İqtisadiyyat - arxiv.reytingaz.info

Yeni vergi güzəştləri tətbiq ediləcək
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək.

Reyting.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.

Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

• WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

• qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

• qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

• müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
“Dövlət Xəzinədarlıq Agentliyinin regional xəzinədarlıq idarələri qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən təşkil edilir".

Bunu regional xəzinədarlıq idarələrinin ləğv ediləcəyi barədə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mayis Piriyev deyib.

O qeyd edib ki, yenidən təşkil olunacaq strukturda regional xəzinədarlıq idarələrində çalışan əməkdaşlarla bağlı əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.

M. Piriyevin sözlərinə görə, hazırda dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Əsas prioritetlərdən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli şəkildə icrasının təmin edilməsidir.

“Bu çərçivədə Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyətində rəqəmsal idarəçiliyin tətbiqi genişləndirilir, dövlət xəzinədarlığı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli yaradılır”, - deyə Nazirliyin rəsmisi bildirib/APA.

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

* xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;

* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;

* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

* 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;

* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

* öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün "Vətəndaşların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;

* 75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

* müharibə əlillərinə və iştirakçılarına:

- I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,

- II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,

- III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər)

döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

"Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Trend

Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
Əhalisi 430 min nəfər olan İsveçrənin Sürix şəhərində evlərlə bağlı yaşayış böhranının yeni həll üsulu tapılıb. Yerli hakimiyyət bu problemi çözmək üçün tək yaşayanların geniş mənzillər almasını qadağan edəcək.

Reyting.az-ın məlumatına görə, İsveçrənin hətta əcnəbiləri belə çox cəlb edən, eyni zamanda əhalisinin sayı az olan bu kiçik şəhərində son illər boş mənzillərin sayı 0,1 faiz olub.

Elə bu səbəbdən tədbirlər planı hazırlayan yerli hakimiyyət orqanları bildiriblər ki, tək yaşayan vətəndaşlara 3-4 otaqlı kommunal mənzillər qadağan ediləcək. Belə sakinlərin torpaq sahələri, sakini olduqları köhnə binalardakı mənzilləri də alınacaq və əvəzində yeni tikinti sektoruna sərmayə qoyulmaqla, yeni evlərlə təmin ediləcəklər.

Bununla bağlı yerlilərə çağırışlar edən Sürix şəhərinin rəhbərliyi vətəndaşları əmin edib ki, bu şəhərdə başlayacaq yeni layihələrdə iştirak edəcək inşaatçılar həm də müəyyən kvadratları "dəyişən qiymətə" mənzil almaq məqsədilə ayıracaq, əvəzində isə daha sıx, həmçinin hündür tikintiyə icazə alacaqlar.

Oqtay QORÇU

Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib.

“Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu” , - Emil Əliyev bildirib.

O qeyd edib ki, yeni dəyişikliyə əsasən, sığorta stajı və ya hər hansı statusdan aslı olmayaraq, müavinətin məbləği vətəndaşa tam şəkildə - 100% ödəniləcək.

Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
Azərbaycan və İran arasında iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, bu müzakirələr nazir Pərviz Şahbazovun İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul zamanı aparılıb.

Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.

Süni intellekt Rusiyada işsizlərin sayını artırır
Rusiyada ən böyük bank olan "Sberbank" 2025-ci ildən öz işçilərinin 20 faizini süni intellekt sistemlərinin tətbiqi səbəbindən işdən çıxarıb.

Reyting.az xəbər verir ki, bu barədə biznes, maliyyə, iqtisadi xəbərlər dərc edən "Vedemosti" nəşri yazıb.

Bildirilir ki, çoxsaylı narahatlıqlar olsa da, bu proses 2026-cı ildə də davam edir.

Bankın rəhbəri German Qref deyib ki, süni intellekt hər şeyi dəyişəcək, amma hazırda onun tam idarəetməyə tətbiqi erkən mərhələdədir.

Bankda həyata keçirilmiş ixtisarlara və davam edən bu prosesə normal yanaşdığını bildirən Qref müqayisə üçün vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərində də dövlət xidmətləri avtomatlaşdırılıb.

"Sberbank" rəhbəri əlavə edib ki, Rusiya hökuməti bu sahədə fəallaşmağı düşünür.

Qref xüsusi qeyd edib ki, hazırda süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi yüksək dairələr səviyyəsində nəzərdən keçirilir.

Oqtay QORÇU

Fermerlərə subsidiya ödənişləri başlayır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.

Reyting.az xəbər verir ki, bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib.

Onun sözlərinə görə, subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinq prosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığorta müqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlər subsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.

Rəşad Fəttahov bildirib ki, cari dövrdə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer tərəfindən EKTİS-ə 639 minə yaxın bəyan daxil edilib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.

Qeyd edək ki, subsidiya vəsaitləri fermer kartlarına köçürülür. Fermerlər vəsaitin 25 faizini nağd şəkildə istifadə edə, 75 faizini isə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin - mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına da sərf oluna bilər.

Azərbaycanın yeni rəqəmsal arxitekturası...
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. “Onlayn Azərbaycan” layihəsi, dövlət bulud infrastrukturunun yaradılması və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının artırılması rəqəmsal iqtisadiyyatın institusional və texnoloji bazasını formalaşdırıb. Bu əsas üzərində qəbul edilmiş Süni İntellekt Strategiyası (2025–2028) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029) süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama imkanlarının yaradılması, data əsaslı qərarvermə modelinə keçid və innovasiya ekosisteminin genişləndirilməsini hədəfləyir. Paralel olaraq, yaşıl enerji layihələrinin genişləndirilməsi, texnologiya və sənaye parklarında xarici şirkətlərin rezidentliyinin artması, eləcə də rəqəmsal və enerji infrastrukturuna investisiya marağının güclənməsi Azərbaycanın yeni iqtisadi modelə keçidini sürətləndirir. Məhz bu kontekstdə aparılan tədbirlərlə yanaşı, qlobal rəqabət qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün mövcud potensialın vahid koordinasiya altında səfərbər edilməsi və konkret yol xəritəsi əsasında icra olunması zərurəti yaranıb.

Reyting.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib.

Onın sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın və süni intellektin artıq ayrıca texnoloji istiqamət deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edildiyini göstərir.

Aygün Əhmədova

Dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib.

Prezident çıxışında Azərbaycanın mövcud üstünlüklərini - enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını - süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir.

Dövlət başçısı tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.

Aygün Əhmədova qeyd edib ki, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt siyasətinin effektiv icrası yalnız strategiyanın qəbul edilməsi ilə deyil, mərkəzləşdirilmiş koordinasiya və institusional məsuliyyət mexanizmləri ilə mümkün olur. Bir sıra qabaqcıl ölkələrdə süni intellekt üzrə siyasətin formalaşdırılması və icrası xüsusi ofislər və hökumət yanında fəaliyyət göstərən məsləhətçi şuralar vasitəsilə həyata keçirilir. Bu qurumlar adətən hökumətin mərkəzi icra sisteminin tərkibində fəaliyyət göstərərək milli süni intellekt strategiyasının əlaqələndirilməsinə, prioritet sahələrin müəyyən edilməsinə və icranın monitorinqinə cavabdeh olurlar. Eyni zamanda, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə məsul vəzifələr təsis edilir ki, bu da qərarvermə və icra prosesində vahid mexanizmi formalaşdırır. Həmin institutların tərkibinə dövlət qurumları ilə yanaşı, aparıcı universitetlərin alimləri, tədqiqat institutları və texnologiya şirkətlərinin nümayəndələri cəlb edilir və bu yanaşma qəbul olunan qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.

A. Əhmədova vurğulayıb ki, Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.

"Temu" "endirim kartları"nı bloklayıb
"Temu" onlayn alış-veriş platformasının istifadəçilərə təqdim etdiyi endirim kartları ilə bağlı gözlənilməz yenilik var. Şirkət müştərilərin alış-veriş vərdişlərinə birbaşa təsir edəcək qərar verərək, mövcud endirim kartlarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Reyting.az Demokrat.az-a istinadla xəbər verir ki, gündə iki dəfə təqdim olunan endirim kartları artıq Temuda müştərilərə göndərilmir. Hansı ki, bu endirim kartları ilə məhsulları 70-80 faiz endirimlə almaq mümkün olurdu.

Dəyişiklik istifadəçilər arasında müəyyən suallar doğursa da, görünür, bu addım şirkətin marketinq büdcəsinə qənaət etmək istəyindən qaynaqlana bilər. Şirkətin bu qərarından sonra alternativ kampaniyaların hansı formada davam edəcəyi isə hələlik tam dəqiqləşməyib.

Qeyd edək ki, son yanvar ayından bəri Temu istifadəçiləri məhsullarının vaxtında çatdırılmaması ilə bağlı da narazılıq edirdilər.