Akif Əli - arxiv.reytingaz.info
20 Yanvar hadisələrinə özəl baxış
Akif ƏLİ,
Əməkdar jurnalist,
Fəlsəfə doktoru,
Yazıçı-publisist.
Sovet imperiyasının 70 il ərzində törətdiyi qanlı əməllərdən ən dəhşətlisi 20 Yanvar faciəsi oldu. Bu fövqəladə hadisə Azərbaycan xalqının tarixində həm kədər, həm də qəhrəmanlıq səhifəsi kimi əbədi iz saldı.
Kremlin vəhşi əməliyyatı haqqında çox deyilib, çox yazılıb, müxtəlif fikirlər, mövqelər bildirilib. Şahidi olduğum Yanvar olayları barədə ötən ilin sonlarında çapdan çıxmış “Salam, cənab Baş nazir” adlı kitabımda mən də öz fikir-düşüncələrimi, şəxsi mülahizələrimi qələmə almışam.
Kitab Nazirlər Kabinetində işlədiyim dövrlərə, xüsusən, Ulu öndər Heydər Əliyev komandasının layiqli nümayəndəsi, Prezident İlham Əliyevlə uzun illər çiyin-çiyinə çalışmış Baş nazir Artur Rasi-zadənin zəngin və maraqlı həyat yoluna işıq salır.
Düşünürəm, həmin kitabdan “20 Yanvar teleqramı” adlı hissənin bu gün hörmətli oxucuların diqqətinə təqdim etmək yerinə düşərdi.
“20 Yanvar teleqramı”
Müxaliflər bir ara A. Rasi-zadənin “20 Yanvarda Moskvaya teleqram vurub qoşunu Bakıya çağırması” barədə eyni periodikliklə hər il təkrarlanan iddianı dövriyyəyə buraxmışdılar. Ancaq bu versiyanın azacıq analizi həqiqətin harada olduğunu göstərirdi.
Üç yüz illik nəhəng imperiyanın dövlət siyasəti prizmasından baxanda sadə bir həqiqəti görmək olar ki, Kremlin özünün strateji mülahizəsi, geopolitik maraqları, ali siyasi qərarı və bu qərarın ideoloji təminatı hazırlanmasa, əyalətdən vurulan bir teleqramla Moskva yerindən tərpənməz! O ki ola qoşunu ayağa qaldırmaq!
O dövrün xronikasını xatırlamaq kifayətdir ki, Azərbaycana qarşı xəyanət planının həmin qanlı gecədən xeyli əvvəl məhz Kreml divarları arasında hazırlandığı və mərhələ-mərhələ həyata keçirildiyi aydın olsun.
...Moskvanın yüksək vəzifəli emissarları və xüsusi təyinatlılar şəbəkəsi faktiki olaraq 20 Yanvardan xeyli əvvəl xüsusi tapşırıqla Bakıda idilər. Aldıqları böyük rüşvətlər müqabilində ermənilərin əlaltısına çevrilmiş Mixail Qorbaçovun və Qorbaçovu idarə edən Raisa Maksimovnanın əsas tapşırığı – nə yolla olur-olsun “qədim erməni arzusunu” həyata keçirmək, “Dağlıq Qarabağı” Azərbaycandan qoparıb Ermənistana vermək idi.
1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni lobbisinin görüşü olmuşdu və ermənilər M.Qorbaçova xristianlığa aid qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi brilliant üzük və qolbağı hədiyyə etmişdilər. SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkova “Şəbəkə” üslubunda hazırlanan qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər. Belə səxavətli reveranslardan qanadlanan M.Qorbaçov hətta BMT-dəki beynəlxlaq sessiyanı yarımçıq tərk edib, Nyu-Yorkdan birbaşa Ermənistana, Spitakdakı zəlzələ zonasında “mərhəmət gəzisinə” uçmuşdu.
Kreml rəhbərliyinin qurduğu məkrli plana əsasən, SSRİ-nin DTK və QRU şəbəkələri hələ yaydan Bakıda və sərhəd zonalarında işləyir, bilərəkdən təxribatlar törədir, sonucda Azərbaycan xalqının gözünü qorxutmaqla tapşırılan məqsədə nail olmaq üçün zəmin yaradırdılar. Parallel olaraq mətbuat və KİV-lərdə “Baş Plan”ın ideoloji təminatı hazırlanırdı.
Gərginlikdə seytnot vəziyyətinə düşən komsomolçu-entuziast Ə.Vəzirov imperiya kanselyariyasının qurduğu mürəkkəb kolliziyalar içində başını itirmişdi, Moskva-Bakı arasında vurnuxurdu. Sonra isə tamamilə anlaqsız vəziyyətdə idarəetməni də itirdi və sükanı emissarlar verdi.
Hələ bundan iki il əvvəl, 1988-də xüsusi səlahiyyətlərlə Azərbaycana göndərilən Sov.İKP MK-nın şöbə müdiri A.Volskinin rəhbərliyi altında birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradılmışdı. O, Stepanakertə (Xankəndi) gələndən separatçıların əl-qolu açılmışdı, quldurluq artmışdı. 1989-cu ilin mayında isə Nikolay Rıjkov aldığı payın müqabilində “DQMV”-dakı bütün müəssisələrin Azərbaycan Respublikasının tabeçiliyindən çıxardılıb Mərkəzə tabe etdirilməsi barədə Qərar imzalamışdı.
Azərbaycana qarşı saymazyana bu qədər hüquqi zorakılıqlar törədildiyi halda, təəssüf ki, həmin vaxt SSRİ Xalq Deputatlarının qurultayında çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri (A.Mütəllibov) nə bu təhqiramiz qərardan, nə ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, nə də “Dağlıq Qarabağ”da baş verən separatizmdən bir kəlmə də danışmadı. Respublikaya qarşı baş verən böyük haqsızlıqlar barədə qurultaya məlumat verməyə cürəti çatan bir deputatımız da olmadı.
Əvəzində elə həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko, Azərbaycan SSR Daxili İşlər nazirinin Birinci müavini V.Barannikov Bakıya əlavə qüvvələr göndərilməsi barədə Kremldə xəlvəti danışıqlar apardılar...
Nəhayət, 1990-cı il yanvar ayının 13-də guya “bir erməninin iki azərbaycanlını öldürməsinə” cavab olaraq DTK-nın agentura şəbəkəsi Bakıda ermənilərə qarşı iğtişaşlar törətdi. O vaxt artıq əvvəlki danışıqlara əsasən, Bakıda olan (!) SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvələri hadisələrə seyrçi qaldı. Şəhərdəki “seçilmiş” ermənilərə qarşı qəddarcasına talanlar, qırğınlar, şiddətlər törədən “xüsusi dəstənin” ucaboy, iri cüssəli, vahiməli qara kitel geymiş naməlum üzvləri qəfildən şəhərdə peyda olub “əməliyyatı” keçirdikləri kimi, qəfildən də yoxa çıxdılar...
Qurama “erməni talanlarının” ardınca Siyasi Büro üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.Doqujiyev Bakıya gəldilər. Onların gəlişi ilə eyni vaxtda şəhər ətrafına müxtəlif kontingentli əlavə qoşun hissələri və ağır texnikalar endirildi. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Hətta AKP Mərkəzi Komitənin binasının daxilinə də təpədən-dırnağadək silahlanmış rus əsgərləri doldurulmuşdu. Onlar bütün günü dəhlizlərdə, pilləkənlərdə, qapılar arxasında yatışır, məqamı gözləyirdilər...
Şəhəri mühasirəyə alan ordunun tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş şübhəli dəstələr, o cümlədən, erməni millətindən olan zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantları daxil edilmişdi. SSRİ MN, QRU, DTK-nın 300-dən artıq yüksək rütbəli zabit və generalları neçə ay idi ki, Bakıda oturub “ekstremistlərlə döyüş” taktikası qurmaqda idilər. Ajiotajın dozasını artırmaq üçün şəhərdə cürbəcür “qorxulu şaiyələr” gəzdirilirdi. Hətta ermənilər “Azərbaycanın Livana, Bakının Beyruta çevriləcəyindən” danışırdılar!
Yuxarı Qarabağda azərbaycanlıları qətlə yetirən, kəndlərə basqın edib evləri yandıran erməni quldurlarının davranışına isə Moskva səssiz qalırdı.
Yanvarın 17-də “atmosfer təzyiqi” bir az da yüksəldi: MK-nın qarşısında simvolik dar ağacları quruldu. İzdihamlı mitinqlər başlandı. Y.Primakov və A.Girenko Xalq Cəbhəsinin nümayəndələri ilə görüşdülər. Səhərisi gün AXC fəalları Biləsuvar və Cəlilabad rayonlarının ərazisində sərhəd qurğularını sökməyə başladılar...
Beləliklə, artıq məsələ tam lazımi “kondisiyaya” çatmışdı. Son olaraq yanvarın 19-da Y.Primakov və A.Girenko Azərbaycan KP MK-nın binası qarşısındakı “dar ağacı” mitinqinin təşkilatçıları ilə görüşdülər və “qoşunun şəhərə girməyəcəyini” vəd edib, eyforiyada olan “cəbhəçi” liderləri arxayın saldılar. Liderlər isə xalqı...
Ancaq Kreml V.İ.Leninin inqilabi təcrübəsindən məharətlə bəhrələndi: “Bu gün tezdir, sabah gecdir – bu gecə!”
Yanvarın 19-dan 20-nə keçən - həmin “arxayın” gecədə hücum əmri verildi. Və gecə səhərədək şəhərdə qan su yerinə axdı... “Göz yaşlarına inanmayan” Moskvanın sinizmi o dərəcədə idi ki, yalnız səhər saat 7-də Azərbaycan Radiosu ilə xalqa elan edildi ki, sən demə dünən axşamdan Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqi barədə M.Qorbaçovun Fərmanı var imiş və küçəyə çıxmaq olmazmış... Bu elan verilənə qədər artıq iş-işdən keçmiş, gecə səhərədək xeyli dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, itkin düşmüş, şəhər tar-mar edilmişdi.
Hadisələrin sxematik tablosu budur. Və bu tabloya ötəri baxışdan da aydın olur ki, uzun müddət ərzində məqsədli şəkildə mərhələ-mərhələ qurulan, SSRİ-nin güc strukturlarının hazırlayıb həyata keçirtdiyi irimiqyaslı "Zərbə" əməliyyatını “Nazirlər Soveti sədrinin müavini teleqram vurdu, qoşun dərhal Bakıya gəldi” - səviyyəsinə endirmək özü səviyyəsiz söhbətdir.
Üstəlik, 1994-cü ildə Heydər Əliyevin iştirakı ilə keçirilən iclasda Milli Məclis 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verərək, Sovet Silahlı Qüvvələrinin Bakı şəhərində və respublikanın bir neçə rayonunda silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejiminin düşünülmüş hərbi cinayəti kimi qiymətləndirib. Faciəni təşkil edən Sovet İttifaqı Kommunist Partiyası, Sovet Dövləti və Hökuməti rəhbərliyinin, o cümlədən, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi rəsmən təsbit olundu.
Bəli, məhz rejimin düşünülmüş hərbi cinayəti!
Daha bir ədəd teleqramla başa gələn spontan qırğın yox...
Axı, nə qədər ağlabatandır ki, ierarxiya qaydasında Azərbaycan KP MK-nın 1-ci katibi, rus 2-ci katibi, Ali Sovetin sədri, sədrin müavinləri, Nazirlər Sovetinin sədri dura-dura, subordinasiyaya görə onların hamısından aşağı pillədə dayanan müavin özbaşına götürüb Kremlə müraciət yaza və dünyaya meydan oxuyan Kreml də həyəcana düşüb qoşunu ayağa qaldıra ki, gedin qırın camaatı...
Yəni təsəvvür edin, Kremldə oturan M.Qorbaçov hansısa əyalətdən gələn bir teleramla əl-ayağa düşür. Və nəhəng SSRİ-ni idarə edən adam qərar çıxartmaq üçün labüd olan araşdırma aparmadan, nə Azərbaycanın rəhbəri Ə.Vəzirovdan, nə teleqramı vuran müavinin rəhbəri A.Mütəllibovdan, nə xüsusi təhlükəsizlik orqanlarından heç nə soruşmadan, onların rəyini öyrənmədən Dmitri Yazovu çağırır, deyir bəs çox qorxulu teleqram gəlib, tez Bakıya qoşun göndər...
Əlbəttə, gülməlidir!
Bu işlər belə olmur! Belə absurd versiya ancaq dövlət idarəçiliyindən az xəbəri olan çox iddialı adamın ağlına gələ bilər. Baş nazir əleyhinə kompromat quraşdıran versiya müəllifləri sadə bir detalı da unudublar ki, 20 Yanvar qırğınından sonra Kreml “teleqramı ilə onlara xidmət göstərən” Artur Rasi-zadəni yox, Əbdürrəhman Vəzirovu hərbi təyyarədə Moskvaya qaçırtdı. Və 20 Yanvar qırğınından sonra Kreml Artur Rasi-zadəni yox, Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi, Həsən Həsənovu Nazirlər Sovetinin sədri vəzifələrinə təyin etdi...
Mübarizə metodu kimi “qurşaqdan aşağı zərbələrin” dəb olduğu şəraitdə populistlərin anoloji manipulyasiyaları təəccüblü deyil. Daha çox təəccüblü olan nahaq şərə, böhtana, haqsız ittihamlara tuş gələn adamların abrına qısılaraq susmaq məcburiyyətində qalmalarıdır. İllər uzunu ən müxtəlif subyektiv motivlərlə qarayaxmalara tuş gələn Artur Tahir oğlu əsassız uydurmalara heç vaxt niyə cavab vermək istəmədiyini belə izah edirdi: “Mən o səviyyəyə enib yalanın, iftiranın nəyinə təkzib verim?! Olmayan uydurmalar haqqında nə danışım?!”
Bəli, “ayaqların baş olduğu”, cahilliyin meydan suladığı məqamlarda müdriklər həmişə səbrlə susub. Hələ 1991-ci ildə qələmə aldığım və bir neçə mətbu orqanda dərc edilən “Peyğəmbərin cavabı” adlı pritçada olduğu kimi.
Peyğəmbərin cavabı
...Belə rəvayət edirlər ki, Tanrının Elçisi hər gün eyni vaxtda eyni bir məhəllədən keçib ibadətə gedərmiş. Və hər dəfə O, həmin məhlədən keçib gedəndə cahillər Ona söz atıb dininə lağ edərlərmiş, peyğəmbərliyini ələ salıb gülərlərmiş, uşaqlar bu müqəddəs insanı daşa basarmış…
Peyğəmbər isə heç vaxt onlara məhəl qoymaz, yanındakılara da cavab qaytarmağa izn verməzmiş. Dinməzcə başını aşağı salıb öz yolu ilə Tanrının məbədinə doğru gedərmiş.
Bir belə, beş belə, axır bir gün Peyğəmbəri sevən möminlərdən biri dözmür, deyir, ya Peyğəmbər, sən bu avam, cahil adamlara niyə dinmirsən? Niyə qayıdıb onların cavabını vermirsən? Niyə o söyüşlərin müqabilində susursan? Bizi də susdurursan...
Peyğəmbər həmən mömin bəndəyə üzünü tutub deyir:
“Övladım, mən hər cahil adamla ağız-ağıza versəm və hər yetənə cavab qaytarsam, onda Tanrıma layiq Peyğəmbər olmaram ki?! Olaram həmən nadanların tayı…”
Mömin yenə qayıdır ki, axı nə qədər dözmək olar? Siz səbr göstərib məhəl qoymursunuz, onlarsa cahillik edib söyüşdən, küfrdən doymurlar. Siz müdriklik edib onlara baş qoşmursunuz, insanlıq edib onların təhqirinə təhqirlə cavab vermirsiniz, ədəb-ərkan göstərib onların söyüşünü özlərinə qaytarmırsınız, onlarsa əl çəkmək bilmirlər...
Peyğəmbər diqqətlə dinləyib yenə dərin düşüncələr içərisində deyir:
“Bax, övladım, əgər o daş atan, o söyüş söyən, şər deyən nadanlar pis əməllərindən əl çəkmirlərsə, mən niyə öz yaxşı əməlimdən əl çəkib cahillərə baş qoşmalıyam, dilimə nalayiq söz gətirib ədəb-ərkanımı pozmalıyam?! Səbr elə, Tanrı böyükdür!”
20.01.2026
Düşənbədə: dünən və bugün
Akif ƏLİ,
Əməkdar jurnalist,
fəlsəfə doktoru,
yazıçı-publisist.
Noyabrın axırlarında beynəlxalq konfransla bağlı Tacikistanın paytaxtında oldum. Bu mənim Düşənbəyə üçüncü səfərim idi.
İlk dəfə çox illər qabaq, hələ Sovet vaxtı, ilk gənclik, yeniyetməlik dövründə Düşənbədə olmuşdum. O zamanlar əksər gənclər kimi, mənim də kinoya böyük həvəsim var idi və orta məktəbin yuxarı siniflərində oxuyanda tez-tez yaxınlığımızdakı “Azərbaycanfilm” kinostudiyasına gedib-gəlirdim. Sonra professor Adil İskəndərovun yaratdığı 2-illik Kinoaktyorluq kurslarında oxudum. Kursda ustad dərsləri keçən görkəmli kinorejissor Kamil Rüstəmbəyov bizi kino çəkilişi ilə yaxından tanış etmək üçün özünün lentə aldığı “Axırıncı aşırım” filmində kütləvi səhnələrdə iştiraka aparırdı. Sonra mən kinorejissor Oqtay Mirqasımovun çəkdiyi “1001-ci qastrol” filmində rejissor yardımçısı kimi işləməyə başladım.
“1001-ci qastrol” filmində baş rolu dahi müğənni Rəşid Behbudov ifa edirdi. Rejissor yardımçısı kimi mən müxtəlif çəkiliş zərurətləri ilə əlaqədar bu qeyri-adi şəxsiyyətlə mütəmadi ünsiyyətdə olurdum. Hətta aramızda səmimi dostyana münasibət yaranmışdı. Həyatda rast gəldiyim çox dəyərli şəxsiyyətlərdən biri kimi, Rəşid Behbudovla tanışlığı da taleyin naxışı hesab edirəm. Onunla bağlı xatirələrim başqa bir yazının mövzusu olsa da, konkret onu deyim ki, Rəşid Behbudovla ünsiyyət həm həyata, həm də sənətə baxışlarımın formalaşmasında müstəsna rol oynayıb.
Biz Suxumi, Adler, Qaqra şəhərlərində çəkilişlərdə olanda eşitdim ki, “Tacikfilm” kinostudiyasından bir nəfər qadın rejissor assistenti aktyor axtarışı ilə Zaqafqaziya respublikalarına səfərə çıxıb və bizim kinostudiyada da olub. O, studiyanın Kinoaktyor şöbəsində kataloqdan ştatdakı bir neçə aktyorun fotoşəkilini seçib özü ilə Düşənbəyə aparıb. Mən ştatda olmasam da, Kinoaktyor kurslarında oxuduğum üçün kartotekada mənim də fotoşəklim var idi...
Bir gün Düşənbədən teleqram gəldi. Məni “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” bədii filmində əsas obrazın sınaq çəkilişlərinə dəvət edirdilər. Təbii, çox sevindim və deyilən vaxtda Düşənbəyə getdim. Filmi yerli kinorejissor Abdusalom Rahimov və Leninqradlı (indi Sankt-Peterburq) Stanislav Çaplin birgə çəkirdilər. Ssenari ilə tanışlıqdan sonra sınaq çəkilişləri oldu. Həm Zaqafqaziya, həm də Orta Asiya respublikalarından çoxlu gənc peşəkar aktyor sınaq üçün dəvət edilmişdi.
Kinorejissor Stanislav Çaplinlə xeyli yaradıcılıq söhbətlərimiz oldu; o, müasir sovet kinosu, aktyor oyunu, obrazın xarakteri, dünyagörüşü və s. barədə mənim fikirlərimlə maraqlanırdı. Sənətə münasibətdə bizim mövqelərimiz demək olar ki oxşar idi. Bir-birimizi yaxşı başa düşürdük. Nəhayət, çəkilişlər bitdi və biz köhnə tanışlar kimi sağollaşıb ayrıldıq.
Mən Bakıya qayıdıb “1001-ci qastrol” kinoqrupunda öz işimi davam etdirdim. Aradan bir müddət keçəndən sonra Düşənbədən teleqram aldım: “Təbrik edirəm. Siz “Uzun müharibədə qısa görüşlər” filmində baş rola - Rüstəm obrazına təsdiq olunmusunuz. Hörmətlə, Stanislav Çaplin”.
Təbii, sevincimin həddi-hüdudu yox idi. Kinostudiyadakı dost-tanış da, evdəki qohum-əqraba da bu xəbəri həm maraqla, həm də təəccüblə qarşıladılar.
Bir ay sonra mən artıq yeni filmin çəkilişlərində idim. Bu dəfə kinoaktyor kimi və baş rolda. Tərəf-müqabilim Özbəkistandan məşhur kinoaktrisa Tamara Şakirova idi. Filmi müxtəlif məkanlarda çəkirdik: paytaxt Düşənbədə, Semiqanç adlı dağ qışlağında, Moskvada, Leninqradda, Fin körfəzində... Təbii ki, bədii filmdə baş rol üzərində işləmək, tamam ayrı bir mühitdə, başqa səviyyəli və xarakterli insanlar arasında çalışmaq gənc kino həvəskarı üçün növbəti həyat və sənət məktəbi idi.
O zamanlar Düşənbə Orta Asiyanın çox da böyük olmayan, Sovetin bütün xarakterik cizgilərini özündə daşıyan, hətta vaxtilə Stalinabad adlandırılan sadə, sakit əyalət şəhəri idi. Gəzməli-görməli yerləri o qədər də çox deyildi. Adi küçələri bizim “xruşşovkalar” kimi eyni qəlibdən çıxmış balaca, standart panel evlər bəzəyirdi. Yadımda qalan ən böyük bina Opera Teatrının binası idi. Bir də Düşənbənin zəngin bazarı unudulmazdır: bal kimi şirin çarcou yemişi bütün bazar ərazisində topa-topa yığılmışdı, piştaxtaların üstü iri qara kişmiş təpəcikləri ilə, dadlı badam, qoz, fındıq çərəzləri ilə dolu idi...
Düşənbənin özü kimi sadə adamları isə çox səmimi, böyük qəlbli insanlar kimi yadımda qalıb. Orda çox yaxşı dostlar qazandım. Sonralar da əlaqə saxlayırdıq. Ancaq Qorbaçovun “perestoykası” aləmi qarışdırdı, bütün əlaqələr itdi, hərə bir tərəfə dağıldı. Onsuz da əzəldən “Sovet demokratiyasına” dözümsüz olan Stanislav Çaplin isə sərhədlər açılan kimi İsrailə köçdü... Çəkiliş qrupunda bir-iki gəlmə rus əməkdaşdan, xüsusən ayıq vaxtını görmədiyim qansız-imansız adminstrasiya nəfərindən fərqli olaraq, yerli taciklərin qonaqpərvərliyi, mehribanlığı, hətta rəğbətli münasibəti, mədəni davranışı çox rahat iş şəraiti yaradırdı. “Tacikfilm”dəki çəkilişlərdən bir ömürlük xatirə ilə ayrıldım.
Biz Leninqradda çəkilişlərdə olanda, başqa bir teleqram aldım. Bakıdan - “Azərbaycanfilm”dən kinorejissor Rasim Ocaqov məni “Tütək səsi” filmində Tapdıq rolunun sınaq çəkilişlərinə dəvət edirdi...
Düşənbəyə ikinci səfərim artıq müstəqillik illərinə təsadüf etdi. Mən onda artıq dövlət qulluqçusu idim və Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdım. Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən MDB Hökumət Başçıları Şurasının növbəti iclasına gəlmişdi.
Həmin səfər öncədən hazırlanmış və razılaşdırılmış dəqiq protokol çərçivəsində keçdiyi üçün, şəhərdə olduğumuz günləri ancaq rəsmi iclaslarda, qəbullarda, görüşlərdə keçirdik. Düşənbə şəhərini tədbirdən-tədbirə şütüyən avtomobil karvanında maşının pəncərəsindən görə bilirdik. Yalnız sonuncu gün axşam tədbirlər bitəndən sonra, təxminən 22 radələrində nümayəndə heyətimizin üzvləri Baş nazirlə birlikdə şəhəri piyada gəzməyə çıxdı. Gecə vaxtı olduğundan mən bu Düşənbəni Sovet Düşənbəsindən ayıran cəhətləri çox da sezə bilmirdim. Ancaq bir yeni işıqlı abidə yadımda qalıb ki, onun da nə olduğunu yalnız üçüncü səfərimdə təxmin edə bildim.
Nəhayət, üçüncü dəfə - bu ilin noyabrında yaradıcılıqla bağlı Düşənbədə oldum. Və bu dəfə müstəqillik dövrü Düşənbəsinin Sovet dövrü Düşənbəsindən fərqini aydın şəkildə gördüm. Şəhər çox dəyişilmişdi. İlk səfərdən fərqli olaraq, mən bu dəfə artıq böyük, yaraşıqlı, müasir bir şəhərə gəlmişdim. Enli küçələr, geniş meydanlarda güllərdən qurulan gözəl ornamentli xalçaya bənzər sahələr, yolların kənarında əkilən əlvan gül kolları, müasir avtomobillər, çoxlu sayda hündürmərtəbəli binalar, milli üslubda tikilmiş yaraşıqlı evlər, əzəmətli dövlət və hökumət iqamətgahları... Düşənbə çox dəyişmişdi. Qaldığım möhtəşəm “Hyat Regency” oteli yeni dövranı göstərən ən bariz nümunələrdən biri idi. Sovet vaxtı qaldığım sadə, adi rayon mehmanxanasından fərqli olaraq, bu mehmanxana təkcə Avropa səviyyəli yaraşıqlı, möhtəşəm binası ilə deyil, daxilindəki yüksək səviyyəli işçi personalı və xidmətləri ilə də əsil rahatlıq, dinclik məkanı idi.
Düşənbədə təkcə şəhər bazarı dəyişməz qalmışdı: eynilə tay-tay yığılmış bal kimi şirin çarcou yemişləri, piştaxtaları bəzəyən iri-iri qara kişmişlər, dadlı badam, qoz, fındıq çərəzləri ilə dolu zəngin bazar...
Şəhərin mərkəzində ölkənin rəmzi sayılan Şah İsmayıl Somoninin şərəfinə əzəmətli abidə kompleksi ucaldılıb. Yadıma düşdü ki, keçən səfər Baş nazirlə gələndə gecə vaxtı gördüyümüz hündür yeni tikili məhz bu abidə imiş. Taciklərin Milli qəhrəmanı olan Şah İsmayıl Somoni ölkənin qurucusu sayılır. Tacik pul vahidi də onun şərəfinə “somoni” adlanır. Heykəlin yerləşdiyi möhtəşəm kompleksin lap üstdəki pik nöqtəsində şah tacına bənzər iri fiqur qoyulub. Heykəlin önündəki “gül xalçasının” ətrafında, yaxınlıqda salınmış Orta əsrlər idilliyasını xatırladan “Ustad Rudəki Bağı”nda insanlar gəzişir, şəkil çəkdirir, istirahət edirlər. Somoninin heykəlinin yanında isə daimi qarovul çəkən polis postu qurulub. Mən polisə yaxınlaşıb maraqlandım ki, burda post qurub heykəli qorumaq nə üçündür, qranit abidəyə nə təhlükə ola bilər? O isə cavab verdi ki, baxın, kompleksin ən üst hissəsində gördüyünüz nəhəng şah tacı - təmiz qızıldandır!
...Düşənbəyə gəlişim ziyalı insanlar üçün xüsusi maraq doğurdu. Onlar vaxtilə “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” filmini xatırlayıb, baş qəhrəman Rüstəm obrazını yaradan Azərbaycanlını Düşənbədə “canlı” görməkdən məmnunluqlarını gizlətmirdilər.
Tacikistan Milli Kitabxanasının direktoru Türkiyədə səfərdə olduğu üçün, direktorun müavini Muhammadikboli Ato məni səmimiyyətlə qarşıladı. Azərbaycan-Tacikistan ədəbi-mədəni əlaqələrindən danışdıq, məni şair, yazıçı, satirik dostları ilə tanış etdi. Kitabxana fondunda Azərbaycan ədiblərinin 500 kitabının saxlanıldığını dedi. Mənim də kitabımın məmnuniyyətlə fondda saxlanılacağını bildirdi. Gəzdiyim dünya şəhərlərinin bir neçəsində olduğu kimi, burada da seçilmiş əsərlərdən ibarət “Yaradan” adlı kitabımı Milli Kitabxanya hədiyyə etdim. O da mənə maraqlı bir kitab bağışladı: müəllifi Haşim Qado. Bu həmin Haşim Qadoyevdir ki, “Azərbaycanfilm” kinostudiyasında “Dədə Qorqud” filmində Qazan xan obrazına çəkilib. İndi artıq 88 yaşını haqlamış bu məşhur kinoaktyor Tacikistanda xalqın sevimli sənətkarlarındandır. Muhammadikbolun dediyinə görə, qocaman kinoaktyor indi kitab yazmaqla məşğuldur və yüzlərlə kitabın üzərində Haşim Qado imzası var. Keçmişin sevilən populyar kinoaktyoru çox məhsuldar yazıçı-publisist kimi çalışmaqdadır. Əsasən öz xatirələrini, gördüklərini, çoxsaylı görüşlərini, müşahidələrini, müsahibə mətnlərini, şəxsi fikir-düşüncələrini, haqqında deyilənləri qələmə alır. Bildirildi ki, Tacikistanda əhalinin mütaliəyə marağı böyükdür. Kitabxanaların oxucu problemi yoxdur.
Düşənbədə olmağım barədə xəbər kino və televiziya əməkdaşlarının da diqqətini cəlb etmişdi. Kinorejissor Rüstəm Şoazimov mehmanxanaya zəng vurub özünü təqdim etdi, çəkdiyi filmlərdən, kinofestivallarda qazandığı uğurlardan danışdı və görüşmək arzusunu bildirdi. Həmçinin tanınmış jurnalist, teleaparıcı Nəsibə Rustamzoda-Bazarova da zəng vurub intervyü götürmək istədiyini dedi. Vədələşdik ki, hamımız bir yerdə “Sinema TV”-də görüşək. Həm bir-birimizlə tanış olaq, həm də TV üçün çəkiliş aparaq.
“Sinema TV” Düşənbədə yayımlanan xüsusi kinofilmlər kanalıdır. Bu kanal Tacik kinosunun təbliği məqsədilə yaradılıb. Kanalda mütəmadi həm kinofilmlər nümayiş olunur, həm də kino xadimləri ilə, - rejissor, operator, aktyor, rəssam, bəstəçi və s. yaradıcı işçilərlə görüşlər, portretlər, müsahibələr çəkilib efirə verilir. Bu məxsusi kino telekanalı dövlət tərəfindən maliyyələşdirilir. Məqsəd Tacikistanda kinematoqrafiyanın inkişafına yardım etmək, onu regionda öncül yerə çıxartmaqdır.
Əvvəllər də maraqlı özünəməxsus filmləri olan digər Orta Asiya respublikaları da son illər kinonun inkişafına daha böyük diqqət yetirməyə başlayıblar. Müasir informasiya zamanında onlar vizual sənətin təsir gücünü lazımınca qiymətləndirib ölkənin, xalqın dünyada daha geniş tanıdılması üçün nəzərlərini bu sahəyə yönəldiblər. Xüsusən Qazaxıstanda və Özbəkistanda kinoya dövlət qayğısı böyükdür. Büdcədən kinoya həm külli miqdarda vəsait ayrılır, həm də bu vəsaitin istiqməti üzrə səmərəli xərclənməsinə, qazax və özbək xalqının qədim tarixinə, mədəniyyətinə, milli özgürlüyünün təbliğinə dair filmlərin peşəkar səviyyədə çəkilməsinə ciddi nəzarət edilir.
Yeri gəlmişkən, bizim ictimai-mədəni arealda Tomris əfsanəsi geniş yayılıb və bu cəsur qadın haqqında tarixi materiallar kifayət qədər məşhurdur. Ancaq bir-neçə il öncə Qazaxıstan studiyası “Tomiris” filmini çəkdi və onu dünyaya qazaxların milli qəhrəmanı kimi tanıtdı. Halbuki tarixdən məlumdur ki, Tomrisin ən böyük şücaəti sayılan və bu mövzuda Avropa İntibah rəssamlarının da böyük tablolar çəkdiyi mövzu – qan tökməkdən doymayan fars şahı Kirin başının bədənindən ayrılıb qanla dolu tuluğa salınması hadisəsi - məhz Arazın bu tayında, Azərbaycan ərazisində baş verib... Ümumiyyətlə, oxşar ibrətamiz və örnək hadisələrlə zəngin Azərbaycan tarixi milli kinomuz üçün zəngin materialdır. Ancaq müasir dövrdə kino sahəsində fəaliyyət göstərən işçilər üçün bu sayaq tarixi mövzular ya maraqsızdır, ya da naməlum...
Düşənbə söhbətinə qayıdaraq, deyim ki, “Sinema TV”də istedadlı teleaparıcı Nəsibə xanım mənimlə bağlı maraqlı veriliş hazırladı. “Nəqşi mən” adlanan bu proqramda Nəsibə xanım tacik tamaşaçısına vaxtilə “Tacikfilm”də çəkilən “Uzun müharibədə qısa görüşlər” filminin baş qəhrəmanını geniş təqdim etdi. Studiyada ətraflı söhbət zamanı biz efirdə həm filmlə bağlı xatirələrdən, o illərin çəkiliş proseslərindən danışdıq, həm də sonrakı illərdə mənim “Azərbaycanfilm”də yaratdığım “Tütək səsi” filmindəki Tapdıq, “Arxadan vurulan zərbə” filmindəki Fazil müəllim obrazları haqqında danışdıq. Verilişi hazırlayarkən Nəsibə xanım həmin filmlərdən bəzi epizodları da montajı zamanı müsahibəmizə illüstrasiya kimi daxil edib.
Kinodan sonra, aparıcı mətbuat sahəsinə keçid etdi, 40 ildən artıq ömrümü həsr etdiyim jurnalist fəaliyyətimlə bağlı söhbət açdı. Radio və televiziya verilişlərim, qəzet məqalələrim, elmi-publisistik yazılarım, kitablarım barədə ətraflı danışdıq... Bir sözlə, veriliş boyu vaxtilə böyük kinoya Tacikistanda ilk addımlarını atan şəxs haqqında tacik tamaşaçılarına müfəssəl məlumat verildi, Düşənbə üçün yad olmayan adamın bütün həyat və fəaliyyəti foto-kino-materialların müşaiyəti ilə lakonik şəkildə təqdim edildi.
Telestudiyadakı çəkilişlərə nəzarət etmək üçün tanınmış kinorejissor Rüstəm Şoazimov özü şəxsən pult arxasında əyləşdi. Studiyada dekorasiyanın tərtibatı, kameraların yerləri, kadrların rakursu, işığın düzgün qurulması üçün həm o, həm də tele-operatorlar Mizrob Malikov, Ziyo Nabiyev, Daler Avazov peşəkarcasına çalışdılar.
...“Nəqşi mən” verilişi efirə gedəndə mən artıq Bakıda idim. Bu barədə Nəsibə xanım mənə məlumat verdi. Və tele-proqramın linkini göndərdi. Verilişi yaxın günlərdə sosial şəbəkələrdə yayınlamağı nəzərdə tuturam.
Düşünürəm Azərbaycan mədəniyyəti Tacikistanda sevildiyi kimi, Tacik mədəniyyətinin də Azərbaycanda təqdim olunması sənətsevərlər üçün eynilə maraqlı olar. Bütün hallarda, müxtəlif xalqlar arasında mədəni mübadilənin intensivləşdirirlməsi ölkələr arasında qarşılıqlı faydalı əlaqələrin də daha möhkəm və davamlı olmasına vəsilədir.
Hesab edirəm Düşənbədə tacik dostlardan gördüyüm səmimi, həssas, isti münasibət təkcə mənim personama görə deyil, ümumən Azərbaycana və azərbaycanlılara olan xüsusi rəğbətdən irəli gəlirdi. Mən ölkəmizə və xalqımıza olan bu rəğbəti illər əvvəl Düşənbəyə gəldiyim ilk səfərimdə də hiss etmişdim, indiki son səfərimdə də daha artıq hiss etdim...
Doğma Vətənimiz haqqında dost ölkədə mövcud olan geniş bilgilərə daha bir kiçik informasiyanın da əlavə olunmasında iştirakdan çox məmnunam.
22 dekabr 2025
Köç kompleksi
Akif ƏLİ,
Əməkdar jurnalist,
Fəlsəfə doktoru,
Yazıçı-publisist.
...Bolşeviklərin ümumbəşər mədəniyyətinin sərvətlərini və dəyərlərini yeni “sosialist gəmisindən” atmaq cəhdlərinin, “mədəni inqilab” eksperimentinin baş tutmadığını, əksinə insanlara böyük fəlakətlər gətirdiyini, ölkəni süquta uğratdığını görən kommunist liderlər 1950-60-cı illərdə kursu dəyişmək qərarına gəldilər. “Vəhşi Qərbin” arxasınca getməkdən başqa çarə yox idi. Elə o zamanlardan bütün partiya məktəblərində, o cümlədən Bakı Ali Partiya Məktəbində (BAMP) Kulturologiya kafedrası açıldı.
Sonralar BAPM Sosial İdarəetmə və Politologiya İnstitutu adlandırılsa da (indiki - Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) yenə Kulturologiya kafedrası qalırdı. Çünki bu fənn vacib sayılırdı. Mən 1994-cü ildə dövlət qulluğuna dəvət olunmamışdan öncəki illəri o kafedranın müdiri işləyirdim. Biz “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi”, “Nitq mədəniyyəti” fənlərindən dərs deyirdik. Ali məktəbə yeni daxil olan gənclərə baza təhsili kimi Mədəniyyətin nəzəri əsasları barədə elmi biliklər, dünya xalqlarının Mədəniyyəti barədə məlumatlar verilirdi. Sadə dillə desək, Mədəniyyət nədir, o nə üçündür, cəmiyyətdə yeri, bəşəriyyət üçün əhəmiyyəti, insan şəxsiyyətinin, zövqünün, əxlaqının, dünyabaxışının formalaşmasında Mədəniyyətin rolu və s. bu kimi zəruri məsələlər öyrədilirdi. Beləcə, hələ birinci kursdan baza təhsili kimi Mədəniyyət dəyərlərinə bələd olan gənc seçdiyi ixtisas üzrə sonrakı təhsil prosesində elmə, biliyə daha anlayışla yanaşır, peşəyə daha dərindən nüfuz edə bilirdi. Ali məktəbi bitirdikdən sonra isə sərbəst həyata qədəm qoyub hər hansı vəzifə tutanda, ona aşılanmış Mədəniyyət vərdişləri iş yerində köməyinə gəlir. Vəzifəli kadr hadisələrə daha sağlam mövqedən yanaşır, ünsiyyətdə olduğu, qəbuluna gələn sadə insanlara daha həssas, nəzakətli münasibət bəsləyir...
Uzun sözün qısası, Kulturologiya elmi gənc nəslə tədrisi birgəyaşayış normalarına layiqincə əməl olunmasına və ümumən cəmiyyətin inkişafına xidmət edir. Odur ki, həmin dövrdə mən kafedra müdiri kimi belə bir məqalə ilə çıxış edib təklif vermişdim ki, Mədəniyyətşünaslıq elmi təkcə humanitar təmayüllü təhsil ocaqlarında deyil, ixtisasından asılı olmayaraq bütün ali məktəblərin aşağı kurslarında baza təhsili kimi keçilməlidir. Bu, cəmiyyətin inkişafı, kadrların şəxsiyyət kimi formalaşması üçün vacibdir.
Ancaq təəssüf ki, o vaxt Təhsil nazirliyi başqa cür düşündü və aradan bir neçə il keçəndən sonra hansısa yalnız özlərinə məlum olan mülahizələrə görə, bütün ali məktəblərdə Mədəniyyətə dair fənnin keçilməsini lazım bilmədi, Kulturologiya kafedralarını bağladı.
Bu mövzuya az sonra qayıdacam. Hələlik isə 15 il əvvəl yazdığım başqa bir məqaləni xatırladım: “O sözləri bizim atalar deməyib…” (bu məqalə bir çox KİV-lərdə dərc olundu - “Yeni Azərbaycan”, “Təzadlar”, “Ədalət”, “Şərq”, “Ekspress”, Kultaz, Adyazar, Mediaforum və s.)
Həmin məqalədə bizim ataların demədiyi, ancaq müəyyən məqsədlərlə onların adına çıxılan təzadlı fikirlərdən, imperiya kanselyariyalarında məkrlə hazırlanıb dövriyyəyə buraxılan, çox intensiv işlədilən ziyanlı atalar məsəlindən bəhs olunurdu. Bəzi nümunələr çəkib təhlilini vermişdim. O təzadlı “atalar sözləri”ndən biri də budur: “Yersiz gəldi - yerli qaç”. Bu ideyalar uzun illər boyu “milli donda” ictimai şüura yeridilərək, insanları mübarizədən çəkindirməyə sövq edirdi. Hətta əfəlliyə, mövqeləri itirməyə yönəlik ziyanlı düşüncə tərzinə alışdırır. Belə düşüncə tərzi sanki əvvəlki yüzilliklərdə Qarabağ bölgəsinə köçürülən hayların mənafeyi üçün düşünülmüş və Azərbaycan insanının psixologiyasına yerləşdirilmiş məkrli konsepsiya əlamətidir; yuxarı Qarabağa “yersiz gələn” haylara görə yerli əhali “ataların məsləhəti” ilə qaçıb getməli, pis qonşudan köçüb uzaqlaşmalı imiş.
Və ta ki Azərbaycan Ordusunun 44 günlük şanlı Zəfər gününə qədər olan yüzilliklər ərzində bu ideologiyanın gətirdiyi ağrı-acıları real həyatda xalqımıza yaşatdılar.
Əski imperiyanın qucağına sığınan hayların yerli Azərbaycan xalqına əsrlərcə təlqin etdiyi “Köçəri xalq” düsturu hətta bəzən beyinlərdə ayaq açıb yeridi. “Köç”, “Köçmək”, “köçürtmək” anlayışları bir qism azərbaycanlı üçün çıxış yolu oldu. Müxtəlif situasiyalarda bu “sərfəli hərəkat” istifadəyə yararlı sayıldı. Bir ciddi məsələ müzakirə olunanda ən uyğun çıxış yolu köçdə - köçməkdə - köçürtməkdə görüldü. Gah Nəsiminin məzarını bura köçürtməkdən danışıldı, gah Füzulini köçürdüb gətirməkdən... Gah daim xaricdə yaşayan tanınmış birini ölən kimi dərhal köçürdüb gətirməkdən, gah pis qonşudan köçüb qaçmaqla can qurtarmaqdan bəhs edildi...
Beyinlərdə bir “köç” kompleksi yaşadı.
Budur, indi də Həsən bəy Zərdabinin abidəsini köçürtmək söhbəti ortalıqdadır. Şəhərdəki yüzlərlə restorandan birinin girişində “oturan” tək və bənzərsiz Zərdabinin abidəsini köçürtmək! O Həsən bəy Zərdabinin ki, bəy balası kimi rahat dolanışıq imkanından imtina edib, məhrumiyyətlərə, terror təhlükəsinə, tənqidlərə, həqarətlərə dözərək xalqa xidmət yolunu tutmuşdu. Azərbaycana ən gözəl peşələrdən biri olan jurnalistikanı gətirən adamın abidəsini indi hətta bəzi “jurnalistlər” də, qələm adamları da köçürtməyi təklif edirlər. Nə imiş?! Dahi şəxsiyyətin heykəli restoranın girişinə yaxın imiş!
Yenə də vəziyyətdən çıxış yolu axtarılanda ən rahatı seçilir - köç, köçürt, köçürdək... Bu yol Həsən bəyi təhqir etməzmi?! Başqa fikir ağıla gəlmirmi? Başqa çıxış yolu yoxdurmu?! Axı o abidə uzun illər öncə bilik, savad idarəsinin qarşısında qoyulub. Və çox da yerində qoyulub. Amma indi bazar üstün gəlib və Zərdabi oturduğu yerdə “işə düşüb”.
Hadisəyə adicə daşın, dəmirin sürüşdürülməsi kimi baxmaq olmaz. Xatırlayaq ki, doğma Şuşadan çıxarılan Üzeyir bəyin, Natəvanın heykəlləri də məhz Qələbədən sonra öz yerlərinə qaytarıldı! Öz əvvəlki yerlərinə! Bunun böyük rəmzi mənası var idi!
Düşünürəm, əgər Zərdabinin heykəli oradan götürülüb başqa yerə köçürülsə, bu çox pis bir presedent olar. Bu, yenə də “yersiz gəldi - yerli qaç” məsəlinin şüurlarda yaşadığını göstərəcək. Və bu - Mədəniyyətin “Gödəniyyətə” uduzdurulması olacaq.
Olsa, demək vaxtilə Təhsil nazirliyi çox uzaqgörənlik edibmiş. Ali məktəblərdə Mədəniyyət kafedralarını bağlamaqla, Mədəniyyət elmini gənc kadrlara öyrətməyi qadağan etməklə, cəmiyyətə Mədəniyyət aşılamağı təhsil ocaqlarından yığışdırmaqla, “Mədəniyyət erasının” haçansa “Gödəniyyət erasına” transfer (köç) edəcəyinə hazırlıq görürmüş.
Bu artıq sözün bitdiyi yerdir...
10.XII.2025
Cihazların söhbəti
Akif ƏLİ,
Fəlsəfə doktoru,
Əməkdar jurnalist,
Yazıçı-publisist
(alleqoriya)
Mətbəxin küncündə sakitcə işləyən Soyuducu narazı halda Televizora baxıb başını buladı.
Soyuducu: - Telik, ay Telik, biraz səsini al da, nolar, baş-beynim getdi!
Televizor: - Bay, sən kimsən mənə göstəriş verirsən?! Mənim sahibim var, pultum da sahibimin əlində, o necə istəyir, mən də o cür işləyirəm.
Soyuducu: - Biz də işləyirik da, gör heç səsimiz çıxır? Sənin sahibin mənim də sahibimdir, məni səndən az istəmir. Bilir ki, mən olmasam, o ac qalar... Sən isə boş-boş hay-küy salırsan, bir az aşağı elə...
Televizor: - Necə? Sən olmasan nolar?
Soyuducu: - Acından ölər adam...
Televizor: - Adə, ay buz yeşiyi, sən yox e, əslən mən olmasam o ac qalar! Sənin qidaların onun mədəsini doldurur, mən verdiyim isə ruhunu, qəlbini, mənəviyyatıni... Bu qidalar olmasa insan ölər.
Soyuducu: - Əksinə, sənin hay-küyün məhvə aparır onu. Mədəyə qida girməsə, ha beyinə qida yerit, qarın doymaz. Ac qarına isə nə mənəviyyat, ruh-filan, ay mavi Telik?
Televizor: - Paho! Ağ şimal ayısına bax da! Ə, sən hələ bilmirsən insan ruhdur, könüldür, mənəviyyatdır?! Yemək-içmək onun quru bədənini saxlamaq üçündür. O bədəni ki, bir gün yıxılıb öləndə çürüyüb torpağa qarışacaq... Amma ruh! Ruh əbədidir! İnsanın həyatı mənəvi qidaya bağlıdır, maddi qidaya yox, ey nadan! Sən hələ bunu başa düşməmisənsə, get özünü at metalloma!
Soyuducu: - Boş-boş danışma, sən lampalı dədənin goru! Mən iyirmi ildir bu evdə vicdanla çalışıram, yaxşı bilirəm ki, ərzaqları qoruyub saxlamasam, onlar xarab olar, adam yeməksiz qalar. O mütləq yeməlidir ki, yaşasın. Amma sənin havaya üfürdüyün o ziyanlı qidalar kişini büsbütün adamlıqdan çıxardırb, özün kimi robota çevirib.
Televizor: - Vay-vay-vay! Sən nə savadsızsan, a buzbala! Mənim gecə-gündüz fasiləsiz ötürdüyüm qidanı vaxtlı-vaxtında almasa, adamın həyatı puç olar, heyvana dönər, bunu bilirsənmi? Qarın doldurmaq hələ yaşamaq deyil, ay cahil cihaz! Bu işi heyvanlar daha yaxşı bacarır. Odey, Ayı dayı qarnını doldurub girir yuvasına, bütün qışı yatır. Nolsun? Qanmaz ayıdır ki var! Timsah ağa mədəsinə daş yığıb, suyun altına gedir və bu münvalla dörd yüz il yaşayır. O yaşamaqdır?! Yainki qarabala Qarğa bala, zibillikdə eşələnə-eşələnə iki yüz il yaşayır. Qarğabeyindir, vəssalam! Tısbağa xala da qoyun kimi başıaşağı otlaya-otlaya yüz ildi yol gedir... Bunlar yaşamaqdı?! Belə ömrün nə mənası?! İnsanın həyatı isə başqadır, ay avam! Onun həyatının mənası məhz mənəvi qida almasında, ruhunun, beyninin tərəqqisindədir... Adam ona görə bir ətək pul verib məni alıb bu evə gətirib ki, müasir adamdır! Yetgin insandır! Görmürsənmi bütün günü gözü məndədir! Mən ona dünyanı göstərirəm. Mən onun ağlının inkişafına xidmət edirəm... Bax, adama sonsuz Kainatdan danışıram, al-əlvan Kosmosdan xəbər verirəm, qara dəlikdən, qırmızı Marsdan, mavi okeanlardan söz açıram! Mənim sayəmdə adam aydan, ulduzdan xəbər tutur. Şimal qütbündən Cənubi Afrikaya qədər harda yeni şey var, hamısını göstərirəm! Hətta Günəşdə nələr baş verdiyini deyirəm. Adam bilməlidir Marsa kim uçacaq, Amerikada kim prezident olacaq, İravanda hansı qəbilə qalib gələcək?! O mütləq idman yarışlarını izləməlidir, dünya kinosunun şah əsərlərinə baxmalıdır, Oskar alanların adını bilməlidir... Ki, bir məclisdə söhbət düşəndə mal kimi gözünü döyüb baxmasın, kütləyə qoşulub fikir desin... Fikir vermirsənmi o məni alıb gətirəndən daha nə kitab oxuyur, nə qəzet-jurnal, nə kinoya-konsertə gedir, nə bir tədbirə-filana. Ancaq mənə baxır, çünki bütün mənəvi qidasını məndən alır! Mən ödəyirəm onun daxili tələbatını! Mən çalışdırıram beynin...
Soyuducu: - Saxla! O qırmızı Marsda, qara dəlikdə, ulduzda, günəşdə nə işi var adamların. Yer üzündə camaat acından ölür, sən göylərdən dəm vurursan. Pulu olanlar milyardları göyə sovuranacan, yerdəki milyardlarla ac, yoxsul, susuz, yeməksiz yetim-yesirin güzəranını düzəltməyə versin pulu... Olmaz? Lap yaxşı olar! Keçmişdə mənim babamın televizoru yox idi, qara dəliyi, qırmızı Marsı, mavi okeanı tanımırdı, yaşamırdı?
Televizor: - Əşi, sənin babanın heç soyuducusu da yox idi, nolsun? İndi camaat tərəqqi edib, irəli getməsin? Bu nə axmaq müqayisədir?
Soyuducu: - Axmağın səsi gəlir... Sən o lazımsız xəbərləri adamın beyninə doldurub xarab eləmisən deyə, indi daha heç bir faydalı işlə məşğul olmur da... Bütün günü boş-bekar divanda uzanıb sənə baxır. Guya kişi dünyanın gərdişi ilə maraqlanır! Pah! Amma öz evinin içindən xəbəri yoxdur. Kimin nəyinə lazımdır ayda-ulduzda nə var? Bunu biləndə adamın qarnı doyur?! O baxdı-baxmadı, Amerika da öz işində olacaq, Avropa da. Onlar çalışır-vuruşur, düzür-qoşur, quraşdırır. Başını qatdığın adam isə ac qarına oturub onları izləyir, pulunu-varını hesablayır. Ay nə bilim, harda kim prezident oldu, kim birinci milyoner oldu, kim Oskar aldı, kim Formulanı uddu, kimə Nobel düşdü... Kim çempion oldu, kim ən uzağa tullandı, kim neçə ton ağırlıq qaldırdı... Nə mənası var bunların?! Bunları biləndə adamın maaşı artır, ya vəzifəsi? Yoxsa Amerika, Avropa onlara baxan adamın cibinə pul qoyur? Ya çempion qazandığı milyonu bununla bölür?! Gör sən nə qədər mənasız işlərlə məşğulsan, camaatı da işindən-gücündən avara eləmisən... Səsini kəs!
Televizor: - Tfu sənə, başıboş soyuq çəllək! Sən nələr danışırsan, ay avam?!
Soyuducu: - Qışqırma! Səsin özünə xoş gəlməsin. Sözün düzünü dediyim üçün qızışırsan? Mən neçə illərdir bu evdə vicdanla işləyirəm, hələ rəflərimin tam dolu olduğu yadıma gəlmir. Həftədə beş-on yumurtadan, yarım kilo kolbasadan, pendirdən, qatıqdan başqa heç nə vermirlər soyutmağa. Çünki sən adamın başını elə qatırsan, durub iş-güc dalınca getməyə də ərinir. Üç gündür evdə ərzaq qurtarıb, saxladığım bir tikə şor-pendir, göy-göyərti tükənir, amma arvadı adamı divandan durğuzub marketə göndərə bilmir. Guya kişi məşğuldur: bu kanala baxır, çevirir o kanala baxır, birində kino qurtaranda, başqasında xəbərləri açır, bütün kanallarda eyni xəbərlərə baxıb qurtarandan sonra keçir seriallara, bütün serialları izləyib keçir konsertə, arada qulağını şəkləyib gözünü zilləyir düşük-düşük şoulara... Gecələr də elə şeylərə baxır, utandığımdan mən gözümü yumuram... Nə isə, sən bu evə gələndən evin bərəkəti qaçıb, adam adamlıqdan çıxıb. Gic olub qalıb sənin havaya püskürtdüyün “GOM” kanalların əlində...
Televizor: - O nədir? Məndə elə kanal yoxdur.
Soyuducu: - Var. GOM kanallar. Gop da Olsa Maraqlıdır kanalları...
Televizor: - Adə, sən nə qədər cahilsənmiş, a buzxana! Həqiqətən sənin bütün mahiyyətin donub, ay bisavad! Bu kişi müasir adamdır, dünya ilə həmahəng yaşayır, anlamırsanmı? Köhnə əyyamlar deyil ki, başını soxsun komasına, dünyadan bixəbər ancaq yesin-yatsın, yesin-yatsın, bir gün də yesin-yatsın və daha oyanmasın... Xeyr! Getdi o dövrlər! İndi bu kişi adam kimi adamdır! Müasir, mədəni şəxsdir! İntellektualdır! Eşitmisən belə şeyləri? Onun bazarlıqda nə işi? Arvad özü zibil atmağa gedəndə, dönsün xiyar-çörək də alsın, küçələr doludur. Belə xırda məişət işlərindən ötrü dağ boyda kişini yerindən tərpətmək insafdırmı? Gül kimi verilişləri qoyub getsin iyili-qoxulu pendir dalınca? Vay səni, buzbala! Sən anlamırsan ki, adam daim zənginləşir, mənəvi dünyasını yeniləyir, dünyagörüşünü artırır... Bəli, o bilməlidir yüz il sonra nələr olacaq, iki yüz il sonra onu nə gözləyir, min il sonra dünyanın aqibəti necə olacaq... Bunları məndən öyrənir! Müasir adam Şimal Buzlu okeanından xəbərdar olmalıdır ki, bilsin nəhəng aysberqlər hardan hara hərəkət edir, nə vaxt əriyəcək, bəşəriyyətin taleyi necə olacaq? Müasir mədəni insan mürgülü muğamı da dinləməlidir, anlamadığı caza, zəhlətökən simfoniyaya da qulaq asmalıdır. Nobel alan yazıçının adını bilməlidir, Formula yarışının qalibi olan sürücünü tanımalıdır. Mütləq tanımalıdır! İnsan bütün son xəbərləri izləməli, Çinin heyrətamiz inkişafını, Yapon texnolojisinin uğurlarını, Cənubi Koreya ilə Şimali Koreyanın fərqini bilməli, Rusiya ballistik raketlərinin trayektoriyasını izləməlidir. Alman qayda-qanunlarını, İngilis yumorunu, İran və Hindistan ədviyyatının fərqini bilməlidir. Braziliyada Peleni, İngiltərədə “Çelsi”ni, Türkiyədə Şenol Günəşi tanımalıdır insan... Hətta gecələr sən dediyin o məzələrə baxıb məzə də qırmalıdır müasir adam... Mütləq! Çünki o İnsandır! İnsan! Necə də vüqarla səslənir! Anla bunu, ay soyuq dondurma yeşiyi!
Soyuducu: - Bah, sən qızışıb kimin könlünü şad eləmisən, ay mavi Telik? Əksinə, bu boyda adamı böyrü üstə qoymusan! İşini-gücünü atıb gözünü dikib sənə. Bu gün-sabah lağ elədiyin buz dolabında saxladığım olan-qalan yeməyi qurtaranda, adamın qarnını sən doyuracaqsan? Gecə-gündüz havaya üfürdüyün əttökən verilişlərinlə ona ət verəcəksən? Ay-hay... Mən qoruduğum ərzaqlar olmasa adam acından günorta durar! Və duranda sənin verilişlərinə baxmağa heyi olmaz... Nə futbola baxanda bağıra bilər, nə də sənun şit şərhlərinə gülməyə halı qalar... Birdəfəlik bil, adamın həyatı üçün zəruri olan ərzaq təminatçısı mənəm! Yağını, pendirini, kolbasa-sosiskasını bircə gün saxlamaqdan imtina etsəm, həyatı sönər! Amma sənin “qoluboy” sifətinə aylarla baxmasa da onun həyatında heç nə dəyişməz! Və dünya da dağılmaz! Milyon ildir öz yolu ilə getdiyi kimi gedər dünya. İmkan ver adam dursun getsin özünə iş tapsın, evinə çörək gətirsin, o arvad yazıqdır. Səsini kəs, başa düş ki, məndəki qidalar olmasa, səndəki qidalar mənasızdır, ay bu evin ən mənasız cihazı! Əsas mənəm... Mən...
Televizor: - Xeyr! Qətiyyən! Bu evdə əsas mənim qidalarımdır! Həyat məndədir...
Soyuducu: - Xeyr...
Televizor: - Bəli, adamı yaşadan mənəm...
Soyuducu: - Xeyr, mənəm...
Televizor: - Bəli, mənəm..
Bu zaman işıqlar qəfildən sönür.
Televizorun və Soyuducunun səsi dərhal kəsilir.
SON.
Yazıçı Əbülfət Misiroğlunun izahat naməsi
Akif ƏLİ,
Fəlsəfə doktoru,
Əməkdar jurnalist,
Yazıçı-publisist
AzTV-də Baş redaktoru olduğum “Gənclər üçün proqramlar Baş redaksiyasında” gözəl kollektiv formalaşmışdı. Vətənsevər, iş bilən, zəhmət sevən, bacarıqlı jurnalistlər, rejissorları, qələm adamları, aparıcılar... 1983-cü ilin aprelində Teleradionun sədri, peşəkar televizionçu, mərhum Elşad Quliyev gözləmədiyim halda heç bir tapşırıqsız, təmənnasız-filansız məni Radionun “Satira və yumor” şöbəsinin müdirliyindən çağırıb bu yüksək vəzifəyə təyin edəndə, həm də tam sərbəstlik vermişdi. Odur ki, istəyimə görə yalnız istedadına, qabiliyyətinə, əxlaqına inandığım və güvəndiyim gənc kadrları işə götürmüşdüm. Onlardan biri də yazıçı Əbülfət Misiroğlu idi (Ruhu şad olsun!).
Əbülfət həm xasiyyətcə, həm də istedad sarıdan çox orijinal və maraqlı insan idi. O, peşəkar qələm adamı idi, öz yazılarını az qala birbaşa vəhylə vərəqə yazırdı. Əsil ziyalıya xas zövqü, incə yumoru və özünəməxsus dünyabaxışı vardı. Çox sadə və istiqanlı olduğundan kollektivdə hamı onunla rahat ünsiyyətdə idi...
Təəssüf ki, Əbülfət Misiroğlu yazıçı kimi tam kəşf olunmadan, vaxtsız vəfat etdi və Azərbaycan ədəbiyyatı çox istedadlı bir yazıçını itirdi.
Əbülfət, həm də daxilən çox azad, müstəqil insan idi. Dövrün sərt rejiminə uyğunlaşmaq onun üçün az qala işgəncə idi. Komitədə tələb olunan iş qrafiki üzrə işə gəlib-getməkdən heç xoşlanmazdı. Ona görə də qapıda keçirilən ümumi “oblava”larda tez-tez adı gecikənlər siyahısına düşürdü və rəhbərlik buna görə izahat tələb edirdi. Təbii, mən Baş redaktor kimi, tək onu yox, digər əməkdaşları da özlərinin xəbəri oldu-olmadı, rəhbərliyin yanında müdafiə edərdim. Məsələni redaksiya daxilində həll etməyə söz verib, çalışardım işçim cəzalandırılmasın.
Bir dəfə yenə Televiziya üzrə müavinin təkidi ilə Əbülfət izahat yazmalı oldu. Və mən Əbülfətə qısa bir izahat yazıb verməsini təklif edəndə, o könülsüz halda “yaxşı, bir şey yazaram”,- deyib, səhərisi uzun-uzadı 3 vərəqlik bir yazı gətirdi. İndi onun 1986-cı ildə mənə ünvanladığı həmin izahatın nüsxəsini arxivimdə görəndə düşündüm ki, bu adi izahat deyil, daxilən zəngin bir qələm adamının bədii əsəridir, oxucular üçün də maraqlı olar. Çünki inanmıram hansısa idarədə kimsə belə rəsmi sənəd yazmış ola. Əbülfətin qeyri-adi izahatı subordinasiya qaydasında yazılmış quru sənəd deyildi. O, çoxillik iş yoldaşı kimi, ərk elədiyi dost kimi, dünyagörmüş bir insan kimi və fəlsəfi düşüncələrlə yaşayan qələm adamı kimi öz hisslərini vərəqə tökmüşdü. Mən o vaxt Əbülfətin bu izahatını oxuyub gülümsədim və dedim: “Əbülfət, get otur işini işlə, sədrin müavini ilə özüm danışaram...” Və bu maraqlı izahatı onun başı üstünü almış növbəti “təhlükənin” sovuşmasına bir vəsilə oldu.
Əbülfət Misiroğlunun izahat naməsini hörmətli oxuculara təqdim edirəm.
“Gənclik” Baş redaksiyasının Baş redaktoru, yazıçı Akif Məhərrəmov yoldaşa
Çiçəklər sabaha qalmır
İnsanın insandan izahat alması təbiidir. Qoca tarix insan övladını günahlar və izahatlar imtahanına çox düçar etmişdir. Fironun izahat verməsi də sübut edir ki, təqsirkar olmayan heç bir məxluq yoxdur. Və hamının üzərində nəzarət olmuş, olub və olacaqdır. Təkcə insanın deyil, havanın, suyun, torpağın, odun qismətinə borclu olduğum üçün yaşamaq naminə əmrə izahat verməyə, taleyə baş əyməyə, səadətə boyun bükməyə hazıram. Çünki yer üzündə əyri həmişə düzə borcludur. Elə bir tərəzi yoxdur ki, onun bir gözü dolu, ikinci gözü isə boş olsun. Əgər gecə ilə gündüz həmahəngdirsə, xeyirlə şər də həmahəngdir.
Mənim tərəfimdən sosialist birgə iş üsulu pozulubdursa, deməli bizi əhatə edən sosial şəraitin məişət qayğıları artıq güc göstərib məni istər-istəməz özünə tərəf əymiş və işdən ayırmışdır. Başqa birisini isə bu qayğısızlıq dəniz ölüsü kimi özündən uzaqlaşdırıb sahilə atır. Bu bir-birinə oxşar həyat mənzərələri tarixi neçə yol azdırıb, yenidən təzələməyə, onu təzədən yazmağa məcbur etmişdir. Belə olduqda adi bir izahatı bir neçə dəfə dəyişməyim məni heç də narahat etmir. Bir də onu bilirəm ki, izahat son söz olmaqla hər şeyin sonu ilə bağlıdır...
Mən hər cür özünümüdafiə ilə Sizi bu şirinlikdən ayırmaq istəmirəm. Çünki nəzərdə tutulan hər bir niyyət murada çatmalıdır. Ümumiyyətlə, istərəm ki, yer üzərində nə qədər insan varsa, hamısının muradı hasil olsun. O ki qalmış tabe olduğum Baş redaktor ola! Bilirəm, bunlar sizi qane etməyəcək... çünki ilıq göz yaşları öz kəsərindən donmuş soyuq xəncəri heç vaxt isidə bilməz. Lakin güllükdən gül əskik olmadığı kimi, günahkardan itaət əsklik olmaz. Qəbahətin böyüyü-kiçiyi yoxdur. Səmanı fəth edən kosmonavtla, xışla yer şumlayan əkinçinin səhvi eynidir. Hər ikisinin xidməti maksimum nümunəvi olmalıdır. Çünki onlar yuxarının tapşırığını yerinə yetirir. Bəli, tapşırıq!
Bir də var könüldən keçənlər. Könüllərdən keçənləri duymaq üçün insan ömrü bəs etməz. Deyilənləri eşitməyə gəlincə isə adi robot “diqqəti” belə bəs edər. Eybəcər güzgünü sevməz. Lakin mən o eybəcərlərdən deyiləm. Gündəlik iş fəaliyyətimizin baş istiqamətvericisinə canla-başla “Bəli” deməyə hazıram. Can deməklə candan can əskilməz!!
Əgər qeydlərimdə çox ifrata varıramsa, üzrlü hesab edin. Son vaxtlar eyhamlı baxışların yarasından ağrıyan qəlbimi daha da ağrıtmağa nəinki ictimai cəza, bir əsim sübh mehi də bəs edər. Əyilmiş yay düz ox atmaz. Zəif öküz yük aparmaz. “Eyibli olmaq eyib deyil, eyibini bilməmək eyibdir”, - deyib atalar. Eyibini başa düşən yeganə eyibli olmağa da səy və bacarıq lazımdır.
Eyibinə kor olan Əbülfətdən
İ Z A H A T
Əzizinəm uludur,
Şahlar taxtı uludur.
İnsan allah da olsa,
Yenə baxtın quludur.
Hörmətli Baş redaktor!
Gecikmək – mənə şamil etdiyiniz bu hal doğrudan da mənimçün bir növ doğmalaşmış haldır. Mən təkcə 9.07.86-cı ildə yox, ümumiyyətlə dünyaya göz açdığım gündən gecikmişəm. Əgər gecikməsəydim ailədə on birinci yox, birinci övlad olardım. Mənə verəcəyiniz haqlı cəza üçün də heç tərəddüd etməyin. Tale bu payı da doğulduğum gündən mənə qismət etmişdir. Yəni 1948-ci il dekabrın iyirmi üçündə dünyaya göz açarkən ölmüş və 24 saatdan sonra dəfn mərasimində dirilmişəm. Yəni məni elə başçılıq etdiyiniz kollektivə gətirib çıxaran da keçdiyim həmin o ilk yolların davamıdır.
İyulun 9-da işə gecikməyim iyirmi illik fasiləsiz iş fəaliyyətimi çox asanlıqla əyirsə, belə qənaətə gəlirəm ki, zəhmətin dünəni heçdir. Deməli insan əməyi gündəlik iş prinsipində göyərib çiçək açır, o çiçəklər heç vaxt bu gündən sabaha qalmır. Kaş bütün böyüklərin qəzəbi də o çiçəklərin ömrü qədər olaydı.
QEYD: Kiçiklərin kiçikliyi olmasaydı, böyüklərin böyüklüyü sübuta yetməzdi.
Kiçik redaktor – Əbülfət Misiroğlu,
11.VII.86.
Sağdan ikinci: Əbülfət Misiroğlu
(Şuşa. “İsa Bulagı” - 24.08.1986.)
Ankara səmasında Azərbaycan Sancağı
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
...100 il öncə Ankara səmasında Azərbaycan bayrağı ucaldıldı.
Noyabrın 18-i Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətləri üçün əlamətdar yubiley günüdür. 1921-ci il noyabrın 18-də Ankarada ilk Azərbaycan səfirliyinin açılışı olub.
Tarix qəribə özəllikləri ilə mütəmadi təkrarlanır. 100 il əvvəl də bu regionda hədsiz gərginlik yaşanırdı. Azərbaycana yeni “hakimiyyət” gətirən işğalçı rus-erməni bolşevikləri milli qüvvələrə qarşı qanlı təqiblərini davam etdirirdi. Eyni vaxtda köpək sürüsü kimi Anadoluya daraşan bir neçə xarici dövlətin birləşmiş qoşunları ilə Türk milləti arasında şiddətli savaş gedirdi. Azərbaycanda bolşevik çevrilişi baş tutsa da, Türkiyədə Ulu öndər Mustafa Kamal Paşa Atatürkün sayəsində xalq istiqlal savaşından qalib çıxdı.
Belə bir zamanda iki qardaş ölkə arasında yeni münasibətlərin rəsmiləşdirilməsi zərurəti yarandı. Azərbaycan SSR XKS-nin sədri N. Nərimanovla bolşeviklərin lideri V. Lenin arasındakı razılaşmaya əsasən, Türkiyədə Azərbaycan səfirliyinin açılmasına qərar verildi. Qərardan sonra Nərimanov Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətində ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsini vaxtilə “Hümmət”də partiyadaşı olan İbrahim Əbilova həvalə etdi. Bu etimad İ. Əbilova Azərbaycan tarixinə tanınmış dövlət xadimlərindən biri kimi daxil olmaq şansı qazandırdı.
İbrahim Məhərrəm oğlu Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdu. Hələ 1918-ci ildə o, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və sosialist fraksiyasına başçılıq etmişdi. 1920-ci ildə Bakıda "İskra" qəzetinin redaktoru, sonra isə Azərbaycan SSR Daxili işlər nazirinin müavini təyin olunmuşdu. Azərbaycanın Türkiyədə səfiri olan zaman ona daha bir etimad göstərilərək, SSRİ dövlətinin tərkibində yeni yaradılan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Zaqfederasiya) Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilir. Və məhz bu yeni təyinat bacarıqlı diplomatın faciəsinə səbəb olur. Bu barədə bir qədər sonra…
1921-ci il oktyabrın 13-də Azərbaycan təmsilçisi İ. Əbilov vəzifəsinin icrası üçün Ankaraya yola düşür. Həmin gün Karsda Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında Dostluq Anlaşması imzalanmışdı. Bu Müqavilə ilə Türkiyənin Şərq sərhədləri dəqiqləşdirilmiş, Qafqazın üç respublikası Türkiyənin dövlət sərhədlərini rəsmən tanımışdı.
Xatırladaq ki, o vaxt bolşevik Rusiyasına daldalanan ermənilər qədim Azərbaycan yurdları olan İrəvan, Göyçə və Zəngəzur mahalları ərazisində tarixdə ilk dəfə “Ermənistan dövlətini” yarada bilmişdilər. Onların növbəti mərhələ kimi Naxçıvan və Qarabağ vilayətlərinə qarşı hazırladıqları mənfur işğal niyyətlərinin “cəhənnəmə vasil olmasında” isə İbrahim Əbilovun da rolu olmuşdu. Belə ki, 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan Müqavilənin müvafiq bəndini Azərbaycan Xalq komissarı Behbud bəy Şahtaxtinski ilə İbrahim Əbilov birgə hazırlamışdılar. Bu bəndə əsasən “Ermənistan” ilə Naxçıvan MSSR arasında sərhədlər müəyyənləşdirilmişdi. Və ən çətin məqamlarda həmişə Azərbaycanın yanında olan qardaş Türkiyənin Baş Komandanı Atatürk o zaman öz qoşunlarını Naxçıvandan yalnız bu şərtlə çıxartmağa razılıq vermişdi ki, Rusiya Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyacaq! Və elə də oldu...
Azərbaycanın Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunan İbrahim Əbilov 1921-ci il oktyabrın 11-də səfirlik əməkdaşları ilə birgə Batumdan Trabzon limanına, oradan Giresun-Samsun xəttilə Ankaraya gəlir. Oktyabrın 14-də o, səfir etimadnaməsini Türkiyə Cümhuriyyətinin banisi, Qazi Mustafa Kamal Paşa Atatürkə təqdim edir. Atatürkün təlimatı ilə dərhal qardaş ölkənin səfirliyi üçün Ankaranın mərkəzində Cebesi səmtində Hamamönü mövqeyindəki uyğun binalardan birinin seçilməsindən sonra, səfirliyin açılış törəni olur.
Həmin tarixi gündən indi düz 100 il keçir. Noyabrın 18-də təntənəli şəkildə düzənlənən mərasimdə Azərbaycanın bayrağı Ulu öndər, Baş Komandan Mustafa Kamal Paşanın şəxsən özü tərəfindən səfirlik binasının üzərində qaldırılır.
Türkiyədə 2019-cu ildə nəşr olunmuş “Anadolu Hökuməti Ankarası” kitabında həmin tədbirdən fotolar verilməklə hadisələr belə təsvir edilir:
...Öncə Azərbaycan təmsilçisi İbrahim Əbilov çıxış etdi, Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığından danışdı. Sonra TBMM Başkanı və Baş Komandan Qazi Mustafa Kamal Paşa nitq söylədi, təmsilçilik binası üzərində Azərbaycan bayrağını qaldırdı. Atatürk çıxışında dedi:
"Bu gün Azərbaycanın istiqlalını təmsil edən sancağı çəkərkən əllərimin bir qədər hissiyyat və təəssürat ilə mütəhərrik olduğunu duyuram. Əslində sancağı çəkən mənim əllərimdir. Fəqət əllərimi hərəkətə gətirən bugünkü bayramda mənimlə mənən həmrəy olan bütün Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq duyğularıdır.
Səfir həzrətləri! Azərbaycan sancağının Türkiyə sancağının yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır. Bizə belə bir bayram günü yaşatdığınızdan dolayı səmimi təşəkkürümü bildirirəm".
Tədbirdən sonrakı ziyafət zamanı İbrahim Əbilov xilaskar Türkiyə ilə dostluğun rəmzi olaraq, Azərbaycan hökuməti və xalqı adından Atatürkə üzərində “Türk inqilabının qəhrəmanı Mustafa Kamal Paşaya yadigar" sözləri yazılmış Qafqaz süvari ordusunun qızıl xəncərini bağışladı.
“Hakimiyyəti Milliyyə” qəzeti “Ankara səmalarında Azərbaycan Sancağı” başlığı ilə dərc etdiyi məqalədə “Azərbaycan sancağı Baş Komandanımızın əli ilə taxıldı” yazır, tədbiri ətraflı işıqlandırırdı. Qəzet Azərbaycan bayrağı ilə Türkiyə bayrağını qoşalaşdıraraq, bunun xüsusi məna daşıdığını vurğulayırdı: “Ulduzunun içində fəhlə və kəndliyə dəlalət edən oraq və çəkicdən başqa Osmanlı sancağından bir fərqi olmayan Ay-ulduzlu qardaş al bayraq yüksəklərdə dalğalanmağa başladı”.
Azərbaycan-Türkiyə dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün səfir İbrahim Əbilov qısa vaxtda böyük xidmətlər göstərib qardaş ölkədə şərəflə çalışır. Azərbaycan hökumətinin iradəsini ifadə edərək, Türkiyənin apardığı son dərəcə ağır istiqlal savaşına hərtərəfli dəstək verən ilk səfirimiz Cümhuriyyətin ilk prezidenti Mustafa Kamal Paşanın da dərin hörmətini qazanır. Onların arasında səmimi dostluq münasibətləri yaranır. Atatürkün dillər əzbəri olan məşhur deyimi o illərdən yadigardır: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.
Şəxsi dostluq münasibətləri ailəvi dostluğa çevrilir. Hətta Atatürk dostunun Ankarada yeni doğulan körpə qızını əzizləyərək, “Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram”, - deyir. Sonra birgə şəkil çəkdirirlər və şəklin arxasına Atatürk belə yazır: “Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kamal Qazi, 12 dekabr 1922 il”.
Azərbaycanla Türkiyə torpaqları arasında Sovet hakimiyyətinin yaratdığı süni “Zəngəzur dəhlizi” sanki yersiz-yurdsuz sərgərdan erməni tayfasının iki qardaş ölkə arasına pərçim edilmiş qara tikan niyyətli bir rəmzidir. Erməni çeteləri zamanın bütün dönəmlərində həm Türkiyənin, həm də Azərbaycanın neçə-neçə görkəmli şəxsiyyətlərinə qarşı terror, diversiya, xəyanət əməlləri törətməklə, öz mənfur adlarını tarixə Türkün qatı düşməni kimi salıblar.
...1922-ci ildə İ. Əbilova üç Qafqaz ölkəsini birləşdirən Zaqfederasiyanın səfiri vəzifəsi həvalə olunduqdan sonra, onun səlahiyyətlərinin daha da artması, Azərbaycanlı səfirə gürcü və erməni müşavirlərin yardımçı kimi təyin olunması pis niyyətli bədxahların qısqanclığını birə-beş şiddətləndirdi. Xüsusilə, dövrün konyukturuna uyğun bu dəfə “bolşevik” maskası taxmış daşnak ermənilər özlərinə yer tapa bilmirdi. Erməni mətbuatı daim səfirə qarşı qarayaxma kampaniyası aparır, İstanbulda nəşr olunan ermənicə "Cağadamard" qəzeti onu tənqid edən donosvari yazılar verirdi. Guya İ. Əbilovun Rusiyaya qarşı fəaliyyət göstərdiyi səbəbindən geri çağırıldığı barədə yalan, böhtan yayırdılar. Bu ağ yalan xəbərin əsil məqsədi həm Moskvadakı ağalarına ideya vermək, həm də Azərbaycanlı səfirə mənəvi zərbə vurmaq idi. Erməni müşavir Azərbaycan Respublikasının təmsilçisi ilə Sovet Rusiyasının Ankaradakı təmsilcisinin arasını vurmağa çox səylər göstərirdi. Artıq onun səfir haqqında ruslara anonim məktublar yazdığı aşkar idi. Hətta komissiya yaradılıb səfirliyin işi yoxlanır, ancaq heç bir nöqsan tapılmadığı üçün işə davam qərarı verilir.
Daşnakların fitnə-fəsadı isə bitib-tükənmək bilmirdi. Onlar hansı yolla olursa-olsun, təmizliyi və sədaqəti ilə Türkiyə hökumətinin rəğbətini qazanan Azərbaycanlı diplomatı aradan götürmək planları qururdular. Nəhayət, erməni xainləri istəklərinə nail ola bildilər...
1923-cü ilin fevral ayında Mustafa Kamal Paşanın dəvəti ilə İzmirdə keçirilən İqtisad konqresində iştirak edən İbrahim Əbilov burada geniş nitq söyləyir. Ancaq Konqresdə verilən böyük ziyafətdən sonra, gecə evə qayıdan səfirin halı qəflətən pisləşir. O, mədə-bağırsaq ağrıları ilə təcili xəstəxanaya qaldırılır. Konsilium ağır zəhərlənmə səbəbindən daxili orqanların paralizə edildiyi diaqnozu qoyub, əməliyyata qərar verir. Xəstə dostunun vəziyyətini nəzarətdə saxlamaq üçün xəstəxanaya gələn Atatürk şəxsi həkimlərini də özü ilə gətirir. İbrahim Əbilovun həyatı uğrunda əsil çarpışma başlanır... Lakin qəfil xəstəlikdən doğan ağrılar getdikcə şiddətlənirdi. Üç gün-üç gecə ölüm-qalım çarpışmasının ardından, fevralın 23-də səhərə yaxın Azərbaycanın Türkiyədəki ilk fövqəladə və səlahiyyətli səfiri həyatını itirir...
Atatürkün tapşırığı ilə səfirin cənazəsi mumiyalanaraq, xüsusi gəmi ilə vətənə yola salınır və Bakıda dəfn edilir. Ailənin yaxın dostu olan Türkiyə prezidenti təklif etsə də, Əbilovlar ailəsi Türkiyədə qalmaq istəməyib Azərbaycana dönürlər. İbrahim Əbilovun qızı Anadolu xanım Əbilova sonralar uzun müddət Azərbaycan Respublikası Mədəniyyət İşçilər Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışır. O, atası haqqında xatirələrində göstərir ki, düşmənlər hətta səfirin ölüsündən də intiqam almışdılar. Belə ki, Anadolu xanım 1941-45-ci il Dünya müharibəsində iştirak etdikdən sonra, cəbhədən Bakıya qayıdanda atasının Çəmbərəkənddəki məzar yerinin darmadağın edildiyini görür. Onlar nə qədər axtarsalar da it-bata salınan məzarı tapa bilmirlər... Yalnız ölümündən 68 il sonra, 1981-ci ildə müəyyən qədər ailəyə təsəlli olmaq üçün Ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovun Fəxri Xiyabanda simvolik məzarı düzəldilir.
Budur, Türkiyədə ilk səfirliyimizin açılışından 100 il keçir. 100 ildir ki, böyük Atatürkün səfirlik üzərində ucaltdığı Azərbaycan bayrağı Ankara səmasında şərəflə dalğalanır.
Və sonsuza qədər dalğalanacaq!
“Qarabağda talan var”...
Akif ƏLİ,
yazıçı-publisist,
fəlsəfə doktoru.
Artıq Azərbaycanın qarşısında 30 il davamlı olaraq “Dağlıq Qarabağın işğalı və erməni təcavüzü” deyilən ağrılı problem yoxdur. Qədim Oğuz elinin doğma əraziləri Müzəffər Ordumuzun qüdrəti sayəsində bir-bir özünə qayıtdı və qayıdacaq. Azərbaycan tam və bütöv olacaq!
Xocalıda, Xankəndidə və Qarabağın digər məskənlərində min illər boyu nə erməni olub, nə “erməni məsələsi”, nə də xəstə təxəyyül məhsulu olan "Böyük Ermənistan" xülyası. Bütün bu ərazilərdə tarixin yaşı qədər qədim azərbaycanlı sakinlər yaşayıb. Dağında da, aranında da...
30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan murdarlar Qarabağda təkcə insanları qətlə yetirmədi, orda olan bütün müqəddəs ziyarətgah və ibadətgahları, kurqanları, daş heykəlləri, milli mədəniyyətimizə dair bütün abidələri dağıtdı, türk izini itirməyə çalışdı.
Biz əvvəllər elə bilirdik ermənilər beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək, bu işləri görürlər. Amma 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı günlərdə-aylarda “zavallı ermənilər” üçün göz yaşı axıdan, “cəhənnəmə vasil olan Dağlıq Qarabağ statusu” üçün yaxasını cıran Şimallı-Cənubli-Qərbli “cənabların” davranışından gördük ki, ermənilər öz vəhşiliklərini elə dünyanın “ədalət carçıları” sayılan həmin “mədəni cənabların” susqunluğu, yaxud bilavasitə müşahidəsi, bəzən hətta göstəriş və yardımları sayəsində edə bilirlərmiş.
Əslində Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu, işğala məruz qaldığını, ermənilərin bu tərəflərə lap yaxınlarda köçürüldüyünü ATƏT-in Minsk qrupu daxil bütün “nazlı” qüvvələr yaxşı bilirdi. Ən azı Ağdərənin Marağa kəndində ilk 200 erməni ailəsinin bura köçürülməsinin 150 illiyi münasibətiylə ermənilərin özlərinin ucaltdığı abidə buna tutarlı sübutdur. Abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə inşa edilib. Üzərində ermənicə "Marağa-150" yazılmış həmin abidə 1988-ci ildə ermənilərin ərazi iddiaları başlayanda qəsdən dağıdıldı. Abidənin yerləşdiyi Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında bir-neçə dəqiqəlik məsafə var. Bu abidə ermənilərin yerli xalq olmadığını sübut edən tutarlı faktlardan biri idi. Bunu hamı görmüşdü.
Amma siyasi ambisiyaları üzündən etiraf etmək ermənilər kimi, - dövlət siyasəti terror olan digər əqidə qardaşlarına da sərf etmirdi.
Dediyimiz kimi, düşmənlər Azərbaycan insanı ilə yanaşı Azərbaycan insanının beyni, qəlbi və əli ilə yaradılan el sənəti nümunələrini, musiqiləri, xalçaları, kulinariyanı, maddi mədəniyyət dəyərlərini, ədəbi-bədii abidələri də məhv edir, yaxud öz adlarına çıxıb “erməniləşdirirdilər”. Dolayısı ilə, Azərbaycan ölkəsi böyük güclərin riyakarlığı və “tülkü siyasətləri” nəticəsində təkcə hərbi deyil, həm də maddi-mənəvi təcavüzə məruz qalıb. Sığındıqları zorba qucaqların yardımı ilə işğal edə bildiyi Qarabağ ərazisində “Ermənistan” adlanan Şər yuvası illər boyu tariximizi silməyə, türklük yaddaşını itirməyə, azərbaycanlı ruhunu yox etməyə yönəlik siyasət aparıb. Bizə düşmən olanların isə gözlərini hikkə o qədər tutmuşdu ki, onlar işğal ərazilərində tarixi-mədəni irsin talan edilməsinin təkcə Qarabağın talanı olmadığını, həm də min illərlə tərəqqi yolunda irəliləyən bəşəriyyətin malik olduğu dəyərlərə qarşı cinayət əməli olduğunun fərqində deyildilər.
Qarabağda vandalların cinayəti nəticəsində imarətlər söküldü, evlər dağıdıldı, ağaclar yandırıldı, bağlar yolundu, bulaqlar quruduldu, qəbirlər eşildi, qədim tarixi abidələr oğurlandı. Gözə dəyən nə varsa darmadağın edildi. Nəticədə müharibədən sonra dünyanın dörd bir yanından bölgəyə tamaşaya gələn çeşidli nümayəndələrin şahidi olduğu acıdan-acı mənzərələr qaldı: göz işlədikcə uzanan xarabalıqlar, viran edilmiş kəndlər, şəhərlər, sökülüb dağıdılmış evlər, şumlanmış məzarlıqlar, yandırılmış ağaclar...
Çöllü-biyabana çevrilmiş bu təbiət mənzərələri təkcə icraçı ermənilər üçün deyil, onlara maddi və mənəvi dəstək verən, hər cür yardım edən, işğala ruhlandıran, əməlinə xeyir-dualı fitva verən, təyyarələrlə, tırlarla peydər-pey silah, yanacaq, yemək göndərən və arxasında dayanıb sığal çəkən Şimallı-Cənublu-Qərbli bütün irticaçı rejimlər üçün ittiham aktıdır!
Qarabağda insan faciələri ilə yanaşı Mədəniyyət də faciəli duruma salındı. İnsanlara deyil də, bütün İnsanlığa divan tutuldu. O ərazilərdə Azərbaycana məxsus 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, 903 dövlət qeydiyyatında olan və 1500 dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidəsi, minlərlə bədii əsərin qorunduğu 26 müzey, 8 rəsm qalereyası, 5 milyonadək kitab və əlyazmanın saxlandığı 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı vəhşicəsinə talan edildi.
Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonlarının ərazilərində min illərlə yaşı olan müxtəlif maddi mədəniyyət abidələri, dəyərli məkanlar vardı: qalalar, türbələr, binalar, məscidlər, evlər, karvansaraylar, məktəblər, bulaqlar, kəhrizlər... Bütün bunların hamısı darmadağın edildi.
Vandallar Azərbaycanın əsrlərlə yaşayan və qorunub saxlanan tarixini məhv etməyə qalxışdılar. Qədim Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi olan Xocalı kurqanları, əcdadlarımızın yaddaş yeri olan Xocalı qəbristanlığı texnikanın köməyi ilə darmadağın edilib, yer üzündən silindi. Bəşəriyyətin ulu əcdadlarının məskəni olan Azıx mağarası hərbi sursat anbarına çevrildi. Qarabağ muzeylərindəki 40 mindən çox tarixi-mədəni eksponat məhv edildi.
Azərbaycan xalqına məxsus əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, xalçalar, görkəmli şəxsiyyətlərin xatirə əşyaları, qədimi pullar, qızıl və gümüş məmulatları, nadir bahalı daş-qaşlar, xalçalar və digər əl işləri ilə zəngin eksponatlar oğurlandı. Kəlbəcər, Şuşa, Ağdam, Qubadlı, Zəngilan tarix-diyarşünaslıq muzeyləri, daş abidələr və s. dağıdıldı, it-bata salındı. “Mədəni” ermənilər unikal Ağdam Çörək Muzeyini, tarzən Qurban Pirimovun Xatirə Muzeyini, Rəsm Qalereyasını məhv etdilər. Müqəddəs Çörəyə əl qaldıranın gözünü çörək tutmazmı?!
Qarabağın tacı sayılan füsunkar Şuşada 8 muzey talan olundu. Natəvanın, Nəvvabın, Əbdürrəhim bəy Haqverdiyevin və b. ev-muzeyləri, diyarşünaslıq muzeyləri tamamilə dağıdıldı. Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, dahi Üzeyir Hacıbəylinin, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin eksponatları oğurlandı. Şuşadakı 500-dən çox abidə “erməni abidəsi” kimi qeyd edilib dünyada göstərildi. Şəhərin bütün gözəl abidələri, heykəlləri məhv edildi. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki yerlə yeksan olundu. Xan mağarası, Qaxal mağarası, Şuşa qalası daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə darmadağın edilib, oğurlanıb, yaxud “erməniləşdirilmişdi”.
Azərbaycanın izini itirmək məqsədilə Qarabağ ərazisində külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikililər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri tankların tırtılları altına verilib, dini ibadətgahlar təhqir edilib.
Forpost “Ermənistan” dövlətinin “mədəniyyət siyasəti” və daim özünü “qədim mədəni xalq” adlandıranların əsil vəhşi siması bu əməllərdə öz əksini tapır. Budurmu “qədim-mədəni erməni xalqı”?! Hələ bütün bu dediklərimiz müharibədən əvvəlki statistikadır. İndi yəqin müvafiq idarələr, nazirliklər, komitələr öz sahələri üzrə daha dəqiq hesablamalar aparanda dünya daha dəhşətli mənzərənin şahidi olacaq!
Ağdamda, Füzulidə, Ağdərədə, Laçında və Kəlbəcərdə olan digər abidələr kimi, Qarabağ bölgəsində mövcud olan Alban xristian abidələri də ermənilər tərəfindən mənimsənilərək, “erməni mədəniyyətinin” nümunələri kimi təqdim olunub. Azərbaycanlı albanlara məxsus abidələr saxtalaşdırılıb, məbədlərdəki Alban yazıları silinib, üstündən “erməni heroqlifləri” yazılıb, milli mənsubiyyəti bildirən əşyalar məhv edilib. Məhz Qarabağdakı albanlara aid yüzədək ibadətgahı “erməni kilsəsinə” çevirmək üçün ərazidə saxtakarların xüsusi daşyonanlar sexi işləyib.
Bizim xalqın islamdan öncəki dövrünə aid olan xristian abidələrinin Azərbaycanın digər ərazilərində, Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı bölgələrində də mövcudluğunu nəzərə alaraq demək olar ki, əgər ötən il müharibədə ermənilərin başı əzilməsə idi, onların həyasız ərazi iddiaları təkcə Qarabağla məhdudlaşmayacaq, ağlaşa-ağlaşa başqa ərazilərimizə də göz dikəcəkdilər...
Lakin bu sərgərdan tayfanın yüzillərlə toxuduğu yalan ideologiyası, “Böyük Ermənistan” xülayası, “Arsaxın statusu” kimi, onların yeni ərazilər arzusu da gözündə qaldı və qalacaq. Cəmi 44 gündə düşməni büsbütün darmadağın edən qüdrətli Azərbaycan Xalqı bir daha Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
...Biz bundan sonra tarixin dərsini heç vaxt unutmamalıyıq. Vaxtilə qədim yurd yerlərimizin parçalanıb bölüşdürüldüyünü, sağa-sola paylandığını, millətimizin zaman-zaman qanlı terrora, vəhşi soyqırımına, əzablı deportasiyalara məruz qaldığını yaddan çıxartmamalıyıq. Bir daha “Qardaş olub Hayastan” nəğmələri oxumamalıyıq. Bilməliyik ki, biz keçmişi unudub “dostluq” şərqisi oxuyanda, saxtakar və hiyləgər düşmən gələcəkdə bizi məhv etmək üçün planlar quracaq. Əlli il, yüz il, iki yüz il əvvəldə olduğu kimi...
Odur ki, Vətən təəssübü çəkən hər bir namuslu azərbaycanlı, dünyada yaşayan əlli milyonluq xalqımızın hər bir qeyrətli üzvü eyni bir amalla yaşamalıdır: Dəmir Yumruq kimi bir olub, birləşib özümüzə aid olan torpaqları yağılardan göz bəbəyi kimi qorumalıyıq!
13.X.2021
Dünya dəyişir, erməni dəyişmir
Akif ƏLİ,
yazıçı-publisist.
...1991-ci il idi, hələ Sovetlər rəsmən dağılmamışdı. 70 il bir-birindən ayrı salınmış Azərbaycanla Türkiyə arasında xəfif əlaqələr yaranırdı. Bu əlaqələrdən biri də turizmlə oldu. O zamanlar bütün SSRİ-də ən “bərkgedən” avtobus sayılan səs-küylü, qəfəs kimi darısqal, havalandırmasız, mazut yanacaqlı nataraz “İkarus” avtobusları ilk sərnişinləri Bakıdan götürüb Gürcüstan vasitəsilə Sarp qapısından keçməklə Türkiyəyə apardı. Qara dəniz sahilləri boyunca Samsun-Riza-Trabzon marşrutu ilə Türkiyəyə gedən ilk avtobusda mən də vardım.
Ata-babalarımızın həsrətini çəkdiyi doğma Türkiyə ərazisinə daxil olub, Qara dəniz kənarı ilə getdiyimiz zaman ilk dəfə sahildə ucalan ay-ulduzlu al sancağı görəndə öz-özünə beynimdə repressiya qurbanı mərhum şair Əhməd Cavadın misraları səsləndi: “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına...”
Xəyallar ölkəsində hər gördüyümüz yenilik bizim üçün fantastik dərəcədə maraqlı idi. Şəhər gəzintiləri, Türkiyə mətbəxinin təamları, çayı, qəhvəsi, dükan-bazarı... Trabzonda qaldığımız üç gün ərzində trabzonlularla iki ölkənin eyni adamları kimi mehriban ünsiyyətdə olduq. Suvenir mübadiləsində mənə verilən hədiyyələr arasında şəhərin tarixinə dair bir kitab da vardı.
İndi aradan 30 il keçəndən sonra, igid oğulların düşmən tapdağından azad etdiyi külli-Qarabağda erməni vandallarının kəndləri, şəhərləri necə vəhşicəsinə darmadağın etdiyini gördükcə, həmin kitabda oxuduğum acı təfərrüatlar yadıma düşür.
...Tarixdə ilk dəfə Birinci Dünya savaşının sonlarına yaxın Çar Rusiyasının qoşunları Qara dəniz sahillərindən Türkiyə ərazisinə keçib bəzi əraziləri işğal edə bilmişdi. O vaxt Qara dəniz sahillərində yaşayan yunanlarla ermənilər əl-ələ verib insanın ağlına sığmayacaq qədər dəhşətli zülmlər törətməkdə ruslara yardım etmişdilər.
Əslində ruslardan da çox yunanlar və ermənilər onlara inanan xalqa zülmlər vermişdilər.
Həmin dövrdə istila və işğala məruz qalan məkanlardan biri də Böyük Türk hökmdarı Fateh Sultan Mehmetin 1461-ci ildə fəth etdiyi, sonrakı dövrlərdə isə bir çox türk sənət əsərləri ilə bəzədilmiş gözəl Trabzon şəhəri idi. Düşmənlərin nələr törətdiyini görən Trabzon əhalisi dəstə-dəstə dəniz və sahil yolları boyunca şərqə doğru köç etməyə başlamışdı. Şəhərin əli-qolu tutan bütün kişiləri Vətənin müdafiəsi üçün cəbhə bölgələrinə getmişdilər. Bu səbəbdən geriyə çəkilən qadın, uşaq və qocaların qəmli köç hekayətləri müsibətlər görmüş insanların ürək parçalayan səfalət və fəlakət macəralarından xəbər verirdi... Yollara tökülən pərişan köç dəstələri - evini, ocağını, yurd-yuvasını ataraq düşmən zülmündən qurtulmağa can atan ac-susuz, çılpaq didərginlərin dəhşətli taleyinin acı mənzərələri idi.
1919-cu ilin fevralında Türkiyədə müştərək rus-erməni zülmünün nəticələrinə dair yazılmış bir raportda deyilirdi:
“...1917-ci ildə rus əskərinin paltarını geyinmiş ermənilər Fol qəsəbəsində əlliyə yaxın qadın və kişini əsir götürüb Trabzon istiqamətində aparıblar. Sonradan yol boyunca həmin kəndlilərin cənazələri tapılıbdır...
Qızılağac kəndində ermənilər tərəfindən əlləri-qolları bağlanaraq bədənləri süngü ilə deşik-deşik edilmiş iki türkün cəsədi aşkar edilib...
Rus əsgərinin uniformasını geyən yunan və erməni quldurları bir ay boyunca kəndlərdə türk əhalisini qətlə yetirərək, mal və əşyalarını yağmalamış, namuslarına təcavüz etmişlər...
50 nəfərdən ibarət bir erməni terror dəstəsinin Ardasaya hücum edərək qəsəbəni darmadağın etdikləri və hər tərəfi yandırdıqları xəbəri alınmışdır...”
Rusların arxasında gizlənən erməni vəhşiləri türk qəsəbə və şəhərlərində insanlara amansız divan tutur, evləri yandırır, dağıdır, xaraba qoyur, qadınları zorlayır, kişilərin başını kəsir, körpə uşaqları süngüyə keçirirdilər. Şahidlərin dediklərinə görə ermənilər Trabzonda bir gündə 6000 adamı əsir aparıb Dəyirman dərəsi deyilən yerdə işgəncə ilə qətlə yetirmişdilər. Eyni gündə Trabzonun tənha və kimsəsiz qalmış məhəllələrində ermənilərin 38 türkü qətlə yetirdikləri barədə xəbər verilirdi.
Bütün bu cinayətlər haqqında sonralar Türkiyə hökumətinin yaratdığı xüsusi araşdırma komissiyası müfəssəl məlumat toplaya bildi. 1918-ci il aprelin 17-dən mayın 20-ə kimi müstəqil bir heyət rus və erməni zülmlərini yerində araşdırmaq üçün Trabzon, Ərzincan, Kars və Batum ərazisini gəzərək, gördüklərini qeydə aldılar. Alman yazıçısı Doktor İştayn və türk tarixçi-yazarı Əhməd Rəfiq Bəy də bu heyətin tərkibində olublar. Əhməd Rəfiq Bəy Qurtuluş savaşından sonra Trabzonun halını belə təsvir edir:
“Trabzon, 17 nisan 1918. “Poladxana”nın yaşıllıqları içində bəyaz və zərif binaları gördüyümüz zaman artıq neçə gün idi ki, dolaşdığımız qarlı dağlardan qurtulduğumuzu anladıq. Qara dənizin mavi suları həlim bir nisan günəşinin pənbəlikləri altında uyuyurdu. Şəhərin ağ damları günəş şüaları altında bərq vururdu. Sahildə, yaşıl çayırların ortasında topa-topa sürülər, tənha minarələr, təpələrdə təzəcə çiçək açmış ərik və şaftalı ağacları görünürdü. Trabzon bir baxışla qəlbləri məftun edəcək qədər gözəl idi. Övliyya Çələbinin haqqı varmış desin ki: “Burası gül və reyhan açar...”. Baharın ruhu şəhərin simasını şövqləndirmişdi.
Aylarca Moskov istilası altında Ana Vətəndən uzaqda qalan bu bölgə indi bahar çiçəkləriylə bəzənmiş, gözəlləşmiş və onu ziyarətə gələnləri böyük bir zövqlə salamlayırdı.
Fəqət bu fərəhli mənzərədə əzgin və pərişan bir qəlbin acı təbəssümləri də duyulurdu. Trabzon pərişandı, Trabzon mənən sıxılmış, cismən xarabazara çevrilmişdi. Başına çiçəklər dolanan bu gözəlin cazibəli siması tənha əklillər içində təbəssümlü kimi görünürdü. Onun halını bir bilsəydiniz... vücudunu görsəydiniz... güllələrdən, qatil əllərdən, qan tökülən barmaqlardan nə zərbələr görmüş, nə cəzalar çəkmiş, nə fəlakətlər yaşamışdı... Bir biləydiniz!
Böyük və faciəli yanğınlardan sonra sönmüş ocaqlara, yanmış evlərə baxmağa gələn, uşaqlıq xatirələrini qoruyan guşələrin məhv olunduğunu acı təbəssümlə seyr edən pərişan insanlar... Divar dibində çökərək xəyala dalmış, düşüncələrə qərq olmuş qocalar... Başqa bir yanda yetim qalmış yalınayaq, sarışın, mavi gözlü cocuqlar kirli üzləriylə küçənin gölməçələri arasında qaçışırdılar... Pəjmürdə qiyafəli, örpəkli qadınlar balaca-balaca qızların əlindən tutub yoxuş boyunca təngnəfəs qalxırdılar...
Salamat qalan az bina vardı. Şəhərin ən salamat, əl dəyilməmiş binaları - qayaların dibindəki yunan kilsəsi, yunan məktəbi, yunan qəbristanlığı və yunan evləri idi. Qədim Trabzon, qəhrəman Yavuzun gənclik çağlarına şahidlik edən məhəllələr, Bizans-Osmanlı qalalarının içərisi tamamilə dağıdılmışdı. Bu xarabalıqlar içərisindən dənizə doğru iki geniş yol uzanırdı. Yollar boyu hər guşə, hər ev, hər küçə, hər türbə dağıdılmış və yandırılmışdı.
Yanan məscidlər, çılpaq minarələr, başdaşları sındırılmış məzarlıqlar adamın qəlbini dərin qüssə-kədərlə doldururdu. Küçələr tənəkə, xırım-xırda əşyalar, geyim şeyləri, rus şapkaları, araba təkərləri, heyvan cəsədləri, kirəmid topalarıyla dolu idi. Bir zamanlar məsud ailələrin dinc yaşadıqları bağçalar indi dağıdılmış, uçuq evlər tənha qalmış, divarlarda yabanı otlar bitmişdi. Bahar bu xarabalığın ortasına da öz çiçəklərini sərmişdi.
Heç bir ev salamat buraxılmamış, taxtaları qırılıb töklümüş, qiymətli nə varsa büsbütün uçurulub sökülmüşdü. Küçələrdə ac fərələr dolaşırdı. Axura çevrilmiş məscidlərin kədərli görüntüsü adamı üzürdü. İçərisində dörd-beş barmaq qalınlığında peyin toplanmışdı. Mehrablar, minbərlər, bütün guşələr tamam dağıdılmış, məsciddəki müqəddəs yazılar ya pozulmuş, ya da parça-parça qoparılıb yerə salınmışdı. İçəri Qala məscidi də axurdan başqa bir şeyə yarayan halda deyildi. Məscidin yanındakı susuz və dağıdılmış çeşmənin üzərindəki bu sözlər oxunurdu: “Əlsultan-ül-əzəm üs-sultan ibn Sultan Süleyman ibn Səlim xan bin Bayəzid xan haldallahü mülkehü 935-ci sənə”
Yerlə yeksan edilən şəhər məzarlığının içərisində böyük bir teatr tamaşası oynanıldığı görünürdü. Bələdiyyə bağçası sanki bir arabaçılar mərkəzinə çevrilib, bazar-dükan dağıdılıb, hər şey qaranlıqlar girdabına qərq olubdur. Bomboş mağazaların qıfılları sındırılıb, taxçaları yağmalanıb, şüşələri süngülərlə param-parça edilib. Hər yanı xaraba qoymuşdular.
...Rus istilası əsnasında Trabzonda tənha qalmış bir qocanın dediklərindən anlaşılır ki, qocanı ən çox mütəəssir edən ermənilər olub. Bütün təxribat Qafqaz erməniləri ilə Ərzrum, Ərzincan və Van tərəflərdən Rusiyaya qaçan, Osmanlılardan intiqam almaq üçün rus ordusuna könüllü girən ermənilər tərəfindən törədilirmiş. Deyilənə görə, rus idarəsi daha nizam-intizamlı idi. Ruslar əhalini yol işlərində çalışdırır, pul, yemək, şəkər, çay verirlərmiş. Hətta ermənilər barəsində şikayət eşitdikdə dərhal işə qarışarlarmış. Əhali rus idarəsindən elə bir fənalıq görməyib.
Fəqət bolşeviklik meydana çıxandan sonra vəziyyət dəyişib. Rus sıravi əsgərləri artıq zabitləri saymırmış. Belədə ermənilər sərbəst qalıb bolşevizmə qoşulan rus əskərləriylə birgə türklərə daha çox zülm etməyə, ara qarışdırmağa başlayıblar. Türk Ordusu özünü yetirənə qədər ermənilər hər tərəfi yaxıb-yandırıb, darmadağın ediblər. Ordunun yaxınlaşdığını eşidər-eşitməz, əllərinə keçən türkü vəhşicəsinə öldürüb, ən gözəl yerləri xarabazara çevirib qaçıblar...
Beləcə gözəl Trabzonun taleyi erməni vəhşətinin Qara dəniz sahillərində faciəli bir nümunəsi kimi yaddaşlarda qalıb.
...Bəli, oxşar faciələr Azərbaycan türklərinin də yaddaşına yazıldı. İllər sonra “Erməni teatrı” eyni tamaşanı Qarabağda da göstərdi. Eyni oyun üslubu, türkə eyni nifrət, mədəniyyətə eyni vəhşi münasibət! Şanlı Azərbaycan Ordusu özünü yetirənə qədər Şuşada, Ağdamda, Laçında, Xocalıda, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda qanlı ləpirlərinin izi qaldı.
Çünki erməni elə ermənidir! Dünya dəyişir, erməni dəyişmir! Qanı, canı, xisləti ilə fitnə-fəsad, təxribat, barbarlıq, bəla toxumudur. Hər nüsxəsi iblisanə kələkdən yoğrulmuş saxtakar tayfadır. Kim nə deyir desin! Bu nəhayət birdəfəlik qulaqlarda sırğa edilməlidir: erməni adlanan məxluqun ağına da, qarasına da inanmaq məsələsinə son qoyulmadıqca bəla bitməz!
31.08.2021
Prezidentin “tele-dərsləri”
Akif ƏLİ,
fəlsəfə doktoru,
Əməkdar jurnalist,
yazıçı-publisist.
Jurnalistika şərəfli və müqəddəs peşədir. Jurnalistlər tarixi yazan, xalqın ürək sözünü deyən, həqiqəti çatdıran, ictimai rəyə təsir edən ziyalılardır. Təbii ki, sağlam vətəndaş mövqeyi olan vicdanlı, istedadlı, peşəkar jurnalistlər nəzərdə tutulur. Hərçənd bu keyfiyyətlərə malik olmayan qələmdaşlara jurnalist də deyilməz.
Mühüm ideoloji sahə olan mətbuatda çalışmağı özünə peşə seçmiş adamın bir çox keyfiyyətləri olsun gərək: yüksək səviyyəli əxlaq, savad, mədəniyyət, analitik təfəkkür, müasir düşüncə, geniş dünyagörüşü... Bu keyfiyyətləri olan adamlar hadisələrə, faktlara və situasiyalara sağlam münasibət sərgiləyib, cəmiyyətə söz deyə bilər. Hər belə peşəkar kadrın yetişməsi isə illərlə başa gəlir.
Hərgah qələmin borcu həqiqəti yazmaqdırsa, gərək düzü-düz, əyrini-əyri yazsın. Həqiqət budur ki, nə qədər inkişaf edir-etsin, problemsiz nə həyat var, nə insan var, nə də cəmiyyət. Ancaq cəmiyyət mətbuata geniş ürəklə əlavə hüquqlar və səlahiyyətlər verdiyi kimi, onun üzərinə əlavə məsuliyyət də qoyur. Bu məsuliyyət peşə etikasına riayət etməkdən, peşənin ləyaqətini yüksək tutmaqdan ibarətdir.
Peşənin elementar prinsiplərinə riayət etmək, ümumiyyətlə, hər sahədə vacibdir. Alim, müəllim, həkim, polis, yazıçı, mühəndis, siyasətçi, iqtisadçı... Bütün peşələr üçün peşə etikasına riayət - alicənablıqdır. Hər peşənin xüsusiyyətindən irəli gələn özəl prinsipləri var. Hər peşə sahibi vətəndaşlıq və dövlətçilik mövqeyindən çıxış etməyə, haqqı, ədaləti müdafiə etməyə, obyektiv və prinsipial olmağa, cəmiyyətin inkişafı naminə çalışmağa borcludur. Ancaq mətbuat kimi həssas və kütləvi sahədə peşə prinsiplərinə riayət daha vacibdir.
Bütün peşəkar jurnalistlər bilir ki, jurnalistin etik davranış qaydalarının baza prinsipləri obyektivlik, doğru-düzgünlük və qərəzsizlikdir. Müxtəlif baxışları, mövqeləri olduğu kimi işıqlandırmaq jurnalistikanın borcudur. İnformasiyanın mənbəyinin göstərilməsi vacib şərtlərdən olduğu üçün, bir vaxtlar tez-tez rast gəlinən - “mötəbər mənbə”, “məlumatlı mənbə”, “səlahiyyət sahibi”, “deyilənə görə” və s. bu kimi anonim istinadlarla məlumat yaymaq, əslində dezinformasiya mahiyyətlidir. Nüfuzunu düşünən mətbu orqan daxil olan ən “qaynar” informasiyanı da bir-neçə mənbədən dəqiqləşdirib düzgünlüyünə əmin olmadıqca, yayılmasına tələsməz. İnsanları siyasi, dini, irqi, cinsi mənsubiyyətinə görə aşağılamaq, şərəf və ləyaqətini alçaltmaq, şəxsi həyatına müdaxilə etmək yolverilməzdir. Mətbuatda tənqidi materialların olması normaldır, ancaq ən kəskin tənqidi yazılarda da etik çərçivə gözlənilməlidir. Tənqid olunan tərəfə isə cavab hüququ vermək, hər hansı səbəbdən yanlış məlumat yayılıbsa, onu təkzib etmək peşə etikasının şərtlərindəndir. Səhvi etiraf edib üzr istəmək böyüklük əlaməti olduğu kimi, təkzib də mətbu orqanı əskiltməz, əksinə, ona inamı artırar. Mətbu orqanı və jurnalist peşəsini nüfuzdan salan əsas məqamlardan biri müəyyən maraq naminə bilərəkdən yalan, böhtan, şantaj xarakterli materialların dərcidir. Ədalətsizlik edib nahaqdan təmiz adamlara məqsədli şəkildə ləkə yaxmaq, sifarişlə şər, böhtan xarakterli materialları kütləviləşdirmək nəinki yolverilməzdir, hətta hüquqi məsuliyyət yaradan əməldir...
Bir sözlə, yalnız cəmiyyətin qanun-qaydalarına, peşənin norma və prinsiplərinə riayət edən mətbuat orqanı və jurnalist auditoriyanın hörmətini, ehtiramını, inamını qazana bilər. Bütün bu xatırlatmalar təbii ki, onlara əməl edən hörmətli media təmsilçiləri üçün deyil. Mətbuat Günü ərəfəsində bunların xatırlanması sözügedən təməl prinsiplərə laqeydlik göstərən, onları rahatca tapdalayıb keçən mətbuat nümayəndələrinə daha çox faydalı ola bilər.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə jurnalistikanın da əhatə dairəsi genişlənib. Klassik radio, televiziya, qəzet jurnalistikası ilə yanaşı, internet media yaranıb, sosial şəbəkələrdə çalışan çoxsaylı informator ordusu var.
Təbii ki, elektron məkanda fəaliyyət göstərmək çap mətbuatında olduğundan daha mürəkkəb və çoxkomponentlidir. Xüsusən, tele-efirin baxımlı olması asan başa gələn iş deyil. Şərtləri çoxdur - jurnalist ustalığı, redaktor səriştəsi, rejissor təfsiri, operator duyumu, rəssam bacarığı, işıq, səs, montaj texnikası, qrim sexindən tutumuş dülgər sexinə qədər müxtəlif emalatxanalar və s. Bütün bunlardan da vacib – həmin komponentləri bir araya gətirib eyni məqsədə yönəldə bilən peşəkar idarəçiliyin olmasıdır.
Həmişə mətbuatın ən böyük problemlərindən biri mövzu qıtlığı olub. Yüzlərlə bir-birini təkrarlayan oxşar televiziyaların, saytların, qəzetlərin fəaliyyət göstərdiyi indiki şəraitdə problem qələm adamlarının qarşısında daha kəskin dayanır. Yeni mövzu tapmaq, oxucunun, tamaşaçının diqqətini cəlb etmək asan deyil. Xüsusilə, peyklərin gecə-gündüz yaydığı yüzlərlə tele-kanalların rəqabəti mühitində baxılan veriliş hazırlamaq, tamaşaçını ekran qarşısında saxlamaq çətinləşib. Bir kanalda veriliş onu maraqlandırmasa, pultun düyməsini basıb başqa kanala keçmək isə çox asandır.
Unutmayaq ki, yaxın zamanlara qədər mətbuatımızı çuğlayan həlməşikli tənəzzül dalğası tele-radio sahəsini daha çox vurmuşdu. Tele-radio jurnalistikasının 1970-80-ci ilərdə məhdud texniki imkanlar və qatı senzura şəraitində əldə etdiyi yaradıcılıq uğurlarının üzərində daha proqressiv nəticələrə nail olmaq üçün irəliləmək əvəzinə, milli tele-kanallarda baş alıb gedən vakxanaliya efiri geri-geri aparıb reqressə ürcah elədi. Klassik tele-radio jurnalistlərinin böyük zəhmət və yaradıcı potensial hesabına ərsəyə gətirdikləri uğurlar uduzuldu, nailiyyətlər unuduldu, efir estetikası büsbütün pozuldu və televiziya sənətkarlığı dibdən-dibə yuvarlandı. Peşənin nə etik, nə estetik meyarları barədə anlayışı olmayan “yenilikçi” zümrə medianı qisas məkanına çevirdi. Amalı xalqın və dövlətin ideallarına xidmət etmək olan müqəddəs mətbuatımız şər, böhtan, yalan, şantaj, reket vasitəsi kimi istifadə olundu. Mediaya, sosial şəbəkələrə sızdırılan sənətdən, yaradıcılıqdan uzaq zümrə yalnız ara qarışdırıb "gündəm dəyişdirmək", "rəqibi zərərsizləşdirmək", "təmiz kadrları ləkələmək ", "suyu bulandırmaq", “bazarı ələ keçirmək” kimi cılız “mübarizə” üsullarına səfərbər idilər.
Bu - sırf nadan idarəçiliyi idi...
İndi cəmiyyətə, ictimai-siyasi mühitə, dövlət idarəçiliyinə, mənəvi-mədəni sferaya ciddi ziyan vurmuş o "yenilikçi” dəst-xətt artıq gözə dəymir. Pisliklər qeybə çəkilib. Media mühiti saflaşmaq şansı qazanıb. Ancaq meydanın tam təmizlənməsi üçün müəyyən vaxt lazımdır.
Televiziya peşəkarları bilir ki, efirin səviyyəsi həm də efirdəkilərin səviyyəsi ilə ölçülür. Efirdəkilərin səviyyəsi isə efirə nəzarət edən arxadakı yaradıcı və yönətici adamlardan asılıdır. Efirdə gördüyümüz bütün naqisliklər də onlara bağlıdır. İcazə verənlərin səviyyəsi odur. Şou janrının adını eşidib özünü tanımayan belə yönəticilər xüsusi “istedadla” televiziya sənətini “plindus” səviyyəsinə qədər endirməyə müvəffəq oldular. Jurnalistikada peşəkarlığın əhəmiyyətini və qədrini bilməyən hərşeyşünaslar ən birinci intellekti efirdən qaçaq saldılar. Ağlı üstündə olan vətəndaş nə qədər patriot olsa da, zövqsüz verilişlər hazırlayan milli telekanallardan vaxtına və zövqünə təcavüz istəməz və istəmədi. Türkiyə, Rusiya kanallarında hərə özünə uyğun veriliş axtardı.
Əlbəttə, bir çox yaradıcı və texniki səbəblər üzündən verilişlərdə heç də həmişə bütün nəzərdə tutulan keyfiyyət səviyyəsinə nail olmaq mümkün olmur. Ancaq bu, o demək deyil ki, əzablı jurnalist fədakarlığına, zəngin yaradıcılıq axtarışlarına qatlaşa bilməyib, intellekt işartısının görünmədiyi efir məhsulları ilə tamaşaçının gözünə kül üfürəsən. Efirlə məsuliyyətsiz davranışın gözdən, nüfuzdan və hörmətdən düşmək kimi ağır cəzası var.
Efir hiperbolasının eniş əyrisi ta ki 2020-ci ilin 27 sentyabr gününə qədər davam etdi. Vətən müharibəsinin başlanması ilə mövzu nəhrinə qəfil sel gəldi. İllər uzunu şit şoular göstərməkdə “püxtələşən” TV-lər bu seli qarşılamağa hazır olmadılar. Xarici mətbuat, xüsusən, qardaş Türkiyə mediası və çevik sosial şəbəkələr dərhal təşəbbüsü ələ aldılar. Qarabağ müharibəsinin gedişini bizim əhali də, dünya ictimaiyyəti də o mənbələrdən izlədi.
Həqiqət budur ki, Ali Baş Komandan efirə çıxana qədər milyonlarla vəsait sərf olunan milli televiziyalara baxan yox idi. Prezident İlham Əliyevin heyrətamiz çıxışları və Müdafiə Nazirliyinin cəbhədən yaydığı ləzzətli bombardman görüntüləri tamaşaçıları yenidən ekran qarşısına qaytardı. İllərdən sonra ağıllı xalq Prezidentin çıxışlarına və düşməni iti qovan kimi qovan əsgərlərimizin cəbhə şüvaətlərinə görə milli efiri izləməyə başladı. Ali Baş Komandan Ordunu əzmlə idarə etməklə yanaşı, hər məntəqənin azad edilməsi haqqında qürur doğuran məlumatları ilə, xalqa müraciətləri, apardığı yüksək səviyyəli danışıqları, çox maraqlı müsahibələri ilə Azərbaycan Televiziyasını son illərin ən baxımlı proqramlarından daha baxımlı etdi, milyonların daim gözlədiyi qəhrəmana çevrildi.
Bu vaxta qədər bacarıqsız yaradıcı və yönəticilərin efirə verdikləri səviyyəsiz şouların “reytinq gətirdiyini” deyərək, guya bizim tamaşaçının özünün səviyyəsinin aşağı olduğunu və reytinq xatirinə televiziyaların belə verilişlər hazırlamağa məcbur olduğunu iddia edirdilər. Amma əslində bu bəhanə altında həm öz bacarıqsızlıqlarını gizlədir, həm də rahatca xımır-xımır dövlətin milyonlarını sovurmaqla məşğul idilər.
Prezidentin müharibə dövründəki fəaliyyəti sübut etdi ki, əksinə, xalqın efirdəki səviyyəsizliyə yox, ağıla, düşüncəyə, sərrast danışığa, səlis nitqə və həqiqət sözünə ehtiyacı var. Bu vətənpərvər xalq igidliyi, mərdanəliyi, ağayanalığı, ruh yüksəkliyini, intellekt işığını daha çox qiymətləndirir. Qanlı-qadalı ağır müharibə günlərində gərgin qrafiklə işləyən Ali Baş Komandanın çıxış və müsahibələri ən maraqlı verilişlərdən də maraqla izlənirdi. İnsanlar saatlarla Azərbaycan efirinə baxır, ekrandakı şəxsiyyətin bacarığına afərin deyir, fəxr edir, qürur duyurdular. Onun sərrast ifadələri aforizmə çevrilib dillər əzbəri olurdu: “Noldu, Paşinyan... Bəs Cəbrayıla yol çəkirdin... Bəs Cıdır düzündə yallı gedirdin... Təpəsinə dəmir yumruğu endirdik... İti qovan kimi qovduq...”
Müharibə günlərində və müharibədən sonra Prezident təkbaşına efirlərə “reytinq qazandırmaqda” davam etdi. O, slah-sursatla üstümüzə gələn bişərəf ermənilər kimi, qələm-mikrofonla hücuma keçən ermənipərəst “prokuror-jurnalistlərin” də hikkəli “doproslarına” sərrast “atəşlərlə” əks-cavablar verirdi. Dünyanın dörd bir tərəfindən gəlmiş təcrübəli müxbirləri dörd dildə dörd saatlıq mətbuat konfransı ilə heyrətə salırdı. Adamlar saatlarla ekran qarşısında əyləşib tək bir nəfərin çıxışına baxırdı və ürəyindən tikan çıxırdı. Prezidentin bu çıxışları milli tele-proqramları zənginləşdirirdi, redaksiyalara yeni-yeni mövzular verirdi. Onun çıxışlarının nümayişi, şərhi, təhlili, təbliği üzərində qurulan verilişlər, aparılan müzakirələr, çəkilən telefilmlər, süjetlər bir ilə yaxındır efirləri maraqlı və məzmunlu etmədədir...
Burada başqa bir həqiqət də üzə çıxdı: bacarıqsız tele-yönəticilərə sübut olundu ki, maraqlı veriliş etmək üçün studiyanı palatka toyuna, sirk arenasına döndərməyə ehtiyac yoxdur. Tək bir nəfər də boş masa arxasında əyləşib, heç bir kağıza baxmadan, öncədən ssenari yazılmadan, hazır mətni olmadan, veriliş üçün heç bir xərc çəkilmədən ekspromt olaraq saatlarla tamaşaçı diqqətini cəlb edib, efiri baxımlı edə bilər! Bunun üçün televiziya ekranlarında tamaşaçının qarşısına şəxsiyyət çıxmalıdır! İntellekt, bilik, savad, istedad çıxmalıdır...
Prezidentin master-klass dərsləri göstərdi ki, indiyə qədər bəzi naşı rəhbərlər və yönəticilər “reytinq” deyə-deyə bacarıqsızlıqlarının məhsulu olan səviyyəsiz verilişlərin günahını tamaşaçının boynuna yükləməklə, sadəcə dövlətin milyonlarla pulunu havaya sovurduqlarını ört-basdır ediblər. Çünki elə həmin “səviyyəsiz” dedikləri tamaşaçı ən yüksək səviyyəli intellektual söhbətə indi saatlarla oturub baxır və gözünü ekrandan çəkmirdi. Və səviyyəsiz telekanal yönəticilərinin həmişə “səviyyəsiz” adlandırdığı həmin xalqın arxa və ön cəbhədəki şücaətləri haqqında süjetlər, söhbətlər, çəkilişlər indi efiri baxımlı edirdi...
Əlbəttə, ölkə rəhbəri çapında olan ali səviyyəli çıxışçıları tapıb ekran konveyerinə çıxartmaq mümkünsüzdür. Ancaq Prezidentin “tele-dərslərinin” əsas nəticəsi odur ki, çapından asılı olmayaraq ekrana şəxsiyyət çıxmalıdır! Səviyyəli adamlar ekranda olmalıdır. Kanallar məhz maraqlı şəxsiyyətləri axtarıb üzə çıxartmalı, efirə dəvət etməlidir ki, verilişləri baxımlı, maraqlı, faydalı olsun. Xərclənən vəsait havaya üfürülməsin. Çünki tamaşaçı ancaq ekrandan onunla səmimi danışan şəxsiyyətə inanır və baxır. Zövqsüz düşüklərə yox.
Maraqlı şəxsiyyət tapmaq üçün heç də mütləq qaydada ali savad diplomu, elmi adı, sanballı vəzifəsi, təltifləri olanları axtarmaq vacib deyil. Adam lap məhdud məkanda fəaliyyət göstərsin, amma öz peşəsinin bacarıqlı mütəxəssisi olsun. Daxili zənginliyə malik yetgin şəxs olsun. İstər akademik, istər çoban - fərq etməz. Əgər o, peşəsinin ustadı olacaqsa, iç dünyası zəngin olacaqsa, danışığı, davranışı təbii olacaqsa – demək adam kimi adamdır! Keyfiyyəli, faydalı və maraqlı insandır. Özünü əhəmiyyətli göstərmək üçün kamera qarşısında poz verməklə, süni qrimaslarla tamaşaçını özünə güldürməyəcək... Təbii insan dünyanın hər yerində maraqlıdır. Onun aurasındakı işıq ünsiyyətdə olduğu insanların da qəlbinə, ruhuna işıq ötürür. Və təbii ki, çıxış etdiyi efirə də işığı yayılacaq. Veriliş də maraqlı olacaq, tamaşaçı da kanalı dəyişmədən məmnuniyyətlə onu dinləyəcək.
İşıqlı qonaqları olan efirin mədəniyyəti, hörməti və nüfuzu da artıq olar.
17.07.2021
Polit-futbol
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
Pandemiya oyunları səbəbindən 2020-dən qalma Avropa Futbol Çempionatı çox maraqlı və az maraqlı oyunlarla davam edir. Şəkilcə bu futbol da əvvəlki futbollar kimidir. Şəhərdə stadion, stadionda meydan, meydanda top, topun başında oyunçu, oyunçunun başında hakim, hakimin əlində bayraq, bayraq yellədən tamaşaçılar, tamaşaçıları kor hesab edib boş-boşuna çığırtı ilə reportaj aparan tele-şərhçilər...
Beləcə, maraqlı-maraqsız oyunlar davam edir. Güclülər yenə güclüdür, zəiflər də gücünü güclərə qatmağa çalışır.
Şəkilcə görüntü bu olsa da, həyatda hər şey göründüyü kimi deyil. Mahiyyət əsasdır.
Mahiyyət isə odur ki, dünyanın qlobal oyunları kimi, futbol oyunları da dəyişib. Əvvəllər futbol yarışında bir zövq var idi, gözəllik, estetika var idi: komandalar udsa da, uduzsa da oyun maraqlı keçirdi. Usta oyunçular məharət göstərib azarkeşlərin rəğbətini qazanırdı. Hər işdə olduğu kimi, futbol işində də söhbət mövzusu daha çox oyunçuların fərqli fərdi ustalığı, gözəl oyun tərzi barədə olurdu. Çünki dəyərlərin mahiyyətinə diqqət vardı o vaxtlar.
- Dahi Pele beş oyunçunu məharətlə keçib gözəl qol vurdu...
- Bənzərsiz Qarrinça bütün bədəni ilə topun üstünə əyilə-əyilə sol kənardan ildırım sürətilə rəqibləri keçdi...
- Əfsanəvi Lev Yaşin adına bənzər şir kimi sıçrayıb 11-metrlik penaltini tutdu...
- Gənc kürən Banişevski başı ilə topu düz “doqquzluğa” göndərdi...
- Usta Kazbek Tuayev akrobatik tullanışla havadaca topu dabanı ilə irəli ötürdü...
- Ağıllı Lobanovskinin küncdən vurduğu zərbə ilə top göydə dairə cızıb qapıya girdi...
- Daim sakit, soyuqqanlı Bekkenbauerin qarşısını rəqiblər heç cür kəsə bilmədi...
- Civə kimi hey hərəkətdə olan Eysebio bütün meydan boyu sürətlə şığıyıb qapıçı ilə təkbətək çıxdı...
Və daha kimlər, nələr olurdu meydanda... Futbol əsil həzz mənbəyi idi, gözəl bir tamaşa idi.
Amma indi futboldan danışanda azərkeşlər sadəcə deyirlər:
- İtaliyanlar yaxşı oynadı...
- Belçika da pis deyildi...
- Fransa zorla qalib gəldi...
- Almanlar bu dəfə zəifdi...
- İngilislər uddu...
İndi dünyanın qlobal oyunları kimi, daha futbol oyunları da dəyişib. Müasir futbolun gözəlliyindən, estetikasından, futbolçuların fərdi bacarığından, məharətindən, ustalığından az-az danışılır. Daha çox yekun hesab deyilir, - kim uddu, kim uduzdu, - vəssalam. Sanki futbol idman oyunu kimi zövq mənbəyi yox, qumar oyunu kimi son nəticəyə hesablanmış kommersiya məşğuliyyətidir. Oyun şərtləri bazar həyatına uyğunlaşdırılıb. Əsas göstərici kimin necə oynaması yox, kimin oyunu qazanmasıdır. Zatən futbolda daha böyük pullar dövr edir...
Belə görünür ki, komanda sahiblərinə, məşqçilərə estetika, ustalıq, fərdi fərqlənmə təmrinləri əhəmiyyətli deyil. Meydanda oyunçunun fərdi məharətini göstərməsi yox, topun qola girməsi maraqlıdır. Əsas odur ki, qapıya top vurulsun, komanda udsun. Əvvəl də belə idi, amma onda həm də ayrı-ayrı mahir futbolçular çıxırdı və qiymətləndirilirdi.
Avropa Futbol Çempionatı-2020 göstərdi ki, Avropa futbolu çox dəyişib. O qədər dəyişib ki, daha hər şey süni intellekt prinsipinə, rəqəmsallığa uyğunlaşdırılıb. Üstünlük oyun tərzinə, oyunçu məharətinə yox, tabloda yazılan rəqəmlərə verilir.
Görünür bu səbəbdən “milli komanda” anlayışı da əhəmiyyətini itirib. Komandalarda hamı qaynayıb-qarışıb, daha ağ adam, qara adam, bizimki, sizinki qalmayıb. Şərhçi saçyoldu bir həyəcanla “Fransızlar hücuma keçir!!!” – deyəndə televiziya ekranında yaxası xoruz nişanəli nərmənazik fransız gədələrinin əvəzinə, az qala divə bənzəyən nəhəng qara adamları göstərirlər. Əlbəttə, o fransız Müsyö Jordan deyil, Afrika mənşəli “fransız” Nquendir...
Ağ Avropa daha komandaların taleyini qaralara həvalə edib. Belçika, Hollandiya, Portuqaliya, İsveçrə və b. ölkə komandalarında da mənzərə “fransızcadır”. Avropa çempionatı olsa da, meydanda Avropanın ağdərili model futbolçularından daha çox, Fantomasa bənzər heybətli qaradərili Afrika mənşəlilər görünür.
Bu - demokratiyanın əlaməti olan Polit-futboldur: yəni yeni Futbol Siyasətidir. Həyatda olduğu kimi idmanda da milli ayrı-seçkilik keçmişdə qalıb. Ölkələr əhalinin mütləq qaydada eyni etnik tərkibli olmasına önəm vermirlər. “Milli komanda” adına da meydana çoxmillətli komandaları çıxartmaq heç kimdə çaşqınlıq yaratmır. Adı Hollandiya komandası olsa da, tərkibində çoxlu zənci var. Yaxud adı Belçika komandası olsa da, əksəri qara dərili Afrika mənşəli oyunçulardır. Tamaşaçılar da oyunçunun sifətinin rənginə yox, geydiyi maykanın rənginə baxır. Yaşın fərqi yoxdursa, rəngin nə fərqi?!
Müasir bazar istisadiyyatı şəraitində Avropanın ağ adamları futbol kimi gəlirli sahələrdə milli mənsubiyyət mövzusunda taxılıb qalmırlar. O ağ adamlar ki, vaxtilə qul kimi işlədib əməyini istismar etdiyi həmin qaradərili adamları indi də futbol meydançalarında işlədirlər. Əvvəllər zəncirdə və qəfəsdə saxladıqları, bazara çıxardıb mal-qara kimi satışa qoyduqları, iyrənib eyni avtobusa buraxmadıqları, qapıdan qovduqları qul qaraları indi elitar komandalara daxil edib, özləri ilə eyni təyyarədə ölkənin şərəfini qorumağa aparırlar. Hətta onlar qol vuranda ağlar qaraları meydanın ortasında duz kimi yalayırlar. Özü də tərli-tərli...
Qaradərili oyunçulara bu qədər “bəraət” verilməsinin səbəbi yenə Polit-futboldur. Qara futbolçular fiziki cəhətdən daha möhkəmdir, daha sağlam və dözümlüdürlər. Bu natarazlar yayın istisində 90 dəqiqə meydanda o baş - bu başa durmadan-dayanmadan qaça bilirlər. Yorulmurlar, rəqiblə təpikləşməyə dözürlər, toqquşanda əzilmirlər, gün vuranda ürəkləri getmir, qar-yağış döyəndə yıxılmırlar, yıxılanda dərhal durub qaçmağa davam edirlər. Hətta lazım gələndə çox inandırıcı simulyantlıq edə bilirlər... Bir sözlə, komandaya xeyir vermək üçün Afrika mənşəlilər daha əlverişlidir, problem yaratmadan fasiləsiz oynaya bilirlər, top uğrunda ölüm-dirim mübarizəsi apara bilirlər, daim öyrəncəli tərzdə tullanır, düşür, yıxılır, əzilir, yenə durub tullana-tullana qaçır, qaçır, qaçır...
Kişiylə qadını eyni zərif cins sayan ağ avropalı bu gərginliyə dözərmi?! İri-iri güclü qaralar qulluqda durursa, dalaşa-dalaşa zorla oyunu udub yığılan pulları komandaya gətirirsə, daha ağ adamlar özlərinə niyə əziyyət versinlər ki... Bax, 2020-dən qalma Avropa Futbol Çempionatı göstərdi ki, indi Avropanın Polit-futbolu – Yeni Futbol Siyasəti budur.
Polit-futbol nəzəriyyəsinin həyata tətbiqinə dair kiçik xatırlatma: müasir dünya düzənində ölkələr daha milli ayrı-seçkilik kimi arxaik düşüncədən əl çəkib, birgəyaşayış tərzinə üz tutsa da, hələ də yer üzündə bir ədəd monoetnik məkan qalmaqdadır. Açıq havadakı həmin muzey-məkanda dünyanın inkişaf edərək XXI əsrə gəlib çıxdığından, həyatın dəyişdiyindən bixəbər olan vəhşi qəbilə yerləşib. Bu qəbilə tayfasının böyüklü-kiçikli hamısı b.e. 450-ci ilində qalmışlardır. Yəni onlar 450-ci ildə hansı ağıl, düşüncə, təfəkkür tərzi ilə yaşayırdılarsa, aradan keçən 1500 ildən sonra, bugünkü 2021-ci ildə də eyni geri zəka ilə həyatlarını süründürməkdə davam edirlər... Bir özəllik də odur ki, baxtımızdan bu unikal Monoetnik Qəbilə Muzeyini 200 il əvvəl gətirib düz bizim qonşuluğumuzda yaradıblar...
Təki sağlıq olsun!
27.06.2021