İdman - arxiv.reytingaz.info

"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. "Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Neftçi"-"Qarabağ" oyunu təxirə salınmayacaq
Misli Premyer Liqasının Əsasnaməsində hansısa bir oyunun təxirə salınması üçün son tarix nəzərdə tutulmayıb.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

PFL rəsmisinin sözlərinə görə, Əsasnamədə nəzərdə tutulan hallarda və qaydada matçların təxirə salınması, tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür:

"Peşəkar Futbol Liqasının 2025/2026 mövsümü üçün Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqa yarışlarının Əsasnaməsində oyunların təxirə salınması ilə bağlı hər hansı son tarix nəzərdə tutulmayıb. Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub: "Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Hər iki halda rəqib komandanın razılığı olmalıdır".

Qeyd edək ki, "Qarabağ" klubu "Neftçi" ilə Misli Premyer Liqasının XXI turunun matçının təxirə salınması üçün PFL-ə müraciət edib. Bakı təmsilçisi isə "köhlən atlar"ın təklifinə müsbət cavab verməyib/Report.

"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib
"Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib.

Məlumata görə, "gənclik şəhəri" təmsilçisi Burkina Fasodan olan yarımmüdafiəçi Sedrik Badolo ilə anlaşıb.

27 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo son olaraq Slovakiyanın "Spartak" (Trnava) klubunun formasını geyinib. O, Burkina Faso millisinin də üzvüdür.

Şaolin rahibləri və humanoid robotlar döyüş məşqinə başlayıblar
Çinin "Agibot" şirkəti Şaolin əlbəyaxa döyüş sənəti məbədindən çəkilmiş yeni videolar və fotolar paylaşıb. Kadrlardan göründüyü kimi şirkətin istehsal etdiyi bu humanoidlər döyüş sənətinin ustad rahibləri ilə birlikdə kunq-fu fəndlərini yüksək sinxronluq, eyni zamanda dəqiqliklə icra edirlər.

Reyting.az-ın məlumatına görə, "Lingxi X2" robotları süni intellektin "Genie Operator-1" modeli əsasında ona tapşırılan işi icra edir ki, bu texnologiya da robotlara əvvəlcədən xüsusi təlim olmadan istənilən hərəkətləri anlamağa və tapşırıqları yerinə yetirməyə, eyni zamanda, qrup halında sinxron fəaliyyət göstərməyə imkan verir.

Mütəxəssislərin fikrincə, "GO-1" modeli "latent hərəkətlər" mexanizmi sayəsində insan hərəkətlərini vizual analiz vasitəsilə öyrənir və bu xüsusi bacarıq humanoid robotların real mühitdə insanı təqlid etmək, həmçinin müxtəlif davranışları qavramaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Şirkətdən bildiriblər ki, bu baxımdan Şaolin məbədinin seçilməsi də simvolik bir xarakter daşıyır, çünki bu qədim Çin döyüş sənəti məkanı əsrlər boyu kunq-funun və fiziki-intellektual nizam-intizamın mərkəzi kimi tanınıb.

"Agibot" şirkətinin təmsilçiləri qeyd ediblər ki, Şaolin məbədi tək döyüş sənəti ocağı deyil, bu qədim, xüsusi ənənələrə malik olan məkan eyni zamanda cəmiyyətə mükəmməl insan, həyatın və əbədiyyətin fəlsəfəsini dərk edə bilən çoxlu sayda şəxsiyyətlər bəxş edən müdriklərin məktəbidir.

Qeyd edək ki, Çinin döyüş sənəti ustadları arasında bəziləri ümumiyyətlə robotlara belə hazırlıq keçirilməsinin, xüsusilə, Şaolin məbədində döyüş sənətinin sirlərinin bu humanoidlərə öyrədilməsinin əleyhinə olduğunu deyiblər.

Oqtay QORÇU

Azərbaycan millisinin rəqibləri bu gün bəlli olacaq
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün bəlli olacaq.

Reyting.az-ın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası

2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.(Report)

"Neftçi" klubu cərimələnib
Əvəzedicilər Liqasının XV turunda "Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" klubu cərimələnib.

Reyting.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

"Ağ-qaralar"ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.

"Qəbələ" klubu fransalı futbolçu ilə anlaşıb
"Qəbələ" klubu daha bir əcnəbi futbolçu ilə anlaşıb.

Reyting.az kluba istinadla bildirir ki, "Valansyen"da oynayan 26 yaşlı fransalı yarımmüdafiəçisi Sambu Sissokonu mövsümün sonuna qədər icarəyə götürülüb.

"Qarabağ"-"Nyukasl" matçının biletləri sabah satışa çıxarılacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

Reyting.az xəbıər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.

Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: "Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Qarabağ" klubu dünya reytinqində irəliləyib
"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib.

Reyting.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

"Köhlən atlar" 200 xalla 60-cı sırada qərarlaşıb.

Ölkənin digər təmsilçilərindən "Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.(Report)

Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
“Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, ona yaxşı təklif gəlib, siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm".

Reyting.az xəbər verir ki, bu sözləri “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O daha sonra bildirib ki, futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil: "Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular “yox” deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq"(mia.az)