anlamır.
- ABŞ-da nə qədər Rusiyanın təsir agenti var? Bu cür suallar tez-tez Donald Trampın qalib gəldiyi prezident seçkilərindən sonra verilirdi. Bu suallara cavab ala bildinizmi? Rusiyanın ABŞ-da təsiri nə dərəcədə güclüdür?
- Mən bu təsiri güclü hesab etmirəm. Trampın Rusiya ilə bağlı bir çox iddialarının əsassız olduğunu başa düşmək lazımdır. Biz başa düşməliyik ki, bu səslər təsirlidir, həlledici deyil.
- Başqa bir ümumi fikir də var ki, Rusiyanın indi mövcud olması Avropada və dünyada tarazlıq üçün lazımdır...
- Bu analiz deyil, metafizikadır. Kissincer haqlıdır ki, Rusiya həmişə beynəlxalq məsələlərdə təsirli rol oynayıb. Bu rol bəzən müsbət, bəzən də dəhşətli idi. Bu gün bu rol qorxuncdur. Putinin xarici siyasəti isə Avropaya gəldikdə Amerikanın maraqlarını, hətta onun həyatını da təhdid edir. Kissincer nədənsə bunu görmür. Təbii ki, o, artıq qocalıb.
- Belə bir nəzəriyyə də var ki, kollektiv Qərb Ukraynanın Putini məğlub etməsini istəmir, çünki dünyadakı tarazlıq pozulacaq. Bunu necə şərh edə bilərsiniz?
- Kissincer kimi, bəlkə də “The New York Times”də də Ukraynanın bu müharibədə qələbəsindən qorxan insanlar var. Amma anlayanlar var ki, sizin qələbəniz də bizimdir. Məncə, Konqresdəki əksər demokratlar və respublikaçılar bu düşərgəyə aiddir. Və deyərdim ki, Bayden administrasiyası da az-çox ona məxsusdur, baxmayaraq ki, fikrimcə, administrasiyada bunu başa düşməyən yüksək vəzifəli məmurlar var. Onların siyasəti Ukraynaya güclü dəstək siyasətidir, amma məncə, o qədər də güclü deyil.
Bizim Yaxın Şərqdəki siyasətimizdə (20 ildən artıqdır) Amerikanın qələbəsi olmayıb. Ancaq Ukrayna bu müharibədə qalib gəlsə, bu, şübhəsiz ki, həm Ukrayna üçün, həm də Qərb və Amerika üçün böyük qələbə olardı. Bu onu göstərir ki, avtokratiya gələcək deyil, sadəcə şərdir. Mən bilirəm ki, Ağ evdə bunu başa düşənlər var. Amma təəssüf ki, bundan xəbəri olmayanlar da var.
- Putin rejiminin sabitliyini necə qiymətləndirirsiniz? Onlar hər şeyin qaydasında olduğunu göstərmək üçün əllərindən gələni edirlər. Bu, nə qədər davam edə bilər?
- Məncə, Qərbin Ukraynaya dəstəyi qalırsa və azalmırsa, deməli, zaman Ukraynanın dostu, Kremlin düşmənidir. Rusiyada vəziyyət getdikcə pisləşir. Bu isə Putin üçün böyük problemdir, çünki onun xalqı bu müharibədə maraqlıdır. Bəli, Kremlin təzyiqi ilə onlar deyirlər: “Bəli, bəli, bizim liderimiz, biz sizi dəstəkləyirik”. Amma reallıqda belə deyil. Ukraynada bu, təkcə prezident Zelenskinin deyil, xalqın müharibəsi olduğunu hər kəs başa düşür. Ukraynalılar başa düşürlər ki, Rusiya təkcə Ukraynada hökmranlıq etmək istəmir, həm də Putin rejimi ukraynalıları bir varlıq kimi məhv etməyə çalışır. Şübhəsiz ki, bu, böyük cinayətdir. Xalqınız bunu başa düşür. Ona görə də Ukrayna xalqı müharibə bəlasına dözməyə hazırdır, rus xalqı isə yox. Və bu, Putin üçün problemdir.
- İndi Kremldə nə baş verdiyini təxmin edə bilərsinizmi? Biz tez-tez deyirik ki, Kremlin qüllələri arasında rəqabət var. Politoloqlar bildirirlər ki, orada “müharibə partiyası” və “sülh partiyası” var və hər ikisi Putindən narazıdır...
- Bu gün biz, Kremldə Putindən başqa heç kəsin müharibə tərəfdarı və ya əleyhdarı olduğunu müəyyən edə bilmərik. Mən demirəm ki, başqaları yoxdur, amma biz onları görmürük. Hətta Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi də. Əminliklə deyə bilərik ki, o, Şoyqu kimi müharibə tərəfidir. Bəlkə də belədir, amma biz bunu görmürük, bilmirik.
Hücum qərarının Putinin olduğunu bilirik. Videoda onun komandasının bu qərarı müsbət qarşılamadığını da gördük. Biz bilirik ki, Rusiya və Putin rejimi üçün bu qərar fəlakət oldu. Və biz onu da bilirik ki, keçmişdə Rusiya rəhbərliyi uğursuz müharibəyə başlayanda bu, real dəyişikliyə səbəb olub.
Putinin xəstə olduğunu da bilirik. Əgər o, həqiqətən xəstədirsə, yerində qala bilmirsə, o zaman Rusiyanın xeyrinə, ən azı Ukraynanın cənubundan, şərqindən faydalanmaq vaxtı gələ bilər. Amma Rusiya elitasının və rus xalqının Ukraynaya qarşı təcavüzü qəti şəkildə dəstəkləməsi həqiqətə uyğun deyil.
Hərbi ekspert: “Rusiya texnokratları müharibəni uduzduqlarını başa düşürlər”
İqal Levin: “Danışıqlar bu müharibəni hansısa yolla bitirmək, hansısa uğurlar üçün bazarlıq etmək, bu uğurları Rusiya ictimaiyyətinə qələbə kimi təqdim etmək imkanıdır”
İsrail Müdafiə Qüvvələrinin zabiti və hərbi analitik İqal Levin Ukrayna mediasına müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışb.
Reyting.az İ. Levin müsahibəsini qısa ixtisarla təqdim edir.
- Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday bəyan edib ki, ruslar bütün qüvvələri Luqansk vilayətinə yönəldiblər, Severodonetsklə bağlı yandırılmış torpaq taktikası seçiblər. Hazırda Ukrayna Luqansk vilayətinin təxminən 10 faizinə nəzarət edir. Bu vəziyyəti necə təhlil etmək olar?
- Unutmaq olmaz ki, bu 10 faiz kənd və ya çöl deyil, Severodonetsk və Lisiçansk kimi böyük şəhərlərdir. Söhbət ərazilərin sayında deyil, infrastrukturdadır.
İstiqamətdən danışırıqsa, yaxın iki həftə ərzində həssas insanlar xəbərlərə baxmasa daha yaxşıdır. Bu iki həftə ən qaynar mərhələ olacaq. Çünki ruslar İzyum istiqamətindən Popasna istiqamətinə hərəkət ediblər.
Ruslar Severodonetsk və Lisiçanskda Ukrayna qüvvələrini mühasirəyə almağa çalışırlar. Bunun üçün Severski Donets çayını keçmək lazım idi.
Beloqorovka artıq onlardadır. Amma onlar uğur qazana bilmədilər. Sonra bir az da Qərbə hərəkət etməyə çalışdılar: bir neçə cəhd olsa da, Ukrayna onları “sındırdı”.
Bəli, orada rusların müəyyən üstünlüyü var, çünki Popasna nisbətən hündürdürdə yerləşir. Dəniz piyadalarından, nizami hissələrdən tutmuş “Vaqner”ə və digər muzdlulara qədər hamısı ora köçürülüb. Amma unutmaq olmaz ki, bu, birtərəfli oyun deyil, Ukrayna da atır, əks-hücumlar edir.
Bu həftə və ya iki həftə döyüş olacaq. Popasna bölgəsindəki döyüş ən qaynar nöqtələrdən biridir.
Təbii ki, İzyum istiqaməti də sakitləşməyib, döyüşlər cənubda olduğu kimi, Hulyaipil istiqamətində də gedir.
Ruslar Popasna istiqamətində bütün dəstəni mühasirəyə almaq istəyirdilər, lakin buna nail ola bilmədilər.
Əminəm ki, Rusiya Popasnada dayandırılacaq və məğlub olacaq. Bir az irəliləyə bilsələr belə, bu, Ukraynanın müdafiə imkanlarına xələl gətirmir, çünki ehtiyatlar gücləndirilir.
Statik deyil, mobil olan istənilən müharibədə taktiki uğursuzluqlar ola bilər, hamısı əməliyyat səviyyəsindədir. Amma strateji səviyyədən danışırıqsa, o zaman Rusiyanın heç bir uğuru yoxdur və onlar uğura yaxın deyillər.
Üstəlik, Luçanski yüksəklikdə yerləşir, çayla bölünür - müdafiə üçün yaxşı yerdir. Bunun necə tələsik ola biləcəyini təsəvvür etmək mənim üçün çətindir. Yəni şəhəri bloklamaq, mühasirəyə almaq, uzun müddət saxlamaq lazımdır - onların bunun üçün vaxtları və ehtiyatları yoxdur.
- Rusiya ordusu Ukrayna hərbçilərinin Xarkov vilayətində əks-hücuma keçməsinin onlar üçün nə qədər təhlükəli olduğunu başa düşür. Lakin bir neçə günlük sükutdan sonra yenidən Xarkovu atəşə tutmağa başladılar. Orada nə gözləmək olar?
- Onlar yenidən hücuma keçməyə, Ukraynanın əks-hücumunu dayandırmağa çalışırlar. Əgər onlar hansısa qüvvələri köçürsələr və cavab olaraq Xarkov istiqamətində hücuma keçməyə cəhd etsələr, bu, Donbass və ya İzyum istiqamətində onların səylərini zəiflədər.
Müharibədə təşəbbüs vacibdir. Təşəbbüs həmişə döyüşün yarısıdır. Hücum edənin təşəbbüsü həmişə çox vacibdir, çünki o, vaxtı və yeri seçir. Müdafiəçinin isə təşəbbüsü yoxdur. Nə üçün hər hansı hərbi manevr və hər hansı müasir müdafiə doktrinası əks hücumu ehtiva edir? Məsələn, İsrailin hərbi doktrinasındakı döyüş növünə nəzər salsanız, müdafiə həmişə əks-hücumdan ibarətdir. Bu əks-hücum təşəbbüsü ələ keçirmək üçün edilir ki, düşmənə öz şərtlərini diktə edə biləsən.
Ukrayna Xarkov yaxınlığında əks-hücum edəndə, istənilən qədər uğurlu olmasa da, bu, artıq yaxşıdır, çünki öz oyun qaydalarını tətbiq edirsən.
- Biz artıq Belarusu unutmuşuq, amma xəbər var ki, Rusiyanın “İskəndər” kompleksləri Ukrayna ilə sərhədə doğru hərəkət edir. Bunu necə qiymətləndirmək olar?
- Rusiya Belarus istiqamətindən maksimum istifadə edir ki, Ukrayna orada da müəyyən qüvvələri saxlasın. Şimaldakı Ukrayna şəhərlərinə hücum təhlükəsi onları qüvvələrini orada saxlamağa vadar edir. Qoy Milli Qvardiya burada müdafiə olsun. Belə genişmiqyaslı müharibədə hər bir batalyonu, hətta hər bir detalın əhəmiyyəti var, onu nəzərə alırsınız.
Yeri gəlmişkən, biz görürük ki, ruslar “İskəndər”lərdən getdikcə daha az istifadə edirlər - tükənmək üzrədirlər. Ona görə də istənilən hərəkətlər, manevrlər, “İsgəndər”lər, Belarus ordusunun, istənilən digər birləşmələrin hərəkətləri Ukraynanı gərginlikdə saxlamaq üçün edilir. Bu, Dnestryanı və Bessarabiyanın Odessa istiqamətinə də aiddir.
- Dediniz ki, Ukrayna ordusunun uğurunda Silahlı Qüvvələrin komandanlığının yaşı mühüm rol oynayır. Doğurdanmı belə düşünülür?
- Bu mənim müşahidəmdir, hansısa araşdırma deyil. Sovet hərbi doktrinası “tankda niyə yanmadın”, “adam ol - get öl” və s. psixologiyasını yaşı olanlar hamısını mənimsəyiblər. Tutaq ki, Müdafiə Nazirliyinin Kəşfiyyat rəhbəri Kiril Budanovu götürsək, o, gənc oğlandır, amma generaldır. Yaşına baxsanız, bu, sovet məktəbinin nə olduğunu, 1990-cı illərin doktrinasından xəbəri belə yoxdur. Halbuki Rusiya casuslarının başında sovet adamlarıdır. Narışkinin yaşı 70-dən aşağı olmaz.
Əlbəttə, söhbət yaş fərqindən getmir: çox vaxt yaşlı adam daha müdrik ola bilər. Amma bir xırda şey var: bu müharibə üçün sovet təcrübəsi lazım deyil. Sovet İttifaqı başqa bir müharibəyə - Qərb dünyasının qalan hissəsi ilə nüvə müharibəsinə hazırlaşırdı. Bu müharibə isə heç də belə deyil: sovet doktrinasının burada baş verənlərə heç bir aidiyyatı yoxdur.
- Biz görürük ki, Rusiya getdikcə daha çox danışıqlardan danışır, bu ideyanı Qərbdə təbliğ edir. Rusiya nümayəndəsi Vladimir Medinskinin bəyanatında deyilir ki, Rusiya danışıqlara hazırdır və Kiyev bu danışıqların aparılması imkanını rədd edir. Hiss olunur ki, onlar fasilə vermək istəyirlər. Ukrayna isə öz növbəsində bu pauzanın qarşısını maksimum dərəcədə almaq istəyir. Bu pauza daha çox kimə sərf edir - Ukraynaya, yoxsa Rusiyaya?
- Təbii ki, danışıqlar pauzadır, yenidən qruplaşmaq imkanıdır. Rusiya yaxşı anlayır ki, onlar bu müharibədə uduzurlar. Bunu başa düşməmək üçün tamamilə qərəzli, rusiyapərəst olmaq lazımdır.
- Onlar müharibəni uduzduğunu dəqiq bilirlər?
- Onlar haqqında çox şey deyə bilərik ki, özlərini hərbi baxımdan səriştəsiz, yöndəmsiz aparıblar, amma konkret olaraq texnokratlar (söhbət Medinskidən və başqalarından gedir) müharibəni uduzduqlarını yaxşı başa düşürlər.
Danışıqlar bu müharibəni hansısa yolla bitirmək, hansısa uğurlar üçün bazarlıq etmək, bu uğurları Rusiya ictimaiyyətinə qələbə kimi təqdim etmək imkanıdır. Ukrayna yaxşı başa düşür ki, bunu etmək olmaz. Pauza verməyə ehtiyac yoxdur, çünki Ukraynanın bütün Avropanın, ABŞ-ın simasında arxası var.
Bu arxa təkcə silahla deyil, həm də iqtisadiyyat, ərzaq, yanacaq baxımından işlədiyi, təmin etdiyi, dəstək verdiyi halda hərəkətə keçmək lazımdır.
Ukrayna cəmiyyətində hələ də ilham var. Müharibədən yorğunluq deyə bir şey də mövcuddur. Bu, həmişə istənilən cəmiyyətdə - ən vətənpərvər və ilhamlı cəmiyyətdə olur.
Ukrayna nə qədər əks-hücum keçirə bilir, nə qədər öldürə bilirsə, hərəkətə keçməli və danışıqlar masasına oturmamalıdır. Belə olarsa, Ukrayna döyüşü qazanacaq.
- Krımı azad etmək çətindir?
- Müharibə həmişə çətindir, istənilən döyüş çətin olur. Mən başqa bir şey deyəcəyəm: Krımı azad etmək olar, bu, realdır. Demək olmaz ki, Krım həmişəlik itirilib. Mən həm hərbi, həm də diplomatik yollardan danışıram. Ukraynanın hakimiyyət eşalonları axmaq deyil. Nə üçün Krım səkkiz ildir ki, Ukraynanın gələcək konsepsiyasından kənarlaşdırılmır? Çünki bu, reallıqdır, mümkündür.