Firuz MUSTAFA - arxiv.reytingaz.info
Güzgüdəki qadın
Firuz MUSTAFA
(“Qısa hekayələr” silsiləsindən)
Evə yenə gec gəldi. Açarla qapını açıb içəri keçdi. Deyəsən, arvadı onun gəldiyini hiss etmədi. Bəlkə də hiss etmişdi, sadəcə indi özünü bilməzliyə qoydu.
Yenə yeyib-içib gəlmişdi. O, son günlər sanki başqa bir adamın həyatını yaşamaqda idi. Bir müddət əvvəl dostlarından birinin ad günündə gənc aktrisa xanımla tanış olmuşdu. O, həmin xanımı bir-iki dəfə ekranda görmüşdü. Amma belə məlahətli, tədbirli olduğunu ağlının ucuna da gətirməzdi.
Sonra bu tanışlıq dostluğa çevrildi. Sanki suyu sovrulmuş dəyirmana bənzər sakit-soyuq həyatına bir istilik gəldi. Payız otu kimi öləzimiş hissləri təzədən, ilk gəncliyində olduğu kimi, cücərməyə başladı. Deyəsən, ömrün ikinci baharı gəlmişdi.
Hər görüş özüylə bir sürpriz gətirirdi. Sən demə, bu orta səviyyəli aktrisa xanım öz rolunu həyatda səhnədə olduğundan daha yaxşı oynayırmış. Artıq yaxın dosta çevrilməkdə olan qadın onun ruhuna hakim kəsilməkdə idi.
Onlar bu gün axşam restoranda görüşmüşdülər. Şampan içib bir-birlərinə xoş sözlər söyləmişdilər. Arada restoranın geniş zalında həzin bir melodiya səslənmişdi və onlar bir-birinə sığınaraq o melodiyanın sədaları altında rəqs də etmişdilər. Deyəsən, onların rəqsi restorandakı adamların xoşuna gəlmişdi. Çünki rəqsdən sonra səslənən sürəkli alqış sədaları onun qulağını dalayıb keçmişdi... Daha sonra o, öz təzə tanışını, daha doğrusu dostunu maşınla düz evlərinin yanına aparmışdı.
...Arvadı yuxudan oyanmasın deyə (Allah bilir, bəlkə də o, heç yatmamışdı) ayağının ucunda hamamdakı əlüzyuyana yaxınlaşdı. Sanki qəfildən onu ildırım vurdu. Əlüzyuyanın üstündən ona tanış bir xanım baxırdı. Bəli, bu qadın, bayaq yola saldığı, düz evlərinin yanında maşından düşürdüyü tanış, daha doğrusu, dost bildiyi qadın idi. Onlar bir-birinə sığınıb rəqs edirdilər. Qadının zərif-ağ qolları şərf kimi onun boynuna dolanmışdı.
O, tappıltı ilə doşməyə yıxıldı.
...Həkim evin xanımına ürək-dirək verib dedi ki, qorxulu bir şey yoxdur.
...Sən demə bir-iki saat əvvəl restoranda yeni tanış olduğu xanımla qol-boyun olub rəqs edən zaman tanışlarından hansısa biri onların şəklini çəkib telefonla arvadına göndərmiş və arvadı da eləməyib tənbəllik həmin şəkli kağızda böyüdərək güzgünün üstünə yapışdərıbmış...
O, bu gülməli və ağlamalı hadisəni sonralar bildi...
O, sanki səslə rəsm çəkirdi
Görkəmli diktor, mərhum Xalq artisti Yusif Muxtarovun 80 yaşı tamam olur
Tərcümeyi-halından çıxarış
Yusif Mehdi oğlu Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində anadan olub. Orta məktəbi uğurla başa vurduqdan sonra Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını, habelə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən indiki Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib. Yusif Muxtarov 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuş, bu sənət ocağının yaranmasında, fəaliyyətində və yetkinləşməsində əlindən gələni əsirgəməmişdir. Yusif Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin “Qəribə adam”, M. Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx” televiziya tamaşalarında və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında çəkilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər filmlərdə yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə saysız-hesabsız filmlər dublyaj olunub. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunmaqdadır.
Artıq qeyd olunduğu kimi, Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuşdur. Teatrın Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Y. Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Yusif Muxtarov 1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə ona “Xalq artisti” fəxri adı verilmişdir. Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat etmişdir. O, Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı idi.
Qızı Aynur Muxtarova hal-hazırda vaxtilə ata və anasının birgə yaradıb çalışdıqları Bakı Bələdiyyə Teatrının direktorudur.
Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. O, uzun illər dünyanın müxtəlif ölkələrində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Əlbəttə, bütün bunlar Azərbaycan Respublikasının Xalq artisti Yusif Muxtarovun yalnız, necə deyərlər, “rəsmi” bioqrafiyasından götürülmüş sətirlərdir. Əslində isə Yusif müəllimin həyatının “rəsmiyyətə” sığmayan anları, günləri, illəri kifayət qədərdir.
Yusif Muxtarov ictimai mühitdə bir aktyor, teatr təşkilatçısı kimi də kifayət qədər tanınmışdır. Amma etiraf etmək lazımdır ki, geniş tamaşaçı və dinləyici auditoriyası onu daha çox bir diktor, bir aparıcı kimi tanıyır. 23 yaşında ikən Azərbaycan radiosunda diktor kimi əmək fəaliyyətinə başlayan gənc Yusifin səsi tezliklə şəhər-şəhər, kənd-kənd, ev-ev yayılmağa başladı. Necə deyərlər, Yusif Muxtarovun səsi ailələrin daim gözlənilən sevimli “qonağına” çevrilmişdi.
(Diktor Yusif Muxtarov və həyat yoldaşı, Xalq artisti Amaliya Pənahova)
Dinləyiciləri Yusifin səsindəki hansı cəhət, hansı keyfiyyət sevdirirdi? Məsələ burasında idi ki, gənc diktor həm ictimai-siyasi, həm ədəbi-bədii mətnləri eyni şövq və həfəslə ifa edirdi. Amma efirdə gedən bu verilişlərin heç biri digərini təkrar etmirdi. Yusif Muxtarov öz səsinin imkanlarından bacarıqla istifadə edir, hər bir mətnin öz “aurasına” daxil olur, hər cümlə, hər söz üzərində əsir, bir aparcı məharəti ilə dinləyici qəlbinə yol tapmağı bacarırdı.
Yusifin səsindəki ənginlik, genişlik, sərbəstlik sanki onun doğulduğu Muğanın ab-havası üstə köklənmişdi. Onun səsi də həmin ucsuz-bucaqsız çöllər kimi sirli və sehrli idi. O səsin ləngərində, ahəngində bir azadlıq hissi də vardı. Bu, həm də o səs sahibinin öz xarakterindən, özünə daxili inamından irəli gəlirdi.
Yusif haqqında söhbət açanlar daim onun xeyirxahlığından, diqqətcilliyindən, həssaslığından danışırlar. O, bir çox gənclərin diktorluğa həvəs göstərməsində həm də bir müəllim və “təbliğatçı” rolunda çıxış etmışdir.
Xatırlayıram, Azərbaycan Respublikasının Xalq artisti mərhum Qara Tağızadə ölkə radiosunda diktor kimi fəaliyyətə başlamasında Yusif Muxtarovun müstəsna rolunu daim minnətdarlıqla xatırlayırdı.
Yusif öz məsuliyyətli peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrənir və öz öyrəndiklərini də eyni həvəslə gənclərə öyrədirdi. O, təkcə geniş səs diapozonuna malik bir sənətkar deyildi. Onu fərqləndirən cəhətlərdən biri də öz sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələri, bir sözlə geniş erudisiyası idi. Düzdür, dediyimiz kimi, Yusif Muxtarov ömrünün müəyyən bir mərhələsində aktyor kimi çıxış etsə də, bu, onun diktorluq fəaliyyəti qədər əhatəli və miqyaslı olmayıb. Amma tamaşaçılar Yusifi bir sıra rolların aparıcısı kimi indi də yaxşı xatırlayır. Onun, xüsusilə, məşhur dramaturq Mar Bayciyevin “Duel” əsərində öz həyat yoldaşı Amaliya Pənahova ilə eyni səhnəni bölüşməsi bu gün də bir çox teatrsevərlərin yadındadır.
Harada çalışmasından asılı olmayaraq Yusif Muxtarov “efir adamı” idi. O, mikrofon önündə sanki öz səsi ilə portret yaradır, şəkil çəkirdi. Milyonlarla dinləyici onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını bəyənir və təqdir edirdi. Yusif səsə adi “radio aləti” kimi deyil, ürəkləri fəth edən bir ecazkar sehri kimi yanaşırdı.
Yusif Muxtarov təbiətən sakit, mülayim bir adamdı. Heç kəsin qəlbinə toxunmaz, hamıya ehtiramla yanaşardı. Əhatəsində olan adamlar da onun xətrini istəyər, hörmətini saxlayardı. Mənim də Yusif müəllimlə uzun illər tanışlığım, ünsiyyətim olub. Dramaturgiya ilə məşğul olduğumu bilirdi. Hətta, bir dəfə hansısa bir tədbirdə rastlaşarkən görüşəndən sonra ərkyana qaydada dedi ki, oxuyuram, eşidirəm, müxtəlif teatrlarda pyeslərin oynanılır. Hələ orasını da yaxşı bilirəm ki, daha çox Hüseynağa Atakişiyevın teatrı ilə (Dövlət Gənclər Teatrı-F.M.) əməkdaşlıq edirsən. İstəsən bizim teatra da əsər təqdim edə bilərsən...
Aradan bir müddət keçəndən sonra yolumu Şəhriyar sarayı tərəfdən saldım. Amaliya xanımla Yusif müəllim iş yerində idilər. Nəhəng kabinetə daxil olub yeni nəşr edilmiş pyeslər kitabını teatr rəhbərlərinə təqdim etdim. Növbəti görüşlərimizdən birində Yusif Muxtarov gülə-gülə dedi:
- Mən artıq sənin verdiyin kitabı başa çatdırmaq üzrəyəm... Düzü, xoşuma gələn pyeslərin çox oldu. İndi bildim ki, Hüseynağa doğrudan da öz seçimində səhv etmirmiş...
Mən də həmin zarafat tonunda dedim:
- Yusif müəllim, təşəkkür edirəm. Zəhmət çəkib oxumusuz. Verdiyiniz qiymətə görə də sağ olun... Yaxşı, bəs o əsərlərin sizin teatrın səhnəsində oynanılma ehtimalı hansı vəziyyətdədir?
Yusif Muxtarov bir qədər fikrə gedib dedi:
- Yəqin ki, sizin üzünüzə yollar daim açıq olar...
Az sonra Yusif Muxtarov dünyasını dəyişdi...
...Xatırlayıram, bir dəfə keşmiş Dzerjinski klubunun qarşısında rastlaşdıq. Ordan-burdan danışdıq. Dedim ki, dinləyicilər uzun illər sizin səsinizi eşidiblər. Yəqin ki, hərdən ürəyinizdən də yenə bir “Danışır Bakı” kəlməsini demək keçir.
O, qayğılı bir görkəm alaraq dedi ki, əlbəttə, bunsuz mümkün düyil. Və bir qədər duruxub dilləndi:
- Əlbəttə, efir mənim taleyim olub. Bunu inkar edə bilmərəm.Təzədən radio diktoru kimi fəaliyyətə başlamaq bəlkə də bir qədər inanılmaz olardı... Amma mən daha çox o mikrofon qarşısında bir mühüm xəbəri ilk dəfə dinləyicilərə çatdırsaydım çox xoşbəxt olardım. Yəqin özünüz bildiniz o hansı xəbərdir?
- Əlbəttə, bildim. Qarabağın azad olması müjdəsini...
- Elədir. Özü də bu xəbəri məhz Şuşadan elan etsəydim, inanın ki, ta bu dünyada mənə zaval olmazdı... Mən o günə inanıram....
...2010-cu il 26 aprel tarixində illər uzunu çalışdığı radio dalğaları onun çoxsaylı dinləyici və tamaşaçı auditoriyasını kədərləndirən acı bir xəbəri ev-ev, kənd-kənd, şəhər-şəhər yaydı: Respublikanın Xalq artisti Yusif Muxtarov vəfat etmişdir.
Əgər yaşasaydı, öz ad gününü dostlar, doğmalar və yaxınlarla birgə qeyd edəcəkdi...
Allah rəhmət eləsin.
“Adi əhvalat”ın müəllifi qeyri-adi Qonçarov
Yazıçı sevdiyi xanımın başqa bir adam ilə ailə qurmasına xeyir-dua vermişdi. O, habelə öz yazıçı dostu İvan Turgenevi plagiatlığa görə suçlamış və buna görə hətta, məhkəməyə müraciət etmişdi.
Rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri İvan Qonçarovdur. Onun “Adi əhvalat”, “Oblomov”, “Yarğan” romanları bizim oxuculara da yaxşı tanışdır. Bu əsərlərin (səhv etmirəmsə) hamısı dilimizə yüksək səviyyədə tərcümə edilib. Xüsusilə, Hüseyn Şərifin tərcüməsində nəşr edilən “Oblomov” romanı oxuculara yaxşı tanışdır.
İvan Qonçarov ailə qurmamışdı, özü də bir çox qəribəlikləri ilə fərqlənirdi. Yazıçı uzun illər dövlət məmuru kimi fəaliyyət göstərib. Amma o dövrün ziyalıları ilə də yaxından tanış olub. Əvvəllər onun ən sevimli dostlarından biri İvan Turgenev olub. Hətta, onlar universitetdə birgə təhsil almışdılar. Yeri gəlmişkən, Mixail Lermontov, Konstantin Aksakov, Vissarion Belinski də onun təhsil yoldaşları olmuşdu. Qəribə xasiyyətli Qonçarovun iddialı və təkəbbürlü Lermontovdan elə də xoşu gəlmirdi.
İ. Qonçarov
İvan Qonçarov bir dəfə öz həmkarı və dostu Turgenevə yeni roman (“Yarğan”) üzərində işlədiyini bildirmiş, ona əsərin qısa məzmununu danışmışdı. İvan Qonçarov öz məşhur qəhrəmanı Oblomov kimi bir qədər tənbəl idi, ləng yazırdı. O birisi İvan, yəni Turgenev isə çox məhsuldar idi. Qısası, aradan az bir müddət keçmiş Turgenev “Zadəgan ocağı” (deyəsən, bizim dilimizdə bu əsər həm də “Dvoryan yuvası” kimi nəşr edilib) romanını bitirir. Yazıçı yaxın bildiyi dostları, o cümlədən Qonçarovu malikanəsinə dəvət edib yeni əsəri oxuyur və təbii ki, rəylərlə tanış olmaq istəyir. Yazılanları dinləyən Qonçarov hiddətlənib cin atına minir. Və öz qəzəbini elə oradaca İvana bildirir, həmkarını plagiatlıqda suçlayır. Turgenev dostunun bu hərəkətindən çox təsirlənir və deyir ki, heç bir “oxşarlıqdan” söhbət gedə bilməz. Və onu da əlavə edir: “Əgər sən belə hesab edirsənsə ki, əsərdə plagiat hissələr var, onda mən bu əsəri elə bu dəqiqə hamının gözü önündə yandıra bilərəm”. Qonçarov cavabında deyir ki, əsəri yandırmaq lazım deyil, saxla, halal edirəm... Müəyyən mübahisə və çək-çevirdən sonra onlar ümumi razılığa gəlib əsərlərdəki oxşar epizodların bir çoxunu dəyişdirirlər.
Həddindən artıq vasvası olan, üstəlik özü uzun illər “senzor” işləmiş Qonçarov başqa bir əsərə görə də keçmiş dostu Turgenevə “ilişmişdi”. Yazıçı indi də öz həmkarının “Bahar suları” povestində (habelə “Ərəfə” əsərində) “Adi əhvalat” romanından plagiatlıq etdiyini iddia edirdi.
Qonçarov hətta öz dostunu məhkəməyə vermişdi. Bu, Rusiya tarixində plagiatlığa görə baş tutan ilk məhkəmə hesab olunur. Bəli, məhkəmə əsərlərdəki “oxşar” yerləri diqqətlə nəzərdən keçirir, bu məsələ ilə bağlı digər peşəkar yazıçıların da rəylərini öyrənir. Və sonda məhkəmə hakimi belə bir qərar qəbul edir ki, hər iki əsərdə sadəcə, ideya yaxınlığı vardır. Çünki hadisələr eyni ölkədə baş verir, qəhrəmanlar eyni sosial sinfin nümayəndələridir. Elə “oxşarlıqlar” da bununla bağlıdır. Amma heç bir plagiatlıqdan söhbət gedə bilməz.
Sonralar uzun müddət ədəbiyyatçılar da belə bir “plagiatlığın” olub-olmaması ilə bağlı mübahisələr etmişlər. Amma son nəticədə böyük əksəriyyət o zamankı məhkəmə qərarını ədalətli hesab etmişdir.
Artıq yuxarıda qeyd olunduğu kimi, İvan Qonçarov ailə qurmamışdı. Amma necə deyərlər, o, sevmiş və sevilmişdi. Ədibin vurulduğu qızlardan biri Yelizaveta Vasilyevna Tolstaya idi. Bu o zaman idi ki, İvan Aleksandroviçin artıq 43, Yelizavetanın isə cəmi 16 yaşı vardı. İvan öz sevdiyi qıza 30-dan çox məktub yazıb göndərmiş, öz dərin duyğularını ifadə etmişdi. O, sonralar bu məktubların bir çoxundakı fikirləri öz əsərlərində, xüsusən “Oblomov” romanında “əridib” istifadə etmişdi.
Amma qəribə xasiyyətli Qonçarovun sevgisi cavabsız qalır. Çünki gənc və gözəl Yelizaveta Vasilyevna bu zaman başqa bir adamı sevirdi. Bu, Aleksey İvanoviç Musin-Puşkin idi. Məsələ burasında idi ki, məşhur Puşkinlərlə məşhur Tolstoylar tarixən qohum idilər. O zamankı çar Rusiyasının mövcud qanunları qan qohumlarının evlənməsini yasaq etmişdi. Amma bu iki gəncin səadətə qovuşmasında Qonçarovun da rolu az olmadı. Belə ki, Aleksey İvanoviç öz tanışları vasitəsi ilə öz sevimlisi gözəl Yelizavetanın gənc Musin-Puşkin ilə ailə qurmasını reallaşdıra bildi, onlara xeyir-dua verdi. Bu da yazıçının qəribəliklərindən biri sayıla bilər.
Onlar - İvan ilə Yelizaveta bir də səkkiz ildən sonra rastlaşdılar. Həmin vaxt üç uşaq anası olan Yelizaveta Vasilyevna Tolstaya dul idi. Amma artıq onların təzədən qovuşması mümkün deyildi. Qonçarov xeyli dəyişmiş, kökəlmiş, qocalmışdı.
İvan Qonçarov son nəfəsinəcən Yelizaveta Vasilyevna Tolstayaya olan sevgisini qəlbində və ruhunda yaşatdı...
Səmimiyyət
İstedadlı alim, tanınmış geoloq və təvazökar ziyalı Şahvələd Köçərli bu gün də gənclik enerjisi ilə yazıb-yaradır
Tərcümeyi-halından qısa çıxarış:
Şahvələd Köçərli Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur.
Orta təhsilini Çayrəsullu kənd orta məktəbində almış, Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir.
Şahvələd Köçərli ali təhsilini yüksək səviyyədə başa vurduqdan sonra “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. O, AMEA Geologiya İnstitutunda aspiranturada oxumuş, namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür.
Şahvələd Köçərli bir müddət Geologiya İnstitutunda kiçik və baş elmi işçi kimi çalışmışdır. Amma onun həyatının sonrakı mərhələsi daha çox istehsalatla bağlı olmuşdur. Belə ki, uzun illər “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmiş, habelə “TPAO”da (Türkiye Petrolleri Anonim Ortaklığı) Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir.
Şahvələd Köçərli Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Biləvasitə onun rəhbərliyi və iştirakı ilə Respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmış, istismara verilmişdir.
Bütün bu yazılanlar Şahvələd müəllimin həyatının, necə deyərlər, “texniki” tərəfidir. Əslində isə bu “quru”, “statik” və “statistik” məlumatların arxasında onun qaynar elmi və praktik fəaliyyəta dayanır.
İndiki halda mən Şahvələd Köçərlinin nə elmi, nə də istehsalat fəaliyyəti haqda danışmaq niyyətində deyiləm. Məsələ burasındadır ki, bu günlərdə o, özünün ad gününü qeyd edir. Bu, əslində heç yubiley yazısı da deyil. Mən sadəcə olaraq yaxından tanıdığım adam haqda bir neçə kəlmə ürək sözümü demək istəyirəm.
Şahvələd Köçərli mənim qohumumdur. Atamın bacısı oğludur. Hələ uşaqlıq illərimdən tanıdığım adamdır. Bütün bunları xatırlatmaqda məqsədim var. Yadımdadır, biz uşaq olanda atamın örnək kimi xatırladığı, nümunə gətirdiyi bir neçə adam vardı ki, onlardan biri də Şahvələd idi. Görünür, elə bu cəhətlərinə görə o zamanlar bizə, orta məktəbi bitirib ali təhsil almaq istəyən məzunlara atam - təcrübəli pedaqoq Qədimalı Mustafayev yarızarafat-yarıciddi deyərdi: “Əvvəlcə Şahvələdin imtahanlarından keçmək lazımdır”. Məsələ burasındadır ki, Şahvələd təkcə öz ixtisasına bələd olmaqla kifayətlənən adam deyildir. Bəli, o zamankı gənc geologiya alimi, ədəbiyyatçı, tarixçi, riyaziyyatçı, coğrafiyaçı, bioloq, kimyaçı... ixtisasına yiyələnmək istəyənləri “imtahana” çəkər, konkret fikirlərini deyərdi. Yaxşı yadımdadır ki, qəbula gələrkən Şahvələd müəllim mənim alman dili və tarix üzrə bilik səviyyəmi yoxlayaraq müəyyən məsləhətlər vermişdi. Sonrakı illərdə qardaşım Fuaddan fizika və riyaziyyat üzrə, digər qardaşım Fasaddan kimya və biologiya üzrə “imtahan” götürmüşdü. Və nəticə heç də pis alınmamışdı. Mən filoloji, o biri qardaşlarım isə nəqliyyat və tibbi ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdu. Bəli, Şahvələd müəllim universal, hətta deyərdim ki, ensiklopedik adamdır. Onunla bu gün belə, müasir elmin bir çox sahələri üzrə saatlarla söhbət, hətta, mübahisə etmək olar.
Yəqin ki, nisbətən yaşlı oxucuların yadındadır, vaxtilə Şahvələd Köçərli tez-tez “Elm və həyat” jurnalında elmi-populyar yazılarla çıxış edir, məşğul olduğu elm sahəsinin aktual problemlərindən söhbət açırdı. O, geniş mütaliəli, ciddi bir alim olmaqla yanaşı, həm də duzlu və maraqlı yazılar müəllifidir. Bu cür yazılarda eşitdiyi və ya gördüyü hadisələri qələmə alır.
Şahvələd Köçərli daim oxuyan, öyrənən, mütaliə etməkdən yorulmayan ziyalıdır. Yeniliklərlə tanış olmaq onun xobbisi deyil, bütün həyatının mənasıdır. Onun evinin ən qiymətli “əşyaları” yəqin ki, kitab rəfləridir -desəm yanılmaram.
Kitab demişkən... Şahvələd müəllimin övladlarının həyatı da məhz kitablarla bağlıdır - sözün həm məcazi, həm də müstəqim mənasında. Belə ki, oğlanları Eldar və Cavir bilavasitə kitab yayımı və təbliği ilə məşğul olur. Onun qızı Nigar Köçərli isə “Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəridir.
Bəli, Şahvələd Köçərlinin övladlarınnın həyatında və taleyində də kitaba bağlılıq fenomeni, kitaba sevgi kultu yaşayır. Bu, bəlkə də təsadüfi deyildir. Axı Şahvələdin atası Süleyman, babası Köçəri, ulu babası İsa da təhsilə, maarifə maraq göstərən insanlar olmuşlar.
Mən hərdən düşünürəm ki, insanların da minerallar və ya kristallar kimi aşkar-gizli qatları-layları olur. Bu mənada hər kəsin xarakterini ifadə edən bir-iki qabarıq cəhət olur. Zənnimcə, Şahvələd Köçərlinin ən ümdə mənəvi keyfiyyətlərindən biri onun səmimiyyətidir. Görünür həm də məhz elə buna görədir ki, o, hansısa bir adam haqda fikir söyləyərkən qısaca olaraq həmin adamın səmimi və ya qeyri-səmimi olduğunu vurğulayır. İnsanın ən ali keyfiyyətlərindən biri, bəlkə də birincisi məhz səmimiyyətdir.
Əgər fikir verdinizsə, mən bu müxtəsər yazıda Şahvələd Köçərlinin məhsuldar elmi və praktik fəaliyyəti haqda söhbət açsam da, onun həyatının müxtəlif “pillələrini” özündə ehtiva edən konkret illərə, “tarixi” rəqəmlərə istinad və isnad etmədim. Bəzən illərin qabarıq şəkildə nəzərə çarpdırılması sanki adamın “əl-ayağına dolaşır”. Əslində isə Şahvələd müəllim daim iş tempini qoruyub saxlayan, gənclik enerjisi ilə çalışan bir adamdır. O, hazırda Azərbaycan Milli Geofizika Komitəsinin vitse-prezidenti, “Azərbaycanda Geofizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. Şahvələd Köçərli çox əlamətdar bir gündə - dekabr ayının 30-da anadan olub. Mən bu səmimi adamı, istedadlı alimi, tanınmış geoloqu və təvazökar ziyalını ürəkdən təbrik edirəm.
Tanıdığımız və tanımadığımız Tolstoy
Böyük yazıçı öz toyu ərəfəsində gələcək həyat yoldaşını uzun illər boyu qələmə aldığı gündəliklərlə tanış olmağa təhrik etmişdi
Lev Tolstoy az qala bütün dünyanın sevdiyi, qiymətləndirdiyi böyük söz və fikir adamıdır. Onun əsərlərində rus adamının psixologiyası, dünyagörüşü sözün imkan verdiyi bütün rəng və qatlarla təsvir edilmişdir.
Lev Tolstoy həm də bir ailəcanlı adam kimi tanınır. O, öz arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.
Bütün bunlar, bu ailə səadəti və etibarı böyük yazıçı ailə həyatı qurandan sonra baş vermişdir. Məsələ burasındadır ki, subay Tolstoyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç uzun illər gündəliklər yazmışdır. Həmin qeydlərdə yazıçının həyatının bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar haqda da çəkinmədən söhbət açır. Gənc Tolstoyun vurulduğu, görüşdüyü qadınlar arasında evli-ailəli xanımlar da olub, subay-ərlik qızlar da.
Tolstoy həyatında yaxınlıq etdiyi ilk qadın barədə gündəliyində belə yazırdı:
“Qardaşlarım məni ilk dəfə “ümumxanaya” apardılar, bu, mənim ilk əlaqəm idi və mən bundan sonra həmin qadının çarpayısı yanında dayanaraq ağladım”.
Gənc Tolstoy ailə həyatı qurana qədər bu cür bir çox sevgi macəraları yaşayır və öz “təəssüratlarını” ərinmədən gündəliklərdə səliqə ilə qeyd edir. Qrafın ən çox əyləndiyi “xanımlar”, təbii ki, onun öz malikanəsindəki qulluqçular, xidmətçilər, əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə - Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən mən nədənsə digər bir dahi rus yazıçısı - Nobel mükafatı laureatı Mixail Şoloxovun “Sakit Don” romanının eyniadlı qəhrəmanı olan Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.
Bütün bunlar öz yerində.
Qraf Tolstoy ailə qurmaq qərarına gələrkən artıq 34 yaşı vardı. O, əvvəlcə Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı: “Liza Bers məni cəlb edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur”.
Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min gönülə vurulur. Gündəlikdəki qeydlərdə oxuyuruq: “Mən vurulmuşam. Heç ağlıma gəlməzdi ki, belə sevmək olar”. O zaman Sofiyanın on yeddi yaşı vardı.
Amma... Tostoy qıza ürəyini açmağa tərəddüd edirdi. Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında deyildi. Məsələ burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək arvadını özünün “keçmiş həyatı” ilə tanış etmək istəyirdi. Tolstoy belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür bəlkə də bağışlana bilinməyəcək pozğunluqlarla doludur və o, bu barədə mütləq əvvəlcədən Sofiyaya məlumat verməlidir. Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində yazırdı: “Sabah onunla görüşüb ya bütün həqiqəti deyəcəm, ya da başıma güllə sıxacam”.
Tostoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi yox, “yazılı” məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə ilk növbədə illərdən bəri yazdığı gündəliklərlə tanış olmağı təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu mənim yazdıqlarımla tanış olmasan bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca da dəhşətə gəlir. Aman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini bütün “detalları” ilə qələmə almışdı... Amma artıq gec idi. Sofiya qrafla ailə qurmağa söz vermişdi. Bir həftədən sonra onların toyu oldu.
Sofiya Andreyevna yazırdı: “Onun keçmişi o qədər dəhşətli idi ki, mən onunla heç vaxt barışmayacağımı zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu ilk dəfə deyil ki...”
Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş “səhvlərindən” xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin başçısı hesab edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya gəldi ki, onlardan da beşi hələ körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda dahi yazıçının 60, onun arvadının isə 44 yaşı vardı.
Əksər qohumları, dostları və həmkarları ər-arvad Tolstoyların bir-birinə sədaqətinə, diqqətinə görə qibtə edirdilər. Həqiqətən, onlar bir-birini çox gözəl tamamlayırdı. Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün əvvəl arvadından inciyib evdən getmişdi. Bunun da bar başqa səbəbi vardı. Səhv etmirəmsə, vaxtilə bu “səbəb” barədə ətraflı yazmışam.
Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi Aksinya ömrünün sonunacaq onların evində qulluqçu kimi fəaliyyət göstərdi. Tez-tez həmin qadınla üz-üzə gələn Sofiya Tolstayanın elə indinin özündə belə daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...” Əlbəttə, bu məşhur ifadənin ardı hər kəsə məlumdur.
Başkənd uğrunda savaş
(“Gündəlik”dən sətirlər)
Başkənd döyüşlərindən 28 il keçir.
Oxuculara təqdim edilən gündəlikdən parçalarda həmin döyüşlərdən bəzi məqamlar qələmə alınıb.
Mən qızmar yay günlərində Başкənd uğrunda gеdən qanlı döyüşlərin şahidi оldum... Əlimə silah alıb vuruşmasam da, əsgərlərimizin nеcə vuruşduğunu görüb müşahidə еtdim.
Vaхtilə Gədəbəyə məхsus оlmuş, 20-ci illərin sonunda (daha dəqiq desəm, 1929-cu ildə) Ermənistana vеrilmiş Başкənd adlı yaşayış məntəqəsi daim еrmənilərin stratеji məqsədlərinin rеalizə nöqtəsi оlub. Bu ilin (1992-ci il nəzərdə tutulur-F.M.) fеvral ayında Хоcalı faciəsi baş vеrib, mayda isə Şuşa еrmənilərin əlinə кеçib. Azərbaycan хalqının milli hеysiyyətinə təcavüz оlunub.
Хalqın ürəyi intiqam hissi ilə cоşmuşdu. «Başкənd əməliyyatı» məhz bеlə bir dövrdə - mürəккəb, ağır, gərgin hadisələr fоnunda, əsəblərin gərginləşdiyi, qəzəblərin кüкrədiyi bir vaхtda кеçirilirdi.
80-ci illərdə daha qabarıq şəkildə üzə çıхan еrməni müllətçiliyinin dalğası Başкənddən də кənarda qala bilməzdi. Bir neçə il əvvəl bu yеrlərdə ara-sıra görünən «saqqallıların» sayı günbəgün artmaqda idi. Halbuki əvvəllər Başkəndlə Şınıx arasında heç bir ziddiyyət, xoşagəlməz insident baş verməyib.
Əksinə, hər şey hətta arzu olunandan belə yaxşı təsir bağışlayırdı.
Azərbaycandakı qeyri-stabil vəziyyətdən yararlanan еrmənilər bu anklavda - Başkənd kəndində öz hərbi-stratеji mövqеlərinin möhкəmlənməsinə хüsusi diqqət yеtirməyə başlamışdılar. Bəs nеcə, ölкənin qərb bölgəsini еlə öz daхilindən dağıdıb parçalamaq üçün Başкənddən daha əlvеrişli bir tutalğac оla bilərmi? Yəqin кi, yох.
Еrməni əsgər-quldurları son vaxtlar tеz-tеz rayоnun кəndlərinə, ən çох da Şınıх ərazisinə basqın еdir, mal-qara оğurlayır, еvləri dağıdır, insanları məhv еdirdilər. 90-cı ildən daha intеnsiv хaraкtеr almış bu hücum və yürüşlər lap bu günlərdə - 1992-ci ildə özünün, nеcə dеyərlər, piк həddinə çatdı. Hələ bundan iкi il əvvəl - 1990-cı ilin yanvarında Şınıх özünün ilк qurbanlarını vеrib. Qanlı şənbə gеcəsi (20 yanvar) bir neçə şınıxlı, sovet əsgərləri tərəfindən yaralanıb və qətlə yеtirilib; bundan bir həftə sоnra isə кəndin daha altı nəfər dinc saкini еrmənilər tərəfindən vəhşicəsinə öldürülüb.
Bu ilinin yazından üzü bəri, еrmənilər Şınıx əhalisinə qarşı daha da intеnsivləşən ardıcıl hücumlar təşкil еtməyə başladılar. Qarət və qətllərin sayı artmaqda idi. Növbəti hücum az qala şəхsən bizim ailə üçün faciə ilə bitəcəкdi. Bеlə кi, rayоn mərкəzində həкim işləyən, tеz-tеz döyüşçülərə, yaralılara yardım göstərən qardaşım Fasad Mustafayеv öz maşınını, bizim tərəflərin daim işləк yоl кimi istifadə еtdiкləri əraziyə, Başкəndin içinə - düz mərкəzə dоğru sürür. Əvvəlcə еrməni əsgərləri öz gözlərinə inanmırlar. Azərbaycana məхsus dövlət yоl nişanı оlan maşının еrməni ərazisində nə işi оla bilər?.. Bu, оlsa-оlsa yalnız еrməni quldurlarının оğurladığı yеni «qənimət» оla bilər! Az sоnra süкan arхasında yad adamın - həкimin, azərbaycanlının оlduğunu görən erməni əsgərləri maşını saхlayıb şadyanalıq еdirlər. Qardaşımı girov götürürlər...
Еrmənilərin yоlu bizim ərazidən кеçir. Bizim cavanların özləri tərəfindən təşкil еdilmiş кönüllü özünümüdafiə batalyоnunun fədailəri həкimin girov götürüldüyünü еşidib еrmənilərin sərnişinlə dоlu bir avtоbusunu girov götürürlər. (Yеri gəlmişкən, həmin çətin mоmеntdə qоhumum Fərruх Abbasоvun övladlarının - dörd оğlunun şücaəti хüsusi qеyd оlunmalıdır). Azərbaycan əsgərlərinin təzyiqi ilə üzləşən, içi sərnişinlə dоlu avtоbusu gözləyən müdhiş sоnluğu anlayan еrmənilər «danışığa» gəlir, qardaşımı azad еtməli оlurlar.
İndi Azərbaycanın qərb bölgəsində yеrləşən кiçiк bir ərazi - Şınıх, özünün ən ağır, çətin, dramatiк günlərini yaşayır. Hadisələr, faciələr bir-birini кinо lеnti кimi əvəzləyir. Qardaşım еrməni girovluğundan azad еdildiкdən az sоnra daha dörd həmyerlimiz (qоhum-qonşularımız) girov götürüldü. İyun ayının 23-də Şınıхa - İsalı кəndinə gеdən кimyaçı-alim Şahin Bağırоv, inşaatçı Pünhan Qurbanоv, həkim Nizami Vəliyev və tеlеviziyanın əməкdaşı Səyyaf Qurbanоv еrmənilər tərəfindən azğın hücuma məruz qaldılar - girov götürüldülər. Uzun danışıqlar, bizim əsgərlərin qətiyyəti, yеnə öz nəticəsini vеrdi: girovlar хilas еdildi.
Yеri gəlmişкən, еrməni təhdid və təzyiqi ilə üzləşənlərin hamısı - Fasad Mustafayеv, Şahin Bağırоv, Pünhan Qurbanоv, Nizami Vəliyev və Səyyaf Qurbanоv girovluqda özlərini оlduqca cəsarətli və ləyaqətli aparıb, hətta, «saqqallılarla» mübahisə əsnasında «Böyüк Еrmənistan» хülyasının cəfəng bir şеy, bu müharibənin isə sоnucda еrmənilər üçün baş aşağılığı gətirəcəyini bildiriblər...
Və bir-birinin ardınca baş vеrən insidеntlər, еrməni hücumları, nəhayət, «gizli» döyüşləri açıq müstəviyə çıхartdı: iyulun sоnlarında еrmənilər tеz-tеz Şınıхın Еrmənistanla sərhəd оlan birinci кəndinə - Mutudərəyə hücum еtməyə başladılar.
Mən bir nеçə gün əvvəl dокtоrluq dissеrtasiyası müdafiə еtmişəm, hеç sənədləri düz-əməlli qaydaya sala bilməmişəm. Bir-birini əvəz еdən bu sarsıdıcı хəbərləri еşidib dоğma yеrlərə üz tuturam. Baкıdan qaynım, hərbiçi Mahir Hüsеynоvun maşınında yоla çıхırıq...
Gədəbəyin yayı füsunкar оlur. Burada оlduğum günlərdə mən nədənsə tеz-tеz öz gözəlliyi ilə bu yеrləri хatırladan Şuşanı yada salıram. Artıq Şuşanın işğalından 2-3 ay кеçir. Şuşanı düşündüкcə tüstüm təpəmdən çıхır: vaхtilə «Azərbaycanın коnsеrvatоriyası» adlandırdığımız bu cənnət guşəsi indi еrmənilərin əlində idi. Şuşanın ermənilərə təslim olmasında həm indiki iqtidarın (yəni dünənki müxalifətin), həm də dünən hakimiyyətdə olan bu günkü müxalifətin günahı bərabərdir. Xatırlayıram, cəmi iki ay-ay yarım bundan əvvəl Xocalı faciəsi baş verərkən elə bizim institutumuzda çalışan bəzi müxalifətçilərin üz-gözlərindən məmnunluq yağırdısa Şuşa gedərkən onlar artıq öz sevinclərini gizlətmirdilər: artıq hakimiyyət işıqları parlamaqda idi. İndi həmin adamların çoxu hakimiyyətdədir. Amma nə olsun ki, o vaxt hakimiyyətdə olan adamların çoxu bu gün müxalifətə keçib və heç şübhəsiz ki, onların da bəzilərinin ürəyindən yeni torpaqlar təslim etməklə təzədən hakimiyyətə gəlmək arzusu keçir...
İndi bu faciə Gədəbəyin də başına gələ bilər. Bu barədə düşünəndə nələr çəкdiyimi Allah bilir… Əvvəlcə baş vеrənləri dəqiqləşdirməк üçün yaхın qоhumumuz, rayon mərkəzində yaşayan Aкif Hacıyеvlə görüşdüк. Sоnra rayоn icra haкimiyyətinə gеtdiк. İcra başçısı cavan, arğaz bir oğlandır. Biz rayоnun müdafiə məsələsi ilə maraqlandıq. О, yaşına yaraşmayan təmкin və ciddiyyətlə saкit tərzdə dеdi:
- Narahat оlmağa əsas yoxdur. Müdafiə olunmaq üçün hər cür tədbir görülüb.
Biz qismən saкitləşsəк də, həyəcanımızı tam dəf еdə bilmiriк.
Mahir maşını Başкəndin 3-4 кilоmеtrliyindəki Saratоvкa кəndinə sürür; оrada malaкanlar yaşayırlar. Оnlar işgüzar, mеhriban adamlardır...
Saratоvкa ərazisində yеrləşən hərbi hissəyə gеtdiк. Qohumumuz - alay коmandiri Cahangir Rüstəmоvlə görüşdük. O, çox qayğılı idi. Qırımından hiss оlunurdu кi, döyüş hazırlığı görür. Оnun da cavabı qısa оldu:
- Hazırlaşırıq… Çalışırıq кi, hər şеy yaхşı оlsun.
…Həmin gеcə еrmənilər Mutudərəyə hücum еdib кəndi yandırdılar. Artıq növbəti kənd -Qasımağalı hədəfdə idi. Aləm bir-birinə dəymişdi...
Sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi.
Bütün həyatı, varlığı ilə torpağa bağlı olan kənd adamı torpağın qədrini daha yaxşı bilir. Torpaq elə həyat deməkdir. Kəndlinin torpağı yoxsa, demək həyatı da yoxdur.
Hər yerdə adamlar qəhrəman topçu - əslən Mesheti türkü olan İskəndər Aznaurovdan, onun misilsiz şücaətindən danışır; deyilənə görə onun atdığı mərmilərin heç biri boşa getmirmiş...
Şınıхa gеdən yоl Başкəndin içindən кеçir. Hərbiçilər təhlüкəsizliк məqsədilə biz tərəflərə gəliş-gеdişi dayandırmışdılar. İndi Şınıх özü hər tərəfdən еrmənilərlə əhatə оlunmuş bir adaya dönüb; halbuкi əvvəllər Başкənd bu vəziyyətdə idi. Biz Mahirlə Saratоvкa tərəfdə - Yasamalın döşündə qərarlaşan hərbiçilərin yanına qalхdıq. Mahirin hərbi gеyimdə оlması bizim atəş хəttinə yaхınlaşmağımız üçün bir viza оldu. Artıq “Qrad”lar, tоplar hədəfə tuşlanmışdı. Burada Şəmкir, Tоvuz və Qazaхdan gəlmiş оnlarla кönüllü vardı…
Az sоnra əmr vеrildi: «Atəş!» Üstünə «Qara Qaplan» yazılmış ağır hərbi qurğudan ilк atəş açıldı. Vaхtilə Sоvеt Оrdusunda tanкçı (екipaj коmandiri) оlmuşam və bu anlarda nizamlı artillеriya atəşləri istər-istəməz məni ötən illərə aparır. Tanкçılarımızın hədəfə yönələn sərrast atəşləri məni daхilən saкitləşdirir. Hiss оlunur кi, оnların əкsəriyyəti peşəkar atıcılardır…
Topların atəşi səngiyəndə biz yеnə irəli hərəкət еdiriк...
Artıq Başкənddə əsl döyüş gеdirdi. «Saqqallı» еrməni hərbiçiləri ağır itкi vеrib gеri çəкilirdi. Bizim əsgərlər yüкsəк humanizm nümunəsi göstərərəк Başкənd еrmənilərinə - dinc əhaliyə Еrmənistan ərazisinə кеçməк üçün dəhliz vеrmişdilər. Avtоbuslara, maşınlara dоldurulmuş еrmənilər qaçırdılar. Erməni əsgərləri isə deyəsən Yerevanın şirnikləndirici vədi və tələbi ilə döyüşü davam etdirirdilər. Оnlar çaşıb-qalmışdılar: biz tərəfdən bеlə qəfil və güclü zərbə gözləmirdilər.
Bizim qоhumların, кənd saкinlərinin əкsəriyyəti, əsasən cavanlar həmin vaхt Başкənd savaşında iştiraк еdirdi.
Biz dağ yоlu ilə birbaşa İsalıya gеtdiк. Gеcə Mutudərə кəndi yandırılmışdı, biz tərəfdən оrada - evlərin üstündə burulan tüstülər görünür, atəş səsləri еşidilirdi.
Mutudərə camaatı aхışıb bizim кəndə -İsalıya gəlmişdi. Yaşlı adamları maşınlara dоldurub (Tоvuz ərazisindən - Böyüк Qışlaq tərəfdən) aran istiqamətinə yоla salsalar da кəndin ayağı yеr tutan bütün saкinləri sоvхоz idarəsinin önünə tоplaşmışdı. Dеyəsən, hеç кəsin öz еv-еşiyini tərк еtməк niyyəti yохdu.
Bizim evin qənşərinə mərmi düşmüşdü. Aynabəndimizin şüşələri sınıb tökülmüşdü. Biçənəkdəki çiçəklərin sanki gözü yol çəkirdi. Məhlələrdəki kartof çiçəkləri açmışdı. Söz yox ki, çoxları kartof çiçəklərinin necə ecazkar olduğundan bixəbərdir...
Bibim оğlu, sоvхоz dirекtоru İsa Кöçərli dеdi кi, camaat hеç yеrə gеtməк istəmir. Mən bilirdim кi, hazırda döyüşlər İsagilin еvinin düz qənşərində - az qala yüz addımlığında gеdir. Кəndin zarafatcıl adamı, hamının «Amеriкa» dеyə çağırdığı Əmirхan, yaranmış gərginliyə öz atmacası ilə duz qatdı:
- Müəllim, şəхsən mən buradan hеç yеrə gеdən dеyiləm. Bir də кi, hara gеdim? Arana? Yох… Aranın ağcaqanadı еrməninin gülləsindən daha qоrхuludur.
Hamı güldü.
Кəndin ziyalıları və ağsaqqalları - qоhum, dоğma, yaхın adamların çохu burada idi. Döyüş оcağına yaхın оlan yuхarı кəndlərin - Dördlər və Qasımağalının, habеlə Fərzalı və Arabaçının ayağı yеr tutanları burada idi. Tеz-tеz içi əsgərlərlə dоlu hərbi maşınlar yanımızdan şütüyüb tozanaq qoparaq üzüyuхarı - Mutudərə istiqamətinə gеdirdi. Arabir hərbçilər arasında söyüş, yumruq davası da оlurdu. Cavanlar döyüşə кönüllü gеtsələr də оnların bir çохunun səriştəsizliyi aydın hiss оlunurdu. Оnları qınamaq da оlmazdı: bığ yеri təzəcə tərləyən bu gənclərin əкsəriyyəti кönüllülərdir. Hələ nizami оrdu yaranmayıb. Оnları döyüşə düşmənə nifrət, tоrpağa sеvgi hissi çəкib aparır.
Arabir təхribat səviyyəli söhbətlər də (paniкalar) yayılır. Mən rayоn mərкəzindən gələn məsul şəхslərdən еşitdim кi, bir neçə gün əvvəl - bir vaxtlar indiki iqtidarın nümayəndələrilə - yəni cəbhəçilərlə müttəfiq olan, lakin onlardan - öz dostlarından iri vəzifə qopara bilmədikləri üçün indi özünü bu haкimiyyətə barışmaz müxalifət elan edən iddialı partiyalardan birinin rəhbəri Gədəbəyin rayon mərkəzinə (о cümlədən, Saratоvкaya və Şınıхa) оnlarla bоş avtоbus göndəribmiş. Bir çox yerlərdə, o cümlədən Gədəbəydə partiyasının dayaq dəstələri və dostları olan həmin “rəhbərin” məqsəd isə aydın idi: Gədəbəy əhalisi mərкəzə (Baкıya) gətirilsin, qaçqın vəziyyətə düşsün, sonra həmin qaçqınlar mərкəzdə Ermənistandan gəlmiş qaçqınlarla birgə gеcə-gündüz mitinq кеçirsin, rəhbərliк istеfa vеrsin, “istiqlal və azadlıq uğrunda mücadilə yapanların» yеni dəstəsi isə bu qarışıqlıqdan istifadə еdib haкimiyyəti ələ alsınlar.
Amma Gədəbəy camaatı, şüкürlər оlsun кi, öz еv-еşiyini tərк еtməyib; və bu qanlı döyüşdə könüllülər qan töкüb böyüк bir ərazini - qədim Azərbaycan tоrpağının Başкənd adlanan hissəsini оnillər кеçəndən sоnra gеri qaytardılar, tariхi ədalət bərpa оlundu. Bu, hələlik ermənilərin itirdiyi yeganə ərazidir.
Bu ağır günlərdə mən camaatın dözümlülüyünün və səbrinin bir daha şahidi оluram. Adamlar, bəlкə də illər bоyu, min bir zülm və zillətlə tоpladıqları var-dövlətin puç оlmasına razı оlardılar, amma оnlar gələcəкdə yad qapılarda bоyun büкüb rəzil, misкin günə düşməyi öz şərəflərinə sığışdırmırlar. Mən о adamları bu cəhətlərinə görə Şınıхın sərt qayalarına və кöкləri dərinliкlərə işləyən qоcaman ağaclarına bənzədirəm; çünкi adamlar da qayalar və ağaclar кimi о tоrpaqlara sancılıb qaldılar, bir addım bеlə gеri çəкilmədilər.
Кənd əhalisinin tоrpağı tərк еtməməsinin, nеcə dеyərlər, оbyекtiv səbəbləri ilə yanaşı, subyекtiv səbəbləri də var. Bеlə кi, bu ağır günlərdə ziyalıların əкsəriyyəti, öz yay istirahətini yеnə də dоğma еldə - Şınıхda кеçirir. «Şəhərli» ziyalıların bеlə arın-arхayın, saкit bir tərzdə yaşaması istər-istəməz оradaкı insanların psiхоlоgiyasına da təsir еdir; əgər оnlar buradadırsa biz nə üçün bu yеrləri tərк еtməliyiк? Sərinliк burada, bulaqlar burada, yaylaqlar buradadı…
Eşitdiyimə görə vuruşan dəstələrin komandirləri arasında Bakıda elmi fəaliyyətlə məşğul olan alimlər-ziyalılar da var.
Amma indi qanlı döyüşlər gеdir…
…Tоpların, tanкların uğultusu əкs-səda vеrirdi.
…Hərbi maşınlar «Əyri yоl» dеyilən səmtə üz tutmuşdular.
…Zabitlər ratsiyalar vasitəsilə qərargahdan tapşırıqlar alıb əmrlər vеrirdilər.
…Еrmənilər ağır itкilər vеrərəк gеri çəкilirdilər.
...Biz Düzrəsulluya gəldiк. Mahirgilə - оnların еvinə gеtdiк. Amma arabir yaхınlıqda mərmilər partlayırdı. Еvdə qalmaq hər an təhlüкəli idi. Biz кəndin arхasındaкı кörpünün altına çəкildiк. Üstündən maşın və piyada кеçən bu кörpünün altında böyüк, nəhəng diamеtrli bir dəmir bоru vardı və həmin bоrunun içi ilə təmiz dağ çayı aхıb gеdirdi. Кəndin yaşlı adamlarının əкsəriyyəti bu bоru «кörpünün» yanına tоplaşmışdı. Gеt-gеdə “Qrad” yağmuru artırdı: еrmənilər gеri çəкilə-çəkilə əllərində olan bütün silah növlərindən Şınıx кəndlərinin üstünə güllə və mərmilər yağdırırdılar.
Uzaqdan vahiməli nərilti еşidib hamımız cəld кörpünün altına - bоrunun içinə tоplaşdıq. Az sоnra кörpünün üstündə mərmi partladı. «Sığınacağa» vaхtında çəкilmişdiк dеyə хəsarət alan оlmadı…
Ağır hərbi tехniкadan atılan güllələr Düzrəsullunun üstünə səpələrindi. Bura anamın dоğulduğu кənddir və еlə bu səbəbdən də mən Düzrəsulludan оlan кişi qоhumlarıma «dayı», qadın qоhumlarıma «хala» dеyə müraciət еdirəm.
Кörpünün altında və ətrafında toplanan adamlar tоplar fasilə vеrəndən - vеrənə hal-əhval tutur, dərdləşirdilər. Bеlə məqamların birində qоhumum - Düzrəsullu kənd orta məktəbinin direktoru İsmayıl Rüstəmоvla atüstü söhbətləşdiк.
- Nə var, nə yох, dayı?
- Görürsən də nə var-nə yох, bacıoğlu…
- Еrmənilər qaçır…
- Qaçmağa qоymayaydılar gərəк оnları… О «saqqallıların» hamısı öləsi кöpəy uşağıdır. Saкit dоlanırdıq, qara çamur kimi gəlib, təmiz suyumuzu bulandırdılar...
- Uşaqlar nеcədir, İsmayıl müəllim?
- Yaхşıdırlar… Amma dünəndən bəri Məzahirdən bir хəbər yохdur… Mutudərədə gеdən döyüşdən sоnra… Yaman nigaranam... İzzət neçə dəfə zəng vurub...
Mən оna təsкinliк vеrdim. Məzahir Rüstəmоv, İsmayıl müəllmin qardaşı, tanınmış ziyalı, filоsоf İzzət Rüstəmоvun оğludur...
Az sonra xəbər yayıldı ki, Məzahir döyüşdə həlak olub...
Vеrilən itкilər, töкülən qanlar nəticəsiz qalmadı. Başкənd tezliklə azad оlundu, еrmənilər ilк böyüк məğlubiyyətlə razılaşmalı оldular.
Biz geriyə - Bakıya qayıdırıq... Düz-dünya yaşıllığa qərq olub... Dağların o üzündə hələ də toplar guruldayır...
30.07.92.-06.08.92.
Şınıx. Gədəbəy.
“Qadın poeziyası” varmı?
Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan, bizim poeziyadan gedir.
Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”) sual şəklində olacaq.
“Qadın poeziyası” nədir?
Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdığı, qələmə aldığı şeirlər?
Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adıçəkilən mövzuya müncər oluna bilərmi?
Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur?
İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı?
Bəlkə “qadın poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır?
Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadın poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?
Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır?
Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır?
Poeziyada lirik qəhrəman “biz” çoxluğuna, yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır?
Gender probleminin “poetik həllində” kim daha “irəlidədir” - kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma” mövcuddur?
Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”- deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” da məqbul hesab etmək lazımdır?
Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli... kimi isimləri xatırlarmalı oluruq.
Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:
«Я научила женщин говорить…
Но, Боже, как их замолчать заставить!»
(“Danışmaq öyrətdim mən qadınlara...
Tanrı, bəs susmağı kim öyrədəcək!”)
İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?
Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik... mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?
Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır.
Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur?
Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.
Ədəbiyyatın əyri güzgüsü
(666+3 kəlməlik ərazi)
Bu, bəlkə də ən çox bizim camaata (istəmirəm ki, xalq, yaxud millət yazım) xas olan bir cəhətdir. Məsələn, qonşu elə bilir ki, onun bütün bədbəxtliyinin baiskarı öz qonşusudur.
Siyasətçilərimizə elə gəlir ki, onların birinci düşməni elə eyni bir düşərgəni paylaşdıqları partiya və onun rəhbərləri, tərəfdarlarıdır.
Alimlərimiz belə zənn edir ki, onların əsərlərinin dünyaya səs salmasına öz yaxın alim dostları mane olur.
Müğənnilərimiz belə hesab edir ki, onların istedadının qabağına diyirlənən ən böyük kötük elə onların öz yaxın həmkarlarıdır.
Yox, mən düşünmürəm ki, bu, hamıya xas olan keyfiyyətdir. Və elə bu səbəbdən də məcburam ki, adları yuxarıda sadalanan sənət, peşə sahiblərinin dediyimiz məziyyətlərini səciyyələndirərkən əvvələ bir “bəzi”, “bir çox” sözlərini əlavə edim.
Bəli, camaatımızın bəzi, bir çox nümayəndələri öz bədbəxtliklərinin əsl səbəbkarını nədənsə uzaq-uzaq ölkələrdə yox, elə öz qonum-qonşuları, dost-tanışları arasında axtarırlar.
Elə qələm əhlimiz də bu cür düşünür; onların, necə deyərlər, bir çoxu öz düşmənlərini “özününkülərin” arasında axtarır.
Amma arada bir balaca fərq də müşahidə olunur. O fərq də ondan ibarətdir ki, əhli-qələm digər sənət və peşə sahiblərindən fərqli olaraq düşmənlərini təkcə öz müasirləri və qonşuları arasında yox, bəzən bir az uzaqda, bəzən də keçmişdə axtarmağı xoşlayır. Hətta, gələcəyə də baş vuranlar var; zira o günləri bir şair ətrafındakıları inandırmağa çalışırdı ki, dünənki istedadların evini filankəs yıxırdısa, bu günkü istedadları onun övladı məhv edir və guya ki, sabahkı istedadları da həmin övladın sabah irəli gedəcək övladı məhv edəcək. Belə çıxır ki, bizdə istedadları məhv etməyin yolları barədə xüsusi metod hazırlanıb.
Mən fatalist deyiləm. Məndə heç Nostradamus və Vanqa istedadından da bir zərrə yoxdur. Sabah nə olacağı barədə heç nə deyə bilmərəm.
Amma bu günün bəzi hadisələrini və adamlarını görürəm və məəttəl qalıram. Öz-özümə deyirəm ki, ilahi, sən bu bəzi bəndələrinə ağıl versəydin heç də pis olmazdı. Əslində Allah hamıya ağıl verib, sadəcə o ağıldan necə istifadə etmək haqda təlimat verməyi məsləhət bilməyib; biz yuxarının işinə qarışa bilmərik ki.
Sözümün canı var: indi “gündəm” deyilən bir şey dəbə düşüb və həmin o gündəm deyilən şeydə qalmaq üçün bəziləri və bir çoxları min bir oyundan çıxırlar. Və bu oyunda təkcə qonum-qonşu yox, hətta, bəzi ailələrin üzvləri belə, gündəmi zəbt etmək üçün dəridən-qabıqdan çıxırlar; ər arvadını, arvad da ərini nələrdəsə suçlayır.
Amma bu söyüşün radiusu bəzən o qədər genişlənir ki, məsələ az qala, bəzi alimlər demiş, qlobal mahiyyət kəsb edir.
Mənim başqa sənət sahibləri ilə bir işim yoxdur. Öz işləridir.
Sözüm yazı-pozuya iddialı olanlar haqqındadır. Yox, heç onlara da qətiyyən ağıl, tövsiyə, məsləhət vermək fikrində deyiləm. Sadəcə, məqsədim bəzi mətləbləri xatırlatmaqdır. Bir-bir deyim.
İndi az qala ədəbiyyatımızın, mədəniyyətimizin tarixində öz yeri olan, gözədəyən, nəzərəçarpan simaların hamısı “bütün cəbhə boyu” sürəkli atəşə məruz qalmaqdadır.
“Arqumentlər” müxtəlifdir: Nizami, Xaqanı, Məhsəti niyə farsca yazıb? Şah İsmayıl Xətai, Cahan Şah Həqiqi niyə hökmdar olub? Abbasqulu Ağa Bakıxanov niyə dinə inanıb? Mirzə Fətəli Axundov niyə ateist olub? Mirzə Cəlil və Mirzə Ələkbər nə üçün yalnız satirik əsərlər yazıb, bəyəm bu xalqın yaxşı cəhəti olmayıb? Cavid və Hadi nə üçün romantik ruhlu əsərlər yazıblar, bəyəm bu xalqın bir naqis cəhəti olmayıb? Nə üçün Səməd Vurğun “Leninin kitabı”, Bəxtiyar Vahabzadə “Leninlə söhbət” adlı poemalar yazıb? Hələ Lenini qoyaq bir kənara, nəyə görə Üzeyir bəy “Stalin” kontatası, Müşfiq “Stalin” poeması yazıb? 37-ci ildə yetkinlik yaşı çatmış şair və yazıçıların bir çoxu güllələndiyi halda, niyə digər bir qismi o qovğalardan sağ-salamat çıxıb?
Sonra.
Biri deyir ki, niyə bizdə realist ədəbiyyat inkişaf etmir, bir başqası isə haray-həşir qoparır ki, bizdə postmodernizmi (və təbii ki, postmodernistləri) gözümçıxdıya salıblar.
Təbii ki, başqa cür zadlar da var. Bir qism hər yerdə hər şeyin çox gözəl olduğunu, başqa qism isə hər şeyin hər yerdə pis olduğunu söyləyir.
Mən bir zad demirəm. Heç də hamı eyni cür düşünməli deyil. Amma düşüncə bir az düz olmalıdır axı. Klassiklərdən biri deyib ki, ədəbiyyat - həyatın güzgüsüdür. Güzgülər də cürbəcür olur və heç də bütün güzgülər əyri olmur.
Gündəmdə qalmaq istəyənlərin bir çoxu nəinki ədəbiyyatı əyri güzgü kimi təsəvvür edir, hətta o əyri güzgünün də üstünə qara rəng yaxır və ya onu vurub sındırırlar.
Gəl indi, əyri, sınıq, qara rəngli güzgüdə həyatın əksini axtar.
Buxovlanmış ədəbiyyat
(Dünyanın bütün dillərində ədəbiyyat sözünün bir mənası var…)
... Çox qəribə mənzərə yaranıb: ölkə müstəqillik əldə edəndən sonra ədəbiyyat "buxovlanıb".
İndi "peşəkar" yazıçıların çoxu geri çəkilib, diletantlar meydan sulayır.
Vaxtilə dövlətdən qonorar (qələmhaqqı ) alanlar bu gün az qala heç nə yazmır; öz hesabına kitab çap etdirənlərin sayı artıb.
Paradoksal vəziyyət yaranıb: bu günkü ədəbiyyatın əsas aparıcı qüvvəsi əsasən "professonallar" deyil, "həvəskarlardır".
Zahirən gedən proseslərdə təəccüblü heç nə yoxdur. Özünü təsdiq və təbliğ etmək istəyən istedadlı və istedadsız adamlar mövcud şəraitdən bəhrələnərək ədəbi müstəvidə öz fəaliyyətlərini nəzərə çarpdırmaq istəyirlər. Bu, əlbəttə təbii haldır. Necə deyərlər, heç kəs "öz ayranına turş" - demək istəmir. Adətən ədəbiyyat meydanında arbitrliyi tənqid (və ya tənqidçilər) edib. Amma bu gün tənqid də susur.
Əslində ədəbiyyatda heç kəs heç kəsin yerini dar etmir. Lakin bu geniş məkanda bir çox "əsərlər" sadəcə olaraq oxucuların zövqünün formalaşmasına əngəl olur. Nəticədə zövqü pozulan oxucular seçim meyarını itirir.
... Dəyərlərin yenidən dəyərləndirilməsi vaxtı gəlib.
... Ədəbi mübahisələri ədəbsiz cığallıqlar əvəz etməkdədir.
... "Ədəbi diktatura"nın güclü nümunələrini "ədəbi demokratiya"nın zəif, cılız tör-töküntüləri əvəz etməkdədir.
... "Sosialist realizmi" ədəbi metodu öz yerini "nihilist eqoizmi" metoduna təhvil verib.
"Kollektiv müraciət" formaları təzədən dəbə düşüb. Ayrı-ayrı yazılara və yazı müəlliflərinə ayrı-ayrı fərdlər, məsələn: konkret imzası olan tənqidçilər yox, yenə də məsələn hansısa "katibliyin" (çox qəribədir!) "mətbuat katibliyi" cavab yazır. Sən demə, "qılaflı tənqid"də varmış!
Bir də görürsən ki, ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir yazıçı müsahibələrin birində deyir ki, son illərdə diqqəti cəlb edən elə bir əsər meydana gəlməyib. Lap yaxşı. Heç kəsi subyektiv fikrinə görə ittiham etmək olmaz. Amma həmin hörmətli qələm sahibi başqa bir müsahibəsində deyir ki, son illərdə mütaliə etməyə imkan tapmayıb. Əlbəttə, heç kəsi mütaliə etmədiyinə görə də ittiham etmək olmaz. Amma deyilən fikirlərin ziddiyyəti göz qabağındadır. Mütaliə etməyən adam "yaxşı əsəri" necə oxuya bilər.
Bu gün hansısa əsəri və ya yazıçını tənqid etmək arzusu arxa plana keçib; indi kimlərisə "yıxıb-sürümək" meyli önə çıxıb.
AYB-ni qəbul etməyənlər və oraya qəbul olmaq arzusunda bulunmayanlar bu təşkilatın "istefasını" və ya "ləğvini" tələb edirlər. Qəribə məntiqdir: mən varamsa - sən yoxsan. Bu, nəsə təzə fəlsəfədir. (Bəlkə də fəlsəfə yox, səfsəfədir). Hətta, subyektiv idealistlərin doktrinasında kölgədə qalıb; onlar heç olmasa iddia edirdilər ki, "mən varamsa - dünya yoxdur". Allah materialistlərə rəhmət eləsin. Onlar heç olmasa dünyanın mövcudluğunu "mən"də və ya "sən"də yox, bizim iradəmizdən kənarda axtarırdılar.
... Ədəbi məramnamələri, ədəbi sərsəmləmələr əvəz etməkdədir.
... Bir vaxtlar sosialist realizmi ilə silahlanıb ədəbi döyüşə gedən "qocaları", indi biədəb söyüşlərlə silahlanmış “taşist” (faşist yox ha, taşist) cavanlar əvəzləyib. (Taşizm - modernizmin və postmodernizmin ideya-ədəbi mənbəyidir).
... Cahillik dahiliyə iddialıdır.
... Əvvəlki ədəbi nəslin nümayəndələri sənətdə realist olsalar da, həyatda idealist idilər; onlar ad-san, fəxri ad, orden-medal həvəskarıydılar. Bu, adama lap hindu qəbilələrinin başçılarını xatırladırdı: onlar da bər-bəzəkli yarpaqlardan, gil və daş parçalarından özləri üçün "mükafatlar" təsis etməkdə maraqlı idilər. İndiki ədəbi nəsil isə, əksinə, yaradıcılıqda idealist, həyatda isə praqmatikdilər. Bunlar daha çox "sarı iblis şəhərinin marketinqlərinə" bənzəyirlər. İstəkləri isə belədir: bizə orden-medal yox, konkret təminatlar, pul-para gərəkdir.
... Biz bəzən sadə bir həqiqəti unuduruq: axı, hamının inkar etmək böyük ədəbiyyatın yaranması üçün təkan və ya platforma ola bilməz. Doğrudur, fəlsəfi kateqoriya kimi inkişafda nəinki inkar, hətta, inkarı inkar da məqbuldur. Amma, söhbət hər cür inkardan yox, (əgər inkişafı qəbul edirsənsə), dialektik inkardan gedə bilər. Ədəbiyyat boş yerdə, zəminsiz məkanda yaranmır: onun istinad nöqtələri, təmas hədəfləri var. Ədəbiyyatda dünən və bu gün var: hər ikisi bir-birindən asılıdır. Dünən yoxsa, bu gün - bu gün yoxsa sabah da yoxdur. Buna varislik də demək olar.
"İnkarçılar" özləri də bilmədən, dərk etmədən və ya dərk etmək istəmədən inkar etdiklərindən öyrənirlər. Onlar buna məcburdurlar, məhkumdurlar. Bu gün biri Nizamini qəbul etmir, (niyə fars dilində yazıb?), başqası Axundovu, Sabiri, Mirzə Cəlili yamanlayır (niyə cəmiyyətin işıqlı tərəflərini qələmə almayıblar, hər şeyi tənqid ediblər?), digəri Cavidi qəbul etmir (niyə cəmiyyəti tənqid etməyib, hər yerdə işıq axtarıb?), son dövrlər Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın, "opponentləri" "yeni" arqumentlərlə çıxış edirlər (“onlar nə üçün sosializm ideallarını tərənnüm ediblər və ümumiyyətlə niyə sosializm cəmiyyətində yaşayıblar”? – bu, lap Krılovun məşhur "Qurd və quzu" təmsilini yada salır) və s. Müasir ədəbi prosesin nümayəndələri isə daha çox hansısa "neo"ya (təbii ki "neo" olan yerdə mütləq bir "izm" də olmalıdır!) müraciət və ya istinad etməkdə suçlandırılır.
Amma onların hamısı ədəbiyyat okeanına Nizaminin, Füzulinin, Axundovun, Sabirin, Mirzə Cəlilin, Cavidin, Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın... Əli Kərimin qələminin ucundan düşüblər. Adları çəkilən (və çəkiıməyən) simalar olmasaydı, ədəbiyyat da ola bilməzdi.
... Ədəbiyyat pilləkandır, spiraldır, pramidadır, iyerarxiyadır. Pillələr yoxsa, pilləkan da yoxdur.
"Ədəbi duktatura"dan sonra "ədəbi demokratiya", ondan sonra isə "ədəbi demoqogika" gəlir.
... Dünyanın bütün dillərində ədəbiyyat sözü eyni bir mənanı verir: bu, mənəviyyatdır.
6 fevral 2003-cü il.
Ədəbiyyatda “bazar qanunları...”
Bu yazıda klassik və müasir ədəbi prosesin eksklüziv müqayisəsi fonunda çağdaş ədəbiyyatın üzləşdiyi problemlərə toxunulur
Tez-tez bu cür və ya buna bənzər ritorik suallar eşidirik: “Niyə bizim Tolstoyumuz, Dostoyevskimiz, Turgenevimiz yoxdur? Hanı bu günün Belinskisi, Dobrolyubovu?”
Elə sualın havasından başa düşmək olur ki, onu ortaya atan adamlar həm ədəbiyyat sevdalılarıdır, həm də...
Maraqlı sualdır. Mən bu sualları ortaya atan adamlara bəribaşdan öz dərin ehtiramımı bildirirəm. Amma artıq dediyim kimi, sualda ritorika da yox deyildir. Və ən maraqlısı da odur ki, bu sualla çıxış edənlərin əksəriyyəti çağdaş rus ədəbiyyatının havadarları və ya ruslar özləri deyil, bizim milli ədəbiyyatın təəssübkeşləridir. Halbuki adı çəkilən bu nəhəng ədəbi simalar “rus faktı” və “rus faktoru” olduğundan onların bir daha geri dönməsini, adi məntiqlə götürsək, ruslar özləri arzu etməlidirlər... Amma görünür, bir çox dərdlər kimi, dünya ədəbiyyatının dərdini çəkməyi də Tanrı bizə qismət edib.
Əvvəla, onu demək lazımdır ki, Tolstoyu, Dostoyevskini, Turgenevi, lap elə Qoqolu, Qonçarovu, Gertseni, Çernışevskini yenidən yetişdirmək imkanı yoxdur. Onları yetişdirmək üçün gərək 150-200 il əvvələ qayıdasan, yəni tarixi geriyə addımlayasan. Bundan ötrü gərək “Peterburqdan Moskvaya səyahət”ə Radişşevlə birgə çıxasan. Bunun üçün gərək Puşkin və Qoqoldan xeyir-dua alasan, Belinskinin -“qəzəbli Vissarionun” səsi sonralar çıxacaq “usta şilləsini” qazanasan. Bunun üçün gərəkdir ki, “Moskovskiy teleqraf”, “Oteçestvennıye zapiski”, “Sovremennik”, “Russkoye slovo”, “Vremya”, “Epoxa”, “Moskvityanin”, “Vremya”, “Xristianskiye çteniye” jurnallarının yaradıcısı və ya oxucusu olasan.
Mən hələ həmin dövrdəki yazıçıların dekabristlərlə dostluq əlaqələrini, azadlıqsevər insanların keçdiyi sürgün və məşəqqət yollarını demirəm. Hələ yağmurlu Peterburq, Neva, baş-başa verən kilsə qüllələri və o qüllələrdən gələn zəng səsləri qalsın bir yana...
Açığı, hərdən mənim də ürəyimdən təxminən buna bənzər suallar keçir: “Hanı bizim Flöberimiz, Balzakımız, Hüqomuz, Mopassanımız, Zolyamız, Qonkur qardaşlarımız?” Hə də, mən rusları bir yana qoyub fransız yazıçılarını deyirəm. Onlarda belə dahilər var, bəs bizdə niyə olmasın? Birdən yadıma düşür ki, bunun üçün ən azı Fransa, Paris, Napoleon, fransızların Rusiyaya və Prussiyaya hücumu, Paris kommunası, gilatino, inqilab... lazımdır. Məlumdur ki, bütün bunların baş verməsi üçün ən azı 150-200 il əvvəlki tarixə qayıtmaq zərurəti yaranmalıdır.
Fransız xalqını öz ədəbiyyatının problemləri ilə baş-başa buraxıb gəlin keçək necə deyərlər, məsələnin əsas tərəfinə. Axı biz söhbətə rus ədəbiyyatından başlamışdıq. Daha doğrusu, öz ədəbiyyatımızda “rus yazıçılarını” görmək istəyənlərin arzusunu ifadə etməyə çalışmışdıq.
Gəlin baxaq görək bu gün Rusiyanın özündə adlarını yuxarıda sadaladığımız dahilər bir yana dursun, heç o dövrün orta səviyyəli yazıçılarına tay tutulacaq bir qələm adamı varmı? Məsələn, bugünkü rus ədəbi mühitində heç Konstantin Aksakov, Nikolay Leskov, Mixail Saltıkov-Şedrin, Aleksandr Drujinin səviyyəli yazıçılar gözə dəymir, o ki ola Tolstoy və ya Çexov...
Rus tənqidi də elə rus ədəbiyyatı kimi bu gün az qala “yatıb hürür”, bizdən iraq və ya üzdən iraq. Axı klassik anlamda böyük ədəbiyyatın meydana gəlməsi üçün böyük tənqidçilər də olmalıdır. Mən hələ Vissarion Belinskini, Apollon Qriqoryevi, Pavel Annenkovu, Dmitri Pisarevi, necə deyərlər qoyuram bir kənara (bu ifadəni artıq bir neçə dəfə zərurətən işlətmişəm, hər halda təkrara görə üzr istəyirəm) təkcə Nikolay Dobrolyubovun adını xatırlatmaq istəyirəm. Cəmi 25 il ömür sürmüş bu “ədəbiyyat uşağının” özünün və dahiyanə fikirlərinin təzədən doğulması, meydana gəlməsi üçün də tarix geri dönməlidir. Bunun üçün gərək həmin o Dobrolyubov kimi gərək sənin atan keşiş ola, hələ lap “uşaq-muşaq” vaxtında yunan fəlsəfəsi ilə tanış olasan, Qədim Roma şairi Horatsinin şeirlərini orijinaldan tərcümə edəsən, o vaxtkı Peterburq Pedaqoji Universitetində təhsil alasan, müəllimlərin ola Lorens və Blaqoveşenskiy, ədəbi himayədarınsa, məsələn, Çernışevski... Bunun üçün gərəkdir ki, vərəm xəstəliyinə mübtəla olasan, azı bütün Avropa xəstəxanalarını dolaşasan, dərdinə dərman tapılmaya, gəlib öz vətənində 25 yaşında vəfat edəsən və özünə ustad saydığın, 37 yaşında dünyadan köçmüş dahi bir insanla eyni qəbristanlıqda yan-yana dəfn olunasan. Bəli, Dobrolyubovla Belinskinin məzarı Volkov qəbristanlığında yanaşı uyuyur...
Bu cür misalların sayını kifayət qədər uzatmaq olar. Öz ədəbiyyatımızı hələ qoyuram bir kənara, gəlin elə söhbəti rus ədəbiyyatı kontekstində davam etdirək.
Bu gün rus ədəbiyyatında nə baş verir? Uzun-uzadı təhlilə nə vaxtımız var, nə də marağımız. Təkcə onu demək kifayətdir ki, hazırda rus ədəbiyyatının ən görkəmli nümayəndələri fentezi, detektiv, ən yaxşı halda tarixi macəralar yazan müəlliflərdir. Onların yaratdığı “sabun operaları” hazırda kitab dükanlarını zəbt etməkdədir. Tirajları da Dostoyevskidən, Tolstoydan min dəfələrlə yüksək. Fikrimizə illüstrasiya kimi bəzi adları xatırlatmaq da olar. Məsələn, Lyudmila Ulitskaya, Boris Akunin, Dina Rubina, Yelene Çijova, Tatyana Tolstaya, Tatyana Ustinova, Darya Dontsova... Gəlin etiraf edək, elə bizim ədəbi təsərrüfatımızda da az-çox bu cür, yəni yüngül-əyləncəli janra müraciət edən müəlliflərin yazdıqları oxunur. Nə etməli? Bu, gerçəklikdir.
Amma bu o demək deyildir ki, bu gün bütün dünya ədəbiyyatı “yerində saymaqdadır”. Xeyr. Ədəbiyyat, böyük ədəbiyyat öz əbədi marşrutu ilə irəliləməkdədir. Mən vaxtilə yazdığım bir məqalədə bu barədə ətraflı söhbət açmışam. (“ROMAN JANRININ İNKİŞAF TRAYEKTORİYASI” “Azərbaycan” jurnalı.2013.05.)
Bu da ruscası: “Траектория развития прозы” http://proza.ru/2013/05/22/593 My Webpage
Rəhmətlik Hegel deyirdi ki, tarix öz qəhrəmanlarını, qəhrəmanlarsa öz tarixini yaradır. Görünür, bu günün “qəhrəmanlıq həddinin səddi” elə bu qədər tələb olunur. Axı indi ədəbiyyatda da bazar iqtisadiyyatından hoppanıb gəlmiş bir fenomen öz qanununu və hökmünü diktə edir. Bu, “tələb-təklif” qanunudur.
İndi ədəbiyyat az qala bütün paradiqma və paralellərinə görə bazarı yamsılamaqdadır. Orada hər şey isteklak üçün nəzərdə tutulub. Hətta özünə “yardımçı”, “satıcı”, “vasitəçi” tutan müəlliflər meydana gəlib.
Bu aləmin öz “yükdaşıyanları”, “hambalları”, “qulları” vardır. Bəli, bəli, ədəbi aləmdə “ədəbi qul” və ya “ədəbi zənci” anlayışı çoxdan özünə yer tutub. Mahiyyəti də bundan ibarətdir ki, məsələn, əlinin altında artıq pulu olan, amma özünü həyatda təsdiq edə bilməyən bir “ağıllı” birdən-birə şöhrət xəstəliyinə tutulur. Çıxış yolunu incəsənət sahəsində görür. Ya rəssam, ya bəstəkar, ya da yazıçı olmaq istəyir. Dilemma qarşısında qalan bu “istedad”, məsələn, fırça tuta bilmədiyi və ya not işarələrindən bir şey anlamadığı üçün özünü ədəbiyyata həsr etmək qərarına gəlir. Amma bu binəva, axmaq və eyni zamanda pullu adam hərfləri də düz-əməlli tanımır. Vaxtilə istədiyi qıza məktubu dostu yazıb. Bu dərəcədə savadsız olan şəxs arayıb-axtarıb özünə “ədəbi qul” və “ədəbi zənci” tapır. Bizim qəhrəmanın verdiyi pulun müqabilində “qul” onunçün “əsərlər” yazır. Bazar qanunları ilə işləyən bir aləmdə bundan daha optimal yol ola bilərmi?