Akif CABBARLI - arxiv.reytingaz.info
Tamamlanmamış qış nağılı
Akif CABBARLI
(hekayə)
Ötən illərdə qələmə alınsa da müasirliyini qoruyub saxlayan nağılvari söhbətlə siz də tanış olsanız yaxşı olardı.
Moskva-Bakı qatarı paytaxtımızın əsas giriş və çıxış qapısından keçib perrona yan aldı. Qonaqları qarşılayanların, yük daşıyanların səs-küyü qatarın sonuncu “çatmışam” motivli fitinə qarışdı. Vaqonların qapıları şaqqıltı ilə açıldı, rəngbərəng çamadanlar, iri-iri Dubay zənbilləri, Rusiya sakvoyajları, idmançı çantaları perrona qalaqlandı. Yük daşıyanların, taksi sürücülərinin xırıltılı, yuxulu səsli təklifləri, xahişləri yaz yağışı kimi qonaqların üstünə yağmağa başladı.
Birdən-birə perronda ağsaçlı, topasaqqal Ded Moroz, bizim dillə desək, Şaxta baba peyda oldu. Əsasını yerə vura-vura vağzal binasına doğru addımladı. Bu yerləri yaxşı tanıyan müsafirlər kimi şəstlə sağa-sola baxmadan inamlı addımlarla irəlilədi. Adamlar əvvəlcə qocanı sakit, dinməzcəsinə seyr edirdilər. Sonra yerbəyerdən “uy dad, Şaxta baba”, ay can, ay can, “Ded Moroz”,- deyə qışqırdılar. Uşaqlar valideynlərindən ayrılıb Şaxta babanın yanına qaçdılar. Görüşdülər, ətəyindən dartdılar. Sonra bir dəstə qadın, yanında da colma-cocuq cumdular qonağın üstünə. Qadınlardan biri.
- Baba, sən başın, uşaqların payını əsirgəmə. Konfet-zad lazım deyil, nəğd olsun, lap urus pulu da olsa eybi yoxdur. Yəqin yevronu, dolları hələ xırdalamamısan, - dedi
Təbii ki, Ded Moroz bizim dili bilmirdi, canına daraşan dəstənin istəyini də başa düşmürdü. Fikri-zikri Sineqeruçkanın, bizim dillə desək, Qar qızın yanında idi. Bir müddət idi ki, Yeni il qabağı tədbirlərə görə ayrı düşmüşdülər. Bakıda görüşməli, yekun konsertində çıxış etməli, yenidən Şimala dönməli idilər. Əlini cibinə saldı ki, mobil telefonunu çıxarsın, nəvəsinə zəng vurub görüş təyin etsin. Elə bil ağsaqqalı bir andaca ilan vurdu, telefon cibində yox idi. Şaxta baba şeytana lənət oxudu, özünü söydü, cin atına mindi də, düşdü də - nə xeyri, telefon yoxa çıxmışdı. Gümanı min yerə getdi, gözü yol çəkdi. Məsələ qəlizləşirdi. Bu boyda şəhərdə nəvəsini necə tapacaqdı. Qanı bərk qaraldı. Allahı çağırıb yoluna davam etdi. Pilləkənləri aşağı düşürdü ki, gözünə iri lövhədə yazılan “M” hərfi sataşdı. Bildi ki, metronun lap yanındadır. Fikirləşdi ki, düşsün aşağı, həm canı qızar, həm də rahatcana Qar qızın axtarışı üçün özünə bir plan da cızar. Heybəsini çiynində rahatlayıb polisdən icazə alaraq özünü atdı eskalatorun üstünə. Ürəyində qarayanız serjantın atasına bir rəhmət də oxudu. Zarafat deyil, yad, uzaq şəhərdə kartsız - filansız qocanın üzünə yeraltı şəhərin qapısını taybatay açmışdılar.
Eskalatordan düşüb ilk gələn qatara minmək istədi. Dünyanın bir çox şəhərlərini gəzmişdi, ancaq belə vəziyyətlə rastlaşmamışdı. Adicə norma, yaxud vərdişdi ki, əvvəlcə gərək düşsünlər ki, sonra minəsən. Burada isə tamam başqa cür idi. Perrondakılar heç cür imkan vermirdilər ki, vaqon boşalsın sonra minəsi adamlar yerbəyer olsun. Bir basabas düşmüşdü ki, gəl görəsən. Qoca nə qədər cəhd elədisə, vaqona minə bilmədi. İkinci reysi gözlədi, yenə görünməmiş basabas yarandı. Bu dəfə güc-bəla özünü içəri sala bildi. İnsafən tez yer verdilər, əyləşdi, nəfəsini dərdi. Telefonun itməyi qanını yaman qaraltmışdı. Ha fikirləşirdi, Qar qızın telefon nömrəsini yadına sala bilmirdi. Gümanı qalmışdı təsadüfi görüşə. Növbəti stansiyada Allahı çağırıb çıxdı yuxarı.
Şaxta baba gözlərinə inana bilmirdi. Dünyanın çox ölkəsində, saysız-hesabsız şəhərində olmuşdu. Bakını isə heç cür belə təsəvvür etmirdi. Uca binalar, xarici maşınlar, dəbdəbəli restoranlar, mağazalar, yaraşıqlı və yaxşı geyim-kecimli oğlanlar və qızlar ona gah Nyu-Yorku xatırladırdı, gah da Varşavanı, özünü gah Praqada hiss edirdi, gah da Sankt-Peterburqda. Fikirləşdi ki, bu cür, gözəl şəhəri uca-uca göydələnlərlə niyə bu kökə salıblar. Axı Moskvada, Piterdə, Riqada, lap elə qonşu Tiflisdə şəhərlərin qədimliyini, yaraşığını hündür binalarla korlamayıblar. Sonra deyirlər, təmiz hava yoxa çıxıb, tıxac belə getdi, adamlar da bir-birinin ayağını taptalamaqda. Bu cür tarixi şəhərlərlə belə davranmaq heç bir kitab-dəftərə sığan deyil.
Sonra Şaxta baba küçələri, bağ- bağçanı əldən düşənədək gəzdi. Dənizkənarı parkda skamyaların birində əyləşdi. Uşaqlar dərhal Şaxta babanı dövrəyə aldılar. Tərslikdən heybəsində şirniyyat-zad yox idi. Qar qızla görüşüb nə isə məsləhətli bir şey alıb uşaqlara paylamalı idi. Bu arzusu da hələlik havadan asılı qalmışdı.
Ağsaqqal bir xeyli dincəlib yaxınlıqdakı avtobus dayanacağına tərəf addımladı. Ucaboy, qarayanız, şəvə bığlı bir oğlanın tum çırtlamağı diqqətini cəlb elədi. Oğlan tumun qabığını yalan olmasın, on-on iki metr uzağa tüpürürdü. O, eyni vaxtda həm də saqqız çeynəyirdi. Bu azmış kimi lopabığ cavan damağına bir siqaret də qoyub yandırdı. Ciyərlərinə çəkdiyi gömgöy tüstünü havaya buraxdı. Eyni vaxtda üç proseduru elə ustalıqla yerinə yetirirdi ki, az qala Şaxta babanın əli-ayağı yerdən üzülürdü. Hələ bunlar azmış kimi oğlan cibindən çıxardığı kəhrəba təsbehin dənələrini elə şaqqıldatmağa başladı ki, qocanın təəccübdən gözləri bərəldi. Ağsaqqal bu oğlanı ürəyində “fenomen” adlandırıb avtobusa minmək istədi. Elə bu vaxt maşından kim düşsə yaxşıdır - Qar qız.
Baba ilə nəvə bu təsadüfün gətirdiyi xoşbəxtlikdən nə qədər sevindilərsə, bir Allah bilir. Tez mağazaya girib konfet, bir də ağsaqqala mobil telefon aldılar ki, işdi-şayət, ayrı düşsələr, bir-birini tapmaqda çətinlik çəkməsinlər. Sonra düşdülər şəhərin canına. Küçələrin birində arxadan çiyninə vurulan zərbə qocanı əməlli-başlı qorxuzdu. Qəfil şapalaqdan diksinən ağsaqqal geri qanrılanda dişini ağardan oğlan şit-şit hırıldadı:
- Ə, bu lap urus Ded Morozdu ki. Ə, bizim dili bileyrsənmi?
Qoca beş-on gün əvvəl Vilnüsdə, Tallində keçirdiyi günləri yada saldı. Bircə dəfə də möhkəm danışan, qəfildən qoluna, çiyninə toxunan görməmişdi. Əgər kiminsə sözü, işi olanda da yanından ehmalca bir-iki addım qabağa keçir, sonra dönür, ehtiramla salamlaşır, sözünü çatdırırdı. Fikirləşdi ki, bu cür şapalaqla salamlaşma camaatın yarısını şəkər xəstəliyinə tutuzdurar ki.
Beş-on metr qabaqda onları daha bir sürpriz qarşıladı. Üç-dörd oğlan Sinequruçkanın qoluna girib ora-bura dartışdırırdı. Biri isə israrla qızın mobil telefonunun nömrəsini istəyirdi. Deyirdi ki, günün axırına zəngləşək, sizi Novxanıya, Akvaparka, papamın iş yerinə aparacam. Qar qız babasının üzünə məlul-məlul baxdı. Qoca cavanlardan xahiş etdi ki, onları tək buraxsınlar, çünki Yeni il qabağı işləri çoxdur, böyük bayram konsertinə hazırlaşmalıdırlar.
Bakı Şaxta baba ilə Qar qızın qarşısında küçə-küçə, meydan-meydan, məhəllə-məhəllə açılır, öz gözəlliyi, cazibədarlığı ilə təsəvvüredilməz dərəcədə sevinc hissi yaradırdı. İnsanların xoş siması, bayram ovqatı baba ilə nəvəni yorulmağa qoymurdu.
Dənizkənarı parkda, Elmlər Akademiyasının qənşərində ucalan Yeni il yolkaları şimallı qonaqların xüsusilə xoşuna gəlmişdi. Balacalardan elələri tapıldı ki, bütün gün Şaxta baba ilə Qar qızı tək qoymadılar. Gəzdilər, dolandılar, dedilər-güldülər. Axşama yaxın Ded Moroz özü boyda-biçimdə, yaraşıqda bir Şaxta baba ilə rastlaşdı. Elə bil çoxdanın dostları idilər. Xeyli söhbətdən sonra razılaşdılar ki, nəvələrini də götürüb dördlükdə gözəlliklər diyarı Şüşaya, Xankəndiyə də baş çəksinlər, Kirs dağına qalxsınlar, İsa bulağını ziyarət eləsinlər. Bilirdilər ki, indi o yerlərə bəm-bəyaz qar düşüb. Qarlı havada gəzməyin, tər-təmiz Qarabağ havasını udmağın ayrı ləzzəti var. Bu barədə telekanallardan çox şey öyrənmişdilər. Həm də Şaxta baba ürəyindən keçirirdi ki, daşürəkli, əzazil və erməni sevdalı həmyerliləri ki, var, onları yaxşıca danlasın, məzəmmət eləsin və başa salsın ki, yaddan çıxarmasınlar, bu yerlərin şirürəkli, qurdbiləkli oğullarının qisası yaman olur ha... Olub keçənlərə yaxşı-yaxşı nəzər salsınlar, düzgün nəticə çıxarsınlar. Sonra isə baba və nəvə üzü Şimala, qısamüddətli səfərə çıxmalı idilər. Ded Moroz, Şaxta baba, Sinequruçka və Qar qız həmin gecəni səhərədək bir yerdə oldular. O gecə göydən üç yox, dörd alma düşdü.
Səfərin uğurlu olsun, yollarına günəş doğsun
Akif Cabbarlı
Yoxluğundan doğan qəm-qüssədən sıyrılıb nələrisə qələmə almaq əslində onun həmişə, zaman-zaman boy göstərəcək siqlətindən, böyüklüyündən, tükənməz energetikasından bəhs eləmək imkanı verir. Bu imkandan qədərincə yararlanmaq da olduqca çətin, ağrılı, əzabvericidir. Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu yaradıcılıq və çoxçalarlı münasibətlər sistemində hələ kəşf olunmadan, tam öyrənilmədən qeybə çəkilən bir ulduz timsalındadır. O, özü ilə haqq dünyasına çəkisi və miqyası ölçüyəgəlməz dərəcədə sirləri də apardı. Səbirlə, aramla, asta-asta milli-mənəvi dəyərlərimizdən, tarixi keçmişimizdən, etnoqrafik zənginliyimizdən, nəsil-şəcərə müəmmalarından incə, zərif “xalılar toxuyan”, araşdırmalar aparan yorulmaz sənət adamı hələ bir çox cavabını gözləyən mətləblərə geniş spektrdə işıq salmaq istəyində, niyyətində idi...
Çatdıra bilmədi. Alınmadı. Azad, Müstəqil Azərbaycan, çiçəklənən Qarabağ sevdalısı Ənvər Çingizoğlu 60-ı təzəcə tamamlamışdı ki, ömür qırıldı, tale çırağı qəfildən söndü. Ömür çırağı sönsə də Ənvəri tanıyan, sevən insanların qəlbində onun xatirəsinə, şəxsiyyətinə ehtiram və məhəbbət məşəli alovlandı. Bu sakit, təmkinli və eyni zamanda şux təbiətli insanın yaralı qəlbində nə qədər tükənməz yaradıcılıq və yaşamaq enerjisi vardı... Hər kitabı çapdan çıxdıqca uşaq kimi sevinirdi, bu nəşrləri övladları sanırdı. İndi övladları da, yarımçıq əsərləri də yetim qaldılar, ənvəsizləşdilər. Amma balaları da, biz dostları da, həmkarları və naşirləri, iş yoldaşları da bu gün də, sabah da və həmişə Ənvərin xatirəsi ilə qolboyun, qucaq-qucağayıq.
Tanınmış yazıçı-publisist, şair Əli Rza Xələfli Ənvər müəllimin 60 illik yubileyinə həsr etdiyi geniş yazıda vurğulayırdı;
Yüzdən çox kitabı yazıb – yaradan,
Ənvərin sirləri keçən gücü var.
Söz üstündə sözü ağı, qaradan,
Yaxşısını yamandan seçən gücü var.
Müəllifin bu misraları həqiqətən də Ənvər Çingizoğlunun xarakterinə, dünyaya baxışına, elmi axtarışlarına güzgü tutan bədii yanaşma kimi qəbul edilməlidir.
Ənvər Çingizoğlu
İllər, aylar keçəcək, sıralarımız daha da seyrələcək, ona görə də indi bizə nə qalır; ətrafımızdakı cavanlara deyək, çatdıra bilək ki, Ənvər müəllim sıradan bir qələm adamı deyildi, onun araşdırmaları, etnoqrafik düşüncə və tapıntılarının özü araşdırılıb elmi əsər səviyyəsində işləmək, araya-ərsəyə bir fundamental toplu qoymaq üçün mükəmməl mənbədir.
Jurnalistlər məhəlləsi bu günlər bütövlükdə elə bil küskün, dalğın, gözləri yol çəkən, boynubükük uşaq görkəmindədir. Gözlərimiz daim onun yaşadığı blokun giriş qapısındadır. Elə bilirik ki, möcüzə baş verəcək, qapı açılacaq, ağırtaxtalı kişi ləngərli addımlarla yaxınlaşıb hamımızla xoş - əhvaldan sonra astadan dillənəcək - “kimin cürəti varsa otursun bir nərd oynayaq”.
Möcüzə baş vermir. Bizim gözlərimiz isə yoldadır. Ənvər Çingizoğlu da ki, lap uzaq səfərə çıxıb. Allahın dərgahına, cənnətə sarı yollanıb.
Səfərin uğurlu olsun!
Əbədiyyətin xeyirə calansın əziz dost, mehriban qonşu, dəyərli qələm yoldaşımız!
Böyük Muğam Evinə yeni sakinlər gəlir
Akif CABBARLI
Mayın 10-dan start götürən “Muğam Televiziya Müsabiqəsi-2022” ölkəmizin mədəni həyatında çox mühüm və əlamətdar hadisə kimi yaddaşlarda yaşayacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqə müxtəlif regionlardan ciddi seçim yolu ilə 300 iştirakçının arasında fərqlənən 10 azyaşlı uşağın və 18 gəncin qatıldığı əsil musiqi bayramını xatırladır. Azərbaycanın ustad muğam ifaçıları və şeir - sənət biliciləri olan Xalq artistləri Arif Babayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Mələkxanım Əyyubovanın, Sərdar Fərəcovun, Nəzakət Teymurovanın, Teyyub Aslanovun, Əməkdar artist Fərqanə Qasımovanın, layihənin icraçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin haqlı iradları, prinsipial yanaşmaları, tövsiyə və tapşırıqları ifaçılar tərəfindən razılıqla qarşılanır, elə tamaşaçıların da ürəyindən xəbər verir. Çünki münsiflərdən heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən-boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər.
Öz müəllimlərindən, ustadlardan öyrəndiklərini milyonların qarşısında özlərinin, eləcə də bizim hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecarkarlığına minbir naxış vurur. Azərbaycan Mədəniyyət Fondunun layihəsi ilə keçirilən muğam yarışması hələ təzə başladığından kiminsə adını çəkmək, fərqləndirmək fikrindən uzağam. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır.
8-ci Muğam Müsabiqəsi bir sıra məqamları ilə də yadda qalacaq. Səhnə və zalın dizaynının yenilənməsi, müsabiqəyə Təbrizdən və Rusiyanın Omsk şəhərindən iştirakçıların qatılması, dinləmələrə Vətən müharibəsi qazilərinin və Vətən savaşında fədakarlıqla vuruşan AzTV əməkdaşlarının dəvət olunması hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Şəhid general Polad Həşimovun anası Səmayə xanımın dəvət olunması isə dinləmələrə izaholunmaz, təkrarsız ovqat bəxş eləmişdi. Təbii ki, bu cür addımlar müsabiqənin effektivliyini qat-qat artırır. Müsabiqənin aparıcıları Natəvan Osmanlı və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar...Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir – kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq.
Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTV-nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir.
8-ci Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Yetkin obrazlar qalereyası
Akif CABBARLI
Tanınmış telejurnalist, yazıçı-publisist Azad Müzəffərlinin povest və hekayələrdən ibarət “Mənə dəniz verin” adlı yeni kitabı qələm dostumuzun ədəbi potensialının nə qədər zəngin və tükənməz olduğunun əyani nişanəsi kimi dəyərli oxuculara təqdim olunub. Müəllifin ilk kitabı 2015-ci ildə “İdrak sücgəcindən keçirdiklərim”, “Bir qəlbin nəqaratsız nəğməsi” adlı hekayələr toplusu isə 2017-ci ildə çapdan çıxıb. Yeni nəşr isə Azad müəllimin 60 illik yubileyi ərəfəsində işıq üzü gördü. Elə buradaca müdriklik yaşına qədəm qoymuş dostumuzu hər iki əlamətdar hadisə münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Bu bir danılmaz həqiqətdir ki, böyük ədəbiyyata gedən magistral yol sağlam və vicdanlı jurnalistikadan başlayır. Bunu sübüt etmək üçün ustad qələm sahiblərinin keçdiyi və bu gün də böyük məharətlə davam etdirdiyi yaradıcılıq yoluna nəzərə salmaq kifayətdir. Azad da məhz bu yolun yorulmaz və fədakar müsafirlərindən biridir. Ötən əsrin 90-cı illərində Azərbaycan Televiziyasında fəaliyyətə başlayan istedadlı jurnalistin qələmi nəsr yaradıcılığında da sınaqlardan uğurla çıxdı. O, dönməzliyi, qətiyyəti, səmimiyyəti, təmkinliliyi və eyni zamanda özünəməxsus çılğınlığı ilə yaratdığı obrazlara da təkrarsız və bənzərsiz biçim verməyə asanlıqla nail olur. Həyatda rastlaşdığı, şahidi olduğu hadisələri, görüşüb kəlmə kəsdiyi, dostlaşdığı insanların söz-söhbətini elə orijinal deyim tərzi və bədii priyomlarla təsvir edir ki, yazdıqlarına inanmamaq mümkün olmur.
Vaxtilə Azadla bir kollektivdə çalışmışıq və indi də dostluq edirik. Yazılarında olduğu kimi həyatda da orijinaldır, təkrarsızdır. Güclü hafizəsi var. Bu keyfiyyəti hekayələrinin informasiya gücünü xeyli artırır. Oxucunu yormamaq, usandırmamaq üçün özünəməxsus variantlardan ustalıqla yararlanır. Dünyanın bir çox ölkələrində yaradıcılıq ezamiyyətləri zamanı gördüyü, şahidi olduğu hadisələrdən, uzaq diyarlarda öyrənib bildiklərindən bədii mətnə elə notlar gətirir, elə informativ məlumatlar əlavə edir ki, bu səriştəsinə, bacarığına heyran olmaya bilmirsən
Azad MÜZƏFFƏRLİ
“Qovlardan gələn Çəmənli sədası” povesti üçün hazırlığı demək olar ki, bütövlükdə mənim gözlərim qarşısında baş tutub. İstirahət günlərində Yeni Yasamalda Salyanlı Səfər kişinin kafe-çayxanasında nərd oynayıb dincəldiyimiz günlərdə onun Tovuzlu ağsaqqal Tahir Əlimanovla şux söhbətlərinin sonralar sanballı bir ədəbi əsərə çevriləcəyini hiss eləmişdim. Azad müəllim bu yaşlı kişidən eşidib öyrəndiklərini kitabxana və arxivlərdə əməlli-başlı araşdırdı, dəqiqləşdirdi və nəhayət səviyyəli bir bədii əsər kimi ortaya qoydu. Təbii ki, hadisələrə, eşitdiklərinə bu cür yanaşması onun məsuliyyətindən, ağıl və dərrakəsinin genişliyindən soraq verir. Beləliklə o, çoxlarına nümunə olası bir yaradıcılıq keyfiyyəti sərgiləyir-yetkin və bitkin obrazlar qalereyası yaradır.
Sərhədsiz düşüncə, orijinal baxış
Akif CABBARLI
Tanınmış yazıçı-publisist Nizami Rəhmanlının yaradıcılığını xarakterizə edən mühüm məqamlar əsasən bunlardır.
Bu günlərdə iş yerimə gəlmişdi. Çoxdan görüşməsək də simasında o qədər də dəyişiklik hiss eləmədim. Sadəcə, saçı azacıq ağarmış, bir az da arıqlamışdı. Təbii ki, bunlar da yaşla bağlı olmalıydı. Yarım əsr əvvəlki baməzəliyini, şuxluğunu necə var, eləcə də saxlamışdı. Əvvəlki qaydalarla qucaqlaşdıq, “keçmişin kitabını” sətirbəsətir vərəqlədik. Azərbaycan Radiosunda birgə işlədiyimiz dövrdə Lermontov küçəsində bir rus qadının evində kirayədə yaşadığımızı yada saldıq. Mən yatandan sonra işığı yandırıb hansısa qəzetə məqalə yazmağını, sonra çaydanı qaynadıb tünd çay içdiyini, hər dəfə də mənim guya ki, qətiyyən narahat olmadığımı boynuma qoyduğunu xatırladanda iri, mənalı gözləri qıyıldı və ürəkdən güldü.
- Sən yaxşı bilirdin ki, gündəlik işlər ədəbi yaradıcılığıma mane olurdu. Ona görə gecələr yazırdım, həm də beş-on manat qonorara ehtiyacım vardı axı…
Doğrudur, qonorara hamımızın ehtiyacı vardı, amma Nizami Rəhmanlını gecələr yazı-pozu ilə məşğul olmağa həvəsləndirən başqa səbəblər idi. Böyüdüyü mühit, ailədə qazandığı dəyərlər çeşidli mövzulara çevrilib, qəzet-jurnal səhifələrində boy göstərirdi. Atası Sədri müəllim biologiya-coğrafiya müəllimi idi, anası Məzəxanım müəllimə isə riyaziyyatdan dərs deyirdi. O, həm də Şabran rayonunun Orta Əmirxanlı kənd 8 illik məktəbinə 27 il direktorluq etmişdi.
Evlərində kitabların sayı-hesabı yox idi. Nizami də hələ məktəbli ikən bu kitabların sayını artırmaq, böyük kitabxanaya çevirmək eşqi ilə yaşayırdı. Bu arzu ilə də BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra isə taleyini jurnalist sənəti ilə bağladı. Həmkarlar İttifaqı sistemində üç ilə yaxın işlədikdən sonra fəaliyyətini Azərbaycan Radiosunda davam etdirməyə başladı. Onun efirə hazırladığı verilişləri yaşlı nəslin nümayəndələri bu gün də yaxşı xatırlayırlar. Redaktoru və müəllifi olduğu proqramlar elmiliyi, dolğunluğu ilə seçilirdi. O, bədii sözün qüdrətindən bacarıqla istifadə edirdi.
Sonralar «Həyat», «Azərbaycan», «Respublika» və «Panorama» qəzetlərində çalışdı. «Panorama»nın Rusiya üzrə müxbiri işlədiyi dövrü yaradıcılığının ən qaynar və sevincli illəri kimi xatırlayır.
- Bu qəzetin yaradıcılıq potensialımın üzə çıxmasında müstəsna rolu olub. Rusiyada, Ukraynada və Belorusdakı diasporamızın fəaliyyəti ilə bağlı yüzdən çox məqaləm, müsahibə və oçerkim respublika mətbuatında işıq üzü görüb. Rusiya Federasiyası Hüquqşünaslar İttifaqının Birinci vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Rusiya Prezidenti yanında İdarəetmə Akademiyasının kafedra müdiri, professor Ələsgər Tağıyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti ilə bağlı yazdığım «Bu dünya bir pəncərədir» kitabım isə mənim üçün daha əziz, daha qiymətlidir. İndiyədək çap olunmuş on səkkiz kitabımın sırasında nüfuzlu həmyerlimiz barədə yazdığım bu əsəri qəlbimə daha yaxın hesab edirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Rəhmanlı diaspor fəaliyyəti barədə yazan müəlliflər arasında xüsusilə seçilir. Adları çəkilən ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri, böyük şəxsiyyətlər, biznes adamları, müxtəlif peşə sahibləri barədə irili-xırdalı yazıları ədəbi tənqid və oxucular tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanıb. Bu, onun sadəcə peşə marağı və hobbisi deyil, vətənimizə, soydaşlarımıza olan məhəbbətindən və qədirbilənliyindən qaynaqlanır. Bu gün onun Azərbaycandan uzaqlarda çoxlu dostları və təəssübkeşləri var. Yaxın-uzaq ölkələrdə Nizamini yaxşı tanıyır və yaradıcılığını diqqətlə izləyirlər.
- Mən buradakı dostlarımı çox istəyir, xətirlərini həmişə əziz tuturam. Biri elə sənin də yaxşı tanıdığın, dostluq etdiyin Ələsgər Bədəlov uzun illər polis orqanlarında rəhbər vəzifələrdə işləyib. İndii istefada olan polkovnikdir. Sadəliyini, şəxsiyyətini qoruyan, bütövlüyü ilə nümunə olan kişilərdəndir. Şakir Yaqubovla sənin də yerin qəlb evimdə daimidir.
Nizami Rəhmanlı ilə görüşümüz xeyli uzandı və biz yaxın-uzaq illərə maraqlı ekskurs da elədik. Şabranda və mənim doğma yurdum Qəbələdə keçirdiyimiz unudulmaz günləri yada saldıq. O, atam İsmayıl kişi və əmim Ələsgər müəllimlə də dostluq edirdi. Valideynləri, həmyerliləri məni də öz yaxınları kimi qəbul edir, doğmaları təki yola salırdılar.
Nizami Rəhmanlı
Nizami istedadlı qələm sahibi, vəfalı dost olmaqla bərabər həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Hörmət xanımla ulduzları hələ Radioda ikən barışıb. Üç övladı var – oğlanları Orxan hüquqşünas, Tural nəqliyyatçıdır. Qızı Turan isə həkimdir. Beş nəvəsindən biri ilə – Hüseynlə ayrılmaz dostdurlar.
- Bunlar öz yerində. Həyatda ən yaxın dostum və sirdaşım isə Hörmət xanımdır. Cavanlıqda da, indi yaşlaşan vaxtlarımda da hər cür şıltaqlığıma dözüb, nazımı çəkib. Allah üzünü ağ eləsin, çətin günlərimin də, xoş günlərimin də həmdəmi olub. İndi yetmiş yaşım tamam olur, amma xanımımın hesabına özümü uzağı əlli yaşındakı kimi hiss edirəm.
Nizami bəlkə də özü bilmədən yetmiş yaşa çatdığını dilə gətirir.
- Mayın 5-də yeddinci onluğu qatlayıram. Səndən bircə yaş cavanam, artıq üzü səksənə gedirik. Amma sən də yaxşı qalmısan ha… görünür üzünə evdə yaxşı baxırlar – dedi.
Bu fikri ilə də razılaşmamaq mümkün deyildi. Xeyli söhbətdən sonra nəvəsinin dalınca məktəbə gedəcəyini deyib xudahafizləşdi. Elə mən də gündəlik baba borcunu vermək üçün tələsdiyimdən ayrılmalı olduq. Təbii ki, yenidən, xoş günlərdə görüşmək üçün…
…Qaldı ki, Nizami Rəhmanlının 70 yaşına, qoy bu qısa qeydlərim onun üçün yubiley hədiyyəsi olsun.
Yüz yaşa, amma sağlam yaşa!
Ən əsası və başlıcası ruhun təzə, həyat eşqin tükənməz olsun!
P.S. “Arayış – verilir Əliyev Nizami Sədri oğluna, ondan ötrü ki, o, yəni ki, Nizami Rəhmanlı həqiqətən də ölkə mediasının və publisistikamızın say-seçmə nümayəndələrindən biridir”.
Bu virtual və simvolik arayış-zəmanəti isə uzun illərdən bəri özünə yaxın bildiyi tanınmış jurnalist Şakir Yaqubovla bu sətirlərin müəllifinin imzalaması Nizami müəllimin etiraf elədiyi kimi kifayət qədər yetərincədir və keçərlirdir.
Yeni-yeni obrazlar, mövzular sorağında
Yüzlərlə şeirin, məqalə və oçerkin, “Borçalı nisgili”, “Vurğuna vurğun gəlin” və “Ana fəryadı” kimi dram əsərlərinin müəllifi və peşəkar neftçi Zaməddin Ziyadoğlunun 75 yaşı tamam olur. Doğum tarixi aprelin 1-nə düşdüyündən dostları bu baməzə və zarafatcıl kişiyə “birdən bizi aldadarsan ha, dəqiq bilirsənmi ki, aprelin 1-də anadan olmusan?”- deyə sataşırlar da. O da sadəcə bircə cümlə ilə cavab verir: “doğrusunu cicim (yəni ki, anam-A.C) bilər, ondan soruşun”.
Allah dostumuzun anasına rəhmət eləsin, amma biz də müəyyən “mənbə”lərdən dəqiqləşdirmişik, düz 75 il əvvəl şairlər yurdu Qazax elinin Xanlıqlar kəndində doğulub əzizimiz, dostumuz, yoldaşımız və qələmdaşımız Zaməddin Ziyad oğlu Həmişəyev. Bakı Neft Texnikumunu və Moskva Ümumittafaq Həmkarlar Hərəkatı Ali Məktəbini bitirib. Bir müddət Neft Daşlarında işləyib. Sonralar Neft Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub. Daha sonra Əli Əmirov adına Neft və Qazçıxarma idarəsində ağsaqqal neftçi Kərim Kərimovun müavini vəzifəsində çalışıb. Köhnə və sadiq dostu Mətləb Qarayevlə bir kollektivdə işləməsi də ürəyindən olub.
Zaməddin müəllim neftçi əməyinə, bu sahədə çalışan mərd və yenilməz insanların xarakterinə yaxşı bələd olduğundan poeziyasında da bu prinsipləri önə çəkir, yaxşı insanların, xeyirxah adamların tale yollarına işıq salır.
Zaməddin Ziyadoğlu
Təpədən dırnağa folklar ruhuna bələnmiş Zaməddin müəllimin poetik düşüncələri sərhəd tanımır. Başıbəlalı Qarabağın harayı (çox şükürlər olsun ki, Qarabağımız düşmən tapdağından azad olundu), Damcılı bulağın, Qəbələnin, Qəçrəşin, Zaqatala meşələrinin, Lənkəranın əsrarəngiz təbiəti, mədən yolları, dost könülləri, Borçalı nisgili Zaməddin Ziyadoğlu yaradıcılığının əsas mövzularındandır. Onun yaradıcılığı haqqında mətbuatda çox yazılıb. Xalq şairi Mirvari Dilbazi, akademiklər Teymur Bünyadov, Nizami Cəfərov, istedadlı şair Rəfail İncəyurd və digər tanınmış qələm sahibləri Zaməddin müəllimin poetik duyğularını yüksək qiymətləndiriblər.
Hacı Zaməddin Ziyadoğlu hələ gənclik illərindən həmyerliləri şair Əbdürəhim ağa Dilbazdan, dövlət adamı Yusif Yusifovdan, əmisi Şirin Həmzəyevdən və digər tanınmış hünər və zəka sahiblərindən, söz-sənət adamlarından bəhrələnib, onlardan öyrəndikləri mətləbləri yaradıcılığında təcəssüm etdirib.
Vidadi, Vaqifdi, Vurğundu yurdum,
Şəninə şeirdən çələnglər hördüm.
Saz üstə söz deyib, aqildən sordum;
Dedi ki, sayrışan nurdu Qazağım.
Ötən əsrin 90-cı illərində məşhur neftçi Kərim Kərimovun yubiley məclisində Böyük Vətən Müharibəsi veteranı, tanınmış şair və publisist Gəray Fəzlinin yubliyar haqqında seirini Zaməddin müəllim səsləndirmişdi. Nədən ki, ağır döyüşlərdə düşmən gülləsi Gəray müəllimin səs tellərini zədələdiyindən o, öz şeirlərini yüksək tonla oxuya bilmirdi. Həmin gecə də Gəray müəllimin şeirini oxumaq qisməti Zaməddin müəllimin payına düşmüşdü və o anlar yaşadığmız kövrək hissləri indiyədək unuda bilmirəm. Gəray müəllim Zaməddini bağrına basaraq demişdi: “Sən yaxşı şair və ustad natiq olacaqsan”.
Gəray müəllimin proqnozu həqiqətə çevrildi və bu gün Zaməddin Ziyadoğlu Azərbaycan poeziyasında öz dəst-xətti olan qələm sahibləri sırasındadır. Onun rəhbərlik etdiyi “Neftçi” ədəbi məclisi “Vışka” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərsə də xoş sorağı respublikamızın hər yerindən gəlir.
Zaməddin müəllimi doğma Qəbələmizdə də yaxşı tanıyırlar. Vaxtilə atamla da dostluq edirdi. Hər il mayın 9-da Qələbə bayramını və atamın ad gününü qeyd etmək üçün bir yerdə Qəbələyə gedərdik. Deyirdi ki, İsmayıl kişiyə baş çəkməsəm, onu Qələbə münasibətilə təbrik etməsəm, rahatlıq tapmaram. Qələbə günü həm də Zaməddin müəllimin dili ilə desək bizim üçün Qəbələ günü hesab olunurdu. İndi də ara-sıra yolumuz Qəbələyə və Qazaxa düşür, köhnə və yeni dostlarımızla görüşürük. Hər dəfə də ondan məşhur “Həncərisən” şeirini oxumağı xahiş edirik.
30-35 il əvvəl yazdığı şeirdə Zaməddin müəllim deyirdi;
Aman Allah, keçən günlər hardadı?
El-obamın yaylaqları dardadı
Yaddaşımın yadında da var dadı
Qulançarı, cincilimi, pencəri?
Ağrın alem, həncərisən , həncəri?
İllər keçib, el-oba yaylaqları dardan qutarıb, dağlarımızda, yamaclarımızda novruzgülləri, lalələr boy göstərir. Zaməddin müəllimin qəlbindən də şirin-şirin duyğular keçir. Şair yeni mövzular üzərində düşünür, yeni-yeni qəhrəmanlar, obrazlar soraqlayır. Bizə də o qalır ki, 75 yaşlı dostumuza, həyatın hər üzünü görmüş, taleyin bütün sınaqlarına mərdanəliklə sinə gərmiş, ləyaqət, dəyanət və xeyirxahlıq simvolu kimi tanıdığımız Zaməddin Ziyadoğluna cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayaq. Yaz, yarat, qardaş, yeni şeirlərini və dost məclislərində çox həvəslə dinlənilən mənalı və məzəli söhbətlərini, lətifələrini səbirsizliklə gözləyirik.
Heç vaxt sönməyəcək atəşin gur işığında
Bakı Dövlət Universitetinin elmi işçisi, “Nizami Gəncəvi” Diplomunun laueratı İlhamə Dağlının “Bayrağı öpən ruhlar” kitabı işıq üzü görüb. İlhamə xanım Hacıyeva universitetdə Azərbaycan dili və nitq mədəniyyəti - Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənnini tədris edir. Müasir Azərbyacan dilinin dialektikasını, ədəbi dil normalarını dərindən mənimsəmiş və tələbələrinə sevdirən bir filoloq olaraq elmi məqalələrində, publisistik yazılarında da dilimizin saflığının qorunması, şifahi danışıq dilinin zənginləşməsi, folklor nümunələrinə yaradıcı münasibəti prioritet vəzifələrdən sayır. Bu yanaşma oxuculara təqdim etdiyi yeni kitabında da özünü əyani biruzə verir.
Müəllif Allahın cənnət mələkləri kimi əbədi həyat bəxş etdiyi məsum körpələrin, anaların, vətənin azadlığı yolunda canından keçən igid əsgərlərimizin qarşısında baş əyir, Azərbaycanın döyünən ürəyi Qarabağı yağı düşməndən təmizləyərkən canlarını fəda etmiş oğulların yarımçq qalmış ömürlərinə, nakam talelərinə həyacan dolu, narahat notlarla süslənmiş poetik bir şərqi ünvanlayır. Onun olub-keçənlərə fantasmaqorik yanaşması oxucunu xəyalən uzaq və yaxın keçmişə aparır. Özünü vətənin istiqlaliyyəti uğrunda qurban verənlərin yanında, yaxınlığında hiss edirsən. Müəllif bu hekayəsində maraqlı və eyni zamanda inandırıcı, düşündürücü ədəbi priyomlardan ustalıqla yararlanır. Şəhid ruhların bədii boyalarla haşiyələnmiş virtual görüşünə görün kimləri “dəvət” edib; Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı, Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Cəfər Cabbarlını, Tofiq Fikrəti, Qabili, Xəlil Rza Ulutürkü...
Hüseyn Cavidin ruhlarla görüşündə səsləndirdiyi
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”, - misraları görüşün leytmotivinə çevrilir.
Tofiq, Fikrət də öz poetik bəyanatını səsləndirir;
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq yaşa! Ey sevgili millət, yaşa, var ol!
Bədii yaradıcılığında fofklora böyük önəm verən İlhamə xanım bu əsərində də öz prinsipinə sadiq qalır. Dədə Qorqudun ruhu əlində qopuzu ilə cənnət əhli ilə birlikdə Şuşanın dağlarına gəlir; “Artıq vaxtdır, tonqallarımızı qalayaq. Bizə dost olanlar sevincimizə qoşulacaq, hərəsi gəlib burada bir tonqal qalayacaq. Düşmənlərimiz isə bu tonqalın isti ocağında yanıb – yaxılacaqlar. Qiyamətədək cəhənnəm alovunda qovrulacaqlar”.
İlhamə Dağlı yeni kitabına son vaxtlar qələmə aldığı “Alovu sönməyən məhəbbət” romanından bir parça da salıb. Tələbə gəclərin çoxçalarlı həyatından, sevinc və istirablarından, məhəbbət və ayrılıqlarından, rastlaşdıqları çeşidli sürprizlərdən bəhs edən bu bədii nümunə həvəslə oxunur. Lamiyə, Orxan, Sevda, Jalə, Murad və digər obrazlar sanki səninlə bir yerdə yaşayır, təhsil alır, həyatın bərkindən-boşundan birgə çıxırlar. Bu obrazlara inanırsan, ürəyindən bu gənclərə bəzən məsləhət vermək keçir, onların qolundan tutmaq, həyatın, yaşayışın mürəkkəbliyi, ziqzaqları barədə tövsiyələri də çatdırmaq istəyirsən.
Kitabda “Oralarda kimlər var” (Yazar ailələr) rubrikasında yazıçı – esseist Kənan Hacı – dilçi, ədəbiyyatşünas, jurnalist İlhamə Dağlı sərlövhəli müsahibə də böyük maraq doğurur. Hələ 2010-cu ildə “525-ci qəzet”də Tofiq Abdinin imzası ilə dərc olunan müsahibədə Kənanla İlhamənin ədəbiyyat haqqında düşüncələri, ailə kultu, birgəyaşayış qaydaları və prinsipləri barədə mülahizələri böyük maraq doğurur.
İlhamə Dağlının “Tobıktıda günəş doğdu” pyesi, “Virusların söhbəti” və “Bobikin şikayəti” hekayələri yetkin qələm sahibinin daha sanballı, ədəbi həyatımızada səs salacaq əsərlər yaza bilmək perspektivindən soraq verir.
Kitabda İlhamə xanımın seirləri də yer alıb. Ümumilikdə müəllifin yeni kitabının Azərbaycan mətbuatında uğurlu publisistik yazıları ilə tanınan bir qələm adamının nəsr və poeziyada da öz sözünün deyəcəyinə bir etibarlı işarə olduğu qənaətindəyəm. Qarşıdakı yaradıcılıq yolun işıqlı olsun, İlhamə xanım, yaz, yarat. Kənan Hacı kimi tanınmış söz və fikir adamının həyat yoldaşı olmağın bir nişanəsi də elə budur. Üçrəngli bayrağımıza, doğma Azərbaycanımıza olan məhəbbətin heç vaxt sönməyən atəşə çevrilsin.
Az yeyək, çox yaşayaq, yoxsa....
Hələ keçmiş zamanlarda müdriklər əsərlərində və söhbətlərində çox yeməyin adamı az yeməkdən də qoya biləcəyi ilə bağlı insanlara tövsiyə verir, ciddi xəbərdarlıq edirdilər. Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bir vaxtlar köklük firavanlığın başlıca əlamətlərindən hesab olunurdu. Şişman, yekeqarın, peysərinin köklüyündən qulaqları qatlanan kişilər, əndamlı xanımlar məclislərin yaraşığına çevrilərdi. Arıq, cılız, nərmənazik adamlar belələrinin yanında nədənsə sıxılar, özlərinə yer tapmazdılar. Hansısa vəzifəyə təyinat vaxtı da bədənin çəkisi, boy-buxun nəzərə alınardı. Birinci şəxslər tabeliklərindəkindən cüssəli, “zəhmli” olmalı idilər. Bütün bunlar yazılmamış qanunun pozulmaz bəndləri kimi gündəmdə olurdu.
...Yaxşı yadımdır, ötən əsrin 80-ci illərində Qəbələdə hələ uşaqlıq illərindən tanıdığım birisi ilə rastlaşanda gözlərimə inanmadım. Arıq, amma sağlam, ucaboy oğlan indi tosqun, eni ilə uzunu bir olan nəhəng bir kişiyə çevrilmişdi. Özünü çox ciddi aparmağa çalışırdı. Halbuki bir vaxtlar uşaqların ən məzəlisi, zarafatcılı sayılırdı. Hal-əhval tutduq. Dedi ki, iki il əvvəl kəndlərindəki kolxoza sədr seçiblər, yaxın vaxtlarda isə Aqroproma (Kənd Təsərrüfatı İdarəsi nəzərdə tutulur) rəhbər keçəcək. Gözləri balacalaşmış, qızıləhmədi almasını xatırladan yanaqları, sallaq buxağı, qatlanmış qulağı vaxtilə “Kirpi” jurnalında dərc olunan karikaturaları yada salırdı. Dözmədim, niyə belə kökəlməsinin səbəblərini soruşdum. Qayıdıb nə desə yaxşıdır: “Qardaş, sədr olan şəxs elə mənim kimi bu cür bazburutlu olmalıdır”. Sonra əli ilə xeyli irəli çıxmış qarnını sığallayıb “Dost- düşmən var, qoy deməsinlər ki, acından ölür, özünə korluq verir”,- dedi. Vaxtilə yorulmaq bilmədən ora-bura qaçdığımız, zarafatlaşdığımız dostuma heç nə demədim. Bildim ki, nə desəm, xətrinə dəyəcək. Buna isə yol vermək olmazdı. Kim bilir, nə vaxtsa yenidən görüşmək qismətimiz olacaqdı, ya yox...
Vəzifə “tələblərinə və qanunauyğunluqlarına” görə hədsiz çəki qazanan dostum, deyilənə görə, vəzifəsini itirəndən sonra xeyli arıqlayıb. Birinci şəxs olduğu vaxt aldığı kostyumları, ayaqqabıları daha geyinə bilmir. Arıqlamaq, görünür bəzi fəsadlar da qoyub sir-sifətində, bədənində. Danışırlar ki, üzünün dərisi xeyli sallanıb, əllərinin, qollarının damarları çıxıb, gözləri çuxura düşüb. Yerişi, duruşu da əvvəlki deyil. Düşünülmüş şəkildə piyləndirilmiş bədənin birdən-birə sürətlə əriməsi fizioloji dəyişikliklərlə yanaşı, mənəvi-psixoloji sarsıntılarsız da keçmir axı.
Müasir oxucu misal gətirdiyim faktın üstündən, çox güman ki, saymazyana keçməyəcək. Sovet dövrünün bu gün də gərəkli olan, faydalanası dəyərləri az deyil. Bunu gizlətmək insafsızlıq olardı. Amma deputatlığa mütləq çobanı, yaxud sağıcını da seçməyin, özü də boy-buxunu, yaraşığı, evliliyi-subaylığı mütləq nəzərə almağın qəti tələb kimi qoyulması, vəzifə başında oturanın mütləq boylu-buxunlu, bazburatlı olmasının tələb edilməsi də acı bir xatirə kimi bu gün də yaddaşlardadır. Vaxt ötüb, indi həyatımıza yeni dəyərlər gəlib. İnsanlar artıq çəkidən çox sürətlə uzaqlaşmağa çalışır, sağlam həyat tərzini özlərinin dəyişməz ideallarına çevirirlər. Vəzifə testlərində də fizioloji-bioloji faktorlar nəzərə alınmır. Cavanlar daha şux, enerjili görünmək üçün az yeməyə çalışır, idmanla məşğul olur, tez-tez səyahətlərə çıxır, təmiz havada gəzməyi üstün tuturlar. Bəzi istisnalar olsa da, köklük adlı xoşagəlməz və arzuolunmaz bəladan uzaq olmaq indi hər kəsin amalına çevrilib. Bəhs etdiyim mövzuda əvvəllər də yazmışam. Problem isə bu gün də aktualdır. Məhz bu amili nəzərə alıb problemə yenidən toxunmaq istədim.
Bəs köklükdən, artıq çəkidən necə yaxa qurtarmaq olar? Bu məsələdə birinci və pozulmaz şərt qidalanmadır. Düzgün qidalanmaq sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Yunan filosofu Aristotelin “çox yeyənlər deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər”,- fikrini özü üçün həyati prinsipə çevirənlər məqsədə daha tez çatırlar. Orqanizmin normal inkişafını təmin etmək, sağlamlığını, yüksək iş qabilliyətini saxlamaq, nəhayət uzun ömür sürmək insanın nə qədər və nə yeməsi ilə şərtlənir.
Hələ qədimlərdə babalarımız məsləhət bilirdi ki, süfrənin arxasından doymamış qalxmaq gərəkdir. Çünki çox yemək adamı az yeməkdən də qoyur. İbn Sina deyirdi ki, yediyinizi həzm etmədən təkrar yeməkdən çəkinin, məhz ona görə ki, bütün xəstəliklərin səbəbi çox yeməkdir. Ölkəmizdə dietologiyanın bir elm səviyyəsinə qalxmasında müstəsna xidmətləri olan tibb elmləri doktoru, professor Maqsud Qasımov “Sağlam həyat tərzu uğrunda” kitabında yazırdı ki, çəkisi həddən artıq olan şəxslər çox vaxt deyirlər ki, heç də başqalarından çox yemirlər, əksinə, az yeyirlər, çəkilərinin artıq olmasını isə maddələr mübadiləsinin pozulması ilə əlaqələndirirlər. Onlar səbəblə nəticəni səhv salırlar. Müşahidələr göstərir ki, çəkisi artıq olan və maddələr mübadiləsi pozulmuş şəxslərin 98 faizində bu əlamət artıq çəki yarandıqdan sonra nəzərə çarpmışdır. Xəstələrin cəmi iki faizində maddələr mübadiləsinin pozulması artıq çəkinin yaranması səbəbindəndir”.
İndi dünyanın bir sıra ölkələrində artıq çəki insanları narahat edən başılca problemlərdən birinə çevrilmişdir. Mütəxəssislər kökəlməni bir sıra xəstəliklərə rəvac verən, arzuolunmaz fəsadlara yol açan bir əlamət kimi xarekterizə edirlər. Çəkinin həddən artıq olması, bununla da maddələr mübadiləsinin pozulması ürək-damar, qaraciyər, şəkərli diabet, böyrək, daxili sekresiya vəzifələrinin bir sıra xəstəliklərinə, hətta xərçəngə tutulma ehtimalını qat-qat artırır, orqanizmin bu fəsadlara qarşı müqavimətini azaldır. Unutmamalıyıq ki, gənc yaşlarında yaranan və ömür boyu saxlanan artıq çəki insan həyatın orta hesabla 7-8 il qısaldır.
Hazırda cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, yağlı yeməklər yeyənlər kökəlməyə daha çox məruz qalırlar. Lakin şəkər və şirniyyatdan istifadəyə üstünlük verənlər daha tez kökəlirlər. Əla növ undan hazırlanan müxtəlif cür çörəklər, qənnadı, makaron məmulatı, düyü və yarmalar kökəlməni sürətləndirən qida məhsullarındandır. Ət və ət məhsulları, balıq, süd, yumurta artıq çəki yaranmasına səbəb olan faktorlardan olsa da, bunlar çox miqdarda işlənmir. Qida rasionunda tərəvəz və meyvələr də azlıq təşkil edir. Bununla əlaqədar problemləri yoluna qoymaq, qida rejiminə ciddi əməl etmək olduqca zəruridir. Gündə neçə dəfə yeməyin əhəmiyyətini də unutmaq olmaz. Hər gün 5-6 dəfə az miqdarda qida qəbul etmək, meyvə və tərəvəzə üstünlük vermək olduqca xeyirlidir. Qısa müddətdə arıqlamağa çalışmaq isə qətiyyən düzgün deyil. Bu, zəifləməyə, tez yorulmağa, başgicəllənməyə səbəb ola bilər. Ev şəraitində arıqlamağın münasib sürəti həftədə yarım kiloqramdır və heç vəchlə bir kiloqramdan artıq olmamalıdır. Aclıqla özünümüalicəyə də yol verilməməlidir.
Dietoloqlar belə bir elmi nəticəyə gəliblər ki, müntəzəmlik düzgün qidalanmada mühüm rol oynayır. Qidalanmanın müntəzəm olması anlayışı, əvvələn, gün ərzində qida qəbulunun sayını, ikincisi, sutkalıq rasionun ayrı-ayrı qida qəbulları arasında düzgün bölünməsini, üçüncüsü, qida qəbulunun sutkanın müəyyən vaxtına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu qaydalara düzgün əməl olunarsa, orqanizm qida rejiminə öyrənər, iştaha vaxtında oyanar, vaxtında yuxu gələr, fiziki və zehni iş qabilliyəti yüksələr. Təəssüf ki, düzgün qida rejiminə əməl edənlər o qədər də çox deyil. Gah sürüşkən qrafik, gah ictimai iş, gah da hər cür gözlənilməz vəziyyət buna mane olur. Lakin öz sağlamlığını qorumağı bacaran, canının qədrini bilən insanlar hər cür maneələri geri qoymaqla istədiklərinə nail olurlar. Professor Maqsud Qasımov bununla bağlı şahidi olduğu bir əhvalatı mənə də danışmışdı, “Bir dəfə mühazirə vaxtı birdən nəsə yeməyə başlayan tələbə diqqətimi cəlb etdi. Birinci dəfə məzəmmət etmədim, fikirləşdim ki, hansı bir xüsusi təsadüfsə onu bu cür hərəkətə məcbur edib. Lakin ikinci və üçüncü məşğələlərdə də eyni şey təkrar olundu. Bu dəfə onu məzəmmət etməli oldum: “Axı fasilə vaxtı var, bir az gözləmək olmazdımı?” Tələbə qız sakitcə cavab verdi ki, mədə xorası olduğundan ciddi rejim üzrə qidalanmalıdır. Etiraz etməyə yer qalmırdı. Dedim ki, belə isə nuş olsun, öz sağlamlığına hörmət edən bir adam kimi sizinlə həmişə fəxr edəcəyəm. O vaxtdan illər keçdi. Bu yaxınlarda bildim ki, tələbəm şəhər poliklinkalarının birində işləyir. Lakin harada olursa-olsun - səhiyyə şöbəsinin iclasında, baş həkimin yanında və ya öz kabinetində, fərqi yoxdur, heç kimdən utanıb-çəkinmədən saat 13.00-da çantasından bir şey çıxarıb yeməyə başlayır”.
Bir çox ölkələrdə insanlar öz sağlamlıqlarına qayğı ilə yanaşmağa adət edərək, bunu bir qanun şəklinə salıblar. Hər kəs hec bir şərtliyə məhəl qoymadan qrafik üzrə qidalanmağa çalışır. Təəssüf ki, çoxumuz nizamsız surətdə qidalanmaqla ömrümüzü nə qədər qısaltdığımızın fərqində deyilik. Həddən artıq yemək kimi, yəqin ki, bu da ömrümüzü heç olmasa 7-8 il gödəldir. Bəziləri siqaret və alkoqolun köməyi ilə bu rəqəmi bir az da artırır. Daha yerdə nə qaldı? Bədbəxt hadisələrin, təbii fəlakətlərin, stress və digər fəsadların “bəxş etdiyi” sürprizləri də yada salsaq, sağlamlığımız haqqında daha çox düşünməli və müdriklərin məsləhətlərini qulaqardına vurmamalıyıq.
P.S. Bəzi ərzaq məhsullarının, restoran və kafelərdəki qiymətlərin artması da təbii olaraq qida rasionuna əl gəzdirmək üçün əla fürsətdir. Pulunun qədərini bilməyənlər canlarının qədrini bilsələr yaxşıdır. Təbii ki, həkim olmadığım üçün dediklərimi sadəcə dost tövsiyəsi kimi qəbul edəcəksiniz.
“Nemes” Ələsgərin qoşalüləsi
Hekayə
Paytaxtdan təxminən iki yüz kilometr aralıdakı bu dəmiryol stansiyası son günlər əsil qələbəlik həyatının yaşayırdı. Yük konteyner meydançaları izdihamlı idi. Bu payız camaatın görüşünə əli dolu gəlmişdi. Bağlarda görünməmiş şəkildə alma, xurma, nar yetişmişdi. Gözü-könlü tox əhali isə uzaqlara yollanmaqdansa elə yerin üstündəcə məhsullarını xırıd eləməyi üstün tuturdular. Bakıda maliyyə imkanları sarıdan adla tanınan Əlibala da günlərin birində öz yaxın adamları ilə Yaşıltəpədə peyda oldu. Özləri ilə gətirdikləri taxta və karton yeşiklərin sayı-hesabı yox idi. Bağ sahibləri, günəmuzd fəhlələr çox səliqə ilə bu yeşikləri doldurur, maşınlarla məhsulu dəmiryol stansiyasına daşıyırdılar.
Əlibala ora-bura qaçmaqdan hədsiz yorulmuşdu. Susuzluqdan boğazı da qurumuşdu. Bir stəkan qaynar çayın təşnəsi idi. Gözü stansiyadakı gözətçi köşkünə sataşdı. Çayxanalarda, kafelərdə tünlükdür, qoy görüm mühafizəçinin yanında bir stəkan çaydan-sudan içə bilərəmmi fikri ilə taxta budkanın qapısını taqqıldatdı. Qapı dərhal açıldı və içəridən saralmış bığları çənəsindən də aşağı sallanan qarayanız, arıq və hündürboylu, çoxdan köhnəlmiş tankçı papağını gözünün üstünə basmış bir kişi çıxdı. Pırpızaq qaşlarının altından göyümtül gözləri azacıq qıyılsa da xoş, ilıq bir təbəssüm saçırdı. Çiynindəki qoşalülə tüfəngi onu lap Böyük Vətən müharibəsi partizanlarına oxşadırdı.
- Hə, buyur qardaş, eşidirəm səni, - gözətçi hündürdən səsləndi.
- Ağsaqqal, qonaq istəmirsənmi, bir stəkan çaya əşhədü-ehtiyacım var. Amma çiynindəki bu tüfəng sənə yaman yaraşır ha. Adım Əlibaladır, meyvə-tərəvəz ticarəti ilə məşğulam.
- Mənim də adım Ələsgərdir. Buralarda məni “nemes Ələsgər” kimi kimi tanıyırlar. Bilmirəm niyə belə deyirlər, görünür xasiyyətimlə əlaqəli bir şeydir. Bu tüfəng də qırx ildir ki çiynimdədir. Əvvəllər ovçuluqla başımı saxlayırdım. Üç-dörd ildir ki, buradayam. Vağzal rəisi də qanan adamdır. Tüfəngimi çiynimdən götürmədi. Dedi ki, icazə olmasa da sənə çox yaraşır, qoy üstündə olsun. Hələ ki çox şükür, qarşıma bədniyyət, sarsaq adam da çıxmayıb ki, üstünə tuşlayım.
Ələsgər kişi qonağını bu yerlərə xas olan qonaqpərvərliklə qarşıladı. Pürrəng çay içdilər, elektrik sobasının üstündə qızdırılmış şorqoğalının dadına baxdılar. Ayrılanda da Ələsgər kişi Əlibalanı tam arxayın saldı ki, məhsulundan nigaran qalmasın, vaqona yüklənənə qədər gözü üstündə olacaq. Rahatca qayıdıb başqa işinin dalınca gedə bilər.
Əlibala da cibindən bir vizit kartı çıxarıb Ələsgər kişiyə uzatdı.
- Ağsaqqal, hər halda səninlə çörək kəsdik. Nə vaxt nə işin olsa kiçiyin kimi hazıram dedi.
Ələsgər kişinin arvadı çoxdan dünyasını dəyişmişdi. Yeganə qızı bir müddət ərdə olsa da həyat yoldaşı Rusiyada ilişib qalandan sonra oğlunu da götürüb ata evinə qayıtmışdı. İndi beş yaşlı uşağı ilə Ələsgərin dədə-babadan qalma köhnə, amma geniş və yaraşıqlı mənzilində yaşayırdı. Amma işsiz-gücsüz olduğu, atasına maddi kömək göstərə bilmədiyi üçün fikir eləyir, xəcalət çəkirdi. Ali təhsili, təcrübəsi olmadığından bir fərli, çörək gətirən işə düzələ bilmirdi. Ələsgər kişi də qızını xiffət çəkməyə qoymur, həyət-bacada yetişdirdiyi tərəvəzin, bəslədiyi toyuq-cücənin hesabına birtəhər dolanırdılar.
... Günlərin birində Ələsgərin ağlına bir fikir gəldi, - bəlkə Əlibalaya ağız açım, işgörən adama oxşayır, necə də olsa çörək kəsdik, kəlmələşdik. Bəlkə Bahara bir iş düzüb-qoşar. Bakı dəryadır, hamının karına gəlir. Bu fikirlə cibini eşələyib Əlibalanın verdiyi vizit kartını çıxardı.
- Qızım, buradakı nömrəni yığ, Əlibala adında tanışımdır, sənin üçün bir iş xahiş edəcəyəm, İnşallah alınsa gedərsən, özünə bir gün-güzəran düzəldərsən. Vallah səni işsiz-gücsüz görəndə ürəyim ağrıyır, gedib o dünyanı görüb gəlirəm, - dedi.
Bahar atasının iztirablarını, qəlbindən keçirdiklərini yaxşı başa düşürdü. Amma ağlının ucundan da keçmirdi ki, kişini tənha qoyub uşağını da götürüb haralarasa, uzaqlara getsin. Amma atasının təklifini də, bu təklifin arxasında hansı hisslərin gizləndiyini də yaxşı duyurdu. Bilirdi ki, atası onun yalnız işə düzəlməsini yox, həm də bir insan oğlu insana rast gəlib yeni həyatına qovuşacağını arzulayırdı...
... Paytaxtın dəmiryol vağzalında Baharı və oğlu Vüsalı bəstəboy bir oğlan qarşıladı.
- Bacı, məni Əlibala göndərib, sürücüsüyəm. Özünün vacib işi olduğu üçün gələ bilmədi. Gedək sizi onun dediyi ünvana aparım.
Şəhər kənarındakı villada onları Əlibalanın özü qarşıladı.
- Mən sənə Ələsgər kişinin xətrinə iş verəcəyəm. Qalmağa, yaşamağa da heç bir problem yoxdur. Bax bu həyətin küncündəki iki otaqlı balaca mənzil sizin üçün ayrılıb. Oğlunla yaşa, heç həyətdən kənara da çıxmayacaqsan. Mən hər gün gəlmirəm bura, özünü tam sərbəst hiss edə bilərsən. Bağbanım, sürücüm də hər gün gəlmirlər. Evlərin təmizliyi, biş-düş də sənlikdir. Mətbəxdə, şükür Allaha, hər şey var.
Sonra Əlibala Baharı ikimərtəbəli villa ilə ətraflı tanış elədi. Nəyin harada yerləşdiyini başa saldı. Ayrılanda Baharın yumşaq, isti əlini ovcunda bir xeyli saxladı, gəlinin sifətinə, gözlərinə sınayıcı bir nəzər də saldı.
Bahar Əlibalanın canavar baxışlarından əməlli-başlı üşəndi, canından soyuq bir gizilti keçdi. Ürəyində - atamın dostu heç də yaxşı adama oxşamır axı, - dedi.
Bahar həyət-bacanı əməlli-başlı səliqəyə salmış, otaqlara əl gəzdirmişdi. Yaraşıqlı, bahalı mebellər, al-əlvan çilçıraqlar, heç vaxt heç yerdə görmədiyi qab-qacaq onu valeh etsə də təbiət etibarilə sadə və gözütox qadın bütün bunların ona heç bir aidiyyəti olmadığını, rahat etməyəcəyini yaxşı dərk edirdi. Əlibala isə görünmürdü. Ara-sıra onu vağzalda qarşılayan oğlan gəlir, özü ilə cürbəcür ərzaq, bolluca meyvə, içki şüşələri daşıyır, mətbəxdə yerləşdirirdi. Sonra da tapşırırdı ki, Bahar özünə, oğluna korluq verməsin, ürəyi istəyən yeməkləri bişirib nuşcanlıqla yesin.
...Həmin gün Əlibala tək gəlməmişdi. Maşından daha iki cavan oğlan və yanlarında bərli-bəzəkli qadınlar düşəndə Baharın qəlbindən soyuq bir sızıltı adladı. Özləri ilə yemək-içmək də gətirmişdilər. Sadəcə Bahardan uzun və enli stolun açılmasını, qab-qacağın düzülməsini istədilər. Sonra da Baharın heç hind filmlərində də görmədiyi bir mənzərə. Ömründə eşitmədiyi, dinləmədiyi musiqi sədaları otağı başına götürmüşdü. Qonaqlar səntirləyə-səntirləyə rəqs edir, sonra yenə də yumşaq kreslolara sərələnirdilər. Bahar Vüsalı da götürüb öz otağına çəkilmək istəsə də Əlibala onun əlindən tutub ziyafət salonuna tərəf dartanda gəlin etirazını bildirdi.
- Əlibala qardaş, sizə nə lazımdır axı. Mənim bu cür məclis başıma girmir, xahiş edirəm məni dinc buraxın.
- Nə dinc buraxım, ay qız. Görürsən ki, üç kişiyik, onlar da hərəsi öz adamı ilə gəlib. Sən də mənim həyatım ol, əzizim, - Əlibala sərxoş və həyasız pıçıltıları ilə əyilib Baharı qucaqlamaq istədi...
...Bahar gecəyarısı Vüsalın əlindən tutub qonşu tərəfə açılan əl qapısını itələdi. Allahdan olan kimi qapı açıq idi. Qonşu bağının aşağı tərəfində hasar nisbətən alçaq olduğundan onlar küçəyə rahat adlaya bildilər. Sonra vağzal, daha sonra da ata ocağı - Ələsgər kişinin isti, rahat mənzili...
- Hə, baba, belə oldu da. Əlibala əmi mamamın əlindən tutub zorla bizi otağa saldı. Dedim birdən mamamı öldürər, yetim qalaram axı... O, cibindən iynə çıxarıb güc-bəla mamamın qoluna vurmaq istədi, paltarını da cırıq-cırıq eləmişdi. Amma mamam onun başına iri külqabını yaman vurdu ha. Əlibala əmi o saat dəydi yerə.
Ələsgər kişi Vüsalın əsim-əsim əsən körpə dodaqlarını iri əlləri ilə örtüb - daha danışma, kiri, mənim balam. Allah sənin o Əlibala əminin üzünü hər iki dünyada qara eləsin, - dedi.
... Əlibala iri, yaraşıqlı avtomobilini xurma bağının kənarında, yol qırağında saxlamışdı. Özü isə bağı aşağı - yuxarı gəzir, yeşiklərin necə doldurulmasına nəzarət edirdi.
Sonrakı hadisələr lap rus kriminal filmlərindəki hadisələrin oxşarına çevrildi.
Əlibalanın telefonuna zəng gəldi.
- Hə, Ələsgər əmi, indi gəlirəm. Səninlə ciddi söhbətim də olacaq. Yarılan başımın sığortasını ödəməlisiniz, sənin qızın...
Əlibala maşının qapısını açıb yerinə oturan an qulağının dibindəki qəribə bir soyuqluq bütün bədənini titrətdi. Güzgüdən arxada oturmuş lopa bığlı, çatma qaşlı Ələsgər kişinin zəhmli baxışları sadəcə ucuz ölüm saçırdı. Ağsaqqalın qoşalüləsi Əlibalanın sağ qulağının dibini qaşıyırdı.
- Hə, oğraş gədə, budkada çay içdik, çörək kəsdik, özünü mənə mələk kimi göstərdin. Nə oldu bəs... Bu qoşalülə həmişə ov heyvanlarına, qurda-quşa tuşlanıb. Bu dəfə isə qismət sənin kimi əsilsiz-nəsilsiz, anasının əmcəyini kəsən tulanındır...
...Beləliklə, illər öncəsi eşitdiyim əhvalatı eyni ilə filmlərdəki kimi olmasa da sadəcə qısa hekayə şəklində canlandırmaq istədim.
Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
Müasir nəsrimizin tanınmış nümayəndələrindən olan Kənan Hacının “Hakimə açılan atəş” adlı yeni romanı işıq üzü görüb. Real həyata, baş vermiş hadisələrə əsaslanan bu sənədli roman həm də publisistik çalarları ilə dəyərli ədəbi nümunə kimi boy göstərir. Yeni romanı ilə müəllif öz oxucularını, elə bu sətirlərin müəllifini də sevindirməklə yanaşı, həm də heyrətləndirib desəm, yanılmaram.
Dostum və qonşum Kənan məhsuldarlığı ilə rekord qıran qələm sahiblərindəndir. Özünə zarafatla demişəm, fürsətdir, elə bu yazıda da dilə gətirmək istərdim; - qardaş, imkan ver, beş-on gün əvvəl bağışladığın kitabı oxuyub qurtaraq, nəfəsimizi dərək, təzəsini də onda ver, qadasın alım. Maşallah, Kənan yazır, çap olunur, (dəstək olan kəslərə, nəşriyyatlara eşq olsun!) biz də bu əsərləri böyük ləzzətlə, şövqlə oxuyub razı qalırıq.
Kənan Hacı bu əsərdən əvvəl ortaya Azərbaycan nəsrində, publisistikasında hadisə sayılacaq bir əsər qoyub - “Hacı İskəndər” romanını. Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində mən də iştirak edirdim və orada söylənilən dəyərli fikirlərin müəllifin zəngin yaradıcılıq potensialı olduğundan soraq verdiyini təsdiqləyənlərdənəm.
“Hakimə açılan atəş” romanı real hadisələr fonunda qələmə alınıb. Əsərin qəhrəmanı Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpə ətrafında düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab rayon Məhkəməsinin sədri, əslən Cəbrayıldan olan Məhərrəm Məmmədovun həyat yoluna, tanınmış hüquqşünas və əsil vətəndaş olan Vətən oğlunun müharibə boyu göstərdiyi təkrarsız fədakarlığa həsr olunub. Müəllif Məhərrəm müəllimi tanıyanların, qohum və övladlarının, habelə o illərdə Məhərrəm müəllimin yaxşılıqlarından bəhrələnən insanların, sənədlərin və xatirələrin köməyi ilə xronoloji ardıcıllıqla həm də Azərbaycanın haqq işi, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canından keçməyə hazır olan əsgər və zabitlərimizin şərəfli həyat yoluna geniş spektrdə işıq salır. Məhərrəm müəllimin xidməti vəzifəsini yerinə yetirərkən daim el-obanın dərd-sərinə şərik olmasını, tükənməz Vətən sevgisini Birinci Qarabağ müharibəsinin xronikası ilə, o dövrün ictimai-siyasi hadisələri ilə əlaqəli şəkildə təqdim edən yazıçı bütövlükdə 1988-ci ildən başlayan hadisələrə bədii sözün qüdrəti ilə geniş anlamda nəzər salmağı, baş verənləri bütün təfərrüatı ilə bədiiləşdirib oxucu diqqətinə çatdırmağı bacarmışdır.
Məhərrəm Məmmədov Zərdabda xidməti vəzifəsini icra etməklə yanaşı tez-tez ön cəbhədə, döyüşən əsgərlərin yanında olmağı özünün vicdan borcu hesab edirdi. O, əqidəcə özünə yaxın insanları, vəzifə sahiblərini də ölkənin çətin vaxtlarında ön sıralarda olmağa çağırırdı. Ona rişxənd edən, mane olmaq istəyənlər də tapılırdı və Məhərrəm müəllim təbii ki, belələrinin dərsini anındaca verir, onları da vətən sevdalılarının arasında olmağa səsləyirdi. Hakim iki cəbhədə döyüşürdü - həm ön cəbhədə, həm də məhkəmə sistemində hüquq keşikçisi kimi insanların hüquqları uğrunda fəaliyyət göstərirdi. Düşünürdü ki, ədalət yer üzündə bərqərar olarsa dünya cənnətə çevrilər. Hakim hüquq-mühafizə orqanları rəhbərlərini, tələbəlik dostlarını və qardaşlarını da məhz bu devizlə yaşamağa və fəaliyyət göstərməyə dəvət edirdi.
Kənan Hacı ədəbi kredosuna sadiq qalaraq bu əsərində də öz qəhrəmanını ta uşaqlığından tutmuş tələbəlik illərinə, daha sonra hakim kimi çalışdığı, eyni zamanda cəbhədəki fəaliyyətinə qədər hər zaman dostcasına müşaiyət etmiş, sevincinə qatılmağı, kədərinə şərik olmağı ustalıqla bacarmışdır. Bu romanı oxuyarkən bir daha o qənaətə gəldim ki, Kənan Hacı öz obrazları ilə dostluq etməyi, onların təəssübünü çəkməyi bacaran tək-tək qələm sahiblərindəndir.
Kənan müəllim Bakının Buzovna qəsəbəsində doğulub böyüsə də kənd həyatını, təbii gözəllikləri, kənd camaatının psixologiyasını, adət-ənənələri o qədər dəqiqliklə, həssaslıqla qələmə alır ki, heyran olmaya bilmirsən. O, insanın psixolojisinə son dərəcə dəqiqliklə nüfuz etməyin, onların düşüncələrini ümumiləşdirib bədiiləşdirməyin öhdəsindən asanlıqla gəlir.
Kənan Hacının sözüdür: - “Alın yazımızdan qan damcılayırdı, o qanı kəsmək üçün bütün oğullar səfərbər olub düşmənin nəfəsini kəsməli idi”.
Ruhun şad olsun Məhərrəm müəllim, hamınızın ruhu şad olsun, Vətən uğrunda canından keçən igid oğullarımız. Başınızı uca tutun şəhid anaları, alın yazımızdan damcılayan qan cəmi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən birdəfəlik kəsildi. Düşmən isə bundan sora çətin ki, bir də dərindən nəfəs ala bilər. Azərbaycan Ordusu erməni faşizminin başına Dəmir Yumruğu birdəfəlik endirib.
Bu qısa yazımı isə Kənan Hacını təbriklə başa vurmaq istərdim. Yeni əsərin mübarəkdir, qardaş! Yaşa, yarat, qələminə qüvvət, ürəyinə təpər arzulayıram. Və...səndən yeni əsərlər gözləyirik.