Vahid Qazi - arxiv.reytingaz.info
Azərbaycanlı olmaq asanmı?
Vahid QAZİ
“Adamlar və kitablar” silsiləsindən
Rəhman Bədəlovun “Легко ли быть азербайджанцем? Диалоги с самим собой” (“Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabını Azərbaycanda Maarifçi Hərəkatın 150 ildə keçdiyi yola, 100 il qabaq başlayıb hələ də bitməyən millətləşmə prosesinə, milli kimliyimizə baxış toplusu da, 85 yaşlı filosofun ömür müşahidələrindən fəlsəfi memuar da adlandırmaq olar.
Burada yazılanlara keçmişlə, bugünlə yanaşı, gələcəkdən boylanış da deyərdim – “milli kimlik”in öz yerini “planetar kimlik”ə verməkdə olduğu iddia edilən bir zamanda azərbaycanlı olmaq, yaxud qalmaq asanmı?
Nədir azərbaycanlı olmaq?
Müəllif kitabın sonuncu bölümündə bu suala dekonstruksiya fəlsəfi təlimindən cavab axtarır. Əslində heç cavab da vermir, sadəcə, “azərbaycanlı” məfhumunu “sökür”, onu tarix, coğrafiya, dil, ənənə, ailə, etnik, adət və sairə kimi çoxsaylı “hissəciklərə” bölür, ayrı-ayrılıqda təhlil edir. Amma yiğib, “azərbaycanlı olmaq”ı tam konstruksiyanı halına gətirmir. Oxucunu 150 illik suallarla baş-başa qoyur.
Və bütün bunlar nostalji xatirələr, nigaran, ağrılı düşüncələr, eyni zaman üzülməyən ümidlər işığında yazılır.
İki səhifəlik (209-210) “Bu ölkəni kim xilas edəcək?” adlı bölümü mənə görə kitabın “onurğa beyin” hissəsidir. Suala toplumdan gələn cavabların (“gənclik”, “xalqın birliyi”, “Əli bəy”, “cənab prezident” və s. ) fövqünə müəllif öz cavabını çıxarır – “düşünmək cəsarəti” (“sapere aude”) deyir, əslində Maarifçiliyə davam deyir.
Toplumda “düşünmək cəsarəti” oyatmağa can atan qocaman filosof toplumun düşünən kəsiminə “qərarvermə cəsarəti” nümunəsi göstərməli deyilmi? Kitab boyu belə nümunə – “dağın o üzünə aparan yola” tanışlıq verən fikir gəzdim.
İstərdim, kitab geniş müzakirələrə səbəb olsun, xüsusilə gənclər arasında. Məsələn, Ağalar Qutun “Aşma”sı kimi. Xatırlayanlar qoymaz yanlış yazım – “Aşma” təkrar-təkrar nəşr olunmuşdu, gənc ictimai fəalların masaüstü kitabına çevrilmişdi. Hətta mən də “Aşılası aşmalar” adlı yazı yazmışdım o kitab haqda.
Bəs Rəhman Bədəlovun kitabı necə, geniş müzakirələrə səbəb olacaqmı? İnanmaq istərdim, amma məncə yox! Niyə?
Rəhman müəllimin “dialoqlar”ında tək heyfsləndiyim kitabın rusca yazılmasıdır. Qəti fikrimdir ki, bu cür kitablar – azərbaycanlıya özünü, dünyanı, keçmişini, bugününü, sabahını anladan kitablar azərbaycanca yazılmalı, yaxud tərcümə edilməlidir. Azərbaycandilli gənc ictimai-siyasi düşünərlərin hər deyəndə yazılmayan, milli təfəkkürün formalaşması və inkişafına təkan verən belə kitabları oxuması, anlaması, ictimai müzakirələrə çıxarması və müəllifin altını tez-tez cızdığı “cəsarətli düşüncə” sahibinə çevrilməsi üçün bu, vacibdir. Yuxarıda adını çəkdiyim “Aşma”nın geniş oxucu kütləsində maraq oyatmasının əsas səbəblərindən biri Azərbaycan dilində yazılmasıdır – öz dilində öz xalqı haqda fəlsəfi fikirlərə ac oxucuya göydəndüşmə kitab idi.
Neçə il öncə yarım əsrlik Azərbaycan İntibahının (1870-1920) parlaq nəticəsi olan Cümhuriyyət və onu qurmuş insanlardan bəhs edən yazıların birini “Özünü axtaranlar ölkəsi” adlandırmışdım. Həsən bəy Zərdabidən üzü bəri nə qədər “özünü axtaran”, yəni millət yaradanlarımız var. Rəhman Bədəlov da onlardan biri, günümüzün “özünü” və “milli kimliyini” axtaran, həm də göstərən azsaylı böyük düşünərlərimizdən, müasir fəlsəfi fikrimizin öncüllərindəndir.
Oxucu kimi Rəhman Bədəlovdan yüzillik bağlı suallara açıq cavablar gözlədim. “Bu ölkəni kim xilas edəcək?” sualına “azərbaycanlı olmaq asanmı” cavabını aldım.
“Hələ heç kim sübut etməyib: azərbaycanlı olmaq asandırmı? Asan olmalıdırmı…” – kitab bu sözlərlə bitir.
Yaşadığı topluma, ölkəyə, zamana biganə qalmayan hər kəs üçün maraqlı düşüncə “yemi”dir, kitabı oxumağı dostlara tövsiyyə edirəm.
İyul 2022
Helsinqborq, İsveç
İsveçin Rusiya qorxusu
Vahid QAZİ
“Feysbuk”da İsveçin NATO-ya üzvlüyü ilə bağlı status paylaşmışdım. Yazmışdım ki, heç bir hərbi ittifaqa qoşulmamaq siyasəti ilə iki dünya müharibəsindən yan keçməyi bacaran, 200 il müharibə görməyən İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib, bu tarixi olaydan İsveçin öz təhlükəsizliyinə son 200 ildə ən böyük təhdidlə üzləşdiyi qənaətinə gəlirsən.
Rusiyanı nəzərdə tutmuşdum.
Statusa yazılan çoxsaylı şərhlərdə dostlar sual verirdilər ki, bu qədər təlaş nədəndir, NATO-ya üzvlük ərizəsinə görə Rusiyadan İsveçə nə kimi təhlükə ola bilər?
Sual bir neçə yüzillik dövrü əhatə etdiyinə görə ayrıca yazı yazmağa ehtiyac duydum.
Yox, tarixin çox da dərinliyinə baş vurmaq istəmirəm. Məsələn, isveçlilərin 1709-cu ildə Poltava döyüşündə ruslara məğlub olmasından, I Pyotra uduzan XII Karlın qaçıb Osmanlıya pənah aparmasından yazmıram. Amma yeridir, mövzudan çox da uzaqlaşmadan bir vacib nüansı mütləq deyim.
Tarixi analiz edən ciddi fikir adamları qeyd edir ki, İsveçin Poltavadakı ağır məğlubiyyəti strateji baxımdan onun qələbəsi oldu. Yəni uduzan İsveç başqa ölkələrin torpaqlarından gözünü yığdı, ordusunu öz sərhədləri içərisinə çəkdi və milli dövlət quruculuğu işinə başladı. Bütün dünyaya nümunə olası indiki rifah cəmiyyəti yaradıldı.
Rusiya isə, əksinə, imperialist siyasətini davam etdirdi, tuta bildikcə çox torpaq tutdu, Mərkəzi Avropadan Yaponiyayacan ərazilər işğal elədi, xalqları əsarətə aldı. Nəinki o xalqlara göz verib işıq vermədi, heç öz xalqına da gün ağlamadı. Feodalizmi xatırladan bu günün Rusiyası əsrlərlə yürüdülən işğalçı siyasətin nəticəsidir.
İsveçin Baltik ləpələrinin döyəclədiyi cənub-şərq bölgəsində Karlskrona adlı şəhər var. Altı iləcən ailəmlə o şəhərdə yaşadım. Şəhər çoxsaylı adalar üzərində salınıb. Ölkənin hərbi dəniz donanmasının əhəmiyyətli hissəsi orada yerləşir. Soyuq müharibə illərində qapalı şəhər olub. Sovetin süqutundan sonra statusu dəyişib deyə yaşamaq istəyən hər kəsə qapısını açıb.
Bir gün şəhərin küçə afişalarının birində maraqlı poster gördüm. “Om ryssen kom” – “Əgər ruslar gəlsə” adlı ekskursiya elanı idi. Öyrəndim ki, sən demə, çox yerdə rastıma çıxan ağzı bağlı dəmir-beton qapılar yeraltı bunkerlərin imiş. Ekskursiyanın adı özündən də maraqlı gəldi, odur ki, uşaqlara da bilet aldım, getdik.
Şəhərdən kənardakı bunkerlərin birinə apardılar bizi. Gözünüzün qabağına dağın altında bir şəhərcik gətirin. Tibbi ləvazimatlarla, yatacaqlarla, yeməkxana (konservləşdirilmiş yeməklər), telefon qovşağı, radio, hətta kitabxana ilə təchiz olunan, minlərlə adamın yerləşə biləcəyi böyük sığınacaq.
Sonra bildim ki, yaşadığımız Trossö adasının altında da 6 min adamlıq sığınacaq varmış.
2016-cı ilin məlumatına görə, İsveçdə 7 milyon insanın yerləşə biləcəyi 65 min yeraltı sığınacaq olub (Finlandiyada isə 4 milyonluq insan üçün 40 min yeraltı sığınacaq tikilib). O vaxt ölkə əhalisinin sayı 9,5 milyon idi. Mövzunu müzakirə edən ekspertlər narahatlıqla sual verirdilər: qəfil müharibə başlasa, 2,5 milyon insanın taleyi necə olacaq?
1990-cı illərin əvvəlində bu sığınacaqların tikintisi dayandırılan zaman İsveçin əhalisi elə 7 milyon idi. Əhalinin sayı qədər sığınacaq yeri tikilibmiş.
İsveçdə sığınacaqları İkinci Dünya müharibəsindən sonra tikməyə başlayıblar. Proses SSRİ-nin süqutunadək davam edib. 1990-cı illərdən sonra çox az sığınacaq tikilib.
İsveç müharibə başlayacağı təqdirdə əhalisinin böyük hissəsini yeraltı sığınacaqla təmin edə biləcək ölkələr sırasında dünya liderlərindəndir.
Qayıdım dostların sualına: Rusiyadan bu qədər ehtiyatın səbəbi nədir?
İsveç tarixi boyu əsasən iki ölkə ilə müharibə aparıb: Danimarka və Rusiya. Danimarka ilə məsələni çoxdan çürüdüblər, aralarından indi su da keçmir. Baltiklə Şimal dənizlərini birləşdirən, eyni zamanda bu iki ölkəni bir-birindən ayıran Öresund boğazını bu kontekstdə su deyə nəzərə almıram.
Rusiyanın qorxunc hənirtisini isə İsveç həmişə duyub.
Ötən il Qotland adasında idim. Belə deyirlər ki, Qotland kimindirsə, Baltik dənizinə də o nəzarət edir. Strateji baxımdan çox vacib yerdir. Adanın əsas şəhəri Visbini dolaşanda gözüm bir küçənin adına sataşdı – “Ryska gränd”, yəni “Rus dalanı”. Elə oradaca internetdən öyrəndim ki, XIX əsrin əvvəllərində Rusiya Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda, 5 min kilometr uzaqda da müharibə edirmiş – İsveçin Baltik dənizindəki ən strateji adasını da tutubmuş. Hadisə 1809-cu ildə olub.
Karlskrona şəhərindəki hərbi dəniz muzeyində olanda da xəbər tutmuşdum ki, sən demə, 1981-ci ildə SSRİ-nin bir sualtı qayığı Karlskrona sularında qəzaya uğrayıbmış. Nə iti azıbmış? Ölkə əhli atom silahı ola bilər deyə bərk qorxuya düşübmüş.
Onlarca belə hadisə olub. Rusiya dəfələrlə İsveçin hava və su sərhədini pozub. Yiyəsiz bostan kimi istədiyi vaxt girib. Amma bütün bunlar İsveçi öz təhlükəsizliyinə qarant axtarmağa məcbur etməyib. Ta bu ilin 24 fevralınacan. Rusiyanın Ukraynaya qoşun yeritməsinəcən. Onun NATO-ya üzv olmaq istəyinin səbəbi hazırkı reallıqdır.
Hələ 2016-cı ildə Karlskrona bunkerlərinə ekskursiyaya “Əgər ruslar gəlsə” adının verilməsi bu ölkədə Rusiya qorxusunun həmişə diri olduğunun göstəricisiydi. Poltava məğlubiyyəti İsveç xalqının ictimai şüurunda qalmayıb, amma genetik yaddaşda durur.
Soyuq müharibə dövründə belə neytrallığını qorumuş Finlandiyanı, İsveçi NATO-ya qoşulmağa vadar edən Putinin Ukraynanı işğal eləmək istəyi oldu.
Öz slavyan qardaşı ilə o cür vəhşicəsinə davranırsa, deməli, Putin Rusiyası hər kəsə potensial düşməndir.
Düşməndən qorunmağın yolunu isə hərə bir cür seçir.
May 2022
Helsinqborq, İsveç
Mən dənizi eşitdim
“Gəlmə” hekayə silsiləsindən
Bəzən elə bilirsən göy üzünü quşlara sən bağışlamısan. Çiçəklər də gün işığını sənə görə tanıyıb. Adamların üzündəki təbəssüm də səndən qopandır. Körpələr qığıltısını, uşaqlar gülüşünü səndən alıblar. Aşiqlərə də görüş yerini sən nişan vermisən.
Amma yenə azlıq edir, doymursan, uzaqda, lap dünyanın o başında qalanlara da xoşbəxtliyindən pay göndərmək istəyirsən.
Bilirsənmi adam bu hala haçan düşür? Əvvəllər heç vaxt duymadığı sevinc hissi yaşayanda! Köksündə xoş duyğular qaynaşanda məsudluğun üzünə çıxır – aləmə Xoşbəxtlik saçırsan.
Günəş də belədir – içində püskürən alov vulkanlarından aldığı işığıyla yayılır dünyaya.
Xoşbəxtlik yoluxucudur! Onu özündə saxlaya bilmirsən, mütləq başqalarıyla da bölüşürsən.
Xoşbəxtliyi paylaşmaq insanın vəzifəsidir! Günəş insanı bu missiya üçün yaradıb. Dini nağılları boş ver – başqa dünyaları, planetləri bilmirəm, dəqiq bildiyim odur ki, Yer üzünü, Yer üzündəki Diriliyi Günəş yaradıb. Buna inanmayanlar Günəş sistemindən köçüb getsinlər.
…Tanrını Günəşdən kənarda axtaran gündən başlayıb bəşərin faciəsi!
Günəşi burda – bu soyuq şimal ölkəsində sevmişəm. Əvvəl sevmişəm, sonra anlamışam. Anlamanın ilk şərtidir sevgi. Sevməsən, anlaya bilməzsən.
Başqa bir günəş dəlisi də tanıyıram. Əlillər üçün ixtisaslaşdırılmış məktəbdə bizimlə oxuyan kor ərəbi deyirəm. Özü haqqında danışanda dodaqlarının hərəkətindən oxumuşdum dediklərini. Deyirdi ki, günəşi görməsə də duyur. Özü də isti Ərəbistanda yox, soyuq İsveçdə duymağa başlayıb onu. Qəribədir, elə deyilmi? “Qoy həmişə günəş olsun!” – tez-tez təklarladığı sözdür bu.
Adamları dodaqlarının hərəkətiylə “eşidirəm”. Axı mən karam!
Hərdən beynimi deşən uğultudan başqa heç nə eşitmirəm. O kor ərəb günəş sevdalısı olduğu kimi mən də dəniz dəlisiyəm. Hər gün Baltik dənizinə dəyməsəm, olmur. Qışda barmaqlarımla toxunuram ona, yayda lap soyunub özümü atıram ağuşuna – beləcə onunla onu duyaraq dərdləşirəm. Heç kimə deyə bilmədiyim sözü ona danışmışam. Adamlardan fərqli olaraq dəniz həmişə məni dinləyib. Bütün dediklərimə sonacan qulaq asıb. Təsəllim olub.
Dəniz məni anlayır. Anam anlayan kimi anlayır. Mən də anamla danışdığım kimi danışıram onunla. Dinləyir, sonra da sözünü ləpəsi, dalğasıyla deyir.
Yaxşı yadımdadır, ilk dəfə ona ürəyimi açanda, taleyimi danışanda şahə qalxmışdı dalğalarıyla. İnan, dalğası boyuma çatırdı. Həkim eşidəcəyimə qarantiya vermədiyini deyən gün də eynən küləkli, çovğunluydu hava. Mən də havalanmışdım. Sahilə qaçıb dənizə sığınmışdım. Hönkürüb ağlamışdım. “Neçə ölkə dolaşıb sonuncu ümidin arxasınca gəlmişəm. Mən eşitmək istəyirəm!” demişdim.
O da eynən anam kimi söyləmişdi: “Qorxma, burdayam!” Dənizin dalğa dodaqlarından oxumuşdum bu sözləri.
On üç yaşımda uğursuz bir əməliyyatdan sonra qulaqlarım kar oldu. Atam az qalırdı həkimi öldürə. Şikayətin əhəmiyyəti yox idi. Arxası güclüydü həkimin.
O vaxtdan dünyanın bütün səsləri kəsildi. Yadımda qalan sonuncu səs anamınkıdır. Məni cərrah otağına ötürəndə “Qorxma, burdayam” demişdi.
Bir daha eşitməyəcəyimi bildiyim o faciəli günün səhəri atamgillə dənizə getdik. Dənizi ilk gördüyüm gün idi. Xəzərin nəhəngliyi məni elə həyəcanlandırmışdı ki. Dəhşət idi e, ayrı heç nə yox idi, bir su idi, bir də suyun qurtaracağında göy üzü vardı.
İlk baxışdan aşiq olanlar kimi vuruldum Xəzərə. Sonralar atam hər dəfə məni Bakıya gətirəndə Xəzərə mütləq dəyərdim. Yayda suya girib dalğalarla güləşir, ləpələrlə pıçıldaşardım. Xəzər mənim ilk sevgilimdir. Nə məktəbimizin qızları sevgilim oldular mənim, nə qonşumuzun ayüzlü qızları yaxın durdular mənə. Xəzərsə baxmırdı karlığıma. Onu eşitmədiyimi bir dəfə də üzümə vurmadı. O anlarımda tək istəyim dənizin səsini eşitmək idi.
Kar olduğum günədək eşitdiyim hər səsi xatırlayıram. Küləyin də, yağışın da, quşların, heyvanların da. Bircə dənizdən savayı. Görən dalğanın səsi nə cürdür, ləpələr necə pıçıldaşırlar!
Sonra səslərini heç vaxt eşitmədiyim başqa sevdiklərim də oldu.
Vaxtını almıram ki? Maraqlıdırsa, davam edim!
Bir gün qonşu kəndə toya getmişdim. Orda bir qız gördüm. Deyirlər ey ilk baxışdan aşıq olmaq, bax elə o cür oldu. Toyda gün boyu neçə dəfə üz-üzə gəldim onunla. Baxışları hər dəfə nəzərlərimə ilişəndə bir anlıq donub qalırdı, sonra gülümsəyib keçirdi. Axıracan, bəy tərifi qurtaranacan qaldım toyda.
Gecəyarı qayıdanda elə bilirdim ki, bütün dünya mənə baxır, ulduzlar da heç kimə yox, tək mənə göz atır, Ay da bircə mənə gülümsəyir, ta ayrı heç kimə.
Anladım ki, aşiq olmuşam!
Sonra min bir bəhanəylə o kəndə çox getdim; qapılarının ağzından keçdim, dayanacaqda yolunu gözlədim, məktub yazdım, cavab aldım. Bir gün sevgi etirafı da gəldi.
Sevgimizin məktublaşmadan söhbətə keçirməyinin vədəsi çatmışdı. Qorxurdum: kar olduğumu bilsə, o da üz döndərərmi görən?
Günəşli bir gündə rayon mərkəzindən kəndə gedən avtobusda onu yanladım. Allanmış çöhrəsindən bir cüt göz əslində hər şeyi deyirdi. Mənimsə nəzərim onun gözlərində yox, dodaqlarında idi. Dodaqlarından oxuyurdum dediklərini. O an dünyanın nəbzi bu bir cüt dodaqda vururdu. Dodaq qırışlarının hər biri bir roman səhifəsiydi sankı, barmağımı toxundurub qırış-səhifələri çevirmək – oxumaq, oxumaq, yenə oxumaq istəyirdim. Elə sehrləmişdilər ki, məni… O qırışları tək-tək sevər, hərəsiylə bir ömür yaşayardım. Avqust ənciri kimiydi o gün o dodaqlar. “Dər məni, dadıma bax” deyirdi.
Qadınlar boyasız, çəhrayı dodaqların kişiləri dəli edən sehrindən xəbərsizdirlər, bilsələr, boyamazlar!
Avtobus kəndə yaxınlaşanda kar olduğumu, onun sözlərini eşitmədiyimi, yalnız dodaqlarının tərpənişindən anladığımı dedim.
Susdu. Daha dodaqları tərpənmədi. Gözlərindəki günəş də söndü. Düşüb gedəndə o gözlərdən bir cüt yaş süzüldüyünü gördüm.
İçim çilik-çilik oldu.
Amma hər son bir yeninin başlanğıcıdır!
Səhəri gün məni avtobusa minməyə qoymadı, ovcuma kağız basıb, “gəlmə, oxu” dedi, sonra qalxıb dünənki yerdə yox, arxa oturacaqda əyləşdi. Avtobus tərpənəndə çinarın altına çəkilib onun məktubunu oxudum. Həyatın bitdiyini zənn eləmişdim dünən, bu gün diriliyim təzə pöhrə verdi. Məktubunda kar olmağımın onun sevgisinə bir damcı belə təsir etməyəcəyini yazmışdı.
Sözünü tutdu. Evliliyimizin iyirmi ili arxada qalıb, bir dəfə də karlığımı üzümə vurmayıb. Əlacımın Avropada olduğunu öyrənəndə, köçüb vətəndən uzaq bir məmləkətə gələndə də məni tək qoymadı. Doğmalarını buraxıb mənimlə qürbətin bilinməyən yollarına çıxdı.
Qəriblik yağış qoxuyur, kədər rəngindədir. Amma bura gəldiyimiz gündən o qoymadı o yağışda islanam, o rəngə bürünəm. Məni ərindən çox, balası kimi sevdi.
Bilirsən, səs yaddaşımda otuz il qabaqkı kimi qalıb. On üç yaşımın səsiylə danışıram. Neçə nəfər deyib bunu. Deyirlər, lap şeiri də məktəbli kimi deyirəm. Görünür, özüm böyüyüb yaşlansam da, səsim uşaq qalıb.
Burda, bu qərib ölkədə anladım ki, Vətənin də səsini unutmuşam. Daha on üç yaşımdakı Vətən yoxdur. İndi vətəndə yad səslərlə danışırlar. Qorxulu gəlir o səslər mənə. Elə dünyanın da səsi dəyişib. Altyazılı filmlərdən, qəzetlərdə, kitablarda oxuduqlarımdan bilirəm bunu. İnsanlar indi sevgiyə, mərhəmətə köklənməyən səslərlə danışırlar.
Bəzən karlığıma sevinirəm. O qorxunc səsləri eşitmədiyimə görə sevinirəm. Elə bilirəm, o səsləri eşitsəm, dəli olaram.
Salam, dəniz! Klinikadan gəlirəm. Bu gün, nəhayət ki, qulağıma aparat qoydular. Dünyanın 30 illik donu açıldı bu gün. İnanmazsan! Daha eşidirəm! Gəldim ki, sənə xəbər edim. Xoşbəxt üzümü də görəsən deyə ilk sənə qaçdım. Bu illər ərzində məni həmişə kədərli görmüsən. Bax mən də xoşbəxt ola bilirəm! Gəl qucaqlayıb, bağrıma basım səni. Nəhəngliyinə baxma, bu anımda qollarım belinə dolanacaq qədər uzundur, ürəyim sənin sonsuzluğundan da böyükdür. Tək səni yox, bütün Yer üzünü qucaqlayaram. Yer üzü nədir, ulduzları, Ayı, Günəşi belə!
Bilirsən, necə oldu? Əvvəl qırıq-qırıq səslər gəldi. Radioda dalğa axtaranda qatma-qarış səslər olur e, bax bir növ elə. Uzaqdan xışıltılı səslər gəlirdi. Deyərdin bəs əzik-üzük, süzülmüş, yırtılmış, cırılmış səslərdən bir orkestr düzəldiblər. Elə bilirdim səsi görürəm. Sonra yavaş-yavaş o səslər uzaqlaşdı. Uzaqlaşan səslərin arasından həkimin səsi yaxınlaşmağa başladı. Onun ilk sözlərini kəsdirə bilmədim. Başa düşürsən, mən səsi yadırğamışdım, yenidən görəndə tanımadım. Otuz ildir səs eşitmirdim axı.
İndi səni də eşidirəm. Sənin nə gözəl səsin varmış. İnan, beləcə də bilirdim. Bu illər ərzində məni səbirlə dinləməyindən, dalğa dodaqlarından oxuduğum o təsəlli sözləri yalnız gözəl səslə ifadə etmək olar.
Bilirsən, gözəl sözlər mərhəmət dolu səslərlə söylənər. Qəzəbli səslə də xoş sözlər deyərsən. Sənin coşan çağlarında qəzəbli olur səsin yəqin ki. Amma heç bir halında sənin dalğa dodaqlarında nifrət sözləri oxumadım, ləpə nəfəsində kin duymadım.
Nə edəcəyimi bilmirəm indi. Həyəcanlıyam. Gəldim mənə ürək-dirək verəsən. Evə dönməliyəm. Ürəyim özümdən qabaq qaçır evə. Xanımı, uşaqları bu gün klinikaya gəlməyə özüm qoymadım. Birdən alınmaz deyə. İndi onlara qaçıram.
Görən, xanımın səsi necədir? Bəs qızımın gülüşü? Oğlumun səsi yoğunlayıb yəqin, yekə kişidir, on beş yaşı var. Sevdiklərinin səsini eşitmək bilirsən necə xoşbəxtlikdir? Necə anladım sənə! Bax elə zənn elə qulağın tutulub, eşitmirsən. Dalğaların qayalara dəyir, səsi dünyanı başına götürür, amma sən səssiz kinoya baxırsanmış kimi durub baxırsan. Heç öz balıqlarını da eşitmirsən. Axıb sənə tökülən çayların şırıltısına da lalsan. Və bir gün dəniz qulağın açılır. Və bir gün hər səsi eşidirsən!
Bax o eşqlə qaçıram evə. Sabah yenə gələcəm. Sənə sevgilimin, balalarımın səsindən danışacam.
Salamat qal, Baltik dənizi!
Gəldim səninlə vidalaşam. Dünən səndən sonra evə getdim. Qasırğa sonrakı günəşli sabahın açılır e sənin, bax bu sabahım elə açıldı. İçimdə təlatümlə yatdım gecəni. Səni, məni xoşbəxt edən bu qürbət ölkəni tərk etməyin qərarını vermək çətin oldu. Dolaşıq fikirlərin, qarışıq duyğuların düyünü sabahın günəş şəfəqləriylə açıldı.
Vətən güc gəldi. Qayıtmağa qərar verdim.
Gəldim vidalaşım. Sən çox doğmasan, ana qoynu kimi açıldın mənə. Ən ağır günlərimin sirdaşısan. Amma Xəzərə dönməliyəm. Vətən hissi Günəşin yaratdığı bütün duyğuların ən ülvisidir. Xəzəri eşitmək üçün vətənə dönməliyəm.
Heç təsəvvür edirsən, xanımım necə incə səslə danışırmış! Sənin qumlu sahillə pıçıldaşan ləpələrin var e, eynən o səslə. İlahi, iyirmi ildir bu səslə sevilməyin bəxtiyarlığını yaşayıbmışam, xəbərim olmayıb. Hələ balalarımın səsini demirəm…
…Dənizi eşitdim, Günəş! Bir sən qaldın. Bir gün sənə də gələcəm, səsini eşitmək üçün. Hələ Yerdə işlərim var.
Oktyabr 2019
Helsinqborq, İsveç
Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı
Vahid QAZİ
Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiniyini deyəndə təəccübləndim. Dedim bəs belə gözəl konserti yəqin Londonun, Vyananın, nə bilim, Çikaqonun simfonik orkestri çalar.
Sizi bilmirəm, mənə görə simfonik orkestri olması bir şəhərin yüksək mədəni səviyyəsinin göstəricisidir. Muzeylər, teatrlar, universitetlər, sərgi salonları, əyləncə parkları, başqa kültür yerlər hər şəhərdə ola bilər. Simfonik orkestr isə orada çoxlu musiqiçilərin, klassik musiqiyə dəyər verən şəhər elitasının, böyük dinləyici ordusunun varlığına dəlalət edir. Şəhər haqda yüksək fikrə düşürsən.
Məsələn, bir misal deyim. ABŞ-ın Çikaqo şəhəri həmişə qansqterlərin oylağı, ölkənin ən kriminal yeri kimi tanınıb. Çikaqo simfonik orkestrinin mövcudluğu mənim o şəhər haqda fikrimi dəyişdi. Elə təkcə orkestrin ifasında Bethovenin 9-cu simfoniyasına qulaq assanız mənimlə razılaşarsınız. Dünyanın ən peşəkar orkestrlərindən biridir.
Umeo isə yaşadığım cənub şəhərindən 1188 km yuxarıda yerləşir – İsveçin şimalda ən iri şəhəridir.
Axşam evə gələndə komputerdə axtarış verdim, maraqlandım. Öyrəndim ki, bizimlə eyni sayda əhalisi (10 milyon) olan İsveçdə 45 simfonik orkestr var! Siyahıda bir vaxt oğlumun da skripka çaldığı Karlskrona şəhər orkestrinin olmaması onu deyirdi ki, say hələ daha çoxdur.
Bizdə isə Bakıdan savayı, bir də Gəncədə filarmoniyanın simfonik orkestrini xatırlayıram. Başqa şəhərlərimizdə belə orkestlərin olduğunu eşitməmişəm.
Qara Qarayev
Bu balaca yazıda qəsdim 200 ildir konstitusiyası olan, müharibə görməyən, dünyanın ən azad ölkələrindən biri kimi ad çıxaran İsveçlə Azərbaycanı müqayisə eləmək deyil. İsveçin musiqi ənənəsindən danışmıram da: heç 1782-ci ildə yaranan İsveç Kral Operasından da, İsveç klassik musiqisinin banisi sayılan Yohan Romanın 1731-ci ildə ilk publik konsertlər təşkil etməsindən də söz açmıram. Sadəcə, nümunə göstərmək istəyirəm ki, bizimlə müqayisədə orta musiqi məktəblərinin səviyyəsi (həftədə 20 dəqiqə dərs olar?) ölçüyəgəlməz dərəcədə aşağı olan bu ölkənin, demək olar, hər şəhərində simfonik orkestri var.
Azərbaycanda yüzlərlə orta musiqi məktəbi, texnikumlar, konservatoriya fəaliyyət göstərir. Hər il minlərlə məzun bu məktəblərdən musiqiçi diplomu alır. Bacarıqlı idarəçilər, təşkilatçılar, ən əsası hakimiyyətin milli kültür strategiyası lazımdır ki, bu qədər musiqiçidən orkestrlər yarada, ölkənin mədəniyyət mühitində dönüş edə.
…Dünən həm də Qara Qarayevin 104 yaşı tamam oldu. O, dünya klassik musiqi mozaikasında Azərbaycan naxışıdır. Adına layiq işimiz olsun! Yazıda demək istədiyim də elə bu idi…
Donuq duyğuların canlı xəyalı: Ağdam
Vahid QAZİ
Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz hazırlayardı. Ən qəribəsini şamaxılı Əlirza fikirləşmişdi, deyirdi dırmaşacaq ağaca, çağıracaq çıxın burda görüşək.
Mən xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləməyi xəyal eləmişdim. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Şifonerin qapısını açacaqlar və… mən uzaq Totsk səhrasında əsgəri xidmətimi bitirib qayıtmışam. Beləcə hamımız xoşbəxt olacaqdıq!
İşğalda keçən 28 ildə evimizi bəlkə milyon kərə xəyal etmişəm. Amma o milyon kərənin heç birində söz açdığım xəyali qayıdış kimisi olmayıb.
Səbəbini Ağdam xarabalıqlarını dolaşan gün bildim.
İstər maşınımız Dördyoldan o üzə, dağıdılmış kəndlərdən keçəndə, istər Ağdama girəndə duyğularımı donmuş gördüm: keyimişdim, sakit idim. Nə baxdığımı görə, nə eşitdiyimi dinləyə bilirdim. Şüşə dalından muzey eksponatına baxırmış kimiydim.
Oxuduğum 1 nömrəli məktəbin uçuq divarları qarşısında da, məscidin minarəsinə çıxıb dörd bir yana tamaşa edəndə də canımdakı duyğu hüceyrələrinin donu açılmadı.
1 nömrəli məktəbin divarları
Hətta, orda – xoşum gələn qızla “görüş” yerində də titrəmədim. Bir vaxt Lenin bağı olmuş yerdə ayaq saxladım. Dərsdən çıxanda bağın bu tinində qız gözdən itənədək dayanıb baxırdım. O da hərdən çevrilir, qəribə lal oğlanın arxasınca gəlmədiyini, eləcə baxdığını görüb yoluna davam edirdi.
Şəhərin ən məhrəm bu yerində belə halım dəyişmədi.
Dedim evimizi istəyirəm! Lap uşaq kimi. Dedim yəqin evimizdə dirilər bu ölü duyğular.
Sağ olsun ANAMA-nın əməkdaşı, küçəmizi tapdı. Şuşa yolundan ayrılan küçəmizlə yeridim. “Köhnə hamam”ın divarları da mənim duyğularım kimi buz bağlamışdı sanki. Elə qocalmışdı bu divarlar, elə bilərdin min yaşı var. Şəhərdə gözümə ən qoca dəyən bu divarlar oldu.
…Axır ki, həyətimizdəyəm. Evimizin uçuq divarları arasında. Əlimi sürtürəm, bəlkə oyanar duyğularım – daşlar məni tanımır. Nə onikivərəq dəftərə yazdığım ilk hekayə-qaralamaların əlyazmalarını gizlətdiyim zirzəminin divarları, nə hər səhər Şopenin polonezləri sayaq musiqilərlə məni oyadan qara “Rostov Don” pianomuzun durduğu otağın boş pəncərə yeri. ANAMA əməkdaşının “İnanma nəsə qala burda, bu ev yandırılıb” sözləri də tərpətmir məni. Özüm daşam, daş! Uçuq evin daşı. Daşın canımı var tərpənə…
Pilləkənimiz yarıyacan durur. Çıxıb ətrafa baxıram. Qonşuların evi bu qədər yaxın deyildi axı bizə! Dar gündə hayan olmaq üçünmü belə yaxınlaşıblar, qısınıblar bir-birlərinə?
Bu pilləkənlərdə böyüdüm
Ağdamda dağmı görərdin, haradan çıxdı bu dağlar? Əlimi uzatsam çatar Xıdırlı, Xramord dağlarına. Onlardamı şəhərin harayınamı yüyürüb gəlibmiş?
…Buralar mənə yaddır sanki: nə bu pilləkənlə çıxmışam, nə bu evdə yaşamışam. İsti dəmirinə uzanıb göyün ənginliyində gözlə tutası bulud gəzdiyim taxtapuş da yox idi, yıxılmışdı.
İllər uzunu gecələr sübhəcən xəyalı yatmağa qoymayan bu şəhər indi niyə dondursun ki, məni? Bəlkə zamanın da donduğu yerdə insan duyğusunun buza dönməsi təbii haldır?
Çox ölkədə ölü şəhərlər görmüşəm. Yunanıstanda Mikena xarabalıqlarını, Zevsin məbədini, Misirdə Amon-Ranın Nil qırağındakı Karnak Məbəd Kompleksini, Giza piramidalarını, Türkiyədə antik Pergenin küçələrini, Krımın Cuhut-Qala mağara şəhərini, Pantikapeyi turist kimi gəzmişəm.
İndi Ağdamı da turist kimi dolanıram?
Xüsusi nümayəndəliyin əməkdaşı Ağdamın keçmişindən, görüləcək işlərdən, planlardan danışır. Çox mədəni oğlandır, ehmal-ehmal danışır. Dinləyirəm. Sonra özüm danışmağa başlayıram – “turist”dən çevrilib “bələdçi” oluram.
Sonra da… susuram. Dilim ağırlıq edir, can çəkirəm danışmağa. Qayıtmaq, getmək istəyirəm burdan. İllər uzunu can atdığım, Tanrı dərgahı bildiyim yerdən bu nə qaçmaq istəyidir belə? Özündən qaça bilirmi adam? Bütün gücümlə gizlədirəm getmək istəyimi. Nə deyər, necə izah edə bilərəm bunu? Şahbulaq deyirlər, İmarət deyirlər, ayrı yerlərin də adını çəkirlər. Təşəkkür edirəm. Getmirəm!
Bağ-bağatsız həyətimiz
Ayrılırıq! Qayıdırıq!
Bir ildir azad olunmuş şəhərə gəlməyə qorxurdum. Qorxurdum ki, onu bu halda görsəm, yaddaşıma həkk etdiyim, xəyalımda qoruyub saxladığım, mənim üçün hələ də adamları, küçələri, parkları ilə diri qalan, yaşayan uşaqlıq, gənclik şəhərim bu səfərdən sonra yox olar, hafizəmdən silinər.
Geri döndüyüm günün gecəsi anladım ki, soyuq ürəklə, donmuş duyğularla gəzməyimin səbəbi mənim xəyal şəhərimi qorumaq, gözümdə diri saxlamaq üçünmüş. Tanrı işi idimi? Bəlkə də!
Elə də oldu, gördüyüm o dəhşətli mənzərə mənim nağıl şəhərimi xəyalımdan silə bilmədi.
Hər şey uşaqlıq simsarım Yusifin yolladığı mesajla başladı. “Getdin Ağdama?” soruşurdu. Yusifin mesajı bir himə bəndmiş kimi duyğuların buzunu əritdi. Donu açılan duyğular canıma, ruhuma hücum çəkdi. Yalnız ona deyə bilərdim ürəyimdən keçənləri. Elə istədim ki, elə indicə yanımda ola. Zəng vurmaq istədim, eləyə bilmədim, səsli mesaj göndərmək də alınmadı – qəhər xirtdəyimdə düyün düşdü.
Sonra nə oldu? Oldu nələrsə…
Sonrası qoy özümdə qalsın, dostum oxucu. Yadına gələr bəlkə də o şəhərə həsr etdiyim kitabda yazdığım: “Kişi iki şey haqda danışmaz – bir sevgilərindən, bir də ağrılarından”. Bu dəfə də danışmayım. Qoy baş-başa qalaq: Sevgim, Ağrım, bir də mən.
Lenin bağından gələn küçə
Amma yox, birini deyim. İndi deyə bilərəm. O vaxtlar sevgilərimlə yalnız ürəyimdə danışardım. Dostlar mənə gülürdülər, səninki sevmək deyil deyirdilər. İldə birini sevirsən, deyirdilər. Əsl sevgi onların imiş guya. Sirdaşıma belə o biri sevgilərimdən danışmazdım. Nə Kramskoyun otağımın divarına vurduğum “Naməlum qadın”ından, nə ABBA-nın sarışın gözəlindən xəbərləri vardı. Bütün sevgilərimlə pıçıltıyla söhbət edərdim, bir kimsənin eşidə bilməyəcəyi bir səslə.
Ağrımsa mənimlə qalsın, danışmayım!
“Evimizi tapdım!” Yusifə bircə bunu yaza bildim.
Niyə Ağdam xarabalıqlarını dolaşanda məhz əsgərlikdən qayıdış xəyalının yadıma düşməsini sonra anladım. Elə o donuq duyğuların sirrini də onda bildim.
Bildim ki, adamı yaşadan “Səni gözləyən var!” nidasıdır. Ömrün bir çağında anlayırsan ki, sənin xoşbəxtliyin bu nidaya bağlıdır. Lap dünyanın o başında gözləyənin, səndən ötrü darıxanın varsa, demək dirisən və …yaşamaq gözəldir.
O gün getdiyim yerdə məni gözləyən yox idi. Daşlar belə unutmuşdu məni.
O yerdə qalsaydım bu illər uzunu, özüm də unudardım özümü!
…Amma nağıl şəhərimdə məni gözləyənlər var, bilirəm. Gedəcəm ora. Xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad səslə anamı səsləyəcəm. Anam bu qorxunc səsdən ürkəcək, atamı çağıracaq, haya bacım da gələcək. Elə evimizin pianoçu kirayənişin qızları da. Şifonerin qapısını açacaqlar və… mən 28 ilin ayrılığından dönmüşəm. Beləcə hamımız xoşbəxt olacağıq!
Bilirəm, burada əvvəlkindən də gözəl şəhər salınacaq. “Xəyal memarı” adlı essemdə təsvir elədiyimdən də gözəl Ağdam tikiləcək. Amma o, məndən çox balaların, nəvələrin şəhəri olacaq.
Mənim olansa yaddaşımda, ruhumda qalandır. Donuq duyğularda belə canlı xəyal kimi yaşayan şəhər!
…Bilmirəm deyə bildimmi demək istədiyimi…
ABBA ilə Stokholmdan Ağdama
Stokholm səfərində ilk dəyəcəyimiz yer kimi mən ABBA muzeyini seçəndə uşaqlar bir ağızdan “Gröna Lund” deyib durdular. Çoxsaylı atraksiyonları, karuselləri, nə bilim, şouları olan əyləncə parkı balalara daha cəlbedici gəlirdi. Parkın qapısı ağzında onlardan ayrılanda xanıma dedim: “Qoy, onlar öz dünyalarına getsinlər, gir qoluma, səni öz uşaqlıq çağıma aparacam”.
ABBA The Museum.
Rəsmi adı belədir muzeyin. Dövrünün, fikrimcə elə bütün zamanların ən uğurlu pop qruplarındandır ABBA. Boş yerə 1970-ci illərə “ABBA illəri” demirlər.
Muzey qrupun 10 illik ömrünü əks etdirən eksponatlarla doludur. Öyrənirsən ki, 1972-ci ildə yaranan ansambl iki il sonra ilk beynəlxalq uğurunu qazanıb. 1974-cü il Avroviziya mahnı müsabiqəsinin qalibi olub. Sonra bir-birini əvəz edən dünya turları. Neçə-neçə ölkənin musiqi xitlərindən həftələrlə, aylarla düşməyən mahnıları, milyon-milyon tirajla satılan valları ilə başgicəlləndirən uğurlara imza atıb. Satılan valların sayına görə təkcə Elvis Preslidən, bir də Bitlzdən geri qalıb.
Açığı, muzeyə qədər bilmirdim ki, bu əfsanəvi qrupun üzvləri bir-birləriylə evliymişlər: Benni Anni-Fridlə, Byörn isə Aqneta ilə. ABBA-nı zirvələrə daşıyan uğurun bir sirri də bunda imiş sən demə – Sevgidə!
Sevgisiz zirvə fəht edilərmi?!
Adlarının baş hərflərindən qurduqları ansambl-ailə hər iki cütlüyün evliliyi bitəndən sonra dağıldı. Sevgi bitəndə ürək də soyuyur: nə o əvvəlki ruhcoşduran mahnılar yazıldı, nə o şövqlə oxumalar oldu. Odur ki, kvartet dağılanda ayrılıqda oxunan solo ifalar da uğur qazana bilmədi.
Ağlım kəsəndən evimizin alt mərtəbəsində kirayişin qızlar qalıb. Ağdam Musiqi Texnikumuna tək Azərbaycanın rayonlarından yox, başqa respublikalardan da oxumağa gəlirdilər. Məndə musiqiyə sevginin yaranmasında, zövqün formalaşmasında onların müstəsna rolu olub. Uşaqlıq illərimin səhərləri onların çaldığı musiqilərlə açılıb. Klassik musiqini, bəstəkarları, musiqi alətlərini onların söhbətlərindan tanımışam. Mosartı onlarla birgə baxdığım “Amadeus”, violini “Nikkolo Paqanini” filmlərindən tanıyıb sevdiyim kimi, məsələn.
ABBA-nı da mənə onlar tanıdıb.
1970-ci illərin ortalarında ABBA SSRİ-nin dəmir sərhədlərini yarıb milyonların qəlbini fəth eləməyə başlamışdı. Televizorumuzda hər dəfə ABBA oxuyanda səsi artırır, döşəməni döyəcləyirdim. Evimizin kirayişin qızları dərhal yüyürüb gəlirdilər. O qoşa cütlüyə elə həsrətlə baxırdılar ki.
Qrupun qaraşın üzvünü Donaraya oxşadırdıq. Donara Leninakandan gəlmişdi, piano sinfinə gedirdi. Otaq yoldaşları Qreta, Roza onu inandırdılar ki, saç düzümünü bir azca dəyişsə, o qarabuğdayı qıza bənzəyəcək. Bir gün gördük, saçına əl gəzdirib gəlib. Doğrudan da ABBA-nın qarasaç qızına – Anni-Frid Lyngstada oxşayırdı. Qaraşın deyirdik, əslində isə Anni saçını qırmızı rəngləyirmiş. Bizim ağ-qara “Qorizont” televizorumuz saçını qara göstərirmiş.
Mənimsə gözüm sarışını tutmuşdu.
Onda heç 10 yaşım da yox idi. Baxmayın uşaqlığıma, qadın gözəlliyini duymağı bacarırdım. Mənə inanmırsınız, Freydə inanın. Dünya psixoloqlarının atası Ziqmund Freydə. Biləcəksiniz nə dediyimi.
Adı Aqneta imiş. Aqneta Fəltskoq (Agnetha Fältskog). Onda adını bilmirdim. Eləcə sarışın, şıltaq qız idi mənim üçün, “blandinka” deyirdik. Kəsdirə bilmədiyim bir istilik, şirinlik, doğmalıq vardı onda. Onu milyonlara sevdirən də elə üzündəki təbəssümdən doğan bu istilik idi bəlkə də.
Bir də səsi. Elə təkcə “Qalib hamısına sahibdir” (“The winner takes it all”) mahnısını dinləyin yetər.
Uşaqlığımın o şirin çağında yüz il qala ağlımın ucundan belə keçməzdi ki, SSRİ dağılacaq, sərhədlər açılacaq və tale küləyi məni üzlərindəki təbəssümlə dünyanın hardasa o başından – xoşbəxt insanların yaşadığı yerlərindən xəbər verən bu dördlüyün vətəni İsveçə atacaq. Onların o xoşbəxt ölkəsində hər dəfə mahnılarını eşidəndə dik atılırmış kimi oyanıb anlayacam ki, sən demə, dünyanın ən xoşbəxt çağı elə atalı-analı günlərimdə ağ-qara televizorumuzda onlara baxdığım anmış; bu qrupun mahnılarını dinlədiyim evimizmiş; adına “Qafqaz Xirosıması” deyiləcək, daşı daş üstündə qalmayan şəhərimizmiş.
Heyif, ömrün geriyə yolu olmur!
…Amma, oldu! Məni geriyə aparan o yolu tapdım! ABBA muzeyində nostalji duyğular burulğanına düşəndə gördüm o yolu. Gördüm dördü də əl-ələ verib 70-ci illərə gedirlər. Yüyürüb çatdım, bir əlimdən Qaraşın, o birindən Sarışın tutdu. Benni saçımı qarışdırdı, Björn gülüb göz vurdu. Üzümüz Qarabağa idi – bizə sarı. Yetişdik. Darvazadan həyətimizə girdik. Pilləkəndə əlimi buraxdılar, irəli ötürüb, “özün qalx” dedilər…
Qulağımda “Mamma mia”nın (“Mənim anam”) sədaları pillələrlə evimizin yuxarı mərtəbəsinə qalxıram. Əlimlə pilləkənə sarı uzanan armudun ağ çiçəkli budağına sığal çəkib keçirəm. Anam qarşılayır məni – Mamma Mia – üzündə həmişəki gülüş, dilində “Maman saa qurban”.
Muzeyi dolaşdıqca, onların qrim əşyalarına, geyimlərinə, musiqi alətlərinə, səfər şəkillərinə baxdıqca neçə dəfə beləcə 70-lərə gedib qayıtdım. ABBA-nın iri fotosu fonunda skamyada oturdum. Xanım şəklimi çəkdi. İstədi nağıl kimi bir aləmdən, uşaqlıq çağıma xəyali səfərimdən bir fotom qalsın.
Bu sətirləri yazdığım noyabr günlərində ABBA-nın Voyage adlı albomu çıxdı. Bu, 1981-ci ildən sonra qrupun ilk albomudur.
Məşhur kvartetin sonu 1982-ci ildə gəldi, sonuncu Visitors albomundan sonra qrup birgə fəaliyyətə son qoyduğunu elan eləmişdi. Bu, gözlənilməz qərar deyildi. 1979-cu ildə cütlüyün biri, 1981-də isə o biri rəsmən nigahlarını pozdular. Mətbuata müsahibələrində şəxsi həyatlarındakı bu ayrılıqların birgə fəaliyyətə təsir etməyəcəyinə inandırmaq istəsələr də, alınmadı, ABBA erası sona çatdı. Qrup kimi.
Mahnıları isə hələ neçə-neçə nəsillərin könlünü fəth edəcəkdi.
Onları bir-birinə bağlayan, uğurun zirvəsinə daşıyan tək musiqiləri yox, həm də bir-birlərinə olan sevgiləri idi, bayaq dedim. Elə 1972-ci ildə İsveçdə debüt mahnıları da “İnsanlara sevgi gərəkdir” (People Need Love) adlanırdı.
Sonralar dünyaca məşhur musiqi şirkətləri, prodüsorlar onları bir yerə yığmaq üçün, heç olmasa bir konsert vermələri üçün minnətçi düşəcəkdilər. Onlarsa ağlasığmaz qonorar təkliflərindən imtina edəcəkdilər. 1 milyard dollardan belə. 2000-ci ildə adını açıqlamayan bir investor 250 konsert üçün məhz bu qədər qonorar vəd etdi. Cavab isə Aqnetadan gəldi: “Biz bunu bir dəfə eləmişik”. Sonra qrupun digər üzvləri də imtina açıqlamaları verdilər.
2022-ci il bütün zamanların sevimli pop qrupu ABBA-nın 50 illiyidir. Deyirlər, uzaq 1982-ci ildən sonra qrup bir də yığılacaq və Londonda yubiley konserti verəcək.
Çox istərdim o konsertə bilet tapam, gedəm. Evimizə gedirmişəm kimi gedərəm o konsertə, həyətimizə girirmişəm kimi girərəm zala, ömrün ən şirin çağını təkrar yaşayırmış kimi yaşayaram o gecəni…
Səfərdən geri dönürdük. Yol boyu muzeydən aldığımız diskdə ABBA-nın mahnıları bir-birini əvəz edirdi: “S.O.S.”, “Gimme! Gimme! Gimme!”, “Mamma Mia”, “I do, I do, I do”.
Muzeyin havası başımdan çəkilməmişdi. Gözümün önündə İsveç meşələri, meşələrdə burulan yolumuz deyildi. Gözümün önündə Ağdamdakı həyətimiz idi. Hər birini ilk notundan tanıdığım bu mahnılar sanki öz səs qanadlarında əks-səda kimi məni uşaqlığıma göndərmişdilər.
Qəribədir! Həyətimizdə bütün ağaclar eyni vaxtda çiçəkləmişdi. Narın qırmızı, zoğalın sarı çiçəyi gilənarın, armudun ağ ləçəklərinə qarışmışdı. Qonşu Elza xalanın sarmaşıq gülü hasarı aşıb bizim qızıl güllərə dolaşmışdı. Anamın dibçəklərdəki gülləri də hovuzun qırağından boy verirdi. Qaranquş da balkonumuzdakı yuvasına dönmüşdü, bir ucdan balalarına yem daşıyırdı.
…Gözüm maşının güzgüsünə sataşdı. Uşaqlar yatmışdılar. Üçü də üzdə təbəssüm yuxuya getmişdi. Mahnılarmıydı bu təbəssümün səbəbi? Bəlkə mənim xəyalımdakı həyətimizi onlar da görürdülər yuxularında…
Vahid Qazi
Noyabr 2021
Helsinqborq, İsveç
Şuşadan yaza bilmək
Şuşada adını qayalara yazmaq oğlanlar arasında dəb idi. Uşaq vaxtı mən də yazmaq istəmişdim. Cıdır düzündə mismarla oyub adımın baş hərfini bir qayaya güclə həkk eləyə bilmişdim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl…
Pərvin Nurəliyevanı yazıçı kimi “Qar yağacaq” hekayəsiylə tanımışam. Oxuyanda belə hekayə yaza bilən gənc yazarımızın olmasına sevinmişdim.
Bir gün zəng eləyib təzəcə nəşr olunmuş “Ruhlar şəhəri” kitabımla bağlı müsahibə almaq istədiyini dedi. Görüşdük. Maraqlı söhbət alındı, işğalda qalan vətən haqqında ən səmimi söhbətlərdən biri oldu o. Onda Pərvini elə o hekayəsinin balaca qəhrəmanı kimi gördüm. Bir iynəgözü günəş şüasıyla, bir utancaq qar dənəsiylə, nə bilim, yalnız pıçıltı ilə deyilə biləcək bircə kəlməylə xoşbəxt olası xoşsima bir xanım kimi gördüm.
Sualın biri beləydi: “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?” Ağdamı nəzərdə tuturdu. Belə cavab vermişdim: “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı”.
“Bütün sevgilərin bir səsi var – pıçıltı”. Müsahibənin başlığına bu cümləmi çıxarmışdı. O vaxt, Yurd sevgisindən danışdığımız o ilıq yaz günündə hələ vətəni tərk edib getməmişdim…
Bunu niyə xatırladım?
O gün Pərvin mənə “Qobustan” jurnalında redaktorluğa başladığını yazdı, jurnal üçün məndən yazı istədi. İşə bax! Özü də Şuşadan! Yazdı ki, Şuşa azad olunub, daha Şuşa haqda xəyallarla yox, gerçəkdə danışa bilərsən. Yaddaşındakı Şuşadan yaz, dedi.
Pərvin Nurəliyeva. Cıdır düzü, Şuşa
Deyə bilmədim ki, nə qədər Xocalıya, Xankəndiyə əlimiz çatmır, Şuşaya Ağdamdan getmirik, azad olan torpaqlardan nigaranlığım var, əlim qələmə yatmır. Boyun qaçırmaq istəyirdim, alınmadı. Yazacam, dedim, söz verdim!
İndi qalmışam belə. Nə yazım? Ona necə izah edəydim ki, illər uzunu Şuşanı işğalda təsəvvür edə bilmədim. Ağdam hə, Ağdamı da, mənim bütün xatiratımı da onunla birlikdə işğal etmişdilər. Qubadlıda keçirdiyim şirin uşaqlıq xatirələrim də onun kimi əsarətdəydi bu illər uzunu. Yaddaşımın dərinliyində hələ də çağlayan Vəngin altındakı Kolatağ Turşsuyu da eləcə. Hər yan işğal olunmuşdu. Gəncliyimin Bakısı belə!
Şuşadan savayı…
Bunu desəydim məni anlayar, duyardımı görən? Portretini şüşə dalından çəkən rəssamı tapmaq üçün yüyürüb özünü küçəyə atan qız anlamazmı məni?
Elədisə, bəs, niyə “Çöl Qala”mdakı şuşalı rəssamı anlayıb, duymamışdı? Əsər haqda rəyini oxumuşdum. Çölqalalı rəssamın Şuşa sevgisinə inanmamışdımı? İstədim deyəm, “Çöl Qala” romanındakı rəssam elə sənin “Sevimli… Zərif… Mənim…” hekayəndəki şüşə dalından qadının portretini çəkən, çəkdiyini qadına yollayan, yollayıb yoxa çıxan həmin rəssamdı. Axtarırdın, tanımadınmı?
Demədim!
Bu yazını oxuyanda biləcək, biləcək ki, ondan qaçan rəssam üçün Şuşa heç vaxt işğal oluna bilməzdi…
Məndən “Qobustan” incəsənət toplusuna yazı istəyir. Nə yazım, necə yazım axı!? Neçə vaxtdı, dinc durmuşdum yerimdə, mövzuya yaxın düşmürdüm. Daha xatirələrlə yox, xəyallarla yaşayırdım. Azad edilən şəhərimdə gələcəyin xəyalını qururdum. Hər gecə ev tikirdim, təzə şəhər salırdım fikirlərimdə…
Kasıbın gözü hər yanda itiyini axtaran kimi qərib də getdiyi yerlərdə Yurd nişanəsi gəzir. Az olmayıb bu otuz ildə dünyanın dörd bir tərəfində Qarabağı görməyim.
…Bir neçə ilin söhbətidi, uşaqlarla Vyanaya gəzməyə getmişdik. Hotelə düşmədən maşını birbaşa Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürmüşdüm.
Park çayın ortasındakı adada salınıb, Şuşanın “dom otdıx” dediyimiz İstirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimdən söz açdım. Anardan tutmuş Qədir Rüstəmovacan xatırladım.
Dunay parkı. Vyana
Yeri gəldi, qoy elə birini də sənə danışım, dostum oxucu! Demək, bir yay həmin İstirahət evində dincəlirdik. Səhər yeməklərinin birində yeməkxana divarına vurulan elanda oxuduq ki, Cıdır düzündə konsert olacaq. Böyüklərimizlə yığışıb getdik. Simfonik orkestri ilk kərə canlı-canlı Cıdır düzündə onda dinlədim – maestro Niyazinin dirijorluğuyla Üzeyir bəyin “Koroğlu” uvertürasını çalırdılar.
Şuşanın İstirahət evi bir vaxtlar Bəhmən Mirzə Qacarın (Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Azərbaycan hakimi və taxt-tacın varisi) mülki olmuş böyük ərazidə yerləşir. Bağ Qala divarlarına qədər uzanır. Hərdən Qala divarına çıxar, Qarabağın üfüqəcən uzanan genişliyinə tamaşa edərdim. İndi də hərdən gecələr yuxum ərşə çəkiləndə xəyalən o divara dırmaşır, quş kimi özümü o sonsuzluğa atıram, uçuram, uçuram, beləcə yuxuya keçirəm.
Bənzərini Krımda görmüşəm, Cufut-Kalada. Dörd bir tərəfi sıldırım olan qədim qala-şəhərin darvazasına çıxmışdım. Dimdik durub, qollarımı yana açıb gözümü yummuşdum. Krımın yox, Qarabağın səmasındaydım onda. Qarovulçu düşürməsəydi, allah bilir nə qədər qalacaqdım orda.
…Nə vaxtsa heç ağlımın ucundan belə keçməzdi ki, Bethovenin “Ay işığı” sonatasını Bethovenin Vyanadakı evində dinləyəcəm! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, sonra başqa qızların çaldığı musiqilərlə oyandım.
İndi burda, Bethovenin ev-muzeyində həmin musiqini dinləyəndə huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getdi. Heç nə eşitmirdim, Bethovenin özü kimi kar idim. Eşitmirdim, amma onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görür, yağış isladan torpağın ətri kimi qoxuya bilirdim…
Muzeyin pilləkənləriylə düşəndə Bülbülün Şuşadakı ev-muzeyini xatırlamışdım. Uşaqlara yamyaşıl baxçanın içində o kürsülü, sürahılı evdən danışmışdım. Ordan ən çox yadımda qalan eksponat ona İtaliyada verilən orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda generaldan da qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki, Bülbüllə.
…Uşaqlar balaca olanda birlikdə səfərə çıxmaqdan, onlara vətən söhbətləri eləməkdən xoşum gəlirdi. Elə indi də hərdən belə səfərlərimiz, söhbətlərimiz olur. Bir gün qədim yazılı daşların qorunduğu Björketorpssten milli parkına getmişdik. Qobustanı görmüşdülər deyə buradakı run yazılarına maraqla baxır, müqayisə edirdilər. Söhbətdən uzaqlaşmadan deyim ki, İsveçdə 3500-dən çox yazılı daş abidə var. Vikinqlərdən qalan bu abidələrin ən qədimi VI-VII əsrlərə aid edilir.
Həmin gün onlara bir vaxtlar Şuşada qayalara ad yazmağın dəb olmasından danışdım. Adımı yarımçıq yazmağımdan söz açdım. “Bax, tariximizi də belə yazmışıq – yarımçıq! Siz gərək bizim səhvlərimizi təkrarlamayasınız”, demişdim.
…Koronovirus ucbatından uzaq ölkələrə səfər alınmadı deyə, bu yay xanımı da götürüb İsveçin Qotland adasına getdim. Yeriniz məlum, adanın bu başından o başınacan yaxşıca gəzdik. Məşhur Lummelunda mağarasına girəndə Şuşadakı Xan mağarasını xatırladım. Öyrəndim ki, Şuşa Pedaqoji İnstitutunu bitirsə də xanımın bundan xəbəri yoxdu. Bilirəm, İbrahimxəlil xanın mağarasını çoxunuz görməmisiniz. Ona danışdığımı, sizə də deyim.
Xan mağarası Cıdır düzündən üzüaşağı baxanda nəhəng Daşaltı dərəsinin o üzündə sıldırım qayalar arasında kiçik qara dəlik kimi görünür. Uzaqdan balacalığına baxmayın, hündürdü, at belində içəri keçəcək qədər hündür. Deyilənlərə görə Qacar Şuşanı tutanda İbrahimxəlil xan burada gizlənibmiş.
Adamda, özü də mənim kimi xəyalpərəstdə arzular bitib-tükənməz! Lummelunda mağarasından çıxanda ürəyimdə bir istək yarandı – Şuşadakı Xan mağarasına, bir də Azıx mağarasına getmək istəyi.
Şuşanın məşhur bir şəkli var. Qala divarı, Gəncə qapısı olan şəkli deyirəm, hamınız görmüsünüz. Amma əminəm, böyük əksəriyyətiniz qala divarının o üzündə olmamısınız, ordan üzü bəri açılan füsunkar mənzərəyə baxmamısınız. Qoyun, ordan da danışım sizə.
Ala qapıdan içəridə restoran vardı. 1983-cü ilin yayında dostları atamın sağalıb xəstəxanadan çıxması münasibətilə məclis qurmuşdular. Masanın mən oturan küncündən baxanda Gəncə qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüq görünürdü. Hafiz əminin yanında oturmuşdum. Hafiz Sədrzadə Qarabağın zil və yanıqlı səsiylə seçilən xanəndələrindən idi. Şuşalı məşhur müctəhid Məhəmməd ağa Mürşidzadənin oğludu. Həm qohumluğu, həm də atamla dostluğuna görə onu tez-tez görürdüm, xüsusi bir bağlılığım vardı. Qohum toyları onsuz çalınmazdı.
O gün atamgilin məclisi uzun çəkdi. Böyüklərin söhbəti uşaqlara maraqlı gəlməz deyirlər, məndə elə deyildi, özümü kişilər sırasında görür, söhbətlərini dənliyimə yığırdım.
Gün əyilirdi, Gəncə qapısından o üzdə təsvirəgəlməz mənzərə açılmışdı. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz əmi özü başladı. Deməsələr bilməzdim, oxuduğunun “Zəminxarə” olduğunu.
Yaddaşımın ən məhrəm Şuşa hücrələrindən danışıram sizə – ilahi səslə möhtəşəm mənzərənin təmas nöqtəsini göstərmək istəyirəm.
Gəncə qapısı. Şuşa
Oxudu, bitirdi. Bizim məclis hələ sükut içindəykən başqa masalardan alqış səsləri qala divarlarında əks-səda verdi.
Sonralar Ağdamın, Şuşanın minarələrindən azanı onun səsiylə verirdilər. Mən azanı Kazanda, Sarayevoyada, İstanbulda, Maldivdə, Səmərqənddə, bizim Sovetskidə, canım sizə desin, Krım Baxçasarayında, Misir Hurqadasında, nə bilim, neçə yerdə eşitmişəm. Hafiz Sədrzadənin azanı qədər mənə xoş gələni olmayıb. Yutubda “Qarabağ azanı” yazıb siz də dinləyin, görün düzmü deyirəm!
Səhərdən elə ordan-burdan danışıram, başım qarışdı, Pərvinə yazı söz vermişəm axı…
“Uşaqlığım Şuşada keçib. Qəribə şəhər idi. Döşəmə küçələr, əyri döngələr, enişli-yoxuşlu yollar, reşotkalı pəncərələr, sürahılı balkonlar, şüşəbəndlər, zəhmli qədim evlər, dəmir toxmaqlı ağırtaxta darvazalar, məhləbaşı bulaqlar, kəklikotu ətirli bağlar, çobanaldadan yay yağışları… Adı, tarixi, iqlimi adamlarının xarakterinə təsir eləmişdi. Cibində pulu olmayan da özünü bəy kimi aparırdı. Amma hər adam duymazdı ki, bu qürurlu insanların sinəsində necə kövrək qəlb döyünür. Yayda ölkənin hər yanından adamlar axışırdı Şuşaya. Bəzən gələnlərin sayı yerlilərdən üç-dörd dəfə çox olurdu. Onda şuşalılar başını elə dik tutub gəzərdi ki, elə bilərdin hər biri bir dağın sahibidi. Amma elə ki yayın sonunda gələnlər qayıdıb gedirdi, şəhər ziyarətçiləri dağılışan yas evinə dönürdü. Şəhər də, adamları da sükuta qərq olurdu. Payız yağışları isə bu ovqatın nisgilini daha da artırırdı. Yarpaqlar saralır, şəhərin başını duman-çən alırdı. Adamlar növbəti yayın şux büsatını həsrətlə gözləyirdilər”.
Yox, alınmır! Gərək bağışlaya məni, Pərvin. Yazmaqla olmur, Şuşa yazmaqla təsvirə gəlmir. Şuşanı yaşamaq lazımdı.
Şuşanı yaşamaq: Gecəsində ulduzlarla yatıb, sabahında günəşlə oyanmaqdı; Dumanın dərədən qalxıb göy üzünə sürünməyinə tamaşa eləməkdi; Buludun günəşi görcək yağışını bir anda yağdırıb qaçmasına sevinməkdi; Dünyanın ən möhtəşəm simfoniyasını – yağış damlalarının çadır alaçığın damında çaldığı musiqini dinləməkdi…
Yaza bilmədim, amma yaşadım. Bu, Pərvinin sualındakı “səyahətin davam” yox, cavabdakı “qalıb yaşamaq” idi…
Səbrim boyumdan uzundur! Gedəcəm Şuşaya! Uşaq vaxtı yarımçıq qoyduğum adı qayaya həkk eləməyə gedəcəm.
Əsl Şuşa yazısı bax, o, olacaq.
Vahid Qazi
Helsinqborq, İsveç
“Qobustan” İncəsənət Toplusu
Səfəvi səfillər
Güntay Gəncalpın “Səfəvilər” kitabı haqda
Məktəb vaxtı ilk yol “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə hara baxsan atamın sevimli kitabına rast gələrdin, qalın, ağır üçcildliyi hər yanda görərdin; çarpayı üstündə, divan başında, kitab rəfində.
Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma…
Gəncalpın birmənalı qarşılanmayan kitabı… haqqında çoxsaylı yazı, mülahizə, rəy oxuyandan sonra gəlib çıxdı, sağ olsun göndərən dostlar. Müxtəlif şərh bolluğunda itib-batmamağın tək yolu kitabın özünü oxumaq idi. Mən də belə elədim, saysız-hesabsız redaktə, korrektə səhvləriylə nəşr edilməsinə, ağır oxunuşuna rəğmən oxudum.
Bəri başdan onu deyim ki, istənilən kitab oxucunu bildikləri haqda şübhəyə salırsa, demək artıq uğur qazanıb. “Səfəvilər”in maraqlı tərəfi tək vətən, millət, tarix, din və məişətin haqda bildiklərinə yeniliklər qatmasında deyil, həm də oxucunu düşünməyə məcbur eləməsindədi.
Kitab birilərinə həqiqət yoluna salınan işıq, digərlərinə kələfin ucuna vurulan növbəti düyün kimi də görünə bilər. O, hazırlıqlı oxucu üçün indiyədək cavab tapmadığı suallar ətrafında düşünməyə cığır açdığı kimi müqayisəli düşüncə vərdişi olmayan təəssübkeş millətçi və mövhumatçılarda zehni qaranlığı daha da qatılaşdırar. Mövzu ətrafında qaynar müzakirələrə səbəb də elə bu idi.
Düşünürsənsə, demək yaşayırsan!
Düşünməyi bacaranlara bu kitabı oxumağı tövsiyə edirəm. Oxucuya yön verəsi heç bir şəxsi mülahizəmi yazmıram, sadəcə, kitabdan özüm üçün seçdiyim cümlələrin bəzisini verməklə kifayətlənirəm. Bunu da ona görə edirəm ki, kitab sizə maraqlı gəlsin, oxuyasınız. Nəticə çıxarmaq isə hər kəsin özünə bağlıdı.
Buyurun, kitabdan seçmələrimlə tanış olun:
“Pirpəsətlik və məzarların üstündə günbəz düzəldərək onu ziyarətgah durumuna gətirmək İslam ölçülərinə görə şirk sayılsa da, bu şəkildə bir kültür oluşub günümüzə qədər davam etmişdir”;
“Xanigah” farsca “xan”, yəni süfrə, “gah” da zaman deməkdi… Əski çağlarda siyasi örgütlənmə partilər şəklində olmadığı üçün xanigahlar həm də günümüzün partilərinin rolunu oynamışdır”;
“Mötəzilə deyirdi ki, insan ağıl yoluyla Allahı dərk edə biləcəyindən dolayı, Allah ona ağıl vermişdir… Böyləcə İslam aləmi qanlı bir bəlaya yaxalandı və İslam dünyası iki dəstəyə ayrıldı: 1. Ağıla inanıb və dini əqli verilərə tabe tutanlar, 2. Qurana sıxca bağlanan qrup”;
“İslamla heç bir bağlantısı olmayan iki anlayış da şiəyə məxsusdur. Onlardan biri “xums” və digəri “mütə”dir. Xums, yəni hər şiə var-dövlətinin beşdə birini mollaya verməlidir. Mütə, yəni matə və şey. Yəni qadın bir əşyadır və keçici olaraq “siğə” adı ilə qullana bilər. Hər iki anlayış mollalıq və ayətullahlıq qurumunun maddi və seksual ehtiyacını ödəmək üçün gəlişdirilmişdir”;
“Orta Doğu yalnız Moğolların zamanında din və məzhəb azadlığına qovuşmuşdu… Dindən asılı olmayan yasalar tarixdə ilk dəfə olaraq moğol dövləti tərəfindən uyğulanmışdı. Daha öncə bir-birinin salamını almayan şiə-sünni alimlər zorla bir yerdə çalışdırıldı. Aşırı ismaili şiəsi olan Nəsrəddin Tusi ilə sünni musiqi alimi Səfyəddin Urməvi Marağa rəsədxanasında bir yerdə çalışdı”;
“Hürufilər insan sifətində ərəb əlifbası ilə “Əli” sözü yazıldığına inanırdılar”;
“İsa Allahın oğluydusa, Əli Allahın özü idi”;
“Bədrəddinlə başlayıb şeyx Heydərlə qızılbaş olaraq tarixə düşən sufilik hərəkatı aqressivliyi, saldırğanlığı özünə yöntəm olaraq seçmişdir”;
“Şüubiyə ərəbsiz fars islamından yanaydı. Sasanilərin tək yadıgarı olan Yəzdigərdin qızı Şəhrbanu Mədinənin bütün cavanları içindən Hüseyni seçir. Böyləcə imamlıq Sasani və peyğəmbər soyu arasında paylaşır”;
“Səfəvilik iki əsas üzərində qurulmuşdur: irançılıq və şiəçilik. Hər iksi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir”;
“İran İslam Cümhuriyyəti Səfəviliyin modern variantıdır”;
“Osmanlının nəticəsi modern türk dövləti, səfəviliyin nəticəsi modern fars dövləti olmuşdur”;
“Xumeyni Şah İsmayıl kopisi olduğu kimi “sipah” təşkilatı da “təbərrayan” təşkilatının kopisi olmuşdur”;
“Əli və Həsən necə daha öncəki xəlifələrlə düşmənmişlər ki, oğullarının adını Əbubəkir, Ömər, Osman qoymuşlar”;
“Hüseynin oğlu Səccad Yəzidə biyət etmiş, əlindən öpmüşdü”;
“Peyğımbərin oğlu olmazkən soyunu ona bağlayan bir sürü adam ortaya çıxdı Səfəvilərdən günümüzə. Oğlu olsaydı nələr olardı?”
“Kitabları, düşüncə öndəri və vizionları olmayan qızılbaşlar bu şəkildə İran milliyətçiliyinə yem oldular… Azərbaycan türklərini İran kimliyinə təslim edərək çəkildilər”;
“Türküstan və Anadolu arasında müsəlman türklərin gəl-getləri üçün heç bir maneə yox idi. Səfəvilər buna əngəl törətdilər. 600 illik doğal türk birliyi ortadan qaldırıldı”;
“Adların qaynağı Dədə Qorqud kitabı olmaqdan çıxıb “Şahnamə” qaynaqlı olmağa qaydırılmışdı”.
Ötən ay Avropa şəhərlərinin birində qonaq çağırıldığım məclisdə universitet tələbəsi olan təbrizli bir qızla tanış oldum. Gözəlliyi, müasirliyi bir yana dünyagörüşü, qəribə ləhcəsiylə məclis əhlinin diqqətini özünə cəmləmişdi. Danışırdı ki, evdən göndərilən paralar təhsilinə, dolanışığına bəs eləmədiyi üçün bir firmada işləməyə məcbur olub, dərsdən sonra xəstə qocalara baxırmış. Sahibi ərəb olan firmadan çıxmasına səbəb son iki ayın maaşını ala bilməməsiymiş. Təhsil haqqının ödənməsində ciddi problemlə üzləşən qız haqsızlığa münasubətini qonaq olduğumuz evin ağsaqqal sahibinə yana-yana belə söyləyirdi: “Mollalar üzündən İranda dinə barmaq ucu boyda hörmətim qalmışdı, onu da oruc tutub, namaz qılan bu ərəb apardı. Orucluq ayındakı zəhmətimin haqqını belə ödəmədi. Allah götürməz bunu”.
Yox, o, Allahdan üz döndərməmişdi, Allah adıyla danışan insanlardan qırılmışdı. Dostumuz ona təsəlli verir, işlə bağlı yardım edəcəyini deyirdi. Mənimsə onun dolmuş gözlərinə baxa-baxa fikrim uzaqlara getmişdi: İrana qayıdıb çadraya bürünəcəyini, saqqalı bir qarış, başı əmmaməli mollaya ərə veriləcəyini təsəvvürümə gətirirdim. Ovqatım pozulmuşdu, qanım qaralmışdı.
“Səfəvilər” kitabını oxuyanda mənə elə gəldi ki, Güntay “Səfillər”dəki Kozettaya oxşayan bu Təbriz gözəlinin taleyini yazıb.
Məktəb vaxtı ilk yol “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Səfəvilər – səfillər! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma…
Vahid Qazi
Sentyabr, 2012
Dərc olunub: Mediaforum.az, Kultura.az