Azad MÜZƏFFƏRLİ - arxiv.reytingaz.info
Günün lətifəsi
Azad Müzəffərli
Əməkdar jurnalist
1988-ci il... Qarabağ, Əskəranda mərkəzi meydan... Tən ortada AzTV-nin Qarabağ üzrə xüsusi müxbiri, məşhur telejurnalist Allahverdi Əsədov başda olmaqla çəkiliş qrupu və başının dəstəsilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko, bir tərəfdə azərbaycanlılar, o biri tərəfdə də ermənilər... Gərginlik sərhəd tanımır...
Haqsızlığa dözməyərək səbrini basa bilməyən azərbaycanlılardan bir qrupu Polyaniçkoya sarı yön alır. Az-çox azərbaycanca qırıldadan Polyaniçko vəziyyətin cilovunun əldən çıxmaqda olduğunu görərək əllərini sinəsində qoşalayaraq ona sarı üz tutan azərbaycanılara səslənir: “Ya-vaş, ya-vaş, ya-vaş...”.
Bir neçə dəqiqə sonra Moskvaya hayların teleqramları ara vermir; bəs, siz Azərbaycana ikinci katib kimi göndərmisiniz, o, göz görə-görə azərbaycanlılara hayqırır ki, “Mən sizinləyəm, sizinləyəm, sizinləyəm...”
Tanrı bəndəsi
Azad MÜZƏFFƏRLİ
Əməkdar jurnalist
(Tanınmış tarixçi alim Kamil İbrahimovun əziz xatirəsinə)
Vergül-vergül yaşayırıq günləri,
Üç nöqtəyə daşıyırıq günləri...
Dostum, tanınmış şair, Əməkdar jurnalist Əli Nəcəfxanlının deyimidir. İş orasandadır ki, haqq dünyasına qovuşandan sonra heç də hamının ömür kitabının bu üç nöqtəsi zamanın sınağına sinə gərə bilmir. Tezliklə həmin nöqtələrdən yalnız biri qalır. Di gəl, elə Tanrı bəndələri var ki, onların ömür payından bu üç nöqtə qətiyyən əskilməz. Xatırlandıqca, xatırlanacaqlar... Düz bir il əvvəl mürdəşir COVİD-19-un naxələfliyi ucbatından qəfələtən bu dünyadan köç etmək məcburiyyətində qalan Kamil İbrahimov da belə soydaşlarımızdandır. Min rəhmət!!!
O, halal bir ocaqda, ziyalı ailəsində dünyaya göz açdı, 1962-ci il iyun ayının 8-də. Azərbaycanın görkəmli arxeoloqu, uzun müddət Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmiş Fərhad İbrahimovun ailəsinin ilk övladı idi, bu nəsilə qucaq-qucaq sevinc bəxş eləmişdi. Həmin ailənin yeddi illik övlad həsrəti nəhayət ki bitmişdi. Hələ orta məktəb illərindən onun dərin intellektual potensiala malik olduğu bəlliydi, əla qiymətlərlə oxuyurdu. Artıq içdən gələn seçimini də etmişdi, atasının yolu ilə gedəcəkdi. Qədəmləri yer tutandan böyük həvəslə atası ilə birgə arxeoloji qazıntılara yollanardı. Qərarında israrlıydı, tarixçi olmaq istəyirdi. Bu ümdə arzusuna yetmək üçün 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin arxeoloji fondunda laborant kimi fəaliyyətə başladı. Məqsədyönlü idi, tezliklə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək bu elmin çığırlarına yön aldı. 1985-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi kimi çalışmağa başladı, qısa müddətdə gecəli-gündüzlü alın təri hesabına sıravi elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəldi.
Kamil İbrahimov əsl arxeoloqluğun zirvəsinə yolun arxeoloji ekspedisiyaların fəal üzvü kimi külünglə çarpışmaqdan keçdiyini məqamında zərgər dəqiqiliyi ilə dəyərləndirdi, bütün varlığı ilə Azərbaycanın, o cümlədən, dünyanın ən füsunkar meqapolislərindən biri olan Bakının qədimdən də qədim tarixinin sirlərini üzə çıxarmağa kökləndi. Liderlik fərasəti, yüksək mənəvi keyfiyyətləri və həyat yoluna zəhmətkeşliyi ilə yaşıl işıq yandırmaq bacarığı hesabına 2001-ci ildən 2007-ci ilə qədər Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmək şərəfinə nail oldu. Atasının adına layiq oğul olduğunu əməldə sübut etdi, vaxtilə Fərhad İbrahimovun tutduğu bu vəzifəyə də yüksəldi. 20 ildən artıq müddətdə Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekpedisiyalarda səyini əsirgəmədi. Xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində də müstəqil Azərbaycanı layiqincə təmsil etdi. Halallıqdan, yüksək intellektual potensialdan yoğrulmuş alın təri qətiyyən yerdə qalmaz. Beləcə, Kamil İbrahimov 2007-ci ildə Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında “Bakı və Abşeronun arxeoloji xəritəsi və ekoarxeoloji problemləri” mövzusunda dissertasiyasını müdafiə edərək professor adına layiq görüldü. Onun Türkiyənin Akdeniz Universiteti və İstanbul Piri Reis Universitetinin də professoru mərtəbəsinə yüksəlməsi tarix elminin azman fədailərindən biri olması reallığına dəlalət edir.
Bu dəyərli soydaşımız Azərbaycan tarix elminə, türk dünyasına həsəd aparılacaq elmi irs yadigar qoyub. O, 10 kitab, 100-dən çox elmi əsər, 100-ə qədər jurnal və qəzet məqaləsinin müəllifi, eləcə də, 12 kitabın elmi redaktorudur. Vətənini beynəlxalq elmi konfrans və digər mötəbər tədbirlərdə layiqincə təmsil edib. Onun tutduğu müxtəlif vəzifələr, ən əsası bu vəzifələrin əksəriyyətində eyni vaxtda çalışması, çoxşaxəli və titanik fəaliyyəti Azərbaycan insanın intellektual potensialının sərhədsizliyinin əyani nümunəsidir. Təsəvvür edin, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, Qala Tarix-Etnoqrafiya Qoruğunda direktor müavini, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin elmi işçisi, BDU-nun Tarix fakültəsinin müəllimi, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzi və Bakı arxeoloji ekspedisiyasının rəhbəri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komitəsinin tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvü kimi mühüm vəzifələrdə çalışmaqla yanaşı Kamil İbrahimov Türk Tarix Qurumu, Almaniya-Azərbaycan Cəmiyyəti, Beynəlxalq Muzeylər Şurası(İCOM), Yarat Müasir İncəsənət Məkanı İctimai Birliyi, Miras İctimai Birliyi, Simurq Assosiasiyası və AAK-ın “Tarix, insan, cəmiyyət” elmi jurnalının redaksiya heyətinin üzvü kimi də yoruldum demədən gecəli-gündüzlü zəhmətə qatlaşıb.
Kamil İbrahimov tələbələrinin də sevimlisi idi, onu doğmaları sanırdılar. O, sadəcə onların müəllimi deyildi, tarix elminin zirvələrini fəth etmiş canlı nümunə, tələbələrini dərin elmi axtarışlara kökləyən fədakar pedaqoq idi. Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının say-seçmə müəllimlərindən biri kimi dərslərini dual üslübda keçərdi, uzun müddət arxeoloji ekspedisiyalarda çalışması sayəsində nəzəriyyə ilə praktikanı üzvi şəkildə uzlaşdırardı. Mənəviyyat nuru qanında, canındaydı, iliklərinə qədər sanballı türk oğlu türk idi. Yüksək insani keyfiyyətləri və elm fədaisi kimi türk birliyinin möhkəmlənməsində də Kamil İbrahimovun mühüm payı var. Türkiyə Azərbaycanla eyni səviyyədə onun iç dünyasının, bağrı və əqlinin zirvəsində yer tuturdu. Türkiyə türkləri də bu saf və nurlu alimi qədərincə dəyərləndirir, tez-tez qardaş ölkənin ən nüfuzlu elm ocaqlarında müxtəlif mövzularda kurs və mühazirələrə, beynəlxalq səviyyəli tədbirlərə dəvət edirdilər.
Bu möhtəşəm alimin zəngin fəaliyyəti qədərincə dəyərini aldı, Azərbaycanın və xeyli ölkənin ən nüfuzlu elm ocaqlarının diplom, fəxri fərman və digər mükafatları ilə təltif olundu. 2018-ci il may ayının 18-də isə qüruru köksünə belə sığmırdı, sevinci göylərə bülənd olmuşdu. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi ona bir dünya bəxş etmişdi. Hədsiz dərəcədə xoşbəxt idi, o, bunu mənalı ömür kitabının ən yaddaqalan səhifələrindən biri sayırdı.
Kamil İbrahimovun cəmiyyətdə olduğu kimi ailəsində əvəzolunmaz yeri vardı. Ailəcanlıydı, əzizlərindən ötəri özünü oda-közə yaxardı. Həyat yoldaşı İlhamə İbrahimova ilə birgə balalarının Vətənə layiqli övlad kimi yetişməsi üçün can qoymuşdular. Onların yüksək təhsil almalarına məxsusi önəm verirdilər. Övladları Tural və Nicat da valideynlərinin ümidini doğruldaraq əsl türk balası kimi səylərini əsirgəmədilər. Böyük oğlu Tural Şimali Kipr Türk Respublikasında ali təhsilini artıq başa vurub, kiçik oğlu Nicat isə həmin ölkədə ali təhsilini davam etdirir. Kamil İbrahimovun ocağının bu yaxınlarda daha bir körpə qığıltısına – Tanrının ən müqəddəs nəğməsinə bələnməsi onun ruhunu təbii ki olmazın şad eləyib. O, nəinki doğmaca nəslinin, bütün varlığı ilə öyündüyü Vətəninin başını uca edən əsl VƏTƏNDAŞ kimi bunu haqq edir.
İç dünyası onun səsinə də birə-bir yansımışdı. O danışanda müsahibinin ruhu dincələrdi. Dinləməyi də qədərincə bacarandı. Mənəviyyat dəryasıydı, dostluqda da sədaqətliydi. Qaynar həyat yaşadı. Sözü ilə əməli tən gələn kəslərdən idi. Təvazökarlıq nümunəsiydi. Həyatın acılarına da layiqincə duruş gətirmək qüdrətindəydi. Əzizlərini itirəndə yanıb-yaxılsa da, qamətini şax tutmağı bacardı. Biri var sadəcə tərbiyəli olmaq, biri də var mərifət sahibi mərtəbəsinə yüksəlmək. Kamil İbrahimov həmin baxımdan da zəngin biri idi, bu həm də onun soykökündən, əsil-nəcabətindən irəli gələn xüsusiyyəti idi. Təfəkkür və təxəyyül imkanları da həsəd doğururdu. Alimlərin məhz elmi ilə insanlığı tən gələndə dəyəri ölçüyəgəlməz olur. Həyatdan vaxtsız köçən Kamil İbrahimovun nəinki əzizlərinin, o cümlədən, onu tanıyanların hər birinin daxili dünyasında özünə heykəl ucaltması, dönə-dönə xatırlanması da elə bu danılmaz məntiqdən qaynaqlanır. Hamı bütün varlığı ilə ona o dünyadakı yerinin cənnətməkan olmasını sidqi qəlbdən arzulayır.
Vaxtsız olsa da, amma Kamil İbrahimov xoşbəxtlər xoşbəxti kimi köçdü bu dünyadan. Gözlərini əbədi yummaq ərəfəsində doğma Qarabağımızın yağı düşməndən azad edilməsinin canlı şahidlərindən oldu. Tanrı ən dəyərli bəndələrindən biri kimi bu möhtəşəm qürur hissini ona halal bildi. Vətənpərvərlikdən yoğrulmuş köksü dağa döndü. Tarixçi üçün Vətəninin işğaldan qurtulması nə deməkdir, yəqinki bu barədə əlavə bircə kəlmə kəsmək belə artıqdır. Yaşadıqlarını tamlığı ilə sözə çevirə bilməsə də, amma bu məqamda onun 2020-ci ilin sonunda - Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi Günündə sosial şəbəkədəki paylaşımı (səhv etmirəmsə, bu həm də onun sosial şəbəkədə sonuncu paylaşımı oldu) ilə Sizləri başbaşa buraxmaq istərdim: ... Koronaviruslu 2020-ci ili heç bəyənmədik. Hətta deyinərək ömrümüzdən saymayacağımızı dedik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətləndik. Bu il hər kəs nə isə itirdi. Dostunu, əzizini, malını, pulunu, biznesini və daha nələr... Amma bir tərəfdən də həyatımızın ən gözəl, ən dəyərli ili oldu 2020... Ən Yeni Tarix yazıldı bu il... Vətənimizin şərəf tarixi, namus, qeyrət tarixi... Torpaqlarımız işğaldan azad olundu!!! 30 ildir ki, itirdiyimiz torpaqlar geri qayıtdı... Milli, şanlı ordumuzla, öz sözünü mərdliyi, rəşadəti, cəsurluğu ilə deyən əsgərlərimizlə qürur duyuruq. Çunki, şərəfimiz, qürurumuz, heysiyyətimiz yeniləndi. ALLAH canını vətən yolunda qoyan şəhidlərimizə rəhmət eyləsin. Onların ruhları şad, məkanları cənnət olsun... Onların valideynlərinə səbir diləyirəm. Bu şərəfli gənclər həm də bizim övladlarımızdir... Hər kəs bu gün Prezidenti və milləti ilə qürür duyur. Yeni təqvim ilin mübarək Azərbaycan!!! Yaşa xalqım, millətim!!! Var olun dostlar... Hamınızı təbrik edirəm...Dünya azərbaycanlılarının həmrəylik günü mübarək olsun...
Köhnəliyin qalığı
Azad MÜZƏFFƏRLİ
(hekayə)
Hələ Nuh əyyamından belədir. Yəqinki bundan sonra da belə olacaq. Sonrakı nəsillər əvvəlkiləri köhnəliyin qalığı hesab edir. Yaşlılara da yeniyetmə və gənclərin həyata baxışları yad gəlir. Qarşılıqlı ittihamlar ara vermir. İş orasındadır ki, canbir doğmalar da dərindən götürdükdə, elə belədirlər. Biri-birini bağırlarına bassalar da, qayğılarını əsirgəməsələr də, di gəl, bu qəribə şakərlərindən əl çəkə bilmirlər ki, bilmirlər. Köhnə dərddir. Bu baxımdan nəsillərin barışmazlığı qanla, iliynən gəlir. Gələcəkdə də nəyinsə kökündən dəyişəcəyi heç cür inandırıcı görünmür.
Doğum günüydü. Şükür Tanrıya. Sinni yetmişi haqlamaqda olsa da, canı hələ suluydu. Qələminin mürəkkəbi də qurumamışdı. Tarixçi idi, elmi məqalələrini əvvəlki təkin sıralayırdı. Növbəti kitabı haqqında da qafasında cızma-qaralarına ara vermirdi. Elmlə nəfəs alırdı. Qıvraqlığına görə də elə elmə borcluydu. O, belə düşünürdü.
Odasına sığınmışdı. Dördbir tərəfdəki qalaq-qalaq kitablarla nəfəs alırdı. Bunların xeylisi öz zəhmətinin bəhrəsiydi. Mənəviyyat dəryasında var-gəl edirdi. Hədər yaşamamışdı. Dan yeri sökülər-sökülməz nəvəsinin onu təbrikə gəlməsi və hansısa beynəlxalq müsabiqədən qazandığı puldan beş yüz dollar hədiyyə etməsi onu göylərə milləndirmişdi. Bu pul xeyli karına gələcəkdi. Pensiyası ilə ayı güc-bəla başa vururdu. Qapıbir qonşusu oğlu Hidayət öz ailəsinin aylıq xərcinin öhdəsindən çətinliklə gəlirdi deyə indiyəcən ona heç cür yük olmaq istəməmişdi. Ən əsası bərkgedən mağazaların birində çoxdan gözaltı elədiyi ağayana paltonu nəvəsinin sayəsində bu gün-sabah alacaqdı. Xeyli vaxtdır utana-utana məcburən əyninə keçirdiyi hay-hayı gedib, vay-vayı qalan paltosuna nəhayət ki, “əlvida” deyə biləcəkdi.
Düzü, o, gənc nəslin əksəriyyətini heç cür anlaya bilmirdi. Bu baxımdan elə nəvəsi Həsən də matah deyildi. Onların gün ərzində noutbukları ilə bağırbadaş olmalarını, mobil telefondan asılmalarını qətiyyən qafasına sığışdıra bilmirdi. Əksəriyyət yeniyetmə və gənclər internet xəstəsidir. Bu binəvaların barı gözlərinə də yazıqları gəlmir. Çoxusu da mənasız oyunların qurbanlığıdır. Sosial şəbəkələrdəki dayazlıq da onu qətiyyən açmırdı. Saatlarla buna vaxt ayıranlara ögey baxırdı. Elmə maraq göstərənlərsə, barmaqla saya gələ, ya da gəlməyə. İllərlə olmazın zəhmətə qatlaşıb elmin dərinliklərinə baş vurmağa əksəriyyət gənclər birtəhər baxırlar. İndiki nəsil asan yolla varlanmaq sevdasındadır. Şübhə etmirdi, onun kimi arxeoloq olmaq istəyən tək-tük gənclərin də bir qismi dəfinə xülyasına qapılanlardır. Onu ən çox ağrıdansa kitablara marağın sönmək üzrə olmasıydı. Əlinə kitab alanlara da artıq köhnəliyin qalığı kimi baxırlar. Nə yaxşı ki, heç olmasa bir qisim kəslər elektron kitablara üz tuturlar. Təəssüf ki, nəvəsi Həsən də kitablardan uzaqdı. Dərslərinə də ötəri yanaşırdı. Fikri-zikri elə hey internetdə nələrisə aramaqdır. Nə qədər tər töksə də, nəvəsini elmə, kitablara sarı yönəldə bilmirdi ki, bilmirdi.
Bir neçə ay əvvəl baş verənlərdən isə əməlli-başlı karıxmışdı. Alim olsa da, bunu səbəbini anlamaqda hələ də acizdi. Nəvəsinin ondan dünyanın ən qədim yaşayış məskənləri, say-seçmə maddi-mədəniyyət abidələri, möcüzəvi tikililəri barədə kitablar istəməsinə ağzıaçıla qalmışdı. Qəlbinin dərinliyində ümid qığılcımı közərsə də, fəhmiylə Həsənin elmə sarı istiqamət ala biləcəyinə nədənsə heç cür inanmağı gəlmirdi. Belədə təbii bir sual doğurdu, bəs, görəsən bu qədər kitab onun nəyinə gərəkdir? Həsən gecəsini gündüzünə qatmışdı. İş orasındaydı ki, nəvəsindən də bu kitabların onun nəyinə gərək olduğunu soruşmağa ürəyi gəlmirdi. Əzbər bilirdi ki, Həsən bildiyini heç dədəsinə də güzəştə getməz, onda qala babası ola. Nəvəsinin ayıq-sayıq qafası olduğu hələ onun körpəliyindən bəlliydi. Ciyərparasına ümidi üzülməmişdi. Bəlkə, günlərin birində onun babasını eşidəcəyinə, elmə, kitablara doğmalaşacağına gümanı tam qırılmamışdı. Ədalət naminə, nəvəsi ona Nuh əyyamının qalığı kimi baxsa da, hörmət-izzətini qədərincə saxlayar, bacardıqca doğmalığından da qalmazdı.
Günortaydı, oğlugilə nahara səsləyirdilər. Doğmaları onu bağırlarına basıb masanın başına keçirdilər. Necə lazımdı toqqasının altını bərkidəndən sonra maraq ona güc gəldi. Yeməyini yarımçıq qoyaraq bayaqdan noutbukunda canfəşanlıq edən nəvəsi Həsənə sarı dəbərdi.
- Hə, babacan, gəl bax e, gör nəvən nələr yaradıb e... Dünya bu oyundan danışır, oynamayan qalmayıb...
Özünü tezcənə nəvəsinin yanına verdi. Dedi, qoy bir mən də tamaşa eləyim. Görüm, əcnəbiləri də heyrətdə qoyan bu oyun nəmənədir, belə? Qəlbinin dərinliyində nəvəsinə “əhsən”lər yağdıran Qüdrət kişi gözlərini noutbuka zillədi.
Cəngavər görkəmli qədimi insanlar pərən-pərən idi. Şahidi olduqlarına mat qalmışdılar. Ən dəhşətlisi o idi ki, əllərindən nəsə gəlmirdi. Nə baş verdiyini anlamaqda sadəcə acizdilər... Antik və sonrakı dövrün yaşayış məskənləri, say-seçmə tikililər - Xeops ehramı, İskəndəriyyə mayakı, Artemis məbədi, Misir piramidaları, Semiramadanın asma bağları, Ramzesin məbədi, Tutanhamonun məqbərəsi, Rodosun heykəli, Göbəkli təpə, Zevsin heykəli, Halikarnas mavzoleyi, Kolizey, Böyük Çin Səddi, Tac Mahal, Piza qülləsi... daha nə bilim nələr bir göz qırpımında göyə sovurulurdu. Bu sənət incilərini araya-ərsəyə gətirən qədimi insanlar isə əmud, nizə, ox-yay, təbərzin, sapand, balta, bıçaq, qılınc, qalxan, toplarla silahlanaraq döyüşə hazır vəziyyətdə olsalar da, düşmən gözə çarpmırdı ki, çarpmırdı.
Onların haradan ağıllarına gələ bilərdi ki, bu vəhşəti törədən bir qrup müasir insan olmazın həzz naminə canfəşanlıqlarından qalmırdı. Ən müasir silahlar susmaq bilmirdi. Pilotsuz uçuş aparatları, gözəgörünməyən təyyarə və helikopterlər, uzaqmənzilli qanadlı raketlər və uzaq məsafədən idarə olunan digər yüksəkdəqiqlikli innovativ döyüş texnikaları keçmişə qənim kəsilmişdi. Bu qeyri-bərabər “döğüş”ə rəvac verənlər birbaşa yayımı da unutmamışdılar. Ələlxüsus da, dünənlə bu günün qeyri-bərabər savaşını qabartmaq üçün dünyanın dörd-bir tərəfindəki modern, hay-tek, dekonstruktivizm, kitçi, ekspressionizm, postmodern, orqanik, dijital, brutalist, konstruktivizm və digər ən müasir memarlıq üslublarında nadir tikililərdə nəhəng monitorlar quraşdırmışdılar. İnsanların bəziləri çaşqınlıq, əksəriyyəti isə tükənməz şövqlə Bürc-əl-ərəb, Quqqenhaym muzeyi, Lotos məbədi, Rotterdamdakı kub evlər, Follinqvotə bençmarkı, Habitat binası, Empayr-steyt-buldinq binası, Polşadakı Əyri Ev, Xabitat 67 sərgi kompleksi, Çexiyadakı Rəqs Edən bina, Tailanddakı Ağ məbəd, Tayvandakı Uçan Boşqab evlər, Fransadakı Günəş Sobası, Kanar adalarındakı Konsert salonu, Çindəki Musiqili bina, Malayziyadakı Petronas qülləsi və digər memarlıq möcüzələrində quraşdırılan monitorlar vasitəsilə əcaib “döyüş”ü izləyirdilər.
Nəvəsi bu başıbəlalı kompyuter oyununu elə qurmuşdu ki, dəhşətli səhnələr süjet xətti boyunca yüksələn xəttə köklənmişdi. Əvvəlki insanlar heç cür təslim olmaq istəməsələr də, amma istər-istəməz bu gün qarşısında aciz durumdaydılar. Həmin məqamda onsuz da indiyəcən seyr etdiklərindən dəhşətə gələn Qüdrət kişi ekranda gördüyü növbəti kadrlardan az qala o dünyalıq ola, gücü yalnız ikiəlli gözlərini qapamağa yetdi. Dərd orasındaydı ki, bu dəfə külü göyə sovrulan Azıx mağarasıydı. Babasının ürəyini tutduğunu görən Həsən çaşqıncasına dilinə güc verdi:
- Babacan, bu oyundu ey, sadəcə oyun...
- Hə, bala, düz deyirsən, bu doğrudan da oyundur, özü də lap zıppıltısından... Bunu siz qananda gec olacaq, çox gec...
- Baba, ay baba, axı, dəmir yumruqla ermənilərin təpəsinə döyəcləyərək Azıx mağarasını biz geri qaytarmışıq... Orada, Qarabağda, yerindədi ey, yerində... Əcnəbilərin yaratdıqlarından istifadə edib özümüzünkünü verməsəm, heç cür yaxşı qarşılanmazdı, məcburən belə alındı... Bu adicə oyundu, oyun... Sadəcə şəkildi, şəkil...
- Hm... Daha sənə, sözüm yoxdur...
- Babacan, bu oyundan mən otuz min pul qazanmışam ey, düz otuz min dollar... Hər oğulun işi döyül, bunu eləmək... Nə qədər əcnəbinin göz dikdiyi çörəyini əlindən almışam, intellektual potensialım, diribaşlığım hesabına...
- Bax, görürsən, cəmi-cümlətanı hələ orta məktəbdə oxusam da, bu səhər səni əsl oğul kimi təbrik elədim, alın təri ilə qazandığım o pulların hesabına... Yoxsa, gözlərimi döyüb, utana-utana quruca bir-iki kəlmə təbriklə kifayətlənməliydim...
Nəvəsinin son kəlmələri Qüdrət kişini sanki qəfil yuxudan ayıltdı. İlan çalan təkin kəlmə də kəsmədən dabanına tüpürərək qonşuluqdakı mənzilinə sarı götürüldü.
Türkçülüyə Nargindən baxış
Azad Müzəffərli
Əməkdar jurnalist
(Əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” tarixi romanı barədə düşüncələr)
Az qala o biri dünya ilə məni bağırbadaş edən koronavirusun məşəqqətlərindən bir neçə gün olardı qurtulmuşdum ki, mənimlə təxminən eyni vaxtda həmin taleyi yaşayan iş yoldaşım Yunis Orucov yenicə işıq üzü görən və xəstələndiyi üçün hələ sevincini dolğun yaşaya bilmədiyi ilk kitabını bəndənizə də hədiyyə etdi. Mən onu publisistik əsər sandım. Kitabın üz qabığına diqqət yetirərkən bunun roman olduğunu öyrəndim. Əsərin mayasının Azərbaycan və Türkiyə türklərinin mənəvi birliyindən yoğrulduğunu biləndə isə kitabı birnəfəsə oxudum. Koronavirusun məni yarımcan eləməsinə baxmayaraq bütün mahiyyəti türklükdən yoğrulmuş biri kimi kitaba rəyimi bildirməyi mənəvi borcum sandım.
Qarabağ Zəfəri həm türkün qüdrətinin güzgüsü, həm də Azərbaycan və Türkiyə türklərinə növbəti həyat dərsidir. Onlara eyni soykökdən olduqlarını diktə edən daha bir danılmaz reallıqdır. Yunis Orucov bu baxımdan həmin birliyə imkan düşdükcə bir qətrə də olsa belə payını verməyi mənəvi borcu bilən, yəni bu ali mətləbi qanı və canı, bütün varlığı ilə qanan kəslərdəndir.
Əsərin məqamında və lazımi səviyyədə araya-ərsəyə gətirlməsində Yunis Orucovun Nargində canlı “yaşadıqları”nın mühüm payı var. O, məhz Nargində bulud təkin dolaraq ədəbiyyat səltənətinə yön alıb. İçindəki türkçülük tonqalını ərşə bülənd edən təkcə oxuduqları deyil, ilk növbədə Nargində canlı şahidi olduqlarıdır. O, vaxtilə vəhşətin tüğyan etdiyi bu ruhlar adasında əlinə aldığı Vətən nisgilli türk əsirlərinin sümüklərindən, kortəbii qəbirstanlıqlardan, vahiməli qayalıqların hayqırtısından qaynaqlanan tarixi qədərincə duyaraq sözə çevirib, əsərinin canına hopdurub. İnsanlıq adına haram sayılan müsibətlərə şahidlik edən Xəzər dənizinin Narginin (indiki Böyük Zirə adası) sahillərinə çırpılan, qəzəbi hələ də soyumayan dalğaları, əsrlərdir burada yaşananların ağrı-acısını canına çəkən buludlardan yuvarlanan göz yaşları da Yunisə çox mətləblər haqqında pıçıldayıb, o cümlədən türklərə qarşı olmazın cəlladlıqlar edən ermənilərin saya gəlməyən bəd niyyətləri barədə.
Romanda Sarıqamışda ayağından yaralanaraq əsir düşən Gəncə doğumlu Sərdarın, türk hərbi əsirlərinin, mülki şəxslərin acınacaqlı taleyi çılpaqlığı ilə ortalığa qoyulub, onlara qarşı törədilən qeyri-insani əməllər kompleks şəkildə təqdim edilib. Əsirlərin bərbad vəziyyətdəki baraklarda saxlanılmaları, ac-yalavac, bir qurtum suya möhtac olmaları, əllərinə keçən sümükləri belə aclıqdan gəmirmək məcburiyyətində qalmaları, cəsədlərinin kimsəsiz çöllərə və ya dənizə atılması, kütləvi məzarlıqlarda və ya Narginin sahilində qazılan quyularda üst-üstə qalanaraq gömülmələri, rusların qəsdən nəzarətçilərin əksəriyyətini ermənilərdən təyin etmələri, yaralıların müalicəsinin də erməni cəlladlarına həvalə edilməsi və bu səpgili digər faktlara biganə qalmaq mümkün deyil. Əsər vaxtilə makedoniyalı İsgəndərə quyruq bulayan, öz vətənləri Hindistana arxa çevirərək Türkiyə və Azərbaycanın yerləşdikləri ərazilərə də göz dikən qaraçı kökənli fürsətcil ermənilərin əsl xislətinin dolğun təsviri baxımdan da olduqca dəyərlidir. Romanda yeri gəldikcə hayların Azərbaycan və Türkiyədə törətdikləri insanlıq adına yamaq olan vəhşiliklərə, o cümlədən, Bakı, Anadolu, İrəvan, Tiflis və digər qırğınlara da qədərincə yer verilib.
Əsər türk təfəkkürünün məhsuludur. Elə türk təxəyyülündə də kifayət qədər dolğun həzm olunub. Romanın bədii-estetik dəyəri günümüzlə tam səsləşir və indiki tükənməz Zəfər ruhuna əlavə notlar qatır. Ruhu, qanı bizlərdən olanların bu əsərə biganə qalması mümkün deyil. Romanın süjet xətti demək olar ki, kəsərdən düşmür, əksər hallarda oxucunu yerindən oynadır və hətta bəzən türk igidi kimi şahə qaldırır. Obrazların xarakterləri canlı və bitkindir, emosional ruh dolğundur. Əsər boyunca surətlərin düşüncələri, hissləri və duyğuları xırdalıqlarına qədər əksini tapıb. Fərdi üslub qabarıqdır. Obrazlı düşüncə yetərincədir. Nəqletmənin cilovunu müəllif məharətlə əldə saxlayıb. Əsərdə incə psixologizm bəs deyincədir.
Publisistikanın da kifayət qədər yer aldığı bu roman dərin oxucunun, xüsusilə qələm əhlinin yaddaşında ədəbiyyata jurnalistikadan adlayan neçə-neçə yazıçının ədəbiyyat səltənətinin nəhənglərinə çevrildiyi reallığını canlandırır. Romanda dilimizin şəhdi-şirəsi olan, təəssüf ki indi az işlənən xeyli sözdən yeri gəldikcə istifadə edilməsi də diqqəti çəkir. Əsərdə küçə, bina və digər məkanların əvvəlki və indiki adlarının qoşa verilməsi də önəmlidir. Bu, ələlxüsus, yeniyetmə və gənclər üçün daha vacibdir. Əsər boyunca ruhsal qat kəsərdən düşmür. Müəllif şahidi olduğu və əldə etdiyi biliklərə əsaslanaraq obrazların daxili aləminə qədərincə nüfuz edə bilib. Ən əsası məğzin dərinliyi və mövzunun əlahiddəliyi əsər boyunca lazımınca diqqətdə saxlanıb. Qələm gücünə vizuallığa da nail olunub.
Müəllifin ilk bədii əsəri olmasına baxmayaraq romanın nəqletmə texnikası razılıq doğurur və dili də tutumludur. Əsər boyunca publisistika bəzən bədiiliyi sıxışdırır. Bu da təbiidir, peşəkar vərdişdən irəli gəlir. Digər tərəfdən bu əsərin müəllifin ilk ədəbi nümunəsi, nübarı olduğunu da unutmamalıyıq. Roman kiçikdən böyüyə, yoxsulundan milyonçusuna qədər hər bir Azərbaycan türkünün qəlbinin o ağır günlərdə Nargindəki müharibə qurbanlarının yanında döyündüyünü tam təfsilatı ilə oxucuya çatdırır. Dəniz kənarında hamballıq edən, ciblərində siçanlar meydan sulayan, əksər hallarda qara qəpiyə belə şıllaq atmaq məcburiyyətində qalan, külfətləri bir tikə çörəyə möhtac olan hambalların da adambaşı on qəpik ödəyərək Nargindəki türk əsirlərə yardım üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə nəşr edilən “Qardaş köməyi” dərgisini almaları səhnəsi çox təsirli və türk qardaşlığını olduğu kimi ehtiva edən məqamlardandır. Əsərdə millətimizin bütün təbəqələrindən olan soydaşlarımızın ötən əsrin əvvəllərində müharibə zamanı Bakı küçələrində dilənmək məcburiyyətində qalan Türkiyə türklərinə, ələlxüsus da qadın və cocuqlara da necə yiyə çıxmaları geniş əksini tapıb.
Roman Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Murtuza Muxtarov, Ağamusa Nağıyev, Ağabala Quliyev, İsmayıl bəy Səfərəlibəyov, Sona Hacıyeva, türk yetim uşaqlara analıq qayğısını bir an da olsun əskiltməyən Tiflisdəki sığınacağın müdirəsi Fatma xanım, Şəmsi Əsədullayevin oğlu Mirzə bəy, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov və digər saya gəlməyən soydaşlarımızın iç dünyasını bizə daha yaxından tanıtdırır, onların milli-mənəvi dəyərlərə bağlılıqlarını yetərincə əhatə edir.
Şuşalı Hacı İbrahimoğlu Xəlilin obrazına da romanda xüsusi yer verilməsi təqdirəlayiqdir. Bu, əsl peşəkarlıq və yetkin vətəndaşlıq nümunəsi kimi dəyərləndirilməlidir. Qanı və ruhu türkün əzəmətindən yoğrulan həmin soydaşımızın ermənilərdən atasının qisasını almaq və Türkiyə türklərinə qahmar çıxmaq üçün bütün varlığı ilə Sarıqamışa - ölüm-dirim savaşına yollanması və son nəfəsinədək yaşadıqları diqqəti çəkir. Sarıqamışın zirvəsində qan qardaşını ölümün caynağından xilas edərək son mənzilə qovuşan bu Şuşalı balasının cibindən çıxan anasına məktubunu albay Hafiz Haqqı bəyin gözünə təpməsi səhnəsi olduqca təsirlidir. Oxucuda bir anlığa elə təsəvvür yaranır ki, Qarabağ zəfərində Türkiyənin bizə hərtərəfli dəstəyi və Qarabağın zirvəsində imzalanan Şuşa bəyannaməsinin mürəkkəbi məhz türkün birliyinin, ayrılmazlığının rəmzi olan həmin məktubdan qaynaqlanır. Bundan başqa, Şuşa bəyannaməsi eləcə də “Nargin - saralmış kədər” kitabında əksini tapan 1918-ci il iyun ayının 4-də Osmanlı ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan tarixi müqavilənin məntiqi davamı kimi dəyərləndirilməlidir.
Müəllifin əsərində soydaşlarımızın Nargindən növbəti dəfə qaçırdıqları 121 türk əsiri iki qrupa bölmələri və bu qruplardan birində əsirlərinin sayının 44 olması faktı da təsadüfi xarakter daşımır. Bununla o, 44 günlük müharibənin fəlsəfəsini Azərbaycan və Türkiyə türklərinin əsrlərin sınağından çıxmış sarsılmaz birliyinə, qardaşlığına bağlayır.
Romanın başlıqları da, onlara ayna tutan şeirlər də zövqlə və ədəbi peşəkarlıqla işlənib, Turan məzmunludur. Əsərin başlıca dəyəri bir də ondadır ki, cəmi üç ildə – 1915-1918-ci illərdə baş verənlərdən bəhs etsə də, mahiyyətcə əhatə dairəsi türkün yaranışından bu günə qədər keçdiyi yola işıq salmaq qüdrətindədir.
Romandan müəllifin bir əlçim ömrünü elmə, biliyə bağlaması, kitablar dəryasının mahir qəvvası olması, mütaliəsinin ölçüyəgəlməz miqyası boylanır. O, qanı, iliyi və sümüyü ilə türkdür. Hər bir fərdin əsl dəyərində onun milli kimliyini dərketmə səviyyəsi və milli anlamda onunla eyni soy-kökdən olanlara daim qahmar çıxma xüsusiyyəti ən vacib, ən həlledici məqamlardandır.
Əsərin müəllifi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ötən müddətdə daha da zənginləşdirdiyi Heydər Əliyev məktəbinin əlaçılarındandır. O, uzun illərdir dövlət başçılarının, dövlət siyasətinə dəstəyini əsirgəməyən və halallıqla birinci vitse-prezident səviyyəsinə yüksələn Mehriban Əliyevanın fəaliyyətini gündəlik olaraq işıqlandıran məhdud sayda jurnalistlərdən biridir. Bunu 28 ildir həmin məktəbin incəliklərinə kifayət qədər dərindən bələd olan veteran jurnalistlərdən biri kimi təsdiqləməyi də mənəvi borcum bildim.
Hazırda çap olunan kitabların əksəriyyətində redaktə işi axsayır, bu danılmaz reallıqdır. Yunis Orucovun yeni kitabı ümumilikdə qüsursuzdur, həmin baxımdan müsbət nümunə rolunu oynaya bilər. Zənnimcə, bu uğura görə müəlliflə yanaşı kitabın redaktoru, əməkdar jurnalist Firuzə Nadirin də əməyi xüsusi qeyd olunmalıdır. Ədalət naminə, bu məqamda müəllifi ədəbiyyat aləminə kökləyən, bu dəyərli əsərin araya-ərsəyə gəlməsində ona mənəvi dəstək olan kəslərin də - Elçin Kazımov, rejissor Arzu Məhərrəmov, montaj rejissoru İlham Qaliboğlu, opertator Oqtay Qasımov, redaktor Firuzə Nadir, övladları Qurban və Leylanın (müəllif onların hamısının adlarını kitabda xüsusi qeyd edərək dərin təşəkkürünü yetirib) vətəndaşlıq mövqeyi də xüsusi vurğulanmalıdır. Kitabın nəşrində müəllifə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da xeyirxah məramına görə alqışa layiqdir.
Məncə, Yunis Orucovun məqamında qələmə aldığı bu tarixi roman el dilində cəhənnəm adası adını alan Nargində uyuyan on minlərlə türk əsirlərinin xatirəsinə abidə ucaldılmasına və memorial lövhə qoyulmasına, yaddaş muzeyinin yaradılmasına, bu qəbildən olan digər tədbirlərə də təkan verəcək. Bu əsər hələ də mürgü döyən türk kökənli digər millətlər üçün də ibrət dərsidir. İstər bayrağı başının üstə dalğalananlarına, istərsə də rusun və digərlərinin bayrağı altında kölgələnənlərinə.
Ağdamlı Fəxrəddin
(hekayə)
Şənbə və bazar günlərini könlüycə dincəlmişdi. Fəxrəddini Bakıda yaşayan dostu doğma yurdu Zaqatala rayonuna qonaq aparmışdı. Buranın təbiətinə vurulmuşdu. Ucalıqda bir-biri ilə bəhsə girən dağları, insana söhbətləşən müdrik qocaları xatırladan azman qayaları, ucsuz-bucaqsız yamyaşıl meşələri, ətrafdakı rəngarəng təbiətə təpər verən gursulu çayları, ahıllarda belə gənclik həvəsi oyadan şaqraq şəlalələri birdəfələlik gözünə və könlünə köçürmüşdü. Dördbir tərəfə səpələnmiş qədim abidələr, bu yerlərdəki ənənəvi memarlığa həssas münasibət köksünü dağa döndərmişdi. Çeşidbəçeşid ləziz təamların dadı da hələ damağından getməmişdi. Vətən onun üçün bir boy da yüksəlmişdi. Təbii ki, bu səfəri onda zəngin təəssürat oyatmaqla yanaşı Qarabağ nisgilini də təlatümə gətirmişdi. Elə yuxuya da Ağdam həsrəti ilə dalmışdı.
Külfətlərini də qoltuqlarına vuran Fəxrəddin və bir neçə mehriban qonşusu Qarqar çayının yaxınlığında, Qurdlar və Şelli kəndlərinin bir addımlığındakı dağın döşündə, meşənin səfalı bir guşəsində lövbər salmışdılar. Qocaları, qız-gəlini, körpələri də unutmamışdılar. Onların gəlişindən təbiət də nura, çiçəyə bələnmişdi. Ətrafdakı kəklikotularının ətri isə sözlə ölçüyə gəlmirdi. Təbiətin xalısı onların ixtiyarında idi. Üzbəüzdəki Qarayan yüksəkliyinin altından qaynayan suyu Ağdama çatdıran kəhriz də ətrafdakı əzəmətə əlavə çalar qatırdı. Burada bir dəm-dəsgah var idi ki, tamaşasına dörd göz gərəkdi. Əməlli-başlı hazırlıqlı gəlmişdilər. Toy-düyün əhval-ruhiyyəsindəydilər. Ocaqlar çatılmış, qazanlar asılmış, sacların altındakı közlə ləziz yeməklərin ətri bir-birinə qarışıb ətrafı cənnətə döndərmişdi. Əvvəlcədən şərtləşmişdilər ki, bu dəfə yalnız Ağdam mətbəxinə üstünlük verəcəklər. Bütün təamlar hazır olmaq üzrəydi. Süfrəyə dədə-baba qaydasınca mütləq boyanalı(razyanalı) plov verilməli idi. Qazmaq əvəzi qazanın dibinə döşənən 5-6 kiloluq tamlı quzu ətinin üstünə əlavə olunmuş düyü zəif odda dəmə qoyulmuşdu. Nənə düyü qatının üzərində oyuqları açmaq istəyəndə Fəxrəddin özünü saxlaya bilməyib irəli gəldi, bunu ona həvalə etməsini istədi. Hər oyuğa bir yumurtanı da özü çaldı. Boyanalı plov süfrəyə verildi və üzərinə sarımsaqlı qatıq da əlavə olundu. Hamı bir nəfər kimi bu əvəzsiz təamı gözünə təpdi. Ətrafda elə bil milli mətbəx festivalı keçirilirdi. Yeməklər saya gəlmirdi. Kimin hansı yeməkdən dadacağı könüllü idi. Döşəməli aş da ləzzətli alınmışdı. Sarıkök, zəfəran bu yeməyin qarası və qazmağının dadına dad qatmışdı. Xan xörəyi xəngəl də adama gəl-gəl deyirdi. Ətrindən bilinirdi ki, dən dolma üçün tənək yarpağı məharətlə seçilmişdi. Qarabağ adətincə bu yeməyə də sarıkök, keşniş və nanə əlavə olunmuşdu. Əksəriyyətin bir gözü döymə kababda idi. Təbiətin ətrinə bələnmiş yağlı quzu ətinin bir qismi taxta, bir qismi də daş üzərində döyülmüşdü. Təbii ki, hər kəs avdal qutabı və Ağdam kətəsinin də nə vaxt süfrəyə veriləcəyini səbirsizliklə gözləyirdi. Üçbucaq formasına salınan təpitmələrin içinə doldurulan düyü və lobyanın tamını xırda kişmiş və zövqə görə əlavə olunan zirinc ələdüşməz etmişdi. Ağdam kətəsi üçün də əməlli-başlı növbə vardı. İspanaq, keşniş, nanə, göy soğanla yanaşı bu nemətə qatılan turşəng, cincilim, quşəppəyi və digər çöl göyərtilərinin ləzzətindən insan az qala bihuş olurdu. Ətrafda bəxtiyarlıq hökm sürürdü.
Qadınlara ürəklərini tam boşaltsınlar deyə fürsət yaratmaq adı ilə kişilər günortadan sonra maşınla yollandılar Şuşaya Cıdır düzünə, kəkotu çayı içməyə. Biraz keçmiş cənnətin mərkəzindəydilər. Təkrarsız dada malik bulaq suyundan hazırlanan kəkotulu çay buranın təbiətini “həzm etməy”in ən məqbul vasitəsiydi. Mürsəl kişinin məlahətli səsi də onlara gəl-gəl deyirdi. Cıdır düzünün ləzzətini çıxarandan sonra “Şuşanın dağları”nın sədaları altında endilər İsa bulağına. Buz kimi suda əl-üzlərini yuyub qulaq kəsildilər Mürsəl kişinin özünəməxsus avazına. 104 yaşında bu müdrik insan qavalını qoltuğuna vurub hər gün Şuşadan İsa bulağına təqribən yeddi kilometrlik yolu piyada gedib-gələrdi. Pərəstişkarlarının qəlbini qırmazdı. Oxumaqda pərgardı, hər bir muğamı tam dəqiqliyi ilə ifa edərdi. Yaxşı bilirdi ki, muğamatda dədə-baba qaydasından azca kənara çıxsan, mütləq qarabağlıların qınağına tuş gələcəksən. Mürsəl kişinin nadir təbiəti ilə seçilən bu məkandakı “konsert”inin zəngin təəssüratı günlərlə insanı xoş ovqata kökləyərdi.
Doqquzuncu mərtəbədə, qohumugilin mənzilində məskunlaşan Fəxrəddini bu “möcüzə”dən yenə də “xoruz banı” ayırdı. Həmişəki kimi səhər saat altı-yeddi radələri idi. Lələkləri min bir rəngə çalan ları xoruz dinc durmaq bilmirdi. Ağdamda yaşadıqları zaman həyətlərində bəslədikləri həmin xoruz hər gün onun “çağrılmamış qonağ”ı idi, səhəri onunla açardı. Bu xoruzla haçansa bir daha üzbəüz olacağına uşaq kimi inamını da itirməmişdi. Təki, istəyi reallaşaydı, həmin xoruzu doğması təkin bağrına basmağa da hazırdı.
Fəxrəddin ağlı kəsəndən futbolun ölüsüydü. Bu “azar”ı ailəsinə də keçmişdi. “Qarabağ” komandasının vurduğu qollar ailəvi “atəşfəşanlıq”la qarşılanardı. Bu klubun hər bir qələbəsi bütün məcburi köçkünlər kimi onların da yarasına məlhəm olardı. “Qarabağ”ın son illərdə Avropa futbolunun nəhəngləri ilə bərabər səviyyədə oyun nümayiş etdirməsi, qələbələri sıralaması və qitə yarışlarının həlledici mərhələsinə vəsiqə qazanması onları doğma yurda addımbaaddım yaxınlaşdırırdı. Təbii ki, nisgillərini də yığıb-yığışdırmaqla qurtaran deyildi. Fəxrəddin kişi hər gün günorta çağı Ağdam məscidində səslənən azanın həsrətindəydi. Ustad xanəndə Hafiz Sədirzadənin bağrından qopub gələn o Tanrı kəlamları iliyinə işləmişdi. Nənə və babalarının, yaxın qohum-qardaşının dəfn olunduğu Qarağacı qəbirstanlığını da yalnız qiyabi ziyarət edə bilirdi. Ələlxüsus, müxtəlif bayramlarda Bakı sakinlərinin əllərində qərənfil dəstəsi ellilikcə qəbirstanlıqlara axışdıqları, yaxınlarının ruhuna Quran oxutdurduqları günlər onun kimi bütün məcburi köçkünlər üçün sözlə ölçüyəgəlməz mənəvi əzaba çevrilirdi. Əlacsızlıqdan yanıb-yaxılar, qıvrım-qıvrım qovrulardılar. Az da olsa təskinlik tapmaq üçün Fəxrəddin son vaxtlar belə günlərdə kimsəsizlərin qəbirlərinə baş çəkər, onları gül-çiçəyə qərq edər, tanımadığı soydaşlarının ruhuna dualar oxutdurardı. Beləcə ona elə gələrdi ki, bu yolla az da olsa, o dünyaya köç edən əzizlərinin ruhuna nəsə “pay” qatırdı. Məcburi köçkünləri bir dərd də yaman yandırırdı; ehtiyatdan kimsə kimsədən yaşlı qohumlarını soruşmazdı. Dəfələrlə əzizlərinin ölümündən xəbərsiz yaxın qohumlar beləcə pis vəziyyətdə qalmışdı. Kimsəni günahlandırmaq da düzgün deyildi. Götürək elə ağdamlıları. Bu rayonun 140 mindən çox əhalisinin böyük bir hissəsi respublika boyunca pərən-pərən düşüb. Hər kəsən də öz güzaranı və dərdinin yükünü ancaq çəkə bilir. Əsas pənahları dövlətədir. Onlara hərtərəfli köməyin ilbəil artırılması, ordumuzun güclənməsi və cəbhəboyu vəziyyətə nəzarət etməsi məcburi köçkünlərin cöcərən ümidlərinin pöhrələnməsinin başlıca mənbəyidir.
Məcburi köçkün həyatının ağrı-acısını nisbətən də olsa səngitmək üçün imkan düşdükdə Fəxrəddin Bakıda yaşadığı binanın nərd atan sakinlərinə qoşulardı. Zarafat-zarafata qarışardı. Ən sərt “sancmaları” belə hamı yola verərdi. Kimsə kimsənin xatirinə dəyməzdi.
- Ə, bu şeş-beş döyül e, nərdtaxtadı, nərdtaxta...
- Mən kəndçi babayam dayna, hardan bilim bunu axı?!.
- Ə, bir oynasana, bu şahmat döyül e?!.
- Ə, kirisənə...
- Taxsır məndədir, niyə, axı, səninlə nərdtaxta arxasına keçirəm ki, bunları da eşidim...
- Sənin atdığın andıra qalsın...
- Bax, bu şeş qoşanı da mən atmışam e, mən, gözünə su ver...
- Qoşaları sıraladığın bəs deyil, hələ bir heylə döşüyürsən də, ağzını açanın ağzınnan vurursan...
- Ə, bunlar sən girən kol deyil e, kiri, görmürsən, bilən də, bilməyən də muğamatdan danışır. Sən də imkan vermirsən ki, zər xırdalayım, ə, bunlar nə bilir əsl muğamat nədi, evdə bişməyib, qonşudan gəlməyib?!.
- Ay zəhrimar, yenə də iki-bir atdım...
- Ay camaat, bunun oynadığına bir baxın, sonra da bəhanə eləyir ki, zər vermədi?!.
- A qıvlasız, elə indicə dalbadal üç dənə qoşa atıb oyunu əlimdən almadın, cəmi üç zərə on iki daş çıxdın e?!.
- Sənə mən nə deyim, ə, birdəfəlik bil, bunun əsl oynayanları ağdamlılardı, belə olub, indi də heylədir...
- Bəsdi, qoy oturmuşuq görək?!. Elə dilində bircə budu, ağdamlılar yekdi, onu da bilən, bunu da bilən ağdamlılardı?!.
- Əğstəfurullah, torpağımızın hər qarışına quzu kəsim, amma siz də bilirsiniz e, ağdamlılara çata bilməzsiniz, bu ta əzəldən belə olub...
- Gözünə dönüm Məşədi İbadın...
- Anlamadım?!.
- “O olmasın, bu olsun” da Məşədi İbad deyir e, işdi papağımı belə qoysam, onda camaat elə bilər, Qarabağın pambıq bəylərindənəm, təsadüfən, o kişi, sizin bəzi özündənrazıları nəzərdə tutmurdu ki?!.
- Qətiyyən... Bir də ki, tutalım, lap heylədir, bəs o papağını başqa cür qoyanda nə deyir, hə, ya lotu, ya da qumarbaz, ə, bəyin lovğası onlardan daha abırlı döyülmü?!.
- Dostlar, zarafat bir yana, bu yerlibazlıq, mənəm-mənəmlik bizim hamımızda sümük azarıdır, heç cür qanımızdan çıxara bilmirik ki, bilmirik... Elə ona görə də vaxtında xanlarımız, bəylərimiz torpaqlarımızı birləşdirib milli fəlsəfəyə söykənən mərkəzləşdirilmiş dövlətimizi qura bilmədilər... Bunun əzabını indi də çəkirik, torpaqlarımızın getməyinin başlıca səbəblərindən biri də budu, elə ona görə də, müstəqilliyimizi də yalnız beş-on ildi bərpa edə bilmişik?!.
- Orası eylədir...
- Heç bilirsiniz, hazırda dünyaya meydan oxuyan, Avropa İttifaqı iqtisadiyyatının qırx faizinə malik Almaniya vaxtilə neçə xırda “dövlət”dən ibarət olub!?. 17-ci əsrin əvvəlində 300-dən çox subyektdən, 1814-cü ildə Almaniya Konfederasiyası yarananda isə bizim xanlıqlar kimi 38 kiçik dövlətdən... Bax, elə götürək, bizi, hazırda Almaniyada almandan başqa bir millət tanıyırıq, baxmayaraq ki, bizdən fərqli olaraq federativ dövlətdə yaşasalar da?!. Yox... Düzdü, onlar da az-çox özlərinin keçmişini bilirlər, dil gəl, hamı almandı ki, alman...
- Ə, qıvlasız. Yenə aldırammadım, uduzdum, boynuma alıram, deyəsən, həqiqətən, bu nərdtaxtanı icad edən sizsiniz!?.
Hər belə zarafatdan sonra gülüş ərşə dirənirdi. Beləcə, bir az da olsa, gündəlik qayğılardan yüngülləşərdilər.
Yolu metronun “İçərişəhər” stansiyasından keçəndə Fəxrəddin Filarmoniya bağına da baş çəkmək fürsətini fövtə verməzdi. Bu onun üçün sirli-sehrli bir məkandı. Qədimliklə müasirliyin üzvi şəkildə qovuşduğu bu yer ona doğmaydı. Qala divarları Fəxrəddinə Ağdam və rayonun çoxsaylı kəndləri boyunca səpələnmiş, tarixi hesaba gəlməyən qədim yaşayış məskənləri, qalalar, türbələr, məscidlər, məbədlər, kurqanlar, sərdabələr, digər daş abidələri xatırladardı. Burada xeyli təskinlik tapardı. Bütün məcburi köçkünlər kimi həmin abidələri göz və könül dolusu seyr etməyin günlərin birində onun da qismətinə düşəcəyinə inamı güclənərdi. Ermənilərin dağ çəkdiyi bu maddi-mədəniyyət abidələrinin bircəcik daşını, xırım-xırışını belə bağrına basmağa, öpüb gözünün üstə qoymağa cani dildən hazırdı. Filarmoniya bağına onu çəkib gətirən həm də muğamın sehri, bura sənət adamlarının tez-tez yığışmaları idi. Bağda səs-səsə verən quşların nəğmələri onu Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Rəşid Behbudov, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, İslam Rzayev, Qədir Rüstəmov, Arif Babayev, Nəzakət Teymurova, Səxavət Məmmədov, Şahmalı Kürdoğlu, Sabir Abdullayev, Mənsum İbrahimov və klassik musiqimizin digər neçə-neçə azman ustadının söz-sənət dünyasına kökləyərdi. Belə anlarda göz yaşlarına hakim ola bilməzdi. Yadına erməni işğalında olan Ağdamda qoyub gəldiyi qrammafon valları, lent yazıları, şəkillər, müxtəlif qəzet və jurnallardan yadigar saxladığı məqalələr, müsahibələr və sair gələrdi. Lent yazılarının dalınca o dəfələrlə Ağdamdan paytaxta qədər yol ölçmüş, onları arxivdən yalvar-yaxar əldə etmişdi. Şəxsi kitabxanasında Azərbaycan ədəbiyyatının say-seçmə külliyatı ilə yanaşı dünyanın ən tanınmış yazıçı və şairlərinin əsərlərini də toplamışdı. Bunlar onun üçün düşmənə qismət olan bütün var-dövlətindən daha dəyərli idi.
Növbəti dəfə yenə bu ülvi hisslərin təsirindən qopa bilmirdi. Bir neçə saatdı buradaydı. Özünü büsbütün unutmuşdu. Qaş qaralmağa doğru gedirdi. Qəflətən diqqətini yaxınlıqdakı bir elan çəkdi. Həmin gün axşam filarmoniyada məşhur alman bəstəkarı və pianoçusu Hauschkanın konserti olacaqdı. Nə qədər dünyaca tanınmış musiqiçi olur-olsun, kimsə onun gözündə Azərbaycanın muğam ustadlarından ucada dura bilməzdi. Ona görə də belə konsertlərə o qədər də maraq göstərməzdi. Bu dəfə halı tamam başqa idi. Özündən asılı olmayan hansısa bir qüvvə ona bilet aldırdı. Bu hərəkətindən özü də bir o qədər baş açmasa da, tezcə evə yollandı, çöl-bayırlıq libasını geyib filarmoniyaya tələsdi.
Konsertin başlaması ilə Fəxrəddin musiqi dünyasına qapıldı. Hansı millətə mənsub olmasına baxmayaraq peşəkar klassik musiqiyə biganə qalmaq mümkün deyil. Musiqinin dili ümumişlək dildir. Fəxrəddin də qısa bir müddətdə Hauschka dünyası ilə bütövləşdi. Konsert yarıdan keçməkdəykən səslənən növbəti əsər onu güclü zəlzələ kimi yerindən oynatdı. Fortepiano üçün yazılan bu musiqi nömrəsi başlayar-başlamaz notlar şahə qalxdı. Sanki həyəcan təbili var qüvvə ilə döyəcələnirdi. Fəxrəddinin gözləri önündə 1993-cü ilin bədnam iyul günləri canlandı. Ermənilər qəddarcasına Ağdama hücuma keçmişdilər. Ah-nalə ilə top-tüfəng səsi bir-birinə qarışmışdı. İyulun 22-də onların da yeddi nəfərlik ailəsi “Moskviç”ə doluşaraq evlərindən heç nə götürmədən Ağcabədiyə qohumlarıgilə getmək məcburiyyətində qalmışdı. İnanırdılar ki, bir-iki günə yenidən Ağdama qayıdacaqlar. Onlara beləcə söyləmişdilər. Burda deyiblər, sən saydığını say, gör fələk nə sayır. Bir də onda ayıldılar ki, Bakıda Dərnəgüldə Pedaqoji İnstitutun yataqxanasında məskunlaşıblar. Bu boyda ailənin çay, su içməyə cəmi cümlətanı iki-üç stakanı, xörək yeməyə də məhdud sayda boşqab və qaşıqları vardı. Səhərə çörək pulunu necə tapacaqları da onlar üçün müşkülə çevrilmişdi. Qısa zamanda Qarabağın görən gözü Şuşa kimi onun döyünən qəlbi Ağdam da viran qoyuldu. Fəxrəddingilin illər boyunca diş-dırnaqları ilə araya-ərsəyə gətirdikləri var-dövlətləri, həyət-bacaları da tar-mar edilmiş, yaman günə salınmışdı. Vəhşətin həddi-hüdudu yox idi. Ermənilərlə döyüşlərdə təkcə Ağdamdan 6 minə qədər sakin şəhid olmuşdu. Faşistlər belə hayların törətdiklərinə biganə qala bilməzdilər.
Alman bəstəkarının əsərindəki musiqinin ritmi əvvəlki gərginliyini saxlasa da, ortada bir qədər səngidi, eyni axar aldı. Fəxrəddinin gözləri önündə Ağdamın tanınmaz hala gətirilən ağır, yeyinti və yüngül sənaye müəssisələri, asfalt, pambıq, konserv, yağ-pendir, çörək, şərab və digər zavodlarının, xalça fabrikinin, taxıl məhsulları kombinatının, onlarla təhsil, mədəniyyət, səhiyyə və sosial obyektlərin qalıqları canlandı. Avropanın ən zəngin ölkələrinin bir sıra şəhərlərinin belə inkişaf səviyyəsinə görə həsəd apara biləcəyi böyük bir yaşayış məskəni yerlə-yeksan edilmişdi. Bu dəhşətli səhnədən insanın tükləri biz-biz dururdu. Gözləri önündə boya-başa çatdığı yurdunun belə vəziyyətdə canlanması Fəxrəddin üçün nə demək idi, bunu yalnız qaçqın və məcburi köçkünlər tamlığı ilə anlaya bilərlər.
Musiqi sona doğru yenidən yüksək notlara kökləndi. Əsərin bu hissəsində hayqırtı, təlatüm, haqqın-ədalətin gözünə dik baxmağa çağrış, imdad dolu mələrti vardı. Fəxrəddinin halı dözülməzdi, sanki indicə huşunu itirəcəkdi. Bunu qonşuluğunda oturanlar da hiss edirdilər. Heç ağlına gəlməzdi ki, elə salondakıların əksəriyyəti onunla eyni vəziyyətdə idi. Özündə olmadığından, təbii ki, o, bunları duya bilmirdi. Hədəqəsindən çıxmaq üzrə olan gözləri Hauschkanın fortepianonun üzərində sağa-sola səkən barmaqlarında və onun tam tutqunlaşan çöhrəsində idi. Bu, onun üçün bir növ ekran rolunu oynayırdı. Orada isə dəhşətli səhnələr bir-birini əvəzləyirdi. Pənahəlı bəyin imarəti və türbəsi, Xanoğlu türbəsi, Şahbulaq qalası, Qutlu Sarı Musaoğlu künbəzi, Xurşidbanu Natəvan və oğlunun türbəsi, karvansaray, Ağdamın mərkəzindəki məscid və minarələri, bu diyarın sayagəlməz digər maddi-mədəniyyət abidələri ya yer üzündən silinmişdi, ya da yararsız hala gətirlmişdi. Yandığından özünü heç cür saxlaya bilməyən Fəxrəddin “Sizə Seyid Lazım Ağanın, Seyid Füqarənin ruhları qənim olsun” deyə erməniləri qarğışa tutdu. Onun qapıldığı dünyaya xələl gətirə biləcəklərindən ehtiyatlanan ətrafdakılar özlərini eşitməzliyə vurdular. Heç, o, özü də nə etdiyindən xəbərsizdi. Ağdam Dövlət Dram Teatrı, musiqi texnikumu, Çörək muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, Qurban Pirimovun xatirə muzeyi, Şəkil qalereyası da ələgəlməz halda idi. Özlərinin bu yerlərin əzəli sakinləri olduqlarını uydurmaqdan usanmayan ermənilərin Azərbaycanın maddi-mədəniyyət abidələrinə qəddarcasına “toy tutmaqda” yarışa girdikləri göz önündəydi. Əcnəbilərin təbirincə desək, indi “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” sayılan Ağdamın, həmçinin, işğal altındakı digər torpaqlarımızın və Qarabağ elinin əhalisinin tayı-bərabəri olmayan soyqırımı və barbarlığın qurbanı olması şəksizdir. Dörd dəqiqə əlli beş saniyəlik əsər boyunca Fəxrəddin Qarabağın ağrı-acılarını bir daha dərindən yaşadı. Musiqi nömrəsinin bitməsi ilə o, ətrafdakıların da onunla eyni halda olduqlarının mahiyyətinə vardı. Bu ona qəribə gəldi. Onunla yanaşı oturan kəsin klassik musiqi bilicisi olduğunu elə konsert başlayandan sezmişdi. Yavaşca ona sarı əyilib soruşdu: - Dost, bu əsərin adı nədi?!. Məcburi köçkün babayam, sizi narahat etdiyim üçün məni üzürlü sayın?!.
Bayaqdan onun halına acıyan qonşusu mehriban və mənalı bir tonda dilləndi: - Bu əsərin adı “Xaraba Ağdam”dır, fortepianoda ifa edən alman bəstəkar bunu özü notlara çevirib. Fəxrəddinin matı-qutu qurudu. Eşitdiyi onda bayaqdan Ağdamla bağlı duyduqlarından daha güclü təsir doğurdu. Fikirləşdi ki, İlahi, bu hələ bir əcnəbinin görüb, duyduqlarıdır. Gör indi, məcburi köçkünlər ötən müddətdə yaşadıqlarını nota köçürə bilsəydilər, necə əsər alınardı?!. Bəlkə, bu, ATƏT üçlüyünü, gecə-gündüz demokratiyadan dəm vurmaqdan yorulmayan qərbliləri insafa-mürvətə gətirərdi. Elə o andaca cavabını da özü verdi; inanan daşa dönsün, güman Tanrıya, bir də yalnız və yalnız özümüzədir, vəssalam.
Məcburi köçkünlüyün yükünü müvəqqəti də olsa çiyinlərindən atmaq üçün tez-tez nəvələrinə qatılıb, evin içindəcə o yan, bu yana qoşar, bəzən lap körpələrlə birgə iməkləyər, bəzən də şirin nağıllar söyləyərdi. Belə anlarda uşaqlıq illəri yadına düşər, sarı simlər dilə gələrdi. Evləri Xurşudbanu Natəvan və oğlunun türbəsinin qonşuluğundaydı. Bu, geniş ərazi daş hasara alınmışdı. Hasarın bir hissəsi çaylaq daşlarından hörülmüşdü. Digər hissə isə bu hasara bitişik evlərin sakinləri tərəfindən mişar daşıyla araya-ərsəyə gətirilmişdi. Buradakı türbələrlə bir sırada qarqarların məskəni, ilkin mənası “kiçik qalalar” anlamına gələn qədim Ağdamın maketi qoyulmuşdu. Həmin ərazidəki Xan çinarların bəzilərinin yaşı qocaların dediyinə görə 300-500 ili də ötürdü. Bir neçə nəfər qol-qola bənd olub bu ağacların gövdəsini ancaq dövrəyə ala bilərdi. Hasarlanmış ərazidəki futbol meydançası da istər peşəkarların, istərsə də həvəskarların tez-tez üz tutduqları məkandı. Fəxrəddin də burada o qədər top qovmuşdu ki, saya gəlmirdi. Məhəllə uşaqları ilə ənzəli, eşşəkbelixırç, dirədöymə oynadıqları xoşbəxt anlar da gözləri önündə tez-tez canlanardı. Belə məqamlarda fikirləşərdi ki, kaş, uşaqlıq illəri elə əbədi olaydı. Doğma yurdlarından kənarda doğulan məcburi köçkün uşaqların əksəriyyətinin öz dədə-baba ləhcəsində danışmaları onu çox sevindirərdi. O, nəvələrinə təkrar-təkrar “Heç vaxt yaddan çıxarmayın, siz ağdamlı balasınız!!!” deməkdən yorulmazdı. Onun qənaətincə, zatına hörmətlə yanaşmaq hər bir millətin gələcəyinin təminatının açarıdır. Təzəcə ikinci sinfə getməyə hazırlaşan nəvəsinin “Baba, bəs, biz Ağdama nə vaxt qayıdacağıq?!.” - sualının cavabında isə dili-dodağı tutular, daxili dünyası tar-mar olardı. Bu acınacaqlı vəziyyətdən yalnız acizanə şəkildə “İnşallah...” - deməklə çıxmaq məcburiyyətində qalardı.
Bütün gecəni yerindəcə qurcalanmışdı. Gözlərinə əməlli-başlı yuxu getməmişdi. Ürəyinə dammışdı ki, nəsə xoş xəbər eşidəcək. Gözləri yol çəkirdi, qulaqları da səsdəydi. Qəfildən həyəti səs-küy basdı. Tələm-tələsik aşağı düşdü. Gözlərinə inanmadı. Bir neçə Qarabağ atı qarşısındaydı. Doğma baxışları ona sarı zillənmişdi. Bu məqamda qonşuları bildirdilər ki, deyirlər, bu atlar bütün ölkəni bürüyüb. Dördbir tərəfi Qarabağ atlarının kişnərtisi basmışdı. Sanki Ağdam Atçılıq Zavodunun darvazalarını laybalay açmışdın. Hövlnak tini burulan iki sütül gənc də ona tanış gəldi. Necə də tanımasın. Bunlar Qarabağın ilk şəhidləri idi, Əsgəranda namərd düşmənin gülləsinə tuş gəlmişdilər. Əli Hacıyev və Bəxtiyar Quliyev tezcə ona yaxınlaşdılar: - Fəxrəddin əmi, zəhmət olmasa, atlan, burada yaşayan bizlərin kişilərindən daha kimlər var, onları da səslə, gecikməyək. Birazdan millət ayağa qalxacaq, bütün erkəklər döyüşə haylanacaq. Məcburi köçkünlər də hər kəsən öz qərargahlarına toplaşmalıdır, tapşırıq belədir. Biz - ağdamlılar Quzanlıya yollanırıq. Pənahəli xan da, Allahverdi Bağırov, Şirin Mirzəyev, Fred Asif, Faiq Ağayev, Rövşən Əkbərov, Canpolad Rzayev, Rövşən Hüseynov, Nadir Əliyev... bütün digər qəhrəman oğullarımız da, Ağdamın işğal altında olmayan 10 kəndinin camaatı da, hamı silaha sarılır. Gəlin gedək, görək, ermənilər bu dəfə nə deyir?!. Onlara “Dördgünlük müharibə”nin növbəti seriyasını yaşatmağın vaxtı yetişib, donuzu özbaşına qoysan, pəyədən çıxan deyil!?. Fəxrəddin bir də özünə gələndə artıq Qarabağ atlarının yalmanına yata-yata Quzanlıya yetməkdəydilər.
Bütün məcburi köçkünlər dizin-dizin Qarabağa sarı sürünürdülər. Qabaqda dədə-baba torpaqlarını yenicə yağı düşməndən azad edən kişilər, dallarınca da külfətləri. Bu köç bütün ölkəni hörümçək toru kimi əhatəyə almışdı. Hamı öz doğma yurduna tələsirdi, az qala dördnala çapırdılar. Millət bayram içindəydi. “Onlar bir daha gəldikləri yerlərə dönməzlər” deyən ağzıgöyçəklərsə puçur-puçur tər axıdır, peşimanlıqlarını yığıb-yığışdıra bilmirdilər. Bir nəfərsə köçü yaman qabaqlayırdı, hamıdan xeyli irəlidəydi, elə bil, Qarabağa sarı uça-uça irəliləyirdi. İlk dəfəydi onun bu halı qətiyyən səbirsizliyindən qaynaqlanmırdı. O, Fəxrəddin kişi idi, ağdamlı Fəxrəddin...
P.S: 2016-cı ildə qələmə alınan bu hekayə ağdamlı Fəxrəddin Zeynalovun şəxsində bütün məcburi köçkünlərə həsr edilib… Gözünüz aydın!!!
Dərd Qayası
(Əbülfət Mədətoğlunun “ancaq O” kitabı ilə bağlı düşüncələr)
“COVİD-19” adlı kabusun bizləri ev dustağına çevirdiyi indiki dövrdə ələlxüsus da qələm əhli daha çox kitablara üz tutur. Həmin baxımdan dostum, tanınmış şair-puplisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun bu günlərdə mənə hədiyyə etdiyi, “Adiloğlu” nəşriyyatında yenicə çapdan çıxan “ancaq O” adlı kitabı da lap yerinə düşdü. O, bu dəfə də oxucuları ilə görüşünə əsasən “Bir qadına” silsiləsindən say-seçmə seirləri ilə gəlib. “Yeni səs” saytının baş redaktoru Fəridə xanım Rəhimli Əbülfət Mədətoğlunun növbəti kitabının redaktorudur. Onun kitaba ön söz əvəzi yazdıqları oxucuları xəyallar dünyasına səsləyir: “ancaq O” yaşanmış, yaşanan və yaşanacaq duyğuların özü və pıçıltılarıdır... “...ancaq O”-nu oxuyun!.. Yaşadıqlarınızı yenidən yaşayın, yaşayacaqlarınızın xəyalını qurun...düşünün... Doğrudan da elə kitabın girişindəki, Əbülfətin sevgisinin himni təsiri bağışlayan “ancaq O” şeiri səni xəyalllar dünyasına qanadlandırır...
Dan üzüm, aylı gecəm
Onsuz heç kiməm, heçəm!
Bir də doğulub seçsəm –
Ancaq O!
Haqqın yerdə zərrəsi
Ruhun şehli – tər səsi!
Ürəyimin pərdəsi –
Ancaq O!
Əbülfət Mədətoğlunun istənilən kitabını əlinə götürməyinlə poetik ovqata köklənməyin bir olur. Onun şeirlərinin bədii-estetik dəyəri ölçüyəgəlməzdir. Anındaca gözlərin önündə kədər dəryasının mahir qəvvası canlanır. Şeirlərdəki dərindən də dərin emosional qat maqnit kimi səni çəkir. Poetik həzinliklə – lal nəğmələrlə baş-başa qalırsan. Onun şeirləri həm kllasik dövrün, həm də bu günündür...
Bağçamdakı güllərin
Ləçəklərin də saydım...
Çiçək kimi qızların
Göyçəklərin də saydım –
İlk sənin adın oldu...
Əbülfət Mədətoğlu yaradıcılığının özəlliyi ondadır ki, qələm əhlindən kimsənin çığırına gözaltı belə nəzər yetirməz, eləcə də, kimsə də onun ləpirlərinin izinə belə düşə bilməz. Şeirlərindən bəllidir; dünyadan adi insani istəklərdən savayı fövqəladə heç nə ummaz. O, pıçıltılarını, etiraflarını, iç dünyasında yaşadıqlarını gündəlik bölüşən yeganə şairdir. Əbülfət müəllim Dərd Qayasıdır, bu qayadan ovulan qum dənələri nəzmə çəkdikləridir, bu nəsnələr təkrarsızdır. O, dərdlə əzəldən qolboyundur. Onun şeirləri gah dağlardan boylanır, gah da buludlardan ələnir...
Mən seçmədim, özü tapdı, bəyəndi
Ürəyimin düz əyninə gəldi dərd...
Göbəyini mənlə kəsdi həsrətin –
Nübarın da elə özü dərdi, dərd!
Azərbaycan dilinin şəhdi-şirəsi Əbülfət Mədətoğlunun şeirlərinin mayasındadır. Onun qələmə aldıqlarını oxuduqca doğma dilini daha dərindən bağrına basırsan. Bu dilin imkanlarının sərhədsizliyi ilə üzbəsurət olursan. O, elat “dili”nin də mahir bilicisidir. Əslində, bu şeirlər Azərbaycan türkcəsinin dolğunluğuna şəkk gətirənlərə danılmaz cavabdır. Şairin sözlə davranış məharəti həsəd doğurur. Ən əsası, onun öz ana dilinə sevgisinin “O”na bəslədiyindən qətiyyən əksik olmadığına şəkki-şübhən qalmır...
Yorulmuşam kədəri
Əynimdə daşımaqdan...
O da bezibdi məni –
Çiynində daşımaqdan...
Biz, dil tapa bilmədən
Bir ömürə şərikik...
Eyni naxış – ilmədən
Qoşalaşıb gəlirik...
Əbülfət Mədətoğlunun şeirləri fəlsəfi çəkisi ilə də diqqəti çəkir. Onun yazılarında kəlamlar sıralanıb. Dədə Qorqud ruhu cövlan edir onun yaradıcılığında. Dərsliklərə salınası xeyli şeiri var, həm bədii dəyərinə, həm də doğma dilimizi maksimum ehtiva etdiyinə görə...
Mən səhəri göy üzündə açmışam
Ulduzları saya-saya baxışla...
Hörüyünə bir bənövşə taxmışam –
Yuxudaydın... oyatmadım... bağışla...
Şair yurd həsrətinə də sinə gərməkdə dözümü “O”ndan alır. Həqiqətən tarixə düşəcək bir sevgidir Əbülfət Mədətoğlunun məhəbbəti. Ömürün müdriklik çağında da seçiminə bir daha haqq qazandırır. Səhəri dirigözlü açanda da duası “O”nadır. Qibləsi sevgidir. Dan üzü onun üçün sevgi ilə sökülür. Günəşin al şəfəqləri onun eşqinin cığırlarıdır. Məhəbbətdə Füzuli sevdasından xeyir-dua alan Əbülfət Mədətoğlu artıq özü də bu yöndə əzəmətli yol salıb. Sinəsi sevgi gündəliyidir. Onun eşqi öləzimək nədi, əksinə, getdikcə daha da gurlaşır. Bu eşq tonqalının alovunun dilimləri şahə qalxır. Bu, bahar tonqalıdır, sevgi ətirli. Əbülfət Mədətoğlunun eşqi bahardan savayı fəsil tanımır. Bax, onun sözdən don geyinən sevgisinin əzəməti, bənzərsizliyi bundadır. Qələmə aldıqlarının ətri tükənməzdir, təravəti də bir an belə əksilməz. Bizə Əbülfət Mədətoğlu kimi söz xiridarını, sevgi timsalını yetirən həm də “O”dur. Şair pıqqa-pıqq qaynayan eşq tiyanında ucsuz-bucaqsız okean təkin o baş-bu başa sözlə avar çəkməkdədir...
Ruh ki, kükrədi, coşdu
Əzabları da xoşdu!
Cənnət gerçəksə, boşdu –
SEVGİSİZ!
Qələmi bircə gün belə əldən qoymayan, mürəkkəb əvəzi sevgisinə tuşlayan Əbülfət Mədətoğlunun yazdıqları qətiyyən kəsərdən düşmür bu qədər məhsuldarlığın qarşılığında. Şair sözlə artıq “O”nun timsalında daha bir nadir sevgi əfsanəsinin heykəlini ucaldıb. O, öz yaradıcılığı ilə çoxdan sübut edib ki, sevgidən yoğrulan Tanrı fəlsəfəsinin xiridarlarından biridir. Əbülfət Mədətoğlu sözdən elə sevgi xalıları toxuyur ki, onların naxışları təkcə Qarabağ mahalını ehtiva etmir, əslində bütün, lap bütöv Azərbaycana məxsusdur. Bu qələm əhlinin yaradıcılığı səmimiyyət bulağıdır, qətiyyən lillənməz. Onun şeirlərinin əksəriyyəti bir gecədə göyərir, poeziyasının sirri-sehrinə düşməmək mümkün deyil...
Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa...
Məni bu sevgi aparsa –
Nə gözəl!..
Əbülfət Mədətoğlunun yurd həsrətli şeirləri də təkrarsızdır, anbaan yaşantıların bədii biçimdə görüntüləridir. Həmin qəbildən şeirləri əksər hallarda həmkarlarınkını kölgədə qoyur. Bu, reallıqdır. Təsəvvür edin, milyonu ötən qaçqını, məcburi köçkünü olan bir məmləkətdə kimsə bu şeirlərə biganə qala bilməz. O cümlədən qaçqınların, məcburi köçkünlərin özləri belə şairin yurd həsrətinin dərinliyinə və yüksək əyarına heyrətdə qalırlar...
Əriyir ömrüm, yaşım da,
Əriyir dağım, daşım da!
Papağım düşmən başında –
Bakıda papaq gəzirəm!..
Doğma yurdu bağrına basmaqdan yorulmur. Onun yurd həsrəti dərindən də dərindir. Bu da təsadüfi deyil, onu yaxından tanıyan dost kimi əvvəlki yazılarımın birində bu barədə demişdim. Axı, Əbülfət Mədətoğlunun indiki yurd həsrəti əvvəlki nəsillərinin Qərbi Azərbaycanla bağlı nisgilinin üstə qərar tutub. Şairin əsli Naxçıvan və indi yağı düşmənin özünə “Vətən” elədiyi ellərimizə qədər gedib çatır. Onun yurd həsrətinin şiddəti həm də bu reallıqdan qaynaqlanır...
Gör necə duman var, gör necə çən var
Ruhumun oxşarı – gör neçə tən var...
Tay deyə bilmirəm ana, Vətən var –
Gedə bilmirəmsə, mən necə deyim?..
Ömrünü yüyənsiz, yəhərsiz illərə bənzədən, bu ömrün yalmanına heç cür yata bilmədiyini hayqıran şair ruhuna dağları birər-birər hopdurub. Xatirələrin ətrindən doymaq bilməyən, düşüncələrin çətirinə sığınan Əbülfət Mədətoğlunun doğmaca kəndini bağrına basmadığı gecə-gündüz yoxdur. Sinninin bu çağında da şair hələ də kənd uşağıdır. Vaxtilə dəcəlliyin dadını doyunca çıxarıb, mal-qara da, davar da otarıb, quzu səsləyib. Şəlalə altında yuyunub, ağacların ən hündür budaqlarına yüyürə-yüyürə çıxıb. Böyüklərin qarşısında elimizin adət-ənənəsinə uyğun daim müntəzir olub, bu hələ də canında-qanında olduğundan lap elə bu yaşında da belədir...
Dizim torpaq yalayıb
Dırnaqlarım şum edib...
Dərdlər məni üyüdüb –
Qaya idim – qum edib...
Şair yurd həsrəti ilə sevgini tərəzidə elə taraz yerləşdirir ki, məəttəl qalırsan. O, fəzilətlər labrintində var-gəl eləməkdən yoruldum demək bilmir. Təbi Tanrıdandır. O, “SÖZ” ün ocağını gündəlik körükləyən şairlərdəndir. Gün ərzində “SÖZ”lə qurşaq tutmaqdan yoruldum demək bilmir. Onun əsasən üç-dörd bəndlik şeirlərinin xeylisində bir poemanın yükü var...
Hər an azalsa da səbir, dözüm də
Cənnət bu dünyadı – Sənlə, gözümdə!
Elə gizlətmişəm Səni özümdə -
Təkcə Allah görür, bir də ki, ruhum!
Əbülfət Mədətoğlu eşqini köksündə dünyaya göz açdığı, daxili dünyasına sinirdiyi dağlardan əxz eləyib. Ona görə də o, sevgiyə daim başlı qarlı uca zirvələrdən boylandığından onun məhəbbəti pakdır, safdır, müqəddəsdir və müstəsnadır!!!
Açıq qapı, ya pəncərə...kim döyər
Kim sevgini Əbülfəttək, de, öyər?!
Səni belə niyə sevdim, kim deyər? –
Bunu özüm sirr bilirəm hələ də!..
Həyat yoluna sevgisi gur işıq saldığından illərin də onun yaddaçından nəyisə silməyə gücü çatmır. Xatirələrini alovlandırdığı tonqala kösöv əvəzi tolazlayan şair bəzən ürəyini adicə bir məktuba da bükmək qüdrətində olur. Bu, nadir insanların, qələm əhlinin çəkə biləcəyi yükdür...
Bir məktub
yazmaq istəyirəm
özü də kağızsız...
qələmsiz...
Və
həm də sözsüz...
kəlamsız...
Onu alan kimi
oxuyacağını
bilirəm,
hətta,
oxuyub kövrələcəyinə də
içimdə,
bax elə indidən –
sevinirəm...
Çünki,
o məktuba
ürəyimi bükəcəyəm!..
Və...
qəfil gəldi ağlıma
bu sual –
indi,
de görüm mənə,
bəs, o məktubu sənə
necə göndərəcəm?!
Əbülfət Mədətoğlunun ruhu daim Göylərdə cövlan elədiyindən Yerə sığmayan şair olsa da, təvazökarlığı əskilməz, döşünə döymək onluq deyil. Dağların vüqarından dərib qürurunu. Onun yaradıcılığında süniliyə, pafosa qətiyyən yer yoxdur. Şeirlərinin əksəriyyəti pıçıltılarından qaynaqlanır. Yaxından tanıyanlar bilir, o, susanda da danışır, qulaq kəsilə bilsən pıçıltılarını mütləq duyacaqsan. Şeirlərinin əksəriyyəti gecələr doğulur. Dərdləri ilə pıçıldaşmaq şakəridir. O, Tanrıdan dərs alan kəslərdəndir...
Heç nə yaza bilmədim,
göynədi vərəq – sinə...
Unutdum... və getmədim –
Tanrının son dərsinə...
İnanın, mənə elə gəlir ki, Füzuli sağ olsaydı, Əbülfət Mədətoğlunun şəxsində mütləq indiki dövrün Məcnununu sözlə heykəlləşdirərdi. Bəlkə də, ustad şair artıq bunu ruhu ilə qələmə alıb, nə bilmək olar?! Həmin Məcnunun Leylisi isə Əbülfətlikdir, onun yaratdığıdır! Eşqin etalonu səviyyəsinə yüksələn Füzuli də, məncə, bununla birmənalı razılaşardı...
Tellərin uzanan yolum
Burulub qayıdır sənə...
Hər yandan Məcnun bu könlüm
Vurulub qayıdır sənə -
Dəlisi olduğum Qadın!
Ədalət naminə, onu da deməliyik ki, Əbülfət Mədətoğlunun say-seçmə şeirlərinin kölgəsində qalan poetik nümunələri də var. O, əksər şeirlərini “ütüləmədən” nəzmə çəkir. Di gəl, bu anlaşılandır. Ən azı yurd həsrəti, hələ də yağı düşmənin tapdağında olan torpaqlarımızın ağrı-acısından qovrulan şairin gündəlik olaraq qələmə sarılması başa düşüləndir. Bu, mahiyyətcə məhsuldarlığa dəlalət etmir. Sadəcə, o, qismən də olsa, bu yolla ovunur, ümidini körükləyir. Ucsuz-bucaqsız eşq dəryasındakı yaşantıları da ona aman vermir. Danılmaz reallıq isə odur ki, ədəbi tənqid Əbülfət Mədətoğluna münasibətdə hələ də səsini qısır. Təəssüf ki, Azərbaycan ədəbi səltənətinin azmanlarından, ustad yazıçı Elçinin “Əbülfət poeziyasının bədii-estetik səviyyəsi ədəbi prosesin faktına çevrilməyə layiqdir!” kəlamı da ədəbi tənqidçiləri qədərincə yerindən dəbərtməyə yetmədi. İnşallah!!!
Əbülfət, qardaş, sənə bolluca səbir, ən azı yurd həsrətinə son qoyulmasını və Tuğda da qələm çalmağını arzulayıram!
Qocaman yazıçı
(hekayə)
Sinni bir əsri haqlamışdı. Birisigün yüz yaşını qeyd edəcəkdi. Maşallah, canı hələ də suluydu, qıvraqdı. Yoxsa, neçə gündür dalbadal müsahibələr verməyə, jurnalistlərlə görüşməyə təpəri yetməzdi. Kimsəni qırmırdı, nə desələr artıqlaması ilə öhdəsindən gəlməyə çalışırdı. Ölkənin ən tanınmış yazıçılarından biri sayılırdı. Qalaq-qalaq kitabları vardı. Nəinki öz vətənində, hətta, yazdıqları xarici ölkələrdə də əl-əl gəzirdi.
Ən çox izlənən ədəbiyyat saytlarından biri yubileyi münasibətilə ondan esse yazmasını istəmişdi. Sabah saytda, doğum günündə isə qəzetdə yerləşdirəcəkdilər. Bu essedə yazıçılığın sirri-sehrini xırdalamalıydı. Adətən əvvəlcədən qeydlərini aparar, səhər alaqaranlıqdan gün boy verənə qədər yazardı. Növbəti dəfə palazqulaq qeyd dəftəri və hay-hayı gedib, vay-vayı qalan qələminə sarılmışdı. Ta yeniyetməlikdən beləydi, öncə əllə qeydlərini edər, sonra kompyuterin arxasına keçərdi. Köhnə vərdişinə sadiqdi. İstər-istəməz bir neçə dəfə cəhd eləsə də, birbaşa kompyuterdə ortalığa babat bir əsər çıxara bilməmişdi. Qələmini mürəkkəb əvəzi iç dünyasına yönəltməyi ilə fərdi yazı üslubunu işə salar, özünəmxsus mətləbləri muncuq kimi sıralayardı.
Çox vaxt olduğu kimi bu dəfə də ha çalışsa da, haradan başlamağın yolunu-rizini tapa bilmirdi. Özü də söhbət hələ yazı üçün ilkin qeydlərdən gedirdi. Elə bil, ilk dəfəydi əlinə qələm almışdı. Əksər hallarda karına gələn “fənd”lərindən birini əlacsızlıqdan işə saldı. Sanki tonlarla zığın içindəydi deyə öncə hamama yaxalanmağa yollandı. Havayıdan deməyiblər ki, yazmaq iynə ucu ilə gor qazmağa bənzər. Qurulanandan sonra keçdi növbəti sınanmış “fənd”inə. Başına hava gələnlər təkin başladı yazı otağında bacardıqca sürətlə o baş, bu başa var-gəl eləməyə. Nəhayət ki, bulağın gözünə duz töküldü, qələmi iç dünyasının cığırlarından birinə yol aldı. Başladı ötən bir əsrdə görüb-götürdüklərini, yazıçılığın nahamar yollarını bədii dillə ayaqaltı eləməyə.
Əsl yazıçı odur ki, nənə-babalar nəvələrini nağıllara necə kökləyirlərsə, o da oxucularla beləcə dil tapa bilsin. Ən tanınmış söz ustaları pıqhapıq qaynayan eşq tiyanında qovrulanlardır. Həqiqi qələm sahibləri adicə saman çöpündə böyük mətləbləri tutmağı bacaranlardır. Yazıçı, şair əlinə qələm alandan ta qələmi yerə qoyana qədər mütləq “qızdırmalı” olmalıdır. Təfəkkürü ilə təxəyyülü qurşaq tutmalıdır. Hərdən yumağa dönüb sonra yay kimi gərilməyi bacarmalısan. Bəzən aylarla, bəzənsə daha uzun müddətə ilham mənbəyin üzünə qapanır. Sanki, nadir əsərləri sıralayan sən deyilsən. Bu hələ harasıdır, o əsərlərə göz gəzdirəndə hərdən sənə elə gəlir ki, doğrudanmı bunları haçansa mən düzüb-qoşmuşam. Bu, əksər qələm əhlinin başına gələn işdir. O da anlaşılandır, hər bir yoxuşun bir enişi də olmalıdır.
Bir çox hallarda oyaq vaxtı “yuxu” görməli olursan. Yuxuda sən hər şeyi “şəkilli” gördüyün təqdirdə oyaq vaxtı şahidi olduğun “yuxu”da isə sanki kimsə sənə imla yazdırır. Sadəcə, bacardıqca sürətlə yazmalısan ki, o qiyabi əlaqənin cilovunu əldən verməyəsən. Nə qopara bildinsə, qazancın odur. Yerdə qalanı ustalığına bağlıdır. Bu proses bir növ azman muğam ustası Alim Qasımovun oxu tərzinə bənzəyir. Dədə-baba qaydasınca yerdəcə bardaşqurma əyləşən ustad qavalı ilə birgə əlini qulağının dibinə bəndləyərək gen yaddaşı vasitəsilə keçmişə körpü salır. Ona ün dünəndən gəlir. Bu dünənin neçə əsr əvvələ gedib çıxdığını söyləmək isə cavabsız sual olaraq qalır. Dərindən düşünəndə adama elə gəlir ki, şəcərəsinin bir qanadı (ana tərəfdən) sofululara gedib çıxan sənətkara öz ali məqsədinə yetməkdə sanki bu ulu nəsildən də kimsə yardımçı olur. Muğamatımıza yeni nəfəs verən Alim Qasımovun gərgin zəhmətinin bəhrəsi olan sənət inciləri hamımıza doğma gəlir, ruhumuzu oxşayır, bağrımıza kilidlənir. Səbəbi sadədir; əcnəbiləri belə heyrətdə qoyan bu mükəmməlliyin mayası əzəllikdən, millilikdən yoğrulub, ona görə də bunlara qanımız qaynayır.
İşdi, ədəbiyyat aləminin göbəyində yer almaq istəyirsənsə, ən azı öz ölkənin və dünya ədəbiyyatının, ədəbi tənqidinin cikinə də, bikinə də dərindən bələd olmalısan. Fəlsəfə, musiqi, incəsənətin bütün sahələri ədəbiyyatın ayrılmaz hissəsidir, bundan da qədərincə baş çıxarmalısan. Ən əsası özünün də köklü-köməcli fəlsəfən olmalıdır. Bacardıqca səyahət etməlisən. Təbiəti duymadan yazıçılığın kandarından o tərəfə adlaya bilməzsən. Əgər formadan düşmək istəmirsənsə, mütamadi olaraq elə yazıçıların əsərlərini oxu ki, səni cırnatsın, ədəbiyyat dünyasına kökləsin. Nəbadə onları yamsılamaq eşqinə düşəsən, əks təqdirdə birmənalı olaraq qələm əhli siyahısından birdəfəlik silinəcəksən, buna qətiyyən şübhən olmasın. Oxumaq sadəcə, sənə yaddaşını qurcalamağa, təfəkkür və təxəyyül xəzinənə daha dərindən baş vurmağa yardımçı olmalıdır. İmkan düşdükcə dəyərli qələm sahibləri ilə çay süfrəsi arxasında söhbətləşmək, arada şərab məclislərinə qoşulmaqda da böyük fayda var. Təbii ki, şərabın küpünə girmədən. Yaradıcılıqda ən əsas məsələ inkubatorluqdan tamamilə yan durmağı bacarmaqdır, yoxsa ya quyruq hissədə qərarlaşacaqsan, ya da adın heç it dəftərində də olmayacaq.
Əsl yaradıcılıq, nadir sənət nümunələri bir növ vəhyə bənzər. Bunlar qəflətən gələn qonağı andırar. Məsələn, öz təcrübəmdən birini misal çəkim... Bir neçə il əvvəl televizorda böyük maraqla “Qolos Rosii”(Rusiyanın səsi) mahnı müsabiqəsini izləyirdim. Duel mərhələsi idi. Növbəti cütlükdə zənci kişi ilə sarışın rus qadını üz-üzəydilər. Hər ikisi öz mahnısını gözəl oxudu. Elə ki, zənci mahnısını bitirdi, sürəkli alqışlar xeyli müddət ara vermədi. Münsiflər heyəti də hamı kimi ayaq üstəydi. Zəncinin ifasını dünyasını dəyişən və indiki ən güclü tenor səsə malik müğənnilərinkinə bərabər tutdular. Onun nadir səsə malik olduğu dəfələrlə dilə gətirildi. Qadın haqqında da kifayət qədər xoş fikirlər səsləndi. Seçimdə növbəti mərhələyə qadın adladı. Zəncinin də hələki növbəti mərhələyə keçmək şansı vardı; müsabiqənin qaydalarına uyğun olaraq yerdə qalan üç münsifdən ən azı biri onu xilas edə bilərdi. Mən də, bütün tamaşaçılar da indi həmin üç münsif arasında sözün yaxşı mənasında qırğın gedəcəyini gözləyirdik. Di gəl, nəticə tamamilə gözlənilməz oldu. Bayaqdan zənci müğənni barəsində zər xırdalayanlardan heç biri onu xilas etmədi. Mən yerimdəcə donub qalmışdım, haqsızlığa tab gətirə bilmirdim. Salondan etiraz səsləri ucalsa da, artıq gecdi. Azca ötmüş sözü zənciyə verdilər. Mən də bütün varlığımla ona diqqət kəsilmişdim. Təxminən bir dəqiqəyə qədər çıxışında zənci mədəni şəkildə, zərrəcə sezdirmədən sətiraltı anlamda münsiflərə necə lazımdı sözünü dedi. Mənası bu idi ki, mən zənci olduğumu əzbər bilirəm, mənə bu mərhələyə qədər gəlməyə imkan yaratdığınıza görə minnətdaram, buna da min şükür.
Zənci danışanda özündə olmayan bəndənizə elə gəldi ki, ağlasığmaz nəsə baş verir. Sanki, mən onun energetikasını, aurasını oxuyurdum. Təsəvvür edirsiniz, zənci çıxışını başa vurar-vurmaz duyduqlarım yadımdan çıxmasın deyə palazqulaq qeyd dəftərimə sarı götürüldüm. Qələmi əlimə alıb birnəfəsə qeydlərimi apardım. Bir də onda ayıldım ki, cızma-qaram haradasa on səhifəyə yaxındı. Baş verənlərə özüm də məəttəl qalmışdım. İnanın, ən qəribəsi isə heç də bu söylədiklərim deyil. Bir neçə günə həmin qeydlər əsasında yazdığım hekayə necə və haradan araya-ərsəyə gəldi, günü bu gün də mənim özüm üçün cavabsız sual olaraq qalır. İndi hekayənin məğzini ərz eləyim, bəlkə, əziz oxucular siz yardımçı oldunuz... “Sən saydığını say...” adlı bu hekayədə vaxtilə zavod direktoru vəzifəsinə qədər yüksələn, zamanında ailə qura bilmədiyindən sonradan içkiyə qurşanaraq səfil vəziyyətinə düşən, bütün pul-parasını, vəzifəsini itirərək bircə otağı saxlamaqla ona əzizlərindən miras qalan məhəlləsini də satan, xeyli müddət siçovullar, qarışqalar və hörümcəklərlə bir yerdə yaşamaq məcburiyyətində qalan, ən sonda bu imkandan da məhrum olaraq başını götürüb hara gəldi qaçan talesiz bir insandan bəhs edilir... İndi, mən deyiləm, sizsiniz, axı, bu hekayədəkilərlə o mahnı müsabiqəsindən kənarlaşdırılan zəncinin nə əlaqəsi? Səmimiyyətimə zərrəcə şübhəniz olmasın, hər şey mən nəql elədiyim kimi baş verdi. Zəncinin çıxışı zamanı mənə “ötürülənlər” əsasında dərhal apardığım qeydlərdə elə bir əsaslı dəyişiklik etmədən sadəcə bu hekayəni köklədim. Ötən zaman ərzində gəldiyim qənaət belədir ki, yəqin həmin zənci son sözünü söyləyərkən qiyabi olaraq özününmü, ya da doğmalarından kiminsə mənim hekayəmdə qələmə aldıqlarıma bənzər həyatını gözləri önünə gətirib. Bunu da zənciyə qarşı haqsızlığa üsyan edərək öz təbii halından çıxan mən hansısa formada duymuşam. Başqa bir ağlabatan variant təsəvvür etmirəm... Bax, sizlərə ərz elədiyim bircə bu misal nadir hekayələrin meydana gəlməsinin, yazıçıların öz əsərlərini yaratmaq üçün bəzən nələrdən keçməli olduqlarının əyani nümunəsidir. Əsl yaradıcılıq bax budur!
Dediklərim inandırıcı olsun deyə şəxsən öz təcrübəmdən belə nümunələrin sayını artıra bilərəm... Günlərin birində yaşadığım binanın həyətində təsadüfən gözüm üzbəüzdəki qazanxanın divarına tuş gəldi. Oradan birisi binamızın sağ səmtinə boylanırdı. Əvvəlcə elə bildim məni qara basır. Özümü toparlayanda gördüm ki, qazanxananın divarında büstə bənzər kişi başının nisgilli gözləri binamızın birinci blokuna sarı yönəlib. Mənə inanmaya bilərsiniz, amma bu nəmişliyin əl işiydi. Özü də peşəkar rəssamlar belə bu “əsər”ə həsəd aparardılar. Qanan üçün baxışlarından bəlliydi, onun birinci blokda yaşayan hansısa qızda gözü qalmışdı. Çöhrəsindən sözlə təsəvvür edilməsi mümkün olmayan intizar yağırdı. Beləcə, “Nəmişlyin əl işi” adlı hekayəm araya-ərsəyə gəldi...
Başqa bir misal... Günlərin birində yamanca yorulmuşdum deyə çul düşərək yuxuya getmişdim. Səhərə yaxın artıq yarımyuxulu idim. Qəribə yuxu görürdüm. Sanki, kinoteatrda monitorda film izləyirdim. İnsanabənzər robotlarla adamları bir-birindən ayırd eləmək elə də asan deyildi. Haradasa iyirimi ikinci əsr idi deyəsən. Ayılanda bircə epizod yadımda qaldı. Tezcənə bunu palazqulaq qeyd dəftərimə həkk elədim. İnsandan zərrəcə fərqlənməyən qadın robot dayəsi olduğu evin sakinlərinə qoşularaq qəbirstanlığa gəlmişdi. Evin yiyəsi məktəbli qızı və oğlu ilə birgə rəhmətlik həyat yoldaşının məzarını ziyarət edirdilər. Dayə robot, qız və oğlan rəhmətliyin başdaşına sarılmışdılar. Həmin anda dayə robotun ürəyində dilinə gətirdikləri indiki kimi sözbəsöz yadımdadır. O, Tanrıdan ta körpəliklərindən dayəsi olduğu bu uşaqların qanuni anası olmağını diləyirdi. Həmin ələdüşməz fürsəti fövtə verə bilməzdim, bu epizod mənə yetərliydi. Qısa müddətdə sonralar oxuyarkən çoxlarının bəyəndiyi “Zəri çərxi-fələk atanda” adlı hekayəni düzüb-qoşdum...
Yəqin ki, bu qəbildən daha bir həyati misal da çəksəm, məncə yetər... Fəlsəfi düşüncələrə qərq olduğum günlərin birində diqqətimi evimizdə qonaq otağında divardan asılmış rəsm əsəri çəkdi... Çay daşlarından hörülmüş körpünün o biri tayında ucu-bucağı görünməyən meşənin dərinliyində tənha koma vardı. Birdən gözlərimin qarşısında həmin komada söhbətləşən ahıl kişi ilə qadın canlandı. Dərdləşirdilər. Sən demə, tələbəlik dövründə bacısını kəndlərinə tətilə aparmağa gələn qardaşını onun sevgilisi sanan bu məzun tələbə oğlan bir daha istədiyi həmin qızın dalınca gəlməyib. Bundan xəbərsiz qız da özünü sındırmadan taleyi ilə barışaraq oğlanla bir daha əlaqə yaratmağa cəhd göstərməyib. Özü də bunlar mobil telefon nədi, hələ adicə telefonun belə ələdüşməz matah sayıldığı əvvəlki zamanlarda baş verib. Nəticədə bir-birini qəlbən sevən bu kəslər ömürlük subay qalıblar. Nəhayətdə, sıx meşənin dərinliyində bu şəxsləri görüşdürən Tanrı tələbəlik dövründə qızın qardaşı ilə çəkdirdiyi şəkil vasitəsilə əsl həqiqətdən kişini duyuq salır. Di gəl, iş-işdən keçdiyindən artıq nəyisə dəyişmək mümkün deyildi... “Alın yazısı” adlı hekayəm də bu səpgidə qələmə alındı.
Arada alın tərinə əl gəzdirən yazıçı tamamən öz aləminə qapıldığından onu səhər, nahar və şam yeməyinə çağıran onbirinci sinifdə oxuyan nəticəsi Qorqudun onun bircə addımlığındaca heykələ dönərək yazdıqlarına susadığından gec xəbər tuturdu. Hələki büruzə verməməyə çalışsa da, doğmasının son vaxtlar öz kompyuterində cızma-qara ilə məşğul olduğundan az-maz xəbərdardı. O, özünün qibləgahı sandığı babasının zəngin şəxsi kitabxanasını da ələk-vələk eləməkdən yoruldum deməzdi. Ona görə də nəticəsinin bacardıqca sezdirməməyə çalışaraq bir gözünün daim onda olmasını anlaşıqlı qarşılayırdı. Başına gələn, başmaqçı olar.
Beləcə qocaman yazıçı özünə sakitlik vermədən gün ərzində esse üçün digər qeydlərini də sıraladı. Çalışdı ki, heç bir vacib məqamı yaddan çıxarmasın. Az qala palazqulaq qeyd dəftərini yarılaya. Birdən fikirləşdi ki, yaxşı, yazı nə qədər böyük həcmdə alınsa belə saytda bunu yerləşdirmək elə də problem deyil. Di gəl, axı, həmin esse qəzetdə də çapa getməlidir. Bəs, onda neyləsin? Nə qədər düşünsə də, buna bir çarə qıla bilmədi. Zarafat deyil, söhbət bir əsrə yaxın dövrü əhatə edən kamil yaradıcılıq təcrübəsini bölüşməkdən gedirdi. Bütün qeydlərini birər-birər gözdən keçirsə də, bircəciyini belə qaralamağa əli gəlmədi. Hamısı ona eyni dərəcədə doğmaydı. Nəhayətdə, belə qərara gəldi ki, məndən yazmaqdı, nəyi necə redaktə eləməyi könüllü şəkildə onların ixtiyarına buraxaram. Saytın da, qəzetin də kollektivinin peşəkarlığına əmindi, illərlə birgə əməkdaşlıq etmişdilər. Sanki üstündən ağır yük götürüldü, işin əsas hissəsinin öhdəsindən layiqincə gəlmişdi. Qalanı ustalıq məsələsiydi deyə rahatca yatağına girdi. Səhərin gözü açılmamışdan esseni kompyuterdə cilalamalı idi.
Gözlərini indi-indi əsnəyən Günəşlə birgə ovxaladı. Əl-üzünə su vuraraq palazqulaq qeyd dəftərini qoltuğuna alıb keçdi kompyuterin arxasına. Əllərini bir-birinə sürtüb başladı yaradıclıq taleyini höccələməyə. Dünən alın təri ilə yoğurduqları karına gəldi. Essesi necə lazımdı döşünə yatdı. Ən əsası yazını vaxtında tamamladı. Sonuncu nöqtəni qoyanda ürəyinə gəldi ki, yubileyimə bundan dəyərli hədiyyə təsəvvür eləmirəm. Esseni e-maili vasitəsilə sayta göndərəndə artıq heysizdi. Bu dəmdə nəticəsinin yenə də böyrünü kəsdirdiyinin mahiyyətinə vardı. İlk baxışdan bəlliydi, uşaqcığaz yamanca kefsizdi.
- Babacan, hamı süfrə başındadır, səbirsizliklə səhər yeməyinə sənin də qoşulmağını gözləyirik...
- Can, mənim balam... Səhərin göz açılandan niyə belə qaş-qabaqlısan? Yaddan çıxarma ki, sabah mənim yubileyimdir, axı... Bax, indicə baban gözəl bir esseni tamamlayıb ötürdü, bir azdan sayılıb-seçilən saytların birində, sabah isə qəzetdə yerləşdiriləcək. Oxuyub fikrini mənə deyərsən, ey mənim ciyərparəm... İndisə zəhmət olmasa, gəl bu kompyuteri söndür, əvvəlcə mənim şəxsi e-mailimi bağlamağı da unutma... Daha məndə can qalmadı, bax, qocalıq belə şeydir...
Turan Türksoy aram addımlarla mətbəxə sarı yollandı. Bütün ailə üzvləri bir-bir onu bağrına basdıqdan sonra hamılıqla süfrə arxasına keçdilər. Nəticəsi səhər yeməyinə bir az gec qatılsa da, bu dəfə onun çöhrəsinin çəmənliyə dönməsi babanın müdrik gözlərindən yayınmadı. O, bunu əzizinin ona olan tükənməz sevgisinə bağladı.
Yubileyini sabah ailəsi, yaxın qohumları ilə birgə keçirəcəkdi deyə yazıçı dostları ona bu axşam sürpriz olaraq xudmani bir məclis qurmuşdular. Bundan onu günorta xəbərdar eləmişdilər. O isə səbirsizliklə essesinin saytda yerləşdirilməsini gözləyirdi. Ona söz verilən vaxtdan xeyli ötsə də, hələki yazısından xəbər-ətər yox idi. Fikirləşdi ki, esse həcmcə çox böyük alındığından yəqinki hələ də redaktə işi yekunlaşmayıb. Nəhayət, axşama yaxın yazısı saytda ən mötəbər hissədə yerini alanda şadlığından az qaldı Tanrının dərgahına nərdivan ucalda. İş orasındaydı ki, essenin nöqtə-vergülünə belə qətiyyən əl dəyilməmişdi, necə göndərilmişdisə eləcə də saytda yerləşdirilmişdi. Dost məclisinə tələssə də, yazını birnəfəsə gözünə təpdi, sanki müəllif özü deyildi. Elə ki, esseyə söz ardını oxuyanda az qala gözləri kəlləsinə çıxa. Yazının arxasınca məxsusi təqdimatla onun adıyla guya yeniyetməlik dövründə qələmə aldığı ilk hekayəsi yerləşdirilmişdi. Dəfələrlə matdım-matdım həmin hekayəyə nəzər yetirsə də, beləsini heç cür xatırlamırdı. Naəlac qalıb hekayəni başdan ayağa oxuyandan sonra bir daha əmin oldu ki, bu onluq deyil. Anlaşılmazlıqdan ovqatı təlx olsa da, öz aramızdı, hekayəni bəyənmişdi. Özlüyündə fikirləşdi ki, kaş, doğrudan da bu, mənim yeniyetməlik qələmimin məhsulu olaydı. Bir istədi ki, anındaca saytın baş redaktoruna zəng eləyib bu hekayə məsələsinə aydınlıq gətirsin. Yadına düşəndə ki, həmin şəxs də bayaqdan əlimyandıda onu gözləyən dostlarıyla birgə məslisdədir, tələsik yola düzəldi.
O, yoldaykən dostları bəh-bəhlə mobil telefonlarında internetdən onun essesini oxuyurdular. İlk hekayəsinə də valeh olmuşdular. Hamı bir ağızdan saytın baş redaktoruna belə bir gözəl təşəbbüsə, qocaman yazıçıya ələdüşməz yubiley hədiyyəsinə görə minnətdarlıqlarını yetirdilər. Turan Türksoy məclisə ayaq basmağı ilə şəninə söylənənlərdən bəxtiyardı. Məclis başladı, nə başladı. Əməlli-başlı vur-çatlasındı. Hamı sinədəftərdi deyə növbə üstə əməlli-başlı qırğındı. Yubilyarın esse və hekayəsinin də bu məclisə məxsusi ovqat qatdığı şəksizdi. Ədalət naminə ilk sözü o məşhur ədəbiyyat saytı və qəzetinin baş redaktoruna verdilər. Məclis iştirakçılarını salamlayan bu hal əhli bayaqdan ona sakitlik verməyən ürək sözlərini dilə gətirdi:
- Dostlar, hamınızın adından yubilyarı salamlayır, bəri başdan bu bir əsrlik ömrün də, qələmin də ona halal olduğunu xüsusi vurğulayıram, - alqışlar şahə qalxdı. O, sağlığına davam elədi. – Bayaqdan hamımız Turan Türksoyun essesi və hekayəsinin sirri-sehrindən qurtula bilmirik. Bir sözlə, mükəmməl yazıdır. Hekayədən də bəllidir ki, hələ yeniyetməlikdə ikən qələmə alınan bu sənət nümunəsindən azman yazıçı boylanır. Bir daha halal olsun...
Alqışlar, qəlblərdən qopan sədalar yenə də salonu bürüdü. Xeyli fasilədən sonra baş redaktor sözünün dalını gətirdi:
- Biz də bugünkü əməyimizi ona halal eləyirik. Düzü, boynumuza alırıq ki, esse ilə tanış olanda ona nəyisə əlavə eləməyin və ya nəyisə qısaltmağın böyük günah olacağını hamılıqla qəbul elədik... Turan bəyin sifarişimizə əlavə olaraq yeniyetməlik dövründə qələmə aldığı ilk hekayəsini bizə göndərməsi barədə qeydlərinə də maksimum həssaslıqla yanaşdıq...
Bu kəlmələri eşidəndə bayaqdan yerində qurcuxan yubilyar o andaca dodağını dişlədi. Artıq hər şey ona gün kimi aydındı. Hər ehtimala qarşı mobil telefonunda internetə girərək e-mailini açdı. Bəli, essedən sonra onun adından sayta hekayə də göndərilmişdi: “Sizə yeniyetməykən qələmə aldığım ilk hekayəmi də göndərdim. Məsləhət bilib bunu da saytınızda yerləşdirsəniz, çox məmnun olardım. Dərin hörmətlə, Turan Türksoy”. Bütün günü ona sakitlik verməyən müəmmalı sualın cavabına qovuşanda qamətini bir az da şax-şux tutmağa çalışdı. Köksü fərəhindən dağa döndü. Yubileyinə sözlə ölçüyəgəlməsi mümkün olmayan hədiyyə edən nəticəsini qiyabi olaraq bağrına sıxdı. Özünün də xəbəri olmadan “Ot kökü üstə bitər” kəlmələri biqafil ağzından pərvazlandı. Tezcənə özünü yığışdırıb bütün varlığı ilə sağlığa diqqət kəsildi.
- Düzdü, hekayənin üzərində xeyli işləməli olduq. Məlum məsələdir, təcrübənin azlığı özünü göstərirdi. Kompozisiya, süjet xətti və üslub xətalarını yoluna qoymaq üçün bacardıqca çalışdıq... Amma ədalət naminə onu da deməliyəm ki, ilk bədii əsər kimi ümidverici idi, bu hekayədən gələcəyin böyük yazıçısının boylandığı aydınca sezilirdi...
Bu kəlmələri eşidəndə isə Turan Türksoy sevincindən az qala qol götürüb meydana atıla. Yenə də birtəhər səbrini basıb sağlığa kökləndi.
- Hekayənin ilk cümlələrindən modernizm abı-havası səpələndiyi şəksizdi. Bütün yeniyetmələr, gənclər belədir; dünyanı yenidən qurmaq istəyi onlara aman vermir. Əsər boyunca bədii gedişlər də kifayət qədər samballıdır. Kafka, Coys, Kamyu sayağı yamsılamalar, Nitşe və Freydin fəlsəfi nəfəsləri də hekayədən aydınca duyulur. Psixolji ruh hekayə boyunca səngimir. Mənəvi borcumuz bilərək həmin hekayəni də sabah qəzetimizdə də yerləşdirəcəyik. Yəqinki, bunun üçün yazılarını qəzetin növbəti nömrəsinə saxladığımız qələm əhli də bizi anlaşıqlı qarşılayar... Amma Turan Türksoy yaradıcılığına dərindən bələd olan biri kimi mənə çox maraqlıdır ki, nədən onun əsərlərində ötən müddətdə bircə dəfə də olsun modernizm cərəyanının adicə əlamətlərinə belə rast gəlmək mümkün olmur?
Sağlığın bu məqamı bayaqdan özüylə bacarmayan yubilyar üçün ələdüşməz fürsət oldu. Tələm-tələsik mikrofon istədi. Di gəl, məclis əhli onu bir hoydu-hoyduya götürdü ki, gəl görəsən. Yerlərdən səslər şahə qalxdı: “Ay qardaş, tələsmə, hələ sənin növbənə çox var, imkan ver barı biz də ürəyimizi boşaldaq. Səbəbkar ən axırda danışmalıdır”. Turan Türksoy heç kəsə məhəl qoymadan səsinə güc verib dedi ki, dostlar bircə məqam var mən ona mütləq məhz indi aydınlıq gətirməliyəm, bu çox vacibdir, bunu sonraya saxlamaq mümkün deyil, yoxsa gec olar... Bunu açıqlayanda hamınız mənimlə razılaşacaqsınız, inanın düz sözümdür. Əlacsızcasına məclis əhli ona diqqət kəsildi.
- Dostlar üzrlü sayın... İş orasındadır ki, dostum, baş redaktor mənə doğum günümə nə boyda hədiyyə elədiyindən özü də xəbərsizdir. Boynuma alıram, bundan mən də elə indicə onun çıxışı zamanı xəbər tutdum. Hamınıza agah olsun ki, barəsində danışılan o hekayənin müəllifi mənim dost-doğmaca nəticəm Qorqud Türksoydur. Bu gün səhər essemi bitirib sayta ötürəndə heyim qalmadığından e-mailimi bağlayıb kompyuterimi söndürməyi ondan xahiş etdim. Yəqinki mənə doğum günümə hədiyyə eləmək istədiyi hekayəsini əlaqə e-mailləri vasitəsilə hansı saytlara göndəribsə, hamısında redaktə eləməyə ərinərək yola veriblər. Bu, hamınıza gün kimi aydındır, saytların əksəriyyətində yazılara əl dəymədən yerləşdirirlər. Əlacsız qalan yazıq uşaq təsadüfən ona yaratdığım əlverişli fürsəti fövtə verməyərək mənim adımdan hekayəsini göndərib. Bu bir qismətdir, tale yazısıdır, Tanrının məsləhətidir. Bir də ki, hamınıza yaxşı bəllidir, piar indiki yeniyetmə və gənclərin əksəriyyətinin əsas silahıdır. Gəlin, boynumuza alaq ki, onlar bunu bizdən fərqli olaraq həsəd aparılacaq ustalıqla bacarırlar, zamanə uşaqlarıdır da...
Salonu alqış sədaları bürüdü. Təbrik-təbrik dalınca səpələndi. Qəlbi köksünə sığmayan Turan Türksoy özünü toparlayaraq sözünə davam elədi:
- Baş redaktora da, onun rəhbərlik etdiyi kollektivə də hədsiz minnətdarlığımı yetirirəm. Acizanə şəkildə onlardan bircə xahişim də var, bizim ailəmizə olmazın sevinc bəxş etmək üçün hekayənin müəllifinin adında düzəliş aparılsın. Əsl müəllif Qorqud Türksoydur. Axı, bu hekayə deyildiyi kimi sabah qəzetdə də çap olunacaq... Bir daha sonsuz təşəkkürlərimi yetirirəm...
- İndicə eşitdiklərimdən mənim də qəlbim dağa döndü. Nə yaxşı ki, nəslinizdə sənin yaradıcılıq yolunu layiqincə davam etdirəcək birisi var. Biz də hamılıqla ona arxa-dayaq olmağa çalışacağıq, - deyə baş redaktor məmnuniyyətlə növbəti təbrikini səsləndirdi. - Bu əlamətdar yenilik münasibətilə sizi təbrik edir, gənc yazıçıya da yeni-yeni uğurlar arzulayırıq... Hekayənin müəllifinin əsl adı da yaxın bir neçə dəqiqənin içərisində yerini alacaq, buna tam əmin ola bilərsiniz...
Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər
(hekayə)
Moskvada MDB tarixçilərinin beynəlxalq konfransıydı. Növbəti iclas yenicə başa çatmışdı. Nahar fasiləsiydi. Alimlər isveçsayağı süfrədəki təamların ləzzətini çıxarırdılar. Azərbaycanlı, gürcü və rus tarixçiləri baş-başa vermişdilər. Televizorda qalmaqallı veriliş gedirdi. İstər-istəməz onlar da söhbətlərinə ara verib həmin verilişə baxmalı oldular. Körpəsini bərk-bərk qucağına basan kişi xeylağı sinəsini döyəcləyərək səsinə güc vermişdi; bu qondarmadır, bizimkilərdən bəzilərinin məqsədyönlü uydurması, biz qətiyyən erməni deyilik, biz qaraçıyıq, qaraçı, köklü-kökənli qaraçı, biz bununla fəxr edirik!!!
Bu dəmdə erməni tarixçi hövlnak özünü onların masasına dürtdü. Dil boğaza qoymurdu.
- Bu türklərin işidir, yüz faiz bu verilişdə azərbaycanlıların əli var...
- Bizə şər atmaqdan yorulmadınız da. Əgər, Bakının əli Moskvaya qədərincə yetsəydi, sizin Qafqazda heç iziniz-tozunuz da qalmazdı, yaramazlıqlarınızdan əl çəkmirsiniz ki, çəkmirsiniz.
- Bunlar boşlardır, erməni qaraçıları, sadəcə, bizim cəmiyyətə assimilyasiya olunduqlarından özlərini erməni sayırlar. Onlar qətiyyən bizdən deyillər...
Bu dəmdə özünü saxlaya bilməyən rus tarixçisi də istehzalı tərzdə erməni həmkarını “iynələdi”.
- Deyək ki, boşları bir təhər başa düşdük, bəs, Ermənistandakı vanetsilər, aparantsılar, kyavartsılar və digər qaraçılar da erməni qaraçılarıdı?
Ermənilərdən heç də türklərdən az çəkməyən gürcü də dilə gəldi:
- Bu həqiqətdir də, nəhayət, boynunuza alın da, siz ümumilikdə ayrı-ayrı qaraçı tirələrinin, elatlarının toplumusunuz. Tarixçi olaraq yaxşı bilirsiniz ki, millətlər, xalqlar mərkəzləşmiş dövlətlər yaranandan bəri formalaşıb, siz də eləcə. Hər bir millət, xalq qohum, simsar qəbilə, tayfa, elatların könüllü və ya güc vasitəsilə birləşdirilməsi nəticəsində araya-ərsəyə gəlib. Sizin kötüyünüzdə isə əsasən qaraçılıq dayanır.
- Həqiqətin gözünə dik baxmağı öyrənin də, Rumıniya, Bolqarıstan, İspaniya, Almaniya və digər neçə-neçə ölkədə qaraçılar saya gəlmir. Di gəl, heç eşitmisiniz ki, nə bilim rumın qaraçısı, bolqar qaraçısı, ispan qaraçısı, alman qaraçısı, eləcə də, digərləri... Necə olur ki, ancaq erməni qaraçısı olur? Məntiqli sualdır, elə deyilmi? Özünüzü o yerə qoymasanız da, siz də əzbər bilirsiniz ki, siz qaraçı əsillisiniz, vəssalam - deyə azərbaycanlı alim ermənini yaylım atəşinə tutdu.
- Ara, siz nağıl danışırsınız, erməniləri gözünüz götürmür, ona görə bizim tariximizi saxtalaşdırırsınız...
- Burda deyiblər e, adımı sənə qoyum, səni yana-yana qoyum. Nəinki biz, bütün xalqlar, ələlxüsus da dünyanın cilovunu əlində saxlayan dövlətlər bilir ki, siz qaraçısınız. Adicə bir misal, qaraçılara yaxşı bələd olan görkəmli yazıçı Ernest Heminqueyin əsərlərində də erməni qaraçılarından söhbət açılır, gözbağlayıcılıq, sehrbazlıqla məşğul olan qoca erməni surətini bir yadınıza salın, barı... Bəlkə, onu da türklər yola gətirmişdilər, hə? Axı, hamı bilir ki, o daha çox sizə meylliydi? Buna nə deyirsən?
Erməni meydanda tək qalsa da, dilinə dinclik vermirdi.
- Biz dünyada ən ağıllı millətik, sadəcə, haqqımızı qədərincə ala bilmirik. Vasko da Qamadan əvvəl makedoniyalı İsgəndərin qoşununun tərkibində Hindistan sahillərini ilkin fəth edən də bizik.
- Hansı fəth etməkdən danışırsan, sizin ulularınız dünyaya gözünü elə orada açıb da, ay bədbəxtlər... Onun-bunun qoltuğuna sığınmaq sizin anadangəlmə şakərinizdir. Siz nadanlığınız ucbatından, öz yerinizi isitmək naminə doğmaca yurdunuz, vətəniniz Hindistana da xəyanət edərək makedoniyalıların, sonradan ingilislərin və digərlərinin orada möhkəmlənməsinə yardımçı olmusunuz. Bəli, siz Hindistan qaraçılarının bir növü olaraq ora üz tutan bütün yadellilərə mayaklıq etmisiniz.
- Bax, görürsən, yenə də bizi gözünüz götürmür deyə düz danışmırsınız. O vaxtlar yaxşı tacir olduğumuzdan xaricilər bizimlə yaxınlıq edirdilər, bütün ticarət yolları bizim hesabımıza gur inkişaf edirdi.
- Yaxşı görək, bizə də yox da... Alıb-aldatmaqda kimsə sizə çata bilməz, tacirlik isə başqa şeydi. Qulaq as, zəhmət olmasa, hələ altıncı əsrdə, indiki dilnən desək, erməni Zelob Qlak öz əsərlərində sizin qaraçı olduğunuzu etiraf edib. O yazırdı ki, siz vaxtilə Bizansa sarı yollanıb, oradan da ilkin olaraq əsasən Suriya və Liviya ərazilərində məskunlaşmısınız. Sizin əsl vətəniniz isə Hindistanın Pəncab vilayətidir, bunu yaddan çıxarmayın. Hətta, sizin indiki tarixçilərinizin xeylisinin əsərlərində də buna işarələr çoxdur, bunu açıq-açığına etiraf edənləriniz də az deyil.
Söhbətin bu məqamında erməninin həyasızlığına duruş gətirə bilməyən rus tarixçisi daha bir danılmaz faktı dilə gətirdi:
- 1984-cü ildə - hələ Sovetlərin gurladığı çağlarda Moskvada çapdan çıxan “Narodonaseleniye stran mira” (dünya xalqlarının məskunlaşması) kitabında da erməni, qaraçı, sinq və pəncəb dillərinin yaxın olduğu konkret əksini tapıb. Başa düş, Sovet dövründə, özü də rəsmi şəkildə.
- Allah Strabon, Tasit, Düma, Puşkin, Qriboyedev, Veliçko, Şopen və digər haqq edənlərə qəni-qəni rəhmət eləsin, onlar sizin insanlıq adına yamaq olduğunuzu, başkəsənliyinizi, namərdliyinizi cani dildən dəfələrlə vurğulayıblar, - deyə azərbaycanlı əlavə elədi.
Qaraçı “erməni”nin təpəsi tüstüləyirdi. Zəncir gəmirirdi. Vulkan kimi püskürməyə girəvə axtarırdı. Bu məqamda ələlxüsus da rus tarixçisinin “uf” demədən dərisini soymağa, diri-diri yandırmağa müntəzirdi.
- Həmişə Qafqazda sizin maraqlarınızı qoruyan yeganə dövlət olsaq da, amma çox vaxt bizi ayağa verirsiniz.
- Başa düşmədim, hələ də danışmağa dilin var... Əsrlər boyunca sizə qahmar çıxsaq da, bunun müqabilində hələ bizi ittiham eləməyə diliniz də gəlir? Hay-hay, biz olmasaydıq, sizin Qafqazda nə işiniz vardı?
- Düz deyir də, siz Şimali-Qərbi Hindistandan indiki Pakistan, Əfqanıstan, İran, oradan da Bizans ərazilərinə köç etmisiniz. Daha sonralar gah ingilislərin, gah rusların, gah farsların, gah da nə bilim kimlərin qoltuğunda onların geopoltik maraqlarına uyğun yerdəyişmələr etmisiniz, o cümlədən, xüsusən də Azərbaycanın müxtəlif ərazilərinə, İravana qədər. Fürsətcillik, naqislik qanınızdadır. Sizə qucaq açanların, dar gününüzdə bir parça çörəyini belə sizinlə bölüşənlərin kürəyinə xəncərinizi saplamaqdan ötrü sinov gedirsiniz.
Nə qədər kəsərli faktlar ortalığa qoyulsa da, qaraçı erməni susmaq niyyətində deyildi. Yeri gəldi, gəlmədi “Ucsuz-bucaqsız Ermənsitan”ın “tarixinə” baş vurmaqdan usanmırdı. Artıq hamının diqqəti bu masadaydı.
- Xeyri yoxdu, özünüzü dünyaya erməni adı altında təqdim etsəniz də, bunu beynəlxalq brendə çevirsəniz də, geci-tezi var, haqq-ədalət mütləq yerini tutacaq.
- Yaddan çıxarmayın ki, biz dünyanın ən ağıllı, müasir millətlərindən biriyik, nədi paxıllığınız tutur?
- Tarix boyunca dünyaya sahib çıxan dövlətlərin maraqlarından lazımınca yararlanmısınız, bu işdə sizə tay tapılmaz. Xristianlıq da tərəzini sizə sarı əyib. Bir də ki, vaxtilə keşişlərinizdən biri sizin heç nəyə yarmadığınızı yaxşı bildiyindən “müdrik” hərəkət edib. Onun hesabına bu gün siz dünyaya dolaq gələ bilirsiniz. Məhz onun təklifi ilə sizin qadınlarınız ingilis, türk, fransız, rus və digər millətlərin kişilərindən övladlar dünyaya gətirərək sizin geninizi xeyli dəyişdiriblər, bu hesaba başınızı başlara qatmısınız. Bunun üçün sadəcə, soyadlarınıza diqqət yetirmək kifayətdir. O keşiş yaxşı bilirdi ki, Hindistan əsilli etnosların qanı domianatdır, ələlxüsus da, qaraçıların. Nə sirdirsə, Allah belə məsləhət bilib. Əsrlərdi bu belədir. Qaraçının bir növü kimi erməni qadını kiminlə ailə qurmağından asılı olmayaraq törəməsi ermənimi deyək, haymı deyək, qısası mahiyyətcə qaraçı olaraq qalır. Hamı yaxşı bilir ki, qozbeli qəbir düzəltsə də, qaraçılar necə var, əsasən elə də qalırlar, hətta, oturaq həyata keçsələr də, istənilən sivil cəmiyyətə qovuşsalar da.
Bayaqdan bu mükaliməni lal-dinməzcə izləyən konfrans iştirakçılarından bir qismi nəhayət ki, səbrini basa bilməyərək azərbaycanlı tarixçi ilə həmrəylik rəmzi olaraq şırıqqa çaldı. Azərbaycanlı alim fikrini davam eləmək istəyərkən təkləndiyini görən erməni yanğı vermək üçün ona dilini çıxardı.
- Bizdə təqsir çoxdur, baxmayaraq ki, 30 ilə yaxındı müstəqilik, hələ də, sizin əsl mahiyyətinizi ortalığa qoya bilməmişik. Bu hələ azmış kimi bizim bir sıra alimlərimiz bir o qədər də mahiyyətinə varmadan sizə cürəbəcür yurdlar, vətənlər icad edirlər, təəssüf. Bəziləri sizi balkanlara calayır, bəziləri isə hətta bir qədər də irəli gedib sizin türk əsilli olduğunuzu iddia edir. Çox təəssüf, hələki, sizin qaraçı kökənli olduğunuzla bağlı konkret iş görənlərimiz yoxdu. Əslində, bu, dövlət səviyyəsində aparılmalıdır. Allaha şükür Hindistanda səfirliyimiz də fəaliyyət göstərir. Nəinki indiki, eləcə də, qədim qaraçı ermənilərinin dilini bilənlərimiz də kifayət qədərdir, o cümlədən, tarixçilərimizdən. Pəncab vilayəti də ki yerində. Hindistanda qədimdən qədim yazılı mənbələr də kifayət qədərdir. Sadəcə, bizim bir millət olaraq bu istiqamətdə ardıcıl və kompleks tədbirlər görməyimizin vaxtıdır, əminəm, nəticə özünü çox gözlətməyəcək. Vaxtilə Şaumyan da aradan cırıb təsadüfən Hindistana qaçmamışdı, o vaxt sizinkilər doğma yurduna indikindən daha dərindən bələddilər. İyirminci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinin elan edildiyi dövrdə bizdə çapdan çıxan mənbələrdə də sizin lap qədimlərdə Hindistandan köç etdiyiniz konkret əksini tapıb. O vaxt siz hələ tarixi indiki qədər saxtalaşdırmağa bir o qədər imkan tapmamışdınız.
- Baxın, paxıllığınızdan bizi görün daha haralardan çıxara bilərsiniz?
- Yaxşı, çox uzağa getməyək, bu yaxınlarda sifətini şirələyib yola saldığınız Serj Sarqsyanı və ya tezliklə həmin taleni yaşadacağınız Nikol Paşınyanı bir anlığa gözünüzün qarşısına gətirin. Hindistan filmlərindəki mənfi qəhrəmanlarla görünüşcə onların bir fərqi varmı, sanki, bir almanı tən bölmüsən. Özü də təkcə görkəmcə deyil, xarakter olaraq da sanki əkizsiniz. Buna nə sözünüz?
Növbəti fakt nə təhər tutarlı oldusa, bu dəfə əksəriyyyət konfrans iştirakçıları sürəkli alqışa qoşuldular.
- İndi başqalarının geni hesabına metisləşərək nisbətən “müasirləşən” siz qaraçılar, yenə də əliəyriliyinizdən, sehrbazlığınızdan, gözbağlayıcılığınızdan, yığıcılığınızdan qalmırsınız. Ona görə ki, bu sizin qanınızda, canınızdadır, zatən qaraçılar dəyişməzdir. Ən çox da bizim torpaqlara göz dikmisiniz. Başqalarının tarixinə, maddi-mədəniyyət abidələrinə, əqli mülkiyyətinə, qədim adət-ənənələrinə, ədəbiyyatına, yeməklərinə, mahnılarına, nə bilim, daha nələrinə sahib çıxmaqdan usanmırsınız... Bunu qonşumuz gürcülər də dəfələrlə təsdiqləyib... Sizin sifətinizdə insanlıq suyundan əsər-əlamət yoxdu, siz bəşəriyyətə yamaqsınız, - azərbaycanlı bütün varlığı ilə hayqırdı.
Acı həqiqətlə göz-gözə qaldığındanmı, indiyə qədər belə çıxılmaz vəziyyətə düşmədiyindənmi qaraçı erməni çaşqınlıq içində olsa da, ilan kimi sancmağından əl götürmək fikrindən uzaqdı:
- Ara, siz türklər o qədər sadəlövhsünüz ki, bizi özünüzə kirvə də seçirdiniz. Mən də vaxtilə sizinkilərdən birinin yox e, bir neçəsinin kirvəsi olmuşam. Ara, elə sizin Qarabağda uduzmağınızın başlıca səbəblərindən biri də budur. Adam da oğlunun “kişiliyi”ni qarı düşməninə həvalə edər? Elə bilirdiniz ki, biz buna, bir növ sizinlə qohumluğa təsadüfən razılaşırdıq? – bu dəfə erməni yanğısını acıq verərək Azərbaycan türkcəsində dilə gətirdi.
- Bax, buna sözüm yoxdu, həqiqətən də o bizim köklü səhvimizdi, bu, insanpərvərliklə heç cür bir araya sığmır.
Bayaqdan gönünə çırpılan həqiqətlərdən təndirə dönən qaraçı erməni yandığından bir qədər də üstünə qoyub səsini başına atdı:
- Ara, Artsax da bizimdi, bizim olacaq. Yaşasın “Böyük Ermənistan”...
Bu dəmdə növbəti iclasın başlamasını bildirən sonuncu zəng çalındı. Bir parça tüpürcəyini də bu qaraçı erməniyə artıq bilən tarixçilər istər-istəməz növbəti panel iclasına sarı yön aldılar. Həqarət dolu baxışlardan yayınmağa çalışan erməni də onlara qoşulmaq məcburiyyətindəydi. Dilini qasığına qoymasa da, içində min dəfə şükür eləyirdi ki, ara nə yaxşı, bu dəfəki konfransın mövzusu ermənilərin qaraçı əsilli olmalarına həsr edilməyib. Birdən ağlına gəldi ki, Allah eləməsin, ürəyində dediklərini kimsə eşidən olar, bu, lap dəlinin yadına daş salmaqdı. Bunların hələ biz qaraçı ermənilər haqqında bildikləri tarixi Nadirdən bəzi səhifələrdir, ağıllarına gəlməz ki, hələ biz özümüz haqqında nələri bilirik. Yoxsa, bizi Yer kürəsindən silib-süpürərdilər. Özü-özündən şəkk gətirən qaraçı qırığı tezcənə içində də kiridi.
Mənəviyyat işığında
(hekayə)
Aman, aman, bu jurnalist tayfasının əlindən. Vur-tut dünən axşam nişanlansa da, səhər hələ gözlərini yenicə ovxaladığı çağlarda artıq qəzetlər, agentliklər bunu Azərbaycana car çəkmişdi. İndi də televiziyalar onu küncə qısnamışdılar. Yalvar-yaxar, minnətlə bir təhər onlardan can qurtarmağa çalışırdı. Təvazökarlığından dabanlarına qədər tər içindəydi.
Daxili dünyasında səadət simfoniyası cövlan eləsə də, sevgi alovu onu qarsısa da, Qorxmazın gözlərinin önündən iştirakçısı olduğu qanlı döyüş səhnələri çəkilmək bilmirdi. Şəhid düşən soydaşlarının ruhu onu sakit buraxmırdı. Axı, niyə onlar yaramaz ermənilərin namərd xisləti ucbatından ailə səadəti kimi müqəddəs Tanrı payından məhrum olmalıydılar. Sədd, heyif!!!
İstər-istəməz yaralandığı döyüş anları yenidən birər-birər gözləri önündə canlandı. Düşmən gülləsi altında döyüş yoldaşlarını mühasirədən çıxararkən ayaqlarından aldığı yaraların ağrı-acıları yenidən onu sardı. Bir də xəstəxanada özünə gələndə bir ayağını dizdən yuxarı, o biri ayağını isə dizdən aşağı kəsilmiş vəziyyətdə görəndə cəhənnəm əzabı çəkmişdi. İndi millətinin fəxri, qürur mənbəyi idi. Milli Qəhrəmandı. Bu isə əvəzsiz məlhəmdi. Dövlət də, hər bir kəs də ondan ən azı mənəvi köməyini əsirgəməmişdi. Yoxsul ailədən olsa da, babat protez və əlil arabası ilə kifayətlənmək istəmişdi. Dövlətin ona bağışladığı üçotaqlı mənzilə isə əlacsızlıqdan razılıq vermişdi. Əvvəlki mənzilləri olduqca darısqal və ələgəlməz vəziyyətdəydi.
Soydaşlarının onun nişanlanması xəbərini elliklə bayram etmələri Qorxmazı yenidən göylərə qaldırmışdı. Dəvət eləsəydi, nəinki bütün Azərbaycan, hətta, bütöv Azərbaycan, o cümlədən, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımız da onun toyuna yığışardı. Bunda ona - iki ayağından məhrum olan kəsə həyat yoldaşı olmağa ikiəlli razılıq verən, ona qəlbi və ruhunun zirvəsində yer ayıran xanımının da olmazın payı vardı. Qorxmazsa, təmtəraqdan uzaqdı, toy məclisini bərkgedən restoranlardan heç birinə salmamışdı. Dəvətnamələri də yalnız yaxınlarına və müharibənin ağrı-acılarını birlikdə çəkdikləri döyüş yoldaşlarına paylamışdı.
Toy başlamaq üzrəydi. Dəvətlilər sifariş olunan restorana yaxınlaşdıqca, xahiş-minnətlə, üzrxahlıqla onları xüsusi miniavtobuslarla say-seçmə şadlıq evlərindən birinə sarı yönəldirdilər. Hamı şaşqınlıq içindəydi. Şahlara layiq məclis qurulan bu şadlıq sarayına dəvətlilərlə yanaşı Azərbaycanın qaymaqları yığışmışdılar. Cənubi Azərbaycandan və xarici ölkələrdən gələn, səbrini güc-bəla ilə basan xeyli qonaq da bəylə gəlinin intizarındaydılar.
Nəhayət, bəylə gəlin “Vağzalı” sədası və sürəkli alqışlar altında məclisə yan aldılar. Əlil arabasının yanğısını çəkənlər sezdirmədən göz yaşlarını içinə axıdırdılar. Bir əli ilə gəlinin əlindən bərk-bərk yapışan, pələng cüssəli o biri əli ilə arabanın təkərlərini hərəkətə gətirən Qorxmaz başı ilə şəstlə qonaqları salamlayır, heyrət içində şadlıq sarayına göz gəzdirirdi. Bu toydan vaxtında xəbər tutan dövlət əlaltından əməlli-başlı hazırlıq görmüş, bəylə-gəlini fakt qarşısında qoymuşdu. Məclis qızışdı, nə qızışdı. Əsrin toyu ortadaydı. Məclis lap Dədə Qorqud əyyamlarını xatırladırdı. Çal-çağır şahə qalxmışdı.
Ta toya gözbağlayıcılar təşrif buyurana qədər hər şey öz axarı ilə davam edirdi. Əsl həngamə də elə bundan sonra başlandı. Gəlindən başqa hamıdan bir dəqiqəliyinə gözlərini möhkəm-məhkəm bağlamaları xahiş olundu. Sevincindən çiçəyi çırtlayan məclis əhli hər bir əmrə qeyd-şərtsiz müntəzirdi. Onların hardan ağıllarına gələ bilərdi ki, bu dəqiqələrdə işarə barmaqları ilə gəlindən susmağı xahiş edən gözbağlayıcılar bəyi çırpışdırmaqdaydılar. Gözlərini açanda bəyi yerində görməyən hər kəs çaşqınlıq içindəydi, onlar mat-məəttəl ötən qısa müddətdə nələrin baş verdiyini anlamağa çalışırdılar. “Ay camaat, bəyi qaçırdılar” deyə dad döyən “qapıçı” gəncin məclisə səs salmasından sonra isə ara lap qarışdı, məssəb itdi.
Gəlinin özünü təmkinlə aparmasından torbada pişik olduğunu təxmin etsələr də, hər bir ehtimala qarşı hərə gümanı gələn yerə göz gəzdirirdi. Bəyin axtarışı səngimək bilmirdi. Beləcə dəqiqələr ötməkdəydi. Hər şey əvvəlcədən cızılmış ssenari üzrə gedirdi. Sən demə, həmin vaxt baş verənlərdən hələ də axıra qədər hali olmayan bəyə vaxtilə müalicə olunduğu xəstəxanada Almaniyada məxsusi olaraq onun üçün hazırlatdırılmış protezlər geyindirilirmiş. “Bəyin oğurlanması” əməliyyatına çox vaxt getməsin deyə ssenaridə şadlıq evinin həmin xəstəxananın beş addımlığında yerləşməsi də öncədən zərgərdəqiqliyi ilə nəzərə alınmışdı. Protez yüzə-yüz bəyin ayaqlarına biçilmişdi. Əgər, yaddaşı silinmiş olsaydı, bu anlarda, bəlkə də, Qorxmaz ayaqlarını itirdiyini tutmayacaqdı da. Əvvəlki yerişinə nisbətən yadrıxsa da, buna çox zaman lazım gəlmədi. Şadlıq sarayına yaxınlaşanda, artıq o, az qala hərbi yerişə keçmişdi.
Tamada hamını yerini tutmağa çağıraraq səsinə güc verdi.
- Deyirlər, qədim inancımıza görə, bəylə gəlin öz toylarında ürəkdən oynayanda həm bolluq, həm də ucuzluq olar. Odur ki məclisimizin səbəbkarlarını meydana dəvət edirəm, - deyə nəzakətlə gəlinin əlindən tutaraq onu giriş qapısına sarı yönəltdi.
Hamı səsini içinə qısıb, çaşqınlıqla nələrin baş verdiyini axıra qədər anlamağa çalışırdı. Budur, şükürlər olsun, şax-şux görkəmdə, öz ayaqları üstə namxuda möhkəm dayanan bəy bir qədər duruxan gəlinə göz basıb, qoşa əllərini ona uzatdı. Bir cüt xoşbəxt qaranquş sağa-sola süzməkdəydi. Hər kəs heyranlıqla onları seyr edirdi. Milli rəqsləri əcnəbi rəqslər əvəzlədikcə şırıqqa tavana dirənirdi. Kimsə bu heyrətamiz mənzərədən doydum demək bilmirdi. Sürprizlər bununla bitmədi. Az sonra əsl vətəndaşlıq mövqeyinə, Azərbaycan qadınının adını uca tutduğuna görə dövlətin adından gəlinə həsədolunacaq səviyyədə təmirli, mebelli dördotaqlı lüks mənzilin açarları təqdim edildi. Bəy də növbəti hədiyyəsiz qalmadı. Ona Yaponiyada xüsusi sifariş əsasında yığılmış, tam kompyuterləşdirilmiş, düyməni basmaq və sadəcə sükanı idarə etməklə hərəkətə gələn elektromobilin açarları verildi.
Öz axarınca davam edən məclisin gur çağıydı. Ötən müddətdə Qorxmazı sakit buraxmayan jurnalistlər bu dəfə toyda peyda oldular. Nişan kimi toydan da əksəriyyəti, elə dövləti də duyuq salan, bax, bunlardı. Neyləsinlər, onların da nüfuzu və çörəyi məhz belə məxsusi hadisələri qabaqlamaq bacarığından çıxır. Bir də ki, bundan da mühüm hansısa xəbər ola bilərdimi?
Nərmənazik, xanım-xatun jurnalist bir göz qırpımındaca özünü gəlinə yetirdi.
- Xoşbəxtsinizmi?
Gəlin suala gözlərindən sellənən sevinc yaşları ilə cavab verdi. Bu dəfə jurnalist mikrofonu bəyə sarı yönəltdi.
- Sözsüz ki, Siz də bu cür gözəl-göyçək, ağıllı-kamallı, etalon insanlıq nümunəsi göstərmiş xanımla bir ömrü paylaşacağınıza çox sevinirsiniz?
- Təbii, elədir, bu onun və valideynlərinin böyüklüyüdür, eləcə də, bizim milli mənəvi dəyərlərimizin mükəmməlliyinin əyani göstəricisidir. Qaldı ki, xoşbəxtliyə... Bu suala birmənalı cavab vermək çox çətindir... Zənnimcə, əsl xoşbəxt o kəslərdir ki, həyat yollarına məhz öz mənəviyyatları gur işıq salır.
“Şərikli” atalar sözləri
(hekayə)
“Şərq Tərəfdaşlığı” çərçivəsində Brüsseldə təşkil olunan növbəti tədbirə ədəbiyyatşünaslar qatılmışdılar. Mərasimə Cənubi Qafqaz ölkələri də dəvət olunmuşdu. Bu dəfəki müzakirələrin mövzusu atalar sözləri ilə bağlı idi. Tədbir sanballı alınsın deyə, Avropa İttifaqının maliyyə dəstəyi ilə hər bir ölkə öz atalar sözlərindən ibarət ingilis dilində kitab hazırlamışdı. Həmin kitablar bir neçə ay əvvəldən iştirakçılara paylanmışdı ki, müzakirələr daha dolğun keçsin.
Toplantının başlanmasına xeyli vaxt qalsa da, artıq qonaqlar mərasimin keçirildiyi məkana təşrif buyurmaqdaydılar. Özü də gələn-gələn erməni ədəbiyyatşünaslarını dövrəyə alırdı. Qızgın deyişmələr ara vermirdi. Yaxınlaşan-yaxınlaşan dığaları “top atəşi”nə tuturdu. Ələxüsus da, ingilis, fransız, italyan, yunan, rus və digər millətlərin nümayəndələri lap özlərinə əl qatmışdılar, az qala yaxalarını cıralar. Hikkələrindən bəbəkləri ovuclarına düşməkdəydi.
- Türklərin torpaqları ilə yanaşı milli-mənəvi dəyərlərinə də göz dikdiyiniz hamıya bəllidir. Di gəl, heç yatanda da yuxumuza girməzdi ki, sən demə, bizim atalar sözlərinə də yiyə çıxmaq eşqinə düşmüsünüz. Bu, heç bir kitaba sığmır. Axı, bizim əksər yazılı mənbələrimiz əsrlərin ənginliklərinə dirənir. Saxtakarlığın da həddi-hüdudu olar da?!
Erməni ola, nəyisə boynuna ala, hay-hay. Bunu onlardan gözləmək ən azı sadəlövhlükdür. Dədələri də gəlsə, haylar çırpışdırdıqlarını kimsəyə güzəştə getməzlər, etiraf onlarlıq deyil. Xeyri yoxdur, onun-bunun hesabına alababat müasirlik donu geyinsələr də, qaraçılıq canlarında, qanlarındadır. “Ucsuz-bucaqsız Ermənistan”ın quş lələyi ilə qələmə aldıqları “möhtəşəm tarix”inə istinad edərək bir vay-şüvən qoparacaqlar ki, tamaşasına dörd göz gərəkdi. Utanmaq, qızarmaq onlara yaddır.
Əcnəbilər dəlil-sübut kimi əllərindəki kitabları ermənilərin gözlərinə soxsalar da, nə faydası. Dığalar yaxa ələ vermək fikrindən uzaqdılar, bir ucdan dır-dır üyüdürdülər. Birini eşidəndə, beşini döşəyirdilər. Əcnəbilər də az aşın duzu deyildilər, dillərinə-dilçəklərinə yazıqları gəlmirdi:
- Dərd orasındadır ki, bizim atalar sözlərinin xeylisinin heç nöqtə-vergülünü də dəyişməmisiniz. Necə var öz dilinizə çevirərək dədə malı kimi özəlləşdirmisiniz.
- Biz etiraz edirik, bu qınaq qətiyyən bizlik deyil. Siz yanılırsınız, bizimkilər bu kəlamları atalarından necə eşidiblərsə, eynilə yazıya alıblar. Bir də ki, deyəsən unudursunuz ki, erməni əlifbası dünyada ən qədim əlifbadır. Buna nə sözünüz?!
Həmin dəmdə türk ədəbiyyatşünasların səbri tükəndi, var gücləri ilə hayqırdılar:
- Ay qurumsaqlar, sizin bu “kitabınız”dakı atalar sözlərinin çoxusu Türkiyə və Azərbaycan türklərinindir. Mümkündürmü, buradakıların hamısı haqsızdır, bircə siz aydan arı, sudan durusunuz?! Belə olmur, axı. Yəni bu qədər millət o günə qaldı ki, sizin atalar sözlərinə göz diksinlər. Görün, sizdən başqa hansısa bircəcik də olsun digər millətə qarşı bu cür ittihamlar irəli sürülür?! Bir mənliyiniz olsun da...
- Bütün dedikləriniz cəfəngiyyatdır, bizə şər atmayın, erməniləri heç cür gözünüz götürmür. Biz bu kitabdakılara başımızla cavabdehik, bunlar məhz bizim atalarımızın kəlamlarıdır, vəssalam. Yaxşı, ey bizim din qardaşlarımız, bu türk alimlərini bir təhər başa düşməyə çalışırıq, bizdən yanıqlıdırlar, bəs, siz niyə bizə düşmən kəsilmisiniz?! Hamınız gözünüzə su verin də, nə düşmüsünüz qabağa, görün, heç Azərbaycan türklərinin cınqırları belə çıxırmı?! Ona görə ki, onlar sizdən fərqli olaraq həqiqətin gözünə dik baxırlar...
Bu yerdə deyiblər e, dəlidən doğru xəbər... Hamının sual dolu baxışları istər-istəməz Azərbaycandan olan ədəbiyyatşünaslara yönəldi. Onların bayaqdan ağızlarına su alıb matdım-matdım bu mənzərəni sadəcə seyr etmələri heç bir sağlam məntiqə sığmırdı. Azərbaycanlıların başlarının hərəkəti ilə ermənilərin dediklərini təsdiqləmələri isə tədbir iştirakçılarında lap çaşqınlıq yaratdı, onların gözləri bərələ qaldı. Nəhayət, Azərbaycan türklərindən biri bu qeyri-müəyyənliyə son qoyaraq həmyerlilərinin qənaətini dilə gətirdi:
- Bu yerdə biz nəsə deməyə lüzum görmürük... Belə ki, istər bu dığalar olsun, istərsə də onların dədə-babalarının çoxsu türklərin, ingilislərin, fransızların, yunanların, italyanların, rusların, daha nə bilim kimlərin, kimlərin törəmələridirlər də. Onların belindən dünyaya gəliblər də. Bunu bilməyən kimsə yoxdur. Bunun üçün sadəcə onların soyadlarına diqqət yetirmək kifayətdir. Axı, sonluğuna “yan” şəkilçisini yamamalarına baxmayaraq bu dığaların əksəriyyətinin soyadının kökü də çox şeydən xəbər verir. Bizi üzürlü sayın, mübahisə etdiyiniz məsələylə bağlı sadəcə əlavə şərhə ehtiyac duymuruq...
Bayaqdan cin atına minən əcnəbilərdən qəfil bir şırıqqa qopdu ki, gəl görəsən, az qala şappıltısı göyə dirənə. Hamı şad-xürrəm toplantıya yollandı, o cümlədən, onlara simsar çıxan dığalar da.