İsrafil KƏRİMOV - arxiv.reytingaz.info
Varlığımızın əsas təminatçısı
İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malikdir. Əcdadlarımızın bizə miras qoyduqları bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı.
Konstitusiyanın 21-ci bəndində deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı.
Prezidentin xəbərdarlığı...
İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bir sıra vacib məsələlərə toxunub. Ölkə başçısı çıxışında torpaqların qanunsuz zəbt olunması, kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni tikinti işlərinin aparılması və müxtəlif şəxslərin mülkiyyətinə çevrilməsini xüsusi olaraq vurğulayıb. Cənab prezident qeyd edib ki, "Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var”. Bildirilib ki, bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar vardır.
Ölkə başçısı Bakının Buzovna qəsəbəsində yol verilən qanunsuzluqları xüsusi qeyd edib. Bildirib ki, Buzovna ictimaiyyətinin bir qrup nümayəndəsi böyük tarixə malik olan Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edildiyi ilə bağlı cənab prezidentə müraciət etmişdir. Cənab prezidentin Bakı Şəhər İcra Hakimiyyətinin başçısına verdiyi göstərişə əsasən dərhal məsələ araşdırılıb, yol verilən qanunsuzluqlar və dənizkənarı ərazilərdə qanunsuz tikinti işləri aparanlar müəyyənləşdirilib. Ərazinin mövcud xəritəsi və qanunsuz tikinti aparanların siyahıları ölkə başçısına təqdim edilib. Müəyyən edilib ki, Buzovna qəsəbəsində qanunsuz əməllərə yol verənlər bir sıra dövlət məmurları və bəzi “sahibkarlardır”. Onların bu hərəkəti tariximizə, təbiətimizə qarşı cinayətdir.
Buzovnadakı qayalıqlar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Lakin buna baxmayaraq kimsə buraları zəbt edib, özləri üçün villa tikdirib, vətəndaşların dənizə yolunu məhdudlaşdırıblar. Bu, yolverilməzdir.
Ölkə başçısının müdaxiləsindən sonra yol verilən qanunsuzluqların aradan qaldırılması məqsədi ilə dövlət qurumları tərəfindən Buzovna qəsəbəsinin sahilyanı ərazısındə müvafiq işlərə başlanılıb. Dəniz sahilində zəbt edilən hektarlarla ərazinin hasar və tikililəri sökülərək bu torpaqlar əhalinin istifadə etdiyi çimərlik ərasinə birləşdirilib. Burada fərdi yaşayış evlərindən dəniz sahilinə kimi uzanan və vətəndaşların sərbəst hərəkətinə mane olan estakada-körpülər sökülüb. Eyni zamanda qədim qayalıq ərazilərin hasarlardan azad edilərək buraya yığılan müxtəlif tullantılardan təmizlənməsi işləri aparılır.
Cənab prezident görüşdə həm də bildirdi ki, ölkədə idarəetmədə çox ciddi islahatlar həyata keçirilir, böyük təmizləmə işləri aparılır. Qanunsuz işlərə rəvac verən bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılır. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Vurğulanıb ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər ciddi cəzalandırılacaqlar. Hər bir yerdə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
Həmçinin bildirilib ki, qörülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər bir qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Bütün görülən tədbirlər ölkəmizin ekoloji sistemini qorumasına yönəldilməlidir.
Azərbaycan reallıqları...
İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanın beynəlxalq əlaqələri günbəgün artmaqdadır. Ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bu qurumların işində fəal iştirak edir, beynəlxalq aləmdə nüfuzu və yeri daha da möhkəmlənir.
Bu il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, imzalanan Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın gələcəyi üçün yol xəritəsidir. Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq oldu. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Qitə dövlətlərində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı artırır.
İyulun 18-də imzalanan Memorandum tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. İmzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər. Hazırda Azərbaycanın təşəbbüsü, Avropa İttifaqının və enerji layihələrinin çəkilişində iştirak edən tərəfdaşların dəstəklədikləri neft-qaz kəmərləri qitənin enerji xəritəsini tamamilə dəyişir. Xəzəri Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərinin istismara verilməsi ilə böyük karbohidrogen potensialına malik ölkəmizin təbii qazı Avropaya çatdırılır.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlanması Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu bəyan edir.
Həmçinin Azərbaycan Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktura malik gəmiqayırma imkanları olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və dəmir yolları vasitəsilə qonşu dövlətlərlə əlaqələr yaradıb. Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada yeni saziş üzərində işlər bu məqamlar nəzərə alınaraq davam etdirilir. Həmişə olduğu kimi, bu gün də Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.
120 ölkənin etimadı
İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlərdən danışıb.
Müşavirədə diqqətə çatdırılıb ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Azərbaycanın xarici siyasətinin uğurları xüsusi olaraq qeyd edilib. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Dövlət başçımızın həmin platformalardan səsləndirdiyi məntiqli təkliflərinin və təşəbbüslərinin hər biri sabitliyin təminatına töhfə, sülhə, ədalətə, bərabərliyə çağırışdır.
Cari ilin altı ayında da Azərbaycanın xarici siyasətinin mənzərəsi zəngin olmaqla bütün səviyyələrdə dəstəklənib. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin müəllifi və iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki açıqlamaları, platformalardakı çıxışları dəstəklənirsə, bu etimad diplomatik uğurlarımızın təntənəsidir.
Son vaxtlarda keçirilən və Azərbaycanın fəal iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli tədbirlər barədə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəhs edən prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövrdə respublikamızda keçirilən beynəlxalq tədbirlər xarici siyasətimizin mənzərəsi olmaqla ölkəmizin nüfuzunu da artırıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı quruma daxil olan dövlətlərin yekdil rəyi o deməkdir ki, dünyanın 120 ölkəsi arasında böyük nüfuz qazanmış ölkəmizə inam və etimad daha da artıb.
Beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə möhkəmlənən əlaqələrinin nümunəsi qurumun yeni Baş katibinin bu günlərdə Azərbaycana etdiyi səfər, qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərlə bağlı geniş müzakirələrin aparılmasıdır.
Müşavirədə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni keyfiyyət üzrə inkişaf etdirilməsi ilə bağlı prioritetlərdən bəhs edən prezident İlham Əliyevin bildirdiyi kimi yeni saziş üzərində birgə fəaliyyət daha geniş mənada iş birliyinin məntiqi nəticəsi olacaqdır. Xarici siyasətində əsas amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də üzv ölkələrlə təmasları genişlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük nüfuza malik ölkədir.
Parlament diplomatiyası
İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
1955-ci ildə yaradılmış və 120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatıdır. İndiyə kimi Qoşulmama Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. 2019-cu ildə etibarən təşkilata Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik edir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verib. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi, həmçinin dövlət başçımızın dünyada olan nüfuzunun əlamətidir.
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilib. Dövlətimizin başçısı, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev konfransda çıxış edərək təşkilata üzv dövlətləri narahat edən bir sıra vacib məqamlara toxunub.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Bu gün müstəqil Azərbaycanın xarici siyasət strategiyasında parlament diplomatiyası mühüm yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır. Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assamleyası, Avronest Parlament Assamleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir.
Dövlətimiz tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyası, ikitərəfli və çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransına ölkəmizin ev sahibliyi etməsi buna bariz nümunə oldu. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. Təmsil olunduğu vaxtdan təşkilatın təməl prinsiplərinə sadiqliyini nümayiş etdirən ölkəmiz üzv dövlətlərlə həmrəylik nümayiş etdirib və qlobal xarakterli ədalətli təşəbbüslərə öz dəstəyini verib. Həmçinin Hərəkat uzun illər təcavüzün qurbanı olmuş ölkəmizin əsl həqiqətləri dünyaya daha obyektiv və dolğun çatdırmaq üçün əhəmiyyətli platforma olub.