Kənan HACI - arxiv.reytingaz.info
Şuşanı görüb gəldim...
Kənan Hacı
Getdin o yerə ki, getmək olmaz,
Yetdin o yerə ki, yetmək olmaz.
Şuşaya – ruhumuzun Kəbəsinə qədəm qoyanda qoca Füzulinin bu misralarını xatırladım. Hər müşkülü mümkünə çevirən Tanrıya şükürlər etdim. Bir bayatıda deyildiyi kimi: “Vətənə qovuşunca imana, dinə gəldim”.
Şuşa bir güzgüdür. Baxıb özünü görürsən. Bəzən də görə bilmirsən. Şuşa yağışda çimib özünə sığal vermiş, övladlarını qarşılamağa çıxmış anaya bənzəyir. Həyatın gözəlliyindən yazmaq asandır, amma iyirmi səkkiz il əsarətdə qalmış, yağı tapdağında qaralmış torpaqdan, Pənah xanın, Natəvanın şəhərindən yazmaq çətindir. Çətindən də çətin. O şəhər ki, Pənah xanın ruhundan doğulmuşdu. O şəhərdən ki, Qacarın inadını qırmışdı...
Şuşada adamların üzünə baxdım, çiçək kimi açan kim, su kimi axan kim, quş kimi uçan kim... Xoşbəxtlik adamları çiçəyə, suya, quşa çevirmişdi...
Şuşaya daxil olanda bizi dağlar, ağaclar, yollar qarşıladı. İnqilab İsaq deyir ki, Şuşanın rəngləri solub...
Dörd gözlə ətrafı seyr edirəm, gördüklərimi ürəyimə, yaddaşıma yığmağa çalışıram. İlan əyrisinə bənzər yollar bizi Şuşaya yaxınlaşdırır. Dərinlik, genişlik xəyalımızı qanadlandırır. Avtobusumuz dolayları ağır-ağır qalxdıqca hava pillə-pillə sərinləşir.
Şuşaya çatanda avtobusumuzun içində bir təlatüm yaşandı, həyəcanlar dilə gəldi, qələm dostlarımızın dilində “Qarabağ” sədası havalandı:
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhunu burdan alıb Natəvanın qəzəli...
İzaholunmaz hislər keçirdim; bu səadəti dadmaq üçün iyirmi səkkiz il burnumuzun ucu göynəyib, həsrətimiz qara buluda dönüb başımız üstən çəkilmək bilməyib. Yuxu kimi, xəyal kimi xatırlamışıq... İndi Şuşa öz balalarına qucaq açıb. Bundan böyük səadət ola bilərmi?!
Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə möhtəşəm Vaqif Poeziya Günləri keçirildi. Ən çox duyğulandığım anlardan biri də yazıçı Natəvan Dəmirçioğlunun Vaqif türbəsi qarşısında diz çöküb onun məzarıyla pıçıldaşmağı oldu. Şair İnqilab İsaqın “Eşidirsən, Şuşa?! Gəlmişik eeeey!!!” hayqırtısı oldu. İlahi, üzlərdə, gözlərdə sevinc çiçəkləri açmışdı. Bu qədər adamın bəxtiyarlığı qarşısında bütün sözlər acizdir.
Axşam çağıdır, “Qarabağ” otelinin qarşısında, çay süfrəsi arxasında toplaşmışıq. Sayman Aruz, Elşad Barat, Elşən Əzim, İnqilab İsaq... Şeir oxuyuruq... Cıdır düzündən, Kirs dağından əsən sərin meh ruhumuza sığal çəkir. Sinəmizə çəkilən dağlar əriyir, illər boyu qövr edən yaralarımız sağalır. Bütövlüyümüzü, qüdrətimizi, bu torpaqların sahibi olduğumuzu bütün varlığımızla hiss edirik.
Yazarlar ikibir-üçbir ötelin həyətində gəzişir. Dayandur Sevgin uşaq təbəssümüylə soruşur:
- Siz heç bilirsiniz biz hardayıq?
- Əlbəttə! Biz Şuşadayıq! – deyirəm.
- Bəli! Şuşadayıq eyyy, Şuşada! – qəhər boğazında düyünlənir.
Axırıncı dəfə nə vaxt belə rahat yatdığımı xatırlamıram. Dan yerinə xal düşəndə yuxudan oyandım. Şuşada yuxudan oyanmaq bilirsiniz nə deməkdir?! Eyvandan şüanın, oksigenin maneəsiz axını ciyərlərimi təzələyir, kərə yağı kimi ilişməyən nəfəs sinəmi yumşaldır. Şehli, ətirli dağ havası adamı məst edir. Yuyunub həyətə düşürəm, İnqilab İsaqla birlikdə Saatlı məscidindən azca yuxarı qalxırıq, səhər-səhər ac qarına şirin tutun dadına baxırıq. Şuşanın şirinliyi canımıza yayılır. Ağacları burun-budaq etmiş armudun saplağından bal damır. Pərişan məhəllələr, üstü salamat, içərisi bərbad, sahibsiz, daşları mamır bağlamış evlər, dəstəkləri pas atmış, taxtaları rütubətdən qabarmış binalar kədər hissi doğurur. Şuşanın yaraları hələ tam sağalmayıb...
Bir azdan “Qarabağ” otelinin həyətində Kitab Sərgisi nümayiş etdiriləcək. Mən də öz kitabımı, İlhamə xanımın “Bayrağı öpən ruhlar” kitabını özümlə gətirmişəm. İlhamə Dağlı bu əsəri yazanda hələ Vətən savaşı bitməmişdi, əsər Şuşanın azad olunmasıyla bitir. Özümü çox xoşbəxt hiss edirəm ki, bu kitab Şuşa Kitabxanasında yer alacaq. Vətən savaşı başlayanda mən Qarabağda şəhid olmuş Məhərrəm Məmmədovun həyatı haqqında roman üzərində işləyirdim. Əsəri Zəfər günündən az sonra bitirdim və möhtəşəm qələbəmizi həmin romanda təsvir etdim. Romandan bir parçanı bu yazıda təqdim edirəm:
Hələ İsa bulağı... İsa bulağı Şuşanın qərb aşacağında, bakir gözəlliyə malik meşənin qoynunda idi. Nə çiçəyinin rəngini, rayihəsini, nə göylərə boy çəkən ağaclarının sayını, növünü sayıb başa çıxan vardı. Bütün dörd fəslin dördündə də öz təkrarsız, dilrüba gözəlliyi ilə göz qamaşdırırdı. Güllü Qarabağın hansı elinə-obasına hörmətli qonaq gələrdisə, onun əylənməyi, şənlənib səfa sürməyi üçün İsa bulağı yada düşərdi. Məclislər qurulardı, hər məclisin özünə yaraşan xanəndə, çalğıçı dəvət olunardı. İsa bulağı meşəsində səs özü də, səsin məlahəti də pərdə-pərdə güclənib artıb ruhlara meydan verərdi. İsa bulağını bir görən min xatırlayardı, bir görən min duyardı. Bu bulağın, bu meşənin səsi-sorağı Şuşanın özü ilə bərabər dünyanın çox-çox adlı-sanlı, səfalı ölkələrində deyilirdi. Şuşa Qafqazın məlahətli, şaqraq səs-istedad, təbiətcə nadir gözəllik məskəni idisə, İsa bulağı Şuşanın şöhrəti idi. Şuşadan öz ölkəsinə qayıdan hər kəsdən İsa bulağını, Cıdır düzünü xəbər alardılar. Bunları sənə göstərməyiblərsə, buralarda seyrə çıxmayıbsansa, deməli, sənə əsl ali hörmət bəslənməyib.
İsa bulağı mühitində, bu tutaş meşədə göyün üzü görünmürdü. Lakin buranın tünd, mavi, firuzə rəngində öz səması vardı. Burada sanki günəş görünmürdü, di gəl, deyirdin bəs əlahiddə İsa bulağı günəşi vardı ki, aləmi qızılı nura qərq eləyirdi. Buradan ay da çətin seçilirdi, amma bu aləm gümüşlənmiş aydınlıqla dolu olardı. Bu möcüzəni görmək az idi, duymaq lazım idi ki, mətləblər, mənalar sənə aydın olsun. Bulağın qoşulduğu kiçicik dərə çayı açıq səma rəngində, ay şəfəqi rəngində axırdı. Xanəndələr susanda elə bil zümzümələri dərə çayında, İsa bulağının axarında qalırdı...”
Heç ağlımın ucundan da keçməzdi ki, bu sətirləri yazdıqdan cəmi iki il sonra Şuşanı, Cıdır düzünü, İsa bulağını görmək mənə nəsib olacaq. İsa bulağına gedəndə çox həyəcanlı idim. Əyilib suyunu ovuclayanda yazıçı Mübariz Örən şəklimi çəkdi. İndi o şəkilə baxıram, düşünürəm ki, heç vaxt bu qədər xoşbəxt olduğum yadıma gəlmir. İsa bulağının bircə içim suyunu içib ürəkdən “oxqayy!” deyirəm. Dil-dil ötən meşənin səfası, çayların, bulaqların avazı ömrə ömür calayır. Dikdirlərin sinəsini minbir dərdin dərmanı olan çiçəklər bəzəmişdi. İnqilab İsaq yolüstü maşını saxladım boy çiçəyi yığır. Çiçəklərin ətri adamı bihuş edir.
Vaqifin məqbərəsi önündə şeir ehtişamını seyr etmək bir ayrı aləmdir. AYB sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Çingiz Abdullayevin, AYB sədrinin müavini Rəşad Məcidin, İlqar Fəhminin, Səlim Babullaoğlunun, Sayman Aruzun, Xalq şairi Vahid Əzizin, Firuzə Məmmədlinin, Xəyal Rzanın, Baba Vəziroğlunun, Nigar Həsənzadənin çıxışları səsləndikdən sonra “Qarabağ şikəstəsi” havalandı. Dərələr bu səsə qəribsəmişdi. Vaqiflə Vidadi Cıdır düzündə yenidən görüşüb qucaqlaşdılar. Əməkdar artist Nicat Kazımovun hazırladığı kompozisiya möhtəşəmliyi ilə yadda qaldı. Vaqifin durnaları səhnədə səfə düzülmüşdü.
Cıdır düzü! Burada o qədər ürəklər sərinləyib ki! O qədər ürəklər yanıb ki! Cıdır düzünə ancaq şənlik yaraşır. Qalaylı qayalar, ağ-ala daşlarla birləşib gümüşü ahəng yaratmışdı. Sanki gümüşü duyğuları əridib dərə aşağı axıtmışdılar ki, dərinliklər gecələr də işıqlansın. Cıdır düzü uçurumun qaşındadır. Axşama yaxın buludlar sanki cıdıra çıxmışdı, ötüşə-ötüşə Daşaltı dərəsində üst-üstə çin-çin yığılmışdı. Sənə elə gəlir ki, dibigörünməz qayalardan özünü atsan, buludlar pərqu döşək kimi səni göydə tutar.
Şuşa Qarabağın gümüşü papağıdır. Gümüşdən də qiymətli xəzinədir Şuşa!
Səfərimiz başa çatır. Bundan belə istədiyimiz vaxt Şuşaya – öz evimizə, öz el-obamıza gələcəyik.
Şuşa gümüşü yorğanını başına çəkib yuxuya gedir. Yuxun şirin olsun, Şuşa!
Yazıçının son əsəri - “Eşq sultanı”
Kənan Hacı
Füzuli sözünün sehrinə nə vaxt düşdüyümü xatırlamıram. Uşaq idim, dayımgilin evləri bizim evimizlə bitişik idi. Tez-tez onlara keçirdim və dayımın stolunun üstündə daim narıncı cildli bir kitab görürdüm. Bu kitab həmişə diqqətimi çəkirdi, əlimi ehtiyatla kitabın üzərində gəzdirirdim, açıb vərəqləməyə qorxurdum. Çünki dayım hamıya o kitaba toxunmağı qadağan eləmişdi.
Sonralar biləcəkdim ki, bu kitabı dayıma oxumaq üçün anam verib. Dayım hər gün axşamlar işdən yorğun-arğın gəlib yeməyini yeyəndən sonra eynəyini taxıb Füzulinin “Qəzəllər” kitabını oxuyardı. Onun bu tükənməz Füzuli sevdası hardan qaynaqlanırdı? Füzulini ona sevdirən nə idi? Bilmirdim.
Həmin kitab indi mənim kitabxanamdadır. Hər dəfə o kitabı rəfdən götürəndə uşaqlığımı, dayımı xatırlayıram. Dayım müharibə veteranı idi, ali təhsili yox idi, amma gündəlik qəzetləri oxumaq vərdişi vardı, bir də Füzuli ilə həmrah olmağı onu hədsiz dərəcədə xoşbəxt edirdi, bütün yorğunluğu canından çıxırdı, ustadın qəzəllərini oxuduqca sanki cavanlaşırdı, gümrahlaşırdı, gözlərində qığılcımlar oynayırdı.
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilən,
Neməti-vəslin görüb nazın çəkərdim can ilən.
Füzulinin bu beytlə başlayan qəzəli dilinin əzbəri idi.
Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimim rəhmətlik Cəvahir müəllimə bizə “Padişahi-mülk” qitəsini əzbərləməyi tapşırmışdı və bir də demişdi ki, qitənin məzmununu danışın. Evə gəlib qitəni bir neçə dəfə oxudum və lüğət vasitəsilə məzmununu öyrəndim. Anam dedi ki, bilirsən, Füzuli üç dildə divan yaratmış dahi şairimizdir. Onun məsləhəti ilə Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasını da oxudum. Poemanın sonunda Maral Rəhmanzadənin Füzulinin xəstə yatağında olan rəsmi və şairin bu misraları mənə möhkəm təsir eləmişdi:
Ağladın, yayıldı səsin cahana,
Bülbül bağçalarda ötdü dedilər.
Gələndə Məhəmməd gəldin cahana,
Gedəndə Füzuli getdi, dedilər.
Səhər dərsi danışanda Cəvahir müəllimin gözləri doldu. “Sən Füzulini hiss etmisən” dedi. Cəvahir müəllimə sərt və tələbkar idi, onun kimisə tərifləməsi nadir, gözlənilməz hadisə idi. Mənə “üç” də, “dörd” də, “beş” qiyməti də yazıb. Amma o gün aldığım “beş” yaddaşıma əbədi həkk olundu. O gündən Füzulinin narıncı cildli kitabı əlimdən düşmədi. Mətbuatda ilk yazılarımdan biri də Füzuli haqqında idi. “Muradının şəmi yanır, şairim” adlı essem 1996-cı ildə “İki sahil” qəzetində dərc olundu. Həmin qəzeti aparıb Cəvahir müəlliməyə göstərdim. Gözlərindəki sevinci sözlə ifadə etməkdə acizəm.
Tale elə gətirdi ki, həmin il Bakıda Füzulinin 500 illik yubiley günləri keçirilirdi. Redaksiyadan rəsmi tədbirləri işıqlandırmaq üçün məni təhkim etmişdilər. O günlərdə xarici ölkələrdən Azərbaycana gələn bir çox yazıçı, şair və alimlərlə görüşüb müsahibələr aldım. İngiltərədə yaşayan azərbaycanlı alim, ədəbiyyatşünas Qulamrza Səbri Təbrizinin sözlərini xatırlayıram. “Füzulini yetirən xalq xoşbəxt xalqdır”. Həmid Nitqiylə, Savalanla, İbrahim Balabanla görüşlərimizdə də Füzuli sözünün sərhədsizliyindən danışmışdıq. Həmin görüşlər haqda yazdığım yazılar qəzet səhifələrində qalır.
Füzulini oxuyanda sanki ruh bədənin əsarətindən çıxır, sözün orbitinə daxil olur. Və bu söz ağrının, əzabın, eşqin, qəmin, məlalın rəsmini çəkir. İnsana dünyanın faniliyini anladır...
Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,
Təriqi-üns tut kim, hər ovuc torpaq bir adəmdir.
Füzuli bu həqiqəti söz libasına bürümək üçün gəlmişdi dünyaya. Füzulinin yaradıcı irsi ilə təmasda olmaq üçün uzun, upuzun bir yol qət etmək gərəkir. Füzulinin dühasına aludə olub “füzulluq” edənlər çox olub, bu gün də var. Füzuli orbitində söz köhlənini səyirdənlər də olub, var. Azərbaycan poeziyasında, ümumən Şərq şeirində Füzuli qədər qəzəllərinə təxmis və nəzirələr yazılan ikinci bir şair tapılmaz. Amma Azərbaycan ədəbiyyatında Füzulinin həyatından roman yazan yeganə yazıçımız tarixi romanlar ustası, xalq yazıçısı Əzizə Cəfərzadədir.
“Eşq sultanı” ədəbiyyatımıza iyirmiyə yaxın tarixi roman bəxş etmiş ustad yazıçının sonuncu romanıdır. Bu roman həm də qocaman ədibimizin xalqımıza vəsiyyətidir. Onun “sevgili oxucum!” xitabını bir ananın öz xalqına əmanəti kimi qəbul edib romanı sevgiylə, şükranlıqla oxuyub bitirdim. Mətnin alt qatından gələn səslər mütaliə boyu beynimdə səsləndi. Qəribədir ki, Əzizə xanımın bütün romanlarında qədim bir intonasiya var, o səni tarixin dərinliklərinə, gizlinlərinə doğru çəkir.
“Eşq sultanı” da həyəcanlı duyğularla müşayiət olundu. Əvvəlcə onu qeyd edək ki, Əzizə xanım bu romanı ömrünün son günlərində yazıb, daha doğrusu, diktafona diktə edib. Oğlu Turan bəyin təbirincə desək, ölümlə çarpışa-çarpışa Füzuli dünyasının dərinliklərinə üz tutub. Roman yazıldıqca yazıçının ömrü bir az da uzanıb. Tanrı ona bu möhnəti verdi ki, “Eşq sultanı”nı tamamlasın.
Bir sıra füzulişünaslar Füzulini sufizmlə bağlamağa, onun yaradıcılığında irfani təmayüllər axtarıb tapmağa cəhd edirlər. Əzizə xanım isə Füzulini gözəllik aşiqi kimi təqdim edir. “Füzuli böyük Allahın insanlara bağışladığı gözəlliyi tərənnüm edirdi, eşqi tərənnüm edirdi, o eşqi ki, bəşəriyyətin özülü, davamiyyəti onunla bağlı idi. Onun əsərlərini oxuduqca məndə belə bir əmniyyət əmələ gəldi. Füzuli həyatın şairi idi. Füzuli göylərdən yerə enmiş bir məxluq, bir xilqət idi ki, bu yerdəki gözəlliyi göylərə qaldıra bilsin”.
Bu, Əzizə xanımın Füzuli ilə bağlı uzun illik araşdırmalarının məntiqi nəticəsi idi. Onun qənaətincə, Füzuli sufi deyil, arif idi.
Hıkməti-dünyavü mafiha bilən arif deyil,
Arif oldur bilməyə dünyavü-mafiha nədir.
Bu məqamda sufilərlə ariflərin yolları ayrılır. Füzulidə “vəhdəti-vücud” fəlsəfəsi aparıcı xətdir.
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir,
Kim müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eşq məqamında sultanla gədanın fərqi olmaz. Füzuli öz ürəyinin tərcümeyi-halını yazırdı. Bu yazını işləyərkən yadıma Füzulinin farsca “Divan”ının dibaçəsində yazdıqları düşdü:
“Bir gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri “Divan”ını tərtib etdim ki, həm kamil müdəqqiqlər оnun üstüörtülü gözəl məzmunlarından həzz alsınlar, həm də sadədil zəriflər оnun zövq ziyafətindən paylarını götürsünlər”.
Füzuli demək istəyir ki, mən qəzəllərimi bilərəkdən iki mənada yazdım ki, zahirindən aşiqlər zövq alsın, batinindən ariflər. Əzizə xanımın Füzulisi ərəb qızına aşiq olmuş, eşqi nakam qalmış Məcnundur. O, deyir ki, özüm bilərəkdən Füzuli təxəllüsünü seçdim ki, ortaqlarımın mənə zülm etməsinin qarşısını alım. Və bundan sonra təxəllüsümə sığındım. Bildim ki, bu ləqəb heç kimin xoşuna gəlməyəcək və məni heç kim narahat etməyəcək. “...füzul lüğətdə ülum və fünun kimi fəzlin cəmidir. Füzulinin xalq arasında başqa mənası ədəbə müxalif deməkdir”. Füzuli ruzigarın yeganəsi olmaq istəyirdi və Tanrı, bir də Tale ona bu müstəsnalığı bəxş etdi.
Şamaxının Bayat kəndində yaşayan Süleyman kişinin züryəti olmur, Allahtəalaya üzünü tutub deyir ki, sən mənə övlad bəxş et, qız olsa, onu İmam Hüseyn ağaya kəniz, oğul versən, nökər verəcəyəm. Məhəmməd dünyaya gəldikdən sonra Süleyman kişi sözünə əməl edir. Uşaq beş yaşına çatanda ailə Kərbəlaya köçür. Orada Şirvanlılar məhəlləsində məskunlaşırlar. Məhəmməd burada təhsil alır, kamala yetir. Həbibinin qızıyla evlənir. Füzulinin Sultan Süleyman Qanuni ilə Bağdadda görüşü də təsirli dillə qələmə alınıb. Sultan Süleyman şair üçün xəbər yollayır ki, şair Mühibbinin (Sultan Süleymanın yox ha!) şeir məclisinə gəlsin!
Tarixdən məlumdur ki, Sultan Süleyman Mühibbi təxəllüsü ilə qəzəllər yazırmış. Mühibbi ilə Füzulinin sarayda gerçəkləşən görüşü əsl sənət yarışmasına çevrilir. Füzulinin cəsarəti, Mühibbinin ədaləti bu görüşə xələl gəlməsinə imkan vermir. Mühibbi Füzulinin böyüklüyünü dərk edirdi, Füzuli isə ədəb və ərkanı, bir də sözünün qüdrəti ilə Mühibbini mat qoymuşdu.
Bu yazını yazarkən Əzizə xanımın oğlu Turan bəylə bəzi incə məqamlarla bağlı söhbətimiz oldu. Ona sual verdim ki, Əzizə xanım hansı mənbələrə əsasən Füzulinin bizim torpaqlardan Kərbəlaya köç etdiyini yazıb. Cavab verdi ki, Füzulinin öz əsərlərinə əsaslanıb. O da məndən soruşdu ki, siz necə bilirsiniz, Kərbəlada doğulmuş bir adam Azərbaycan türkcəsində bu qədər zərif, mükəmməl qəzəllər yaza bilərdimi? Bunun üçün mütləq mühit olmalı idi. Bir də axı Füzuli özü yazıb ki, “bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şerin gözəlliklərilə zövq verdim. Bu da məni о qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur”.
“Eşq sultanı” romanında Əzizə xanım Füzulinin doğum tarixinə də aydınlıq gətirir.
“Bəzi mənbələr Füzulinin 1556-cı ildə vəbadan dünyasını dəyişəndə 75 yaşını ötmüş kühənsal, qoca olduğunu söyləyirlər. Bütün bunları və məsnəvi surətlərinin səviyyəsi, onların Şah İsmayılla Yavuz Sultan Səlim arasında gedən hədə-qorxu dolu yazışmaları və sairləri nəzərə alaraq mən bu son yazımın tədqiqat materiallarına nəzərən bu qənaətə gəlirəm ki, Füzulinin doğum ili 1480-1481-ci illər arasındadır”. ( Əzizə Cəfərzadə, Seçilmiş əsərləri, “Elm və təhsil”, Bakı, 2021.səh.283)
Romanın bir sıra üstün xüsusiyyətləri var ki, onlardan biri də dövrün ab-havasının əsərdə uğurla əksini tapmasıdır. Bu da Əzizə xanımın tarixi roman ustası olmasından irəli gəlir. Yazıçı mətnin strukturunda əsas olanı üzə çıxarır. Oxucu özünü Füzulinin yaşadığı dövrdə hiss edir. Ustad ədibimiz bu romanı 82 yaşında yazıb. Xəstəliklə çarpışa-çarpışa bədii dühasının bütün imkanlarını səfərbər edib. Bu roman Əzizə xanımın zəkasının son işartılarıdır...
Füzulini sevən hər kəs bu romanı oxusa, məmnun olacaq. Çün, “Eşq imiş hər nə var aləmdə, elm bir qeylü-qal imiş” deyən Eşq sultanı Füzuli hər kəsin göylərdə axtardığı Tanrını öz içində tapmışdı...
Muradının şamı bu gün də yanır, sabah da yanacaq...
Mən, qarmon və Kor Əhəd
Kənan HACI
Qarmona sevgisi hardan, necə yaranmışdı? Xatırlamırdı. Amma ilk dəfə atasının evə alıb gətirdiyi “Kazan” qarmonunu dizlərinin üstünə qoyub barmaqlarını naşıcasına dillərin üstündə gəzdirəndə o qədər sevinmişdi ki!.. Valideynləri qərara gəlmişdilər ki, uşağı qarmon sinfinə qoysunlar. Məşhur xanəndələrin ustadı olmuş Nəriman Əliyev onun nazik barmaqlarına baxıb atasına demişdi ki, bu uşağı skripka sinfinə qoyun. Amma o, skripkaya meyl etmədi, qarmona aşina oldu və musiqi məktəbini əla qiymətlərlə bitirdi. Həmin uşaq qarmon ifaçısı olmadı, ara-sıra qohum-əqraba məclislərində ondan xahiş edərdilər ki, bir-iki oyun havası çalsın. Tanrı o uşağa başqa bir tale yazmışdı... Beş illik musiqi təhsili ona muğamları sevdirdi və sözsüz, bu sevgi ailədən, ailədəki mühitdən qaynaqlanırdı. Evlərində muğamata sevgi görmüşdü və dərsdə muğamları öyrənə-öyrənə muğam ifaçılıq sənətinin tarixiylə də maraqlanmağa başladı. O uşaq Kor Əhəd haqqında hələ uşaq ikən oxumuşdu və onun kədərli taleyi ürəyini göynətmişdi...
Həmin uşaq mən idim. Uşaqlığımın uzaq dünyasından qulağıma muğamın sədaları gəlir. O sədaların içində Kor Əhədin çalğısı da var...
Qarmon. Gəlin görək, bu sözün semantik çənbərini hansı energetik özək, hansı gövhər müəyyənləşdirib? Mən bu sözü harmoniya kimi mənalandırıram. Bu məna qarmonun enerjisini, plastikasını obrazlaşdırır. Doğrudan da içimdə belə bir qənaət var ki, harmoniya qarmonun energetik nüvəsidir, özəyidir. Açılıb yığılan bu aləti cilalamaq, dilə gətirmək, onun içindən şirin təranələr sədalandırmaq üçün insanın içində də harmoniya olmalıdır. İnsan içindəki harmoniyanı alətə köçürür. Belə...
İnsan üçün ən dəhşətli, vahiməli, qorxunc şey işıqdan məhrum olmaqdır. Dünyaya gəlirsən və tale gözlərinin önünə qara bir pərdə çəkir... Üç yaşlı körpə dünyanı, onun rənglərini doyunca görməyə macal tapmır... O, hələ işığın nə olduğunu bilmir, dərdin, qüssənin balaca ürəyində əbədi yurd saldığından xəbərsizdir. Füzuli demiş, “bilməzlik ilə xoş idi halı”. Qarşıdasa upuzun bir həyat, yaşanılası ömür durur. İşıqsız necə yaşayasan?! Amansız zülməti necə yarasan?! Necə?!
Həyatda qalmaq üçün hardansa, nədənsə güc almalıydı. Kor Əhədə Tanrı böyük istedad bəxş etmişdi. Altı yaşı olanda anası ona yeddi dilli qarmon alır ki, uşaq evdə bununla başını qatsın. Və bu qarmon Əhədi qaranlıqdan işığa çıxarır. Əhəd də əvəzində qarmonu xalqa sevdirir, onun əvəzolunmaz çalğısı qarmon ifaçılığında yeni yol, yeni istiqamət açır. Əlbəttə, ona qədər Kərbəlayı Lətif olmuşdu, Abutalıb var idi. Kor Əhəd isə qarmonun şöhrətini bir az da artırdı. Öz improvizələri ilə qarmona şirinlik və məlahət qazandırıb.
Yanğılı ifaları ilə Əhəd həm də öz nisgilini, qüssəsini anladırdı. Həm də taleyinə meydan oxuyurdu!
Kor Əhədin anadan olmasının 125 illiyində aparıcı, tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir əhvalat danışdı. Həmin əhvalatı Kor Əhədin qızı Leyla xanım xatirələrində yazıb. Bir gün evlərində işıq sönübmüş, Əhəd uşaqlarına deyib ki, qorxmayın, mən sizi işıqsız qoymaram. Stulu ayağının altına qoyub çıxır, sayğaca neyləyirsə, işıq yanır. Gülhüseyn müəllim dedi ki, işıq Əhədin əllərində idi, o, əlini hara toxundururdusa, orda işıq əmələ gəlirdi. Qarmonun dillərinə toxununca ordan insanların qəlbinə işıq səpələnirdi.
Kor Əhəd təkcə qarmon ifaçılığı ilə yetinməyib, bu aləti təkmilləşdirib. Ona qədər qarmonda yarım tonlu qara dillər olmayıb, təkcə ağ tək tonlu dillər olub. İlk dəfə Kor Əhəd o vaxt Bakıda yaşamış yəhudi əsilli sənətkar Karpuşkin vasitəsilə qarmonu bir alət kimi təkmilləşdirdi. “Yəni həmin qarmonda qara rəngli tək tonlu dillər ağ tək tonlu dillərin arasına yerləşdirildi. Bu dəyişiklikdən sonra qarmonda səslənən musiqilər daha düzün və aydın formada səsləndi”. ( Gülhüseyn Kazımlı, “Qarmonun əfsanəsi”, Bakı, 2018, Təhsil nəşriyyatı, səh.161)
Gülhüseyn Kazımov Kor Əhədin həyat və fəaliyyətini araşdırıb və “Qarmonun əfsanəsi” adlı kitab ərsəyə gətirib. Bu kitabda Kor Əhədin tale yolu əhatəli şəkildə əhatə olunub. Onun qızı Leyla xanımın atasıyla bağlı xatirələri də son dərəcə maraqlıdır. Bu xatirələrə əsasən Kor Əhədi bir insan kimi, ata kimi xarakterizə etmək mümkündür.
Unudulmaz muğam tədqiqatçısı Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında Kor Əhəddən də bəhs edir. Bu sətirlərin müəllifi də Kor Əhədin adına ilk dəfə bu kitabda rast gəlib. Amma ilk dəfədir ki, bu misilsiz sənətkar haqqında nəfis tərtibatla geniş, əhatəli kitab nəşr olunur. Buna görə Gülhüseyn müəllimə böyük təşəkkür düşür.
Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev onun ifasını yüksək qiymətləndiriblər və bu barədə də kitabda geniş məlumatlar yer alır. Ən maraqlı cəhət əfsanəvi ifaçının nəticəsi, uzun illərdən bəri Amerikada yaşayan Aleksandriya-Sevinc Sultanzadə fon Brüseldorffun Bakıya gələrək Gülhüseyn müəllimlə birlikdə bu kitabla bağlı araşdırmalar aparmasıdır. Sevinc xanım Amerikada musiqi təhsili alıb və bu gün orada Azərbaycan musiqisini layiqincə təmsil etməkdədir. Ulu babasının Bakıda keçirilən xatirə gecəsində o da iştirak edirdi.
Bu yazıda Əhədin tərcümeyi-halından, sənət yolundan geniş bəhs etmək fikrim yoxdur. Gülhüseyn müəllim “Qarmonun əfsanəsi” kitabında onun ömür və sənət yolunu əhatəli şəkildə qələmə alıb. Bizə kitabı oxumaq qalır. Biz oxuduq, siz də oxuyun. Və Kor Əhədi daha yaxından tanıyın.
“Hələ bədr olmamış bir hilalım var…”
Kənan Hacı
Yazılarımdan birində bu ifadəni işlətmişəm: Xızı dağlarının sinəsi üzərinə sanki sumağ səpmisən. Eynən Təbrizdəki Eynalı dağını xatırladır. Dolama yollarla yüksəkliyə qalxırsan, boz dağları yaşıl vadilər, məxmər xalı kimi göyün ətəklərinə sərilmiş meşələr əvəz edir. Qara torpağın min-bir rəngə boyanmış bərəkətini görüncə ürək bir dağ boyu ucalır.
Maşın irəli şütüyür. Əhvalımız yüksəkdir, Bakıdan çıxandan yola şirin söhbətlə körpü salmışıq. Sözlər seyrələndə ustad xanəndə Ağakərim Nafisin zümzüməsi bulaq kimi qaynayır. Ağanın ələdüşməz, quş səsi eşitməyən söhbətləri aram olunca dəyərli muğam tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı onu sorğu-suala tutur:
- Akasiya sözünü mənası nədir?
Ağa dərhal cavab verir:
- Xari-müğilan. Yəni dəvə tikanı.
Mənzil başına çatandan sonra Gülhüseyn müəllimin bu sualı niyə verdiyi aydın olacaq. Hələ isə maşınımız yolları təkərinə dolayır. Sükan arxasında Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu, onun irsini toplayıb yenidən nəşr etdirməklə böyük ədibimizi gənc nəslə yenidən tanıdan Turan İbrahimovdur. Biz sənətşünaslıq üzrə fəlsəfə doktoru, dəyərli dostum Abbasqulu Nəcəfzadənin dəvətilə Mikayıl Müşfiqin 114 yaşını qeyd etmək üçün Xızıya tələsirik... Maşın aramla şütüyür, biz isə həmişəcavan şairin görüşünə tələsirik.
Söhbət boyu elə adlar, elə şəxsiyyətlər xatırlanır ki, onların hər biri mədəniyyətimiz, ədəbiyyatımız üçün böyük xidmətlər göstəriblər. Sadıqcan, Mirzə Məhəmmədhəsən, Seyid Mirbabayev, Mirzə Fərəc, Əliağa Vahid, Tofiq Bayram, Qəşəm Aslanov, Tofiq Hacıyev... Sanki arada Müşfiq də söhbətə qoşulur, şux zarafatlarıyla ovqatımızı təzələyir.
Şurabadı, Təzəkəndi, Əngilanı keçirik. Gözümüz Müşfiqin kəndini – Sayaddını – axtarır. Baxırıq ki, Müşfiq həmişə olduğu kimi, mənzil başına yenə bizdən əvvəl çatıb.
Ötən həftə repressiyaya məruz qalmış nakam şair Əlirza Xızılı haqqında yazım mətbuatda dərc olundu. Yazı böyük reaksiya doğurdu. Bu səfərimiz Şairlər günündə Müşfiqin doğum günüylə bağlı idi. Xızıda Müşfiq ocağına xeyli qələm adamı toplaşmışdı. Əlirza Xızılı haqqında yeni məlumatlar öyrəndim. Yaşı səksəni haqlamış tanınmış şair Ağasəfa dedi ki, onun əlyazmaları məndədir, istəsən verərəm, tanış olarsan. Onun söhbətində bir məqam da diqqətimi çəkdi. Ağasəfa müəllim dedi ki, onun sürgündən yazdığı məktublar varmış. Kimdədir görəsən o məktublar...
Pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə dedi ki, onun həbsiylə bağlı istintaq materialları Mikayıl Müşfiqin xatirə muzeyinin direktoru Orxan Əzimovdadır. Məni Orxan bəylə tanış edir. Söz verir ki, materialları mütləq mənə çatdıracaq. Əlirza Xızılıya “İkinci Müşfiq” deyirmişlər. Əzizə Cəfərzadə “Rübabə sultanım” romanında onun başına gəlmiş faciəvi hadisəni olduğu kimi qələmə alıb. Xatirələrində onu anır və Əlirzanın bir erməni qadının fitvasıyla gedər-gəlməzə yollandığını ürək yanğısıyla yazır. O da gənc yaşında dünyadan köçüb. Onun da Müşfiq kimi, məzarı yoxdur.
Ağacda meyvə ballanan kimi Müşfiqin sözləri də misralarda şirinləşir, irmaq-irmaq axıb ürəklərə dolur.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan-aşinadan necə əl çəkim?
Müşfiq sözləri uçurub hər yana səpələyib. Çiçək misalı, kəpənək misalı... Ruhsal aləmin səmalarında pərvaz edən şair xəyalı gələcəyin üfüqlərində sayrışan xoşbəxt həyatın ilğımını, sərabını gerçək mənalar müstəvisinə gətirir, sən o azadə həyatın rəngləriylə sehrlənirsən. Və bu əfsun dövrəni halə kimi bürüyür. Sehr bitmir, sehrin ecazı tükənmir, bitərsə, seyr sönər, solğunlaşar, cəzbini itirər... Onun şeirlərində sayrışan işıqlar əlindən tutub səni məna ənginliklərində, küləklərin qanadlarında gəzdirər. Müşfiqin taleyi və poeziyası təzadlarla cilvələnir... Müşfiqin işığını söndürdülər, milyon ürəkdə Müşfiq işığı yandı. Bu, Müşfiqin bir şair kimi qələbəsi idi. Bədii hissədəki çıxışımda bunu dilə gətirdim. Dedim ki, Müşfiqin gənc ömrünə qıyanları tarix də, tale də, Tanrı da cəzalandırdı. Əbədi lənətlə. Müşfiq isə bu gün də yaşayır və bu gün biz Müşfiqin adına yığışmışıq. O da burada, bizimlədir. Nəğmələri səslənir...
Dağların sinəsində Müşfiqin tarı dillənir. O nəğmə heç zaman susmayacaq.
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə,
Mənim bu dəryada bir sandalım var.
Müşfiq ocağında doğma simalar gördüm. Dəyərli şairəmiz Ofeliya Babayevanı, gözəl şair Tofiq Nurəlini, Firudin Qurbansoyu, yazıçı Elçin Hüseynbəylini, şair Elçin İsgəndərzadəni, qocaman və ruhu gənc şairimiz Ağasəfanı, unudulmaz xalq şairimiz Nəbi Xəzrinin oğlu, köhnə dostum Arzu Babayevi, ədəbiyyatşünas alim Rasim Nəbioğlunu... Müşfiqlə bağlı söhbətlər çözələndi. Həmin gün bizim üçün əsl poeziya bayramına çevrildi.
Ağasəfanın çıxışı xüsusilə yaddaşıma yazıldı. Şair dedi ki, dilimizdə qiyamət sözünün müxtəlif çalarları var. Qaniçənlər Müşfiqə qiyaməti bu dünyada yaşatdılar. Amma Müşfiq qiyamət oğlan idi!
Elçin İsgəndərzadə öz şair dostunun “Ömrün payız duaları” kitabını nəşr edib. Müşfiq ocağında həm də bu yeni kitabın təqdimatı oldu.
Tədbirdən sonra Ağasəfa müəllim bir neçə kitabını mənə hədiyyə etdi. O kitabların içərisində “Müşfiq tufanı” kitabı da vardı. Kitaba Müşfiqə həsr olunmuş şeirlər və bir poema daxil edilib. “Qanlı imza” poemasında Ağasəfa Müşfiqi güdaza verənləri təsvir edib.
- Dilim quruyaydı...
- Yox! Dil-dil ötdün...
Bütün qəzetlərə uzandı dilin.
- Mən onda...
- Sən onda böhtan yeritdin,
Bizim qanımıza boyandı əlin.
Bu poemada Müşfiqi güdaza verən, ondan donoslar yazan, sonralar döşünü ordenlər bəzəyən şairciklərin iç üzünü açır Ağasəfa.
Tarix heç nəyi unutmayıb. Zaman vicdandakı ləkələri silmək gücündə deyil. Müşfiqin işıqlı yolunda “xari-muğilan”lar çox bitmişdi. O, şeir gülüstanını yabanı otlardan təmizləyib çiçək dənizinə çevirdi.
Ağsaqqal şairimiz uzun illərdir ki, dağ kəndində, Qarabulaqda sözün işığını yandırır. Bizi evinə qonaq dəvət edir, “üzümüz ağdır, kəndə təzə yol çəkilib, əziyyət çəkməyəcəksiniz” – deyir. Yenidən görüşmək ümidilə Müşfiq ocağından ayrılırıq.
Mənzərələr dəyişir, qarşımıza yaşıl donlu dağlar gözəli Altıağac çıxır. Maşını əyləyib dincimizi almaq istəyirik. Bulaq suyunu ovuclayıb doyunca içirik, ürəyimiz sərinləyir. Meşənin qoynunda bizi şeirli-nəğməli məclis gözləyir. Gülhüseyn müəllim muğam üstə zümzümə edir, bilirəm, qəsdi Ağakərim Nafizi dilə gətirməkdir. Ustadın qavalını gətirirlər. Müşfiqin şeiri muğamın xallarında cilvələnir.
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli.
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!..
... Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?!
Kamera o unudulmaz məclisi lentə alırdı. Müşfiqlə bağlı xatirələr dilə gəldi. Şeirləri səsləndi. “Mən poeziyası bu qədər həyat eşqiylə coşub-çağlayan ikinci bir şair tanımıram ki, onu Müşfiqlə müqayisə eləyim” – dedim.
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Hər dəfə bu şeiri oxuyanda qəhər boğazımda düyünlənir. Keçirdiyim hislər izaha gəlmir. Mən bilmirəm ki, içimdəki təbəddülatları necə ifadə edim...
Dünyaya gəlişinlə həyat şeirə, nəğməyə çevrildi. Poeziyamızın şirin ləhcəli bülbülü oldun. Dünyaya gəlişinlə durğun çay kimi ahəstə axan şeirin bəndini qırıb onu okena çevirdin. Dünyaya gəlişinlə dünyada həmişə cavan qaldın, əziz Müşfiq!
Bizdən gələcək illərdə yaşayacaq insanlara salam söylə!...
Səsimizin Nafizi
Kənan HACI
Zamanın harmoniyası pozulub, həyatımız ritmsizlik içində keçir. Ahəng, nizam olmayanda isə simmetriya itir, meyarların inersiyası baş verir. Xaotik dünyamızda qloballaşma adlı əjdaha bütün dəyərlərə meydan oxuyur. Yeni dünya modeli virtuallaşma çağını müjdələyir. Tərəddüdlər, gümanlar, babalarımızdan bizə miras qalmış dəyərlərin təhlükə qarşısında qalmasından doğan nigaranlıq içimizi tiftikləyir. Amma İlahidən gələn səs, avaz, musiqi insanın genetikasında əbədi bərqərardır. Səs bu günlə keçmiş arasında körpüdür, gələcəyin ən etibarlı qarantıdır.
Muğam tariximizin tədqiqatçılarından olan dəyərli alimimiz Gülhüseyn Kazımlı ilə söhbətlərimizdən birində Ağakərim Nafizdən söz düşdü. “Mən onun səsinin vurğunuyam”, – dedim. Söhbətlərində yığcamlığı xoşlayan, özü də qısa və kəsə danışan Gülhüseyn müəllim onun bir neçə eşitmədiyim ifalarını mənə yolladı. Səs tufanı içində qeybə çəkildim...
Muğamın ecazkarlığı onun səsində bir az da dərinləşir, özünəməxsus ifa tərzi, şirinlik, ən əsası, ilkinliyə sədaqət onu hamıdan fərqləndirir. İlkinliyə sədaqət deyəndə Ağakərim Nafizin muğamatı yüz-iki yüz il əvvəl oxuyanlar kimi oxumasını nəzərdə tuturam. Onun ifasına qulaq asanda bir anlıq sənə elə gəlir ki, ruhun ötən əsrdə dolaşır, orda Hacı Hüsünü, Mirzə Məhəmmədhəsəni dinləyirsən. Ustad xanəndəni fərqli edən də ənənəyə, kökə sadiqlikdir. Onun səsində muğamın əsrlərin o tayındakı ilkinliyi qorunub saxlanılır. Sarıtorpaq şikəstəsi onun avazında bir ayrı cür səslənir. O səsin rəngləri muğam palitrasına təravət bəxş edir.
Böyük yazıçımız Əzizə Cəfərzadənin “Bir səsin faciəsi” romanını yenicə oxuyub bitirmişdim. Səsi vala yazılmış ilk qadın xanəndəmiz olmuş Mirzə Güllərin acı taleyi məni mütəəssir etmişdi. Onun ustadı olmuş Mirzə Məhəmmədhəsənə qarşı da tale çox amansız davranmışdı. Qocalıq başının üstünü kəsdirməmiş gözləri, sonra da qulaqları tutulmuşdu... Zənnimcə, Mirzə Məhəmmədhəsən muğam tariximizin ən kədərli obrazlarından biridir. Mahmud ağanın məclislərində püxtələşən, sənətkarlıq məqamına yetişən Mirzə Məhəmmədhəsənin səsi Şamaxı əhlinin həyatının bir hissəsinə çevrilmişdi. Mirzə Güllər də məhz ondan dərs almışdı. Deyirlər Güllər oxuyanda elə bilirmişlər ki, Mirzə Məhəmmədhəsən oxuyur. Mahmud ağa məclislərinin daimi qonağı olmuş qəzəl ustadı Seyid Əzim Şirvani onun səsini eşidib valeh olmuşdu və bu qitəni qələmə almışdı:
Əqlimi əlimdən nə güli-yasəmən aldı,
Nə sünbüli-reyhan, nə bağü-çəmən aldı.
Davud məgər zində olub dəhrdə, Seyyid,
Arami-dilim sövti-Məhəmmədhəsən aldı.
Seyid bu misilsiz avazı ləhni-Davuda tən tutmuşdu. Bu, Mirzə Məhəmmədhəsənə, onun səsinə verilən ən yüksək qiymətdir.
Ağakərim Nafiz də o əvəzsiz səslərin varisidir, Güllərin də, Məhəmmədhəsənin də səsi bu gün onun avazında yaşayır. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa bu səs möcüzəsiylə bir süfrə arxasında oturub onun hikmət və kəlam xəzinəsindən bəhrələnmək imkanı qazanacağam.
Günlərin bir günü Gülhüseyn müəllimdən zəng gəldi. Dedi ki, Əzizə xanımın oğlu Turan bəy bizi evinə qonaq dəvət edir. Getmək istəyərsənmi? Belə gözəl fürsətdən kim imtina edərdi? Hələ bilmirdim ki, o məclisdə Ağakərim Nafiz də olacaq.
“Nafiz” sözünü müxtəlif mənaları var, amma mahiyyət eynidir: dəlib keçən, insanın içinə işləyən, nüfuz edən, təsirli, sözü keçən, qəlb açan, fərələndirən... Onun səsi, avazı doğrudan da insanın duyğularına nüfuz edir, içini titrədir.
Ağakərim Nafiz Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Uşaqlıqdan evlərində dastanlar oxunarmış, muğam səslənərmiş. Bu da balaca Ağakərimin ruhunda dərin izlər buraxır, onu muğamın sirli dünyasına doğru çəkib gətirdi.
Muğamın sirrlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənib. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Onun şairliyi isə ayrıca bir tədqiqat mövzusudur. Minacatla başlanıb qəzəllərlə tamamlanan Divanı nəfis tərtibatla çap olunub. Bir çox Avropa ölkələrində qastrol səfərlərində olub, Azərbaycan muğamını layiqincə təmsil edib.
Nafizin yaddaşında muğam sənətimizin korifeyləriylə bağlı saysız-hesabsız xatirələr yaşayır. Əzizə Cəfərzadə ocağında onunla xeyli söhbətləşdik. XIX əsrdə yaşamış xanəndə Ala Palas oğlundan maraqlı bir əhvalat danışdı. Deyilənə görə, Ala Palas oğlu ucaboy, enli kürəkli bir adam imiş. Oxuyanda səsi qonşu kəndlərə yayılarmış. Günlərin bir günü padşah məmləkəti dolaşırmış, uzaqdan bir həzin, yanıqlı səs diqqətini cəlb edir. Göstəriş verir ki, gedin o səsin sahibini mənim sarayıma gətirin, mənim üçün oxusun. Ala Palas oğlunun səsinin izinə düşüb onu tapırlar. Padşahın xahişini ona çatdırırlar. Deyir mən azad sənətkaram, saraylarda oxumaram. Bu söz padşahı qəzəbləndirir. Onu tutub saraya gətirirlər, padşah deyir ki, mənim üçün bir muğam oxu. Ala Palas oğlu deyir ki, padşah sağ olsun, indi oxumağa həvəsim yoxdur. Nə illah edirlərsə, Ala Palas oğlu oxumur. Padşah əmr edir ki, aparın onu zindana salın. Xanəndəni zindana salırlar. Axşamçağı zindandan həzin, məlahətli bir səs yayılır. Gözətçi gəlib deyir ki, bəs bayaq padşahın hüzurunda niyə oxumadın? Ala Palas oğlu deyir ki, kefim belə istəyir, onda oxumağa həvəsim yox idi, indi burda cuşə gəldim, oxuyuram.
Beynəlxalq Muğam Mərkəzində Mirzə Güllərin xatirəsinə həsr edilmiş tədbir keçirilirdi. Gənc xanəndələrdən biri muğam üstə bir qəzəl oxudu, məqtə beytində Seyid Əzim Şirvaninin adını çəkdi. Belə anlaşıldı ki, qəzəl Seyid Əzimindir. Ağakərim Nafiz xanəndəni diqqətlə dinləyirdi. Yanaşı əyləşmişdik, ustadın azca narahat olduğunu hiss etdim. Xanəndə muğamı bitirən kimi Ağa (biz ona Ağa deyə müraciət edirik) ona təşəkkür etdi:
- Çox sağ ol. Gözəl oxudun. Amma oxuduğun qəzəl Seyid Əzimin deyil, Bixudundur. Bundan sonrakı oxularında bunu nəzərə al.
Xanəndənin günahı yox idi. Görünür, qəzəl kitabda səhvən Seyid Əzimin qəzəli kimi verilib, o da kitabdan götürüb. Beləcə, bir yanlış aradan qalxdı. Ağakərim Nafiz klassik ədəbiyyatı, əruzu, muğamatı dərindən bilən sənətkarlardandır. O, muğamı oxuyarkən ona səsiylə naxışlar vurur, özünəməxsus boğaz gəzişmələri, şöbədən şöbəyə qəfil keçidlər onu müşayiət edənlərdən aşırı diqqət tələb edir. Ağanı müşayiət etmək olduqca çətindir.
Ağakərim Nafiz diqqətləri özünə çəkməyi xoşlamır, xidməti funksiyasını icra edib həməncə kölgədə qeyb olur. Böyük Yaradan onun ömür kitabına bir istisna məqamını da əlavə etdi ki, bundan yalnız yaradıcı insan faydalana bilər. Ağa bu istisnalığı öz taleyində yaşayıb bir səsin izinə düşüb diyar-diyar gəzib. Günlərin bir günü Bakının Dağlı məhəllələrindən birində qulağına bir səs gəlir. Başını qaldıranda görür ki, bir dərviş oxuya-oxuya ona sarı gəlir. Dərviş yaxınlaşıb böyründən keçib gedir. Ağa danışır ki, hansısa iş dalınca gedirdim, iş-zad yaddan çıxdı, düşdüm bunun arxasınca.
İki-üç saat dərvişi izləyir. Dərviş səsiylə özünə yol aça-aça gedirmiş. Nəhayət, gəlib beşmərtəbənin yanındakı çayxanada dincini almağa oturur. Ağa yaxınlaşıb salam verir, oturmağa icazə istəyir. Dərviş razılıq verir və beləcə, o dərvişlə Ağanın dostluğu başlayır. Ağa ondan muğamın çox sirlərini öyrənir. Səsindəki dərvişanəlik də çox güman ki, o səsdən qaynaqlanır. Amma Ağa bu səsləri içinə hopdursa da, canından, boğazından çıxan tamam ayrı bir səsdir. Bu səs yüz səsin içində seçilir. Hamı bilir ki, oxuyan məhz Ağakərim Nafizdir.
Onun böyük ürəyi
Kənan Hacı
90-cı illərin ortaları... Mətbuatda yazılarım yenicə çap olunmağa başlamışdı. Gənclik enerjisi ilə təcrübənin kəsişdiyi nöqtədə mümkün qədər daha çox oxumağa, daha çox öyrənməyə çalışırdım. Buzovna kəndinin axundu, tədqiqatçı alim Hacı Soltan Əlizadə ilə dostluğumuz o vaxtdan möhkəmlənməyə başladı. Hacının təşkil etdiyi şeir-sənət məclislərində iştirak edir, bacardığım qədər bu tədbirləri mətbuatda işıqlandırmağa çalışırdım. Bu görüşlərin mənim həyatımda müstəsna əhəmiyyəti həm də ondan ibarət idi ki, orda mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış nümayəndələri ilə tanış olur, onlarla ünsiyyət qurmağa çalışırdım.
Azərbaycanda qədim zamanlardan üzübəri ədəbi-musiqili məclislər olub və bu məclislərdə dövrünün sayılıb-seçilən nəzm ustaları, xanəndələri, sazəndələr öz sənətlərini nümayiş etdiriblər. XIX əsrin sonlarında Şamaxıda Mahmud ağanın keçirdiyi məclislər bu gün də dildə-ağızda dolaşır. Mahmud ağa Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində klassik şairlərimiz qədər tanınan simalardandır. Bu qəbil məclislərin keçirilməsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, şairlər öz təbi ilə, xanəndələr səsi ilə imtahana çəkilirdi. Azərbaycanda ədəbi məclislər təkcə istirahət məkanı deyildi, həm də sənət məktəbi idi, kimlərsə öyrədirdi, kimlərsə öyrənirdi. Neçə-neçə şair, xanəndə bu məclislərdə püxtələşib sənətkar məqamına yetişiblər.
XIX əsrin ikinci yarısında Bakıda muğam məclislərinin yaradıcılarından biri də Məşədi Məlik bəy idi. Onun İçərişəhərdəki evində ilk muğam məclisi 1863-cü ildə keçirilib və o vaxtdan ömrünün sonunadək bu evin qapıları xanəndələrin, şairlərin, musiqiçilərin üzünə açıq olub. Onun muğam məclislərinin şöhrəti İrana, Tiflisə, Qarabağa və digər bölgələrə yayılmışdı. Məşədi Məlik bəy ustad tarzən Bəhram Mənsurovun babası idi.
Buzovnalı Əliyar bəy, Məcməüş-şüəra ədəbi məclisinə bir müddət rəhbərlik etmiş Məşədi Azər də öz mülklərində ədəbi məclislər keçirərmişlər. Fransız yazıçısı Aleksandr Düma, rus tarixçisi Berezin Əliyar bəyin qonağı olmuşdular. Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid və digər görkəmli ədəbi simalar tez-tez Məşədi Azərin evində təşkil etdiyi şeir-sənət məclislərinin qonağı olardılar.
Tarixi yaddaşın qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü bu gözəl ənənəni indi də yaşadanlar var. Xeyriyyəçi Hacı İntiqam bu qəbil insanlardandır. Onun Şüvəlandakı evində ilk dəfə 1997-ci ildə olmuşam. Hacı Soltan bir gün dedi ki, səni çox maraqlı bir yerə aparacağam. Jurnalist marağı ilə Hacını sorğu-suala tutdum. Dedi Şüvəlanda xeyriyyəçi Hacı İntiqam adlı bir şəxs var, o, mütəmadi olaraq öz evində ədəbi məclislər keçirir. Xatırlayıram, Azərbaycan qadınlarıyla bağlı bir tədbir idi. Mən ilk dəfə idi ki, bu qədər şair və yazıçını eyni vaxtda bir yerdə görürdüm. Gözüm dörd olmuşdu. Kimlər yox idi ki, o məclisdə?... Xalq yazıçısı Əzizə Cəfərzadə, Xalq şairləri Mirvarid Dilbazi, Qabil, Həkimə Billüri, zərif ruhlu şairəmiz Nurəngiz Gün, Rəfiqə Nuray...
Rəhmətlik Qabil müəllimlə tanış idik, o, tez-tez buzovnalı dostu Ağaşərifə baş çəkməyə gəlirdi. Ağaşərif dayı ilə biz çəpər qonşusu idik. Hər dəfə Qabil gələndə Ağaşərif dayı mənə xəbər göndərirdi ki, dostun gəlib, sən də gəl. Əlbəttə, “dost” sözünü zarafatla deyirdi, mən o zamanlar yeniyetmə idim və o da mənim ədəbiyyata sonsuz marağımı, sevgimi görüb istəyirdi ki, həmin məclislərdə iştirak edim. Qabil müəllim məni o evin, o ailənin bir üzvü kimi qəbul edirdi. Hacı İntiqamın məclisində gözü məni aldı. “Buzovnalı balası, sən nə yaxşı buradasan?” deyə soruşdu. Dedim Qabil müəllim, mən qəzetdə işləyirəm. Məni bu məclisə Hacı Soltan gətirib, bəlkə qəzet üçün bir material hazırladım. Kefi kökəldi. Dedi nə yaxşı iş görmüsən, bu məclislər bir tarixdir, bunları yaz, gələcək üçün qalsın. O vədələr Məşədi Azər haqqında geniş bir yazı hazırlayırdım. Qabildən xeyli məsləhətlər aldım. Bu barədə “Məşədi Azər təzkirəsi” kitabımda təfsilatı ilə yazmışam.
Həmin tədbirdə filologiya elmləri doktoru, professor Təvəkkül Səlimovla yanaşı əyləşmişdik. Birlikdə fotomuz da var. Aradan iyirmi dörd il keçir - əsrin dördə biri. Amma o görüşün təəssüratları hələ də mənim yaddaşımda öz təzəliyini qoruyub saxlayır. Bu illər ərzində Hacı İntiqam saysız-hesabsız ədəbi məclislər keçirib, bu məclislər haqqında yazılar, kitablar yazılıb.
Hacı İntiqam şair deyil, ədib deyil, xanəndə deyil, alim deyil, amma bu sənətlərin hamısı onun həyatından gəlib keçib. O mənada ki, sayılıb-seçilən qələm adamları, ustad xanəndələr, fikir adamları Hacı İntiqam ocağına məhz onun millət qarşısında fədakarlığına, xidmətkarlığına dərin hörmət və ehtiram əlaməti olaraq qədəm qoyublar. Bu cür insanların xidmətləri unudulmamalıdır. Hacı İntiqam Azərbaycan mədəniyyətinin hamilərindən biridir, salnaməçidir. Onun təşkil etdiyi məclislər ədəbi-estetik parametlərinə görə klassika təsnifatına uyğun gəlir ki, bu da ənənənin bir halqasıdır. Mahmud ağadan, Əliyar bəydən, Mirzə Məlikdən üzübəri davam edən, arada qırılan və yenidən bərpa olunan bu arxetip yığnaq mədəniyyəti Hacı İntiqamın timsalında yenidən dirçəldi.
Bu günlərdə Mərdəkan Mədəniyyət Sarayında “Abşerondan Şuşanın ətri gəlir” adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı Hacı İntiqam idi. İllər yaş üstünə yaş gətirsə də, həmişəki qıvraqlığı, çevikliyi yerində idi. Tədbirin təşkilatı məsələlərindən əlavə hər bir detalın işlənməsində, səhnədə mikrofonların qurulmasında, qonaqların qarşılanıb yerbəyer edilməsində birbaşa özü iştirak edirdi. Hətta arada zaldan aparıcıya müəyyən istiqamət verir, tədbirin proqramına da nəzarət edirdi. Jurnalistlərin tədbiri işıqlandırması qayğısına da qalırdı.
O, indiyədək çox məclislər təşkil edib. Amma həmin gün yenə də möhkəm həyəcan keçirirdi. Birdən kimsə diqqətdən kənarda qalar, birdən nəsə yaddan çıxar... Vətəndaş yanğısı, məsuliyyət hissi, gördüyü işə sonsuz sevgi. Onu bu işlərə sövq edən məhz həmin xüsusiyyətlərdir. Qarabağ qazilərinin də iştirak etdiyi bu tədbirin müstəsnalığı həm də onda idi ki, möhtəşəm Zəfərimizi əks etdirirdi. Şuşa hər birimiz üçün müqəddəsdir. Şuşanı görmüş insanlar bu dünyanın cənnətini görmüş hesab edilirlər. “Hakimə açılan atəş” romanını yazanda mən Şuşanı belə görmüşəm:
“İsa bulağı Şuşanın qərb aşacağında, bakir gözəlliyə malik meşənin qoynunda idi. Nə çiçəyinin rəngini, rayihəsini, nə göylərə boy çəkən ağaclarının sayını, növünü sayıb başa çıxan vardı. Bütün dörd fəslin dördündə də öz təkrarsız, dilrüba gözəlliyi ilə göz qamaşdırırdı. Güllü Qarabağın hansı elinə-obasına hörmətli qonaq gələrdisə, onun əylənməyi, şənlənib səfa sürməyi üçün İsa bulağı yada düşərdi. Məclislər qurulardı, hər məclisin özünə yaraşan xanəndə, çalğıçı dəvət olunardı. İsa bulağı meşəsində səs özü də, səsin məlahəti də pərdə-pərdə güclənib artıb ruhlara meydan verərdi. İsa bulağını bir görən min xatırlayardı, bir görən min duyardı. Bu bulağın, bu meşənin səsi-sorağı Şuşanın özü ilə bərabər dünyanın çox-çox adlı-sanlı, səfalı ölkələrində deyilirdi. Şuşa Qafqazın məlahətli, şaqraq səs-istedad, təbiətcə nadir gözəllik məskəni idisə, İsa bulağı Şuşanın şöhrəti idi. Şuşadan öz ölkəsinə qayıdan hər kəsdən İsa bulağını, Cıdır düzünü xəbər alardılar. Bunları sənə göstərməyiblərsə, buralarda seyrə çıxmayıbsansa, deməli, sənə əsl ali hörmət bəslənməyib.
İsa bulağı mühitində, bu tutaş meşədə göyün üzü görünmürdü. Lakin buranın tünd, mavi, firuzə rəngində öz səması vardı. Burada sanki günəş görünmürdü, di gəl, deyirdin bəs əlahiddə İsa bulağı günəşi vardı ki, aləmi qızılı nura qərq eləyirdi. Buradan ay da çətin seçilirdi, amma bu aləm gümüşlənmiş aydınlıqla dolu olardı. Bu möcüzəni görmək az idi, duymaq lazım idi ki, mətləblər, mənalar sənə aydın olsun. Bulağın qoşulduğu kiçicik dərə çayı açıq səma rəngində, ay şəfəqi rəngində axırdı. Xanəndələr susanda elə bil zümzümələri dərə çayında, İsa bulağının axarında qalırdı...
Soltanbud meşəsi... Keçmiş əyyamlarda hər hansı bir karvan Soltanbudun qalın-qara kölgələri, yalnız göyləri ala-tala görünən nəhəng qovaqları arasından vaxtlı-sərvaxt keçməyə cəhd eləyərdi. Qovaqları göy üzündə baş-başa çatılan, gündüzü də gecəsi kimi vahiməli-qaranlıq olan bu böyük meşə ibtidadan hərəmi, yolkəsən yuvası idi. Bura elə bil əjdahanın boğazı idi. Bir köçü bir uduma uda bilən bu “əjdaha”nın gövdəsi Kür sahillərinə uzanıb Tuğay meşələri ilə budaq-budağa verirdi. Bir polk da yerisə, basılmış köçün, karvanın izini-tozunu müəyyən edə bilməzdi”.
Hər insan nəsə bir şey tikir, qurur; qala tikən də var, daxma qaralayan da, göydələn ucaldan da. Ürəklərdə yurd salmaq isə maddi imkana bağlı deyil və hər insan ürəklərdə sevgi qalası ucalda bilmir. Hacı İntiqam bunu bacarıb. Onun qəlbindəki iman çox uca və möhtəşəmdir. Hər işdə ona bələdçilik edən, güc, qüvvət bəxş edən də imandır.
Hacı İntiqam milli burjuaziyanın hələ də formalaşmadığı bir zamanda məhdud imkanlarla sənət adamlarına himayədarlıq edir, ədəbi məclislər keçirir. Onun bu fədakarlığı hörmət və ehtirama layiqdir. Kaş bütün milyonçular ondan nümunə götürəydi, müdriklik sənətini ondan öyrənəydilər. Mədəniyyətin də, ədəbiyyatın da onun kimi insanlara çox böyük ehtiyacı var.
Yeriyən kitab
Kənan Hacı
(Dəyərli tarixçi-etnoqraf alim Ənvər Çingizoğlunun 60 yaşına)
Bütün xalqlar tarixinin qədimliyi ilə öyünür. Tarix bir millətin varlığının sübutudur. Tarix və etnoqtafiya xalqın iki gözüdür. Bir xalq, bir qövm özünü bu aynalarda görür. Tarixçi üçün bəzən qulaq da göz olur. O mənada ki, xalqın dilində dolaşan folklor qaynaqlarını, keçmişlə bağlı qiymətli xatirələri qulağı ilə “görür” və yaddaşına yazır. Qulaq və göz yaddaşı sonradan kitablaşır və yenə də xalqın əvəzsiz sərvətinə çevrilir.
Tarix dəqiq elmdir və bu elmlə məşğul olan insanlar xalqın yaddaşını gələcəyə ötürən insanlardır. Orta əsr təzkirəçiləri olmasaydı, biz tarixin dolanbaclarında azıb qalardıq, bu ziqiymət təzkirələr hər gələn yeni nəsil üçün bir növ, yol xəritəsinə çevrilir, onları düzgün ünvana aparıb çatdırır, tarixi həqiqətlərin üzə çıxmasında əvəzsiz mənbə rolunu oynayır. Tarix yazmaq sözün müxtəlif mənalarında anlaşılsa da istənilən halda əməllə bağlı olan müstəsna bir xüsusiyyətdir. Əməli olmayanın tarixdə heç vaxt izi qalmaz. Əlbəttə, söhbət xeyrül-əməldən gedir, şər əməl yiyələri zatən, tarixin qaranlıq zirzəmilərində əbədi lənətə məhkumdurlar. Herostrat dünyanın yeddi möcüzəsindən biri hesab olunan Artemida məbədini niyə yandırmışdı? Adını tarixə yazmaq üçün. Amma əsrlərdir ki, tarixin hiddəti onun adı üzərinə lənət kimi yağır.
Ənvər Çingizoğlu
Bu yazının məqsəd və məramı xoş niyyətlə bağlıdır. Bu gün tarix yazan kişilərdən biri, yazıçı, etnoqraf, geneoloq, böyük ziyalı Ənvər Çingizoğlu 60 yaşına “xoş gəldin” dedi. Mən inanmıram ki, hansısa alim, tarixçi bu yaşa onun qədər əlidolu gələ bilsin. 60 illik ömürdə 90 kitab yazmaq hər kişinin işi deyil! Bu kitabların hər biri qiymətli xəzinədir. Ta gənclik illərindən folklor, etnoqrafiya, geneologiya sahəsində araşdırmalara başlayan alim gözünün işığını, qəlbinin hərarətini, vaxtını, enerjisini yalnız və yalnız elmə sərf edib. Nəticədə saysız-hesabsız məqalələr, monoqrafiyalar, sənədli filmlər, kitablar ərsəyə gəlib.
Ənvər müəllimlə tanışlığımızın qəribə tarixçəsi var. Jurnalistlərin binasına yenicə köçmüşdük, bir gün həyətdə gəzişirdim. Tanımadığım şəxs mənə yaxınlaşıb Ənvər müəllimi soruşdu, tanımadığımı dedim. Həyətin bağbanı Bayram kişi “hə, o tarixçi alimi deyirsiniz?” - dedi. Adam sevincək: - bəli, bəli, - dedi. Öyrəndim ki, Ənvər müəllimlə binanın eyni blokunda yaşayırıq. İçimdə bir maraq yarandı. Görəsən tarixçi alim Ənvər müəllim kimdir? Biləndə ki, Ənvər Çingizoğludan söhbət gedir, kitablarını xatırladım. Yadıma düşdü ki, mənim kitabxanamda onun bir neçə kitabı da var. Demək, qiyabi tanıyırmışam. Sonra təzə qonşularla həyətimizdəki külafirəngidə tez-tez toplaşıb müxtəlif mövzularda söhbətlər edirdik, qızğın müzakirələr, mübahisələr olurdu və bu söhbətlərdə ən mötəbər söz sahiblərindən biri məhz Ənvər Çingizoğlu idi. Havalar mülayim keçəndə yenə həmin söhbətgah ziyalıların dəyirmi masasına çevrilir. Hansısa mübahisəli məsələ ilə bağlı hamı mütləq sonda ona müraciət edir və Ənvər müəllim tarixi faktlarla mübahisəyə son qoyur. Belə söhbətlər hər dəfə ələ düşmür. Bu baxımdan, özümü son dərəcə şanslı bir insan hesab edirəm.
Azərbaycan folklorunu, şəcərəşünaslığı onun qədər dərindən bilən çox az insanımız var. Arzu edirəm ki, bugün əlinə qələm alan gənc yazıçılar onun kitablarını, xüsusən də “Kim yaman” kitabını oxusunlar. Bu kitab Ənvər müəllimin həm də gözəl bir yazıçı olduğunu təsdiqləyir. Onun yaddaşı son dərəcə nadir əhvalatlarla zəngindir ki, bu da yazıçı üçün əvəzsiz bədii materialdır. Azərbaycan televiziyası və radiosunda hazırladığı verilişləri, sənədli filmləri izləsinlər. 554 səhifəlik “Türk xalqlarının etnoqrafiyası” adlı dərs vəsaiti isə alimin türk dünyasına ən böyük hədiyyəsidir. Turan birliyi ideyasının şüurlarda kök atması üçün məhz bu qəbil kitablar yazılmalıdır. Bu mənada Ənvər müəllimin xidmətləri ölçüyəgəlməzdir.
Onun baş redaktoru olduğu “Soy” dərgisi ölkəmizdə tarixi-etnoqrafik bilgi mənbəyi kimi son dərəcə faydalı mətbu nəşrdir. Bu faktı xüsusi olaraq qeyd etmək lazımdır. Bu sətirləri yazarkən Ənvər müəllimin jurnalistlik (mətbu və telejurnalistika) fəaliyyətinin də çoxşaxəli olduğunu əlahiddə vurğulamağı vacib hesab edirəm.
Ənvər müəllimlə dostluğumuz sayəsində kitabxanam bir az da zənginləşdi. Mənə bağışladığı kitabları dönə-dönə varaqlayıram və bu kitabların arxasında nə boyda böyük zəhmətin, yuxusuz gecələrin dayandığını anlayıram. Bu kitabları yazmaq üçün sadəcə, tarixçi olmaq kifayət etmir. Ürəyində Böyük Millət Sevgisi daşımaq gərəkdir. Ənvər müəllim məhz bu Ali Missiya üçün dünyaya gəlib.
Ənvər müəllim Tanrının verdiyi ömrü Kitaba çevirmiş adamdır! Bu missiyani başa çatdırmaq üçün 60 yaş çox azdır. Hələ görüləsi nə qədər işlər, yazılası nə qədər kitablar sizi gözləyir, Ənvər müəllim. Sizin xidmətlərinizi əhatə etmək üçün bu yazı yetərli deyil. Haqqınızda deyiləcək, yazılacaq sözlər çoxdur.
Qeydlərimi yubiley təbriki kimi qəbul edin! Qarşıda uzun bir yol var. Sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayıram!
Səsin səfiri
Kənan Hacı
Təbiət hələ ki, mürgü döyürdü... Seyidin yuxusu ərşə çəkilmişdi, sübh alaçatıdan qalxıb eyvana çıxmışdı və fikirli-fikirli qəlyanını tüstülədirdi. Axşamkı ifanın sədası hələ də qulaqlarında gümüldənirdi. Bu səs onu öz gəncliyinə qaytarmışdı, xəyalın iti qanadları onu Cıdır düzünə, bülbüllərin cəh-cəhiylə süslənmiş İsa bulağına aparıb çıxarmışdı; şaqraq zəngulələrdən bihuş olmuş bülbüllər özlərini Seyidin qavalına çırpırdılar...
...- Ağa, deyəsən, gecəni narahat yatmısan.- Mövsüm kişinin səsi onu xəyaldan ayırdı. Köksünü ötürüb əlini qocanın çiyninə qoydu:
- Mənim yuxumu qaçıran sənin oğlundu, Mövsüm kişi!
Mövsüm kişi əvvəlcə heç nə başa düşmədi, - Nəriman neyniyib ki, ay Ağa?- deyə narahatlıqla soruşdu.
Seyid gülümsündü:
- Daha neyləyəcək? Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım...
Nərimanın bəxti onda gətirdi ki, ömrünün həlledici məqamında başını qaldırıb Seyid Şuşinski kimi nəhəng bir dağla rastlaşdı, bu dağın ucalığından, əzəmətindən bir anlıq başı gicəllənsə də, özünü toparlayıb o dağdan qopan ilahi səsləri içinə hopdurmağa başladı; xoşbəxtlikdən o dağ da öz sirlərini ondan əsirgəmədi, çünki bu çəlimsiz oğlanda öz keçmişini görmüşdü və istəyirdi ki, gələcəyini də ona etibar etsin.
Atası Nərimanı özüylə birlikdə kolxoza aparır, bəzi yüngül işləri ona tapşırırdı ki, uşaq erkən yaşlarından zəhmətə alışsın. Sonra fikirləşdi ki, onu sənət məktəbinə qoysa yaxşıdır. Nəriman xarratlıq sinfini bitirib Dəmir yolu deposunda işləməyə başlayır. Sən demə, tale ona başqa bir sürpriz hazırlayırmış, onun həyatının axarı muğam ladı üstündə köklənmişdi. Özü isə bütün bunlardan xəbərsizdi.
Nəriman uşaq yaşlarından muğamın sehrinə düşmüşdü, Seyidin, Zülfünün, Xanın vallarını alıb saatlarla qulaq asır, bu xalları, zəngulələri yaddaşına yazırdı, xəlvətə düşəndə özü də zümzümə edir, öz səsi özünə xoş gəlirdi. Bilirdi ki, oxumaq üçün səsi var, intəhası bu səsi aşkara çıxarmaq üçün yüngülcə təkana ehtiyac vardı, bu təkan olmasaydı, onun səsi bulaq kimi soğulacaq, axırda quruyacaqdı.
Bir gün Mövsüm kişinin dostlarından biri Nərimana deyir ki, ay oğul, sənin ki, belə səsin var, niyə bu səsin nazını çəkmirsən? Seyid Şuşinski var ha, bax, o mənim dostumdur, kişiylə salaməleykümüz var, gəl, səni onunla tanış edim, bir səsinə qulaq assın.
Nəriman sevincdən uçundu, həyəcan içndə Ağayla, gələcək ustadıyla görüşü xəyalında təsəvvür elədi. Tezliklə bu görüş reallaşdı və Seyid Şuşinski Nərimanın səsində istedad işartısı görüb onu Asəf Zeynallı adına Musiqi texnikumuna dəvət etdi.
Həmin vaxtdan Nəriman müntəzəm olaraq Seyidin dərslərində iştirak etməyə başlayır. Muğamın gizlinclərini öyrənməklə yanaşı muğamı tədris etmə metodlarını da mənimsəyir ki, bu da gələcəkdə onun müəllimlik fəaliyyətində çox əhəmiyyətli rol oynayır.
Həmin illərdə Ağa ilə Mövsüm kişinin də dostluğu möhkəmlənir. Ustad xanəndə tez-tez şəhərdən Buzovnaya, Mövsüm kişigilə qonaq gəlir. Bu dostluq o qədər dərinləşir ki, Mövsüm kişi öz həyətində onun üçün xüsusi olaraq iki otaqlı ev tikdirir.
Yeri gəlmişkən, bu günlərdə gözəl yazıçımız Seyran Səxavətin xanəndə Süleyman Abdulayev haqqında yazdığı “Bəhanə” romanını oxuyurdum, orada Seyid Şuşinskinin obrazı yüksək sənətkarlıqla işlənib, bu əsər son yüz ilin muğam mənzərəsini bütün təfərrüatları, ayrıntıları ilə oxucunun gözü önündə canlandırır.
O vaxtlar Seyid Basin küçəsində yaşayırmış. Həmin əsərdə belə bir məqam var ki, gənc Süleyman Seyidi əlimyandıda axtarırmış, axırda üz tutur xanəndənin evinə, qapını Qulam açır (Qulam Ağanın xidmətçisi idi.- K. H) və Seyidin evdə olmadığını deyir. Süleyman soruşur ki, səncə o, hara getmiş olar? Qulam deyir: “Nəriman gəlmişdi, onnan getdi... Gəlsə nə deyim?”
Çox istərdim ki, muğam sənətilə məşğul olanlar- gənc xanəndələr, musiqiçilər bu romanı oxusunlar. Əsəri oxuyub başa çatdırandan sonra ürəyimdə belə bir hiss baş qaldırdı ki, kaş Nəriman müəllim haqqında belə bir bədii əsər yazmaq mənə qismət olaydı. Hələ ki, bu fikir arzu olaraq qalır.
Nəriman Seyidin sinfində təhsil almaqla yanaşı dövlət konsertlərində də iştirak edir, el məclislərində oxuyurdu. Onu da qeyd edək ki, o vaxtlar toylarda mikrofon olmurdu, Nərimanın zil səsi ona toylarda oxumağa böyük imkanlar verirdi.
Nəriman Əliyev 1960-cı ildə texnikumu bitirir və onu təyinatla Azərbaycan Dövlət Filarmoniyasına göndərirlər. 1963-cü ildə xanəndə Zülfü Adıgözəlov dünyasını dəyişir və bu vaxt Əhməd Bakıxanov Nərimanı 12 saylı musiqi məktəbinin axşam şöbəsindəki muğam sinfinə, Zülfünün yerinə dərs deməyə dəvət edir. Seyiddən öyrəndikləri bu dəfə onun karına gəlir, tələbələrə muğam, xalq mahnı və təsniflərini məhz onun kimi öyrətməyə başlayır.
Seyid Şuşinski ömrünün son illərinə qədər Mövsüm kişinin evində qonaq olub. 1965-ci ilin qorabişirən avqust ayında Seyidin ürəyi birdən-birə doğulub boya-başa çatdığı Qarabağ torpağı üçün möhkəm darıxmağa başlayır. Bəlkə də ömürdən çox az möhlət qaldığını sövq-təbii hiss etdiyindən doğulduğu torpağa qayıdır və cəmi ikicə aydan sonra cismini bu torpağa əmanət edir...
Amma getməmişdən əvvəl bir axşam Mövsüm kişiylə halallaşmağı qərara alır. Bu iki dostun arasında dünyanın ən məhrəm, ən səmimi, ən isti söhbəti başlayır və bu söhbət əsnasında Seyid dostunu Nəriman sarıdan da arxayın edir: “Günü sabah gedib Azər müəllimə (o zaman A. Zeynallı adına texnikumun direktoru idi,- K.H) deyəcəyəm, mənim sinfimə dərs deməyə Nərimanı götürsün. Bu, həm də mənim vəsiyyətimdir. Ondan yaxşı müəllim olacaq.”
Zaman Ustadın dediklərini təsdiqlədi. Bu gün Azərbaycan muğamının aparıcı simaları olan Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov,Gülyaz, Gülyanaq Məmmədova bacıları və onlarla muğam ifaçıları muğamın əlifbasını məhz ondan öyrəniblər.
Nəriman Əliyev pedaqoji işlə yanaşı ifaçılıq fəaliyyətini də davam etdirirdi. Onun muğam, təsnif və xalq mahnılarından ibarət 7 valı: - “Bayatı –Şiraz”, “Çahargah”, “Rahab”, “Şur”, “Rast”, “Bayatı-kürd”, “Humayun” valları buraxılıb. Televiziyanın qızıl fondunda onun ifasında “Mahur-hindi” muğamı və 6 təsnif yazılmış lenti qorunub saxlanılır.
Bu yazının ərsəyə gəlməsində mərhum xanəndənin bacısı oğlu, tanınmış tarzən Murtuz Əsədullayevin çox böyük köməyi oldu. Çoxdandı ki, Nəriman müəllim haqqında nəsə yazmaq istəsəm də, müxtəlif səbəblərdən yazı alınmırdı. Bu günlərdə istəyimi Murtuz müəllimə bildirəndə və ondan Nəriman müəllimlə bağlı faktların toplanmasında mənə kömək etməsini xahiş edəndə həvəslə razılaşdı.
Murtuz müəllim dayısı haqqında böyük məhəbbətlə danışır:
“15 yaşım vardı, bir gün dayım mənim tar çalmağımı gördü və təəccüblə “bu eynilə Əhmədxanın xallarını vurur ki!..” söylədi. Mən də “Kürd-şahnaz”ı çalırdım, dayımın bu sözü məndə özünəinam hissi yaratdı və taleyimi ifaçılıq sənətinə bağladım. Sonralar onun tələbələrini tarda müşayiət edirdim. O, tələbələrlə işləməkdən yorulmurdu, çox tələbkar idi, muğamı gənc ifaçılara zərgər dəqiqliyi ilə öyrədirdi.
Mən onu kənd toylarında da müşayiət edirdim, təsəvvür edin, bir toyda 10- 12 dəstgah oxuyurdu. Son vaxtlar səhhətində problemlər yaranmışdı, dərs zamanı ona deyirdim ki, çox ucadan oxuma, sənə olmaz, deyirdi, sən nə danışırsan, muğam xalqın sərvətidir, onu gərək olduğu kimi gələcək nəslə çatdırasan. Mərhum tarzən, həm də mənim müəllimim olmuş Kamil Əhmədov danışırdı ki, Nəriman Seyidin ən çox sevdiyi tələbələrindən idi. Mən muğamın bütün sirlərini dayımdan öyrənmişəm.”
Murtuz müəllim bir də onu deyir ki, “rəhmətlik həmişə mənə deyirdi, elə ifa elə ki, tar əlində muma dönsün, öz çalğın özünə xoş gəlsin, bir də, heç vaxt heç kəsi yamsılama.İndiyəcən onun məsləhətinə əməl edirəm.”
Mənim atamın toyunda Nəriman müəllim oxuyub, atam rəhmətlik onun heyranı idi. Bu heyranlıq mənə də keçmişdi. Məni kəndimizdəki musiqi məktəbinin qarmon sinfinə qoymuşdular, bir gün Nəriman müəllim bizə gəlmişdi, dedi ki, hə, bala, gətir qarmonunu görək nə bilirsən. Bir-iki oyun havası dınqıldatdım, Nəriman müəllim üzünü anama tutub dedi ki, bunu nahaq qarmon sinfinə qoymusunuz, gərək skripkaçılığa qoyaydınız.
Niyə belə dedi, bilmirəm, amma sonralar mənim qarmona həvəsim öləzidi. Yazı-pozu həvəsi məni jurnalistikaya gətirdi və bir gün Nəriman müəllimlə rastlaşanda mənə dedi ki, sənin Məşədi Azər haqqında yazını oxudum, mənə ləzzət verdi, sən özünü bu sahədə tapdın!
...Nədənsə şirin yuxu gözündən perik düşmüşdü, eyvanda oturub aram-aram qəlyanını tüstülədirdi. Təbiət nəfəsini içinə çəkib susmuşdu, uzaqdan dənizin həzin, qulağa dinclik gətirən pıçıltısı eşidilirdi. “Qırx il nə tez ötüşdü, ay dadibidad! Elə bil ki, dünəndi, düz qırx il bundan əvvəl Seyid bax, elə burdaca dayanıb fikirli-fikirli qəlyanını tüstülədirdi... Onun çəkdiyi tütün bu tütündən deyildi, ətri adamı bihuş edirdi. Atama dediyi sözlər indi də qulağımda cingildəyir: “...Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım...”
...Çiyninə qonan yumşaq əldən diksinib geri çevrildi; Seyid idi, nüfuzedici baxışları yenə uzaqları ölçürdü. Cəld ayağa qalxmaq istədi, Seyidin əli çiynindən basdı: “Yol gəlmisən, bir hovur dincini al, onsuz da səsin o tayda qalıb. Qırx ildi sənin səsinə qulaq asıram, ruhum dincəlir...”
Ruhları qovuşdu...
Buzovnaya gedən marşrut avtobusunda yerimi tutdum və fikirləşdim ki, işə bax, otuz ildən çox yaşadığım bir kəndə indi qonaq kimi gedirəm. Amma şəhər məni deyəsən bir az müdrikləşdirib. Hər adddımımda öz- özümə deyirəm ki, özünü yığışdır, bura səninçün Buzovna deyil!
Bu dəfə özümü bir az da toparladım, çünki elə bir insanın ziyarətinə gedirdim ki, bu insanla, bu qadınla görüşüb söhbətləşmək, xatirələrə körpü salmaq, həyatının daha xoşbəxt, daha işıqlı çağlarına səyahət etmək elə də asan bir iş deyildi.
Kimdir bu qadın? Bu qadın ustad xanəndə Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanımdır. Xalidə xanım mənim uşaq yaddaşımda- illərin uzaqlığında qalmışdı və bu uzaqlıq qədər də mənə yaxın olan bir məsafədəydi. Orta məktəb illərinin fotolarında Xalidə xanımın daha gənc, daha şux, təravətli, məsud çağları hələ də vaxta biganə qalaraq özü haqqında çox şeylər danışır. Bu xanım mənim həndəsə müəllimim olub, mən onun bəlkə də ən zəif şagirdi olmuşam. Ümumiyyətlə, mən sonralar da, elə indinin özündə də həyatın cəbri və həndəsəsi qarşısında 2 qiymətə layiq bir şagird olaraq qalmışam.
İndi bu zəif şagird öz müəllimini sorğu- suala tuta biləcəkdimi? Açığı, içimdə bir az həyəcan da vardı. Həm də axı aradan uzun illər keçmişdi...
“Əli ayağı” ziyarətgahına aparan yolda çox dəyərli şəxsiyyyətlərimizin də ünvanı var ki, biz hərdən vaxt tapıb bu ünvanlara da baş çəkməli, onları da ziyarət etməyi özümüzə borc bilməliyik. Müqəddəs ziyarətgaha aparan yolun iki yüz addımlığından sağa burulub dəmir qapı ilə üzbəüz gəlirsən və bundan sonra... artıq xatirələr danışır, qalaq- qalaq şəkillər danışır, yaddaşda oyanan Səs danışır...
...Xalidə xanımın həyatında çox böyük itgilər olub- cavan qardaşını, gənc yaşda oğlunu, kürəkənini və nəhayət həyat yoldaşını itirib; saçları qar kimi dümağdı,- itgilər öz işini görüb... Bir-birindən ağır itgilər...O, bir qadının çəkə bilməyəcəyi ağrılar yaşayıb, bir qadının çiyni üçün olduqca ağır bir yükü daşıyası olub. Həmişə üzündə gördüyümüz təbəssümə elə bil xal düşüb, gözlərinin dərinliyində yuva salmış kədəri sezməmək mümkün deyil... Bu itgilər haqqında danışmaq yaraya duz tökmək kimidi, amma danışmamaq da mümkün deyil.
Yaddaşının itiliyinə heyrətlənirəm. 1989-cu ilin payızında yaxın bir qohumumuzun toy məclisində Nəriman müəllim “Mahur-hindi” muğamını oxumuşdu və mən o ifanı maqnitofon lentinə yazmışdım. Söhbət əsnasında qəfildən o məqamı xatırladı:
- Yadımdadır ki, sən onun ifasını lentə yazırdın.
Nəriman müəllimin həmin muğamda oxuduğu qəzəl və vurduğu xallar eynilə, olduğu kimi yaddaşımda səslənməyə başladı:
Bəlayi- eşqdən zövq almayanlar bərkəmal olmaz,
Bu eşqi duymayan kəs layiqi-bəzmi vüsal olmaz.
Pərisən, hurisən, ya bir mələksən, bilməzəm billah,
Pəridə, huridə, ya bir mələkdə bu camal olmaz.
...Qələm çəkmək gərək əfsaneyi-Məcnuni- Leylayə,
Ki, Məcnun Azərə, Leyla sənə hərgiz misal olmaz.
Xalidə xanımdan soruşdum ki, xatirələrinizi yazırsınızmı? Gülüb dedi ki, yox, vallah, amma bilirsən yaddaşımda nə qədər xatirələr var!.. Danışır ki, o vaxt İranda Dilkeş xanım adlı məşhur bir xanəndə olub, Seyid Nərimana demişdi ki, əgər oğlun olsa, adını Sarəng, qızın olsa, Dilkeş qoyarsan. O, həm də “Rast” muğamına “Dilkeş” şöbəsini əlavə etmişdi. Belə oldu ki, 1965-ci ilin 1 sentyabrında qızımız dünyaya gəldi və Nəriman ustadının vəsiyyətinə əməl edərək qızın adını Dilkeş qoydu. İndi Dilkeş xanım Buzovnada 4 saylı İncəsənət məktəbində fortepiano ixtisasından dərs deyir.
Xanəndə kiçik qızına da “Bayatı –Şiraz” muğamının şöbəsi olan “Dilrüba” adını qoymuşdur.
Xalidə xanım mərhum xanəndənin arxivini səylə qoruyub saxlayır, bu arxiv bizim muğam tariximizin bir parçasıdır, bu arxiv dil açsa, nələr danışa bilər!.. Ona kifayət qədər ithaf şeirləri yazılıb və Xalidə xanım danışır ki, bu şeirləri oxuyarkən bir şeir diqqətimi çəkdi, müəllif yazır ki, “səninlə fəxr edir səndən dərs alan!” Biz dərs aldığımız insanlarla fəxr etməyi bacarmalıyıq, ona görə bacarmalıyıq, yazıram ki, əksər hallarda biz nəinki onlarla fəxr etməyi, onları ümumiyyətlə, xatırlamağı belə bacarmırıq.
Xatırlamaq, yad etmək də mənəviyyatdan, əxlaqdan, vicdandan irəli gələn bir haldır. Abbas Səhhət ona görə “Yad et məni!” deyərək hayqırırdı ki, öz qövmünün biganəliyinə bələd idi, unutqanlığından hali idi, sonrakı nəslin yaddaşına çox da güvənmirdi. Millətimizin başına nə bəla gəlibsə, unutqanlığının ucbatından gəlib, biz keçmişimizi çox tez unuduruq, el üçün yananları yaddaşımızdan amansızlıqla silə bilirik. Sonra da tarix bizi eyni amansızlıqla cəzalandırır.
Nəriman müəllim millətimiz üçün böyük bir xanəndələr ordusu yetişdirib, bu gün o xanəndələr yoxdursa, demək, Azərbaycan muğamı da yoxdur. O vaxt texniki imkanlar çox aşağı olduğundan hamı canlı oxuyurdu və canlı oxumaq da xanəndədən məharət tələb edirdi. Ustad xanəndənin səsini el məclislərində çox sınağa çəkmişdilər, bu səs artıq durulub saflaşmışdı, sanki boğazdan deyil, hansısa bulağın gözündən axırdı. Bu səs çoxları üçün əvəzsiz qaynaq idi,- Canəli Əkbərov üçün, Alim Qasımov üçün, Ağaxan Abdullayev üçün, Gülyaz, Gülyanaq Məmmədova bacıları üçün, onlarla muğam ifaçısı üçün...
Buzovna kəndinin axundu, ilahiyyat alimi Hacı Soltan Ustad Nərimana poeziyanın səmavi dilində bir qəzəl qoşub:
Aləmdə qoyub namını xanəndə Nəriman,
Seyyid kimi dünyadə gəzər zində Nəriman.
Ustadlıq edib xeyli müğənnilərə bişək,
Qoymazlar olar ki, ola şərməndə Nəriman.
Seyyiddən alıb musiqinin incə məqamın,
Gənc nəslimizi qoymadı daməndə Nəriman.
...”Segah” ilə ağlatdı bizi ahu-nəvası,
Əl atdı “Humayun”da da çox fəndə Nəriman.
Onun “Segah”ının ahu-nəvası çoxlarını dili yanana qədər dilləndirəcək, ürəkləri bu səsin istisindən soyumayacaq... “Humayun” sükutu öz qapısınacan qovub heydən salacaq... “Mahur-hindi” sanki onun səsinin boyuna biçilib, bu muğam sanki həyatının da ritminə uyğun gəlirdi. Hər dəfə onun ifasında bu muğama qulaq asanda Nəriman müəllimin həyat yolunun müxtəlif mərhələləri gözümün önündən keçir.
O, sadə, olduqca sadə bir həyat tərzi keçirib, yəqin ki, bu onun xarakterindən irəli gələn bir hal idi. Tələbələrinin səsi-sorağı az qala hər gün televiziya ekranlarından eşidilsə də özü efirə çıxmaq, səsini yazdırmaq haqqında düşünmək istəməyib. Elə buna görə ustadların ustadı olsa da adı çox vaxt kölgədə qalıb. Amma o, heç vəchlə kölgədə qalmağa layiq bir sənətkar deyildi.
Xalidə xanım deyir ki, bir neçə il bundan öncə Nəriman müəllimin həyat yolu barəsində “Aztelefilm”in istehsalı olan sənədli film çəkilib, Muğam Teatrında xatirə gecəsi keçirilib. Bu il isə yubileylə əlaqədar olaraq daha geniş tədbirlərin keçirilməsinə ehtiyac var.
İnsanlar “Əli ayağı” ziyarətgahına gəlib nəzir-niyazlarını verir, ürəklərinin mətləbini diləyir, həmdü-sənalar edib eşiyə çıxırdılar və yerin təkindən axan müqəddəs sudan üz-gözlərinə vurub bir-iki qurtum da içirdilər ki, ürəklərinin yanğısını söndürsünlər, sonra da tez-tələsik maşınlarına oturub gedirdilər iş-güclərinin dalınca. Bəs niyə gözləri önündə mavi xalı kimi sərilmiş dənizi görmürdülər, onun əbədi uğultusunu eşitmirdilər?..
...Dənizin üzü göyərmişdi, üfüqdə qaraltı vardı, deyəsən qar yağacaqdı. Mən hələ də həyatın amansızlığı haqqında düşünürdüm...
Amma onun səsi bu dünyaya məxsus deyildi, İlahi səs idi. Xalidə xanımı bu qədər itgilərin müqabilində ayaqda saxlayan, ağrının, əzabın qarşısında yenilməyə qoymayan da o Səs idi!..
Yaşı Sözdən də qədim olan Səsin əbədi Səfiriylə hələ çox görüşəcəyik!..
Yazıdan sonra:
Bilirdim ki, bu mövzu mənim üçün hələ bitməyib. Haçansa bu yazıya yenə qayıdacağıma əmin idim. Bu günlərdə muğamatımızın bilicisi, tədqiqatçı-alim, şair Gülhüseyn Kazımlı Nəriman müəllim haqqında yazımı oxuyub mənə zəng vurdu və dedi:
- Sənin bu yazına rast gəlməmişdim, əla yazmısan. Məncə, sən bu yazını böyüdüb sənədli povest edə bilərsən.
Açığı, söz və sənət sərrafından bu sözləri eşitmək mənim üçün xoş oldu. Bundan da əvvəl böyük yazıçımız Seyran Səxavət zəng vurub yazını bəyəndiyini demişdi. İki dəyərli fikir adamından müsbət rəylər aldıqdan sonra düşündüm ki, Nəriman müəllim haqqında yazmadıqlarım yazdıqlarımdan daha çoxdur və doğrudan da bu yazını genişləndirməyə ehtiyac var. Müxtəlif vaxtlarda ustad xanəndə haqqında mətbuatda yazdığım yazıları yenidən gözdən keçirdim, yazıdan kənarda qalan məqamlarla bağlı qeydlər etdim və bu da növbəti yazının (əslində bu yazının sonrakı bölümü olaraq) yazılmasına səbəb oldu.
Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Ağakərim Nafizlə söhbətlərimizdən birində dedi ki, Nəriman yaxşı xanəndə idi, ən əsası, gözəl pedaqoq idi. Hər xanəndə yaxşı pedaqoq ola bilmir. Bu fikri mərhum tarzənimiz Kamil Əhmədovun da dilindən eşitmişdim. Nəriman müəllimin tələbəsi olmuş Xalq artisti Gülyaz Məmmədova müsahibələrindən birində belə deyir:
- Nəriman müəllimi ilk dəfə 5-ci sinifdə oxuyanda görmüşdüm. Şəkidə muğam müsabiqəsi keçirilirdi və o da münsif idi. Gülyanaqla mən çıxıb oxuduq. Hansı kənddən olduğumuzu soruşdu. Dedik ki, Böyük Dəhnə kəndindənik. Soruşdu ki, siz o kənddə Məmmədova Rəhiməni tanıyırsınız? Utana-utana “bacımızdır” - deyəndə bir az ərklə dedi ki, ona deyin dərsə gəlsin. Biz dedik o, ailə qurub. Buna görə çox əsəbiləşdi. Sonra mən 1988-ci də, Gülyanaq isə 1992-ci ildə onun sinfində dərs aldıq.
O, Azərbaycanın böyük muğam müəllimlərindən idi. Onun muğam öyrətmə üsulu o qədər fərqli və gözəl idi ki, oxumayan tələbə belə muğamı gözəl bilərdi. Öyrətmə qabiliyyəti güclü idi. Qəzəl və muğamı, poeziyanı dərindən bilir və tələbələrinə də əruzu və hansı muğama hansı qəzəli oxumaq lazım olduğunu məharətlə öyrədirdi.
Bu gün ifa etdiyim bir çox mahnını Nəriman müəllimin zümzüməsi ilə öyrənib oxumuşam. Bizə ata qayğısı göstərirdi. Məni muğam radio fonduna aparıb “Şahnaz” muğamını yazdırdı. İfamı özü qavalla müşayiət etdi.
Həm mənim, həm də Gülyanağın sənət yolunda onun böyük xidmətləri var. Bir faktı da deyim ki, Seyid Şuşinskinin qavalının biri Nəriman müəllimdə idi. Biri də Asəf Zeynallı adına Musiqi Texnikumunda qalmışdı.
Hazırda o qaval sinfimin konsertmeysteri Mehman Mikayılovdadır. Bu gün konsertlər zamanı çox vaxt o qavalla səhnəyə çıxıram”.
Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor Arif Əsədullayev deyir ki, “mənim sənətdə qazandığım uğurlarda Nəriman müəllimin böyük rolu olub. İlk dəfə 1963-cü ildə mərhum tarzən Əliağa Quliyevlə birlikdə məni toya aparıb. O zaman mənim heç bir təcrübəm yox idi, yeniyetmə bir oğlan idim, bərk həyəcan keçirirdim. Amma Nəriman müəllim mənə inandı və nəticədə mən özümü həmişəlik kamança sənətinə həsr etdim. Sonralar onun bütün dərslərində iştirak etmişəm, onu konsertlərdə, efirdə, toy məclislərində müşayiət etmişəm”.
Arif müəllim Nəriman Əliyevin bacısı oğludur, mənim də dayım oğludur. Çox-çox illər bundan öncə bir dəfə Arif dayıoğlu məni Nəriman müəllimgilə apardı. Onda təxminən on beş-on altı yaşım olardı. Biz darvazadan həyətə adlayanda gördük Nəriman müəllim əlində bel, ağacların dibini belləyir. Nəriman müəllimi ilk dəfə idi ev şəraitində görürdüm. Mənə elə gəlirdi ki, bu qəbil insanlar sadə adamlar kimi fiziki iş görmürlər, heç yemək də yemirlər. Dünyanı və insanları hamının gördüyündən fərqli görmək də bir istedaddır. Yaşımın elə çağıydı ki, mən Nəriman müəllim kimi sənətkarlara fövqəlbəşər kimi baxırdım. Ağacların arasında gəzişir, meynələrə qulluq edirdi. “Ağaclar da insanlar kimidir, onlara gərək qulluq edəsən, qayğı göstərəsən ki, bəhər versinlər” – deyirdi.
O, tələbələrinə təkcə muğamı öyrətmirdi, həm də onların qayğılarıyla yaşayırdı. Qəzənfər Abbasov danışır ki, tələbə vaxtlarımda çox çətinliklə dolanırdım. O da sövq-təbii bunu hiss edirdi və mənə deyirdi, Qəzənfər, birdən pulun olmaz ha, heç nədən çəkinmə, mənə de.
Nəriman müəllimin tələbələrindən yeganə umacağı muğamatı dərindən, mükəmməl öyrənmək idi. Arada ciblərinə pul da qoyurdu ki, sıxıntı çəkməsinlər. Çünki onların səsinə, istedadına bələd idi və bu səslərin nə vaxtsa bağında qulluq etdiyi ağaclar kimi bar verəcəyinə əmin idi. Bəzən tələbələrindən hansısa biri toya gedəndə qavalı olmurdu. Nəriman müəllim ona qavalını verirdi. Beləcə, onların qanadları bərkiyirdi, ustad isə bu səs uçuşlarını kənardan seyr edib bəxtəvərcəsinə gülümsəyirdi.
Muğamın keşiyində durmaq, onu olduğu kimi gələcək nəslə ötürmək yanğısı onu ömrü boyu müşayiət edən bir istək olub. Bu istək həyatının ən Ali Məramı olub. Bu yolda ömrünün sonuna kimi sistemlilik və ardıcıllıqla çalışıb. Otuz ildən artıq müddətdə hər gün ictimai nəqliyyatla Buzovnadan şəhərə, Asəf Zeynallı adına Musiqi Texnikumuna gəlib gedib. Yolun uzaqlığı onu bezdirməyib. Ondan ötrü sadə, mütəvazi müəllim həyatının zövqünü yaşamaqdan gözəl nə ola bilərdi?!
Zaman keçdikcə tələbələri ad-sana yetişib, efirlərin bəzəyinə çevrilib, fəxri adlar alıb, xalq məhəbbəti qazanıb, bəzilərinin şöhrəti ölkədən kənara yayılıb. O isə həmişəki kimi səhər tezdən yuxudan oyanıb yeməyini yeyir, avtobusa minib məktəbdə, sinif otağında onu gözləyən tələbələrinin yanına gəlirdi. Yeni-yeni səslərin cilalanması, püxtələşməsi üçün səbrlə, təmkinlə bildiklərini öyrədirdi.
Əllərimə baxıb mənə skripka sinfinə getməyi məsləhət görmüşdü. Mən qarmon sinfinə getdim. Musiqi məktənini əla qiymətlərlə bitirdim. Amma musiqiçi deyil, yazıçı oldum. Bu gün hansısa muğam səslənəndə dərhal deyirəm ki, bu filan muğamdır, filan şöbədir. Dostlar heyrətlənirlər – sən bunları harda öyrənmisən? Bunları musiqi məktəbindən əvvəl Nəriman müəllimdən öyrənmişəm.
Arifin qardaşı rəhmətlik Cavid muğam xiridarı idi. Muğamatı musiqiçilərin çoxundan yaxşı bilirdi. Hələ səksəninci illərdə onun evində patefon və nadir səs yazıları vardı. O lentlərdən Zülfü Adıgözəlovun, Seyid Şuşinskinin, Mütəllim Mütəllimovun səsləri eşidilirdi. O patefon yalnız evində mötəbər qonaqlar olanda səslənərdi. Cavidin qardaşları Arifin, Murtuzanın ifaçılıq sənətinə yiyələnməyində böyük əməyi olub. Nəriman müəllim onu çox istəyirdi. 1994-cü ildə Cavid dünyasını dəyişdi və o vaxtdan Nəriman müəllim sanki sürətlə qocalmağa başladı. Bacısı oğlunun vaxtsız vəfatı oğul övladının nakam ölümü qədər onu sarsıtdı, qəddini bükdü. Marsel Prust yazır ki, “xoşbəxtlik vücud üçün faydalıdır, fəqət ağlı inkişaf etdirən iztirabdır”. İztirab ağlı inkişaf etdirsə də vücud onun ağırlığını daşıya bilmir. Nəriman müəllim həyatdan iztirab payını da almışdı. Oğlunun, bacısı oğlunun bir-birinin ardınca dünyasını dəyişməsi ürəyinə yaralar vurmuşdu və onsuz da zəif olan vücudu bir az da zəifləmişdi.
Bu yerdə alman şairi və mütəfəkkiri Hötenin sözlərini xatırlamaq da yerinə düşər. O, yazır:
“Əlləriylə çalışan işçidir. Əlləri və beyni ilə çalışan ustadır. Əlləri, beyni və ürəyi ilə çalışan isə sənətkardır”.
Nəriman müəllimin böyük ürəyi vardı. Ömür-gün yoldaşı Xalidə xanım danışırdı ki, Nəriman tələbələrini öz övladları qədər çox istəyirdi. Onların bəziləri şəhər qeydiyyatında olmadığı üçün işlə bağlı problem yarananda onları öz evində qeydiyyata aldırardı. Bugünün tanınmış xanəndələrinin çoxu onun evində qeydiyyatda olublar.
Bu ev kimləri görməyib?! Ustad xanəndələrin vaxtaşırı yolu burdan düşüb, Nəriman müəllimi ziyarət ediblər, hansısa muğamın hansısa şöbəsini ondan öyrəniblər, doyulmaz söhbətlərini dinləyiblər.
2011-ci il idi. Xalidə xanımla əyləşmişdik bir zamanlar Nəriman müəllimin oturduğu masanın arxasında, onu anırdıq. Hər qarışında Nəriman müəllimin nəfəsi duyulan bu evdə, Seyid Şuşinskinin xatirələri dolaşan bu həyətdə Azərbaycan muğam sənətimizin pöhrə səsləri yetişib, çiçək açıb, səmaya pərvazlanıb. Bu ocağın ev muzeyinə çevrilməsi həm Seyidin, həm də Nəriman Əliyevin ruhunu şad edər. Bu həyət adi həyət deyil, muğam sənətimizin pərvəriş tapdığı müqəddəs bir məkandır. Onun tələbələri bu təşəbbüsə qoşulsalar, çox güman ki, tezliklə istəyimiz həyata keçə bilər.
...Xalidə xanım həlim səslə, astadan danışır, onu dinləyə-dinləyə xəyal məni çox uzaq illərə aparır. O illərə ki, onlar ikisi də hələ cavan idilər, övladları böyüyürdü. Ömürlərinin məsud, bəxtəvər çağlarını yaşayırdılar. Ölüm, itgilər çox uzaqdaydı. On dörd yaşlı mən Cavidin qızı Sevdanın toyuna özümlə birlikdə maqnitofon da aparmışdım. Bilirdim ki, həmin toy məclisində Nəriman müəllim oxuyacaq. “Mahur-hindi” oxudu və mən onun səsini kasetə yazdım. 1989-cu ilin oktyabrı idi. Həmin kaset arxivimdədir. Söhbət əsnasında Xalidə xanım o məqamı xatırlatdı:
- Yadıma gəlir ki, sən onun səsini lentə yazmışdın.
Heyrətə gəldim, mənim ustadın səsini lentə almağım gözündən qaçmayıbmış, üstəlik, aradan otuz ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də o anları xatırlayır.
Həmin söhbətdən on bir keçir. Bu yaxınlarda Xalidə xanım da fani dünyadan köçünü çəkib getdi. Nəriman müəllimlə ruhları qovuşdu...
Hamısı orda, haqq dünyasındadırlar. Bu dünya üçün, bu məmləkət üçün etdiklərini etdilər, xalqın misilsiz sərvətini – Muğamı özlərindən sonrakılara ötürdülər. Yaşadılar, yaşatdılar. Onların Yer üzündəki missiyası başa çatdı. Muğam sənətinin yaşaması üçün Nəriman müəllim bir ömür sərf etdi. Tanrının ona bəxş etdiyi ömrü səsiylə, sənətiylə bəzədi.
Nəriman müəllim haqqında çəkilmiş filmdə bir kadr var. Ustad həyətdə yenicə çiçəkləmiş ağaclara qulluq edə-edə jurnalistlə söhbətləşir. O məqamda belə bir cümlə işlədir:
“Əkiblər, yemişik, əkirik ki, yesinlər”.
Səsin tələbələrinin avazında çiçəkləyir, Ustad. Rahat uyu. Bu dünyada bizə miras qoyduğun Səsdən arxayın ol.
Çinar kimi əzəmətli...
Kənan HACI
Ötən il yazıb bitirdiyim “Hakimə açılan atəş” romanının baş qəhrəmanı Cəbrayıl torpağının yetişdirdiyi hakim Məhərrəm Məmmədovdur. Onun keçdiyi həyat yoluna bələd olmaq üçün həmyerliləriylə mütəmadi görüşlərim olurdu. Cəbrayılın mərd və mübariz insanlarıyla söhbətlər içimdə bir ümid küləyinin əsməsinə səbəb oldu. Tanınmış vəkil Adəm Məmmədovla Cocuq Mərcanlı səfərimizdən cəmi bir həftə sonra Azərbaycan Ordusu Ali Baş Komandanın əmriylə səfərbər olub haqq işimiz uğrunda savaşa qalxdı. 44 günlük Vətən Müharibəsi xalqımızın parlaq qələbəsi ilə bitdi. Adəm Məmmədov iyirmi yeddi ildən sonra atasının Böyük Mərcanlıdakı məzarını ziyarət edə bildi.
Cəbrayılı heç vaxt görməmişdim. Amma böyük yazıçımız Sabir Əhmədlinin əsərlərində dəfələrlə o yerlərə xəyali səyahətlər etmişdim. Ziyarat dağı, Dağ Tumas, tarixlərə şahidlik etmiş Xudafərin körpüsü həmişə görmək istədiyim yerlərdən olub. Tale elə gətirib ki, jurnalistikada çalışdığım illərdə xeyli cəbrayıllı dostlar qazanmışam. “İki sahil” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist İsmayıl Hacıyev mənim ilk yazılarımın redaktoru olub və qəzetdə mənə meydan verib. Xalq yazıçımız Sabir Əhmədli “Çəhrayı qan” kitabıma ön söz yazıb.
Haqqında yazmaq istədiyim insan isə başdan-başa zəhmətlə yoğrulmuş bir ömrün yiyəsidir. Ona Cəbrayılın xan çinarı deyirdilər. Qarabağda Abasqulu Fərzəliyevi tanımayan insan tapa bilməzsiniz. Parlament müxbiri olduğum zamanlarda ondan qəzet üçün bəzi açıqlamalar aldığımı xatırlayıram. Jurnalistlərə qarşı olduqca diqqətli idi. Verilən suallara da geniş və əhatəli cavablar verərdi.
Onun yaşadığı dövrün ruhunu duymaq, havasını anlamaq üçün gərək sosializm quruluşunun mahiyyəti haqda müəyyən təsəvvürün olsun. Həmin quruluşda kişi kimi yaşamaq, xalqa, millətə vicdanla, ləyaqətlə xidmət etmək hər ziyalının çəkə biləcəyi bir yük deyildi. Abasqulu Fərzəliyev sadə bir ailənin övladı idi, uşaqlığı müharibə illərinə düşmüşdü, olduqca ağır, məşəqqətli günlərin şahidi olmuşdu. Tanınmış jurnalist Məsaim Abdullayev onun haqqında “Cəbrayılın xan çinarı” adlı kitab yazıb. Bu kitab Abasqulu müəllimin ömrünün bütün mərhələlərini özündə əks etdirir. Onun nəvəsi, hüquqşunas, vəkil dostum Mədail Fərzəliyev bu kitabı mənə bağışlayanda “mütləq oxuyacam” dedim. Yeri gəlmişkən, Mədail bəy ixtisasca hüquqşünas olsa da sözün əsl mənasında ədəbiyyat aşiqidir. Onun zəngin mütaliəsi, ədəbi zövqü məndə xoş bir heyrət hissi doğurur. Düşünürəm ki, onun ədəbiyyat sevgisi yetişdiyi mühitin, aldığı tərbiyənin bəhrəsidir.
Abasqulu Fərzəliyev haqqında yazmaq ehtiyacı duydum. Çox çətin bir həyat yaşayıb, zəmanənin hər sifətini görüb. Müharibə gedən zaman atası xəstələnib yatağa düşür, az sonra dünyasını dəyişir, onlara himayədarlıq edən əmisini də cəbhəyə aparırlar. Böyük bir ailənin yükü anası Zibeydə xanımın üzərinə düşür. Balaca Abasqulu həyatın sınaqlarından uğurla çıxır, zəhmət, çalışqanlıq onun xarakterini formalaşdırır, yurda, torpağa sevgi hissi içində rişə atır, qarşısındakı üfüqləri genişləndirir.
O vaxt Mərcanlıda cəmi 10-15 torpaq ev vardı, o evlərdən biri də Abasqulugilin evləriydi.
“Mən hələ uşaq vaxtlarımdan insan əməyinin nəyə qadir olduğunun canlı şahidi olmuşam. Qəlbimdə zəhmətkeşə, torpağı əkib-becərənə, ailəsini, balalarını saxlamaq üçün hər cür zəhmətə qatlaşan insanlara dərin məhəbbət yaranıb. Sonralar yüksək vəzifələrdə işləyəndə də zəhmətkeş əmək adamlarına hörmət etməyə çalışmışam”. (“Cəbrayılın xan çinarı” kitabından)
O, müharibə illərinin uşağı idi. O illərin uşaqları yaşlarından çox tez böyüdülər, onların uşaqlığı olmadı. Ona görə də hər şeyin qədir-qiymətini bildilər, iradələri polad kimi sarsılmaz oldu, məqsədlərinə doğru inamla yürüdülər, heç bir çətinlik onları öz yollarından döndərə bilmədi. Onlar dözüm, iradə məktəbi keçdilər, inadkarlıq, çalışqanlıq onları öz böyük arzularına çatdırdı. Abasqulu Fərzəliyev məhz bu qəbil insanlardan idi.
Tale onu Gəncə Kənd Təsərrüfatı İnstitutuna, sonra isə Ali Partiya Məktəbinə gətirib çıxartdı. Tələbəlik illəri onu şəxsiyyət kimi bir az da cilaladı, həyat təcrübəsi, biliyi artdı, mütəxəssis kimi yetişdi. Doğma Cəbrayıla qayıdanda isə o, artıq ali təhsilli yetkin bir insan idi. Öz rayonunda yüksək vəzifələrdə çalışdı. 70-ci illərdə Cəbrayılda geniş quruculuq işləri aparılanda Abasqulu Fərzəliyev bu işlərin əsas icraçılarından idi.
Cəbrayılın gözləri bağlanmış, uçub dağılmış kəhrizlərini bərpa etmək lazım idi.
“Biz Ağdamdan kənkanlar briqadası gətirdik. Yerli ustalar da bu işə cəlb olundu. Hissə-hissə kəhrizlərin bumbuz, tərtəmiz suyu insanların evlərinə, həyətlərinə, bağçalarına axdı. Bu dadlı sudan “oxqay” deyib doyunca içən uşaqlar, qocalar, gəlinlər sevinirdilər. Həyat bulaq kimi qaynayırdı. Mən özümü dünyanın ən xoşbəxt insanı hesab edirdim”. (“Cəbrayılın xan çinarı” kitabından)
Bir dəfə cəbrayıllılarla söhbət əsnasında Abasqulu Fərzəliyevin adını çəkdim. “O, Dağ Tumasa asfalt yol çəkdirən kişidir. Allah ona rəhmət eləsin!”.
Yüksək vəzifələr heç vaxt onun başını gicəlləndirmədi. Təvazökarlıq və zəhmətsevərlik onu təkəbbürlü olmağa, arxayınlaşmağa qoymadı. Çox güman ki, dövrün mənfilikləri ondan da yan keçməmişdi, onun da kölgəsini qılınclayanlar, həsəd, paxıllıq, qısqanclıq hisləriylə qovrulanlar, gördüyü işlərə pəl vurmaq istəyənlər olmuşdu. Həyat ona çox şeyi öyrətmişdi, anlayırdı ki, bu yolda onu gözü götürməyənlər də olacaq, yoluna kötük dığırladanlar da tapılacaq. Ancaq xan çinarı hansı külək, hansı qasırğa yıxa bilər?! Cəbrayıl camaatı ona inanırdı. Bu inamı gördüyü işlərlə qazanmışdı.
Rayon İcraiyyə Komitəsinin sədri seçiləndən sonra bəzi vəzifəli şəxslər ona belə bir irad tutubmuşlar: “Fərzəliyev, sən özünü çox sadə aparırsan. Belə olmaz!”
Onların bu sadə həqiqətdən xəbərləri yox idi: Sadəlik insanın böyüklüyünün göstəricisidir. Bu, onun fitrətindən, aldığı tərbiyədən, yetişdiyi mühitdən irəli gəlirdi. Onu dəyişmək olmazdı. Dəyişsəydi, Abasqulu Fərzəliyev olmazdı. Rəhbər vəzifədə çalışdığı dövrdə çox insanlar onun xeyirxahlığından pay götürüblər. Məsaim müəllimin qələmə aldığı kitabda Abasqulu Fərzəliyevlə bağlı olduqca qiymətli xatirələr yer alır. Bu xatirələr həm də o dövrün xüsusiyyətlərini, tələblərini, qaydalarını nişan verir və bu mürəkkəb zamanənin qəhrəmanını müxtəlif situasiyalarda təsvir edir. Oxuduqca o sətirlərin ardında xeyli vacib mətləblərlə qarşılaşırıq.
Abasqulu müəllimin tərcümeyi-halı, taleyi zəhmətin insanı hansı zirvələrə ucaltmasının əyani sübutudur. Zaman gəldi, o, Cəbrayıl Partiya Komitəsinin birinci katibi oldu. Amma sadəliyindən, mütəvazi xarakterindən əl çəkmədi. Cəbrayılın başı üstünü qara buludlar alanda bütün kəndlərdə postların təşkil edilməsi, igid, döyüşkən adamların səfərbər olunmasına göstəriş vermişdi.
“Sərhəd boyu postlarda gecə-gündüz keşik çəkən əhalinin bircə tələbi vardı:
- Silah verin!
Özümün beşaçılan ov tüfəngim və silah kəmərim vardı. Bunları Ağayev mənə pay vermişdi. Sirik kəndindən olan bir cavan oğlana öz tüfəngimi verdim”.
Bu sətirlər Abasqulu Fərzəliyevin xatirələrindəndir. Sonra baş verənləri hər kəs bilir. Bu haqda uzun-uzadı danışmağa gərək yoxdur. Cəbrayılın ermənilər tərəfindən işğalı onu möhkəm sarsıtdı. Amma bircə an belə inamını itirmədi. Dünya görmüş insan idi, bilirdi ki, ədalət haqqın əbədi müttəfiqidir və bir gün ədalət zəfər çalacaq. O yerlər ki, Abasqulu müəllim ora yol çəkmişdi, su çəkmişdi, ömrünü o şəhərin abadlaşmasına sərf etmişdi, yağılar amansızcasına hər küncünü viran qoymuşdular. Bu, əlbəttə ki, onun ürəyinə yaralar vururdu, ruhunu incidirdi, rahatlığını əlindən alırdı. Amma inamına əsla toxuna bilmirdi. Bütün varlığıyla inanırdı ki, bir gün torpaqlarımız işğaldan azad olunacaq.
Abasqulu Fərzəliyev uzun illər Milli Məclisin deputatı olub. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini kimi həmyerlilərinin qayğılarıyla, problemləriylə məşğul olub.
İnsan dünyadan köçəndən sonra özünü müdafiə yaxud təbliğ etmək imkanı olmur, sağlığında gördüyü işlər, əməllər onun mənəvi ömrünə bələdçilik edir. Abasqulu müəllim ürəklərə, düşüncələrə yaxşılıq toxumu səpən insanlardan idi. O, heç sağlığında da özünü təbliğ etdirməyi sevməzdi. Çünki onun buna ehtiyacı yox idi. Vətəndaş və ziyalı olaraq hər zaman xalqın xidmətində olmuşdu və bu qəbil insanlar heç vaxt ucuz şöhrət əsiri olmazlar. Böyük şairimiz Sabirin sözləri yada düşür:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərində.
Heyif ki, Abasqulu müəllim Cəbrayılın işğaldan azad olunduğu günü görə bilmədi. Amma heç şübhəsiz, ruhu Qələbəmizdən xəbərdardır.
Ensiklopediyada bir ömür
Qısa tanıtım:
Validə İmaməliyeva 1937-ci il aprelin 1-də Bakının Buzovna kəndində ziyalı ailəsində dünyaya gəlib. Həmin gün bu körpə qızın böyük bir həyat eşqi və bir missiya ilə doğulduğunu heç kim bilmirdi. Tezliklə böyüdü, Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə orta təhsilini başa vurub o vaxt S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya-coğrafiya fakültəsinə daxil oldu. Tələbə idi, amma çox cəsarətli, zəhmətsevər bir tələbə. Yəqin elə buna görə də universiteti bitirməyi gözləmədən əmək fəaliyyətinə başlamışdı. Ali təhsillini başa vuranda (1955-1960) artıq iki illik təcrübəsi vardı, çünki o, AKP MK yanında Partiya Tarixi İnstitutunun (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialını) kiçik redaktoru idi.
Respublikanın görkəmli alimlərinin və tərcüməçilərinin çalışdığı bir elm mərkəzində işləmək onda nəşriyyat işinə böyük maraq yaratmışdı. Bu iş sonradan onun əsas missiyası, həyatının mənası olacaqdı. Əlbəttə ki, onun xarakteri qədər diribaşlığı, doğma dilinə bağlılığı və ədəbiyyata olan sevgisi də öz işini görmüşdü. Ixtisasca bioloq - coğrafiyaçı olmasına baxmayaraq, bədii ədəbiyyata marağı çox böyük idi.Həm də taleyini, ixtisasca biblioqraf olan söz - sənət vurğunu, özü kimi həssas və şair təbiətli bir insanla bağlamağa hazırlaşdığından bu sahə də həvəsi iki qat artmışdı. Məhz bu həvəs onu "Azərtədrisnəşr" ə ( indiki "Təhsil, keçmiş "Maarif") gətirdi. Validə xanım 6 il bu nəşriyyatda çoğrafiya dərsliklərinin redaktoru kimi çalışdı.
Hələ çox gənc olmasına baxmayaraq, öz təşəbbüsü ilə orta məktəblər üçün nəzərdə tutulan çoğrafiya atlaslarını Azərbaycan dilinə ustalıqla tərcümə etməsi rəhbərliyin diqqətindən yayınmadı. Gələcək naşirin zəhmətinin yüksək qiymətləndirilməsi onun işə olan həvəsini birə - beş artırdı. Bu, həm də onun nəşriyyat sahəsində qazandığı ilk uğuru oldu.
Artıq ailə qurmuş, Rəhimağa İmaməliyevlə əl- ələ verərək arzularla dolu uzun bir yola çıxmışdılar. Ailədəki səmimiyyət, sədaqət, ənənələrə və zəhmətə bağlıllq uzun illər hər ikisi üçün stimul oldu. Validə xanıma ailəsi və zəhmətsevərliyi bütün çətinlikləri və yorğunluqları unutdurdu. Məhz buna görə də 1966 -1992 -ci illərdə elmi redaktor və böyük elmi redaktor olduğu, həm də həyat yoldaşı ilə birlikdə çalışdığı Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasına gələrkən Buzovnadan şəhərə gələn yol boyu söhbətləri elmdən, sənətdən olur, həmin gün hansı məqaləni necə işləyəcəyi haqda düşünə bilirdi. Bu düşüncələr, elmi müzakirələr sonralar çox sayda əsərlərin yaranmasına səbəb oldu. Burada işlədiyi 26 il ərzində 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" və 2 cildlik "Uşaq Ensiklopediyası"nda nəşr olunan yüzlərlə məqalənin tərtibçisi və müəllifi oldu.
1993-cü ildə təqaüdə çıxsa da fəaliyyətini Rəhimağa müəllimin unudulmuş qələm sahiblərinin əlyazmalarını nəşr etmək məqsədilə yaratdığı, 2003-cü ildən Validə xanımı tərk edərək ona əmanət qoyduğu "Boz oğuz" nəşriyyatında "Klassik irs və tərcümə ədəbiyyatı" şöbəsinin müdiri kimi, Azərbaycan Respublikası Xatirə Kitabı və "Qanun nəşriyyatlarında redaktor olaraq davam etdirmiş, çoxlu sayda müxtəlif janrlı kitabların redaktoru (1993-2002) olmuşdur. "Azərbaycan salnaməsindən səhifələr", "Hikmət və kəlam" ensiklopedik-məlumat kitablarının, dövrü mətbuatda dərc olunan elmi-publisistik yazıların müəllifidir. “İslam Ensiklopediyası”, “Azərbaycan naşirləri, poliqrafçıları və jurnalistləri”, “Bakı kəndləri” ensiklopedik kitablarını birlikdə hazırlayıb çap etdirdilər. Bu işlər gecəli-gündüzlü fasiləsiz zəhmətin bəhrəsi idi. Onlar bunu təmənnasız, xalqımızın mədəni irsininin, tarixinin yaşaması, gələcək nəsillərə yadigar qalması naminə edirdilər.
"Azərbaycan Milli Ensiklopediyası" elmi mərkəzinin fəaliyyətə başladığı 2004-cü ildən rəhbərlik tərəfindən işə dəvət edilmişdir və hazırda "Kimya, biologiya, tibb, mikrobiologiya və torpaqşünaslıq" redaksiyasında çalışır. Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin aparıcı böyük elmi redaktoru, Biologiya, tibb redaksiyası müdirinin müavinidir.
Validə İmaməliyeva 50 ildən artıqdır ki, həyatının mənasına çevrilən nəşriyyat işi ilə, ensiklopediya, lüğətşünaslıq və tərcüməçiliklə məşğuldur. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatı laureatı, əmək veteranıdır. Dövlətimiz tərəfindən xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Validə xanım İmaməliyeva XX əsr Azərbaycan ziyalılarının o nəslinə mənsubdur ki, onlar mədəniyyətimizin, mətbuatımızın inkişafı, mətbuat tariximizin, klassik irsimizin öyrənilməsi, tədqiqi naminə böyük xidmətlər göstərmişlər.
Onun adının mənası - Ana deməkdir. Validə xanım sözün əsl mənasında Sözü ana kimi qoruyub, onun qayğısını çəkib və zərif çiyinlərində Sözün yükünü mətanətlə, ləyaqətlə daşıyıb. Bu zəriflik müqabilində güclü xarakterə malik qadındır. O, yarım əsrə yaxındır ki, Azərbaycan Milli Ensiklopediyasına yorulmadan, usanmadan, sonsuz məhəbbətlə xidmət edir. Bu fədakarlığın arxasında milli mədəniyyətimizə, klassik irsimizə, Xalqa, Vətənə, Sözə böyük bir Vətəndaş bağlılığı dayanır.
Tale elə gətirib ki, bu mütəvazi insan mənim də taleyimdə mühüm rol oynayıb. Mən onu ən böyük müəllimlərimdən biri hesab edirəm. Validə xanımın həyat yoldaşı, ensiklopedist alim, naşir, jurnalist Rəhimağa İmaməliyev də kitab nəşri sahəsində ölçüyəgəlməz xidmətlər göstərib. Bu haqda ayrıca yazı da yazmışam. Mən "Məşədi Azər təzkirəsi" kitabımı unudulmaz müəllimim Rəhimağa İmaməliyevin ruhuna həsr etmişəm. Özümü xoşbəxt hesab edirəm ki, yazı-pozuya başladığım ilk illərdə “Boz Oğuz” nəşriyyatında onlarla birlikdə çalışmışam və böyük məktəb keçmişəm. Rəhimağa müəllimin, Validə xanımın mənə inanması, etimad göstərməsi üzərimə böyük məsuliyyət qoyurdu və var qüvvəmlə onların bu etimadını doğrultmağa çalışırdım. Bu gün qazandığım bütün uğurlarıma görə özümü məhz onlara borclu hesab edirəm. Hər uğurumda onların danılmaz payı var. Bu gün Azərbaycan mətbuatında, ədəbiyyatında “Kənan Hacı” imzası mövcuddursa, bu, birbaşa İmaməliyevlərin xidmətidir. Bunu dəfələrlə yazmışam, demişəm, bu yubiley yazısında da təkrarlamağı özümə vicdan borcu sayıram.
Bu gün Validə xanımın 85 yaşa gəlib çatması mənə inanılmaz görünür. Çünki bu gün də sonsuz bir entuziazmla, şövqlə öz işinin başındadır. Lap günlərdə çapdan çıxmış "Buzovna ensiklopediyası" onun titanik fəaliyyətinin nəticəsidir. Mən Validə xanıma uzun ömür, can sağlığı arzulayıram! Onun yubileyi mənim üçün də şəxsi bayramdır. Çünki hər dəfə onunla ünsiyyətdə olanda, onun görüşünə gedəndə, o doğma, məhrəm münasibəti görəndə yeniyetməlik çağlarımdan etibarən əhatələrində olduğum, sonralar birgə çalışdığımız, təkcə ədəbi-mətbu deyil, səmimi insani münasibətlərdə olduğum görkəmli ziyalılarımızı, qələm sahiblərimizi, o cümlədən, Rəhimağa İmaməliyevi də görürəm və onların hərarətini hiss edirəm. Əlbəttə, onların ruhu şaddır. Xüsusən, görəndə ki, gördükləri iş yarımçıq qalmayıb, bu işləri davam etdirənlər var.
Bu mənada Validə xanım bu gün mənim həyatımda ən doğma, ən munis hesab etdiyim insanlardan birincisidir. Buna görə onun yubileyi mənim üçün də şəxsi bayramdır!