Cəmiyyət - arxiv.reytingaz.info

Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
2025-ci ilin yayında Meksikanın şimal-qərbindəki Çiapas əyalətində yerləşən El Xixonda qeydə alınan seysmik aktivlik 1982-ci ildə minlərlə insanın ölümünə səbəb olan fəlakəti yenidən gündəmə gətirib və bölgədə mümkün püskürmə ilə bağlı narahatlıqları artırıb.

Reyting.az xatırladır ki, 1982-ci ildə El Xixon vulkanının “sivilizasiyaların sonu” kimi təsvir edilən şiddətli püskürməsi təxminən 2000 insanın həyatına son qoyub, çoxsaylı yaşayış məntəqələrini tamamilə məhv edib və on minlərlə insanı didərgin salıb.

Səkkiz kilometrlik əraziyə yayılan lava 40 santimetrə çatan kül təbəqəsi yaradıb, kənd təsərrüfatı sahələrinə və heyvandarlığa ciddi ziyan vurub. Eyni zamanda püskürmə təxminən bir kilometr enində krater yaradıb və turşulu bir göl əmələ gətirib.

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) püskürmə zamanı stratosferə çoxlu miqdarda materialın çatdığını və bunun qlobal temperaturun təxminən 0,5 dərəcə Selsi azalmasına səbəb olduğunu açıqlamışdı.

Vulkanı izləyən alimlər 2025-ci ilin iyun-avqust ayları arasında seysmik aktivliyin artdığını aşkar ediblər. Aktivlik başqa bir püskürmə ehtimalını da artırır. Belə püskürmələr 20-30 kilometr hündürlüyə çata bilən qaz və kül sütunları ilə xarakterizə olunur.

Digər tərəfdən, yerin qeyri-sabitliyi, yüksək temperatur, başgicəllənmə və tənəffüs problemləri yarada biləcək güclü qaz emissiyaları kraterin içinə enişi çətinləşdirir.

Geologiya, seysmologiya, geokimya və geodeziya sahələrindən olan mütəxəssislər bölgədə araşdırmalar aparırlar.

Mütəxəssislər bu mərhələdə təzə maqmanın səthə qalxdığına dair heç bir dəlil olmadığını və 1982-ci ildəki kimi böyük miqyaslı püskürmə ehtimalının aşağı olduğunu bildirirlər.

V. QULİYEV

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Reyting.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək:

"Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək".

Sabahın hava proqnozu açıqlanıb
Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Reyting.az xəbər verir ki, sabah havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
"Bələdiyyələrin sayının daha da azaldılması həm xərcləri aşağı salacaq, həm də çevikliyi artıracaq".

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, Bolqarıstanda 265, Belarusda 200, Rumıniyada 103, Gürcüstanda isə 69 bələdiyyə var: "Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir".

V.Bayramov əlavə edib ki, Azərbaycanda hər min nəfərə düşən bələdiyyə sayı çoxdur: "Bu mənada, bələdiyyələrin sayının azaldıması effektiv olar".

Qeyd edək ki, bir müddət əvvəl ölkədə 1 400 bələdiyyə birləşdirilərək ümumi sayı 685-ə endirilib(report).

Şəhid oğlu direktor təyin edilib
2016-cı ildən etibarən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə başçılıq edən Məhəmməd Şərifov tutduğu postdan uzaqlaşdırılıb. Direktor səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Elvin Səmədova həvalə edilib.

Reyting.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata əsasən, yeni təyinat alan Elvin Səmədov uzun müddətdir sözügedən müəssisədə direktor müavini kimi fəaliyyət göstərirdi.

O, Birinci Qarabağ müharibəsində şəhid olmuş Rafiq Səmədovun övladıdır.

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Reyting.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Ali Məclisin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini olub. Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

Bundan sonra nazirin iki müavini olacaq.

Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Rəşadət Nabatov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb
Avropada effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərin siyahısı tərtib olunub.

Reyting.az “Daily Mail” nəşrinə istinadla bildirir ki, yuxu üçün ən pis şəhərlər sırasında Praqa, Varşava və Barselona yer alır.

Britaniya nəşri yazır ki, yeni reytinq, ən pis yuxu şəraitinə malik Avropa şəhərlərini, eləcə də turistlərin qısa səyahətdə həqiqətən rahat bir gecə gözləyə biləcəyi şəhərləri müəyyən edib. Avropa Yuxu İndeksi 2026, yuxuya getməyin ən asan və ən çətin olduğu yeri müəyyən etmək üçün 25 şəhərdəki yuxu şəraitini təhlil edib.

Tədqiqatçılar yuxu keyfiyyətinə birbaşa təsir edən ətraf mühit və davranış amillərini də nəzərə alıblar. Bunlara səs-küy səviyyələri, işıq çirkliliyi, hava keyfiyyəti, siqaret çəkmə, spirtli içki istehlakının yayılması, sakin və qonaqların orta yuxu müddəti daxildir. Şəhərin ölçüsü, özlüyündə, həlledici amil deyil.

Daha sonra Praqa ən pis nəticələr göstərib, ardınca Varşava və Barselona gəlir. Bu şəhərlər yüksək gecə səs-küyü, gec açılan müəssisələrin cəmləşməsi və əhəmiyyətli tıxac ilə xarakterizə olunur.

Praqa yüksək spirtli içki istehlakı və siqaret çəkmə nisbətləri, eləcə də tədqiq olunan şəhərlər arasında ən yüksək səs-küy çirkliliyi səviyyələrindən biri səbəbindən pis qiymətlər alıb.

Üçüncü yerdə olan Barselona bütün 25 şəhər arasında ən yüksək səs-küy səviyyələrini nümayiş etdirib. Bu, yüksək turist axını, aktiv gecə həyatı və sıx yaşayış komplekslərinin tikintisi ilə bağlıdır.

İsveçrənin Sürix şəhəri Avropada yatmaq üçün ən yaxşı şəhər seçilib.

Amsterdam və Stokholm da ilk üçlükdə yer alıb. Bu şəhərlər səs-küy səviyyəsinin aşağı olması və gecə fəaliyyətinin effektiv tənzimlənməsi sayəsində yaxşı nəticələr göstəriblər.

Sürixdə işıq çirkliliyinin aşağı səviyyəsi və nisbətən məqbul hava keyfiyyəti qeydə alınıb. Bu arada, Amsterdam və Stokholm səs-küyü azaltmaq üçün şəhərsalma planlamasından, xüsusən də yaşıl məkanların yaradılması və düşünülmüş nəqliyyatın idarə edilməsi yolu ilə fəal şəkildə istifadə edirlər.

V. QULİYEV

Sabah güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Reyting.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.

Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib.

Reyting.az xəbər verir ki, müraciətdə fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcək: "Görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara - valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək. Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır".

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.

Reyting.az APA-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.