Mahir Qabiloğlu - arxiv.reytingaz.info
Günah Çingizin özündədir və ya Çingiz Abdullayev kimdir?
Azərbaycan Yazıçılar Birliyinin qapısından içəri girməyimi görürəm. Bayırda dayanıb kiminləsə söhbət edən bir cavan oğlan qaça-qaça özünü yetirib məni dayandırır:
- Dayı, hara gedirsiz? Birliyin üzvüsüz?
Bayırda dayanan başqa yaşlı kişi ağzımı açmağa macal vermir:
- Qoy getsin. Tanıyıram onu.
Ağzımı açsaydım nə deyəcəkdim? Deyəcəkdim ki, ay bala, mən bura üç yaşından gəlib gedirəm. 1969-cu ildən - 52 ildir ki, Birliyin üzvüyəm.
Niyə belə deyirəm? Çünki o qədim binanın və o birliyin bir çox görkəmli üzvünün evlərinin divarları arasında nə baş veribsə çoxundan xəbərdaram. Sirr dağarcığıyam. Bəzilərini yavaş-yavaş açıram. Amma elə şeylər var ki, onları açmaram. Sirr deyil. Sadəcə, lazım bilmirəm. Axı hər ailənin öz sirri olduğu kimi, böyük yazıçılar ailəsinin də mətbəx sirləri var.
Çingiz Abdullayevi yazıçı, dedektiv romançı, Xalq yazıçısı kimi yox, Azərbaycan Yazıçılar İttifaqının katibi kimi tanımışam. 1990-cı ildə Yazıçılar Birliyində işə düzələndə isə şəxsən tanış olduq. Bakı ləhcəsində danışmağı, bəzi sözləri şirin deməsi mənə gülməli gəlirdi. 1991-ci ildə yazıçıların növbəti qurultayı keçirilməliydi. Axşam vaxtı dəhlizdə rastlaşdıq.
- Mahir, atova denən ki, səhər 9-da şəirlər xiyabanında olsun.
- Harda?
- Şəirlər Xiyabanında.
- O harda yerləşir?
- Necə yəni harda? - deyə Çingiz müəllim bir az əsəbiləşdi, - Sən şəirlər xiyabanını tanımırsan? Ali Sovetin yanında.
- Şəhidlər Xiyabanı? Mən də elə bildim ki, şairlərin şərəfinə xiyaban salıblar, xəbərim yoxdur.
- Sən də mənim kimi beş dil bilsən bəzi sözləri düzgün tələffüz etmərsən.
İlk dialoqumuz belə baş tutdu. Demə Çingiz müəllim mənim müdirim sayılırmış. Təşkilati məsələlər üzrə katibmiş. Bunların heç birini bilmirdim. İkimiz də gənc idik. 7 yaş fərqimiz olmasına baxmayaraq boy-buxununa görə məndən yaşlı görsənirdi.
Mən Yazıçılar İttifaqının rəhbərliyində yalnız yaşlı adamları görmüşdüm. Hamısı da qaraqabaq. Ona görə də cavan bir şəxsin, özü də üzügülər, mehriban bir adamın belə bir vəzifəyə qaldırılması qəribə gəlirdi mənə. Yaşını nə vaxt bildim? Harasa təyyarəylə uçacaqdı. İki dənə pasportu mənə verib dedi ki... yox demədi, xahiş etdi ki, get aerokassadan biletləri götür gəl. Biri öz pasportu idi, o biri yoldaşının. Yolda açıb təvəllüdünə baxdım. Yoldaşının Qərbi Azərbaycandan olduğunu bildim. Ahha... Bir misal yadıma düşdü həmən: “Haralısan? Evlənməmişəm”. Çingiz müəllim isə evli idi. Yəqin o tərəfin yeznəsi olduğuna görə irəli çəkiblər deyə fikirləşdim. Amma sonralar atam dedi ki, Çingiz keçmişdə keqebeşnik olub...
Amma 1989-cu ildən üzü bu yana bir yazıçının da həbs olunduğunu görməmişəm. 1937-ci il barədə böyük bilgilərim olan mən fikirləşirəm: Bu necə KQB-eşnikdir?
İki-üç aydan sonra məni Dədə Qorqud ensiklopediyasından ixtisara saldılar. Sakitcə, atama da demədən sənədlərimi götürüb keçdim alverə, mədəni dildə desək biznesə, ailəmi dolandırmağa. İlk tanışlığım belə oldu.
Amma Çingiz müəllimi tanımaqda davam edirdim. Rəsmi mənbələrdən, bir də atamın dilindən. Böyük qaynar qazana düşmüşdü Çingiz müəllim. Hamısı da adlı-sanlı, say-seçmə Azərbaycan övladları. Bunların arasında baş çıxarmaq, onların hörmətini qazanmaq bir yana, məcazi mənada “sağ qalmaq” da çətin məsələydi. Bunu İsmayıl Şıxlının 100 illik yubileyindəki çıxışında özü də xüsusi vurğuladı. Bu cür şəxsiyyətlərin arasında yazıçı olmamaq da böyük günah idi. Xalq yazıçısı, görkəmli yazıçı, iki orden kavaleri olmaq isə alın yazısı, bəxtin işi, az yazıçıya qismət olan yazıçı taleyi idi.
Haşiyə: Xalq şairi Sabir Rüstəmxanlının Natəvan klubunda romanının təqdimatı idi. Mərasimi Xalq yazıçısı Çingiz Abdullayev aparırdı. Sözünün əvvəlində adətincə kitabdan danışan, kitab oxuyanların çox olduğunu önə çəkməyə çalışan, ona zillənən donuq gözlülərə, kitabları satılmayan və oxunmayanlara bunu sübut etməyə çalışan Çingiz müəllim belə bir cümlə işlətdi: “Vaxtının məhdud olmasına baxmayaraq Prezidentimiz İlham Əliyev də kitab oxuyur. Bunu dəqiq bilirəm”.(SON)
Haşiyədəki son cümləyə bir də qayıdacağam. Bu yazımda Çingiz Abdullayevin həyat və yaradıcılığının bütün detallarına toxunmaq fikrim yoxdur. Haqqında bir-iki yazım da var. Sandıqda saxlamışam. Hansıdır? Niyə çap etməmişəm? Qorxmuşam? Yox. Bir asılılacağım yoxdur. Sadəcə 2015-ci ildə “Neftçi” klubunun prezidenti seçilməyinə münasibətimi bildirmişdim. Adı da “Çingiz Abdullayevin səhv düşən yeri” adlanırdı - atam Qabilin “Səhv düşəndə yerimiz” şeirinə xitabən:
“Vəzifəli adam. Bu sözün tərifini çoxunuz bilir. Amma bir dostum mənə izahı özünəməxsus şəkildə verdi: “Hər vəzifə sahibi vəzifəli sayılmaz. Vəzifəli şəxs o adamdır ki, seyfində möhürü, bankda isə daşdan keçən imzası olsun”. Farslar demişkən “xub”. O vaxtdan mən də vəzifəli adamları kateqoriyalara bölməyə başladım. Azərbaycanda möhürlü, imzalı, vəzifəli şəxs olmaq çox çətindir. Hətta bic ermənilər də sovet dövrü nazirlik, idarə və müəssisələrdə 1-ci şəxs olmaqdan imtina ediblər. Ən yaxşısı müavin olmaqdı - baş-qulağın dinc. Çünki hər hansı təşkilatda cavabdeh şəxs 1-ci şəxs sayılır. O, qol çəkməsə, möhür vurmasa müavinin və başqa vəzifəlilərin səlahiyyəti qüvvəyə minə, sözü yerinə keçə bilməz. İndi deyəcəksiniz ki, elə müavinlər var rəisdən də xod gedir. Əsla. Onlar müavin deyillər. Loru dildə desək “paz”dırlar - nəzarətçi. Mədəni dildə desək, müdirin başı üstündə yellənən Domokl qılıncı. Bir az da dəqiq desəm, hər an onun yerinə keçməyə şansı olan real namizəd. Ona görə də ağıllı müdirlər heç vaxt özlərinə müavin götürmürlər. Götürəndə də ya öz adamlarını təyin elətdirirlər, ya da qabaqlarında “boğaz” olanları.
Mətləbdən uzaqlaşdım deyəsən. Bu günlərdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romançı kimi dünyada tanınan Çingiz Abdullayevi “Neftçi”nin Müşahidə Şurasının prezidenti təyin etdilər. Birinci sözüm: “Çingiz müəllim, təbrik edirəm”. İkinci yuxarıda izah etdiyim sual meydana gəldi. Görəsən Azərbaycanda imzası ilə tanınan və ədəbiyyatda möhürünü vuran Çingiz müəllim, idmanımızda da möhürlü-imzalı idman xadimlərimizdəndirmi? Bilmirəm. Əgər elədirsə batdı. Maraqlıdır. Görəsən möhür-imzayla alınan adi futbol topuyla, dükanda nəğdə satılan futbol topunun arasında nə qədər qiymət fərqi var? Əlbəttə ki, dükanda ucuzdur. Tenderdə daha ucuz olacağı bildirilsə də... Bunu isə yoxlamaya gələnlərə izah etmək hər vəzifəlinin işi deyil.
Üçüncüsü isə, bu ideya kimin ağlına gəlibsə onu alqışladım. O insanın idman taktikasında dəyişiklik etməsini iki misalla əsaslandırmağa çalışdım. Birincisi: “Qumarda xam əl udar”. Deyəcəksiniz ki, idman hara, qumar hara? Yox elə bilməyin ki, fikrimə tam təkzib verib, bu sözümü tam məcazi mənada işlətdiyimi söyləyəcəyəm. Yəni ki, Çingiz müəllimin idmançı yox, idmandan uzaq, yəni ki, yazıçı olmasını gözə soxacam. Qismən hə. Amma futbol bu gün həm də qumardır. Tutaq ki, Çingiz Abdullayev Ağdamın “Qarabağ” klubunun prezidentidir. Komandası da İtaliyanın “İnter” komandasının qapısından sonuncu dəqiqədə qol keçirir. Özü də həlledici məqamda - heç-heçə vaxtı. Tərtəmiz qol və “Qarabağ”ın qələbəsi. Ancaq UEFA bunu hesaba almır. AFFA bunu sübut edə bildimi? Yox. Gücü çatmadı. Əksinə, etiraf etdi. Bu nədir? QUMAR. Oyun heç-heçə də bitməliydi. Hakim belə göstəriş almışdı. Deməli ədəbiyyatımızda dedektiv janrının yeni növü “futbol dedektivi” janrı yaranmalıdır ki, bunu dünyaya təxəyyülün diliylə çatdırsın, ifşa etsin. Bu baxımdan bu təyinatı uğurlu hesab edirəm.
İkinci əsaslandırma: Atamın məşhur “Səhv düşəndə yerimiz” adlı bir şeiri var. Bu təyinatla şeir də yenidən gündəmə gəldi. Görəsən niyə? Görəsən mətbuatımız bu xəbəri niyə ŞOK-a düşərək qəbul etdi? İxtisasca rabitəçi, vəzifəcə neftçi, mərhum Ramiz Mirzəyev “Neftçi”yə prezident seçiləndə Qabil “Səhv düşəndə yerimiz” şeirini yazmamışdımı? Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirən, sonra neftçi Rövnəq Abdullayev “Neftçi”yə, sonra isə bütövlükdə Azərbaycan futboluna rəhbər təyin olunanda bu şeir yox idimi? Nəzərinizə çatdırım ki, Qabil bu klassik poeziya nümunəsini 1969-cu ildə yazıb. Bəs onda yazıçı, ziyalı Çingiz Abdullayevin bu vəzifəyə təyinatı niyə bu qədər ojiotaj yaratdı? Rabitəçi, inşaatçı, neftçi idmana rəhbərlik edə bilər, yazıçı, ziyalı yox? Çingiz Abdullayevin pulu onlarınkından azdır, ona görəmi? Bir də ki, professional çekist, hüquqşünas olan Çingiz Abdullayev 29 yaşında ədəbiyyata gələrək öz sözünü dedi. Hər yazıçıya qismət olmayan “Xalq yazıçısı” fəxri adına layiq görüldü, özü də 47 yaşında. 56 yaşında, ömrünün pik nöqtəsində yəqin ki, ədəbiyyata verdiyi töhfələrdən idmanımıza da bəxş edər (İroniyasız). (SON)
O biri yazım isə kompüterimin şıltaqlığına tuş gəlib pozuldu. Başqa yazılarım da ola bilərdi. Çox şeyləri bilirəm. Adi həyatda, məhdud, ağzıbütöv adamların yanında danışmaq olar. Danışıram da... Amma yazmaq istəmirəm. Axı məndə də müqəddəs nəsə bir şey qalıb.
“Mahir, yaxşı, ürəyimizi çəkmə. Keç mətləbə. Bilirik də niyə yazırsan bu yazını. Sumqayıtda çıxış edən, çıxışında “quş buraxan” Çingiz Abdullayevi müdafiə etməkdir fikrin”. Düz tapdınız. Amma onun müdafiəyəyə ehtiyacı yoxdur. Bilir bu şeylərin hardan qaynaqlandığını. Əla bilir ki, bütün günah özündədir. “Nə? Günah özündədir? Bəs özü deyir ki, kontekstdən çıxarıblar fikirlərimi və sairə, ilaxır”. Bunu düz deyir. Yaxşı ki, bu mövzuda mənim fikirlərimi bilmirsiniz: “Xocalını niyə verdilər? Ayaz Mütəllibovu yıxmaq üçün. Şuşanı niyə verdilər? Ayazı yenidən geriyə qaytarıb taxtına otuzdurmaq üçün. Üç gün də ermənilər ora girmədilər. Guya ki, bunun tələ olduğunu düşünürmüşlər. Boş sözdür. Rus ordusu “dobro” verməmişdi, ona görə. Çünki özü almışdı oranı. Xalq Cəbhəsi Ayazı geri qayıtmağa qoymadığı üçün Şuşa sonda ermənilərə qismət oldu. Bəs “Xəbərlər”də operator Ədilin arxivindən olan bir başqa buntarın videosu necə, yadınızdan çıxıbmı? “Qarabağı ermənilərə əlborcu vermişəm. İstədiyim vaxt geri alacağam”,- cümləsini kim demişdi? Müharibə idisə Stepanakertin 6 kilometrliyinəcən gəlib çıxan ordumuz niyə könüllü geri qayıtdı? Ölən öldü, yaralanan yaralandı, ailələr başsız qaldı, torpaq viran oldu. İsmayıl Ömərovun AzTV-də hazırladığı “Xəyanət” seriallarına Çingiz Abdullayev tək baxıbmı? Yaxud da elə bilirsiniz Çingiz Abdullayevin gözü kordur, o boyda Şəhidlər xiyabanlarını görmür? Çingiz Mustafayevin Milli Məclisdə Tamerlan Qarayevə Xocalı faciəsiylə bağlı ünvanladığı sualı və aldığı “Çingiz, məni danışdırma. Mən danışsam Bakının altını üstünə çevirərlər”,- cavabını efirdən o, tək eşidibmi? 1991-ci ilin martında mənim vasitəmlə Qabili dəvət etdiyi “Şəhidlər Xiyabanı”nın son illər ərzində nə qədər böyüdüyünü, bu gün kitablarından gələn qonorarı “YAŞAT” Fonduna köçürən Çingiz Abdullayev bilmirmi? Buna yanmırmı?
Bitmiş fikri ifadə edən sözə və söz birləşməsinə cümlə deyilir. Bu cümlələr isə halqayla bir-birinə birləşərək bütöv bir çıxışı meydana gətirir. Çıxışın hansısa yerindən üç cümləni çıxarıb fikir halqasını dağıdıb yerə tökmək, şəhid ailələrinin ürəyində, qazilərin bədənində, yaddaşlarında olan yaraların közünü qoparıb qanını axıtmaq kimə lazımdır? Nədir buna səbəb? Yenə təkrar edirəm. Bütün günah Çingiz Abdullayevin özündədir.
Sözü yazmaq, Çingiz Abdullayevi bir cümləylə ittiham etmək mənim qələmimə xas xüsusiyyət deyil. Yazdığını gərək sübut da edəsən.
Yox, bəziləri dediyi kimi Azərbaycan dilini pis bilməyi deyil Çingiz müəllimin günahı. 1990-cı illə müqayisədə çox yaxşı danışır. Yazıçı ƏLA danışmalıdır? Solovyova canlı efirdə cavab verəndə rus dilində əla bilməyini heç irad tutmadıq ona. Əksinə alqışladıq. Digər xarici dillərdə danışdığını, beynəlxalq yazıçılar cəmahiriyyəsində necə qəbul olunduğunu isə xaricdən gələn yazıçılarla görüşlərində bir AzTV müxbiri kimi şahidi olmuşam. “Biləcəridən uzağa gedə bilməyən” bir məşhur ifadə var. Çoxlarına şamil oluna bilər, özü də bütün sahələrdə. “Azərbaycandan, keçmiş SSRİ hüdudlarından kənara çıxan, məşhurlaşan” ifadəsini necə, neçə nəfərə şamil edə bilərik? İndiki zəmanədə tək-tük adama. Niyə gözümüz götürmür Çingiz Abdullayevi? Günahı kənarda axtarmayın. Günah yenə özündədir.
İşim çətinə düşəndə atamın yaradıcılığını köməyə çağırıram. Təbiidir. Qanuni varisəm. İxtiyarım çatır. Xalq şairi Qabil ona 1998-ci ildə “Zəhmətkeş” adlı şeir ithaf edib. Xarakterinin gizlinlərini açıq-aydın yazıb. Gəlin “Çingiz Abdullayev kimdir?” sualını qoyaq və bu şeirlə sualımıza cavab tapaq. Siz də, mən də...
Zәhmәtini suya döndәr,
Dәryasına bax.
Zәhmәtini çaya döndәr,
Mәcrasına bax.
Zәhmәtini gözişlәmәz
Düzlәrә döndәr -
Kitab yüklü,
Karvan gedәn
Sәhrasına bax...
Zәhmәtini
Qış yuxusu içindә çәkib.
Fil sükutlu,
Fil dözümlü
Cәfasına bax!
Zәhmәtini
Azәrbaycan şәninә yazan...
Xarici say-seçimindә
Sırasına bax!
Zәhmәtini
Başqa dildә rәvan etsә dә...
Sarı simdә doğma
Abi-havasına bax!
Zәhmәtini
Әdalarla
Gözdәn salmayan
Bir sadәlövh,
Sadә uşaq
Sövdasına bax...
Zәhmәtini
Kitab-kitab
Torbaya yığıb
Şirincә bir qürrә ilә
Bizә göstәrәn,
Göstәrincә halal
Zövqü-sәfasına bax!
Zәhmәtini
Sәrgi-sәrgi düzüb miz üstә,
Sәrgisinin qiymәtinin
Bahasına bax!
Zәhmәtini
Әsә-әsә
Sıxıb boğmayan
Bir him-cimә dәrhal
Әksi-sәdasına bax!
Zәhmәtinin
Çәkisindә
İddiası az,
Ancaq, ovçu Pirimlә
Arası da saz...
Zәhmәtini
Bir alışqan qığılcımı et,
Paxılların,
Şәkkakların,
Ağzıboşların
Cırtapırtla yanıb gedәn
Komasına bax!
Zәhmәtini
Bu yaşında üst-üstә yığsan,
O yaşında
Bizim kiçik torpağımızın
Çingiz adlı
Bircә parca
Sәmasına bax.
(06.09.1998)
İndi deyəcəksiniz ki, araları saz olub, yazıb. Amma Qabili tanıyanlar bilir ki, o heç vaxt yalan danışmayıb, yalan yazmayıb. Çingiz Abdullayevin də Qabil haqqında şirin xatirələri var:
“Mən Qabil müəllimi çoxdan tanıyıram. Onu daim üzügülər, ürəyiaçıq bir insan kimi görmüşəm. Biz onunla yol yoldaşlığı da etmişik. Birlikdə İraq, Türkiyə və digər xarici ölkələrə səfərlərdə iştirak etmiş, onu daha yaxından tanımağa çalışmışam. Həmişə özünəməxsus məsumluğu, ərköyünlüyü, məzəli söhbətləri ilə hamının hörmətini qazanıb. Qabil müəllimin məzəliliyi ilə bağlı bir əhvalatı xatırlamaq istərdim.
Təxminən on ildən artıq bir vaxtın söhbətidir. Bir gün Qabil müəllim hansısa bir məsələ ilə əlaqədar yanıma gəlmişdi. Söhbət əsnasında, mən ona belə dedim: “Qabil müəllim, Siz çox cavansınız, vaxt var”. Qabil müəllim isə öz cavabında: “Yox, Çingiz, 60-ı keçəndən sonra artıq adam ağsaqqal olur”. Bu vaxt mən ona belə bir sual verdim ki, bəs, Qabil müəllim, bizim elə yazıçı-şairlərimiz var ki, onlar artıq 70-i haqlayıblar. Qabil müəllim isə: “Onlar artıq ədəbi nəslimizin patriarxlarıdır”,- dedi. Yenə sual verdim ki, bəs 80-i xırdalayanlar? Cavab verdi ki, onlar adam deyillər, artıq “Qobustan abidələridir”. (2002-ci il)
Lap yadımdan çıxmışdı. Yazımın sonuna gəlib çıxdım, amma əvvəlində - haşiyədə bir cümlə işlətdim. Onun izahının isə lap yeridir: “...Prezidentimiz İlham Əliyev də kitab oxuyur”. Yox axı. Çingiz Abdullayev belə deməmişdi. Bax buna deyirlər fikri kontekstdən çıxartmaq.: “Vaxtının məhdud olmasına baxmayaraq Prezidentimiz İlham Əliyev də kitab oxuyur. Bunu dəqiq bilirəm”. Cümlə yox, fikir beləydi. Qayıdaq fikrin Mahirsayağı açmasına: Prezidentimiz Çingiz Abdullayevi oxuyur və bəyənir. Verdiyi “Xalq yazıçısı” fəxri adı, təltif etdiyi ordenlər isə zəhmətinin və məhsuldar yaradıcılığının dövlətimiz tərəfindən təsdiqidir. Yəqin ki, davamı olacaq. Davam olduqca isə bu cür kontekstdən çıxarılan fikirlər, həssas məqamlara toxunulan badalaqlar isə lap çox olacaq. Ta ki, ölənəcən. Çünki bizdə sağlığında verilən qiymətə paxıllıq edirlər, adamın qədrini isə çərrədib öldürəndən sonra bilirlər. Hələlik isə Çingiz Abdullayev inkişaf edə-edə gedir. Qarşıdan da Yazıçıların qurultayı gəlir. Onu bəziləri maneə bilirlər özlərinin yüksəliş yolunda. Qurultayda isə hər şey seçki yoluyla həll olunacaq...
Haşiyə: Sovet vaxtı Dzerjinski adına klubda yazıçıların qurultayı keçirilibmiş. Sonda, gecə saat 11-in yarısında səsvermə prosedurundan qabaq respublikanın ağsaqqalı belə məsləhət bilir ki, sədr Xalq yazıçısı Mirzə İbrahimov olsun. O da deyir ki, bir şərtlə razılaşaram - 1-ci katib İsmayıl Şıxlı olsun. İsmayıl Şıxlı da demə səsverməni gözləməyib evə gedibmiş. Tez maşın göndərib qaytarırlar geriyə. Məcbur olub razılıq verir.(SON)
...Vaqif Səmədoğlunun “Əjdəha başı” televiziya tamaşasında belə bir yer var. Polis rəisinin - tərbiyələndirmək üçün qeyri-rəsmi qoduqluğa atmaq istədiyi bacısı oğlu hayqırıb vəkil tələb edir. Siyavuş Aslanın oynadığı rəis nə cavab versə yaxşıdır? “Bu Ştirlits də uşaqların başını yaman xarab edib e...” Nə olacağını bilmirəm. Mən isə Anara səs verəcəyəm.
Mövzumun Çingiz Abdullayev olduğunu nəzərə alıb, yazımı atamın şeirindən misralarla bitirmək istəyirəm. Birdən kimsə gələcəkdə nəsə bir hoqqa çıxartmaq istəsə Çingizi sevməyənlər bir də oxusunlar, təkrar oxusunlar.
Çәkisindә
İddiası az,
Ancaq, ovçu Pirimlә
Arası da saz...
Zәhmәtini
Bir alışqan qığılcımı et,
Paxılların,
Şәkkakların,
Ağzıboşların
Çırtapırtla yanıb gedәn
Komasına bax!
Zәhmәtini
Bu yaşında üst-üstә yığsan,
O yaşında
Bizim kiçik torpağımızın
Çingiz adlı
Bircә parça
Sәmasına bax.
İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
Onun haqqında yazmaq mənim qələmimin gücündə deyil. Amma onun müasiri olduğum üçün özümdə güc tapdım. Yox, oğlu Yüksəllə dost, qohum olmağım bir rol oynamır. Yox, deyəsən yalan danışdım. Axı mən düşmənbaz deyiləm, qohumbaz, dostbazam. Ümumiyyətlə, belə insanları yaddan çıxartmaq olmaz. Yox, yenə düz danışmadım. Səmimi insan gərək hər şeyi düz desin. Yoxsa yazısına qurd düşər.
Yüksəllə yağışlı bir gündə - Torqovıda rastlaşdıq. Bir əlimdə kitab dolu setka vardı. Sevindi. “Yaxşı tapmışam səni. Feysbukda gördüm ki, “İtbaşı” adlı roman-trilogiyan çıxıb. Deyəsən yanında var”,- dedi. Yazıçı üçün daha bir oxucu tapmaq, bir ton torpağın içində altı qram qızıl axtarıb aşkarlamaq kimi bir şeydir. Özü də ki, bunu oxucu özü tələb edirdi. Çox sevindim. Kitabı kulyokdan çıxarıb Yüksələ təqdim etdim. O isə mənimçün “Bəs avtoqraf?” deyə yeni küçə açdı. Məni tanıyanlar yaxşı bilir ki, avtoqraf yazmaqla aram yoxdur. “Yanımda qələm yoxdur deyə”,- bəhanə yox, əsas gətirdim. Yaxınlıqdakı bahalı dükana girib qələm axtarışına çıxdıq. Satıcı qız isə onu müvəqqəti qələm axtaran yox, alıcı qismində qəbul etdi. Dörd rəngdə yazan diyircəkli, bahalı qələmi Yüksələ uzatdı. O da pulunu verib aldı. Elə dükanın içindəcə kitabı açıb avtoqraf yazdım: “Dostum, qohumum, oxucum, gözəl insan Yüksəl İsmixanoğluna müəllifdən. Hörmətlə: Mahir Qabiloğlu. İmza. 26.10.2021”.
Bunu yazıb qurtarandan sonra satıcı qız dilləndi. Yox, kitab istəmədi. Dedi ki, bilsəydim sizə öz qələmimi verərdim. Mən də cavab verdim ki, “nə bilirsən, bəlkə qələmi mənimçün alıb?”. Qələmlə kitabı barter edib dükandan çıxdıq. Soruşdu ki, hara gedirsən? Dedim ki, Nizami adına muzeyə - akademik, millət vəkili Rafael Hüseynovun yanına. Kitabımı hədiyyə edəcəyəm. Yüksəl həmən əlavə etdi ki, Rafael müəllim bizə yaxın adamdır. Atam haqqında da yazı yazacaqdı. Mənim salamlarımı çatdırarsan.
Vəssalam. Ayrıldıq. Mənə “atam haqqında da yazı yazacaqdı”,- cümləsi bəs idi. Rafael Hüseynovun qələmi hamıya məlumdur. O akademikdir, yazdığı da akademik bir yazı olacaq. Bəs mən? Mən niyə yazmıram? Axı İsmixan Rəhimovun müasiri olmuşam. Müəllimim də olub. Necə? Təəccüblənməyiniz təbiidir. Mən oxuduğum dövrdə İsmixan müəllim S.M.Kirov adına Universitetdə dərs demirdi. Bəs necə olub ki, müəllim kimi 209 nömrəli auditoriyaya girib mənə mühazirə oxuyub? Bunlar xırda suallardır. Belə adamlara heykəl qoyulmalıdır. İstiqlalımız uğrunda 25 il... Tələsməyin. Yavaş-yavaş...
“Dalğa” verilişi
Sovet dövləti dağılmaq ərəfəsində, Qorbaçovun “perestroyka”, aşkarlıq yox, açıq-saçıqlıq dönəmində AzTV-də “Dalğa” proqramı meydana çıxdı. Həftədə bir dəfə gedirdi. Hər dəfə də bir aparıcısı olurdu. Maraqlı veriliş idi. Hansı aparıcının vaxtına düşmüşdü - bilmirəm.
Veriliş başladı. Sanki uşaq bağçasından reportaj idi. Müxtəlif yaşlı böyük oğlan və qızlar əl-ələ tutub Yeni il şənliyindəki kimi yolkanın ətrafında dövrə vururdular. Amma “Şən yolka” şeirini yox, ingiliscə nəsə oxuyurdular. Bir bəstəboy kişi isə ortada onlara dirijorluq, həm də düzgün ifadə etmək akkompanementliyi edirdi. Atam həmən tanıdı. “İsmixandır”,- dedi. “Kişi adamdır”,- deyə əlavə etdi. Kişi adam olmağının ingilis dili dərsi keçməyinə nə aidiyyatı olub-olmadığını bilmədim. O vaxtkı xasiyyətimə uyğun olaraq soruşmadım da...
Xarici ölkələr ədəbiyyatı dərsi
Düzünü desəm, BDU-da yaxşı oxuyan tələbələrdən olmamışam. Sən deyən mütaliəm də olmayıb. Arxam və tapşıranım atam olub. O cümlədən Xarici ölkələr ədəbiyyatını da sevməmişəm. Vahid dərslik olmadığına, mühazirə yazmaq ümidinə qaldığıma görə. Bir xoşbəxtliyim o olub ki, atamın qızıl kimi məsləhətinə qulaq asmışam. Qulaq asıb bu səviyyəyə çatmışam, indi gör oxusaydım necə olardım. Yox, təvazökarlıqdan uzaq adam kimi qiymətləndirməyin məni. Atam nə demişdi? Demişdi ki, “2”, yaxud da aşağı qiymət alsan heç nə demərəm sənə. Çalış başında nəsə olsun. Bir də ki, dərsdən heç vaxt qaçma, otur mühazirələrə qulaq as. Sadəcə, belə bir məsləhət.
Xarici ölkələr ədəbiyyatından bizə professor Cəlil Nağıyev mühazirə deyirdi. Dediklərini yazmırdım, sadəcə qulaq asırdım. Günlərin bir günü 209 saylı auditoriyaya girdi, arxasıyca da bəstəboy, yaşlı bir kişi. Cəlil müəllim partalar arası addımlayıb arxada oturdu. Bu, İsmixan Rəhimov idi. Onu televizorda görmüşdüm deyə həmən tanıdım. İlk cümləsi belə oldu: “To be or not to be, that is the questions”. Sonra dayanmadı. Elə ingiliscə davam etməyə başladı. Demə, Şekspirin “Hamlet” əsərini bizə orijinaldan deyirmiş. Demirdi, bir aktyor kimi yaradırdı. Arxasıyca tərcüməyə keçdi: “Olum, ya ölüm? Sual budur, bu”. Daha sonra isə müəllim-ustad izahına başladı.
İsmixan müəllim yarım saat beləcə davam etdi. Sonra dayandı. Gözünü auditoriyaya dikdi. Bir müddət danışmadı.
- Bu nədir? Niyə qanıqara oturmusunuz? Maraqlı deyil?
Heç kimdən səs çıxmadı. Auditoriyanın ab-havasında bir dəyişiklik hiss olunmadı. Bəlkə də ingilis dilində bilməməyimiz idi buna səbəb. Niyə belə fikrə gəldim. Çünki İsmixan müəllim əlavə etdi: “Mən inyazda (Xarici dillər institutu) mühazirə deyəndə tələbələrimin üzündə bir təbəssüm olur. Siz isə sakit oturmusunuz”. Bu sözlərindən sonra da auditoriyada bir dəyişiklik olmadı. İsmixan müəllim bir müəllim, Şekspirsevər və aktyor kimi tələbələri ovsunlamışdı sanki.
Şayiə
Niyə şayiə? Çünki dəqiq bilmirəm. Amma şayiəliyindən daha çox, xəbərin real olduğuna inanıram. “Dalğa” verilişi efirə çıxandan sonra hansısa yazıçı atama deyəndə eşitdim ki, Heydər Əliyevin övladlarının ingilis dili müəllimi İsmixan Rəhimov olub.
“İstiqlal” ordeninin təsis olunduğu gün
Prezident Heydər Əliyev 15 aprel 1995-ci ildə Azərbaycanın ən yüksək təltifi olan “İstiqlal” ordenini təsis etdi. Elə həmin gün də həmin ordenə üç Xalq şairini (o vaxt yazıçıların hörməti böyük idi) layiq gördü. Xəlil Rza (ölümündən sonra), Bəxtiyar Vahabzadə, Məmməd Araz.
Atamla “Xəbərlər”ə birlikdə baxırdıq. Sərəncamı eşitcək atam narazı sifət aldı. Elə bildim ki, öz adının bu siyahıda olmamasından (2006-ci ildə bu ordenlə təltif olundu) pis olub. Amma sonra bir cümlə işlətdi: “İndiki məqamda ilk olaraq bu ada iki nəfər layiqdir: İsmixan Rəhimov və Gülhüseyn Hüseynoğlu. “İldırım” antisovet təşkilatının üzvləri. Bu günümüzü, istiqlalımızı o vaxt görüb, bu amal uğrunda mübarizə aparanlar. 1940-cı illərdə - 20 yaşlarında - mübarizə aparıb 25 il sürgünə layiq görülənlər. Yaxşı ki, güllələnmə hökmü ləğv edilmişdi. Yoxsa edam edəcəkdilər onları”.
İsmixan Rəhimovu yaxından tanımırdım. Amma Gülhüseyn Hüseynoğlu müəllimim olmuşdu. Qızı - sonralar evin pəncərəsini silərkən həyətə düşüb həlak olan - Aytəklə bir yerdə oxuyurdum...
Haşiyə: Beşinci kursu başa vururduq. Səhər dərsə gələndə gördüm ki, qızlar hönkür-hönkür ağlayır. Birinci partada isə gül qoyulub - Aytəkin oturduğu partada. - Nə olub? - deyə soruşdum. - Aytək evlərinin pencərəsini siləndə düşüb yerə.
Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tez gəldim Gülhüseyn müəllimgilə. Həyətdəki xeyir-şər evində məclis qurulmuşdu. İçəri keçdim. Məni görcək yanında oturtdu:
- Mahir, deyirdim ki, dörd övladım olsun. Öləndə hərəsi cənazəmin bir tərəfindən tutub məni qəbiristanlığa aparsın. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur. Mən öləndə necə olacaq? Mahir, Sovet vaxtı, Stalinin dövründə “İLDIRIM”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular. Tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı. (SON)
25 il sürgün məsələsini növbəti dəfə qızının yasında - Gülhüseyn müəlimin dilindən eşitdim. O, həmin günlər barədə danışmağı sevməzdi. Sonacan da danışmadı. Atamın son illərində müəllimimlə tez-tez görüşürdük. Atam ha deyirdi ki, “Gülhüseyn, 40-ci illərdə olanları yaz da. Səndən qalan bu olacaq”. Deyirdi ki, “yox, yazmayacağam. Danışmayacağam da...” Sonralar televiziyada mənə digər müxbirlər də yaxınlaşdılar ki, “bəs Gülhüseyn müəllimə zəng edirik, müsahibə verməkdən imtina edir. Bilirik səni çox istəyir, desən razılıq verər. 80 illiyidir”. Dedim ki, mən yoluna qoyaram. Zəng etdim, nə qədər xahiş elədim, “qıdıqladım” xeyri olmadı. Xatirələr də əbədiyyətə qovuşdu. Amma indi başa düşürəm ki, bu istiqlal sevgisi onlara hansı məşəqqətlər, iztirablar, işgəncələr hesabına başa gəlmişdi. Danışmaqdan belə, qorxurdular.
Haşiyə: “İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilmişdir: İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1945-ci ildə və 1944-cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökumətinin milli siyasətini pisləmiş, "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn (yazıçı Gülhüseyn Hüseynoğlu) ilə birlikdə Azərbaycanın görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ-dən ayırmaq və Azərbaycanda "Burjua millətçi respublika" yaratmaq olmuşdur".
Mərhum professor Həbib Babayev deyirdi: "O zaman biz tələbə idik. Bu hadisə bizi həyacanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi "Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq".(Mənbə: Vikipediya (SON)
Düzdür, İsmixan Rəhimov “Şöhrət” ordeninə, Gülhüseyn Hüseynoğlu isə “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma halalları olan “İstiqlal” ordeni hələ də öz sahiblərinin gözləyir.
Qahımlıq
Sözün yazılışı və deyilişi Azərbaycan dilində eynidir: QOHUM. Amma Naxçıvan ləhcəsində demək mənə xüsusi ləzzət edir. Vaxt keçdi, İsmixan Rəhimovun ailəsiylə qohum olduq. Dayım Fikrətin baldızı qızı indi həmin evin gəlini, Yüksəlin həyat yoldaşıdır.
“Boyu bu boyda, amma kişiliyi nə boyda”
Gözəl yazıçı, qonşumuz, əmim Salam Qədirzadə bəstəboy idi. Xalq yazıçısı Əli Vəliyev isə hündürboy, enlikürək. Günlərin bir günü partiya iclaslarının birində hamı düşür Əli Vəliyevin üstünə. Səbəb yadımdan çıxıb. Amma yadımda qalanı odur ki, nəsə qurama, yuxarıdan təşkil olunmuş bir iş imiş. İclasın sonunda yalnız Salam Qədirzadə söz alıb, özündən 22 yaş böyük olan Əli Vəliyevin müdafiəsinə qalxır. Əli Vəliyev isə onun bəstə boyuna işarə edərək bilirsinizmi nə deyir?
- Boyu bu boyda, amma kişiliyi nə boyda.
Hər dəfə bu hadisə yadıma düşəndə İsmixan Rəhimov gəlib gözümün önündə durur. İnsan xarici görünüş, savad, bilik, elmi dərəcələri, vəzifəsi, cəmiyyətdə tutduğu mövqeylə ölçülmür. Bu barədə misallar çoxdu: “Alim olmaq asandır, adam olmaq çətin”, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”, “Adı Tərlandır, özü cücə” və sairə, və il axır. Amma yuxarıda sadaladığım müsbət cəhətləri üst-üstə gəlsəm, hamısı İsmixan Rəhimova layiqdir. Sonda bərabərlik işarəsi qoyandan sonra isə bir cümlə yetər: Boyu bu boyda, amma kişiliyi nə boyda.
Sərhədi Ermənistanın yerinə Azərbaycan qoruyacaq?
Adətimcə suala elə başlanğıcda cavab verməliydim. Özü də ki, “Hə” cavabı. Amma öncəgörənlik etmək istəmədim. Cavabı dəqiq bilsəm də... Niyə? Çünki bir də gördün Ermənistan ərazisində neft fontan vurdu, qaz fışqırdı, qızıl, brilyant yataqları tapıldı. Varlı bir dövlətə çevrildi. Onda qoyduğum suala verdiyim cavab səhv çıxa bilərdi. Ona görə də son nəticəni çıxartmağı sizin öhdənizə buraxmağa qərar verdim.
Sərhəddə iki il aldığım məhdud bilgiləri sizinlə bölüşəcəyəm. Bu zabit bilikləri deyil. Bir sıravi sərhədçinin əsgərlik xatirələridir desək düzgün olar. Özü də ki, o əsgər düzənlik bir yerdə, sərhəd xəttini çayın təyin elədiyi ərazidə düz iki il xidmət edib. Bunu niyə xüsusi qeyd etdim? Dağlıq ərazilər öz relyefinə görə daha çətin xidmət sahələri sayılır. Mən hələ asanını yazacağam. Relyefi rahat, havası mülayim, qonşu dövlətin də o vaxt çox da təhlükəli sayılmadığı bir sərhəd zastavasından yazacağam. Dövlət sirrini açmaq olmaz? Düz deyirsiniz. Amma mənim demblimdən 35 il keçib. Özü də söhbət sovet dövründən bəhs edəcək. Bəlkə də yazdıqlarım bu günlə səsləşə bilər. Çünki sərhəd zastavasında insan faktoru bu gün də ən önəmli amildir. Müasirlik baxımından isə bugünkü sərhəd mühafizəsi o vaxtkından bəlkə də baha başa gəlir. Həm də indiki zəmanədə sərhədçi potensial şəhiddir. Hər an ölümlə üz-üzədir.
Bu yazımda yer adları çəkməyəcəyəm. Çünki SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd qoşunlarının bütün hissələrində, zastavalarında qayda eyni idi. Təkcə Çin və Türkiyə ilə sərhəd qorunması fərqlənirdi. Əlbəttə ki, sahil mühafizəsinin də özünəməxsusluğu öz yerində. Elə isə başlayaq.
1985
1985-ci ildə məni hərbi xidmətə çağırdılar. Baxmayaraq ki, universitetdə oxuyurdum. S.M.Kirov adına ADU-da hərbi kafedra olduğundan məzunlar üç aylıq “zbor” – hərbi toplantı keçərək, ehtiyatda olan leytenant rütbəsi alırdılar və 55 yaşına qədər istənilən vaxt xidmətə çağrıla da bilərdilər, çağrılmaya da... Mənə isə ikinci kursda “povestka” – çağırış vərəqəsi gəlmişdi. Məlumat üçün deyim ki, həmin dövrün dördillik zaman kəsiyində 1965-68-ci illərdə anadan olan bütün oğlanlar – harda oxumaqlarından asılı olmayaraq – məhz 18 yaşında hərbi xidmətə getməliydilər. Özü də hamı kimi – düz iki il. Bunu da belə izah edirdilər ki, bəs biz 1941-45-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların nəvələri yaşındayıq. Ona görə də Sovet İttifaqında sözün hərfi mənasında kişi qıtlığıdır.
Buna görə möhlət hüquqları dörd il müddətinə ləğv olunmuşdu. İkinci kursdan təhsilimi yarımçıq qoyub əsgərliyə yollandım. Atamın və xalam ərinin xüsusi səyi, general-mayor Mustafa Nəsirovun xeyir-duasıyla Sərhəd Qoşunlarına düşdüm. Özü də ki, Azərbaycan SSR ərazisində qulluq edəcəkdim – sərhədçi-tərcüməçi kimi. 40 nəfər tələbə-çağırışçı idik. Bu, general-mayor Mustafa Nəsirovun yeni bir addımı idi. Çünki sərhəddə azərbaycan və rus dillərini bilənlərə ehtiyac duyulurdu. Sərhədi pozan mülki vətəndaşların əksəriyyətinin İran azərbaycanlıları olduğuna görə.
Yox, yaman tələsdim. Əvvəlcə adım o siyahıya salındı. Başlandı yoxlama. Bir ay yarım çəkdi bu proses. Başqaları Biləcəri toplantı məntəqəsinə bir dəfə gedirdi. Bizi isə... Sayı yadımdan çıxıb. Yoxlamanın mahiyyətini sonralar başa düşdüm. Xaricdə qohumunun yaşayıb-yaşamaması, yaxınlarından kiminsə türmədə olub-olmaması, ailənin cəmiyyətdə tutduğu mövqe və sairə, ilaxır. Nəhayət yoxlamadan üzüağ çıxdım. Yox. Yalan dedim. Özü də ikiqat yalan danışdım. Demə, yoxlama hələ uzun müddət davam edəcəkmiş. Birinci yalanım üzə çıxanda bunu anladım.
Haşiyə: Artıq altı ay idi ki, zastavadaydım. “N” hərbi hissəsinin komandiri və Xüsusi şöbənin rəisi (Xüsusi şöbənin rəisi otryad içində ayrıca hərbi hissə sayılırdı – heç kimə tabe deyildi) podpolkovnik Qey zastavaya gələrək, məni sərhəddən geri çağırdı. Kənar külafirəngidə oturduq. Hal-əhval tutandan sonra keçdi mətləbə:
- İmamverdiyev, xaricdə qohumunuz olmasından sənin xəbərin vardımı?
- Var idi, - deyə həmən cavab verdim, - Atamın dayısı Məmməd inqilab vaxtı Türkiyəyə gedib və geri qayıtmayıb. 1972-ci ildə Bakıya da gəlmişdi. Onda balacaydım. Şəkillərimiz də var.
- Bəs onda niyə anketdə qeyd etməmisən?
- Ölən adamı niyə qeyd etməliydim ki?
- Hardan bilirsən ki, ölüb? Bir də ki, onun arvadı və uşaqları sağ deyillərmi?
- İstanbulda evlənmişdi - yerli ailədən. Onun nə arvadını, nə də uşaqlarını tanıyırdıq. O ki qaldı vəfat etməyinə... Qayıdandan bir müddət sonra bizə - atama, anama və mənə - viza göndərdi. Məmməd dayı elə bilibmiş ki, anam da atamın familiyasıyla gedir. Ona görə də qızlıq familiyasını saxlayan anamın soyadını “Rəhimova” yerinə “İmamverdiyeva” yazıb. Buna görə də vizanı texniki səhvə görə geri qaytardılar. Yenisi gələndən bir-iki gün sonra isə xəbər gəldi ki, bəs dayı rəhmətə gedib. Atam da səfərdən imtina etdi.
- Niyə?
- Dedi ki, uşaqlarını tanımıram. Ögey adamdırlar mənimçün. Mən dayıma görə gedirdim ora. O yoxdursa, getməyimin nə mənası?
Podpolkovnik Qey fikrə getdi. Yəqin ki, məndən başqa cavab gözləyirdi: “Bundan xəbərim olmayıb. Ona görə yazmamışam”. Mən isə təfərrüatıyla cavab vermişdim.
- İmamverdiyev, gəl belə danışaq. Biz sizə 10 günlük məzuniyyət veririk. Gedirsiz evə. Heç nə hiss etdirmədən, girin atanızın qılığına. Öyrənməyə çalışın ki, indi Türkiyədəki o ailəylə atanızın, ya qohumlarınızın bir əlaqəsi varmı?
- Mən getməyəcəyəm. Dəqiq bilirəm ki, əlaqə yoxdur. Nəinki əlaqə - heç onları tanımırlar da...
- Sən belə tez cavab vermə. Get. On gün də dincəl. Bəlkə nəsə əlaqə var?
İmtina etdim, nə qədər təkid etsə də... Yox, 10 günlük məzuniyyətdən imtina etdiyimə görə başıxarab deməyin mənə. Prinsip söhbəti vardı ortada. Lap birdən belə əlaqəni üzə çıxartsaydım. Belə çıxır ki, atamdan xəbərçilik etməliydim? Amma bu səhvə görə məni cəzalandıra, Cənub sərhədindən çıxarıb şimala - “Günəşli Maqadan”a da göndərə bilərdilər. Belə təhdidləri ara-sıra eşidirdik. Zastavamızda bu cür hadisə baş vermişdi də...
Amma mənə qaranlıq qaldı. Yarım ildən sonra bu nə hoqqa idi? Demə, yoxlama başa çaymayıbmış. Bir müddətdən sonra podpolkovnik Qey “Səni Moskvaya - “VŞK”ya oxumağa göndərmək istəyirik”,- dedi. İmtina etdim. Evin tək uşağı olduğumu, xidməti bitirəndən sonra evə qayıdacağımı bəhanə yox, əsas gətirdim. Sonralar başa düşdüm ki, VŞK - “Vısşaya Şkola KQB” - demək imiş. SSRİ-nin iki ən yüksək ali məktəbindən biri yox, bəlkə də birincisi. Əsgərliyi başa vuranda Qeyin daha bir təklifini rədd etdim - mən heç kimi sata bilmərəm - gülməli arqument gətirərək. Nə təklif? Dedi, Bakıya xəbər göndərmişəm ki, belə bir adam var. Yoxlamadan tam keçib. Səni Bakı dəmiryol vağzalında Azərbaycan “KQB”sindən (DTK) uşaqlar qarşılayacaq. Onlarla gedərsən. Evə getsən gərək səni təzədən yoxlamağa başlasınlar. Beləcə, 20 yaşına qədər bəxtimi iki dəfə bağladım. Yox. Üç dəfə. Bir dəfə də Əfqanıstana getmək şansım vardı.(SON)
Mahir, indi demək istəyirsən ki, əhali sayı bizdən üç dəfə az olan, iqtisadi, hərbi cəhətdən çökmüş Ermənistan Azərbaycanla sərhədi qorumaq üçün tam yoxlamadan keçmiş bu qədər əsgəri, xüsusi təhsil almış sərhədçi-zabiti, Azərbaycan dilini bilən, səlis yazıb-danışmağı bacaran kəşfiyyatçı zabit və əsgəri qısa müddət ərzində necə yetişdirəcək? Yaxud buna potensialı varmı? Həm də ki, bu sualı Azərbaycan tərəfə də ünvanla? Başüstə. Biz buna hazırıq. Çünki 30 ildir Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan, Tovuz, Gədəbəy sahəsini öz sərhədçilərimiz qoruyur. Bazamız var. Səhv etmirəmsə bəzi ali məktəblərimizdə də erməni dili tədris olunur. Erməni dilində orta təhsil almış və illər boyu ata-baba torpaqlarından didərgin salınmış nə qədər qaçqınımız var. Ermənilər yox, məhz onlar indiki Ermənistan ərazisinin hər qarışını, keçidini əzbər bilirlər. Onların hər biri potensial kəşfiyyatçı, kəşfiyyatçı-sərhədçidir. Elələri Ermənistanda da var? Bir şeyi qarışdırmayın. Bu torpaqlar bizimdir. Biz onlar kimi qəsbkar deyilik. Öz torpaqlarımızı qismən qaytarmışıq, qaytarmaq missiyasını da davam etdirməliyik. İndiki Ermənistan ərazisinin bizim torpaqlar olduğunu sübut edim? Başüstə:
ПРОТОКОЛ №3
Заседания Мусульманского Национального Совета
г. Тифлис 29 мая 1918 г.
Председатель Гасанбек Агаев
Секретарь М.Махсудов
Присутствовали: 1) Ф.Х.Хойский; 2) М.Ю.Джафаров; 3) М.Б.Гаджинс-кий; 4) Ал.Б.Махмудбеков; 5) Ф.Б.Кочарлинский; 6) Дж.Мелик-Еганов; 7) Р.Б.Векилов 8) Г.Б.Шахтахтинский; 9) Ах.Ахундов; 10) М.К.Мамедбе-
ков; 11) А.Шейхуль-Исламов; 12) М.Магеррамов; 13) Х.Б.Хасмамедов; 14) Дж.Б.Гаджинский; 15) С.А.Агамалов; 16) Шарифов.
На открытии заседания член Совета Ф.Х.Хойский докладывает Совету о результатах переговоров представителей Совета с представителями Ар-мянского Национального Совета по поводу границы территории Азер-байджанской и Армянской Федераций. Ф.Х.Хойский закончил свой док-лад сообщением, что для образования Армянской Федерации им нужен политический центр, а таковым после отхода Александрополя к Турции может быть только Эриван, а потому уступка Эривани армянам, сказал Хойский, является неизбежной.
По этому вопросу высказались Х.Б.Хасмамедов, М.Ю.Джафаров, Шей-хуль-Исламов (последний от имени партии "Гуммет"), М.Магеррамов (от имени Соц.Мус.блока), которые признают уступку Эривани армянам исторической необходимостью, неизбежным злом. Голосование по этому вопросу дало следующие результаты: за уступку Эривани подается 16 го-лосов из 28 общего числа: против - один; воздержавшихся - трое.
Затем ставится на обсуждение вопрос об образовании с армянами конфе-дерации. Затем после краткого обмена мнениями этот вопрос ставится на голосование. Такой порядок будущего устройства Азербайджана и Армении Советом принимается единогласно. Далее член Совета Ф.Х.Хойский вносит предложение о включении в состав Национального Совета Теймурбека Макинского путем кооптации, что Советом прини-мается единогласно.
Председатель /подпись/ Гасанбек Агаев
Секретарь /подпись/ М.Махсудов
ГААР, ф.970, on.1, д.1, лл.51, 52 (копия)
Cavabım qane etdimi? Bu protokolda qeyd edilən konfederasiya məsələsini, yekdilliklə səs alan - “Затем ставится на обсуждение вопрос об образова-нии с армянами конфедерации. Затем после краткого обмена мнениями этот вопрос ставится на голосование. Такой порядок будущего устрой-ства Азербайджана и Армении Советом принимается единогласно.” qərarını bəs necə edək? Axı 44 günlük savaşda 1988-ci ildən başlayan 33 illik müharibəni udmuşuq. Amma 1918-ci ildə başlanan 103 illik müharibə hələ də davam edir. Bəlkə məqamdır? Tarixi sənədin müddəalarını həyata keçirmək vaxtıdır bəlkə? Onda heç mənim sərhəddən yazmağıma da ehtiyac yoxdur. Çünki Azərbaycan-Ermənistan sərhədi də olmayacaq. Amma yox. Zamanı qabaqlamayım. Həm də ki, bu yazı bir yazıçının, publisistin keçdiyi iki illik həyat yolunun mövzuyauyğun qısa xülasəsidir. Qoyduğu suala - “Ermənistan Azərbaycanla sərhədi özü qorumaq iqtidarındadırmı?” sualına dolayısıyla verdiyi cavabdır. Tələsməyin. Deməyin ki, bu şərəfli missiyanı onlar rus sərhədçilərinə həvalə edəcəklər. Necə ki, əvvəllər də belə olub. Vikipediyaya inansaq hazırda Rusiya Sərhəd Qoşunlarının Ermənistanda dörd sərhəd otryadı fəaliyyət göstərir.
Amma inanmıram ki, əlavə olaraq bu boyda - 1007 kilometrlik Ermənistan-Azərbaycan sərhədini qorumağa, yenidən yaratmağa onun da gücü çatsın. Bir də ki, niyə qorumalıdır axı? Lap belə olsa... Bəs onda öz şərəfini, torpağını, namusunu, qeyrətini, evini qorumağı yada tapşıranlara nə ad qoyaq? Yox, Mahir, hələ tezdir nəticə çıxarmaq. Sən davam elə. Nəticə özü ortaya çıxacaq.
Sərhəd qəliz məsələdir
İlk baxışdan sadə görünür: çöllü-biyaban, tikanlı məftillər, göz gördükcə uzanan “KSP” (kontrolno-sledovaya polosa) - nəzarət-ləpir zolağı, bir də üç sərhədçidən və xüsusi təlim görmüş itdən ibarət və müxtəlif silah-sursatlı sərhəd naryadı. Yaxud da ki, hündür vışkadan TPB ilə, binoklla ətrafa nəzər salan siluet. Mülki əhalinin gördüyü bunlardır. Bu qədər sadə. Mən də uşaqlıqda belə düşünürdüm. Hər dəfə Lənkərana, Astaraya gedəndə gördüyüm sərhəddən aldığım təəssürat beləydi. Amma özüm iki illik sərhəd həyatını yaşayandan sonra...
Sovet sərhədçisi ilk addımlarını üç aylıq “uçebka”da – təlim mərkəzində atmağa başlayırdı. Bu kurslar isə otryadlarda təşkil olunurdu. Üç aydan sonra isə təlim görmüş sərhədçilər zastavalara və otryadın nəzdində olan vzvodlara, KPP-lərə (Nəzarət buraxılış məntəqəsi), komendaturalara... bölüşdürülürdü. Məhz bu ərəfədə köhnələrin demobilizasiyası başlanırdı. Yəni ki, sərhədçilər başqa qoşun növlərində olduğu kimi iki il yox, iki-üç ay artıq xidmət edirdilər. Səfərbərlik isə ildə iki dəfə olurdu. Yaz və payız səfərbərliyi.
Otryad bir mərkəz idi. İyirmiyə yaxın zastavanı, bir və ya iki komendatura, KPP və müxtəlif hərbi və təsərrüfat obyektlərini özündə birləşdirirdi. Başqa bölmələr də vardı. Mən gördüklərimi deyirəm. Bunları niyə deyirəm? Əgər sərhəd yeni salınırsa, inşa olunacaq otryadların, zastavaların, komendaturaların, sərhəd-keçid məntəqələrinin... tikintisinə xərclənəcək vəsaiti göz önünə gətirməyinizi istəyirəm. Təqribi, heç bir rəqəm demədən.
Otryadda 1000-1500 nəfərin yerləşməsi, yeməyi, tibbi (uçebka dövrü də nəzərə alınır) təminatı və digər zəruri ehtiyacları (ərzaq, geyim, hərbi sursat anbarları, qaraj, yanacaq çənləri, kotelnilər, işıq, su, daş kömür təminatı və s.) üçün tikililər. İldə iki dəfə geyimlərin təzələnməsi. Mebel, məişət texnikası təminatı. Zabit və praporşik heyətinin və ailə üzvlərinin yaşaması üçün mənzillər. Xüsusi təyinatlı, yəni kinoloq (it təlimçiləri) və rabitəçilərin yetişdirilməsi üçün 6 aylıq serjant kursları. Silah-sursat, maaş... Əlbəttə ki, mən hamısını əhatə edə bilmərəm. Hələ bu, mən əsgərin gördükləridir. Yəqin başqa incəliklər də olub. Və bütün bunlar təkcə otrayada aiddir. Komendaturalar isə otryadların kiçik filialı sayıla bilər. Əlbəttə ki, təhcizat baxımından. Otryadlar sovet vaxtı zastavalardan uzaq yerləşirdi. Komendaturalar isə sərhədin yaxınlığında. Bura iri anbarlar və digər bölmələr aid idi.
Zastavalar
Zastavaların qarşısına qoyulan vəzifə konkret idi. Onların mühafizə etdiyi müəyyən bir sahə vardı. Rəqəmlə deyim aydın olsun. Bizim zastava sərhədin 8 kilometrinə cavabdeh idi. Üstəlik sərhəd komissarlığı da bizim nəzarətimizdə idi. Bundan əlavə qonşu dövlətlə birgə işlədilən obyektə mülki əhalinin buraxılışını da biz həyata keçirirdik. Hamısı da saatbasaat, dəqiqəbədəqiqə qeydə alınırdı. Ən böyük qeydiyyatı isə zastava rəisi edirdi. Qalın iri bir kitab idi. Diyircəkli qələmlə yox, çəhrayı mürəkkəblə aparılırdı qeydlər. Dəqiq bilmirəm, bəlkə də min səhifəlik bir kitab idi. Bu kitabın mahiyyətini başa düşəndə canıma əsməcə düşdü. Demə, “Boevoy rasçyot” adlandıran bu qalın kitaba, bütün naryadların gündəlik hərəkət trayektoriyası, vaxtı və adları yazılır. Yanında da baş sərhədçilər imza qoyurlar. Əgər iki il ərzində sənin qoruduğun sahədə nəsə bir sərhəd pozuntusu baş veribsə, amma bilinməyib, sonralar üzə çıxıbsa, səni cinayət məsuliyyətinə cəlb edə bilərdilər. Sərhəd naryadının başçısını 7, kiçik sərhədçiləri 5 il həbs gözləyirdi.
Bir balaca açıqlama verim, tam aydın olsun. Kimsə sərhədi pozub SSRİ ərazisinə keçib. Amma aşkar olunmayıb. Müəyyən müddətdən sonra isə geri qayıtmaq istəyir. Qayıdarkən onu həbs edirlər. Soruşurlar ki, bəs bu tərəfə necə keçmisən? O da keçdiyi yeri nişan verir. Lap nə qədər vaxt keçsin. Kitabı açırlar və o vaxt həmin dəqiqədə o sahədə kimin xidmət apardığını müəyyən edirlər. Sonrasına isə hərbi tribunal qərar verir. Mənim iki illik xidmət dövrümdə iki sərhəd pozuntusu baş vermişdi. İki idman təyyarəsi və karate üzrə çempion sərhədi pozmuşdu. İki idman təyyarəsindən biri xarab olub fermanın yanında məcburi eniş etmişdi. O birini isə pilotlarımız bir az aralıda yerə endirmişdilər. Karateçi isə mənim başçılıq etdiyim naryadın keşik çəkdiyi ərazidən biz çıxandan yarım saat sonra keçmişdi sərhədi. Bəxtim gətirmişdi. Necə keçmişdi? Neçə gün qatarların ordan keçmək qrafikini izləyib. Sonra SSRİ ərazisinə keçmək qərarı verib. Tikanlı məftillərin üstündən hoppananda barmağı məftilə ilişib və həyəcan siqnalı zastavaya verilib. Sərhəd pozucusu dəmiryoluna tərəf irəliləsə də qatara minə bilməyib. Demə qatar həmin gün əvvəlki günlərdən fərqli olaraq qrafikəuyğun hərəkət edibmiş. Cəhdinin boşa çıxdığını, ərazinin hər tərəfdən sərhədçilər və yerli əhali tərəfindən üzük qaşı kimi mühasirəyə alındığını görən casusun isə təslim olmaqdan başqa əlacı qalmamışdı. Bəs günahkar kim idi? Sərhədpozucusu tapılmasaydı günahkar axtaracaqdılar. Amma xoş sonluqla bitən insidentə görə zastava rəisinə töhmət, sonra isə medal verdilər.
Mövzudan uzaqlaşdım. Zastava müəyyən bir əraziyə cavabdehdir. Tutaq ki, bu rəqəmi 8 km götürək. Azərbaycanla 1007 kilometrlik sərhəddə Ermənistan neçə zastava tikməlidir? 1007-ni 8-ə bölsək 126 edir. Hər zastavada 65 əsgər və 5 zabit-praporşik heyəti üçün bina, ailələri üçün ev, anbarlar, qaraj, blindaj, vışka, kinoloji baryerlərin tikintisi. Yüz kilometrlərlə uzunluqda paslanmayan məftillər, elektrik naqilləri, rabitə xətləri. Üstə gəl sərhəd boyu taxta şalbanların basdırılıb, üzərinə tikanlı məftillərin bərkidilməsi, dayaqların arasının qazılaraq beton plitələrlə “protivopodkop” tədbirlərinin görülməsi, tikanlı məftillərin üzüklər vasitəsilə rabitə-elektrik sisteminə qoşulması. Sərhədboyu vışkaların ucaldılması, RLS mərkəzlərin tikilməsi, projektor maşınların yerləşdirilməsi. Torpağın şumlanıb, daşlardan təmizlənərək nəzarət-ləpir zolağının salınması və daha başqa xırdalıqlar.
Bu yazdıqlarımı pulla ölçün və vurun 126-ya. Özü də ki, bu, sovet dövrünün zastava tələbləri idi. Sadaladıqlarım yalnız tikinti məsələləridir. Bəs hərbi heyət, onun qidalanması, geyimi, silah-sursatı? Bəs 9-13 il ömrü olan 5-6 alman ovçarkası, lazım gələrsə atlar, onların yemi, dərmanı, təlimi? Bəs kazarmaların, yeməkxananın mebel və avadanlıqlarla, istilik, qaz, su, enerji təchizatı? Bəs rabitə avadanlıqları, binokl və rabitə, KRS rabitə cihazları? Bəs işıq kəsilərsə zəruri generatorlar? Mütəmadi təlimlər. Bəs zabit-praporşiklərin və onların ailələrinin yaşaması üçün mənzillər, məişət şəraiti, “payokları”, “kazyonnı” mebellər, maaş, ezamiyyə, öz vətənlərinə ildə bir dəfə ailəsiqarışıq məzuniyyət xərcləri? Bəs hərbi maşınlar, onların ehtiyat hissələri, benzini..? Lap başım şişdi. Zastavalardan sonra onlarla komendaturanı, ən aşağısı 6 otryadı, nəzarət-buraxılış məntəqələrini, vertolyotları, daha nəyi və bilmədiyim nələri yazmamışam hələ. Hələ dağlıq ərazilərdə olacaq zastavaların spesifikalarını demirəm.
Komplektasiya
SSRİ kimi fövqəl-dövlət sərhədlərinin qorunmasına nə qədər ciddi yanaşsa da, canlı qüvvə baxımından komplektasiyada axsamalar vardı. Çin və Türkiyəylə sərhəd isə xüsusi qorunurdu. Çinlə sərhəddə üç nəfər yox, 10 nəfərlik bölmə naryada çıxırdı. Türkiyə isə NATO üzvü kimi təhlükəli sayıldığından və onunla pozucuların mübadilə müqaviləsi olmadığından ikiqat mühəndis qurğularla, geniş sərhəd zonasıyla qorunurdu. Bunu siyasi dərslərdə zabitlər danışırdılar bizə. Zastavamızda komplektasiya 60-65 nəfər olmalıydı. Amma ən yaxşı halda bu rəqəm 50-ni keçmirdi. Ən çox əziyyət çəkdiyimiz vaxtlar isə demobilizasiya zamanı olurdu. Dembllər gedəndə, elə olub ki, sərhədi 28 nəfərlə qorumuşuq. Sutkanın 14 saatını sərhəddə olurduq. Ona görə də inanmıram ki, Rusiya sərhədçiləri kiçik qardaşlarına bu sahədə kömək etsinlər. SSRİ-dən miras qalmış hazır zastava və otryadlarda xidmət aparmaq başqa... Özü də ki, sovet dağılanda ruslar heç ordan çıxmamışdılar da... Türkiyə-Ermənistan sərhədi onlar üçün daha məsuliyyətli yer sayılır. Gümridə yerləşən Rusiya hərbi bazası da məhz o sərhədi möhkəmləndirmək üçün saxlanılıb. Azərbaycan-Ermənistan sərhədi isə yenidən tikilməlidir. Yuxarıda sadaladıqlarım işin bir tərəfidir. Hər bir sərhədin arxasında tanklar, qırıcı təyyarələr, bir sözlə ordu durmalıdır. Ki, təcavüz zamanı hərəkətə keçsinlər. Sizcə Rusiya bu işə qol qoyarmı?
Haşiyə: Bunu bizə siyasi dərslərdə danışmışdılar bizə. Sovet dövrü İranla sərhəd də ciddi qorunurmuş. Amma İran bu məsələlərə çox da ciddi yanaşmırmış. Onların bir səlahiyyətlisindən soruşanda ki, bəs, ağayi-filankəs, siz niyə belə edirsiniz? Niyə sərhədin siz tərəfində boşluqlar var? Mal-qara, çoban, mülki əhali dumanda azanda, yaxud da adamlar təsadüfdən, ya da qeyri-təsadüfdən keçir sərhədi. Həmin adamın cavabı bilirsinizmi necə olmuşdu? “Şurəvilər qoruyur da sərhədi. Aramızda müqavilə də var. Siz tərəfə keçəndə, tutub geri qaytarırsınız. Biz tərəfə keçəndə, xəbər verirsiniz, tuturuq. Daha nə lüzum bu qədər xərc çəkək?” (SON)
Nəhayət gələk başlıqdakı suala. Yəqin əmin oldunuz ki, Ermənistan Azərbaycanla sərhədi qorumağa qadir deyil. Bəlkə buna ehtiyac da duymayacaq. Çünki Azərbaycan onsuz da öz sərhədini göz bəbəyi kimi qoruyacaq. Bəs xalqına bunu necə izah edəcək? Bunu sübut etməyə nə var ki? Rəsmilər ayda bir dəfə beynəlxalq təşkilatlara yalandan məktub yazıb, bir ağız banlayacaqlar ki, bəs Azərbaycan filan gölü tutub, bizim filan ərazimizə öz bayrağını sancıb, traktorçuya güllə atıb, əsgəri yaralayıb... Bununla da xalqına “Sərhədlərimizi göz bəbəyi kimi qoruyuruq” xülyasını yedizdirəcəklər. Necə ki, neçə on illiklərdir Böyük Ermənistan xülyasıyla ovsunlayıblar.
Çox əminliklə danışırsan, Mahir! Yəni biz yuxarıda sadaladıqlarının öhdəsindən gələcəyik? Bəli. Buna əminəm. Müstəqillik qazandıqdan sonra İranla sərhəddə infrastruktur olsa da, Rusiya və Gürcüstanla sərhəd tamamilə açıq idi. Üstəlik İranla sərhədin bir hissəsi ermənilərin zəbt etdiyi ərazilərə düşürdü. Ölkə müharibə şəraitində idi. Milyonlarla qaçqını vardı. Bu ağır vəziyyətdə başlandı sərhəd quruculuğu. Yerli icra orqanları onların balansında olan sərhədyanı bəzi obyektləri sərhədçilərin ixtiyarına verdilər. Kimsə qıraqdan yardım etmirdi bizə. Bircə ABŞ iki nəzarət kateri söz vermişdi. Onlardan da deyəsən biri gəlib çıxdı Azərbaycana. Kadr qıtlığı da öz sözünü deyirdi. Təsadüfi adamların bu sahəyə ayaq açması isə... Pisi yada salmağı xoşlamıram. Komandan, general-mayor Abbasəli Novruzov məhdud maliyyəylə əlindən gələni etdi. Amma boşluqlar qalmaqdaydı. Elçin Quliyevin komandanlıq dövrünü isə Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının intibah dövrü adlandırmaq olar. Son 44 günlük müharibədə isə sərhədçilərimizin şücaəti, qəhrəmanlığı göz önündədir. Elçin Quliyev isə bir daha sübut etdi ki, Ali Baş komandanımıza, xalqımıza layiq sərkərdədir.
1007 kilometrlik sərhədin Naxçıvan hissəsini çıxsaq, qalan ərazilərdə işlərə başlanılıb. Bundan xəbərim var. Yəqin ki, bir azdan mənə də doğma olan Sərhəd Xidmətinin xoş sədalarını tez-tez eşidəcəyik. Zastavaların ayrı-ayrı açılmasını car çəkməzlər yəqin. Yalnız otryadları deyəcəklər. Ordan da özünüz nəticə çıxarın ki, bir otryad yaradılması nə deməkdir. Əlbəttə ki, bu yazımda verdiyim bəsit bilgiləri yaddan çıxartmamaq şərtiylə.
Sərhədlərimiz etibarlı qorunur. Çünki gecəsi-gündüzü olmayan sərhədçilərimizin arxasında həm də müzəffər Azərbaycan ordusu durur. Kosmosda dövrə vuran peyklərimiz, Haroplarımız, Bayrakdarlarımız, müasir elektron izləmə cihazlarımız, müasir silah-sursatımız onun gücünə güc qatır. O vaxt evdəkilərə məktub yazanda “rahat yata bilərsiniz. Sərhəddə mən dayanmışam” deyirdim. Bu gün isə özüm rahat yatıram. Buna görə isə sərhədçilərimizə borcluyam, borcluyuq.
İran TIRları və “Mikoyan” kolbasası
Yox, elə düşünməyin ki, İran TIRları bizim ermənilər yaşayan, Rusiya sülhməramlılarının qoruduğu əraziyə “Mikoyan” kolbasası daşıyır. Əsla. Haramdır. Rusiya istehsalı olan, “Mikoyan” ticarət markalı kolbasaların tərkibində müsəlmanlar üçün haram buyrulan donuz əti var. Maşına yükləsələr, onun pak edilməsi üçün gərək bütün TIR yandırılsın. Baxmayaraq ki, “kolbasa” sözü təmiz türk sözü olaraq “qol bas”, yəni ki, “əti bağırsağın içinə qolla bas” ifadəsindən götürülüb. İndi deyəcəksiniz ki, “donuz əti haramdır” ifadəsi burda heç yerinə düşmür. Düzdür. Axı ermənilər kababı da donuz ətindən çəkirlər. Dolmanın içinə də donuz əti qoyurlar. İslam Respublikası olan İran isə bu haram yeyənlərlə əlaqələr qurur. Hətta iyirmi beş minlik Xankəndi ermənilərini də yaddan çıxartmır. Lap çaşdırdınız məni suallarınızla. Qoy yazım qurtarım, sonra öz fikirlərinizi yürüdərsiniz.
AzTV-nin Xəbərlər proqramında işləyirdim. Dükanları gəzəndə Moskvanın “Mikoyan” ticarət markalı kolbasalarına rast gəldim. Düzü bu ad çox pis təsir etdi mənə. Bu familiyanın kimə aid olması heç maraqlandırmadı məni. Anastası da tanıyırdım, qardaşını da... Sadəcə, erməni adlı məhsulun dükanlarımızın piştaxtasında görməyim bəs idi. Aşıqlar kimi - dillə desəm dilim yanar ifadəsini bayraq edib, kameranı götürüb, düşdüm mağazaların canına. Lentə aldım bu erməni adlı kolbasanı satanları və dükanları. Kadrarxası mətni yazıb, materialı hazırladım. Nizami Xudiyevin AzTV-yə rəhbərlik etdiyi dövrdə belə bir qayda vardı. Siyasi və tənqidi materiallara hökmən sədr özü baxmalıydı. Baş redaktorumuz Allahverdi Məmmədov da bu qaydaya əməl edib, videomaterialı Nizami müəllimə göstərdi.
Mən də müəllif kimi qəbul otağında gözləyirdim. Bir də gördüm ki, məni otağa çağırırlar. Girdim içəri.
- Bala, - deyə Nizami müəllim Naxçıvan ləhcəsinə özünəməxsus şirinlik verərək danışmağa başladı, - Biz heç kimə deyə bilmərik ki, bu kolbasanı sat, o kolbasanı satma. Bu, Rusiyanın məhsuludur. Qadağan olunmayıb. Sən get kadrarxası mətndə dəyişiklik elə. Yaz ki, Rusiyada müxtəlif markalı kolbasalar satılır - çeşid-çeşid. Hamısı da keyfiyyətli, dadlı. Nə vacib idi ki, bu qədər ticarət markası olduğu halda məhz erməni adlı kolbasanı alıb respublikaya gətirmək? Sualı bu cür qoy. Dəyişdir, ver efirə.
Nizami müəllim deyən kimi də elədim. Effekti oldu. Bu tip kolbasalar satışdan yığışdırıldı. Girişinə sərhəddən qadağa qoyuldu.
HAŞİYƏ: İş yoldaşlarımdan biri bu süjeti görüb özündən çıxdı: “Nə olsun ki, adı Mikoyandır? Çox dadlı kolbasadır. Onda gərək “MiQ” qırıcı təyyarələrindən də istifadə etməyək ki, nədi-nədi adı ermənicədir? Anastas Mikoyanın qardaşı, iki də Sovet İttifaqı Qəhrəmanı Artyom Mikoyan düzəldib?”(SON)
İndi soruşacaqsınız ki, iyirmi il bündan qabaq baş verən xırda bir hadisəni niyə Mahir məhz bu gün belə qabardır?
İran TIR-ları Azərbaycanın Xankəndi ərazisində yaşayan ermənilərə tonlarla mal daşıyır. İçində nə var, bilmirəm. Bu qanunsuz hərəkətə hamımız narazılığımızı bildirdik - rəsmi və ya sosial şəbəkələrdə. Prezidentimiz İlham Əliyevin yanaşması isə çox orijinal idi: “Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu TIRlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər TIR girdi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran TIRlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o TIRın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIRların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”
Məhz son üç cümlə o vaxt “Mikoyan” kolbasasıyla bağlı narahatlığımı, bunu ictimailəşdirməyimi yadıma saldı. Dükanlardan “Mikoyan” kolbasası yığışdırıldı. Bu, xırda bir şey idi. İndi isə beynəlxalq miqyasda tədbir görüldü. İran TIRlarının ayağı, daha doğrusu təkərləri Xankəndindən kəsildi. Bir neçə xəbərdarlıqdan sonra. Amma dövlət başçısının siyasi, daha çox insani qiyməti mənə o vaxtı yadıma saldı: “İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”
Bu qədər. Allah prezidentimizə uzun ömür versin, sədrim olmuş ictimai-siyasi xadim Nizami Xudiyevə isə min rəhmət.
Bizim general Əfqan Nağıyev
Çox istərdim ki, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirinin müəllifi, Xalq şairi Qabil bu gün sağ olaydı. Valideynlərini son 30 il ərzində itirən bütün övladlar yəqin ki, belə düşünür. O cümlədən prezidentimiz İlham Əliyev də... Qələbə günlərimizi görmək onlara nəsib olmadı. Amma bu son bir ilin zaman kəsiyində atamın sağ qalıb daha bir gerçəkliyə şahidlik etməsini də istədim. Buna səbəb 8 fevral 1995-ci ildə yazdığı,
Çeçen aullarında
Xalq torpaq vayındadır
Sinəsində avtomat.
Nəsimi bazarında
Xalq qarın hayındadır
Əlində ölü manat.
Bomba yağmurlarından
Çeçen xərabələri
Xalqın şöhrət tacıdır.
Bir daşı laxlamayan,
Gəlməylə dolub daşan,
Qaçqınla dolub daşan,
Köçkünlə dolub daşan,
Veyillə dolub daşan,
Möhtəkirlə, qatillə,
Düşgünlə dolub-daşan
Bu adlı-sanlı Bakı,
Tarixi şanlı Bakı
Sədəqə möhtacıdır.
misralarıyla başlanan “Nəsimi bazarında” şeiri idi. Bakının Nəsimi bazarında gördükləriylə Çeçen aullarında xalqın rus ordusuyla savaşına bir Xalq şairinin özəl baxışları və uğurlu müqayisəsi. Bu yazımda şeiri misra-misra verib, müzakirə etmək deyil fikrim. Bircə bəndinə görə xatırladım o zaman kəsiyinin inikası olan poeziya nümunəsini. Hansı bənddir?
Nəsimi bazarında
Vur çattasındı, vallah!
Babək də, Koroğlu da
Nağıl Ac-ındı, vallah!
Azərbaycan torpağı
Doludur generalla.
Bir general, ay çeçen,
Sənin bəsindi, vallah...
Əlbəttə ki, çeçen general deyəndə şair Qabil Çeçenistanın o vaxtkı prezidenti Cövhər Dudayevi nəzərdə tuturdu. Görəsən bu günləri görsəydi, Qarabağ müharibəsində indiki generalların - həm cəbhədə, həm qərargahda - göstərdikləri qəhrəmanlığa şahidlik etsəydi nə deyərdi? Şeirindənmi imtina edərdi? Yox. Çünki dövran, zəmanə yazmışdı o şeiri. Yəqin ki, yenisini yazardı. Bu qəhrəman generallarımızı, zabitlərimizi, əsgərlərimizi bu gün hamı tanıyır, şəhidlərimizə rəhmət, yaralılara şəfa, qazilərimizə uzun ömür diləyir. Niyə “Qarabağ əlilləri” ifadəsi işlətmədim? Çünki onların yarası heç vaxt sağalmayacaq. Onlar da, qazilər də hər gecə yuxularında döyüşə gedəcəklər. Ruhən Vətən yarasını sağaltdıqlarına görə rahatdırlar. Amma yanında mərmi partlamasından tikə-tikə olan döyüş yoldaşlarının qarşısında özlərini günahkar sayırlar. Nə qədər qayğıyla əhatə olunsalar da, olunmasalar da. “Təki mən də dostumla şəhid olaydım” ifadəsi də dillərindədir. Bunu hardan bilirəm? Çünki bu 44 günlük savaşda bədnam hərbi termin olan “fərari” ifadəsinə heç kim rast gəlmədi. Ona görə də “əlil” adını, üstəlik də qruplara bölünməsini onlara yaraşdırmıram. Sağ qalanlar da, fiziki imkanlarını itirənlər də hamısı yaralı sayılır. Bəziləri bəlkə də ömürlük kabab, qaralı plov yeməyə də həsrət qalacaqlar. Qurbanlıq kəsiləndə isə… Çünki… Bu döyüşlərə rəhbərlik edən generallar isə… Axı ölən və yaralananlara onlar tabeçiliklərində olan zabit və əsgərlər kimi baxmayıblar. Onlar generalların silahdaşlarıydı. Bərabər idilər. Eyni qabdan su içir, eyni kotyoldan yemək yeyirdilər. Döyüş meydanında hamı bərabərdir, hamı əsgərdir. Arxa cəbhədəki ata-ana isə öz övladını bu ata komandanlara, bu ata komandirlərə əmanət etmişdilər – diri, sağ-salamat, şaquli vəziyyətdə. O isə bəzi silahdaşlarını geriyə üfüqi vəziyyətdə göndərirdi: bəzilərini xərəkdə, bəzilərini tabutda. Bu döyüş meydanında generallarımızdan da böyük var idi. Bütün məsuliyyəti öz üzərinə götürən, hamının 30 il gözlədiyi “İRƏLİ” əmrini verməyə özündə güc tapan, özü də hərbi geyim geyən Ali Baş Komandan.
Girişim bundan da böyük ola bilərdi. Amma başlığı niyə belə qoymağıma hamınız təəccübləndiz. Axı niyə məhz “Bizim general Əfqan Nağıyev”? Ümumilikdə bu yazını bütün generallarımıza aid edə bilməzdinmi? Həm də ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin hələ ki, ictimaiyyətə çox da açıqlanmayan, yazılmayan 44 günlük xidmətlərindən, qəhrəmanlığından, bacarıqlı hərbi xadim kimi özünü göstərməsindən, “Qarabağ” ordeniylə, Cəbrayıl, Zəngilan, Füzuli rayonlarının azad olunmasına görə medallarıyla təltif olunmasından demək olar ki, bir il keçib. Niyə indiyə qədər yazmadın onun barəsində? Bəs həbs olunanda niyə müdafiəsinə qalxmadın? Düz fikirləşirsiniz. Amma səbəb var. Bir az əvvəldən başlayaq. Yavaş-yavaş gələk bu günlərə.
Tələbəlik illəri
1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Amma bundan bir il sonra xəbər tutdum ki, demə eyni vaxtda Əfqan Nağıyev adlı bir abituriyent də tələbə adını qazanıb. Fizika fakültəsində oxuyur. Gələcəyin fiziki və ya fizika müəllimi olmaq arzusundadır. Bunu bir ildən sonra bildim - təsadüfən. Təsadüf də ondan ibarət idi ki, mən onların qrupunda oxuyan bir qıza aşiq olmuşdum. Onlara nə? Necə yəni nə? O vaxtın cayılları belə şeylərə pis baxırdılar. Qrup yoldaşıyla qabağımı da kəsdilər. Hətta ultimatum da verdilər ki, bir də sən o qızın dalıyca gəlsən... Xırdalıqlara çox da varmayaq. Yox, döymədilər. Başqa səbəb var idi. Əfqanın dostu istəmirdi ki, qoz ağacına ondan başqa da daş atan olsun. Hər halda mən belə başa düşdüm. Əsgərlikdən qayıdandan sonra isə münasibətlər normallaşdı. Niyə? Dedim axı xırdalıqlara varmayaq...
General-leytenant Əfqan Nağıyevlə ilk tanışlığım belə başladı.
Yasda ikinci tanışlıq
Xalam Raisə generalşa idi. Sərhəd Qoşunları komandanı olmuş Abbasəli Novruzovun həyat yoldaşıydı. Rəhmətə gedən günün səhəriydi. Məclisdə oturmuşduq. Sərhəd Qoşunları Aparatının rəisi, general-mayor Elçin İbrahimova zəng etdim ki, bir söz soruşum. Dedi ki, yoldayam, gəlirəm. Orda danışarıq. Elçin atamın dayısı oğlu olan Zaurun oğludur. Dayınəvəsi-bibnəvəsi sayılırıq. Yasdan çıxanda hündür, enlikürək, general geyimində birinin bizə yaxınlaşdığını, gülə-gülə yaxınlaşdığını gördüm. Görüşdü, hal-əhval tutdu.
- Mahir tanımadın? - deyə Elçin soruşdu.
Gözlərimi döydüm, - Əfqandır da... tələbə yoldaşın.
30 il az vaxt deyildi. Çox dəyişmişdi. General forması çox yaraşırdı. İkinci, yəqin sonuncu görüşümüz də belə baş verdi. Niyə sonuncu? Həyat davam edir? Özü də ki, sən sağ, o sağ. Sonda deyərəm.
Əfqanı müdafiə edən yazını niyə yazmadım?
Atam vəzifədə olmayan, vəzifədən çıxan insanlara daha hörmətlə yanaşırdı. Yəqin ki, onun bu xüsusiyyətinə verilən, “Qabil, sən kişi adamsan” qiymətini yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dilindən də eşitmisiniz. 70 illik yubileydən sonrakı görüşün videosu yutubda var. Bu xasiyyəti mənə də keçib. Əlbəttə ki, pis oldum Əfqanın həbs xəbərini eşidəndə, sosial şəbəkələrdə yayılan hədyanlardan. Məhkəmə hökmü, qərarı olmadan insana necə cinayətkar demək olar? Amma bir ümid vardı içimdə. Çünki yaxşıya pis demək, öndə gedənin ayağını çəkmək köhnə adətimizdir. Böyük adamların cəzası isə böyük olar. Ancaq onu general kimi də yaxşı tanımırdım. Sovet dövründə “ştabnaya krısa” ifadəsi vardı. Elə bilirdim ki, o da...
Maraşal Rokossovski və Əfqan Nağıyev
Hərbidə keçdiyi yola nəzər salsaq Sovet İttifaqı Marşalı Rokossovkiylə Əfqan Nağıyevi müqayisə etmək düzgün qarşılanmaz. Amma başlarına gələn bir hadisədə nədənsə onlarda bir oxşarlıq gördüm. Yazımda Rokossovskinin qəhrəmanlıqlarını, titullarını, təltiflərini sadalamaq fikrim yoxdur. Kim tanımırsa internetdə tapıb oxuya bilər. Bir məqamı nəzərinizə çatdıracağam.
HAŞİYƏ: Həyat yoldaşım Sevinc xanım uşaq həkimidir. Axşam vaxtıydı. Bir ailə evimizə gəldi. Uşağı qızdırmadan yanırdı. Ata sərhədçi – praporşik idi. Mən də sərhədçi olduğumu dedim. 1985-87-ci illərdə Horadizin “İstoma”sında qulluq etdiyimi bildirdim. Söhbət əsnasında Əfqan Nağıyevin də “vurulmasını” təəssüflə bildirdim. O isə güldü. “Nə “vurulmaq”, Mahir müəllim? Əfqan Nağıyev müharibədə vuruşur. Başqa heç nə deyə bilmərəm. Amma ümumi deyim ki, xoş sədaları gəlir. Yəqin nə vaxtsa açıqlanacaq”. Sevindim. Bu an nədənsə Rokossovski yadıma düşdü. Düz də düşdü. (SON)
1937-ci ildə böhtan xarakterli üzədurmalarla həbs olunan və üç il “KQB”-nin “podvalında” saxlanan Rokossovski 1940-cı ildə, Böyük Vətən müharibəsi öncəsi həbsdən buraxılır. Ona general-mayor rütbəsi verilir və böyük hərbi vəzifəyə təyin olunur. Marşal Jukovla bir kursda müdavim olması, Jukovun onu yaxından tanıması, qiymətləndirməsi bu dahi sərkərdəni uçuz, layiq olmadığı, bəlkə də həm mənən, həm də cismən məhv olacağı türmə həyatından xilas edir. Yaxşı ki, indiki dövrdə də jukovlar var. General-polkovnik Elçin Quliyevi bir də yaxından tanıdım.
Fizik hara, sərhəd hara?
Bu müharibə həm də mənim “fizik hara, sərhəd hara?” ehtimallarıma da son qoydu. Xəzər TV-nin çəkdiyi “Qisas qiyamətə qalmadı” sənədli filminə baxandan sonra. O vaxtlar universitetin hərbi kafedrasında humanitar fakültə tələbələrinə, gələcəyin ehtiyatda olan zabit-leytenantlarına “pexota”ya komandirlik dərsləri keçirildiyini xatırladım. Dəqiq elmlər üzrə təhsil alanlara isə artilleriya komandirliyi dərsi keçilirdi. Niyə? Çünki bu hərb sahəsi dəqiq elmlərə - riyaziyyata, fizikaya... əsaslanır. Filmə baxanda belə başa düşdüm ki, müharibə dövründə sərhəd qoşunlarının arsenalında “Bayraktar”lara, “harop”lara general Əfqan Nağıyev rəhbərli edirmiş. Sənədli xronikalarda göstərilən gündəlik uğurlu video-statistikada fizik, general Əfqan Nağıyev və komandasının da xidmətləri danılmazmış. Cildi dəyişdirilən “kukuruznik” təyyarələrin bu müharibədə düşmənə hansı itkilərin yaşatmasını və digər rəsmi faktları ilk dəfə onun dilindən eşitməyim isə qürurverici idi. Ali məktəbdə artilleriya dərsi alan, leytenant olan Əfqan artıq yeni mərhələyə - dronlar dünyasına qədəm qoymuşdu.
Əfqan Nağıyev əsl vəzifə adamıdır
Niyə? Çünki neçə dəfə zəng etmişəm, cavab verməyib. Tanımır bəlkə? Yox, mesaj da yazmışdım axı ki, götür, mənəm. Yenə də səs çıxmadı. Bir işim düşməyib ona. Elə-belə... Orden-medallarını təbrik etmək, sevincinə şərik olmaq istəyirdim. Lap bu yazımda yazdığım bəzi ürək sözlərimi də ona demək istəyirdim. Ona görə də yazmağa qərar verdim. Qoy generalımızı oxucularım da tanısın. Niyə məhz general-leytenant Əfqan Nağıyev haqqında? Niyə ondan başladım? Axı Vətən müharibəmizdə qəhrəman genrallarımız çoxdur. Hamısına böyük hörmət ehtiramım var. Mərhum generalımız Polad Həşimovun isə ruhu şad olsun.
Amma bir özəl səbəb var. Oktyabrın 1-i Əfqanın 55 yaşı tamam olur. Yubiley sayılır. Həyatda ən yaxşı şeyləri arzulayıram ona. Telefonumu götürməsə də olar, təki xoş sədalarını eşidək, sevinək . TƏBRİKLƏR!!!
Hörmətlə, keçmiş tələbə yoldaşın, Sərhəd Qoşunları yefreytoru Mahir İmamverdiyev.
Erməni etirafı və Bəxtiyar Vahabzadə
Mənim adım Mahirdir. Bu adı mənə 44 saylı məktəbdə müəllim işləmiş anam Hacıbəyim verib. Böyüyəndə şagirdi, əlaçı şagirdi, intizamlı, qızıl medallı Mahir Sərkərova oxşamağımı istəyib. Bəxtiyar əminin də üç övladı var: Gülzar, İsfəndiyar, Azər. Qonşu olmuşuq. Bir həyətdə böyümüşük. Bu üç övladdan ikisi - Azərlə, Gülzar ictimaiyyət üçün çox da üzdə olmasalar da, 60 yaşınacan iqtidarda, sonrakı illərdə isə müxalifətdə olan İsfəndiyar yaman fəaldır. Nə istəyir deyir. Dinən yoxdur ona. Yox. Səhv etdim. Ona hörmət etmirlər. Bəxtiyar Vahabzadənin bu gün də mövcud olan zirehidir onu qoruyan. Yaxud, səviyyəsizlərin digərlərinə də şamil etdiyi “İt hürər, karvan keçər” atalar sözü.
İsfəndiyarın qara camaat arasında ən çox sevilən fikirlərinin içərisində erməni mənşəli azərbaycanlılara ünvanlanan fikirlərdir. Bu fikirlərlə mən də razıyam. Bu yerdə deyə də bilərəm, deyirlər də - ATAsının oğludur. Amma başqa partiyanın üzvü olamasına - əvvəllər də, indi də heç bir vəzifə tutmayan, amma Əliyevçi olmaqda davam edən Qabilin oğlu - Mən heç vaxt bəraət qazandıra bilmərəm. O cümlədən “bugünəcən hər şeyə özünün, öz gücüylə nail olduğu” fikirlərinə də... Yazıçı Anar gözəl deyib: “Adamın adamı”... Yox, əgər belə deyilsə Bəxtiyar əmisiz indiki günlərdə və Əliyevlərin o vaxtlar olduğu kimi indi də hakimiyyətdə olduğu zəmanədə yenə də ən aşağısı səfir olsun.
Bəsdir, Mahir. Mövzun “Bəlkə də qaytardılar” xülyasıyla yaşayan İsfəndiyar Şəkili deyil, BÖYÜK Bəxtiyar Vahabzadədir. Odu söndürüb külüylə qurdalanma. Füləsən bəlkə qırmızı rəng, zəif işartı görsənər, ya görsənməz. Bir az da ağ ciyərlərə qədər gedib çıxmayan, burnun ucundan geri qayıdan acı tüstü hiss olunacaq. O da hiss olunsa. Mahir, qayıt mövzuna.
Qrant İqnatyeviç Matevosyan. Bu ad sizə heç nə demir. Zori Balayan, Avetik İsakyan və ya Aleksandr Şirvanzadə desəydim, bəlkə də kimlərsə, özümqarışık tək-tük insan tanıyardı.
Yazıçı Qrant Matevosyanı yəqin ki, ermənilərin özləri də çoxdan yaddan çıxarıblar. 12 fevral 1935-ci ildə Göyçə mahalında anadan olub, 18 dekabr 2002-ci ildə İrəvanda ölüb. Yazıçı, Ermənistan Ali Sovetinin deputatı, Ermənistan Yazıçılar İttifaqının sədri olub. SSRİ-nin və Ermənistan SSR-in Dövlət Mükatına layiq görülüb. (Aydın olsun deyim: bizim indiki Anarımız) Titullarından və tutduğu vəzifələrdən göründüyü kimi balaca adam olmayıb. Bəs görəsən onun adını Azərbaycanın Xalq şairi, titullarını saymaqla qurtarmayan Bəxtiyar Vahabzadəylə niyə yanaşı çəkirəm? Xatırlamağa, yanaşı qoymağa adammı tapmadım?
SSRİ. 1984-cü il. SSRİ Dövlət Mükafatına respublikalardan namizədlər irəli sürülür. Ermənistandan Qrant Matevosyanın əsəri mükafata layiq bilinir və komissiya tərəfindən qeydə alınır. Bundan bir müddət sonra Azərbaycan öz namizədini - şair Bəxtiyar Vahabzadənin əsərini irəli sürür. Digər republikalar da eyni qaydada. Amma...
Bəxtiyar Vahabzadənin namizəd irəli sürülməsindən xəbər tutan erməni yazıçısı Qrant Matevosyan Mükafat Komissiyasına - Moskvaya məktub yazır. Azərbaycan şairi Bəxtiyar Vahabzadənin bu mükafata ondan çox layiq olduğunu izhar edərək, namizədliyini geri götürdüyünü əsaslandırır. Amma sonda bütün mövcud qanunlara rəğmən, yəni ki, Ədəbiyyat üzrə SSRİ Dövlət Mükafatına bir laureat nəzərdə tutulduğu halda hər ikisinə - Bəxtiyar Vahabzadəyə də, Qrant Matevosyana da 1984-cü il üzrə SSRİ Dövlət Mükafatı təqdim olunur. Görəsən niyə? Səmimi etirafa görəmi? Yoxsa erməni yazıçısının bu addımı Qafqazın ermənilərdən fərqli olaraq köklü xalqlarına xas olan bir addım kimi qiymətləndirilib? KİŞİLİK? Bəlkə də... Bəlkə Qrant Matevosyan böyük rus yazıçısı Mixail Şoloxovun 11-ci cəhddən sonra Nobel mükafatına - necə layiq görüldüyündən xəbərdar imiş? Ona görə sınaqdan çıxmış fəndə əl atıb?
HAŞİYƏ: 1964-cü ildə Nobel mükafatına fransız yazıçısı və filosofu Jan-Pol Sartr layiq görülür. Amma o, ana südü kimi halal bulunan bu mükafatından imtina edir. Atdığı bu addıma izahlar arasında bu mükafatın ondan daha çox layiq olan Şoloxova verilməməsinə görə təəssüf hissini ifadə edir. Və nəhayət bir il sonra - 1965-ci ildə Mixail Şoloxov 12-ci cəhddə Nobelə layiq görülür.(SON)
... Bəlkə də. 1982-ci ildə Böyük Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini, Siyasi Büronun üzvü idi. Bunun məsələyə nə dəxli..?
HAŞİYƏ: Atamın 50 yaşı olsa da heç bir adı, mükafatı yox idi. 48 yaşında bir dəfə cəhd etsə də ala bilməmişdi. “Cəhd” anlayışı mükafata aid idi. Çünki mükafata şəxsi yox, onun yaratdığı əsəri təqdim edirdilər. Özü də ki, yaradıcı təşkilatlar. Atam da 10 ilə yazdığı “Nəsimi” poemasını layiq bilib “Azərbaycan” jurnalı vasitəsilə Azərbaycan SSR Dövlət Mükafatına irəli sürmüşdü. Demə həmin il akademik Məmməd Arif Dadaşzadə də qoca vaxtında (ölümündən 1 il qabaq. Onda 1 il sonra öləcəyini bilmirdi) özünü bu mükafata layiq bilib. Görkəmli akademiki də qoyub, çox da məşhur olmayan Qabilə mükafat verməyəcəkdilər ha... 1974-cü ildəki bu uğursuzluq atamı ruhdan salmışdı. O vaxtki qanunlara görə də bir əsəri yalnız iki dəfə irəli sürmək olardı. Və mükafatı yalnız iki ildən bir verirdilər. Özü də ki, 28 Apreldə - Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu günün ildönümündə. Üstündən iki il keçir. Yenidən mükafata təqdim olunma zamanı yetişir. Ancaq atam cürət etmir. Amma...
Günlərin bir günü telefonumuz zəng çaldı. Atam dəstəyi götürdü. Zəng edən o vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri olan, Xalq yazıçısı İmran Qasımov idi. O nə deyirdi, eşitmirdim. Atam isə “yox, yox” deyib durmuşdu. Sonra “yaxşı” deyib dəstəyi asdı. 10 yaşım vardı. Heç nə başa düşmürdüm. Nə vaxtsa anlamaq (demə, yazmaq) ümidiylə yaddaşıma həkk edirdim. Demə İmran müəllim atama deyirmiş ki, lazım olan sənədləri, çap olunan kitabları gətir, “Nəsimi” poemasını mükafata təqdim edəcəyik. Xülasə, uzun tərəddüddən sonra atam əsərinin mükafata verilməsinə razılıq verib, sənədlər gedib Mərkəzi Komitəyə və Nazirlər Sovetinə. O vaxt mükafatı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti (indi Prezident Administrasiyası və Nazirlər Kabineti), fəxri-fərman, medal, orden, fəxri adları isə Ali Sovet (indiki Milli Məclis) verirdi. Azərbaycan SSR Dövlət Mükafatının məbləği 2500 rubl idi. Səhnə əsəri və ya kino layiq görüləndə məbləğ əvvəlcədən təqdim olunmuş siyahıya əsasən yaradıcı heyətin arasında bölüşdürülürdü.
Sənədləri verdiyi və mükafata namizədliyi təqdim olunan gündən bizim (anamın və mənim) “qara günlər”imiz başlandı. İllah ki, atamın dostlarının... Xüsusilə də qonşuların... Onlara hər gün verilən suallar da eyniydi, alınan cavablar da. Suallar təqribən beləydi: “Salam (Salam Qədirzadə), Əliağa (Əliağa Kürçaylı), görəsən alaram? İmran müəllim aldatmaz ki, məni?”. Cavablar da “Qabil, alacaqsan. Layiqli əsərdir. Gör nə qədər əziyyət çəkmisən e... İmran müəllim də yalançı adam deyil”. Mən isə yanlarında oturub qulaq asırdım. Eləcə kirimişcə. Ofisiant kimi əllərindən tuturdum. Arağı badələrə süzəndən sonra şüşəni aparıb “morozilnik”ə qoyurdum. Növbəti sağlığın dəmi zamanı gələndə isə gedib buz dolabından geri gətirirdim. Bu qədər sadə.
Bir neçə gün keçdi. Atamın həyəcanı bir az da artdı. Demə ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmini də mükafata təqdim ediblər. Bundan sonra suallar dəyişdi. “Hiss eləmişdim də İmran məni aldadacaq. Ara yerdə əsər batdı. Daha mükafata təqdim edə bilməyəcəyəm. İsa tək olsaydı bir təhər yolundan döndərmək olardı. Mənə görə namizədliyini geri götürərdi. Amma Həsən... Özü də ki, İmran Həsən Seyidbəyliylə çox yaxındırlar. Nə qədər müştərək roman yazıb, film çəkiblər. İndi onu atıb məni tutacaq?”
Həqiqətən də məsələ qəlizləşmişdi. Həsən Seyidbəyli məşhur kinorejissor, ssenarist, nasir idi. Yəqin ki, “Uzaq sahillərdə” filmini xatırlayırsınız.
Atamın qanı qaralmışdı. Bircə, Hüsü Hacıyev küçəsi 19-da, 5-ci mərtəbədə (indi o mənzildə Afaq Məsud yaşayır) Hüseynov və İmamverdiyev ailələrinin 4 otağı bölüşdüyü illəri yada salıb, ərklə “İsa əclaf o biri otaqda “Məhşər” romanını yazırdı, mən də bu biri otaqda “Nəsimi”ni” deyirdi. Təqribi belə başa düşürdüm ki, “bilsəydim məhz eyniadlı əsərə görə rəqib olacağıq, imkan verməzdim ona yazmağa” demək istəyir.
Amma atam ümidini çox da üzməmişdi. Çünki İmran Qasımov “Ədəbiyyat, incəsənət və memarlıq sahələrində Azərbaycan SSR Dövlət Mükafatları Komitəsi”nin sədri idi. Yəni ki, Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyevə və digər rəsmilərə ən layiqli əsərləri o təqdim edəcəkdi. Komitənin katibi isə rəssam, atamın xətrini istəyən Mürsəl Nəcəfov idi. Beləcə günlər keçirdi. Amma günlərin bir günü:
- Əliağa, salam. Vəssalam, mükafat “köpdü”.
- Niyə, ay Qabil? Vaxta ki, hələ var?
- Nə “vaxt?” Bəxtiyar da (Bəxtiyar Vahabzadə) əsərini verib mükafata. Burda day İmranlıq da iş yoxdu. Bəxtiyar Kişiylə (Heydər Əliyev nəzərdə tutulur) nərd atan adamdır. Onu qoyub, mənə mükafat verər? Nə olsun ki, layiqdir əsərim? Bəxtiyarın əsəri layiq deyil ki?
- Mən Bəxtiyarla danışaram, - deyə Əliağa əmi atama ürək-dirək verdi.
O, orta blok, 5-ci mərtəbədə Bəxtiyar Vahabzadəylə qapıbir qonşu idi. Bir müddətdən sonra yenidən bizə gəldi.
- Qabil, Bəxtiyarla danışdım. Dedim ki, sən gələn il də verə bilərsən poemalarını. Özü də təzə əsərlərdir. Amma Qabil ala bilməsə, çətin ki, bir də bu böyüklükdə əsər yaza. Həm də böyük zərbə olacaq onun üçün. İmrandır da, salıb onu oyuna. Bilməyib ki, sən də namizədliyini verəcəksən.
- O nə dedi? - deyə atam dilləndi.
- Bəxtiyar dedi ki, “başüstə. Qabilə görə geri götürərəm. Amma sən də mənə zəmanət ver ki, İmran mükafatı Həsən Seyidbəyliyə yox, məhz ona verəcək”. Bax onda dinə bilmədim.
Atam çox pis vəziyyətə düşmüşdü. Əlbəttə ki, namizədliyini geri götürə bilərdi. Bunu dilinə gətirmişdi də... Amma İmran Qasımov israrla sözünün üstündə durmuşdu: “Qabil, sən də, “Nəsimi” poeman da mükafata layiqdir”.
Günlər keçdi. Nəhayət seçim günü gəlib çatdı. Saat axşam beş olardı. Dayım Firuz da bizdəydi. Səhv etmirəmsə evə ilk zəng edən Süleyman Rüstəm oldu: “Qabil, təbrik edirəm, laureatsan”. Sonra isə İmran Qasımov, Mürsəl Nəcəfov zəng etdilər:
- Qabil, Heydər Əliyev kitabları əlinə götürüb bilirsənmi nə dedi? Dedi ki, “Eto je tselaya biblioteka”.
Amma atam qulaqlarına inanmırdı. Elə bilirdi ki, bu bir zarafatdır. Tez dayım Firuzu mağazaya qaçırtdı ki, araq alsın. O vaxtlar axşam 6-dan sonra spirtli içkilər satmırdılar. Dayım da 5-6 araq və başqa lazım olan şeylər əlində girib həyətə. Blokun qabağında İsa Hüseynovla rastlaşıb.
- Firuz, ley-peydir?
- Hə, İsa. Qabil mükafat alıb. Onu yuyuruq. Sən də gedək...
Bir də gördük ki, dayım pərt halda içəri girdi:
- Qabil, İsanı gördüm həyətdə. Deyirəm ki, Qabil mükafat alıb. Onu yuyuruq. Sən də qalxaq yuxarı. Sifətimə baxdı eləcə və heç nə demədi. Başını aşağı salıb yoluna davam elədi. Heç gözləməzdim ondan. Heç quruca təbrik də etmədi.
Demə dayımın xəbəri yox imiş qonşumuz, ona da doğma insan olan İsa Hüseynovun namizədlər sırasında olmağı. Axı Qabilin mükafat alması, onun almaması demək idi. Həmin gecə mükafatı yaxşıca “yudular”.
Səhər açıldı və aydın oldu ki, ədəbiyyat üzrə 2 laureat var. Biri Qabil, o biri isə Bəxtiyar Vahabzadə. Böyük Heydər Əliyev seçimdə hər ikisini qiymətləndirib. Moskvaya zəng edərək “qosplan”dan (SSRİ Dövlət Plan Komitəsi) əlavə bir yer də alıb. İndi sual edə bilərsiniz ki, bəs İsa Hüseynovun “Nəsimi” kinosu necə? Mükafata layiq deyildimi? Layiq idi. Amma sonralar bildik ki, demə İmran Qasımovla Həsən Seyidbəylinin o günlərdə arası sərinmiş.(SON)
Heydər Əliyev “movqe”li insanlara hörmətlə yanaşırdı. Qiymətləndirirdi. Bunun şahidi olmuşdum. Bəlkə də Bəxtiyar Vahabzadə uzaq 1944-cü ildə ədəbiyyata bir ildə gəldiyi, dostu, qonşusu Qabilin lehinə öz namizədliyini geri götürübmüş. Bunu mən ehtimal edirəm. Bəxtiyar əminin dilindən belə bir sözü eşitməmişəm. Desəydi, sözü qiymətdən salardı.
70 yaşlı Akif Cabbarlı inciməsin neyləsin?
Çox kövrək adamdır Akif Cabbarlı. Onun yetirməsi, Əməkdar jurnalist, mayor Füzuli İsmayılovun təbirincə desək, Cabbarovun inciyən yeri burnunun ucundadır. Amma bu dəfəki incimək, o inciməkdən deyil. Onun yerində başqası olsaydı, çoxdan silmişdi 25 ildir tanıdığı Mahiri yaddaş kitabçasından. O cümlədən digər bəzilərini də...
Kimdir Mahir və digər bəziləri? Öz adımı yazmışam. Amma digərlərinin adını yazmaq istəməzdim. Yəqin ki, yazımı oxuyub söz verdikləri yubiley qonaqlıqları yadlarına düşəcək. Çünki mən də Bakıdayam (onu düz səbəb gətiriblər ki, mənsiz o qonaqlığın nə ləzzəti), həm də Məhərrəmlik ayı başa çatıb. Axı Akif Cabbarlı, İ.P., F.İ. qatı şiədirlər. Amma bütün dediklərimi birləşdirən bircə incə məqam var. Şair Qabilin diliylə desək:
İnci incə adamdan,
Ürəyincə adamdan.
Məhəbbətdir küsü də
Küsmə becə adamdan.
Baxmayaraq ki, Akif Cabbarlı heç kimdən küsməyib. 70 yaşlı adamın isə inciməyi yüz küsüyə bərabərdir. Özünə yaxın, doğma saydığı dost Mahir - Mahir Qabiloğlu təxəllüslü qələm sahibi əlinə qələm alıb onun haqqında kiçik bir təbrik yazmırsa, Akif Cabbarlı inciməsin neyləsin? Axı qazandığı yalnız bizim kimi dostlardır. O, yaxşı bilir ki, 70 yaş böyük bir mərhələnin sonudur. Geriyə boylanmaq məqamıdır. Dostlardan başqa nə qazanıb ki, Akif Cabbarlı? Bu suallar burulğanında çarpışır. Özü-özüylə danışır, vuruşur. “O boyda AzTV-də “Xəbərlər”də baş redaktor olmuşam. Bir qəpiy də almamışam”; “70 ilin 48 ilini jurnalistika sahəsindəyəm, mənim stajım yaşından kiçik uşaqlar Əməkdar jurnalistdirlər, mən isə...”; “Bəxtiyar Vahabzadənin poeziyasının diliylə danışsaq - ay Mahir, bu boyda münasibətimiz bir yazıya dəymədi?”
Bu siyahını artırmaq, üstəlik “Mahir” xitabının yanına digər adları da əlavə etmək olar. Amma yubiley yazısıdır. Müsbət notlar tam hakim olmalıdır təbrikimin cövhərinə.
Akif Cabbarlı
Atamın bir sözü vardı: 50 yaşacan gərək 10 ildən bir yubiley keçirəsən. 50 yaşdan 70 yaşa qədər isə hər 5 ildən bir. 70 yaşdan 80 yaşacan isə hər il. Çünki yaşın qazandırdığı sağlamlıq axsımaqlarıyla yaşanılan hər il qiymətli sayılır. 80 yaşdan sonra isə hər günü gərək qeyd edəsən. Çünki yaşanılan hər gün qənimətdir. Bu mənim bəzilərinin “Akifin yaşı yayda olub, sən isə bu yazını payızın ilk günündə qələmə alırsan. Toydan sonra nağara?” replikasına bir cavabımdır. Həm də ruslar gözəl deyib: “Luçşe pozdno, çem nikoqda”. Həm də ki, bundan sonra Qabilin öncəgörənliyinə inansaq, yubileylər ilbəil, dalbadal düzüləcək. Axı Akif Cabbarlı 70-i haqlayıb. 2021-ci il isə başa çatmayıb.
70 yaş münasibətilə Akif Cabbarlı kitab da buraxıb. Onu oxuyandan sonra münasibət bildirməsəm Mahir olmaram. Çünki əminəm - tənqid olunacaq məqamlar da var bu kitabda. Yaxşılıq deyil ha əlimdən gəlməsin.
Amma tənqid etmərəm. Çünki o kitabda Akifin “Sahibsiz və çarəsiz itlərin gecə söhbəti” adlı hekayəsi var. Bu hekayə müasir dövrümüzün güzgüsüdür: bəlkə hürsəm mənə də ilikli sümük atdılar. Müasir, mədəni dildə desək “Ağlamayan uşağa süd vermirlər”, “Qapı döymək lazımdır. Açmırlarsa pəncərədən gir”, “Yaltaqlıqla uzağa getmək olar”, “Naxallıq ikinci xoşbəxtlikdir” və sairə. Bu reallıqdır. Amma elə də olur ki, itin hürməyinə sümük yox, daş tolamazlayırlar, təpik vururlar, “poşol” deyirlər. Bax Akifin bu hekayəsi o talesiz itlər barədədir. Baxmayaraq ki, insanın taleyi olar, heyvanın yox. Amma talesizlik özü də bir taledir. Akifin yaratdığı it isə alleqorik bir surət.
Bu illər ərzində Akif çox yerlərdə çalışıb. O vaxt yeganə olan televiziyamızda “Xəbərlər”in baş redaktoru, Azərbaycan radiosunda baş redaktor müavini, “Həftə” analitik-siyasi proqramın rəhbəri, Ədliyyə nazirliyində mətbuat katibi, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, İTV-də əməkdaş... Bu gün də çalışır. Jurnalistika onun həyatının mənasıdır. İndi Kinomatoqrafçılar İttifaqında işləyir. Reyting.az, Modern.az və digər mətbu orqanlarda yazılarla çıxış edir. Dostlarını tez-tez arıyır, hal-əhvalını xəbər alır. “Bir vaxt tapın oturaq” ifadəsi dilinin əzbəridir - qarşılıq verən isə... Bu ifadənin isə bir açması var: Akif Cabbarlı dost sevəndir, mehriban insandır, heç kimi də yadından çıxartmır.
1996-cı ildən tanıyıram onu. AzTV-yə qədəm basdığım gündən. 15 yaş fərqimiz olmasına baxmayaraq, bunu heç vaxt hiss etməmişəm. Böyüklə böyük, kiçiklə kiçik olub. Daha doğrusu heç bilməmişəm ki, məndən 15 yaş böyükdür. 70 yaşında faş oldu bu fərq. O boyda AzTV-də və jurnalistlər cəmahiriyyəsində bir adam da tapılmaz ki, onun haqqında pis söz danışmaq bir yana, xırda giley-güzar etsin.
Elə ki, kiminsə yaşı, yubileyi oldu, lap balaca kitabçası çıxdı, hayqırır bütün respublikaya yazdığı ürək sözləriylə. Ay camaat, agah olun, dostumun kitabı çıxıb. Mən oxudum, siz də oxuyun. Ay camaat, dostumun yubileyidir. Mən təbrik etdim, siz də edin. Ay camaat, dostum, qələm yoldaşım, iş yoldaşım ölüb. Siz də dərdimə şərik olun. Akif Cabbarlının cövhəri budur, mayası belə yoğrulub. Başqa xüsusiyyətlərini, kişiyə xas şakərlərini, zarafatlarımızı, üç fazalı elektrik xəttinə dahiyanə bənzətməsini, oğlunun toy günündə səhər-səhər baş verən mübahisəmizi, bir sözlə AzTV-dəki sərgüzəştlərimizi yazmayacağam. Cobi hələ ki, qadağa qoyub mənə. Yubiley yazımın, təbrikimin də gecikməyinə məhz əsas səbəb bu oldu.
Gözləyirəm. Gözləyirəm ki, onu Əməkdar jurnalist fəxri adı almağı münasibətilə təbrik edim. Buna haqqı çatır. Bu günlərdə Şuşada Vaqifin məqbərəsinin yenidən açılması mərasimində Akif Cabbarlını Prezident İlham Əliyevin yanında görəndə fikirləşdim. Akif Cabbarlı bu ada layiqdir. Axı o, Ümummilli lider Heydər Əliyevi 1-ci katib olanda görüb, Prezident İlham Əliyevi isə hələ o vaxt Vaqif məqbərəsinin açılışında. İndi də görür. Dövlətimizin uğurlarına sevinir, qələmiylə bu yolda əməli iş görür. Neçə publisistik, bədii yazının toplandığı kitabların müəllifidir. Prezidentin ali sosial mükafatına layiq görülüb. Jurnalistlərin binasından ona da mənzil payı düşüb.
Bu qədər. Bir kiçik yubiley yazısında yazacaqlarım bu qədər. Bir insanın 70 illik həyat yolunu, yaradıcılığını bir yazıya sığışdırmaq mümkün deyil. Buna heç çalışmadım da... Axı 70-dən sonra hər il yubiley keçirəcək Akif Cabbarlı. Əgər atam Qabilin dediyinə inansaq.
TƏBRİKLƏR, TƏBRİKLƏR, BİR DƏ TƏBRİKLƏR!
Rəmiş haqqında ilk və son xatirəm
Üç-dörd ilin söhbəti olar. Dostum, SSRİ Xalq rəssamı, monumental-heykəltəraş Cəlal Qaryağdının oğlu Cəlil Qaryağdıyla görüşdük. Söhbət əsnasında ona dedim ki, bəs “Həsən Əliyev küçəsində şəkililərin bir kafesi var. Piti küpəsinin içində yarpaq dolması verirlər. Mənim kimi təamlara həssas adam çox bəyəndim bu Şəki mətbəxinin yeməyini…”
Bu kafenin başqa xüsusiyyətlərini də özümə məxsus şəkildə təsvirdən sonra Cəlilin də ağzının suyu axmağa başladı. Çünki zövqümə və mənim aşpazlıq qabiliyyətimə yaxşı bələd idi.
Xülasə, getdik ora. İçəri girdik. Şirin Şəki ləhcəsində qarşılanmadan sonra ortaya məhz o bölgədə yetişdirilmiş və səhər tezdən Bakıya çatdırılmış “xolodnı”lar düzüldü. “Xolodnı”lar isə soyuducudan ürkək baxışlarla bizə boylanan “ceyran südü”nü süfrəyə dəvət etdi. Baxmayaraq ki, orucluq idi. Küpədə yarpaq dolması ortaya gəlməmiş bir badəylə bir-birimizə “xoş gəldin” deyib, görüşümüzün daha yüksək ranqda başlanğıcına start verdik. Küpələr süfrəyə gəldi. Cəlilə imkan vermədim. Özüm qapağını açdım. Əvvəlcə, dolmaların üstünə qoyulmuş balaca quyruğu götürüb nimçəsinə qoydum.
- Cəlil, bunu ona görə qoyurlar ki, dolmanın yağı suyuna çıxıb dadını itirməsin. Əksinə, quyruğun yağı, tamı da dolmaya əlavə dad versin.
Sonra üç-dörd dənə dolmanı Cəlilin nimçəsinə qoydum. Dedim ki, hamısını boşaltma, yoxsa tez soyuyar. “Reklamnı” girişim bununla da başa çatdı. Arxasını yemək özü diktə etməyə başladı. Cəlilin təsəvvürü artıq reallıqla üst-üstə düşürdü. Sonrasını day demirəm. Sağlıqlar bir-birini əvəz elədi. Yavaş-yavaş süfrə də səliqəsini itirdi. Əvvəlcə dolu olan boşqablar adınalayiq vəziyyətə gəlib çıxdılar. Dayım Vaqifin yazdığı təmsilə rəğmən, boşqabların hirslənməyə yeri qalmadı.
Hirslənib özündən çıxmışdı boşqab,
Dolu olanda da adını çağırırdılar boş qab.
Beləcə sona gəlib çıxdıq. Hesabı gözləyirdik ki... Qapı açıldı. İçəri Rəmiş və həyat yoldaşı girdi. Qapının yanında oturan bizə “Nuş olsun” deyib irəli addımladılar. Rəmiş boş stolun arxasında oturdu. Süfrəçiyə dedi ki, çay gətir (yeni leksikonumuzda bu yeni söz ofisiant sözünü əvəzləyir.) Həyat yoldaşı isə inzibatçıyla sifarişi müzakirə etməyə başladı. Amma onların iki nəfər, sifarişin isə çoxadamlıq olduğunu eşidəndə təəccübləndim. Sonra məlum oldu ki, Rəmiş bu kafedə iftar süfrəsi sifariş verməyə gəlib. Rəmiş isə hərdən bizə baxırdı. Baxışlarından tuta bilmirdim ki, nə demək istəyir. Bizi – orucluqda yeyib-içdiyimizə görəmi bu cür süzür? Yoxsa..? Tez stoldakı araq şüşəsini yerə qoydum. Amma orucluqda yemək belə qadağandır. Həm də ki, Rəmiş özü də çay içirdi. Amma iftar süfrəsi açmaq özü də savab sayılır.
Hesab gəlib çıxdı. Çekin üstündəki rəqəm yediklərimizi burnumuzdan gətirdikdən sonra ayağa qalxdıq. Bu dəm Cəlil dedi ki, gəl Rəmişlə görüşək. Tərəddüd etdim. Daha doğrusu ehtiyat etdim. Rəmişin “Ay Zaur” verilişində evinə qonaq gətiriləni kameraların önündə kandardan buraxmaması, kobud şəkildə desək – qovması (sonradan bildim ki, demə həmin qonaq “arzuedilməz”lərdən imiş) göz önümdə canlandı. Burda isə nə kamera vardı, nə də bizdən başqa yeyib-içən birisi. Rəmiş isə iftar məclisi sifariş etməyə gəlmişdi. Birdən dindar damarı tutsa və bizi Rəmişanə tənbeh etsə? Buna görə ehtiyatlanırdım ki, bir də gördüm Cəlil artıq sənətkarla əl verib görüşür, xanımıyla salamlaşır.
Mən də yaxınlaşdım. Görüşdüm. Denən ki, görüşdünüz çıxın gedin də... Yox, mümkün deyil. Gərək özümü təqdim də edəm.
- Sənətkar, mən Mahirəm. Şair Qabilin oğlu. Yəqin tanıyırsınız.
Bu təqdimatdan sonra deyilən sözləri artıq əzbərləmişdim. “Qabilin oğlusan? İmamverdiyev Qabilin? (Yaşlı nəsil Qabili familiyasıyla tanıyırdı) Nə gözəl? Allah atana rəhmət eləsin. Yaxşı kişiydi. Sən də yazırsan..?” Amma...
- Tanımadım.
Yox. Elə düşünməyin ki, bu cavabdan sonra pərt oldum. Əsla. Əksinə, qorxmağa başladım. Yəqin ki, Rəmişin atamla nəsə bir xoşagəlməz əhvalatı var, – deyə düşündüm. İndi onu açıqlasa... Söhbətə həyat yoldaşı qarışdı.
- Rəmiş, necə yəni tanımadın? Sən Qabili tanımırsan? Bu, Xalq şairi Qabilin oğludur.
Bu dəfə gözləyirdim ki, Rəmiş deyəcək: “Hə? Gülü, şair Qabili deyirsən? Mən də elə bildim ki, başqa Qabili deyir. Necə yəni tanımıram. O qədər məclislərdə olmuşuq ki... Ulu öndər də çox istəyirdi xətrini”.
- Yox, tanımadım, – deyə Rəmiş dərsini bilməyən uşaq kimi Güllü xanıma baxıb gözlərini döydü.
Həyat yoldaşının növbəti cəhdi də öz müsbət nəticəsini vermədi. Rəmiş nə qədər elədisə, şair Qabili ya tanımadı ya da ki, xatırlamadı. Yenə dilimi dinc qoymadım.
- Bu da dostumdur. Cəlil Qaryağdı. Məşhur heykəltəraşımız Cəlal Qaryağdının oğlu.
Bu təqdimatdan da mən hər hansı bir reaksiya gözləmirdim. Özündən 18 yaş böyük olan, bütün günü ekranlardan, “Yutub”dan düşməyən Qabili tanımayan Rəmişin 1914-cü ildə anadan olan, özündən 30 yaş böyük, efirdən, jurnalistlərdən uzaq qaçan Cəlal Qaryağdı haqqında nəsə deməsini sadəcə gözləmirdim. Uzağı bir-iki “dejurnı” söz gözləyirdim: “Cəlal Qaryağdının oğlusan? Allah rəhmət eləsin”. Baxmayaraq ki, bu sözləri heç Qabil haqqında da demədi. Amma...
- Cəlalın oğlusan? - deyə Rəmiş Cəlili qucaqladı, - Nə gözəl? 10-11 АVA, “Sanka Zver”, Çəmbərəkənd, 10-11.., - Rəmiş birdən susdu.
Həyat yoldaşı Güllüyə tərəf baxdı. Nəsə demək, danışmaq istəyirdi. Ürəyi xatirəylə doluydu. Amma deyəsən yeri deyildi. Çaydan bir qurtum içdi. Ah çəkdi, - Allah rəhmət eləsin, - deyib daha heç nə danışmadı.
Biz də heç nə danışmadıq. Telefonumu Güllü xanıma verib, şəklimizi çəkməyi xahiş etdim. Amma dediklərini anlamamışdım. “Sanka Zver” kimdir, bu maşın nömrələri nə deməkdir?
Sağollaşıb kafedən çıxdıq. Cəlil gülürdü.
- Nə gülürsən? Mənə də de, biryerdə gülək.
Cəlilin dediyinə görə “Sanka Zver” Cəlal Qaryağdının uşaqlıq yoldaşı olub. Yəqin ki, Rəmiş də sonralar bu kişi adamlarla yoldaşlıq edib. İkisinin də o vaxtlar təzə çıxmış boz rəngdə (“mışinniy svet” deyirdilər) VAZ 21-01 “Jiquli” maşını olub. İkisinin də dövlət nömrə nişanı 10-11... Və bütün bunlar Rəmişin yadında qalıb.
Sonra Vikipediya-dan oxudum ki, əsl adı Cabir Əli (Pəncəli) oğlu Qasımov olan “Sanka Zver” Sovet dövrünün avtoritetlərindən olub. 16 yaşı olanda erməni zabitini öldürdüyünə görə Sibirə sürgün edilib. “Sanka” ləqəbli, özündən fiziki cəhətdən güclü olan erməni avtoriteti öldürdüyünə görə onu “Sanka Zver” çağırmağa başlayıblar.
SON
Bu qədər. Rəmişlə ilk və son görüşüm barədə bu qədər. Əlbəttə ki, bu, son görüş olmamalıydı. Bu, son xatirə də olmamalıydı. Yenidən görüşməliydim Rəmişlə. Ürəyində yatan xatirələri uçurtmaq üçün o qəfəsi açmalıydım. Mənə danışmasa da, “Atonla günlərimiz olub e...” xitabıyla Cəlilə danışacaqdı Cəlal Qaryağdı, “Sanka Zver”lə bağlı xatirələrini. Ruhu onların və eyni gündə vəfat etdiyi şair Qabilin ruhuna qovuşana qədər danışacaqdı. İndi isə artıq gecdir.
Qoşa qarıyın!
- Əkbər! – ana son dəfə bircə bu adı deyə bildi. Kiçik oğlu Əjdərin, qızı Mayanın adını dilinə gətirməyə əcəl macal vermədi. Nəvələri, gəlinləri, kürəkəni başının üstündəydi. Ölüm faciə sayılsa da Səlimə ana bu həyatdan xoşbəxt köçmüşdü.
Bacısı tez ayağa durub Səlimənin gözlərini qapatdı. Baş örpəyini açıb, sarğı kimi bürmələyərək ortasını çənəsinin altından keçirərək hər iki ucunu təpəsində düyünlədi. Nəvə-nəticə də məəttəl-məəttəl bu mənzərəni seyr edirdilər. Sanki nənələrinin dişi ağrıyırmış, bacısı da ağrıyan yerə kompres qoyur. Sonda isə mələfəylə nənənin üzünü örtdülər. Gecə saat on iki idi. Əkbərlə Əjdər özlərini itirmişdilər. Bilmirdilər nə etsinlər. Hardan başlasınlar. Ataları öləndə evin böyük oğlu Əkbərin beş yaşı vardı. Yuxu kimi gəlirdi yadına. Dayıları, əmiləri sağ idi. Amma indi evin ağsaqqalı o sayılırdı.
- Ay bala, – sükutu xalası Səlimənin səsi pozdu, – dur “skorı”ya zəng elə. Gəlib kağız versinlər. Sonra ölüm kağızı ala biləsən.
- Sonra, xala? – deyə Əkbər cavab verdi.
- Dur birinci bunu elə. Səhərə hələ çox var.
Əkbər xalası deyən kimi elədi. Təcili Tibbi Yardım özünü tez yetirdi. Sanki köməyə ehtiyacı olan biri can verirdi. 80 yaşlı ananın meyitini müayinə etdi. Müayinə deyəndə ki, gözünün qapağını açıb bəbəyinə baxdı. Fonendoskopla ürəyinə qulaq asdı.
- Allah rəhmət eləsin, – deyib həkim stolun arxasında əyləşdi, – Çoxdan xəstə yatırdı?
- Üç il idi, – deyə Əkbər cavab verdi.
- Axır qəminiz olsun.
- Sağ olun. Ölənləriniz rəhmətlik.
Həkim balaca arayış blankını doldurub stolun üstünə qoydu.
- Bunu qeydiyyatda olduğunuz poliklinikaya verərsiniz. Onlar da sizə xüsusi forma kağız verəcəklər. Onu ZAQS-a verib “Ölüm haqqında şəhadətnamə” alarsınız.
- Hara? ZAQS-a? Toydur ki? – Əkbər qeyri-iradi gülümsədi.
- Neyləyək, həyatın qanunları da belədir, dövlət qanunlarımız da... Doğulanda da ora gedirik, öləndə də... nikah da onlarda kəsilir, boşayanda da ZAQS boşayır. Hə, yadımdan çıxdı. Poliklinikadan aldığınız kağız sizə həm də qəbiristanlıqda lazım olacaq. Qəbir yerini onsuz vermirlər.
Təcili yardımın həkimi məsləhətlərini verib getdi.
- Səlimə xala, bəs sonra? – deyə evin böyüyü Əkbər yenə də dilləndi.
- Səhər işimiz çoxdur. Gəlin vəzifələrinizi bölüşdürüm. Sən Əkbər tezdən arayışı götür get poliklinikaya. Xüsusi forma arayışı al, get qəbiristanlığa. Qəbir yeri tapmaq, qazdırmaq işiylə sən məşğul ol. Elə et ki, günorta 3-ə çatdırasan. Əjdərlə qohum-qonşu, mən ananı apararıq məscidə. Yuduzdurub-kəfənləyib gətirərik evə. Əjdər, şəxsiyyət vəsiqən yanında olsun. Yoxsa mafayla, tabutu elə-belə verməyəcəklər. Gərək girov qoyasan. Ölü maşınını da orda tutarıq.
- Xala, yüksək səviyyəli olsun. Necə olsa el baxır. Deməsinlər ki, oğlanları analarını pis götürdülər yerdən. Pul var, – deyə Əkbərin gözündə yaş gilələndi.
Əkbər imkanlı adam idi. Ona görə bütün xərci üzərinə götürdü. Xalasına, qardaşı Əjdərə pul verdi ki, hər şeyi – çadır qurmaq, çay-halva məsələlərini o gələnəcən təşkil eləsinlər.
Səhər ilk növbədə poliklinikaya gedib kağızı aldı. Oradan bir molla dostunun yanına getdi. Onu da maşına mindirib qəbiristanlığa yollandı. Saat 3-ə özünü həyətə çatdırdı. Xalası, qardaşı, qohum-qonşu hər şeyi təşkil eləmişdi. Başsağlıqlarını qəbul etdi. Xalası ona yaxınlaşdı:
- Qəbiri qazdırdın?
- Hə.
- Harda?
- Köhnə qəbiristanlıqda.
- Orda yer var idi ki?
- Tapdım.
Xalası day bir söz demədi. Tabutu binanın həyətinə endirdilər. Ölü namazı qıldılar. Mafanı çiyinlərinə alıb həyətdən çıxdılar. Bir az çiyinlərində apardıqdan sonra qara ölü maşınına qoydular. Qayda-qanunlara rəğmən xala ölü maşınına oturdu. Bacısını tək buraxmadı.
Maşın karvanı qəbiristanlığa çatdı. Köhnə qəbirlərin arasıyla güclə irəliləyərək tabutu qazılan qəbrin yanında qoydular.
- Əkbər, ay Əkbər, – deyə xala dilləndi, – Bəs atanın qəbri hanı?
- Narahat olma, xala, mollayla danışdım. Dedi ki, kişi çoxdan ölüb. Yanaşı basdıra bilərsiniz.
- Yəni, belə imkansızsan ki, təzə qəbir yeri ala bilmədin? Bəs mən öləndə harda basdıracaqsan?
- Xala, bəsdir də... Böyüklərdən bircə sən qalmısan. İmkan vermərəm öləsən.
- Əkbər, qəbrə sən düşəcəksən? – deyə molla soruşdu.
Əkbər ayaqqabılarını çıxarıb ehtiyatla qəbrə endi. Atasının skeletə dönmüş meyitini sola tərəf sürüşdürmüşdülər. Əkbər kənardakıların eşitməyəcəyi tərzdə atasının skletiylə danışmağa başladı:
- Papa, salam. Necəsən? Onda mən balacaydım. Yəqin tanımadın. Əkbərəm də... ilkin Əkbər. Əjdərlə Maya da burdadır. “Xeyir ola?” Xeyirdir. Mamanı gətirmişəm. ZAQS-dan kağızım da var. Azca kənara çəkil ona da yer olsun. Bax belə. Hə, bax, bu da anam. “Ağ geyinib?”, “Nə gözəl yaraşır?” Duvağını özün açarsan. Deyəsən toyun yadına düşdü. Bəs necə olmalıydı ki, hələ gül də almışam. Şam da yandıracağıq.
- Əkbər, sağ çiynini tərpət, – deyə molla dilləndi.
- Mama, ay mama, oyan, papadır e, – deyə Əkbər anasının çiynini tərpədə-tərpədə danışmağa başladı. Həmişə deyirdin “nə vaxt onu görəcəyəm”. Bizi tək böyütdün, əlimizi çörəyə çatdırdın, evləndirdin, ev-eşik sahibi etdin. Mən də dedim ki, o dünyada tək qalmayasan. Gətirdim səni bura – onun yanına. Çox əziyyət çəkmisən. İndi də baş-başa verib rahat yatın. Əsl xoşbəxt günləriniz bundan sonra başlayır. Bundan sonra ancaq özünüzçün yaşayın. Bizimçün narahat olmayın. Başdaşına da toy şəklinizi vuracağam. Bax, vuruşmayın a... Mehriban olun. Mən getdim. Molla deyir ki, çıx. “Hava soyuqdur?” İndi üstünüzü örtəcəm. Heç soyuq olmayacaq. Yaxşı mən getdim. Xoşbəxt olun, qoşa qarıyın.
Əkbər, qardaşının köməkliyi ilə məzardan çıxır. Corablarını altını əliylə çırpıb ayaqqabılarını geyinir. Gülləri götürüb qəbrin üstünü bəzəyir. Şam yandırır. Xalası ona yaxınlaşıb çiynini qucaqlayır:
- Əkbər, nə olar, məni də kişimin yanında basdırarsan. Yaxşı?
- Vuruşmayacaqsınız?
- Vallah, söz verirəm.
- Başüstə, xala, başüstə.
Molla da son duasını deyir. Quşbaşı qar yağmağa başlayır. Məzarın üzərinə sanki ağ gül ləçəkləri səpilir.
- Əkbər, bu nədir? – deyə xalası soruşur.
- Mələklər göydən ağ gül ləçəkləri səpir. Toylarda görməmisən? Mələk paltarı geyinmiş balaca qızlar pilləkanın üstündə dayanıb cütlüklərin başına ləçəklər səpirlər. Papamla mamamın da ləcəyini göydəki mələklər səpir.
- Hə, yadıma düşdü.
- Ay xala, bacın o dünyaya gəlin köçür. Bəs xeyir-duan harda qaldı?
- Allah, xoşbəxt eləsin. Qoşa qarısınlar. Allah mənə də qismət eləsin.
Yazıçı haqda bilmədiklərimiz...
Mənsur şeirin banisi
“Mücrü”dən başlanan tanışlıq
“Açıldı mücrü, bağlandı mücrü”. Bu qısametrajlı filmə Azərbaycan televiziyasında dəfələrlə baxmışam. Xalq artisti Ofelya Sənaninin baş rolda çəkildiyi film yaddaşıma həkk olunub desəm, yanılmaram. Bədii janrlardan başım çıxmasa da, 6 yaşlı mən bilirdim ki, bu mənsur şeirdir. Atam demişdi. Müəllifin də qiyabi tanıtmışdı. “Gülhüseyn Hüseynoğludur. Yaxşı kişidir. Azərbaycanda mənsur şeirin banisidir. Müşfiqşünasdır. Müşfiqşünas deyil e... Sonsuz Müşfiqin oğludur. Həyatını ona həsr edib”.
Təqdimat bununla başa çatırdı. Amma bilmirdim ki, demə bu, təqdimatın başlanğıcıdır. Sadəcə, Sovet vaxtı olduğundan bəzi mətləblər gizlədilir.
Gülhesyn müəllim
1983-cü il idi. Universitetin filologiya fakültəsinin birinci kursunda oxuyurdum. Oktyabr ayı idi. Dekan müavini İfrat xanım Əliyeva auditoriyaya daxil oldu: “Uşaqlar hamı bir nəfər kimi qalxsın 9-cu mərtəbədəki böyük auditoriyaya. Gülhüseyn müəllimin yubileyidir”. O saat yadıma “Mücrü” düşdü. Rəyasət Heyətində “Mücrü”nün müəllifi filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu oturmuşdu. İlk tanışlığım da ordan başlandı.
- Uşaqlar, tələbələr, mən özümə yubiley keçirmək istəmirdim. Bu yaxında məni maşın vurdu. Qol-qıçımı sındırdı. Neçə ay xəstəxanada yatdım. Gördüm həyatla ölüm gözlə-qaş arasındadır. Fikirləşdim ki, belə getsə çətin 70-ə qalam. Ona görə də yubileyimin keçirilməsinə razılıq verdim.
Əslində bu tədbiri yubiley adlandırmaq olmazdı. Sadəcə, öz tələbələriylə görüşü idi.
Mikayıl Müşfiqə “Manyak” məhəbbəti
İkinci kursdan məni əsgəri xidmətə çağırdılar. Qayıdanda artıq yeni qrupda, özümdən iki yaş kiçiklərlə təhsil alırdım. Bir əlaçı qızımız vardı. Aytək Abdullayeva. Bütün müəllimlər razılıq edirdi ondan. Sonradan bildim ki, Gülhüseyn müəllimin qızıdır. O gündən Gülhüseyn müəllimi həm də ata kimi tanımağa başladım. Beşinci kursda “Xüsusi kurs”lar keçirilməyə başlandı. Mikayıl Müşfiqdən isə mühazirəni əlbəttə ki, müşfiqşünas, dağlıların “Fəxri dağlı” adına layiq gördüyü masallı balası Gülhüseyn Hüseynoğlu deyirdi. Demirdi – nağıl edirdi, o dövrü yaşayırdı. Bizi də o dövrə aparırdı. Hərdən özündən çıxıb Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin ünvanına nələr demirdi? Arxivdən çıxardığı materiallarla dediklərini sübuta yetirirdi. İnanmıram ki, Mikayıl Müşfiqin doğma oğlu olsaydı belə, onu Gülhüseyn müəllim qədər sevə, müdafiə edə bilərdi. Bu Müşfiqə adi yox, “manyak” məhəbbəti idi.
Professor İfrat Əliyeva Məmməd Rahimin tədqiqatçısı idi. Bilirdi ki, atam Qabil də o məktəbin – heca vəznində yazanların davamçısıdır. Bilirdi ki, Məmməd Rahim bizim ailənin bütün xeyir işlərində, mənim ad günlərimdə həmişə başda olub, tamadalıq edib. İfrat xanım Gülhüseyn müəllimlə bir kafedrada çalışırdı. Mənim də diplom işim o kafedrayla bağlı olduğundan dəhlizdə dayanıb professor Cəlal Abdullayevi gözləyirdim. Birdən kafedranın qapısı açıldı. İfrat xanım əsəbi, pörtmüş vəziyyətdə otaqdan çıxdı. Məni görən kimi:
- Mahir, Məmməd Rahim necə şair olub?
- İfrat xanım, necə yəni “necə şair olub?”. Görkəmli şairimiz olub. Xalq şairi adına, orden, medal, mükafatlara layiq görülüb. Cild-cild əsərləri var.
- Bunu mən bilirəm e, bunu get Gülhüseyn müəlliminə de. Deyir ki, Məmməd Rahim şair deyil. Satqındır. Mikayıl Müşfiqi satıb. Mənimlə də dava edir ki, onu niyə tədqiq edibsən.
Qəribə adam idi. Mikayıl Müşfiqə görə hətta əlbəyaxaya çıxmağa hazır idi.
“...Aytək mənim belimi qırdı”
Beşinci kursu başa vururduq. Səhər dərsə gələndə gördüm ki, qızlar hönkür-hönkür ağlayır. Birinci partada isə gül qoyulub. Aytəkin oturduğu partada.
- Nə olub?
- Aytək evlərinin pencərəsini siləndə 5-ci mərtəbədən düşüb yerə.
Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tez gəldim Gülhüseyn müəllimgilə. Həyətdə - xeyir-şər evində məclis qurulmuşdu. İçəri keçdim. Məni görcək yanında oturtdu:
- Mahir, deyirdim ki, 4 övladım olsun. Öləndə hərəsi cənazəmin bir tərəfindən tutub məni qəbiristanlığa aparsın. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur. Mən öləndə necə olacaq? Mahir, Sovet vaxtı , Stalinin dövründə “İLDIRIM”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular. Tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı.
“İstiqlal” ordensiz istiqlalçı
İllər keçdi. Yas mərasimində “İldırım” sözünü eşitsəm də, bunu başa düşməmişdim. Müstəqillik dövrünə qovuşduq. Gülhüseyn müəllim “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma atamın bir sözü yadımdan çıxmır. “Bu zəmanədə “İstiqlal” ordeninə Azərbaycanda əsl iki şəxs layiqdir. Biri Gülhüseyndir, biri də İsmixan Rəhimov. İndi istiqlalçı olmağa nə var ki? Hünərin var 1948-ci ildə bu sözü dilinə gətirəydin. Yenə bəxtləri gətirdi. Məhkəmə başlananda güllələnməni ləğv etdilər. 25 il həbslə əvəz olundu”.
Sonradan bildim ki, “İldırım” - millətçi gənclər təşkilatı olub. O vaxt həbs olunan 7 gəncdən biri də Gülhüseyn müəllim imiş.
Nə qədər “qıdıqladım” xeyri olmadı
Atamın son illərində müəllimimlə tez-tez görüşürdük. Atam ha deyirdi ki, “Gülhüseyn 48-ci ildə olanları yaz da. Səndən qalan bu olacaq”. Deyirdi ki, “yox, yazmayacağam”. Sonralar televiziyada mənə digər müxbirlər də yaxınlaşdılar ki, “bəs Gülhüseyn müəllimə zəng edirik, müsahibə verməkdən imtina edir. Bilirik səni çox istəyir, desən razılıq verər. 80 illiyidir”. Dedim, mən yoluna qoyaram. Zəng etdim, nə qədər xahiş elədim, “qıdıqladım” xeyri olmadı.
İyulun 9-u ölüm xəbərini aldım Gülhüseyn müəllimin. 90 illik yubileyinə - oktyabra hazırlamaq istəyirdim bu yazını. Onu şəxsən tanımağımın 30 ilinin tamamında. Bir də 48-ci il tarixini yazmağı xahiş edəcəkdim. Bəlkə də yazıb qoyub. Övladları yaxşı bilər. Yazmayıbsa - Heyf! Mən isə yazdım. Atam da yazmışdı.
Allah hər ikisinə rəhmət eləsin!
Gülhüseyn
Həm mənzumdu, həm mənsurdu Gülhüseyn.
Həm məsumdu, həm məğrurdu Gülhüseyn.
Zindanların zülmətini əridən
Al şəfəqdi, qızıl nurdu Gülhüseyn.
Müəllimdir - alnıaçıq, üzüağ.
Ona yaddır başqa cürə yaşamaq.
Özü qıvraq, qayışbaldır, diribaş,
Şagirdinin saqqalı ağ, saçı ağ...
Mücrü onun mücrüsüdür - xəbərdar!
Mücrüsünə toxunmayın, lo salar.
Gülhüseynə tay tutmasın özünü
Mücrüsü boş, ürəyi boş olanlar.
İstiqanlı ilk fırtına quşudur,
Onu şahin nəğmələri yaşadır.
Öz canından keçməyinə keçdi o,
Ölmədisə - bu allahın işidir...
Müşfiq dağı sinəsində əbədi,
Müşfiq şeiri - səcdəgahı, məbədi.
Əzabkeşin, cəfakeşin qisməti,
Ömür yolu, tale hökmü belədi.
Qəzəblənmə, qəzəbinə, hirsinə,
Gülhüseyn tək məşəqqətə gər sinə!
Ona dəyən dəysəydi qeyrisinə...
Başı-gözü çevrilərdi tərsinə.
Vətən! - deyib sinəsinə çırpmadı,
Hökm oxundu - gözünü də qırpmadı.
Sal qranit, gül yarpağı Gülhüseyn.
Mənsur şeirin bağça-bağı Gülhüseyn.
Nakam müşfiq pasibanı Gülhüseyn,
Mənsur şeirin bağıbanı Gülhüseyn.
Masallıdan o, qucaqda ayrılıb,
Qönçə ikən gül budaqda ayrılıb.
Gülhüseyni Bakı çəkib ovxara
O, qınından bura çıxıb sıyrılıb.
Əsəbinin səbəbi də birdimi?
Dirigözlü oda düşüb gəncliyi.
Hörmət elə, səcdə etmə, Pirdimi?!
Ömrü uzun, ürəyi pak, gözü tox
İndi tapıb bir az qulaq dincliyi.
Kələyi yox, hiyləsi yox, toru yox.
Coşmağı var, daşmağı var, zoru yox.
Masallıda yırğalanıb beşiyi...
Azərbaycan torpağında yeri çox.
11.11.2000